Ardını oxu...
“Gələn səfalət oldu, gəmilərimiz deyil!”

"Bugünlədə mətbuatda sement monopolisti – “klinker canavarı” Cavidan adlı iş adamının banklara 27 milyon manat məbləğində pul atdığını, buna rəğmən sahibkarın heç nə olmamış kimi öz gündəlik yaşamına davam etdiyindən bəhs edilib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Məlumat üçün bildirək ki, Cavidan adlı iş adamı yalnız banklara borclu deyil. Sement monopolisti çoxsaylı iş adamlarına da borcludur və bu borcun toplam məbləği təxminən 30 milyon manatdır.

Gəmiləriniz yoldadadır deyirdi, amma məlum oldu ki, “it də gedib, ip də gedib”

Xeyli müddətdir ki, sementin əsas qatqısı olan klinkerin ölkəyə gətirilməsi monopoliyasına əl qoyan, hər il İrandan onlarla gəmi həcmində qatqı materialı gətirən Cavidan, bir neçə ay öncə bütün iş adamlarını aldadaraq onların puluna əl qoymağa qərar verib. Bu məqsədlə Cavidan dünya bazarında klinker qıtlığının yarandığını, kim daha tez və daha çox pul verərsə, ilk olaraq məhz həmin adamların məhsulunu ölkəyə gətirəcəyini bildirib. Sahibkarlar arasında süni təlaş yaradan Cavidan, qısa müddətdə onlarla sahibkardan İrandan klinker gətirmək üçün milyonlarla manat məbləğində pul alıb. Lakin bu hadisənin üstündən aylar ötsə də, İrandan gətirilməli olan məhsul heç cür öz sahiblərinə gəlib çatmayıb. Hər dəfə dəyərini qabaqcadan ödədikləri məhsulun gəlib çatmadığını Cavidana yada salan sahibkarlar, bunun əvəzində ondan gəmilərin yolda olduğunu, tezlikə məhsulun onlara təhvil veriləcəyini eşidiblər. Lakin bir neçə həftə bundan öncə bəlli olub ki, ortada nə pul var, nə də məhsul. Başqa sözlə desək, “it də gedib, ip də gedib”.

Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?”

İş adamlarını müflis edən Cavidan adlı şəxs yüksək çinli məmurlarla olan əlaqələrindən istifadə edərək pulunu tələb edən iş adamlarını şərləyərək onlardan əlavə vəsaitlər tələb edir. Cavidan adlı şəxs iddia edir ki, guya o sahibkarlara deyil, sahibkarlar ona borcludur və kim “borcunu” ödəməsə onunla bağlı əlaqədar instansiyalara müraciət edəcək. Bu yerdə “O olmasın, bu olsun” filmindən məşhur ifadə yada düşür: “Mənə meymun deiyin bəs deyil, hələ bir əl də verirsən?”
Cavidan adlı şəxsin bu özbaşınalığı onun kifayət qədər güclü simalar tərəfindən himayə olunduğunu göstərir ki, bu himayədarlardan biri nazir müavinidir.
Gələn yazımızda həmin şəxsin kimliyinə aydınlıq gətirməklə yanaşı, Cavidan adlı iş adamının padşahlara layiq cah-cəlallı həyatı haqqında maraqlı faktlara toxunacaq, onun digər qanunsuz əməllərindən söhbət açacağıq..."

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...
Ardını oxu...
Adı muxtəlif qalmaqllarda hallanan tikinti maqinatı “İnşaat Konstruksiyaları” MMC rəhbəri Rauf Əliyev barəsində "Azərbaycan Reallığı" redaksıyasında bir neçə vətəndaş tərəfindən şikayət daxil olub.

Vətəndaşlar bildirir ki,Bakının Yasamal rayonunda “alimlərin yataqxanası” kimi tanınan bina söküləndən sonra sakinlər çətin duruma düşüblər. Pilot layihəni həyata keçirən “İnşaat Konstruksiyaları” MMC yeni binanı 2016-cı ildən bəri tikib istifadəyə vermir. Sakinlər illərini kirayələrdə keçirir. Onların bəzisi beş ildir kirayə pulu da almadığını bildirir.

