Rusiya ordusu müharibə başlayandan bəri rekord sayda fərariliklə üzləşir – Kəşfiyyat
Rusiya ordusundan çağırışçıların fərariliyi rekord həddə çatıb. Bunun əksəriyyəti Moskva vilayətində qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Dərc olunan yeni icmalda qeyd edilir ki, Rusiyanın müstəqil media qrupunun “Mediazona”ya istinadən verdiyi məlumata görə, 2024-cü ilin martında Rusiya hərbi məhkəmələri rekord sayda – 684 rusiyalı hərbçini fərariliyə görə cəzalandırıb. 2022-ci ilin sentyabrında “qismən” səfərbərlikdən bəri ümumi halların sayı 7.400-dür, ən çox hal Moskva vilayətində qeydə alınıb – 496.
Britaniya kəşfiyyatının məlumatına görə, izinə düşərək hərbi məhkəməyə gətirilən əsgərlərin çoxu şərti cəza alıb və öz hissələrinə və cəbhə xəttinə qaytarılıb. Eyni zamanda, hərbi xidmətdən yayınan Rusiya vətəndaşlarının Qərb ölkələrindən sığınacaq üçün müraciətlərinin sayı rekord həddə çatıb.
“Rusiya əsgərləri, o cümlədən 2022-ci ilin sentyabrında qismən səfərbərlik zamanı zorla cəlb edilmiş əsgərlər, tərxis olunma ehtimalı az olmaqla qeyri-müəyyən müddətə hərbi xidmətdə qalmalıdırlar”, – Britaniya Müdafiə Nazirliyi qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti