Ardını oxu...
Şikayətçi Ələsgər Kərimov: “Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər...”

“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı, Yunus Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər məskunlaşma dövrü yüz ildən çox tarixə dayanan, onlara babalarından miras qalan evlərinin sökülməsi ilə bağlı əllərində heç bir hüquqi sənəd olmadan 64 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları və “Kristal Abşeron” MTK-nın nümayəndələri tərəfindən ərazidə yaşayış evlərinin satın alınması və dağıdılaraq xarabazara çevrilməsi səbəbindən uzun müddətdir həyatlarının cəhənnəmə çevrildiyini bildirirlər. Sakinlərin üz tutmadığı qurum, idarə, döymədikləri qapı qalmayıb: məsələ artıq dalana dirənib və 2 ildir əksəriyyətinin yaşlı insanlar olduğu sakinlər çarəsiz durumdadırlar. Əlləri hər yerdən üzülən sakinlər dərdlərini mətbuat vasitəsilə əlaqədar qurumlara, aidiyyəti şəxslərə və ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Elə biz də onların səsini lazımi ünvanlara çatdırmaqdan ötrü sözügedən ərazidə olduq, şikayətçi sakinlərin bir qrupu ilə görüşdük, onları dinlədik, eyni zamanda videoçəkiliş apardıq (oxucular KONTRAST TV internet kanalımız vasitəsilə izləyə bilər).

QEYD: Oxucuların diqqətinə çatdıraq ki, ərazi Bakının mərkəzində - DTX-nın, paytaxtımızın bəzəyi olan Alov Qüllələrinin, eləcə də Mərkəzi Klinikanın bir neçə yüz addımlığında yerləşir.
Ardını oxu...
...Əraziyə daxil olduqda doğrudan da dəhşətə gəlirsən: inanmaq olmur ki, şəhərin tərtəmiz və möhtəşəm mənzərəsinin bir addımlığında belə xarabazara çevrilmiş küçələr, məhəllələr mövcuddur... Foto və videogörüntülərdən də bəllidir ki, qeyd edilən ərazi, sanki müharibə meydançasını xatırladır: uzaqdan atılmış raket zərbələri nəticəsində yarısı yıxılmış, yarısı uçmaq üzrə olan, zədə almış və bu hücumdan sağ çıxmış yaşayış evləri... İlk baxışdan təəssürat bu şəkildədir.

***

...Şikayətçi sakinlər bildirdilər ki, burada yaşayan bir çox evin sahibi 64 saylı Mənzil İstismar Sahəsinin və “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri tərəfindən olan təzyiq və təsir əsasında məcburən təklif edilən məbləğlə razılaşmalı olublar və evlərini satıblar. Bir çoxu isə dağıntıya - bu şəraitə dözməyərək məcburiyyətdən ev- eşiyini satası olublar (Hətta köçüb gedən sakinlərdən Əli adlı şəxs evinin hərtərəfi söküldüyü və dağıntının ortasında qaldığı üçün məcburiyyətdən evini satdığını etiraf etdi - RED.). İnsanların bir qismi isə verilən məbləğlə, yəni hər kvadratmetr üçün təklif edilən 2200 manatla razılaşmayaraq, dəhşətli şəraitsizlik, bir gün divarları uçaraq altında qalacağı qorxusu ilə yaşayaraq, haqları olanı tələb edir və mücadilə aparmaqdadır...
Beləliklə, qeyd etdiyimiz şirkət və mənzil istismar idarəsi satın aldıqları evləri uçuraraq dağıdıb, ərazini siçan- siçovul yuvasına çeviriblər. Yəni, ərazidə yaşamağa davam edən sakinlərin xahişlərinə baxmayaraq, uçurub dağıtdıqları daş-kəsəyi, zir-zibili daşıyıb aparmayıblar! Söküntünü həyata keçirənlər aldıqları evləri sökdükcə yaşayış olan evlərin divarlarını çatladıblar, zədə yetiriblər. Köçüb gedən insanların bir çoxu isə evdə işlətdiyi köhnə məişət əşyalarını, yataqları belə atıb gediblər. Onlar da uçurulmuş daşa, torpağa qarışaraq təpəciklər yaradıb. Sakinlər vəziyyətin bu həddə çatdırılmasını, onlara əzab - əziyyət verilməsinin səbəbini evlərini ucuz qiymətə satmağa razılaşmamaqda görürlər. Onlar bu şəraiti, yaxud şəraitsizliyi bezdirilərək evlərini satmağa məcbur edilmək üçün şirkət və mənzil istismar sahəsinin əməkdaşları tərəfindən planlaşdırıldığını iddia edirlər.
Əslində, bu böyük bir ərazidə hansısa tikinti işi apamaq üçün bütün ev sahibləri ilə eyni zamanda razılığa gəlinməli idi. Çünki ərazidə sökülən evlərlə sökülməyən evlərin qonşuluqda, hətta divar-divara yerləşməsi hər hansı bir tikinti aparmağa imkan vermir. Şikayətçilər isə yaşadıqları əraziyə uyğun kompensasiya verilməyənədək evlərini tərk etməyəcəklərini bildirirlər:

"...Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?!"

Şikayətçilərin səlahiyyətli nümayəndəsi, vəkil Fuad Kərimov: “2022-ci ilin sentyabr ayından etibarən bu ərazidə yaşayan sakinləri bir-bir 64 saylı Mənzil İstismar Sahəsinə dəvət etməyə başladılar. Və şifahi formada bildirildi ki, guya bizim evlərin yerləşdiyi ərazidə hansısa park salınacaq. Təklif olundu ki, mənzilin hər kvadratmetrinə 2200 manat pulunuzu alın, köçüb gedin! Mən özüm vəkil-hüquqşünas olduğuma görə, həm də burada bir sakin kimi onların komissiya üzvlərindən olan Bakı şəhəri İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovdan xahiş etdim ki, əgər belə bir qərar, sərəncam varsa, surətini mənə təqdim etsin, yəni şifahi verdikləri məlumatın sənədi ilə tanış olaq. Həm də bilək ki, biz kiminlə müqavilə bağlayırıq... Ondan sonra digər məsələləri danışarıq. Zülfəli müəllim bildirdi ki, narahat olmayın, nə sənəd istəsəniz bu yaxınlarda verəcəyik. Dedim, nə vaxt verərsiniz, onda da danışarıq... O vaxtdan 2 il keçib, amma bizə heç bir sənəd verilməyib. Sərəncamsız evləri alıb dağıtmağa başladılar. Ola bilsin ki, bəzi insanların pula artıq dərəcədə ehtiyacı olduğu üçün, yaxud hansı şəkildə isə təzyiq olunduğunu da deyə bilmərəm -bir çoxu onların təklifi ilə razılaşdılar və evlərindən çıxdılar. Hazırda bu ərazidə təxminən 50-60 ailə yaşayır. Lakin buna baxmayaraq, ətrafı söküb-dağıdıb belə bir xarabazara çeviriblər. Mən bunu terror adlandırardım. İstəyirlər ki, camaatı bezdirib çıxaralar. Ən dəhşətlisi budur ki, bu yaxınlarda Bakıda beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və paytaxtın mərkəzində isə belə bir vəhşilik həyata keçirilir. İnsanlar incidilir. Fikrimcə, bu, dövlətimizə, prezidentin apardığı siyasətə qarşı bir zərbədir, xəyanətdir. Deyilənə görə, bu tədbirə dünyanın bir çox liderləri, deputatlar, parlament sədrləri, QHT rəhbərləri, bir sözlə, 70 mindən çox xarici qonaq gələcək. Kim zəmanət verə bilər ki, onlardan kimsə bu mənzərəni görməyəcək? Bura düz şəhərin mərkəzidir. Buradan 40 pilləkənlə düşəndə Bakı şəhər İH-ə, İçərişəhər metrostansiyasına 10 dəqiqəyə piyada getmək olur. Burada iki yol vardı: ya sakinlər hamısı köçməli idi, sonra söküntü aparılmalıydı, ya da sökmüsənsə, zir-zibili də daşıyıb apar: abadlaşdır, ağac ək, yaşıllıq sal! Mən şəxsən bu ərazidə yerləşən evlərin torpaq sahələrinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarını, sərəncamını -əgər varsa, təqdim etməsi ilə bağlı Bakı şəhər İH-nə vəkil sorğusu verdim. Zülfəli İsmayılovdan cavab gəldi ki, “...Bakı şəhərinin ayrı-ayrı hissələrində qanunvericiliyin tələbləri gözlənilməklə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri həyata keçirilməkdədir”.

