Ardını oxu...
Dövlət mediasının bildirdiyinə görə, Birləşmiş Ştatlar İslam Respublikasını Fars Körfəzi bölgəsində ticarət gəmilərini ələ keçirməkdən çəkindirmək məqsədi ilə bölgəyə daha çox döyüş təyyarəsi göndərdiyi üçün bazar günü İran ölkənin mərkəzi bölgəsində Hərbi Hava Qüvvələrinin illik təlimlərinə başlayıb.

Rəsmi İRNA xəbər agentliyi "Fədayian Velyat-11" və ya "Ali Rəhbərin Fədailəri-11" adlı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinın 11 bazasının iştirak etdiyini bildirib. Təlimlərdə strateji Hörmüz Boğazının mənsəbindəki Bəndər-Abbas limanının cənubunda yerləşən aviabaza fəaliyyət göstərir.

Hörmüz Boğazı bütün xam neftin 20%-nin keçdiyi Fars Körfəzinin dar hissəsidir.

Məlumatda bildirilib ki, təlimlərdə 90-dan çox qırıcı, bombardmançı və pilotsuz təyyarə iştirak edəcək.

Hərbi Hava Qüvvələrinin rəisi, general Həmid Vahidinin bildirdiyinə görə, təlimlərin məqsədi regionda dostluq, sülh və təhlükəsizlik mesajını göndərməkdir . "Gündəmdə dayanıqlı təhlükəsizlik, regional əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi, dinc yanaşı yaşamaq və hava sərhədlərinin müdafiəsidir" - deyə, general bildirib.

İran vaxtaşırı belə təlimlər keçirir və deyir ki, bu təlimlər qüvvələrinin döyüş hazırlığını qiymətləndirmək və ölkənin hərbi imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub.

ABŞ keçən həftə İranın ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra təhlükəsizliyi artırmaq məqsədi ilə Hörmüz Boğazı və Oman körfəzinə əlavə döyüş təyyarələri və döyüş gəmisi göndərdiyini bildirib. Pentaqon bildirib ki, bölgəyə "USS Thomas Hudner" hərbi gəmisini və bir neçə "F-35" qırıcılarını göndərəcək.
amerianinsesi
 
Ardını oxu...
İran “Qəzza” adlı “Şahid-149” PUA-nın modernləşdirilmiş versiyasını təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

PUA-nın təqdimatı SEPAH-ın Kaşan şəhərindəki aviabazasında baş tutub.

Məlumata görə, yeni şassi sistemləri və asma nöqtəsi ilə təchiz olunan PUA havada 35 qala və bir dəfəyə 7 min km uça bilir.
Ardını oxu...
S-300-lər ballistik raketlərdir. Onlar trayektoriyasını korrektə edə bilirlər. Bu, onların vurulmasının mümkünsüzlüyünün səbəblərindən biridir.

Teref.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın S-300 raketlərinin çətinliklə vurulması ilə bağlı ünvanlanan suala cavabında deyib.

Onun sözlərinə görə, ruslar S-300-dən yerüstü hədəflərə qarşı istifadə etdikdə, bu raketlər 100 kilometrə qədər uça bilir:

"İstər koordinatlarla, istərsə də GPS ilə... 100 kilometri səsdən yüksək sürətlə bu raket bir neçə dəqiqə, hətta saniyə ərzində uçur. Xarkov sakinləri onun 40-50 saniyəyə uçduğunu yazıblar. Belə qısa müddətdə buraxılışın aşkarlanması, məlumatların işlənməsi, görüş nöqtəsinin hesablanması və S-300-ün hədəfə daxil olmasından əvvəl onun qarşısını almaq üçün raketin buraxılması demək olar ki, mümkün deyil".
 
Ardını oxu...
Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilən “RaHDit” (Evil Russian Hackers) haker qrupu Krım körpüsünə son hücumda Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkətlər qrupuna məxsus və Azərbaycan Ordusunun şəhidlərindən birinin adını daşıyan tankerin əlinin olduğunu iddia edib.

Teref.az bildirir ki, haqqin.az saytının dünən gecə yayımladığı məqalədə belə deyilir. Məqalədə həmçinin xatırladılır ki, haqqında söhbət gedən tanınmış gəmiçilik şirkətinin sahibi Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovdur.

Sayt yazır ki, hakerlərin fikrincə, nəzəri cəhətdən pilotsuz kamikadze dronları iki tankerdən buraxıla bilərdi: “Beks Loyal” və “Xudayar Yusifzadə”, çünki hücumdan bir neçə gün əvvəl onlardan biri Novorossiyskdən 100 kilometr uzaqda, ikincisi bir az cənubda olub və sonradan hər iki gəmi dənizdə qarşılaşıb.
Ardını oxu...
“Beks Loyal” və “Xudayar Yusifzadə” tankerləri müvafiq olaraq Marşal Adaları və Liberiyanın bayraqları altında üzürlər və Malta ilə Yunanıstan limanlarında qeydiyyatdadırlar

Hakerlər Krım körpüsünə hücum üçün pilotsuz uçuş aparatlarının məhz bu vaxt bir tankerdən digərinə yükləndiyini ehtimal edirlər. RaHDit onu da qeyd edib ki, ola bilsin ki, kamikaze dronlarını idarə etmək üçün Krım körpüsünün birbaşa görünmə zonasında drift üzərində dayanan başqa bir gəmidən istifadə edilib.

