"Şikayətim "Liv Bona Dea Hospital"dandır. Mart ayının 23-də hospitalda yoldaşıma qeysəriyyə yolu ilə doğum əməliyyatı keçirilib. 10 gün ərzində də bütün lazımi sənədləri bizə təhvil veriblər..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Daha sonra yoldaşım analıq məzuniyyətində müavinət əldə etmək üçün işlədiyi müəssisəyə həmin sənədləri təhvil verib. Bir müddət sonra isə müəyyən olub ki, sənədlər arasında ağır əməliyyat keçirilməsi və bu səbəbdən 2 həftə əlavə məzuniyyət müavinəti almaq üçün xəstəxana tərəfindən açılması lazım olan sənəd (bülleten) yoxdur. Yəni xəstəxana tərəfindən heç açılmayıb. Bununla əlaqədar xəstəxana ilə əlaqə saxladıq, lakin onlar bülletenin açılmasının artıq gec olduğunu vurğulayıblar, yalnız nadir istisna hallarda yeni bülleten açdıqlarını deyirlər. Bəs xəstəxananın öhdəliyi yerinə yetirməməsi nadir hal deyil? Bundan əlavə də hospitalın bu işlərlə məşğul olan nümayəndəsi zənglərə və smslərə (oxuyub) cavab vermir. Hospitalın öz nömrəsi ilə əlaqə saxladıq, bizə müştəri məmnuniyyəti və şikayəti şöbəsinin nömrəsini verdilər, lakin onlarda cavab vermir. Bu cür adı sanı olan özəl hospital sadə bir məsələ üzərində müşrətilərinə bu qədər əziyyət verir. Üstəlik də daimi müştərilərinə..."
Qeyd edək ki, bu məsələ digər istifadəçilərin də diqqətini cəlb edib. Onlardan bəzilərini təqdim edirik:
Nurgül Əliyeva yazır: "Bu yaxınlarda az qalmışdı,yaxınımın axırına çıxsınlar... Orda işləyənleər insan deyil... Adam nə qədər ağılsız ola ki təkrar ora getsin...
İnsan ölsə belə, bu qədər şikayət olsa belə, çox arxayındırlar... Kimə güvənirlər?.."
Zara Əhmədova adlı istifadəmi isə mövqeyini qısa ifadə edib: "Bura biznes mərkəzidir, klinika deyil.."
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə yerləşən iki villanın alkoqolizm və narkomaniyadan xilas olmaq üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi olduğu deyilir.
Vətəndaşlar burada müalicə alan şəxslərin qeyri-adekvat davrandıqlarını, onları müxtəlif hərəkətlərlə narahat etdiklərini iddia ediblər.
"Bu cür yerləri adətən şəhərdən kənar, əhalinin olmadığı yerlərdə açırlar. Niyə mənim iki azyaşlı övladım hər gün narkoman söhbətlərini eşitməlidir? Həmin evlərdən çox ürküdücü səslər gəlir. Artıq bir tədbir görülməlidir", - deyə qəsəbə sakini şikayətini bildirib.
Goranboy rayonunda Heydər Əliyev Mərkəzinin binası rəsmən çökür. Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir. Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir. Alfa.TV-nin yaydığı görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Bu işdə birbaşa məsuliyyət daşıyan Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir.
Bununla bağlı Alfa. TV bildirir ki, dəfələrlə tənqid hədəfinə çevrilən məmurun keçmişi ilə bağlı olduqca ilginc bir iddia gündəmə gəlib. Yayılan məlumatlardan belə başa düşmək olar ki, Məhərrəm Quliyevin haqqındakı yeni iddia onun 1993-cü illərdə “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulması ilə bağlıdır. 55 yaşlı icra başçısının vikeprdiya məlumatının bəzi müəmmalı məqamları var ki, bunlardan biri də şübhəli 1993-cü il dövrüdür. Ölkə mediasında dərc olunan və rəsmən təkzib olunmayan iddialara görə “Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma “Talış Muğan Respublikası” yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir.” icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məhərrəm Quliyev 1988-1993-cü illərdə Lənkərandakı “Avrora” sovxozunda aqronom kimi çalışıb. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil. Digər bir iddiaya görə, Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub. Bunula bağlı ölkə mediasinda yayılan məlumatlara istinadən bildirir ki, Novruz Novruzov Masallı rayon sovetinin sədri olan vaxt Əlikram Hümbətov ona Böyükağa Quliyevin vasitəsi ilə ismarıclar göndərirmiş ki, rayon deputatlarını yığsın və Azərbaycandan ayrılmaq barədə qərar çıxarsın. Novruz müəllim Böyükağa Quliyevə cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır. Novruz Novruzov Böyükağa Quliyevə deyib ki, məni tikə-tikə doğrasalar da Hümbətovun tələbini yerinə yetirməyəcəyəm. Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı. Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində Məhərrəm Quliyevin oğlu Nazim Quluzadənin Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsi haqda da iddialara rəsmi münasibət bildirilməyib.
Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində tikilən bu ərazinin iddiaya görə qanuni və ya qanunsuz olması ilə bağlı araşdırmalar apardıq. Aldığımız məlumatlar araşdırmadan daha ilginc idi. Belə ki, Xırdalan şəhərinin “JEK” rəisi Vəli Abbasov özü qolbaq nəzarətində ola-ola sən demə tikintilərə nəzarət edirmiş. Sözügedən bu tikinti də digər tikililərə birləşdirilərək gözdən pərdə asmaqla öz qanunsuz əməllərini bu vasitə ilə ört basdır etməyə çalışır desək yanılmarıq.
“JEK” rəisi Vəli Abbasov ilə necə razılığa gəlinib və bu səlahiyyətlər ona kim tərəfindən verilib? Çox güman ki, bu səlahiyyət icra hakimiyyəti tərəfindən verilib ki, Xırdalan şəhərində aparılan bu qanunsuz tikililərə “JEK” rəisi belə arxayınlıqla himayədarlıq edir. Yoxsa ki, tikintiyə heç bir səlahiyyəti çatmayan “JEK” müdiri özbaşına nə ekologiyaya bu qədər ziyan vura, nə də ki, dövlətin qanunlarına bu qədər göz yuma bilərdi. Təəssüf ki, səlahiyyətlərindən sui istifadə edən məmurlar vətəndaşın həyat rifahını yaxşılaşdırmaq üçün deyil, öz maddi maraqlarının arxasınca qaçırlar. Bax bu sualın cavabı məsələdə maraqlı tərəfin dövlətin qoyduğu qanunları tanımaması deməkdir. Bu tikintilərdə istər ekologiyaya vurulan ziyan, istər hər hansısa tikililərə əlavə etməklə əvvəlki tikintini qəzalı vəziyyətə salmaq və s. bu kimi müdaxilələr var. Bəs Vəli bəyin bu “işlərinə” rəsmi qurumlar tərəfindən niyə lazımi tədbirlər görülmür? Bu məsələdə maraqlı tərəflər kimdir? Ekologiya və Təbii sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Abşeron rayon icra hakimiyyəti, yoxsa “JEK” müdiri Vəli bəy?!
Məsələ diqqətimizdədir! Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.
"Azərbaycan Reallığı"na video müraciət edən və hal-hazırda Beylaqan rayon Mərkəzi Xəstəxanasının təhlükəsizlik bölməsində muhafizəçi kimi işləyən Şükürlü Aydın bildirir ki, burada iş saatlarından artıq işlədilirik.
saatların əmək haqqları ödənmir. Mənim haqqımda mənim xəbərim olmadan qanunsuz olaraq sənədləri saxtalaşdıraraq aktlar tərtib ediblər.
Xəstəxananın direktoru Bayram Muradov da bu qanunsuzluqlara göz yumur, bir neçə nəfərlə əlbir olaraq qanunsuz sənəd saxtalaşdırırlar, işçiləri işdən çıxarırlar, qanunlarımızı da kobud şəkildə pozurlar. Bunun da başında xəstəxanın direktoru Bayram Muradov dayanır. Burada qanunlar kobud şəkildə pozulur.
İşçilərin haqqları ayaq altına atılır, sizdən xaiş edirəm aidiyyəti qurumlar bizim rayonun mərkəzi xəstəxanası ilə maraqlansın. Mərkəzi xəstəxananın təcili yardım otağında xəstələrə iynə vurulan otağa kameralar qoyublar bundan əlavə xəstələr yatan palatalarda kameralar qoyulub.
