NATO-nun Vilnüs sammitində Almaniya kansleri Olaf Şolz və Müdafiə naziri Boris Pistorius Ukraynaya təxminən 700 milyon avro dəyərində yeni hərbi yardım paketini açıqlayacaqlar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni silah paketinə 25 “Leopard” tankı, 40 “Marder” piyada döyüş maşını, iki “Patriot” hava hücumundan müdafiə sistemi və 20 min artilleriya mərmisi daxil edilməlidir.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammitində Ukrayna ordusunun əks-hücumunu dəstəkləmək üçün “SCALP” uzaqmənzilli hava-yer raketlərinin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.
Bu ilin yanvarında Almaniya Ukraynaya 178 “Leopard 1” tankının çatdırılmasını təsdiqləyib. Yekun məqsəd 2024-cü ilin birinci və ya ikinci rübündə Kiyevə 100-dən çox tank çatdırmaqdır. Ukraynaya gətirilən “Leopard” tankları artıq Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücum əməliyyatı zamanı döyüşlərdə iştirak edib.
Möhtərəm Kərəm paşa, bilirəm, başınız yeni icad etdiyiniz arxaya yeriş qaydasının təkmilləşdirmə məşqlərinə qarışıb, amma məşqdən sonra hərdən şikayətlərə də baxsanız yaxşı olar. Sizə bir zabitinizin şanlı məktubunu göndərirəm. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda (yəni məşhur arxaya addımı ilə yadda qalan Kərəm paşanın korpusunda) hərbi həkim kimi xidmət edən Sarvan Tağıyev adlı şikayətçi yazır: "Sabahınız xeyir olsun. Çox sağolun minnətdaram ki, mənə vaxt ayırdız. Deməli, mənim problemim həm özümün, həmdə valideynimin-anamın xəstəlikləri ilə bağlıdır. Mən hərbi həkiməm zabitəm 2017-ci ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edirəm, ailənin tək övladıyam bacım və qardaşım yoxdur. Atam rəhmətə gedib həmin vaxt məni nə dəfnə nə yas mərasimlərinə buraxmadılar. İndi də Anamın vəziyyəti ağırdı tələb etdikləri qaydada hərbi həkim komissiyasından da keçirmişəm komissiya qərar verib ki, valideyn dağlıq və əlverişsiz iqlim şəraitində yaşaya bilməz. O arayışı Orduya da təqdim eləmişəm ama 1 ildən çoxdur ki, heç bir tədbir görmürlər, özümün gözündə keratokonus, mürəkkəb miopik astiqmatizm, miopiya xəstəlikləri var ama tərxis eləmirlər. Bugün mənim əsas problemim tərxis olunmaqda deyil əsas problemim valideynim gözümün önündə əriyir gedir və mən heçnə edə bilmirəm. Bu vəziyyət məni məhv edir artıq. Nazirliyə müraciət edirəm yazılı və şifahi. Müraciətlərə baxmırlar reaksiya vermirlər. Xahiş edirəm bu məsələni ictimailəşdirək mənim onsuz da itirəcək heçnəyim qalmayıb mən ailəmə görə rütbə, vəzifə və hərşeydən imtina eləmişəm. Nazirliyin qaynar xəttinə də bildirmişəm ki, bu məsələ məni cinayətə və intihara sövq edir artıq bu problemi ictimailəşdirəcəm. Gözümün önündə hərbi qulluqçuların yerini dəyişirlər hətta ən komfortlu yerlərə təyinat verib göndərirlər. Mənə gələndə müxtəlif bəhanələr gətirirlər. Sual verirəm suallarım cavabsız qalır cavab verə bilmirlər axı. Bilmirəm vallah uje o qədər çarəsiz qalmışam ki, nəyi necə edim bilmirəm. Bilirəm buna görə mənə cəza da verəcəklər, bəlkə rütbəmi də alacaqlar, vəzifədən də çıxaracaqlar, ama başqa yolum qalmayıb artıq. Mənim üçün nə rütbə, nə vəzifə ailəmdən, valideynimdən önəmli deyil". Heyder Oguz Teref.az
Kreml Putinin Priqojini qəbul etdiyi və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirdiyini təsdiq edib, halbuki, onları “xain” elan etmiş və “sürgün”ə göndərmişdi. Bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz də deyil: - Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var; - “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir; - Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər; Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur; Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər. Asif Nerimanli Teref.az
Fransadan 100-ə yaxın muzdlu döyüşçü Ukrayna ordusunun tərəfində döyüşlərdə iştirak edir.
Bu barəfə RTL radiostansiyası məlumat yayıb.
Bildirilib ki, son aylarda Fransadan olan muzdluların sayı dəyişib, çünki münaqişə başlayandan 800 nəfər Ukraynadakı döyüşlərdə iştirak etmək arzusunda olduğunu açıqlayıb. Bu 800 fransızın təxminən yarısı Ukraynaya gəlib. Onlardan bəziləri bir neçə gün orada qalıb, daha sonra Fransaya qayıdıblar.
O da qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin hamını silahla təmin etmək imkanı olmadığından fransız muzdluları özləri sursat almağa məcburdurlar. Ukraynada döyüşən fransızlardan biri RTL-ə deyib ki, o, sursat almaq üçün 50 min avro xərcləyib.
“İyul ərzində iyunda müşahidə edilən təxminən eyni tipli hərbi əməliyyatları gözləməliyik. Artıq avqustda Ukrayna Silahlı Qüvvələri tərəfindən ciddi irəliləyiş baş verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov deyib.
Onun fikrincə, Ukrayna ordusu böyük texniki ehtiyatlara malikdir.
“Bu ayın sonuna kimi iyunda gördüyümüz döyüşlərin çoxunu görəcəyik. Bu, çoxlu sayda anbarların, komanda məntəqələrinin, texnikanın məhv edilməsi, eləcə də düşmən texnikalarının ərazilərimizdən çıxarılması demək olacaq. Ancaq hələlik xəritə ilə bağlı olmayacaq. Bununla belə, düşmənin döyüş qabiliyyətinin daha bir ay tükənməsi, məsələn, avqustda bir yox, eyni anda bir neçə istiqamətdə fəal şəkildə irəliləmək üçün çox yaxşı şərait yarada bilər”, - Kramarov bildirib.
Ekspert Ukraynanın əks-hücum üçün ciddi ehtiyatının oluduğunu söyləyib:
“Tapşırıq ən yaxşı şəkildə yerinə yetirilir. Ən əsası odur ki, bizdə hələ də canlı qüvvə və texnika ehtiyatı var, onlardan istifadə etmirik və ruslar artıq ehtiyatlarının bir hissəsini Cənub və Şərqə atıblar. Bizim üçün yaxşı xəbərdir ki, əlimizdə olduğu qədər, bəlkə də daha çox texnikaya malik olacağıq. Bu o deməkdir ki, Silahlı Qüvvələrimizin gücləndirilməsi üçün artıq ciddi potensialımız var, gücümüz və döyüş qabiliyyətimiz artacaq, düşmənin döyüş qabiliyyəti isə durmadan zəifləyir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşrinin apardığı araşdırmada deyilir.
“Bloomberg” tankların tədarükünü və onların itkilərini hesablayıb və belə nəticəyə gəlib ki, hazırda Ukraynanın 1500-ə yaxın Rusiyanın isə 1400 tankı var.
Məlumata görə, müharibədən əvvəl Ukraynanın 987, Rusiyanın isə 3400 tankı olub.
“Ukrayna ordusu Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşən körpübaşında möhkəm mövqe tuta bilsə, əks-hücum daha qabarıq görünəcək. Sol sahildə yerləşən rus işğalçılarına nəyin bahasına olur-olsun, körpübaşını məhv etmək əmri verilib”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, mayor Aleksey Hetman deyib.
“Ukrayna Müdafiə Qüvvələri orada möhkəm dayaq əldə edə bilsə, onda hücum əməliyyatlarımız daha çox nəzərə çarpacaq. Çünki ruslar oradada müdafiə xətləri qurmayıblar. Ümid edirik ki, Ukrayna ordusu düşmənə birbaşa orada olmasa da, rusların müdafiəsinin ən zəif olduğu bölgələrdə hücuma keçəcək”, - ekspert bildirib.
Ukrayna hərbçiləri Melitopol və Berdyansk istiqamətlərində Rusiya müdafiəsinin 7,5 kilometr dərinliyinə qədər irəliləyib.
“Qafqazinfo” “Unian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi, briqada generalı Aleksey Qromov jurnalistlərə açıqlaması zamanı bildirib.
O, hücum əməliyyatları başlayandan Ukraynanın 9 yaşayış məntəqəsini azad etdiyini qeyd edib.
General ümumilikdə 160 kvadrat kilometr ərazinin Ukrayna nəzarətinə qaytarıldığını deyib.
“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələri cəbhənin Zaporoje istiqamətində Rusiya qoşunlarının birinci müdafiə xəttini keçəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Roman Svitan deyib.
“Sıçrayışa hazırlıq davam edir. Platformanın yaradılması, bəzi obyektlərdə rus qoşunlarının məhv edilməsi... Artıq yarıla bilən müdafiə xəttinə yaxınlaşırıq”, - polkovnik bildirib.
Onun sözlərinə görə, belə əməliyyatlar həmişə bir-iki həftə ərzində aparılır, amma gecikə də bilər: “Ruslar müdafiə xəttinin qarşısında kifayət qədər dərin istehkamlar qurublar və əraziləri minalayıblar”.
Svitan qeyd edib ki, Ukrayna qırıcıları ən uzağı gələn həftə Orexovonu yarıb keçəcəklər: “Bundan sonra ağır artilleriya işə başlayacaq”.