Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı –
Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprlə yaxınlaşması və səfirlik açmaq qərarı Türkiyə hökuməti və ictimaiyyətində narazılıqla qarşılandı. Hətta Türkiyə və Şimali Kipr Türk Respublikasında (KKTC) Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin bu addımını “xəyanət” adlandıranlar var.

Bəzi ekspertlərin fikrincə, adı çəkilən ölkələrin Avropa İttifaqı ilə yaxınlıq fonunda bu qərarı verməsinin arxasında birbaşa Paris dayanır. Fransa Prezidenti Emmanuel Makronun bir müddət əvvəl Qazaxıstan başda olmaqla Mərkəzi Asiya regionuna səfəri və qısa müddət sonra bu ölkələrlə Aİ arasında sazişlərin əldə edilməsi diqqət çəkdi. Paralel olaraq Azərbaycan isə Antalya Diplomatik Forumunda KKTC-nin yanında olduğunu bir daha göstərdi.

Türk respublikalarının Yunan Kipri ilə bağlı addımının TDT-nin parçalanmasına səbəb olması mümkündürmü? Rəsmi Bakı vəziyyətə müdaxilə edib, anlaşılmazlığı aradan qaldıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, şübhəsiz, Mərkəzi Asiya türk respublikalarının atdığı son addımların pərdəarxasında Avropa İttifaqı və Fransanın intriqaları var:

“Aİ bu dövlətlərə 12 milyard avro investisiya ayıraraq onların Yunan Kiprinin ərazi bütövlüyünü tanımasını tələb edib. Diqqət etsək, bu şərtin ittifaqdan çox Fransa tərəfindən təklif edildiyini görmək olar. Rəsmi Parisin bu fəaliyyəti isə səbəbsiz deyil.

Məlum olduğu kimi, TDT Türkiyənin və Azərbaycanın uzun illərdir arzusu idi. Fransa əslində Türkiyənin bu planını pozmaq istəyir. Əsas səbəbi də Ankaranın bir sıra məsələlərdə Parisə ağır məğlubiyyət yaşatmasıdır.

Türkiyənin həm Aralıq dənizində, həm Liviyada, həm də Suriyada Fransanın maraqlarını pozacaq fəaliyyətləri olub. Bu, Ankaranın perspektivindən uğurlu addımlar olsa da, Parisin nüfuzunu ciddi şəkildə zədələdi. Fransa indi Türkiyədən bütün bunların acığını çıxmaq istəyir”.

Politoloq Makronun Mərkəzi Asiyaya səfərindən sonra regionda vəziyyətin dəyişdiyini bildirib:

“Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron ötən ilin 4-5 noyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfər etdi. Həmin səfərdən sonra Aİ Mərkəzi Asiya regionuna diqqəti artırdı. Orta dəhlizin inkişafı Avropaya neft, qaz və uran ixracı üçün 12 milyard vəsait ayrılacağı açıqlandı. Bunun qarşılığında isə Kiprin vahid dövlət kimi tanınmasını tələb etdilər.

Bütün bunlara baxmayaraq, durumun çox da faciəvi olmadığını düşünürəm. Bunu kompensasiya etmək mümkündür. Belə ki, gələcək perspektivdə Türk ölkələri KKTC üçün də bənzər addımları ata bilər. Söhbət səfirlik, konsulluq açmaqdan gedir”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir

Dünyapress TV

Xəbər lenti