Kameralarında manitoru təhlükəsizlik bölməsinin rəisinin otağındadır, şəxsən özü baxır ki, bu da qanunla qadağandır- deyə şikayətçi bildirir
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. TEREF
Cəlilabad sakini Orxan Aslanov redaksiyamıza şikayəti zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 8 saylı Ərazi İdarəsinin rəisi Adil Həbiyevin saxtakarlığa yol verdiyini bildirib:
"Masallı şəhərində sahibkarlara, yəni imkanlı təbəqəyə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 8 saylı Ərazi İdarəsinin rəisi Adil Həbiyev tərəfindən reyestrdən elektron çıxarışlar paylanılmışdır. Sual budur, necə olur ki, imkanı olan şəxslərə sənədlər vətəndaş idarəyə gəlmədən aparıb şəxsən Adil Həbiyev tərəfindən ünvanına çatdırılır, lakin kasıb təbəqələrə, şəhid ailələrinə, Qarabağ müharibəsində canını qoymuş qazi qardaşlarımıza heç bir diqqət və qayğı göstərmir. Əksinə kasıb təbəqəyə qan uddurur. Bununla bağlı bir çox sübutlar var.
Növbəti süjetimizdə bütün bunları sübuta yetirərək saxta sənədləri dərc edəcəyik. Növbəti sual bu adama odur ki, nə vaxtdan elektron çıxarış çap olunub vətəndaşa əlbəəl aparılıb ünvanda təqdim olunur?!
Bu savadsız məmur hələ də bilmir ki, Elektron çıxarış icra olunduqdan sonra vətəndaşın şəxsi kabinetinə elektron qaydada yerləşdirilir və məlumat sms vasitəsi ilə vətəndaşın mobil telefon nömrəsinə mesaj şəkilində göndərilir.
Əlavə olaraq bildirmək istəyirik ki, Adil Həbiyevin ali təhsili yoxdur, əldə etdiyimiz məlumata görə o ixtisasca zootexnikdir. Necə olur zootexnik ixtisasina yiyələnən bu adam dövlətin önəmli bir qurumunda hüquqi işlərlə məşğul olur və vətəndaşlara məxsus pay torpaqları ilə bağlı yerquruluşu sənədləri barədə qərarlar alır".
Qeyd edək ki, Həbiyev Adil İgid oğlu Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə çalışan İlqar Həbiyevin qardaşıdır.
Daha ətraflı təqdim etdiyimiz süjetdə: Adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq! TEREF
“Biz uzun illərdir Gəncədə yaşayırıq amma bu cür güclü külək, qasırğa müşahidə etməmişdik. Külək o qədər güclü idi ki, qocaman ağacları belə kötüyündən çıxarıb. Əksər yerlərdə müvəqqəti də olsa hərəkət çətinləşib. Biz düşünürük ki, ağaclar vaxtında budansaydı bu cür hallarla üzləşməzdik. Bir də görürsünüz ki, ağacın budağı az qalır qırılıb düşsün başımıza. Küləkli havada bu təhlükə ikiqat artır” -deyə şikayətçi bildirib.
Moderator.az olaraq mövzunu araşdırmaq qərarına gəldik. Həqiqətənmi qasırğa zamanı daha çox budanmayan ağaclar qırılır? Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin rəisi Elmar Əzizov sakinlərin dediyi sözləri qəbu etmədi: “Bu qeyri-peşəkarların sözləridir. Ağaclar vaxtlı-vaxtında budanır. Gəncə şəhərində baş verən fırtına çox güclü idi. Onun qarşısında davam gətirmək çətin məsələdir. Dam örtükərinə də, əhaliyə də, çinar ağaclarına da ziyan dəyib. Bu çinar ağaclarının elə gövdələri var ki, daxildən onlara qurt da düşür, göbələk xəstəliyi də, onların bəzi hissələri kövrək olur. Güclü külək olanda onlar müqavimətini saxlaya bilmir” deyə o bildirib.
Redaksiyamıza faxil olan məlumata əsasən iyun ayının 21 -də Abşeron rayon Masazır kəndində yerləşən özəl uşaq baxçalarından birində azyaşlı, autizm sindromlu körpəyə qarşı şiddət göstərilib.