Belə çıxır ki, Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?! Həmçinin, ərazi Yasamal rayonunda yerləşdiyi üçün Yasamal RİH-ə də sorğu göndərmişəm. Başçının müavini Hüseyn Əfəndiyev cavab məktubunda yazır ki, “....Bakı şəhərinin Baş planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında qeyd edilən ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması məqsədilə mövcud tikililərin ölçülməsi, qiymətləndirilməsi və sakinlərin köçürülməsi işləri aparılır”. Bunlar qiymətləndirmədən danışır: Hazırda bu ərazidə yaşayanlara təklif etdikəri qiymət, yəni 2200 manat sakinləri ələ salmaqdır. Niyə? Çünki qonşuluqda yeni tikilən hündürmərtəbəli binalarda əvvəllər təmirsiz mənzili kvadratmetri 3000 manata tapa bilərdiniz, amma indi 3500 manata belə tapa bilməzsiniz. Camaatın təmirli mənzilini 2200 manatdan alıb, deyirlər ki, gedin özünüzə mənzil alın! Düşünürlər ki, dedikləri pul ilə ev almaq olar. Elə isə bu ərazinin 400-500 metr radiusunda normal təmirli mənzillər təklif etsinlər. Bunu da etmirlər. Deyirlər ki, bu, nə veririk, almalısan və burdan köçüb getməlisən. Beləliklə, insanların mülkiyyət, onların öz əmlaklarından istifadə və sahiblik etmək, təhlükəsiz şəraitdə yaşamaq hüquqları pozulur. Və onlara belə qanunsuz vasitələrlə təsir göstərirlər”.
“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!”
Ardını oxu...
Şikayətçi Ələsgər Kərimov: “Mən İsmayıl bəy Qutqaşınlı küçəsindəki 14 nömrəli həyətdə yaşayıram. Özüm müəlliməm. Bu məhəllədə anadan olmuşam - 62 ildir ki, burada yaşayıram. Atam, babam da vaxtilə burada yaşayıb, burada dünyalarını dəyişiblər. Kupçam var və şəxsi həyətimdir. Məhəlləmizdən baxdıqda şəhərin bütün mənzərəsi görünür. Bura paytaxtın ən yaxşı ərazilərindən biridir. İndi evlərimizin hər kvadratına 2200 manat ödəməklə bizi buradan köçürmək istəyirlər. Ərazinin “JEK”-i araçılıq edir: camaatı aldadır, güclə ev-eşiklərindən çıxmağa təhrik edirlər. Sökəndə isə digər qonşunun evinə ziyan vururlar. Mənim də qonşumun evinə ziyan dəyib. Bir neçə gün öncə qonşumun evini sökürdülər, gördüm ki, evimin arxasını dağıdıb tökəcəklər, tez 102-yə zəng vurdum. Polis gələnə qədər söküntü aparanlar qaçıb getdilər. Yəni, polis çağırmasaydım, yəqin ki, evimə ziyan dəyəcəkdi. Şəxsən mənə pul lazım deyil: ailəli iki oğlum var və bir də öz ailəm. 3 ev düşür mənə, hətta 2 dənə üçotaqlı mənzil versələr, razılaşaram.

Evlərimizin yerində bina tiksələr burada, tikməsələr qonşuluqda tikilən binalarda boş mənzillər var, versinlər. Şəxsən mən ölsəm də, evimdən çıxan deyiləm! Tələb edirəm ki, bu ərazidə mənə ev versinlər. Bunu “JEK”-in rəisinə də demişəm. Bunlar ortaya düşüb dəllallıq edirlər. “Kristal Abşeron” tikinti şirkəti isə bunların arxasında gizlənir. Məhəlləyə nəzarətçi də qoyublar ki, birdən kimsə daş-qum gətirər, nəsə tikər, zədə almış evini təmir edər... Hətta nəzarət üçün kamera da quraşdırılıb. Həmin nəzarətçidən soruşanda ki, hansı şirkətdən gəlmisən, bildirir ki, mən “Kristal Abşeron”dan gəlmişəm. Əgər bura nəzarəti “Kristal Abşeron” tikinti şirkəti edirsə, özləri də gəlsinlər camaatla razılaşsınlar, halallaşsınlar. Ev tikirsənsə, camaatla halallıq olmalıdı, olmasa, xeyir də görməyəcəklər. O gün gəlmişdilər “katlavan” qazmağa, deyirdilər ki, 14 metr olacaq. Dedim, onda böyük bir bina tikiləcək, amma camaatı aldatdılar və 2200 manatdan pul verib çoxunu evindən qaçırdılar. Özlərinə də bildirmişəm ki, burada park salınacaqsa, mənə sənəd göstərin. Bəzən də “JEK” rəhbəri və digərləri yüksək səviyyəli insanların adlarını çəkirlər ki, buranı onlar götürüb... Deyirəm ki, adını çəkdiyiniz şəxslər buranı alıbsa, mənim canım da onlara qurbandı. Pul da istəmirəm. Amma bilirəm ki, həmin şəxslərin bu məsələdən heç xəbərləri də yoxdur. Sadəcə olaraq bu şəxslər onların adın verərək sakinləri susdurub, öz maraqlarını asanlıqla həyata keçirmək istəyirlər. Onlar, hətta vergidən də yayınırlar. Evini satın aldıqları vətəndaşları aparırlar notariusa və alqı-satqını təsdiqlədirlər. Sonra gəlirlər MİS-də pulu nağd şəkildə verirlər həmin şəxsə. Bu isə qanunaziddir, cinayətdir... Dövlət bunu alırsa, ödəniş də bank vasitəsilə həyata keçirilməlidir (Qeyd edək ki, Azərbaycanda çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada rəsmilləşdirilir. Bu növ alqı-satqı zamanı daşınmaz əmlakı alan şəxs notarial qaydada sənədlər yoxlanıldıqdan sonra ödənişi ona verilən hesab nömrəsinə edir və əmlakı satan da həmin hesab nömrəsi üzərindən öz vəsaitini nağdlaşdırır - RED.). Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər. Burdan da özlərinə pul mənimsəyirlər. Bəzi ev sahiblərinə 5-10 manat artıq pul verirlər, əslində isə 20% əlavə pul ödənilməlidir. Qanunla bu belədir. 10% də çətinliyə görə verilməlidir. Bu da ondan ötrüdür ki, evim söküldükdən sonra bir müddət kirayədə yaşayıramsa onun ödənişi üçün nəzərdə tutulub. Özlərinə də demişəm ki, mən burdan 2200 manat ilə köçən deyiləm”.

"Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik."

Şikayətçi Ələkbər Abdullayev: “Ailəmlə Yunus Dağlı küçəsi 15-də yaşayıram. Bizdə də vəziyyət çox pisdi. Evimin hər tərəfində söküntü aparılıb, ev yerindən tərpədilib. Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik. Acıqca belə şəraitsizlik yaradırlar, dağıtdıqlarını da daşımırlar ki, bezək, qarşıdurma yaratmağa çalışırlar, amma mən köçən deyiləm. Kubinkada hər kvadrata 4 min, başqa yerdə 5-6 min pul verilir, bizdə 2200 manat. Bura Sabunçudur məgər? Şəhərin ən gözəl yeri: Sabunçuda da 2000 manat, burda da?!”.
"Bizi iki ildir ki, sanki Eldar Əzizovun bu şəxsləri girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər...”

