Ardını oxu...
Ukraynanın Almaniyadan almağa ümid etdiyi “TAURUS” qanadlı raketləri qanunsuz tikilmiş Krım körpüsünü tamamilə məhv edə bilər.

Teleqraf.com xəbər verir ki, aviasiya üzrə ekspert Valeri Romanenko “FREEDOM” telekanalının efirində deyib.

İndi Ukrayna körpünü dağıtmaq üçün dəniz dronlarından istifadə edir, lakin Rusiya Federasiyası onu bumla qorumağa çalışır.

"Hazırda əlimizdə olan silah növlərindən yalnız dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələr körpüdə fəaliyyət göstərə bilər. Və onlar bir neçə dəfə əməliyyatları uğurla həyata keçiriblər. Körpünün ilk ciddi şəkildə zədələnməsini onların sayəsində olub. Ruslar körpü dayaqlarının yanında bum torları yerləşdiriblər ki, onu pilotsuz təyyarə vurmasın”.

Ekspertin fikrincə, Ukrayna “TAURUS” qanadlı raketlərini alacağı təqdirdə Krım körpüsünü tamamilə məhv edə bilərdi. Onlar “Storm Shadow” və “SCALP” raketlərindən daha uzun məsafəyə malikdirlər.
 
Ardını oxu...
Ukraynalı pilotlar, mühəndislər və texniki işçilər artıq Amerikanın "F-16" qırıcılarında təlimlərə başlayıblar. Təlim proqramına ingilis dilinin tədrisi də daxildir, çünki baza səviyyə kifayət deyil.

Publika.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Kanal 24”ə deyib.

Reznikov əlavə edib ki, bu təlimlərlə bağlı təfərrüatları açıqlamayacaq.

Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, aviasiya koalisiyasına 11 tərəfdaş ölkə daxil olub. Ukraynalı pilotların, texniklərin və mühəndislərin hazırlanması layihəsində isə liderliyi Niderland və Danimarka götürüb.
 
Ardını oxu...
İtkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

"Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib", - o qeyd edib.
 
Ardını oxu...
Maraqlıdlr ki, İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının toplantısı ilk dəfə olaraq digər bir qurumda, Müdafiə Nazirliyində keçirilib .
Görünən odur ki, kritik infrastrukturla bağlı dəyişikliklərdən sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkənin kiber mühiti üçün, kritik infrastruktur üçün Müdafiə Nazirliyini daha önəmli hesab edib.
Açıqlanan məlumatlardan görsənir ki , 2-ci Qarabağ Savaşından sonra MN-də kiber infrastruktur xeyli modenrləşdirilib, yeni strukturlar formalaşdırılıb, sistemlər yenilənib.
Bu görüşün, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələsinin XRİTDX rəisi və MN-nin Baş Qərargah rəisi səviyyəsində baş tutması da çox maraqlı və diqqətçəkən məqamdır.
Düşünmək olar ki, qarşıdakı dövrdə İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının diqqəti, ölkənin kiber resursları daha çox MN istiqamətinə yönələcək, orduda, onun müxtəlif strukturları arasında kommunikasiyada kiber məsələlərə ciddi önəm veriləcək.
Belə görünür ki, Kordinasiya Komissiyası həm də kibermüharibə məsələlərinin kordinasiyasına önəm verəcək.
Necə deyərlər, hibrid müharibələr müvafiq Komissiyaların da hibridləşməsini zəruri edir.
Osman Gunduz
Teref.az
Ardını oxu...
2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən eyni hadisələr həmin vaxt paralel olaraq, Beyləqanda da yaşanıb. Orada da çoxsaylı əsgər və zabit “düşmənlə əməkdaşlıq” adıyla işgəncəyə məruz qalıb. Nəticədə onlardan biri – baş leytenant Adil Sabirli işgəncə nəticəsində həyatını itirib.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndə Beyləqan hadisələri də yenidən araşdırıldı. Həmin hadisələrlə əlaqədar beş nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onun da biri general-mayordur. Söhbət 2022-ci ildə həbs ediləndə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdan gedir. O, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi olub. Onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha dörd nəfər isə Müdafiə Nazirliyinin təhqiqatçısı olmuş, 2017-ci ildə Beyləqana ezam edilmiş mayor İntiqam Məmmədov, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov və Ülvi Rəşidovdur.

