Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə prokuror Vüsal Əliyev ittiham aktını elan edib.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Daha sonra ittihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. Tapşırıqları rəhbərlikdən aldığını deyən Rəşad Məlikzadənin sözlərinə görə, özünü maliyyə vəsaitinin rəqəmi ilə özünü təqsirli bilmir: "Amma bu cinayəti mən törətmişəm. Buna görə də tapşırıq alməşam. Mən tapşırıqları icra etmişəm".
Təqsirləndirilən şəxs deyib ki, ilk dəfə hərbi hissədə 153 min 728 min manat mənimsəməyə yol verilib: "Bir qayda var idi. Mənimsənilən vəsaitin 20 faizi maliyyələşmə, 40 faizi isə təştişə çatırdı. 253 min 728 min manatlıq mənimsəmə ilə bağlı təftişi Azər Məmmədov aparıb. Həmin məbləğin 92 min manatını Azər Məmmədova verdim. Amma Azər Məmmədov ifadəsində bu faktı inkar edib. O, ifadəsində başqa məbləğ göstərib. Bu məbləğin 40 faizi mənə çatıb. Sonradan əlavə yoxlama aparıldı. İkinci yoxlamada təştişlə yanaşı maliyyələşmədəb də yoxlama gəlmişdi.
Dedilər ki, gətir görək, nə iş görmüsən, işini göstər. Mən də Rafael Xələfova (Maliyyə və büdcə idarəsinin təştiş şöbəsini rəisi - red.) zəng etdim, dedim ki, əlavə yoxlama aparılır, bu nə məsələdir. Onda dedi ki, 15 min manat ver, biz özümüz həll edərik. Mən də Azər Məmmədova 15 min manat əlavə verdim. Dövlət Təhlükəsizliyi Xidmətində birinci dəfə üzləşmə zamanı Rafael Xələfova bunu etiraf etdi. Amma sonradan bunu etiraf etmədi".
Təqsirləndirlilən şəxs deyib ki, hərbi hißəssədə ikinci yoxlama zamanı 849 min manat yeyinti aşkar olunub: "Yoxlamaya gələnlər hazırlıqlı olurdular. Hər şeyi dəqiqliklə yoxlayırdılar. Bir qəpik belə keçirmirdilər. Bu işlərdə kimsə-kimsəni aldada bilməzdi. Yalan danışmaqda mümkün deyildi. Bildiyim qədəri ilə başqa maliyyə xidməti rəisləri yalan danışanlar. Amma mən bunu vicdanıma sıöışdırmırdım. Nə olurdu, hamısını düz deyirdim".
Təqsirləndirilən şəxs deyib ki, 849 min manatlıq təştişdə Teymur Teymurova 215 min manat, Nəriman Cabbarova isə 175 min manat verib. Onun sözlərinə görə, həmin məbləğdən 209 min manat onun özünə çatıb, qalan pulları isə maliyyləşməyə çatdırıb. Qeyd edib ki, 25 min manatdan ayrıca Rafael Xələfova verib.
Rəşad Məlikzadə deyib ki, hərbi hissədə aparılan iki yoxlama zamanı aşkar olunan mənimsəmə faktı ilə bağlı ilk olaraq 46 min 628 min manat, inəkincioxlsmada sonra isə 255 min manat çatıb.
Rəşad Məlikzadə qeyd edib ki, Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzində işə başlayıb. Onun sözlərinə görə, 2019-cu ildə 1 milyon 218 min manat mənimsənilib. Bildirib ki, həmin ərəfədə xüsusi tapşırıq əsasında Rafael Xələfova iki dəfəyə 100 min manat verib.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzində şişirdilmiş rəqəmlər əsasında 4 milyon 476 min manat mənimsənilib. Onun sözlərinə görə, 2021-ci ildə isə 1 milyon 820 min manat mənimsənilib. Rəşad Məlikzadə deyib ki, həmin məbləğlərin 20 faizi maliyyələşməyə, 40 faizi təftişə, 40 faizi isə özünə çatıb.
Rəşad Məlikzadə deyib ki, 9 milyon 369 min manat mənimsəmə faktına yol verilib. Qeyd edib ki, həmin məbləğin 7 milyon 692 min manatını təftiş, malaiyyləşməyə və xüsusi tapşırıqları verib, 1 milyon 396 min manat özünə çatıb: "Bununda 150 min manatını ödəmişəm. Qalan pulları da ödəməyə hazıram".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, bu sistemdə 1998-ci ildən işləyir. Onun sözlərinə görə, 2017-ci ildən maliyyənin şişirdilməsi, büdcədən mənimsəmə faktları ilə bağlı qayda qoyulub: "Bu qaydasında Rəfael Xələfov qoymuşdu. Bizə demişdi ki, belə işləmək lazımdır".
Rğşad Məlikzadə deyib ki, 78 min manat Rafael Xələfova "Land-rover almasına, 18 min manat isə pal-paltar almasına verib: "Rafael Xələfova əyninə geyindiyi şalvarın da pulunu mən vermişəm. İndi bunu deməyə utanıram. Amma məcburam, deməliyəm. Rafael Xələfova elə bir adam idi ki, bütün işlərin başında dayanırdı. Qohumu xəstəxanada ürək əməliyyatı keçirdi. Həkimə mən tapşırmışdı. Bir qədər sonra xəstəxanadan zəng etdilər ki, bu əməliyyatın pulu verilməyib. Rafaellə əlaqə saxladım. Dedi ki, sən pulu ver, həll edərik. O da mənim rəisim idi, sözündən çıxmırdı. Apardım həmin xəstəxananın 8 min manatını mən ödədim. Oğlu evinə mebel yığdırdı, ust pulunu 2 min manat mən verdim".
Növbəti proses yanvarın 17-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.
Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.