Ardını oxu...
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan (təsdiq edici sənəd təqdim etmiş Vətən Müharibəsi iştirakçıları boyu 1.80 sm-dən aşağı olmayanlar) və 27 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) yanvarın 15-dən yanvarın 26-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.

Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti.

- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.

- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı)

Müraciət etmə vaxtı: 2024-cü il yanvarın 15-dən yanvarın 26-dək təyin olunmuş günlər (bazar ertəsindən cümə gününədək digər günləri istisna olmaqla) saat 15.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.
Teref: Xocanin Blogu
 
Ardını oxu...
2024-cü ildə Rusiya Federasiyasının Strateji Raket Qüvvələri yeddi qitələrarası ballistik raketin təlim və sınaq buraxılışını həyata keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son beş ildə Strateji Raket Qoşunları perspektiv raket sistemlərinin uçuş sınaqları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyinin təlimləri çərçivəsində qitələrarası ballistik raketlərin 20-dən çox buraxılışı həyata keçirib.

“Bu il Strateji Raket Qüvvələri yeddi qitələrarası ballistik raket buraxmağı planlaşdırır”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
 
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, qoşunların Ermənistan-Azərbaycan sərhədindən "güzgü prinsipi" ilə çıxarılması təklifi qüvvədə qalır. 2024-cü ilin ilk həftəsi tamam olmamış həm rəsmi Bakı, həm də İrəvan sülh sazişi ilə bağlı öz baxışlarını təqdim ediblər.
Bəs qoşunların geri çəkilməsi təklifi özündə nəyi ehtiva edir?
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, qoşunların çəkilməsi Ermənistanın sülh danışıqları çərçivəsində təqdim etdiyi təkliflərdən biridir:
“Ermənistan şərti sərhədə sərhədçilərdən ibarət qoşun birləşmələrinin yerləşdirilməsini və digər qoşun bölmələrinin həmin ərazidən çıxarılmasını təklif edir. Əlbəttə, əgər münasibətlər normal olarsa, bu təklifin reallaşdırılması qənaətbəxş və məqsədəuyğun hesab edilə bilər. Lakin Ermənistan cəmiyyətində və dövlətində bir sıra qüvvələr Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Belə olan təqdirdə Azərbaycanın öz təhlükəsizliyini mühafizə və müdafiə etməsi məsələsi önə çıxır”.

Ekspertin sözlərinə görə, məsələyə hərbi-texniki aspektdən yanaşılsa, ordu birləşmələrinin həmin ərazilərdən çıxarılması böyük xərc tələb edir və ordu birləşmələri üçün yaradılmış infrastrukturun istifadəsiz qalması anlamına gəlir:
“44 günlük müharibədən sonra Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturları həmin ərazilərdə infrastruktur layihələri icra ediblər. Bölgədə yeni hərbi hissələr, müşahidə məntəqələri qurulub. Bu, məsələnin hərbi texniki tərəfidir. Hərbi-strateji nöqteyi-nəzərdən Paşinyan istisna olmaqla, ondan sonra gələcək dövlət başçılarının mövcud vəziyyəti qəbul edəcəyinə zəmanət yoxdur”.

“Ermənistanda mövcud vəziyyət onu deməyə əsas verir ki, Paşinyandan sonrakı dövrdə sülh və əminəmanlığın mövcud olacağı sual doğurur. Məhz bu amil Azərbaycanı Ermənistanın təklif etdiyi addımdan çəkinməyə vadar edir. Ermənistan isə vəziyyətdən maksiumum şəkildə bəhrələnməyə çalışır. Ermənistan məğlub tərəf olduğu üçün Azərbaycana sülh sazişi ilə bağlı hər hansı şərt qoya bilməz. Ermənistan etibarlı qonşu deyil. Sərhədin mühafizəsinin yumşaldılmasına getmək hazırkı şəraitdə təhlükəlidir. Düşünürəm ki, qarşıdan gələn dövrdə də bu vəziyyət dəyişilməyəcək, Ermənistanın bu şərtləri qəbul edilməyəcək”, - deyə Ramil Məmmədli fikirlərini yekunlaşdırıb.
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistan tərəfi uzun müddətdir ki, şərti sərhəddə qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsini təklif edir, ancaq bu, təklif olaraq da qalır:
“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan şərti sərhəddə öz mövqelərini gücləndirmək, təhlükəsizliyini təmin etmək üçün uğurlu fəaliyyətlər icra edib. Bu, Azərbaycan ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması üçün çox önəmlidir. Xüsusilə 2022-ci ilin sentyabr döyüşlərində bu, özünü bir daha göstərdi. Çüni aramsız hərbi siyasi təxribatlar müşahidə olunurdu. 2023-cü ildə Azərbaycan ərazisində separatçılığın kökünün kəsilməsi nəticəsində biz artıq silah səsləri eşitmirik”.