Həm Tərtər, həm də Beyləqandakı hadisələri Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri (Camal Ramazanov və Rafiq Abbasov) araşdırır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Avqustun 17-də keçirilən məhkəmə iclasında bir neçə şahid dindirilib. Qulu Mirzəyev, Xaqani Əmrahov, Ceyhun Ərşadlı və digərləri təqsirləndirilən Ziya Kazımovun vəkilinin vəsatəti əsasında çağrılmışdı.

Ziya Kazımova mərhum Adil Sabirliyə işgəncə verilməsi və nəticədə onun ölməsiylə bağlı da ittiham verilib. O isə Adil Sabirlinin ölümünə aidiyyəti olmadığını deyir.

Ceyhun Ərşadlı bildirib ki, mərhum Adil Sabirlinin ölümüylə bağlı müxtəlif versiyalar eşitmişdi: “Gah dedilər pilləkəndən yıxılıb, gah dedilər, ürəyi tutub, sonra məlum oldu ki, sorğulamada olub...”

Təqsirləndirilən İntiqam Məmmədov ailə üzvlərilə telefon danışığı və görüş qadağasına etiraz edib. O bildirib ki, istintaq dövründə onun telefon danışığına qadağa qoyulmuşdu. Amma istintaq fevralda yekunlaşıb. Artıq məhkəmə də başa çatmaq üzrədir. Lakin Bakı İstintaq Təcridxanasında ona yenə də ailəsilə əlaqə saxlamağa imkan verilmir: “O qadağa istintaq başa çatana qədər qoyulmuşdu, artıq məhkəmə də qurtarır. Deyirlər ki, məhkəmə icazə verəndən sonra bərpa edəcəyik. Məhkəməyə də bu problemlə əlaqədar müraciət elədim. Mənə cavab verilib ki, “vəkilinlə görüşə bilərsən”. Mən orada ailə üzvlərimlə görüşü yazmışam. Vəkilimlə onsuz da görüşə bilirəm. Mən neyləyim, özümə xəsarət yetirim?”

İntiqam Məmmədov bir sıra şəxslərin, o cümlədən həmin dövrdə Beyləqan korpusunun komandiri olmuş general-leytenant Mais Bərxudarovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Ardınca təqsirləndirilən general Bəkir Orucov çıxış edib. O, narazılıq edib ki, cinayət işinin materiallarında ona aid telefon anten dairələrilə bağlı məlumatlar dəqiq deyil. Bəkir Orucov da Mais Bərxudarovun məhkəmədə dindirilməsini istəyib:

“Mais Bərxudarov o zaman düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin siyahısını Baş Qərargah rəisinə göndərib. Xahiş edirəm, o siyahı iş materiallarına əlavə olunsun. Bundan başqa, mən prokurorluğa çağırılanda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “get, nə necə varsa, eləcə də danış, məni çağırsalar, nə necə olub, kim əmr verib, nə deyib – hamısını açıb deyəcəm”. Ona görə də çağırın, gəlsin, danışsın. Bir də cinayət işinin materiallarında yazılıb ki, guya mən Baş Prokurorluğa çağırılanda yanımda vəkil olub. Orada müşahidə kameraları olur. Xahiş edirəm, görüntüləri qoysunlar ortaya, vəkil nə vaxt gəlib. Mənim yanımda vəkil olmayıb”.

Bəkir Orucovun vəkilləri də Mais Bərxudarovun dindirilməsi haqda vəsatət qaldırıblar. Vəkillər bildirib ki, cinayət işində “yuxarı komandanlığın yaratdığı mütəşəkkil dəstədən” bəhs olunur. Lakin “yuxarı komandanlığın” kimlərdən ibarət olduğu bilinmir.

