Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
İsveç ən pis ssenariyə – Rusiyanın Avropaya hücumuna hazır olmaq üçün tədbirləri artırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

İsveç soyuq müharibədən sonra ixtisar edilmiş silahlı qüvvələri gücləndirməklə yanaşı, limanlar, yollar, dəmir yolu şəbəkələri, xəstəxanalar və sığınacaqları da modernləşdirir.

İsveçin enerji təchizatı (nüvə, su və külək) ilə bağlı durum coğrafi mövqeyinə görə xüsusilə həssasdır. Ölkənin şimalındakı istehsal müəssisələrini cənubun əsas şəhərləri ilə birləşdirən 16 min kilometrə yaxın elektrik xətləri ərazisinin təxminən üçdə ikisini əhatə edən sıx meşələrdən keçir.

Mütəxəssislərin fikrincə, bu, ölkənin elektrik şəbəkələrini bir çox digər Avropa ölkələrinə nisbətən təxribata daha açıq qoyur. İsveç mümkün savaşda uzunmüddətli fasilələrə hazır olmalıdır. Çünki kritik infrastruktur çox vaxt müharibə zamanı əsas hədəfə çevrilir.

Avropada savaş cəbhəsinin genişlənməsi narahatlıq üçün yeganə səbəb deyil. Hibrid müharibələr də qızışır.

İsveç mülki müdafiə naziri Karl-Oskar Bohlin də həyəcan təbili çalır:

“Heç kim bilmir ki, bizim nə qədər vaxtımız var”.

İsveç mülki müdafiəyə illik xərclərini də xeyli artırıb. Ümumilikdə, hökumət 2024-cü il büdcəsində mülki müdafiəyə təxminən 5.5 milyard kron (510 milyon dollar) ayırıb ki, bu da 2021-ci illə müqayisədə təxminən üç dəfə çoxdur. Amma bu, ölkənin böhrandan çıxmağa başlaması üçün hər il ehtiyac duyduğu 10 milyard krondan azdır.

“Ordunun nə qədər güclü olmasının önəmi yoxdur, əgər mülki müdafiədən ehtiyacımız olan dəstəyi almasaq, etməli olduğumuzu edə bilməyəcəyik”, – ali baş komandan Maykl Bayden vurğulayıb.

İsveç Baş naziri Ulf Kristersson da, Ukraynada baş verənlərdən sonra hərbi hazırlığı gücləndirdiklərini etiraf edib.
 

Dünyapress TV

Xəbər lenti