Gundeminfo.az-a daxil olan şikayətdə bildirilir ki, Abdullayev Murada qarşı şiddət göstərilib. Körpənin anası uşağının üz nahiyəsində hər iki tərəfdə qızartı, göyərmə müşahidə edib. Bundan sonra baxça rəhbərliyinə müraciət edərək müəssisədə yerləşən uşaq baxçasındakı müşahidə kameralarına baxış keçirilməsini tələb edib. Lakin baxçanın rəhbəri Ləman xanım bildirib ki, həftənin cümə günləri kameraların yaddaşı yenilənir.
Bundan sonra isə körpənin valideyni Abşeron Rayon Polis İdarəsinə müraciət etmək məcburiyyətiində qalıb.
Bu gün isə xəarət alan körə ekspertizadan keçmək təqyin olunub.
Baş verən olayla bağlı baxçanın rəhbəri Ləman xanımla qarşı tərəf olaraq əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, əslində özü də həmin valideyndən şikayətçidir.
"Mənn özüm də həmin xanımdan şikayətçiyəm. Valideyn mənim obyektimə basqın etdi. Tədbir keçirirdik. Yanımda da iki uşağım var idi. Onlar da həyacan keçirdilər. Əslində mən onlardan şikayətçi olmalı idim. Amma iş böyüməsin deyə şikayətçi olmadım. Mən özüm də onlara dedim ki, gedin şikayət edin. Çünki o uşağa qarşı heç kim heç bir təzyiq etməyib" deyə həmsöhbətimiz bildirdi.
Mövu ilə bağlı ətraflı videonu sizə təqdim edirik.
Baş verən hadisə ilə bağlı araşdırmalarımız davam edir.
Son dövrlər adları tez-tez mətbuatda korrupsiya məsələlərində gündəmə gələn Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bu gün də qaz vurub qazan doldurmaqdadır. Bu şəxslərin istər ölkə daxilində tikintilərə icazə verərkən aldıqları rüşvət və ya MTK-lardan alınan mənzillər, istər müharibədə zərər çəkmiş bölgələrimizdə təmir-bərpa işlərində, istərsə də işğaldan azad olunmuş torpaqlarımızda gedən tikinti işlərində keçirilən dırnaqarası, öz yaxınlarına və ya elə öz şirkətlərinə verilən şifahi tenderlərdə əldə etdikləri milyonların aqibəti bilinməməkdədir. Son 6 ayda adlarıının hallandırıldığını görən məhşur "patriot” cütlük şəhid və qazi ailələrinə növbəylə mənzillərin verildiyi bir dövrdə MTK- lardan rüşvət olaraq mənimsədikləri mənzilləri dəyər-dəyməzinə satmağa başlayıblar. Rüşvət olaraq əldə olunan milyonlar qeyri-rəsmi yollarla Dubaya və İstanbula aparılıb. on dövrlər demək olar hər bayram, hər həftə sonu Dubaya gedib-gələn ikili, Dubayın ən bahalı küçələri olan JBR və Şeyx Zaid - də yeni tikilən binalarda yaxınlarının adına çoxlu sayda mənzil alıb. Bir neçə ay əvvəldə ikilinin İstanbulun "Florya” adlanan ən bahalı yerində 16 mln dollara estetik klinika aldığı məlumatı mətbuatda öz əksini tapıb. Maraqlısı odur ki, komitə sədri Anar Quliyev gedən bu prosesləri susqunluqla izləyir. Belə anlaşılır ki, Anaq Quliyev ya bu ikiliyə müqavimət göstərmək iqtidarında deyil, ya da baş verənlər hansısa şəkildə onun da maarqlaırna cavab verir. Ramin Abdullayevlə Anar Quliyevin yaxınlığı Komitədəki hər kəs tərəfindən bilinir. Hətta belə bir fikir var ki, Ramini vəzifəyə Namiq Hümmətov gətirsə də, Ramin bir müddətdən sonra Anar Quliyevin yanında namiq Hümmətovla müqayisədə daha çox söz sahibi olub. Elə bunun nəticəsidir ki, Ramin Abdullayev dövlət pullarını qorxu-hürkü bilmədən talamaqda, Azərbaycanın pullarını Dubay və İstanbula daşımaqdadır. Ümid edirik ki, əlaqədar qurumlar, xüsusilə də hüquq-mühafizə orqanları Ramin Abdullayevlə Namiq Hümmətovun qanunsuz əməllərini araşdıracaq, bu şəxsləri törətdikləri çoxsaylıq anunsuz əməllərə görə məsuliyyətə cəlb edəcəklər.