Bundan başqa, təqsirləndirilən Ülvi Rəşidov ifadəsində deyib ki, işgəncə otağının hazırlanması haqda göstərişi Mais Bərxudarov vermişdi: “Belə olan halda, niyə Mais Bərxudarov dindirilməyib, bu məsələlər araşdırılmayıb?”

Vəkillərdən biri vəsatətində Müdafiə Nazirliyinin Hüquq İdarəsinin keçmiş rəisi Rauf Kişiyevin ifadəsinə istinad edərək göstərib ki, istər Tərtərdə, istərsə də Beyləqanda işgəncələrin baş verdiyi yerlərdə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən generallar olub. Yəni işgəncələr onların gözünün qarşısında baş verib.

Vəkil müdafiə naziri Zakir Həsənov, o dövrdə nazirin birinci müavini və Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov, Müdafiə Nazirliyinin keçmiş idarə rəisləri, general Rasim Əliyev, Ramil Əsgərov (Nəcməddin Sadıqovun bacısı oğlu), Natiq Əliyev, Hilal Nəcəfov, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, keçmiş Baş prokuror Zakir Qaralov, birinci müavini olmuş Rüstəm Usubov, o dövrdə Tərtər və Füzulinin hərbi prokurorları olan Fuad Məmmədovla Natiq Həsənov, korpus komandirləri Mais Bərxudarov və Hikmət Həsənovun məhkəmədə dindirilməsinin vacib olduğunu vurğulayıb.

Lakin Bəkir Orucov vəkilinin vəsatətini müdafiə etməyib. O bildirib ki, yalnız Mais Bərxudarovun dindirilməsini istəyir.

Prokuror bildirib ki, işgəncə nəticəsində həyatını itirən Adil Sabirli öldürüldüyü gün Mais Bərxudarovun Beyləqan ərazisində olmadığı anten məlumatlarından görünür. Həmin məlumatlara əsasən, Bəkir Orucovla Mais Bərxudarov arasında telefon danışığı olub. Bu zaman Bərxudarov hava limanı ərazisində olub. Prokuror deyib ki, o, həmin vaxt hadisə yerində olmadığına görə dindirməyə də ehtiyac yoxdur.

Daha bir vəkil isə bu işin ümumiyyətlə, istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Lakin hakim Zeynal Ağayev bildirib ki, qaldırılmış vəsatət qanuna uyğun deyil. Bu üzdən ümumiyyətlə, müzakirəyə çıxarılmayıb.

Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək. Növbəti iclasda Beyləqan işgəncələrilə bağlı məhkəmə istintaqının yekunlaşacağı istisna olunmur.
Ardını oxu...
NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı etiraf edir ki, Rusiyanın Qara dənizin beynəlxalq sularında gəmilərə hücumu halında NATO və Rusiya Federasiyası birbaşa toqquşa bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazır.

2009-2013-cü illərdə NATO Avropa Birgə Qüvvələrinə komandanlıq edən amerikalı admiral Ceyms Stavridis bildirib ki, Qara dənizdə əhəmiyyətli dərəcədə eskalasiya - Rusiyanın bazar günü Türkiyə gəmisi ilə etdiyi kimi - müttəfiqləri reaksiya verməyə məcbur edə və Rusiya Federasiyası ilə Alyans arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

"Rusiyanın Qara dənizin beynəlxalq sularında hərəkətləri onun NATO ilə Rusiya Federasiyası arasında dənizdə müharibəyə çevrilməsi ilə bağlı real risklər yaradır”, - Stavridis bildirib.

Onun fikrincə, NATO ölkələri Ukraynaya dəstək üçün bu qədər resurs yatırdıqdan sonra Rusiya Federasiyasının dəniz blokadası ilə Ukrayna iqtisadiyyatını necə "boğduğunu” sadəcə seyr etməyəcəklər.

Stavridis rusiyalı hərbçilərin türk gəmisinə qarşı hərəkətlərini dəniz quldurluğu ilə müqayisə edib.

"Rusiya gəmiləri ələ keçirməyə başlasa, onları qorxutmağa hazırlaşsa, düşünürəm ki, NATO dəniz tədarükü üçün humanitar dəhlizi dəstəkləməklə cavab verəcək”, - deyə Stavridis bunun ticarət gəmiləri üçün hava müdafiəsi və NATO gəmilərinin müşayiəti ola biləcəyini ehtimal edib.