Şikayətçi Firdovsi Həsənzadə: “Konstitusiyamızın 29-cu maddəsində göstərilib ki, vətəndaşın şəxsi əmlakını almaq üçün ilk növbədə rəsmi şəkildə bildiriş, varsa - qərar təqdim edilməlidir. Daha sonra mülk sahibinə orada görüləcək işlərin təyinatı, sonda isə məbləği bildirilməlidir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü bəndində qeyd edilib ki, vətəndaşla öncədən qiyməti razılaşdırmaq lazımdır. Hətta yazılır ki, dövlət ehtiyacları üçün satın alınsa belə, ev sahibi ilə razılaşdırılmalıdır. Razılaşma olduqdan sonra mülk sahibi evindən çıxa bilər. Nazirlər Kabinetinin mövcud qərarında da qeyd edilir ki, vətəndaşlar ya 500 metr radiusda hazır mənzillə təmin edilməlidir, ya da yaşadığı ərazinin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Bunlarda isə bir metod var - sökəndə də elə edirlər ki, hardasa su kranını zədələsinlər, su axaraq ərazidə şəraitsizlik yaransın. Qaz boruları da zədələnir. Bilirsiniz ki, bu evlərin əksəriyyəti çoxdan tikilib, köhnə tikinti materiallarıdı, həm də bir-birinə bitişikdi. Ehtiyatsızlıqdan bir kibrit çəkilsə, hamısı alışıb yana bilər. Ona görə də FHN-ə müraciət etdim. Onlar da sağ olsunlar, gəlib baxdılar və icra hakimiyyətinə məktub yazdılar. Sizi əmin edirəm ki, burada evini satanlardan bəlkə tək-tək ailə öz xoşuna bunu edib. Əksəriyyəti buna məcbur edilib. Hamının iradəsi eyni deyil axı - dözə bilmirlər. Razılıq alınan kimi dərhal gəlib tavanı, döşəməni sökürlər, dağıdırlar. Evin satmayanların ətrafındakı evləri qəsdən söküb ortada buraxırlar ki, dağıntı siçovul yuvasına çevrilsin, yaşayan sakinlərə qıcıq verilsin.

Alqı-satqı müqaviləsini isə yaxınlıqdakı 19 saylı Notarial Kontoru vasitəsilə həyata keçirirlər. Həmin notarial kontoru bunlarla əlbir olaraq normalda arxivə göndərilməli olan alqı-satqı müqaviləsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə göndərirlər. Bakı şəhəri 1 saylı Ərazi İdarəsi isə həmin sökülmüş mənzilə yeni çıxarış verir. Yeni çıxarışda öz ad və soyadları ilə - “Kristal Abşeron”un nümayəndələrinin və bizə məlum olmayan şəxslərin adları qeyd edilir. Ola bilsin ki, həmin şəxslər də onların ya ailə üzvləridir, ya da digər iş yoldaşlarıdır. Bu, o niyyətlə edilir ki, sabah buranın əsl sahibi kimdir maliyyəçisi kimdirsə həmin şəxsdən öz adlarına pul alsınlar. Bu yolla həm vergidən yayınırlar, həm evlər ikinci dəfə satılır, həm də çirkli pulların yuyulmasını həyata keçirirlər. Əlimizdə həmin sənədlər də var. ASAN Xidmətin işçisi bildirir ki, çıxarışda yeni ünvan qeyd edilib. Baxırıq ki, Yunus Dağlı küçəsi artıq giriş 31 kimi qeyd edilib. Bu ərazini sökməyə başlayanda camaata deyirdilər ki, guya Çəmbərəkənd parkının davamı salınacaq. Amma bizim heç birimizin ağlına batmadı, inanmadıq. Məsələn, bir neçə il öncə keçmiş “Sovetski”də gəldilər camaata Nazirlər Kabinetinin qərarını göstərdilər, hətta divarlara vurdular həmin qərarı. Camaat da əmin oldu ki, doğrudan da burada park salınacaq. Bizi iki ildir ki, sanki bu şəxslər girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər. Ətraf da ki, göz önündə - bizi belə bir şəraitdə yaşamağa məcbur edirlər. Onu da deyim ki, evləri sökəndə damdan-dama ölçməlidir. Bunlar isə otaqların içərisindən ölçürlər. Axı onlar bizim mənzilimizi almırlar, evimizin altındakı torpağı da, həyətimizi, yolumuzu da alırlar. Camaatı bu yolla da aldadırlar və “xaltura” edirlər. Tikinti sahəsi barədə anlayışı olmayan belə anlayır ki, həmin divarlar da ölçüyə salınmalıdır, təxminən 80 sm divarların enidir. İnsanları bu duruma salanların əməlləri Prezident İlham Əliyevə çatdırılsa, mən bilirəm ki, onlar cəzalandırılacaqlar, həm də ciddi şəkildə. Şəxsən uzun illər bundan əvvəl özümlə bağlı bir problemi Prezidentimiz öz nəzarətinə götürdü və həmin məsələ öz müsbət həllini tapdı”.

“Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq.”

Şikayətçi Anaxanım Quliyeva: “Mənim hazırda evimin divarına bitişik olan qonşunun evi sökülüb dağıdılıb. Biz də bu daş-torpağın yanında yaşamaq məcburiyyətində qalmışıq. Qonşunun evi söküləndə mənim də evimin divarı zədələnib. Yağış, qar yağanda bütün sular evimə axıb gələcək. Vəziyyətimiz çox ağırdır. İnsanların çoxu məcburiyyətdən razılaşıb köçdü. Çünki köçmək istəməyənlərin evinin dörd bir tərəfindəki evləri satın alıb söküb dağıtdırlar, onlar da evində yaşamağın mümkünsüz olduğunu görüb verdikləri məbləğə qane oldular. Mən razı deyiləm bu məbləğlə. Hələ bizə “qara maskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq. Belə olmaz axı. Nəvələrim var, onları da düşünməliyəm... Uşaqlar bu zibillikdə çıxıb oynaya da bilmirlər. Hər tərəf daş, qum, məftil, mismar...”.

"Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "

Şikayətçi Fəridə Məmmədova: “Biz uzun illərdir bu məhəllədə yaşayırıq. Mənim də evimin sağı-solu sökülüb. İki-üç adam qalıb orada. Hər tərəf siçan-siçovulla doludu, antisanitariya baş alıb gedir. Yayın istisində toz qalxır, nəfəs almaq olmur. Tez-tez suyumuzu kəsirlər, işığı zəif verirlər... Mənə deyirlər ki, gedənlər gedib, gəl, danışaq. Deyirəm, necə razılaşım 2200 manat məbləğlə?! Buranın yaxınlığında camaata 4000-4500 manatdan pulunu verib köçürdülər. Binanı da tikiblər. Xeyirli olsun! “Xozeyin” kimdirsə gəlib özü çıxsın ortaya. Göstər sərəncamı, qərarı! Məhkəməyə də vermişik. İştirak da etmişəm. Əllərində heç bir sənəd yoxdur: göstərə bilmirlər. O gün “Baksovet”dən gələn vardı. Deyir ki, abadlıq işləri aparılır. Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? Mənim 35 kvadratlıq evim var. Köklü bakılıyam. Özüm də 74 yaşındayam. Sağlamlıq problemim var - yeriyə bilmirəm. Bu yaşımda harada gedib yaşamalıyam? Şəhərin mərkəzində yaşayıram. Lazım olan məbləği verin ki, camaat da yaxınlıqda evini alıb yaşaya bilsin. Bildiyimə görə, bizə təklif edilən məbləğdən artıq pul alıb köçənlər də var. Axırıncı dəfə “pasportistkamız” var, mənə dedi ki, Fəridə xanım, köçmək fikrin yoxdu? Dedim, var! Dedi, gəl ora, danışaq. Deyirəm, ev alan sənsən, sən gəl danışaq: Yasamalda 1 otaqlı ev 130 mindir. Heç olmasa 100 min verin, mən gedim ev alıb yaşayım. Evlər bahalaşıb. “Kristal Abşeron”un nümayəndəsi gəlsin. Bizi yola versin, biz də çıxıb gedək. Bəs evi verib, gedib küçədə qalaq? Camaatı bilərəkdən narazı salmağa çalışanlar var”.

Şikayətçi Safura Eyvazova: “Bizim evimizin də hər tərəfi sökülüb. Evdə siçanlar gəzişir. Hara gedim? Bir övladım var. Hamımız eyni dərddəyik. Yaşadığım ərazidəki qiymətlərə uyğun kompensasiyam verilməyənə kimi evimdən çıxan deyiləm”.

***

Qeyd edək ki, şikayətçilər arasında Qədirli küçəsi 11 ünvanında qeydiyyatda olan Avdalimova (Məhərrəmova) Nailə Fərrux qızı Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - “Fred Asif”in qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmovun həyat yoldaşıdır. Onların bildirdiyinə görə, 28 kv.metr ərazisi olan mənzillərinə cəmi 34 min manat pul təklif ediblər, hansı ki, bu məbləğə həmin ərazidə 1 otaqlı ev almaq belə qeyri-mümkündür.

***

...Artıq qarşıdan soyuq aylar gəlir. Payız qapını döyüb. Bir müddət sonra dağıdılaraq yerlə-yeksan edilmiş evlərin qonşuluğunda yaşayan bu sakinlər səkiyə, qapı-bacaya, yola axacaq palçıqlı qar, yağış suyu ilə üz-üzə qalacaqlar. Onların bəziləri evlərinin divarı çatlamış, uçmuş yerlərindən qar və yağış sularının evə dolacağından, damlarının başlarına uçacağından narahatdırlar. Bu insanlar bir qrup məmur, sahibkar tərəfindən, sanki bilərəkdən incik salınır, dövlətin gördüyü işlərə, apardığı siyasətə kölgə salmağa çalışılır. İnsanlar narazılıq edir və ən pisi isə dövlət qurumlarında onları eşidən, bu özbaşınalığın, qanunsuzluğun qarşısını alan yoxdur.

Düşünürük ki, bu biabırçılığa son veriləcək və bu sakinlər, hansı ki, ata-babaları 100 ildən çox bu ərazilərdə məskən salıblar, yaşayıblar, onların pozulmuş hüquqları bərpa olunacaq. Yoxsa...

“Təzadlar”ın Araşdırma Qrupu

P.S.Dəfələrlə qarşı tərəflə əlaqə yaratmağa cəhd etsək də, alınmadı...
 

Dünən, 11:02           
Ardını oxu...
Prezident yanında Ali Attestasiya Komissiyası səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina etməsinin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Komissiya tərəfindən elmi dərəcələrin verilməsindən imtina barədə qəbul edilən qərarlar müvafiq elm sahələri üzrə ekspert şuralarının tövsiyələri əsasında və aşağıdakı səbəblərlə bağlı olur:
dissertasiyalarda müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə edilməsi (plagiat);
dissertasiya müdafiələri zamanı prosedur pozuntularına yol verilməsi;
dissertasiyalarda müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həllinin təklif olunmaması;
böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhinin verilməməsi;
hər hansı bir elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşunun verilməməsi;
dissertasiyaların iddiaçıların müstəqil elmi işi olmaması və s.
Qurumdan o da bildirilib ki, Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutur.
Qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, bu ilin birinci yarısı 98 nəfərə fəlsəfə doktoru, 8 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Elmi mühit korlanıb
"Səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi xəbəri elmi mühitin korlanmasından xəbər verir. Amma bu həm də onu göstərir ki, artıq Prezident yanında Ali Attestasiya Komissiyası elmi əxlaqa yad olan işlərlə mübarizəyə start verib. Bu çox müsbət addımdır. Çünki, elmi mühitin sağlamlaşması vacib məsələdir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik söyləyib.

İ.Orucov təəssüflə bildirib ki, çhələ də elmi dərəcə almaq iddiasında olan saxtakar insanlar var:
"Komissiya bu istəkdə olanlara qarşı barışmaz mövqe tutmalıdır. Min bir yolla alim adı almaq istəyən adamlar başa düşməlidir ki, ya əsl alim olmalıdır, yaxud da alim olmaq iddiasından əl çəkməlidir".
Lakin ekspert həmçinin deyib ki, elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsait ödənilməsi elmin inkişafına töhvə verəcək.
"Alimlərin əməyinin stimullaşdırılması çox yaxşı təşəbbüsdür. Bu elmi mühitin yaranmasına, saxta alimlərin sayının azalmasına gətirib çıxardacaq. Əvvəl bu sahədə çox bərbad vəziyyət formalaşmışdı. İnsanlar asanlıqla alim adı ala bilirdilər. Alimlərin işinə yekunda qiymətin verilməsi, onların qarşısına məsuliyyətin qoyulması alqışlanandır".

İmtinaların səbəbləri nədir?
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, 8 nəfərə imtina verilməsi elmi dərəcə və vəzifə sahiblərinin keyfiyyətinin artırılması üçün atılmış əhəmiyyətli addım hesab edilir. Onun sözlərinə görə, imtinaların səbəbləri arasında təqdim olunan elmi işlərin yenilik və tədqiqat dəyərindən uzaq olması, bəzi işlərin təkrarlanması və beynəlxalq standartlara cavab verməməsi əsas yer tutur.

"Azərbaycanda elmin mövcud vəziyyəti və dərəcə sahiblərinin keyfiyyət standartlarına cavab verə bilməməsi elmi mühitdə saxta alimlərin azalması üçün mükafatlandırma proqramları kimi yeni tədbirlərin tətbiqinə səbəb olub. Bu tədbirlər elmi işlərin keyfiyyətini artırmağa yönəlib və alimlərin dərəcə qazanmaq üçün daha ciddi elmi tələblərə uyğun olmalarını təmin edir. Bəzi beynəlxalq təcrübələrə baxdıqda görürük ki, Qərb universitetlərində ciddi "peer-review" (rəy verilməsi - red.) prosesi tətbiq olunur, bu da orijinal və keyfiyyətli tədqiqatların meydana çıxmasını təmin edir. ABŞ, Avropa və Avstraliya kimi ölkələrdə elmi işlər ciddi nəzarət mexanizmlərindən keçir ki, bu da saxta alimlərin sayını əhəmiyyətli dərəcədə azaldır", - deyə K.Əsədov bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycanda elm sahəsində çalışan alimlərin vəziyyəti və bu sahədə atılan addımlar elm üçün mühüm perspektivlər açır:
"Beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, gənc alimlər üçün təqaüd proqramlarının artırılması və elmi tədqiqatların tətbiq sahələrinə inteqrasiya olunması yerli elmin inkişafına böyük təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycanda elmi araşdırmaların tətbiqi əhəmiyyətini artırmaq, beynəlxalq elmi jurnallarda dərc olunan işlərin sayını çoxaltmaq və bu istiqamətdə daha fəal addımlar atmaq lazımdır. Elmi fəaliyyətin düzgün qiymətləndirilməsi, alimlər üçün yaradılan yeni imkanlar və beynəlxalq aləmlə əməkdaşlıq yerli alimlərin rəqabətə davamlı olmasını təmin edərək, Azərbaycanın elmi sahədə güclənməsinə töhfə verəcək. Ümumilikdə, bu dəyişikliklər və yeni tədbirlər elmi işlərə daha böyük şəffaflıq gətirir, Azərbaycanın elm sahəsində inkişafı üçün zəruri olan təməli qurur".
Hansı alimlərə ayda min manat verilir?
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, son vaxtlar alimlərin əməyinin stimullaşdırılmasına başlanılıb.
"Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır", - deyə Agentlikdən bildirilib.