Redaksiyamıza müraciət edən bir qrup Şuşalı cənab Prezidentə məktub ünvanlayıb. Onların bizə verdiyi məlumata görə “ÇANAQQALA” restoranı dövlət qoruğu olan “ŞƏHRİYAR” parkını zəbt edib və 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir.
Məlumatda bildirilir ki, restoranda 30-dan çox yeniyetmə gənc səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ciddi rejimdə ac-susuz çalışır, müqabilində isə 7 manat zəhmət haqqı alır. Onların heç bir haqqı çatmır ki, oradan bir tikə quru çörək yesinlər.
Bəs “kürən” ləqəbi ilə tanınan Tahir Əbdülqasımov hansı icazə ilə dövlər qoruğu olan “Şəhriyar” parkını zəbt edib və heç bir hüquqi əsası olmayan “Çanaqqala” restoranın yaratmışdır.
Şikayətçilər cənab Prezident İlham Əliyevə ünvanladığı məktubda belə bir müraciət edir:
Danılmaz həqiqətdir ki, prezidentliyiniz illərində Azərbaycan adlı məmləkət tamamilə abadlaşmış, müasirləşmiş, öz simasını Avropa standartlarına uyğun dəyişmişdir. Hakimiyyətiniz dövründə görün nə qədər məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial təyinatlı müəssisələr tikilib istifadəyə verilmişdir. Ən ucqar rayonlar, kəndlər, qəsəbələr belə yenidən qurulmuşdur.
Ötən illər ərzində yarım əsrə bərabər abadlıq, quruculuq işləri görülmüşdür. Bu gün Azərbaycan tərəqqi yollarında qətiyyətlə irəliləyir, beynəlxalq sammitlərdə, müşavirələrdə ali tribunalardan inamla öz sözünü deyir, görülən işlərin hesabatını verir. Bütün deyilənlər və deyilməsinə zaman lazım olan digər uğurlar da təbii ki, Sizin gərgin zəhmətiniz və düşünülmüş mütərəqqi layihələriniz sayəsində mümkün olmuşdur.
Bir daha qeyd etmək lazım gəlir ki, 44 günlük savaşla və az itkilərlə işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən azad etməyiniz Sizin şah əsəriniz, azad edilmiş bölgələrdə sürətli abadlıq quruculuq işləri isə Sizin vətənə, xalqa bağlılığınızın bariz göstəricisidir.
Bu gün vətənini, xalqını qanı, canı qədər sevən, maddi imkanları olan hər bir qeyrətli Azərbaycan vətəndaşı, iş adamı işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulmasında, abadlaşmasında öz imkanlarını əsirgəməməlidir. Yuxarıda adını çəkdiyimiz Əbdülqasımov Tahir Nadir oğlu əslən Şuşalıdır. Şuşada doğulmuşdur və boya-başa çatmışdır.
Bu gün onun qədər maddi imkanlı ikinci bir iş adamı yoxdur. 10-dan çox restoranı və gəlir gətirən digər obyektləri var. Onlarda bəzilərinin adını çəkə bilərəm .
Nərimanov rayonunda ÇANAQQALA restoranı, ŞUŞA restoranı, QREEN kafesi, Nizami rayonunda Xanqızı və Xan bağı restoranları, Xətai rayonu Asiman restoranı, Şamaxı və İsmayıllı rayonlarında bir sıra restoranlar.
1992-ci ilin may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa ermənilər tərəfindən işğal olunanda Tahir Əbdülqasımov indiki “Çanaqqala” restoranının ərazisində çadır qurub kabab çatırmış.
Ötən illər ərzində Tahir Əbdülqasımov əldə etdiyi sərvət-sərmayə hesabına 10-dan çox, hətta Şamaxı, İsmayıllı rayonlarında belə restoranlar aça bilmişdir. Amma bu qədər maddi imkanları olan iş adamı bu günə qədər bir nəfər yetimə, imkansıza, xüsusən də qazilərimizə əl tutmayıb.
Hörmətli cənab Prezident,
Şuşalıların rahat, əmin arxayın yaşaması naminə çoxsaylı Şuşalılar adından yazılan bu müraciəti xüsusi nəzarətə götürməyinizi və Tahir Əbdülqasımovu bu nəcib təşəbbüsü icra etməsinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.
SEHER.MEDİA xəbər portalı olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.