“Beks Loyal” və “Xudayar Yusifzadə” adlı tankerlər müvafiq olaraq Marşal Adaları və Liberiya bayraqları altında üzür və Malta və Yunanıstan limanlarında qeydiyyatdadırlar.

İnternetdə ən populyar və ən çox istifadə olunan gəmi izləmə sistemlərindən biri olan Marine Traffic-in məlumatına görə, “Xudayar Yusifzadə” adlı tanker iyulun 5-də İzmail (Ukrayna) limanını tərk edərək iyulun 18-də Elefsis (Yunanıstan), “Beks Loyal” isə Tuzla (İstanbul, Türkiyə) limanını tərk edərək, iyulun 13-də Konstana limanına (18 iyul) çatıb. “Xudayar Yusifzadə” tankeri Palmali Gemicilik ve Acentelik AS (Palmali Shipping & Agency) qrupuna, “Beks Loyal” gəmisi isə Owner Beks Shipmanagement & Trading A.S.-ə məxsusdur.
Ardını oxu...
Hakerlərin bəyanatı rəsmi dövlət agentliyi olan RİA Novosti də daxil olmaqla, çoxsaylı Rusiya KİV-ləri tərəfindən yayılıb.

Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib.

“RİA Novosti”nin yaydığı bəyanatda şirkət rəhbərliyi Krım körpüsünün sütunlarından birinin partlaması zamanı “Xudayar Yusifzadə” gəmisinin göstərilən ərazidən kənarda olduğunu təsdiqləyib.



Verilən məlumata görə, “Xudayar Yusifzadə” adlı tanker yüklənmək üçün Rostov-Don limanına gedirmiş. Lakin Kerç boğazında gəmilərin yığılması səbəbindən tankerin Rusiya sərhəd xidməti tərəfindən gömrük yoxlamasının gözləməsi gecikib, buna görə gəminin kirayəçisi müqaviləni ləğv edib və tanker yeni yük sifarişi ilə Elefsis limanına (Yunanıstan) istiqamət alıb.
Ardını oxu...
Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib

“Beks Loyal” tankerinin sahibi olan Beks Ship Management And Trading S.A.-nın əməliyyatlar rəhbəri Efre Tunali Rusiya mətbuatına bildirib ki, onların gəmisi də hücum yerindən uzaqda olub.

“Dəniz Hərəkəti sistemindən aydın olur ki, hadisə baş verən zaman bizim tanker Krım körpüsündən 100 dəniz mili uzaqlıqda olub”, - Tunali bildirib. - Tankerin əvvəlki icarəçisi də, indiki də Rusiya vətəndaşıdır. Biz yalnız Rusiya mallarını daşıyırıq və buna görə də gəmimizin adının Krım körpüsünə hücumla bağlı hallanmasından çox narahatıq”.
 
Ardını oxu...
Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı atəşə tutub.

Teref.az UNİAN-a istinadən xəbər verir ki, hücum “Kalibr” raketləri ilə həyata keçirilib.

Bildirilib ki, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər.

 
 
 
Ardını oxu...
ABŞ-ın "Boeing B-52H Stratofortress" strateji bombardmançı təyyarələri müttəfiq ölkələrlə birgə Estoniya üzərində təlim uçuşları aparıb.

APA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bombardmançıların sayı barədə məlumat yoxdur.

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar mütəmadi olaraq belə təlimlər keçirir, onlar müttəfiqlərin bütün dünyada potensial böhranlara cavab verməkdə qarşılıqlı fəaliyyətini yaxşılaşdırır.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Ukraynaya 2027-ci ilə qədər ildə 5 milyard avro məbləğində hərbi təchizat məqsədilə xüsusi mexanizm yaratmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Ukraynaya hərbi yardım üçün xüsusi xətt yaratmağı təklif etdik: növbəti 4 il ərzində ildə 5 milyard avro. Bu, eyni alət, Avropa Sülh Fondu çərçivəsindədir, lakin indi bu, xüsusi xətt olacaq”, - o bildirib.
 
Ardını oxu...
Rusiyanın “Vaqner” özəl şirkətinin təsisçisi Yevgeni Priqojin muzdlula döyüşçülərin Belarus ərazisinə gəldiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Priqojin muzdlulaların qarşısında çıxış edib.

Priqojin döyüşçüləri Belarusa gəlişləri münasibətilə təbrik ünvanlayıb:

“Biz şərəflə döyüşdük, siz Rusiya üçün çox şey etdiniz. Qərara alındı ​​ki, özümüzü tam sübut edə biləcəyimiz anı gözləmək üçün bir müddət Belarusda olaq”, - deyə o bildirib.
 
Ardını oxu...
Belarusdakı istifadəsiz Tsel düşərgəsinə “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri daxil olub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, ötən gün bununla bağlı yeni görüntülər yayılıb.

Bildirilib ki, Belarusun cənubundakı həmin düşərgəyə onlarla avtomobil daxil olub.

Əldə olunan məlumata görə, Tselə 100 avtomobil və 600-ə yaxın canlı qüvvənin getdiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl də Rusiyanın müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner"in hazırda ölkə daxilindəki düşərgələrdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.
Ardını oxu...
 
Ardını oxu...
İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
 

Dünyapress TV

Xəbər lenti