Qurumdan verilən məlumata görə, cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
O, da əlavə edilib ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, "Scopus" elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan ("Scopus"da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.
Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları ("Quacquarelli Symonds (QS)", "Times Higher Education (THE)", "Shanghai Ranking (ARWU)"), ali təhsil müəssisələri (Stanford Universiteti ("Stanfordun TOP 2% tədqiqatçıları")) və tədqiqatçılar tərəfindən istifadə olunur.
Ardını oxu...
Dünən elektron mediada Gəncədə, şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində avtomobil yollunun çökməsi barədə məlumat yayılmışdı. Sözügedən videoda yolun bir hissəsinin tamamilə çökdüyü görünür. Sakinlərin verdiyi məlumata görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.Bu məlumat ətrafında araşdırma aparmaq qərarına gəldik.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən satınalmalar yolu ilə layihələrinin həyata keçirilməsinə xərclənir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bəs dövlətin ayırdığı bu qədər vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olmasına nə ad vermək olar?

İndi gəlin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhərində yalnız yolların əsaslı təmiri işlərinin satınalınması üzrə bağladığı müqavilələrə diqqət yetirək.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.970.850,36 manat məbləğinə satınalma müqaviləsi 04.05.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində abadlıq işlərinin satınalınmsı 3.174.710,26 manat məbləğinə satınalma müqaviləsi 10.07.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.971.349,16 manat məbləğinə satınalma müqaviləsi 27.05.2021-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.972.180,49 manat məbləğinə satınalma müqaviləsi 24.09.2022-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 9.915.755,65 manat məbləğinə satınalma müqaviləsi 24.08.2023-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən açıq tender 05.11.2024 -cü ildə yekunlaşıb və “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 9.847.742,45 manat məbləğinə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Ardını oxu...
Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.
Qayıdaq Gəncədə yolun çökməsinə. Göründüyü kimi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi təkcə yolların təmirinə son dörd ildə 25 004 844 manat məbləğində beç satınalma müqaviləsinin bağlanılıb.
Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma açıq mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.
Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son dörd ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına 25 milyon manatdan çox vəsait xərcləyib. Qeyd edək ki, bunlar Niyazi Bayramovun 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsindən sonra ayrılan vəsaitlərdir. 25 milyon vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olması, tez-tez çökməsi isə İcra başçısı Niyazi Bayramovla iş adamı Aqibət Məmmədovun işbirliyinin bariz nəticəsidir.
Aktualinfo.org
 
Ardını oxu...
Bir neçə gün əvvəl Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarəti yığışdırıldı. İcra hakimiyyətindən bildirilmişdi ki, ərazidəki ticarət köşkləri qeyri- qanunidir və anti- sanitariya vəziyyət yaradır. Bəs ən azı 25-30 ildir mövcud olan piştaxtalar necə oldu ki, indi qeyri- qanuni hesab edildi?

Müdafiəçi hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Rəhimli deyir ki, küçə ticarəti qanuni ticarətdir. Yəni qanun deyir ki, bunun üçün icazə alınmalıdır. Amma küçə ticarətinin icazəli və davamlı olması rüşvətdən keçir.

REAl-ın sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, küçə ticarətində qeyri- müəyyənlik hökümətin özünə sərf edir. Belə olanda sahibkar üzərində basqı qurub, istənilən rüşvəti tələb edə bilirlər.

Bir neçə gün əvvəl Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarəti yığışdırıldı. İcra hakimiyyətindən bildirilmişdi ki, ərazidəki ticarət köşkləri qeyri- qanunidir və anti- sanitariya vəziyyət yaradır. Bəs ən azı 25-30 ildir mövcud olan piştaxtalar necə oldu ki, indi qeyri- qanuni hesab edildi?

Müdafiəçi hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Rəhimli deyir ki, küçə ticarəti qanuni ticarətdir. Yəni qanun deyir ki, bunun üçün icazə alınmalıdır. Amma küçə ticarətinin icazəli və davamlı olması rüşvətdən keçir.

REAl-ın sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, küçə ticarətində qeyri- müəyyənlik hökümətin özünə sərf edir. Belə olanda sahibkar üzərində basqı qurub, istənilən rüşvəti tələb edə bilirlər.
 
Ardını oxu...
Cəlilabadın Sərhədabad kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Hasif Şeti oğlu II qrup müddətsiz əlilliyinin qeyri-qanuni şəkildə ləğv edilməsindən şikayətçidir.

Bu barədə Meydan TV-yə danışan sakin deyir ki, o, 24 öncə ciddi xəstəliklə əlillik alıb.

Dediyinə görə, 1987-ci ildə Rusiyanın Krasnadar şəhərində hərbi xidmətdə olarkən onda kəskin psixoloji xəstəlik aşkarlanıb.

Bu xəstəlik səbəbindən də 1 il sonra hərbi xidmətdən geri, Azərbaycana qaytarılıb.

Vətəndaş bildirib ki, Azərbaycan göndərilməzdən öncə 5 ay Krasnadarda xəstəxanada müalicə alıb. Onun hərbi sənədində də psixi xəstə və hərbi xidmətə yararsız olduğu əks olunub.

1988-ci ildən 1999-cu ilə qədər Azərbaycanda hər il tibbi müayinədən keçməklə müddətli II qrup əlillik alıb.

“Xəstəliyimin getdikcə ağırlaşması nəticəsində şəffaf şəkildə keçirilən tibbi müayinə nəticəsində 1999-cu ilin yanvarından etibarən mənə müddətsiz II qrup əlillik dərəcəsi təyin olundu. Ötən ilin martına qədər əlillik müavinətini alırdım. 13 mart 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məni əyani müayinəyə dəvət etdi. Üzrlü səbəbdən əyani müayinəyə gedə bilmədim. Bunu əsas gətirərək dərhal aidiyyəti inzibati akt tərtib olunaraq əlillik dərəcəm ləğv edilib”,- deyə Hasif Ağayev qeyd edib.

Cəlilabad sakini nazirliyi atdığı qeyri-qanuni addımına görə qınayır:

“Mən rüşvət və tapşırıq əsasında əllilik dərəcəsi almamışam. Ötən 24 ildə müddətsiz əlillik dərəcəm olub. Necə ola bilər ki, bu müddətdən sonra nazirlik mənim əlilliyimi ləğv edir? Ötən il təkrar müayinə çağrılanda imkanım yox idi. Bundan başqa, heç bir yerə tək gedə bilmirəm, huşum, ağlım üstümdə olmur. Həm maddi imkanım, həm səhhətim yol vermədiyindən təkrar müayinəyə gedə bilmədim. Müddətsiz əlillik dərəcəsi olan niyə təkrar tibbi müayinəyə getməlidir? Mənim gərək 250-300 manat pulum ola ki, adam, nəqliyyat tutub yanımda aparam. Hətta mən rayonda tibbi müayinədən keçdiyimi dedim, razı olmadılar. Əvvəl Bakıdan həkim gəlib yoxlayırdı, indi vətəndaşı Bakıya qədər süründürürlər. “Qaynar xətt”ə zəng edib şikayətimi deyirəm, kimsənin vecinə deyil”.

“Büdcəyə mənim kimi ağır xəstənin əlilliyini kəsməklə qənaət edirlər”

Vətəndaş deyir ki, sol əli də hərəkətsizdir. Səbəbi isə1994-cü ildə odun doğrayarkən huşsuz vəziyyətdə sol əlinin baş barmağını kəsməsidir. Bu hadisədən sonra əl sinirləri tamamilə zədələnib və işləksiz hala gəlib.

Hazırda Ağayevlər ailəsi oğlunun fəhləlik pulu və 86 yaşlı ömürlük yataq xəstəsi olan yaşlı anasının pensiyası ilə dolanır. Özü isə ötən ildən müalicə almadığından xəstəliyinin ağırlaşdığını, simptomları tez-tez tutduğundan yaxın və kənar şəxslərə, evə ziyan vurduğunu deyir.

Deyir ki, dərmandan asılı həyatının ən ağır günlərini yaşayır, nə səhhəti, nə xəstəlik dərəcəsi ona iş imkanları tanıyır:

“Ancaq dərmanla yaşamış adamam. Pensiyam müalicəmə xərclənirdi. Saxta əlillik adı ilə həqiqi əlillin müavinətini ləğv etmək vicdansızlıqdır, qaniçənlikdir. Psixi xəstə olduğum üçün işə götürmürlər. Bir az iş görən kimi sol əlim, qolum şişir, çalışmır. Bir müddət sahə nəzarətçisi işlədim, çıxartdılar. Xəstəliyim tutanda özümdə olmuram. Heç həkimə də gedib müalicə ala bilmirəm. Ünvanlı sosial yardım almırıq. Oğlum iş olanda fəhləlik edir. Yaşlı anam var ki, ağır yataq xəstəsidir: Ağayeva Bikə Qaraxan qızı. Onun pensiyası ilə dolanırıq”.