Qeyd edək ki, iyulun 17-də Rusiya "taxıl sazişi”nin dayandırıldığını elan edərək, Rusiya Federasiyasının iştirakı olmadan təşəbbüsü davam etdirmək qərarına gələn tərəfləri "risklərlə” hədələyib. Bundan əlavə, Moskva Odessanın liman infrastrukturunu və Dunay limanlarını kütləvi atəşə tutmağa başlayıb.

Kiyev və müttəfiqləri hələ də Türkiyənin təsiri ilə Rusiyanı razılaşmaya qaytarmağa ümid edirlər. Yaxın vaxtlarda Rusiya prezidentinin Ankaraya səfəri gözlənilir.
Birləşmiş Ştatlar bəyan edib ki, Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət etməyi müzakirə etmir. Daha sonra ABŞ-ın Türkiyə, Ukrayna və bir sıra qonşuları ilə Ukrayna taxılının alternativ ixrac marşrutlarından istifadəni genişləndirmək üçün danışıqlar apardığı barədə məlumatlar yayılıb.
 

Ardını oxu...
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəsmisi Qazinin evinə gəlib medallarını geri alıb. DİA.AZ bildirir ki, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən Müharibəsinə hərbi xidməti bitirdikdən sonra Səfərbərliklə yenidən cəlb olunan, döyüşlərdə tuşlayıcı olaraq yaxından iştirak edərək ali baş komandan cənab İlham Əliyevin də müvafiq sərəncamı ilə 3 medalla təltif olunan Abbasov Mübariz Şahin oğlu ilginc açıqlamalar verib.

Qarabağ Qazisinin DİA.AZ-a bildirdiyinə görə, yaşadığı Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanına gələn Səfərbərlik Xidmətinin yeri şöbəsinin rəsmi şəxsi onu hədələyib: "Mənə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəm, polislə gələcək. Mən də bu şəxsə inanıb medalları və cənab Prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim".

Çox maraqlıdır, əgər hansısa rəsmi qərar varsa, nədən Mübariz Abbasovu Səfərbərlik Xidmətinə rəsmi dəvət elətdirib, hansısa rəsmi sənədə imza atdirmadan onun təltifləri geri təhvil alınmayıb?

Qarabağ Qazisi bu qəribə olayla bağlı əlaqədar qurumlardan və Prezidentdən kömək istəyir.

Məsələ diqqətimizdədir və aidiyyatı üzrə bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...

Xəyyam Qurbanlı

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Rumıniya Prezidenti Klaus İohannis ölkəsinin ukraynalı pilotlara F-16 qırıcılarının idarə olunması ilə bağlı təlim keçəcəyini təsdiqləyib.

O, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Rumıniya təlimdə iştirak edəcək.

Prezidentin sözlərinə görə, Rumıniya digər NATO müttəfiqləri ilə birlikdə Ukraynanı sülh və azadlıq uğrunda mübarizəsində dəstəkləməyə davam edəcək:

"Biz avropa İttifaqı (Aİ) daxilində koordinasiyanı davam etdirəcəyik”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını bildirib. Lakin sonradan təlimlərin təxirə salındığı açıqlanıb. Buna səbəb kimi Ukrayna hərbçilərinin ingilis dilini lazımi səviyyədə bilməmələri göstərilib.
Ardını oxu...
Rusiyanın İsveçin Ukraynanın Lutsk şəhərindəki podşipnik zavoduna raket zərbəsi endirməsi nəticəsində üç işçi ölüb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveç şirkəti məlumat yayıb.

"Dünən gecə Ukraynanın Lutsk şəhərinə hücum olub və nəticədə zavodumuza ciddi ziyan dəyib. Üç həmkarımızın öldüyünü təsdiqləməkdən çox kədərlənirik", - deyə SKF-nin sözçüsü Karl Byörnstam bildirib.
 
      
Ardını oxu...
Ukrayna silahı qüvvələri ötən həftə ərzində Baxmut şəhəri yaxınlığında kiçik bir ərazini işğaldan azad edib.

Bu barədə məlumatı Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar verib.

O dəqiqləşdirib ki, bu istiqamətdə 3 kvadrat kilometrlik sahə azad olunub.

Ümumiyyətlə isə Ukrayna qüvvələri iyun ayından bəri 40 kvadrat kilometrlik ərazini işğaldan azad edib.

Malyar avqustun 14-də Ukrayna silahlı qüvvələrinin Donetsk vilayətinin Urojaynoye kəndində “müəyyən uğur” qazandığını bildirib.

Ukraynalılar bu kəndə hücumu avqustun 8-də başlamışdılar.
“Əhəmiyyətli taktiki irəliləyiş”
Nazir müavinin sözlərinə görə Staromayorsk kəndindən cənub və cənub-şərq istiqamətində də uğurlar var və Ukrayna hərbçiləri müəyyən ərazidə mövqelərini möhkəmləndirirlər.

Ötən bazar günü, avqustun 13-də yayılan məlumatlarda deyilirdi ki, Rusiya ordusu Urojaynoyedən geri çəkilməyə başlayıb. Bu ərazidə, Mokrıye Yalı çayının sahilində Rusiya ordusunun istehkamları yerləşir. Xəbərləri əsasən rusiyalı hərbi blogerlər yayıblar.

Amma Rusiya Müdafiə Nazirliyi avqustun 12-də bu kəndə hücumun dəf edildiyini bildirmişdi.

The New York Times qəzeti avqustun 13-də yazıb ki, Ukrayna silahlı qüvvələri ölkənin cənubunda, iki istiqamət üzrə “əhəmiyyətli taktiki irəliləyişə” nail olub.

Qəzetin məlumatında deyilirdi ki, ukraynalılar Berdyansk və Melitopol istiqamətində 16 kilometrdən 20 kilometrədək irəliləyə biliblər.
Yerli sakinlər həlak olub
Bu arada Mariupol şəhərinin ukraynalı meri Pyotr Andryuşşenko Donetsk vilayətinin Mariupol rayonundakı Urzuf kəndində baş vermiş atışma nəticəsində 7 yerli sakinin həlak olduqlarını bildirib.

Mer bundan əvvəl teleqram kanalında avqustun 11-də kadırovçuların iştirakilə atışma baş verdiyini, kəndə giriş və çıxış yollarının bağlandığını yazmışdı.

Mariupol şəhər sovetinin məlumatına görə Urzufdakı atışma kadırovçularla Rusiyanın işğal hərbi kommendantlığının hərbçiləri arasında baş verib.

Ölən və yaralananların olduğu xəbər verilir.

Çeçenistanda bu hadisənin baş verdiyini inkar edirlər. Respublikanın mətbuat naziri Axmad Dudayev xəbəri “feyk” adlandırıb və deyib ki, “çeçen millətindən heç kəsin bu insidentlə bağlılığı yoxdur”.

Amma o da atışma faktının olduğunu etiraf edib.

Poqoncırma və atışma...
Ukrayna tərəfinin versiyasına görə çeçen hərbi birləşməsinin sayı bəlli olmayan nümayəndələri Azov dənizinin sahilindəki Urzufa istirahətə gəliblərmiş.

Orada onlar və hərbi kommendaturanın əməkdaşları arasında mübahisə düşüb. Andryuşşenko yazır ki, “daha sonra poqoncırma, ardınca da atışma baş verib”.

Andryuşşenkonun sözlərinə görə atışma zamanı yerli sakinlərdən olan iki yeniyetmə qız da həlak olub.

ASTRA teleqram kanalı bildirir ki, jurnalistlər Urzuf kəndinə Rusiya işğal administrasiyası tərəfindən başçı təyin edilmiş İvan Topuzovla əlaqə saxlaya biliblər. Atışmanın baş verdiyini o da təsdiqləyib.

Başçı deyib ki, hadisə yerində İstintaq Komitəsinin əməkdaşları təhqiqat aparırlar, amma onu əraziyə buraxmayıblar.
 

Dünyapress TV

Xəbər lenti