Ardını oxu...
Ukrayna ordusu Tavriya istiqamətində 12 nəfəri əsir götürüb, daha 257 rus hərbçisini məhv edib və yaralayıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski bildirib.

Onun sözlərinə görə, "Ukraynanın müdafiə qüvvələri işləyir və irəliləyir".

“Ötən sutka ərzində düşmən itkisi öldürülən, yaralanan və əsir götürülən 269 nəfər (ölü - 81, yaralı - 176, əsir - 12) təşkil edib. Düşmənin 15 hərbi texnikası - 1 tank, 2 zirehli döyüş maşını, 3 artilleriya sistemi və minaatan, 9 maşın və 1 ədəd xüsusi texnika məhv edilib.

Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarı və komanda-müşahidə məntəqəsi də dağıdılıb".
Ardını oxu...
Polşa Belarusla sərhədə xüsusi qrup yerləşdirib. “Report” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə naziri Mariuş Blaşçak bildirib ki, RENGAW kod adlı əməliyyat çərçivəsində hərbi əməliyyat qrupu yaradılıb. Qrupun vəzifəsi sərhəddə vəziyyətin pisləşəcəyi təqdirdə ehtiyat formalaşdırmaq olacaq.

"Polşa Ordusu müasir silahlarla, müasir texnologiya ilə təchiz olunub və bütün bunlar onların gücündən xəbər verir”, - nazir əlavə edib.

Onun sözlərinə görə, bu hərbi əməliyyat qrupu təlim və müdafiə xarakteri daşıyır.

Əməliyyatda 4 minə qədər əsgər iştirak edəcək.
 
Ardını oxu...
“Ukrayna İsraili "Ramştayn" Müdafiə Qrupundan çıxarmağı düşünür. “AzPolitika.info” xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti yazıb. "Ramştayn" qrupuna NATO-nun 30 ölkəsinin və digər 24 ölkənin nümayəndələri daxildir. Onların hamısı Kiyevə hərbi yardım məsələləri ilə məşğuldur.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbələr jurnalistlərə bildiriblər ki, İsrail Ukraynaya hərbi yardım etməyib. Nəşrin həmsöhbətlərinin fikrincə, İsrail öz dar maraqları üçün "Ramştayn" formatında keçirilən görüşlərdə müzakirə olunan məsələlər haqda Rusiyaya məlumatlar ötürməsi ehtimalı var.

Bundan başqa, Kiyev iki ölkə arasında vizasız rejimin ləğvi imkanını nəzərdən keçirir.

Ukrayna Xarici İşlər Nazirliyi bu təşəbbüslə bağlı məlumatı olmadığını bildirib.

“Kyiv Post”da dərc olunan nəşr İsraildə ukraynalı qaçqınların pulsuz müalicəsinin dayandırılması ilə bağlı xəbərlər fonunda çıxıb. Eyni zamanda, İsrailin özü hər il yəhudilərin Yeni ilini qeyd etmək üçün Umana gələn minlərlə yəhudi zəvvar üçün təhlükəsizlik zəmanəti almağa çalışır. Bölgə daimi atəşə tutulduğuna görə, bu zəmanətləri vermək mümkün deyil”, mənbələr “Kyiv Post”a bildiriblər.

İsrail Rusiyanın Ukraynaya təcavüzünü pisləyib. Ölkə Kiyevə hərbi dəstək vermir, lakin mütəmadi olaraq humanitar və tibbi yardımla təmin edir.

İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə deyib ki, İsrail silahları hərbi əməliyyatlar aparan ölkələrə verilərsə, üçüncü şəxslər vasitəsilə İranın əlinə keçə və sonradan yəhudi dövlətinə qarşı istifadə oluna bilər.
 
Ardını oxu...
Avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
 
 
 
Ardını oxu...
ABŞ İranın məhbus mübadiləsi müqaviləsi çərçivəsində aldığı pula nəzarət edəcək və onun hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcək.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İranın bu pulla nə edə biləcəyinə dair ciddi məhdudiyyətlər olacaq”, o, Tehranın məhbus mübadiləsinin qarşılığı kimi Vaşinqtonun ödədiyi vəsaitin hərbi məqsədlər üçün istifadə edilməsi ehtimalına dair suala cavabında bildirib.

"Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət prosesi olacaq. Yekunda biz bu pulların hara və nəyə getdiyini açıq şəkildə görəcəyik" – Kirbi vurğulayıb.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin arasında razılaşmalar pozulub . Bunu "vaqnerçilər"in Rusiyaya qayıtması ilə bağlı məlumatlar da göstərir.

"AzPolitika.info"-nun məlumatına görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.

Məlumatda iddia edilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın muzdluları saxlamaq üçün pul ödəməyəcəyini anlayanda "Vaqner RMC"ni maliyyələşdirməkdən imtina edib.
Hesabatda həmçinin bildirilir ki, Putin "Vagner RMC"ni döyüş bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir.

Analitiklər hesab edirlər ki, bütün bunlar muzdluları əsəbiləşdirəcək və Putinin üsyandan bəri fəal şəkildə yaratmağa çalışdığı daxili təhlükəsizlik cəbhəsini sarsıdacaq.
 