“Qorbaçovun dövründə qardaşım, əmim vəzifədə deyildi ki, mənə müftə əlillik versinlər. Büdcəyə mənim kimi kasıb, ağır xəstənin əlilliyini kəsməklə qənaət edirlər. Özü də tibbi kağızı xəstəlik əsasında Rusiyada xəstəxana verib. Bunlar nəyi şübhə altına alırlar? Hansı ki, şübhəyə dair dəlil, sübutları yoxdur”, – o belə deyir.

Ləğvetməyə səbəb nədir?

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşa bildiriş göndərib.

Bildirişdə vətəndaşın əlillik dərəcəsinin ləğvinin səbəbi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əliliyi qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndi ilə əsaslandırılıb.

Sənəddə qeyd olunur ki, əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiziya komissiyasının qərarını düzgünlüyü şübhə altına alan əsaslı sübutlar olub.

“Əlil vətəndaş təkrar əyani müayinəyə cəlb edilib. Vətəndaş da həmin müayinəyə getmədiyindən 27 yanvar 1999-cu ildən təyin olunmuş müddətsiz, II qrup əlilik dərəcəsi ləğv edilib”, – deyə sənəddə vurğulanır.

TSEK-in mətbuat xidmətinin rəsmisi Tural Qurbanov vətəndaşın əlillik dərəcəsinin ləğvi ilə bağlı Meydan TV-nin sorğusuna cavabında yenidən əvvəlki bildirişdə əskini tapan səbəbləri sadalayıb:

“Cəlilabad sakini Ağayev Hasif Şeti oğlu 2023-cü ilin martında əlilliyinin təkrar qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib. Hazırda isə şəxsin əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı qeydiyyat üzrə tibb müəssisəsi tərəfindən yeni “Forma-88″ sənədi rəsmiləşdirilməyib. Tibb müəssisəsi tərəfindən Hasif Ağayevlə bağlı yeni göndəriş rəsmiləşdirildiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq onun əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Qurumun rəsmisi müddətsiz əlillik dərəcəsinə sahib şəxslərin təkrar müayinəyə cəlbini qanunsuz saymır:

““İnzibati icraat haqqında” Qanuna görə, biz, vətəndaşların əlilliyi müddətsiz olsa da belə, əlilin təkrar qiymətləndirilməsi barədə onu məktubla dəvət edə bilərik. Real əliliyi olan vətəndaş təkrar müayinədən keçə bilər. Gəlmədiyi təqdirdə şübhələr yaranır. Lakin vətəndaş müayinədə iştirak etmədiyinə görə onun əlilliyinin yenidən qiymətləndirilməsi mümkün olmayıb”.

“Müddətsiz əlillik dərəcəsində təkrar tibbi müayinə olmamalıdır”

Hüquqşünas Azər Quliyev isə həm əyani tibbi yoxlanış olmadan əlil şəxsin əliliyini şübhə altına alacaq dəlil iddiasını və həm də müddətsiz əlillik dərəcəsinin təkrar yoxlanışını qanunsuz sayır:

“Bu qurumda indi vəzifəli şəxslərin savadsız övladları mövqe tutur. Əvvəlkilər qanunu bilsələr də, rüşvətxor idilər. İndikilər isə heç qanunu da bilmirlər. Müddətli əlillik dərəcəsinin vaxtı bitəndə yenidən xəstəliyə dair “Forma-88″ doldurulur. Ancaq müddətsiz əlillik dərəcəsində isə təkrar tibbi müayinə olmamalıdır. Həmçinin yoxlanışdan keçmədən vətəndaşda necə şübhə altına alınacaq dəlilər aşkarlayıblar? Hansı ki bildirişdə bunu qeyd ediblər. Bu sübut göydən zənbillə düşdü? Şübhəli sübutlar faktla qeyd edilməlidir. Adi xəstəlik deyil, bu adamın ağır diaqnozu var. Şəxsən hüquqşünas olaraq çoxsaylı belə vətəndaşlarla işləyirik”.

“İndi iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə ümid qalıb”

Hüquqşünas deyir ki, əlil vətəndaşın hüquqi aspektdən ona verilən imtina məktubundan bir ay müddətində “İnzibati icraat haqqında” Qanunun 71-73-cü maddələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə vermək hüququ var:

“Bu vətəndaş tək deyil, çoxlu sayda əlilliyi qeyri-qanuni əsaslarla kəsilmiş vətəndaşlar var. Məhkəmə yolu ilə hər vətəndaşın da hüququnu tələb etməyə nə savadı, nə maddi imkanı var. Hətta aylarla sürən belə işlər var. Əgər vətəndaşa verilən imtina məktubundan bir ay vaxt keçməyibsə, sənədləri toplayıb Bakı İnzibati Məhkəməsinə versin. Əgər keçibsə, iddia ərizəsi ilə yenə də müraciət edə bilər. Əsas imtina məktubu gələndən sonra məhkəməyə verə bilər”.

Onun sözlərinə görə, həkim müddətli əlillərə göndəriş verir, “Forma-88” doldurulur, amma müddətsiz əlillər üçün bunu etmirlər:

“Faktiki xəstəxanada yatmır və həkim adamın xəstəliyi ilə bağlı nə yazacaq? Çünki bu, müddətsizdir. Sübut etmək TSEK-nın borcudur. Vətəndaş Nazirliyə getsin, əyani tibbi yoxlanışı müsbət nəticələnməzsə, imtina məktubu gələrsə, ancaq ümid iddia ərizəsi ilə məhkəməyə müraciətə qalır”.
 
 
 
Ardını oxu...
2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinnin direktoru Nərmin Qaralova 67 müəllimi bir gündə işdən çıxarması və tələbə qıza onlayn imtahan zamanı “şamtutan” deməsi ilə gündəm olmuşdu. O, müəllimlərin işinə xitam verməsini təhsil müəssisəsində struktur dəyişiklikləri ilə əlaqələndirməyə çalışsa da, məhkəmədə müəllimlərə uduzdu. “Şamtutmaq” felinin el içində ikinci, təhqiramiz mənasını da o vaxtadək bilmədiyini iddia etsə də, inzibati tənbeh tədbirindən yayına bilməmişdi.
Hüquqları pozulan müəllimlər iddia edirdilər ki, onları ixtisar edərkən ştat azlığını əsas göstərən direktor boşalmış vəzifələrə yeni adamlar gətirib. Məsələn, Humanitar Kollecin direktor müavini Kamran Məsimovun bacısı Xəyalə İdrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib.
Bildirilirdi ki, direktor tələbələri imtahanda bilərəkdən kəsərək alt qruplara salır, alt qruplara düşürülən yüzlərlə tələbə zorən kredit yolu ilə imtahanlar verməyə məcbur edilir. Nərmin Qaralova barəsində dövlət başçısına, təhsil nazirinə ünvanlanan şikayətlərdə qeyd olunur ki, o, indi də qeyri-qanuni attestasiya edərək müəllimləri ixtisarla hədələyir. Saxta attestasiya üçün verdiyi əmrə hər bir müəllimə məcburi qol çəkdirir və imzalamayan müəllimləri isə aktlaşdırıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri ilə hədələyir ki, əmək kitabçanızı ömürlük korlayacağam və siz heç bir yerdə işlə təmin oluna bilməyəcəksiniz. Bu yolla müəllimləri şantaj edir. “Kim hara müraciət edirsə etsin, mən heç kimdən qorxmuram” – deyir. Deyir ki, 2021-ci ildə 67 müəllimi ixtisar edəndə Prezidentə müraciət etdiniz, nə oldu? Mən yenə də işimdəyəm, mənə heç nə edə bilməzsiniz, mənim soyadım bu dövlətdə öz sözünü deyib, siz kim, mən kim”. Halbuki, kollec publik hüquqi şəxs olduğuna görə, Nizamnamənin 8.1-ci maddəsində bu səlahiyyətin, yəni kollecin ləğvi və yenidən təşkili məsələsi Nazirlər Kabinetinə aiddir. Məlumata görə, 10 may 2024-cü ildə keçirdiyi Pedaqoji Şuranı heç bir səsverməyə qoymadan saxtalaşdırıb, daxili əmr verib. Bundan əlavə, öz çirkli əməllərinə alət elədiyi bir qrup muəllimləri müxtəlif bəhanələrlə imtahana daxil etmir və bununla da Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozur.

