Ardını oxu...
 

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.


Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Ardını oxu...
Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasında “Azərbaycan Ermənistana hücum edib” iddiasını gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur.
BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi. Çünki Qarabağ Azərbayca ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq;
İndi yenidən sentyabr ssenarisi işə salınır. Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür.
- Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər;
- Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər;
- Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir;
Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, lakin əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov jurnalistlərə açıqlaması zamanı bildirib.

""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub.

Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunun şəxslərin cinayət işi icraata verilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

F.Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Hakim Fikrət Əliyev hərbi cinayət işləri üzrə ixtisaslaşıb, o, əvvəllər Füzuli və Gəncə Hərbi Məhkəməsinin hakimi olub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.
APA xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakı ilə Azərbaycan Ordusunda həyata keçirilən uğurlu hərbi islahatlar, tətbiq olunan yeni texnologiyalar, habelə silahlanmaya daxil edilmiş müxtəlif təyinatlı hərbi vasitələr Ordumuzun əməliyyat imkanlarını xeyli artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir", - Baş qərargah rəisi əlavə edib.

Kərim Vəliyev iki ölkə orduları arasında Baş Qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulduğunu deyib: "Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".
 
Ardını oxu...
“Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

Onun sözlərinə görə, Rusiya ərazisinə zərbə endirilməməsi ilə bağlı çağırışlar qəribə görünür: “Bu çağırışlar Rusiyanı işğalı davam etdirməyə təşviq edir. Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün tərəfdaşlarının silahlarından istifadə etməmək öhdəliyinə ciddi şəkildə riayət edir və yalnız müdafiə müharibəsi aparır”.

M.Podolyak bildirib ki, danışıqlar müzakirə mövzusu deyil: “Rusiya getdikcə xaosa sürüklənəcək. Nə qədər ki, Vladimir Putin prezidentdir danışıqlar olmayacaq”.

Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir.

Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib.
Ardını oxu...
Erməni separatçılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına hücumunun görüntüləri yayılıb.
Trend xəbər verir ki, erməni separatçıları sülhməramlılardan birinin guya azərbaycanlı olduğunu əsas gətirərək onlardan sənədləri göstərməyi tələb edirlər.
Qeyd edək ki, Qarabağda “humanitar fəlakət” iddiaları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışan erməni separatçıları bu gün Bakıdan gələn humanitar yardımdan imtina edərək, bir daha özlərini ifşa etdilər. Amma onlar dərk etməlidirlər ki, gec-tez Azərbaycanla hesablaşmalı olacaqlar, çünki Bakının səbri sonsuz deyil.

 
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkəti qeyri-qanuni silahlı birləşməd idi və Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq”.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev deyib.

“Vaqner” fəaliyyətini dayandıracaq. Döyüşçülər mülki şəxs kimi həyatlarına davam edə və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər. Bu, qeyri-qanuni silahlı birləşmədir. Hansısa dövlətə tabe olmayan silahlı adamlar dövlətdə olmamalıdır. Nəticədə bu üsyana gətirib çıxardı. Biz vətəndaş müharibəsinin astanasında idik”, - deyə Sobolev bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi ilə yalnız üsyanda iştirak etməyən muzdlular müqavilə bağlaya bilərlər. \\Musavat.com
Ardını oxu...
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus iki F-35 qırıcısı Avstraliyadakı bazaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Təyyarələr Darvindən 320 kilometr cənub-şərqdə yerləşən Avstraliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Tindal” bazasına çatıb.

Hər iki ölkənin HHQ nümayəndələri bu addımın bütün səviyyələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, Asiya-Sakit okean regionunun azad və açıq məkanının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Tornado" qırıcı təyyarəsi ölkənin şərqindəki Əş-Şərqiyyə əyalətində qəzaya uğrayıb. 2 ekipaj üzvü katapult edib.
Bakupost.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumatı yayıb.
“Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Turki əl-Maliki bildirib ki, bu gün saat 15:44-də qırıcı təyyarə planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb”, nazirliyin X (keçmiş Twitter) səhifəsində deyilir.
Əl-Malikinin sözlərinə görə, ekipaj son anda katapult edərək sağ qalıb. Qəza nəticəsində yerdə ölən və xəsarət alan yoxdur.
 

Dünyapress TV

Xəbər lenti