Ardını oxu...
“Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək. Düşünürəm ki, Rusiyanın nüvə arsenalı bir çox insanın kollektiv nəzarəti altındadır və nüvə silahından istifadə təkcə Putinin iradəsindən asılı deyil”.

APA xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Polşa lideri Ukraynadakı müharibə mövzusuna toxunaraq bildirib ki, bu müharibədə Rusiya nüvə silahından istifadə etməyəcək, çünki bununla bağlı qərar bir nəfər tərəfindən verilmir. Duda qeyd edib ki, Ukraynada nüvə təhlükəsindən danışan zaman oradakı atom elektrik stansiyaları ilə bağlı yarana biləcək problemlər daha çox narahatlıq yaradır: “Düşünürəm ki, atom elektrik stansiyasında baş verə biləcək partlayışın təhlükəsi nüvə silahının tətbiqi ilə müqayisədə xeyli yüksəkdir”.

Polşa Prezidenti Ukrayna ordusunun silah təminatı məsələsindən də danışıb: “Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli artilleriya ilə təchiz olunub və hələ də mərmilər Kiyevə tədarük olunur. Demək olar ki, Ukrayna bu gün Rusiyadan qat-qat müasir hərbi potensiala malikdir, lakin burada diqqətçəkən məsələ başqadır. Böyük ehtimalla Ukraynanın müharibədə balansı dəyişmək və üstünlüyü əldə etmək üçün kifayət qədər silahı yoxdur. Biz bu qənaətə ona görə gəlirik ki, ukraynalılar hazırda rus qoşunlarına qarşı qətiyyətli əks-hücum etmək iqtidarında deyillər. Bir sözlə, onların daha çox köməyə ehtiyacı var”.
 
Ardını oxu...
Türkiyə ordusunun iki hərbi qulluqçusu şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hərbçilər Pəncə-Kilid əməliyyat bölgəsində hücuma məruz qalıb.
Terrorçuların hücumu nəticəsində daha 3 hərbçinin yaralandığı bildirilir
 
Ardını oxu...
Çeçenistandan olan 7000-dən çox döyüşçü hazırda Ukraynadakı savaşda ön cəbhədə ruslarla birgə döyüşür.

Sfera.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında məlumat verib.

“Çeçen döyüşçülərin hərbi əməliyyatlara aparılması üzrə regional qərargahın rəhbəri Maqommed Davudov məlumat verdi ki, Ukraynadakı savaşın bütün dövrü ərzində Çeçenistan Respublikasından döyüş bölgəsinə 29 mindən çox döyüşçü göndərilib, onlardan 13 mini könüllüdür. Hazırda cəbhə xəttində 7 mindən çox döyüşçü var”, - Kadırov bildirib.

O qeyd edib ki, Respublikada Müdafiə Nazirliyinin nəzdində üç batalyon və üç alay da yaradılıb. Onun sözlərinə görə, döyüşçülər daimi dislokasiya nöqtəsində lazım olan hər şeylə təmin edilib.
Ardını oxu...
“Rusiya ordusu hazırda irimiqyaslı hücum etmək iqtidarında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

“Rus işğalçıları mütəmadi olaraq cəbhədə “qələbələr” barədə məlumat verirlər, əslində heç bir uğur qazana bilmirlər, sadəcə bütün gücləri ilə mövqelərini qorumağa çalışırlar. Əlbəttə, buna baxmayaraq, rus ordusunun “möhtəşəm qələbələri və müdafiələrinin sabitliyi” haqda məlumat verirlər. Baş verənlərə sağlam düşüncə ilə yanaşanda, təbii ki, heç bir irəliləyiş görmürük. Sadəcə Rusiya ordusu ələ keçirdiyi mövqeləri möhkəm saxlamağa çalışır”, ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun bütün strategiyası yalnız əlində olanları saxlamaqdan ibarətdir:

“Biz Melitopol və Berdyan istiqamətlərində məhdud miqyasda da olsa əks-hücum əməliyyatları apararaq, inanılmaz dərəcədə çətin şəraitdə düşmənin səngərlərini təmizləyirik, hərbi-polis əməliyyatları həyata keçiririk. Hücumu davam etdiririk, düşmənin müdafiəsini yararaq əsir götürmək imkanımız var”.

Qrabski iddia edir ki, Rusiya ordusu hazırda irimiqyaslı hücum etmək iqtidarında deyil:

“Bu, Silahlı Qüvvələrin ən azı son altı ayda səmərəli fəaliyyətindən xəbər verir. Bəli, düşmən Donetsk vilayətində özünü sərbəst hiss etmir, çünki orada Avdiv istehkam rayonu var. Bu durum işğalçılara maddi-texniki təminat və komanda baxımından öz imkanlarından tam istifadə etməyə imkan vermir. Ukraynalı müdafiəçilər rusların manevrlərini xeyli çətinləşdirir, onların maddi-texniki strukturuna ciddi zərbələr vurur, sursat və maddi resurslar toplamağına və hücumu davam etdirməsinə mane olur”.
 

Dünyapress TV

Xəbər lenti