Ardını oxu...
Tədris işləri üzrə müavini Kamran Mənsimov isə ona havadarlıq edərək saxta qanunsuz attestasiyanın keçirilməsi üçün təqdimat hazırlayıb. Bir sözlə, Nərmin Qaralova kolleci öz qanunları ilə idarə edir, korrupsiya baş alıb gedir.
Həmçinin qeyd olunur ki, Nərmin Qaralova dövlətin müəssisəsini öz şəxsi mülkiyyətinə çevirmiş və kollecin idman zalını cudoistlərə icarəyə vermişdir.


Ardını oxu...
İddia olunur ki, Nərmin Qaralova təyin olunan vaxtdan dövlətin müəllimlər üçün ayırdığı mükafatları mənimsəyir. Ancaq özünün təyin etdiyi müavinlərinə, şöbə müdirlərinə yüksək mükafat yazır.
İndi isə “şam məsələsi”nə bir daha qayıdaq. Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, kollecdə II kursda əyani təhsil almalı olan Mancanova Qəmər Təyyar qızı təhsildə hər şeyin "qaydasında olduğunu" düşünərək Gəncə şəhərində xınayaxdı məclislərində "hakışta" deməklə məşğuldiur. Yeri gəlmişkən, dekor xonça üçün şamlar xınayaxdı və nişan mərasimlərinin əsas atributlarındandır.

Təbii ki, bu cür imtiyazlar havayı başa gəlmir. Kollecin direktoru,müavini və şöbə müdiri tələbələrin hansı səbəbdən dərsdə olmadıqlarını hamıdan yaxşı bilirlər. Xüsusilə də əyani təhsil alan tələbələrə istisna icazələr hansısa maraqlar əsasında verilir. Görünür, ortada hansısa maraqlar olanda Nərmin Qaralova nəinki şamtutanlara, hətta xınayaxanlara da münasibətdə çox “humanist” olur.
Və ən sonda qeyd edək ki, Nərmin Qaralova Bakıda doğulsa da, əslən Gürcüstan Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir. Onunla eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.(gundemxeber.az)

TEREF olaraq yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
 
 
 
Ardını oxu...
Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.

Belə qurbanlardan biri də Bakı sakini, 42 yaşlı Günel Əhmədovadır (ad şərtidir).

Bizim.Media-ya müraciət edən anası Firəngiz Quliyevanın sözlərinə görə 9 aydır ki, qızı əməliyyatın fəsadlarından xəstəxana və həkimlərdə qalıb.

“Cərrahiyə yox, terror”

Ananın iddiasına görə “Badam” klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva qızının üzərində əməliyyat aparıb:

“Qızım bu il fevral ayının 27-də sinə dikləşdirmə və odinoplastika əməliyyatı üçün Səkinə Xüdiyevaya müraciət edib. Səhər 9-da salınan əməliyyatı axşam 5-də bitib. Qızımın üzərində bir gündə bir neçə cərahiyyə əməliyyatı aparıb.

Qızıma demədən sinə dikləşdirməsi əvəzinə böyük implantlar yerləşdirib. Hansı ki, həmin nahiyələrdə hematoma var idi. Özü də qızımda xoşxassəli şişlər və kistalar olub. Ona implant yerləşdirilməsi lazım deyildi. 55 kq çəkidə olan qızın kürəklərindən piy götürüb, liposaksiya edib.

Hər yeri kəsik-kəsikdir. Əməliyyatdan 3 gün sonra implantlar partlayıb və yerindən irin axmağa başlayıb. Ağrılardan “göyə çıxır”. Nə qədər ağrıkəsici içmək olar? İş qüvvəsini itirib, qolunu qaldıra bilmir.

İki dəfə qızım ölümdən dönüb. Müalicələrinə 3 min manatdan çox pul gedib. Hələ də əməliyyatın fəsadlarını aradan qaldıra bilmirik”.

“İmplantlar çıxarılmasa, xərçənə çevriləcək”

Firəngiz Quliyeva deyib ki, qızı yenidən əməliyyat olunmalı, implantlar çıxarılmalıdır. Bunun üçün isə 10 min manat pul lazımdır:

“Bir neçə klinikaya üz tutmuşuq. Həkimlər deyir ki, implantlar çıxarılmasa, xərçəngə çevirəcək. Tələbimiz qızımın sağlamlığına qovuşması, əməliyyat üçün Səkinə Xudiyevaya ödədiyimiz 7500 manatı geri almaqdır.

Dəfələrlə onunla görüşmək üçün “Badam” klinikasına getmişik. Yaxına buraxmırlar, polis çağırıb, bizi küçəyə çıxarırlar. Klinikanın sənəd üzərində rəhbəri Kamran Məmmədovun da qəbuluna getmişik. İlk dəfə pulun bir hissəsinin qaytarılacağını söylədi. Növbəti dəfə gedəndə yerində tapa bilmədik, gizləndi.

Daha sonra qəbul etməyib polis çağırdı. Sübut və faktlarla hüququmuzu istəyirik. Niyə polislə bizi hədələyir? Mənə nə var ki, klinikanın rəhbəri Şamo Fərzəlibəyov böyük və pullu adamdır?”

Dövlət Vergi Xidməti klinikada çoxsaylı pozuntular aşkarlayıb?

Şikayətçi qeyd edib ki, əməliyyatın pulu – 7500 manat klinikanın kassasına deyil, otaqda Səkinə Xudiyevanın özünə verilib. Qəbz isə təqdim olunmayıb:

“Ümumiyyətlə “Badam” klinikası “quldurxana”dır. Ora əməliyyata gələn xəstələr pulu otaqda həkimin özünə verir. Yalnız analizlərin və digər müayinələrin pulu kassaya verilir. Bununla bağlı Dövlət Vergi Xidmətinə də müraciət etdik.

Qurum təsdiqlədi ki, vergi ödəmələrində və kassa mədaxillərində klinikanın çoxsaylı pozuntuları var. Klinikanın maliyyə müdiri şikayətlərimizdən sonra əvvəlcə 5 min manat qaytaracaqlarını dedi. Sonra bu məbləği 4700 manata endirdi və bildirdi ki, 300 manat da mediaya vermişəm.

Nə, hansı media? Bu nə deməkdir? Üstəlik, niyə pulumuzdan çıxırlar? Biz də razılaşmayıb, bütöv məbləğin geri qaytarılmasını tələb etdik”.

“Qızın cinsiyyət orqanını kəsib...”

Ananın iddiasına görə Səkinə Xudiyeva çalışdığı bütün klinikalardan səhv və uğursuz əməliyyatlar icra edib. Dəfələrlə onunla bağlı məhkəmələrdə iş açılıb:

“Kəpəz hospitalda da bir qızı komaya salıb. Bundan əlavə Cəmilə adlı qızın cinsiyyət orqanını kəsib. Qız biabırçı vəziyyətdədir. Bizim kimi nə qədər zərərçəkənlər var”.

Niyə kameranı açıb baxmırlar?

Şikayətçinin sözlərinə görə məsələ ilə bağlı Nizami rayon prokurorluğuna müraciət ediblər. İşlə bağlı araşdırma başlayıb və zərərçəkən tibbi ekspertizaya göndərilib. Tibbi ekspertizanın rəyində isə Səkinə Xudiyevanın əməliyyatı düzgün icra etdiyi bildirilib:

“İndiyədək tibbi ekspertizanın rəyini də bizə verməyiblər. Bu qədər kor olmaq olar, anlamıram. Əgər əməliyyat düz icra edilibsə, biz dəliyik ki, küçələrə düşək və ya kimlərdənsə söz götürək?