Politoloq qeyd edir ki, "güzgü prinsipi" ilə geri çəkilmək təklifi Ermənistan tərəfinin Azərbaycana təsir etmək cəhdidir.
“Azərbaycan sülh sazişi ilə bağlı müddəaların bütünlüklə yerinə yetirilməsinin tərəfdarıdır. Reallıq odur ki, hələ də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklləri yerinə yetirməyib. Mən bunu deyərkən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyaların açılmamasını nəzərdə tuturam. Təbii ki, məsələ tək bununla bağlı deyil. Konseptual məsələlərdə tərəflər arasında razılığa gəlinsə də, Ermənistan kənar güc mərkəzlərinin təsirində olmasından dolayı proses uzanır. Belə bir şəraitdə Ermənistanın öz strateji maraqlarına hesablanmış tələblər irəli sürməsi yersiz və qəbuledilməzdir. Ermənsitanın təklifi qəbul olunarsa, bizim mövqelərimizin yenidən atəşə tutulmayacağına kim qaratiya verə bilər?!”, - deyə politoloq fikrini tamamlayıb.
Ardını oxu...
Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına məxsus hədəflərə ağır zərbələr endirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların olduğu 15 hədəf məhv edilib.

İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçulara qarşı hava əməliyyatı keçirilib.

Həyata keçirilən əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.
 
Ardını oxu...
Ukrayna Ali Radasının müvafiq komitəsi yanvarın 8-9-da yeni səfərbərlik qaydaları haqqında qanun layihəsi ilə bağlı qərar qəbul edə bilər.

Bu barədə komitənin katibi Roman Kostenko deyib.

O bildirib ki, təmsil etdiyi komitə qanun layihəsi üzərində işləyir və Maliyyə Nazirliyi öz mövqeyini təqdim etməlidir.
 
Ardını oxu...
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Dwight Eisenhower” atom təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətindən məlumat verilib.

ABŞ hərbi departamentinin nümayəndəsinin verdiyi hesabata əsasən, gəmi hazırda Yəmən sahilləri yaxınlığındadır. Bundan əvvəl isə təyyarədaşıyan gəmi Ədən körfəzində olub.

Təyyarədaşıyan gəmidə 48 F/A-18 qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib. Bu qrupa raket kreyseri və ABŞ Hərbi Dəniz Qüvvələrinin ən azı beş esminesi daxildir. Onların hamısı Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumlarına qarşının alınması məqsədilə təşkil olunan çoxmillətli “Rifahın keşikçiləri” əməliyyatında istifadə edilirlər.
Qeyd edək ki, ABŞ və daha 11 koalisiya dövləti bundan əvvəl Yəmən husilərindən Qırmızı dənizdə hərbi və ticarət gəmilərinə hücumu dayandırmağı tələb edib.
Ardını oxu...
Ardını oxu...
Mənbə: MK.ru
 
Ardını oxu...
“ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək, lakin 2022-2023-cü illər səviyyəsində deyil”.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bu o demək deyil ki, biz onlara 2022 və 2023-cü illərdə verdiyimiz hərbi maliyyə səviyyəsində dəstəyi davam etdirəcəyik”, - Miller deyib.

Onun sözlərinə görə, gələcəkdə Kiyevə ABŞ və müttəfiqlərindən maliyyə ayrılmasına ehtiyac olmayacaq, çünki Qərbin məqsədi Ukraynanın özünü hər şeylə, o cümlədən silahla təmin etməsidir.
 
Ardını oxu...
Rusiyanın Belqorod vilayətinə raket hücumu barədə xəbərdarlıq edilib.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O, sakinləri bayıra çıxmamağa, təhlükəsiz yerlərə sığınmağa çağırıb:

"Əgər küçədəsinizsə, təcili olaraq sığınacaq və ya başqa təhlükəsiz yerə getməlisiniz".

Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı.
 
Ardını oxu...
Bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.

Səfərbərlik və Hərbi Çağırışa Xidmətinin İstimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər Şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.

Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.
 
Ardını oxu...
“Bəzi mətbuat orqanlarında “Birləşmiş Krallığın Ukraynaya bağışladığı minatəmizləyən gəmilərin Türkiyə boğazlarından Qara dənizə keçməsinə icazə verilib” iddiası həqiqətə uyğun deyil”.
Bu barədə Türkiyə prezidentinin kommunikasiyalar müdiriyyətinin tabeliyində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzinin Tvitterdə paylaşdığı postda deyilir.
“Türkiyə Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatını dərhal “müharibə” kimi qiymətləndirib və Montrö Boğazları Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq Boğazları döyüşən tərəflərin (Rusiya və Ukrayna) hərbi gəmiləri üçün bağlayıb.
1936-cı ildən bəri Montrö Konvensiyasını qərəzsiz və diqqətlə həyata keçirən Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün bu müharibə boyu sarsılmaz qətiyyətini və prinsipial mövqeyini qoruyub saxlayır.
Müvafiq müttəfiqlərimizə məlumat verilib ki, Böyük Britaniya tərəfindən Ukraynaya bağışlanan minatəmizləyən gəmilər müharibə davam etdiyi müddətdə Türkiyə boğazlarından Qara dənizə buraxılmayacaq”, - məlumatda deyilir.
 

Dünyapress TV

Xəbər lenti