İranın aprelin 13-də İsrailə cavab zərbəsi endirməsindən sonra regionda vəziyyət dəyişib.
Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.
İranlı general “Doğru vəd” əməliyyatının həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib və onun regional və beynəlxalq arenada strateji nəticələrə gətirib çıxardığını deyib.