Bu azmış kimi sənədlərdə əməliyyat pulunun guya klinikanın kassasına ödənildiyi və kassa sahibinin adı qeyd olunub. Həmin kassa sahibinə zəng edib soruşuram ki, biz sənə nə vaxt pul vermişik? Cavab verməyib, danışığı sonlandırır. Belə də hər yerdə kamera sistemidir. Sübut üçün niyə kameranı açıb baxmırlar?”

Firəngiz Quliyeva Nizami rayon Prokurorluğunun apardığı araşdırmadan narazı olduğunu bildirib.

“Qadını soyundurun, görün, nə fəsad var?”

Məsələ ilə bağlı “Badam” klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva ilə əlaqə yaratdıq. Şikayətçi tərəfin iddiaları ilə razılaşmayan cərrahdan absurd bir açıqlama gəlib:

“Siz qadını soyundurun, baxın görün nə fəsad var” – deyən həkim sözlərinə belə davam edib:

“Bütün Azərbaycanın o xanım haqqında məlumatı var. Bilirlər ki, şarlatandır. Onun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişik. Məlum olub ki, neçə belə həkimi şantaj edir. Onun üçün tədbir görüləcək”- deyə Səkinə Xudiyeva fikirlərini belə sonlandırıb.

Baş Prokurorluqdan isə saytımıza bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

Qeyd edək ki, Plastik cərrah Səkinə Xüdiyevanın uğursuz əməliyyatları ilə bağlı zaman-zaman mətbuatda qalmaqallı şikayətlər dərc olunub.

Ötən ilin fevralında Səkinə Xudiyevanın tanınmış jurnalist Samirə Səfərəliyeva üzərində apardığı uğursuz əməliyyatı ilə bağlı da məsələ də qalmaqala səbəb olmuşdu. Əməlyyat zamanı komaya düşən jurnalist başına gələnləri mediada ictimailəşdirmişdi.

Bu ilin martında isə Səkinə Xudiyeva başqa bir pasiyent tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, həkim təkcə “Badam” klinikasında çalışmır. Paralel olaraq əməliyyatlarını, “Kəpəz” və “Real Hospital” da da icra edir. Amma həkimin harada çalışmasından asılı olmayaraq uğursuz əməliyyatları davam edir...

“Badam” klinikasına gəlincə...

“Badam” klinikasının da adı bir neçə qalmaqalda çəkilib. Bu ilin avqustunda xəstəxananın həkimi Günel Ağayeva səhv diaqnoz qoyaraq jurnalistin atasını kor edib.

2021-ci ildə də isə bu klinikada biabırçı hadisə yaşanıb.

Məlumat üçün bildirək ki, “Badam” klinikasının formal rəhbəri Şamo Fərzəlibəyovdur. Hansı ki, o, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Ağayevlə qudadır. Şamo Fərzəlibəyovin bundan əlavə “Caspian International Hospital” və “Badam Medical Center” klinikaları da var.

Bəs “Badam” klinikasının sənəd üzərində rəhbəri Kamran Məmmədov kimdir?

Belə ki, Kamran Məmmədovun atası Abid Məmmədov bir vaxtlar bu “Caspian International Hospital” və “Badam Medical Center”lə bağlı ortaq biznesin əsas siması olub. Amma bütün işlərini oğluna həvalə edib.

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
"Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda xəstələrə rəsmən əziyyət edirlər..." Bu barədə "DİA-AZ"a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra bildirir: "Burada xəstələri günlərlə gozlətdirirlər. Halbuki bu xəstələr sığortalı olduqları halda onlardan müxtəlif xərclər tələb edirlər. Bununla bağlı yetərincə fakt var və maləsəf ki, günü bu gün də bu problem var...

Xəstələrə qapıdaca bint, gips və bəzi dərmanları aldırırlar. Halbuki xəstəxananı dövlət təmin edir. Rentgen də öz bildiyini edir... rentgen olunan xəstələrdən pul tələb edirlər.

İnstitutun baş həkimi Məmmədov Nizamiyə xəstə tərəfindən şikayətlər olunsa da, heç bir faydası olmur...

Bundan əlavə, qeydiyyat şöbəsində Nizaminin işə götürdüyü 25 yaşlı qeydiyyatcı Rəhilə isə bir ayrı aləmdir. Özünü hansısa səbəblərdən arın-arxayın hiss edən Rəhilə orda hamını açıq-aşkar təhqir edir. Xəstələrlə, işçilərlə kobud rəftar edir və hamıya deyir ki "baş həkim Nizami Məmmədov mənim arxamdadır... heç kəs heç nə deyə bilməz mənə".

Rəhilə xadimələrlə təhqiredici hərəkətlər edir, zibili qəsdən yerə atır və qışqıraraq çagırır ki "gəl yıgışdır... işindir bu".

Bu gənc "SƏLAHİYYƏTLİ" hətta mühafizəçiləri belə təhqir edərək "nə işlə məşğulsunuz" deyib onları bir RƏHBƏR ƏDASI ilə sorğulayır da... Çünki Rəhilə özünün də dediyi kimi... Nizamiyə arxalanır... Bilir ki heç kim ona heç nə deməyəcək... Nizaminin qorxusundan..."

DAVAMI OLACAQ...
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların ən böyük şikayət ünvanına çevrilib. Sosial mediada daha çox bu agentliyin və ya təşkilata tabe olan qurumların fəaliyyətindən giley-güzar diqqət çəkir. Vətəndaşlar hər gün yüzlərlə müraciət yazır. Nadir hallarda hansısa müraciətə müəyyən reaksiya verilməsi gözə dəyir.

Məlumata görə, payız günlərində şikayətlər lap çoxalıb. Həm suyun verilməsi, həm də kanalizasiyanın işi ilə bağlı çox şikayət oxumaq olur. Vətəndaşlar dərdini deyə biləcək yer tapmır. Dövlət Su Ehtiyatları Agentliyindən narazı vətəndaşlar həm də müraciətlərinə laqeyd yanaşılmasından gileylənirlər.

Murad Əlibəyli şikayətlənir ki, oktyabrın 18-dən Sabunçuda Bəhruz Kəngərli küçəsində kanalizasiya tutulub. Çirkab suları buradakı məscidin həyətinə axır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə hər gün müraciət olunur, amma deyilənlər qulaqardına vurulur.

Badamdardan xeyli yazan olub. İnsanlar “su” deyib imdad diləyir. Su təchizatı xidmətinin bütün paylaşımlarının rəy bölümündə bu qəsəbədən şikayət görmək olur. Cəmil Hasilov küçəsində günlərlə su olmur. Şikayətləri eşidən isə yoxdur.

Corat bağlarından da su agentliyindən kömək istəyən az olmur. Yazılanlardan anlaşılır ki, indiyə qədər çox müraciət olunub. Sadəcə, su təsərrüfatının funksionerləri insanları saymayıb. Buna görə də şikayətçilər aqressiv ifadələr işlətməkdən də çəkinmir. Çünki boğaza yığılıblar.

Dövlət Su Ehtiyatları Agentliyi COP29 konfransı ilə bağlı paylaşımlar edir. Şikayətçilərdən biri yazır ki, su təsərrüfatını bu dərəcədə bərbad idarə edən qurumun beynəlxalq tədbirdən danışmağa haqqı yoxdur. Əvvəlcə daxili tələbatı ödəmək lazımdır.

İnsanlar susuzluqdan əziyyət çəkir. Hətta paytaxtın mərkəzi ərazilərində su tapılmaması halları olur. Su agentliyinə bu qədər pullar ayrılır. Təşkilat daim büdcə pullarına möhtac qalır. Zərər üst-üstə yığılır. Ortada işdən əsər yoxdur. Bunun nə vaxta qədər davam edəcəyi də bilinmir. Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti