Britaniya 2024-cü il üçün Ukraynaya hərbi yardımın həcmini açıqlayıb
Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri Rişi Sunak Ukraynaya 3,2 milyard dollara yaxın hərbi yardımın həcmini açıqlayıb.

Ukrayna KİV-i bildirir ki, Sunakın sözlərinə görə, paketə hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar və uzaqmənzilli raketlər daxil olacaq.

“The Times” qəzeti isə Britaniya hökumətindəki mənbəyə istinadən krallığın 2025-ci ildə Ukraynada hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığına aydınlıq gətirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Ukrayna ilə təhlükəsizlik sahəsində “tarixi razılaşma”nın imzalandığını açıqlamışdı.
 

Dünyapress TV

Xəbər lenti