Şikayətçilərin sözlərinə görə yaşadıqları bina Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin iştirakı ilə sakinlərin icazəsi olmadan sökülmüşdü: “Bizimlə o vaxt elə davrandılar, indi də belə. Nə qədər stres keçirmək olar?!

Heç nəyə köklənmək olmur. Küçələrdə qalmışıq”. Amma Rauf Əliyev özü üçün bahalı həyat tərzi yaşayır. Şəhərin muxtəlif yerlərində qiyməti yüz minlərlə olan şəxsi evləri mülkləri var.

“İnşaat Konstruksiyaları” 200-dən artıq mənzil satıb. İndi “alimlərin yataqxanası”nın sakinləri bilmir ki, kimin mənzili harada olacaq:

“Binanın üstünü bəzəyiblər, amma içində arakəsmələr belə hörülməyib bir sözlə üstü bəzək altə təzək ediblər.

“İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Rauf Əliyev ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün sonra azadlıqa buraxılsada ötən ilin Sentiyabır ayında Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 213.3-cü ittihamı ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib.

Ona 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun üzərində 3 il sınaq müddəti müəyyən olunub. İş adamından 659.152,54 manat tutulub, dövlət büdcəsinə keçirilməsinə qərar verilib.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamlarından hesab olnur
 
 
 
Ardını oxu...
Qədim latınların belə bir məşhur ifadəsi var: “Dura lex, sed lex”. Azərbaycan dilinə tərcümədə belə səslənir: “Qanun sərtdir, amma qanundur”.

İlk baxışdan qanunun aliliyinin bu postulatı öz sözünü deyir, bir böyük “AMMA” olmasa... Əgər bu “AMMA”ya pul qatılmayıbsa… Necə deyərlər, pul danışan yerdə vicdan susur. Bu gün oxucularımıza vicdanın susmasından danışmaq istərdim.

Ötən gün AYNA-nın redaksiyasına Nərimanov rayonu, Aşıq Alı 2 ünvanındakı evin sakinlərindən şikayət daxil olub. Şikayətin mahiyyəti ondan ibarətdir ki, bu ünvanda yaşayan sakinlərin evlərinin yaxınlığında bir “əjdaha” aktivləşib. Və bu, heç də zarafat deyil.

Fakt budur ki, Qafar Rəşad-Yəhya Bakuvi küçələrinin kəsişməsində kimsə nəsə tikmək qərarına gəlib. Və görünür, onlar bu torpaq sahəsində tikintiyə çox ciddi yanaşırlar. Fotolardan da göründüyü kimi, adları məxfilik pərdəsi arxasında gizlənən tikinti sahiblərini sakinlərin rahatlığı və əmin-amanlığı heç də narahat etmir.

Sual yaranır: qanuna zidd olaraq şərtlərini diktə edən bu “Mister X” kimdir?

Razılaşın ki, sadəcə bir klinikada həkim, orta məktəb müəllimi, hətta orta səviyyəli bir iş adamı belə təsiredici bir layihəyə əl ata etməz. Onların ranqı deyil.

Amma bizə göndərilən fotoşəkillərə görə, yeni azərbaycanlı “Mister X” kifayət qədər ciddidir. Bütün tikinti standartlarından fərqli olaraq, hələ yaranma mərhələsində olan anlaşılmaz obyekt artıq Aşıq Alı 2 saylı binanın sakinlərinin həyatına müdaxilə edir. Gələcək obyekt Aşıq Alı 2 ünvanında yerləşən evin sakinlərinin oksigenini sözün əsl mənasında kəsir.

Yaydır, istidir, nəfəs ala bilmirsən və “ağıllı” inşaatçılar yaşayış binası ilə naməlum obyekt arasında cəmi 2 metrdən bir qədər çox məsafə qoyublar. Onlara belə rahatdır.

Üstəlik, səkinin bir hissəsi hasarla əhatə olunub. Eyni zamanda səkini niyə və kimin bağladığını göstərən heç bir işarə də yoxdur. Şirkət bir xəyalətdir.

Ancaq bu da hamısı deyil. Fotoşəkillərdən aydın görünən betonun tökülməsinə görə, naməlum obyekt ən azı dörd mərtəbəli olacaq. Təbii ki, təklif olunan obyekt, şübhəsiz ki, uşaq evinə və ya xeyriyyə fonduna çevrilməyəcək.

Diqqətçəkən budur: Aşıq Alı küçəsi, 2 ünvanındakı evin yaxınlığında tikinti işləri sırf gecələr işləyir. Təsəvvür edin, bütün sakinlər həyəcanla hər gecə tikinti kranının gurultusunu, betonun tökülməsini və digər “dövlət işlərinin” başlayacağını gözləyirlər.

Əslində, oğrular, asayiş keşikçiləri, həkimlər, sosial məsuliyyəti aşağı olan zərif cinsin nümayəndələri gecələr fəallıq nümayiş etdirirlər. “X” obyektinin işçiləri bu meyarlara uyğun gəlmir.

Amma ev sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Məsələn, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “uçastkovıya”, hətta rayon icra hakimiyyətinə də. Onlara sükutla cavab verilib, müraciət müəllifləri şikayət edirlər.

Amma bu, o demək deyil ki, Bakının Nərimanov rayonunda və ya ümumiyyətlə, Azərbaycanda tikinti xaosu davam edəcək. Məsələ burasındadır ki, beyni ağılla yox, pulla yüklənmiş bəzi məsuliyyətsiz vətəndaşlar özlərini qanundan yüksək səviyyədə təsəvvür edərək, nəhayət, bütün “qırmızı xətləri” keçdilər.

Tikilməkdə olan obyektin sahibinin ona lazım olan məmurun oturduğu kreslo ilə bu və ya digər şəkildə bağlı olduğunu söyləmək yəqin ki, gərəksizdir. Onların öz qanunları var ki, qəribə də olsa, qanunsuzluğun əsasını təşkil edir.

Yeri gəlmişkən, demək olar ki, unutdum. Redaksiyaya göndərilən fotoşəkillər PPX avtomobilinin qanuna necə “əməl etdiyini” aydın şəkildə göstərir. Daha doğrusu, həmişə ayıq-sayıq polis əməkdaşları da qanunsuzluğu müşahidə edir.

Və nəhayət, yaranan mənzərə ilə bağlı yalnız bunu demək olar: Azərbaycan bütün proqnozların, ekspert hesablamalarının, ehtimal və qeyri-mümkünlük nəzəriyyələrinin əksinə olaraq, işğal edilən torpaqlarını tamamilə azad etdi. Növbədə Bakının azad edilməsidir.

AYNA.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Müəllimlər hakimlərin, vəkillərin yanında “test toyu”na getməlidirlər”

Son günlərin gündəmini müəllimlərin sertifikasiyası, testdən keçə bilməmələri zəbt edib. Bəs o biri ixtisas sahələri? Bəyəm digər sahələrdə hər şey normaldır, niyə yalnız ən aşağı təminatlı müəllimlər “utanc məhkəməsi”nə çəkilir? Elə məhkəmələri götürək, hüququn eldə deyildiyi kimi, “a”nan “t”ısını qanmayanlar necə hüquqşunas, vəkil, hakim olurlar ? Bunlar necə testdən keçirlər? Bir hakim, vəkil “qərardad”la “qətnamə”ni seçə bilmirsə, ayrıntısını qanmırsa, necə hüquq müdafiə edə, insan taleyini çözə bilər?

VK-nın intizam Komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov həm də DİN-dən aylıq əməkhaqqı alır. Bunu mən demirəm, VK-nın vəzifəli şəxsi özü deyir, məhkəmələrə özünü DİN-in vəkili və nümayəndəsi kimi təqdim edir. Halbuki vəkil dövlət orqanının nümayəndəsi ola bilməz, dövlət orqanının nümayəndəsi isə vəkil ola bilməz. Heç bir məhkəmə də indiyədək vəkil Əlirza Həbilovun, eləcə də onun DİN-in adından məhkəməyə göndərdiyi Orxan Babayev kimi vəkillərin dövlət, ittiham-istintaq orqanının vəkili və nümayəndəsi kimi işlərə çıxmasına, daha düzü, məhkəmələrlə qeyri-prosessual münasibətə girməsinə hüquq qiyməti verməyib, heç onun nümayəndəliyini təsdiq edən etibarnaməsini, müqaviləsini də yoxlamayıb. İndi hakimlər savadsızdır, yoxsa vəkillər? Bu savadla testdən, sertifikasiyadan necə keçirlər? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin IV bəndini bir daha diqqətə çatdırırıq: “Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları VƏZİFƏDƏN AZAD EDİLDİKDƏN və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən SONRA VƏKİLLİK FƏALİYYƏTİ ilə məşğul ola bilərlər. Vəkil DÖVLƏT QULLUĞUNA qəbul edildikdə onun VƏKİLLİK FƏALİYYƏTİ DÖVLƏT QULLUĞUNDAN AZAD OLUNANADƏK DAYANDIRILIR”. Bəs Əlirza Həbilov, Orxan Babayev necə həm vəkillik fəaliyyəti ilə məşğul olurlar, həm də dövlət orqanında, özü də ittiham-istintaq orqanı olan DİN-də qulluq edirlər? Hələ VK-nın 39 saylı vəkil bürosunu demirik. Bu büro tam heyətlə dövlət orqanının – ƏƏSMN tabeliyində DSMF-in tərkibində dövlət qulluğunda necə fəaliyyət göstərir? Məhkəmələr bunları hüquqverici sənəd olmadan DSMF-in Filialı kimi necə işə buraxır? Məhkəmələrin də savadsızlığı üzə çıxmırmı? Bu savadsızlıq nədən qaynaqlanır?

Məhkəmə hakimlərinin testdən necə keçməsi , neçəyə keçməsi niyə heç kimi ilgiləndirmir? Savadsızlığa , cinayətkar saxtalığa baxın, VK-nın vəzifəli şəxsi Əlirza Həbilov DİN-in “vəkili və nümayəndəsi” qismində Şəki İİM hakimi İlqar Cabbarovun adından 15.02.2019 tarixli saxta iddianın mümkün sayılmaması haqqında qərardad tərtib etdirib və bu qərardadı 6-cı ildir bütün məhkəmə instansiyalarında qanuni qüvvəyə minmiş QƏTNAMƏ , PREYUDİSİAL AKT , KONSTİTUSİYA AKTI kimi tətbiq etdirir. Bəyəm bu yekəlikdə məhkəmə- hüquq sistemi bilmir ki, iddianın mümkün sayılmaması haqqında QƏRARDAD işə mahiyyəti, MÜBAHİSƏ PREDMETİ üzrə baxılan QƏTNAMƏ, QƏRAR deyil? Bunu bilmirlirsə, necə hakimlik edirlər? Bakı İnzibati Məhkəməsinin ( Elvin Əliyev, Orxan Həsənov, Bəhlul Cəlalov), Bakı Apellyasiya Məhkəməsinin ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə və b.(siyahı uzundur) rüşvətdən, qərəzdən savadsız hakimlərini bir yana qoyaq, bu yekəlikdə Ali Məhkəmənin hakimlərinə nə gəlib? Səyyad Kərimov, Rahib Nəbizadə, Kəmaləddin Bədəlov, İlqar Hüseynov, Nigar Rəsulbəyova ...(siyahı uzundur) QƏRARDADla QƏTNAMƏnin ayrıntısını bilmirlər? Səyyad Kərimov belə savadla necə 30 il MM Aparatının inzibati və hərbi şöbəsində məsul vəzifə tutub?

15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardad iddiaya inzibati məhkəmə icraatında baxılmasına şərtlərin mövcud olmadığı ilə əsaslandırılıb. Yəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə ümumi məhkəmələrin baxması şərt kimi irəli sürülüb. Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev isə bu qərardadı hüquqi faktın müəyyən edilməsi haqqında mülki işdə qanuni qüvvəyə minmiş QƏTNAMƏ – PREYUDİSİAL AKT kimi qəbul edib.

Nizami məhkəməsinin hakimi Ülkər Yusifova bilmir ki, qərardaddan şikayət vermə qaydası MPM-in 267-269 maddələri ilə tənzimlənir? 7 günə apellyasiya instansiyasına göndərməyə borclu olduğu şikayəti 10 aydır göndərməkdən imtina edir!(?) Bu xanım hansı savadla hakim təyin edilib? Rüstəm Kərimli özünün ləğv olunan işini icraatına götürüb, sistemdən tamam silib. Bu hakim hansı rüşvətlə, rüşvətdən savadsızlıqla Şəki İM-ə sədr təyin edilib? Şərafət Məmmədova 8 ildir qəbul etdiyi 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarın icrasını təmin etmir, 9 ildir 06.05.2015 tarixli Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi qərardadını gizlədir, bu rüşvət hakimi necə Bakı Apellyasiya Məhkəməsinə “yüksəldilib” və indi də qərəzindən ək çəkmir? Qərəzə baxın, Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyü (9 dəfə!) kassasiya şikayəti verməyə vəkil ayrılmasını HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırıb və bu VƏKİLDƏN İMTİNA QƏRARDADını Ali Məhkəmə ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov, Səyyad Kərimov, Rahib Nəbizadə..(siyahı uzundur) PREYUDİSİAL AKT, KONSTİTUSİYA AKTI kimi qəbul ediblər.(?)

Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının icrasını özbaşına dayandırdığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icrasını 6 ay tələb edib, 6 aydan sonra borclunun rüşvət cavabını Konstitusiya aktı kimi qəbul edərək bildirib ki, bəs tələbkarın xəbəri yoxdur, 15.07.2017 tarixli qərar icra olunub. (?) Qərarın tarixinin 05 iyul əvəzinə 15 iyul göstərilməsinin özü məhkəmənin borclunun rüşvətilə özbaşınalıq etdiyini göstərir, icranın təmin edilməməsi bir yana dursun. Di gəl, Günel Sevdimalıyeva tələbkarın ali dövlət hakimiyyəti orqanlarına şikayətinə cavab olaraq 1-ci dərəcəli Qarabağ qazisinə MƏHKƏMƏYƏ ƏRİZƏ VERMƏYİ QADAĞAN edib, əks halda baxılmayacağını 15.04.2024 tarixli məktubla bildirib.(?) Günel Sevdimalıyeva hansı savadla hakim təyin edilib? Bu hakimin İPM-dən, MPM-dən , Konstitusiyadan belə xəbəri yoxdur, necə insan taleyini çözə bilər?

Müəllimləri qınamaqla iş bitmir, bəs bu hakimlər, vəkillər, Ombudsman ( Aparatı), deputatlar? Hüquq olmayan ölkədə hansı hüquq və azadlıqlar yerində ola bilər ki?

...Ali Məhkəmə Aparatı PA-dan gələn 05.07.2017 tarixli məhkəmə qərarının icra olunmaması haqqında şikayətə Günel Sevdimalıyevanın verdiyi cavabı təkrar edib:” Müəyyən edilmişdir ( kim, nə vaxt, harada- M. B.) ki, 15.07.2017 tarixli qərar icra olunub. (?) Lap ünlü filmdəki kimidir, heç demə, tələbkarın xəbəri yoxmuş, nə 14 aydır pensiyasından məhkəmə qərarı ilə verilən 110 manat kəsilib, nə aylıq 155 manat. Belə hüquqla hansı sosial təminatdan danışmaq olar?

Məğrur Bədəlsoy

Paralel.az
Ardını oxu...
 
 

 


Ardını oxu...
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Mərkəzi Nəbabat Bağını və qurumun İdarə Heyətinin sədr səlahiyyətlərini icra edən Natiq Allahverdiyevi cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Natiq Allahverdiyevə və Mərkəzi Nəbatat Bağına İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Natiq Allahverdiyev, eyni zamanda Mərkəzi Nabatat Bağı dövlət xidmətinin qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

Mərkəzi Nəbatat Bağı 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində fəaliyyət göstərirb. 2022-ci ildə qurum publik hüquqi şəxsə çevrilib və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağının icraçı direktoru, daha sonra isə baş direktoru olub. Qurum publik hüquqi şəxsə çevrildikdən sonra isə İdarə Heyətinin sədr müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırlıb.

Natiq Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşavidirdir.
 
Ardını oxu...
Həmkarlar İttifaqı Komitəsinin əsas vəzifəsi rəhbərlik qarşısında üzvlərin hüquqlarını qorumaq, rəhbərliyin kollektiv əmək müqaviləsinin və ölkənin əmək qanunlarının şərtlərinə riayət etməsinə nəzarət etmək, əməkdaşlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Lakin Əyalətmedia.az saytının redaksiyasına verilən məlumata görə, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri Bayram Hacıyev müəllimlərdən çox məktəb rəhbərlərinə özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət eləmir. Məlumatda bildirilir ki, təhsil müəssisələri rəhbərləri öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də, Bayramın səsini çıxarmağa hünəri çatmır, çünki "gözükölgəlidir", həmişə istismar olunanların deyil, istismar edənlərin tərəfində olub: “Bayram Hacıyev həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazır. Belə qərarları sədr həmişə təkbaşına verir və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymır. HİK əməkdaşların ailələrində baş verən bədbəxt hadisələrlə əlaqədar operativ reaksiya göstərməyə gecikir. Son dövrlər ərzində ailələrində gözlənilməz hadisələr baş vermiş əməkdaşa maddi və mənəvi yardım “50x50” şərtiylə verilib, səhhətində problem olan təhsil işçilərinə lazımi diqqət göstərilməyib”.Qeyd olunur ki, ilk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Bayram Hacıyev təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Bayram müəllimin xeyirinə olur. Təşkilatda külli-ixtiyar Bayram bəyin əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.Məlumatda birmənalı olaraq vurğulanır ki, Gəncə şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Bayram Hacıyev “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Bayram Hacıyev “bığının altından keçə bilməyən” çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir”.Onu da qeyd edək ki Bayram Hacıyev əvvəllər məktəb direktoru olub.O,Gəncə şəhər TİAHİ-nın sədri təyin olunduqdan sonra yerinə öz həyat yoldaşını təyin etdirib.Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Batyram Hacıyevlə əlaqə saxlamağa cəhd etdik.Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də dəstəyi qaldıran olmadı.Sual olunur:Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?
Bayram Hacıyevin isə şəxsi mobil telefonunu idarədən bilən olmadı.İdarədən əməkdaşımıza bildirdilər ki, O mobil nömrəsini hər həftə dəyişir...
Bayram Hacıyev görəsən kimdən gizdənir?
Davamı var...
Nyus.Az
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov özünə yeni müşavir təyin edib. Yeni müşavirin adı Şamo Mürşüdovdur və o, DGK sədrinin sayca üçüncü müşaviri oldu.

Bu təyinatı DGK-nin daxili işi hesab etmək olardı, amma Şamo Mürşüdovun tərcümeyi-halını araşdıranda artıq məsələnin ictimaiyyətləşməsinə zərurət yaranır. Çünki DGK kimi strateji bir qurumda belə bir şəxsin müşavir olması həqiqətən də narahatedici amildir.

Şamo Mürşüdovun DGK-da müşavir postuna niyə gətirilməsinin səbəbi sirr olaraq qalır. Adətən belə yüksək posta təyin olunan şəxs cəmiyyət tərəfindən təqdir olunan şəxslər olur, bu təqdiri də məhz əməlləri, gördükləri işlərlə qazanırlar. Amma Şamo Mürşüdovla bağlı bunu demək çətindir. Onun təyinatından sonra sosial şəbəkələrdə yayılan videolar və məlumatlar suallar yaratdı.

Yayılan videoların birində Şamo Mürşüdov bir neçə il öncə yerli telekanalların birində keçirilən yarışmada görünür, özü də kontrabasda. Hətta aparıcının ansamblı “qızlardan ibarət komanda” adlandırması da təəccüblü oldu, axı kontrabasda məhz hazırda DGK sədrinin müşaviri olan Şamo Mürşüdov ifa edirdi. Amma aparıcını da qınamaq olmur, videoda aydın görünür ki, Şamo Mürşüdov geyimi ilə, tərzi ilə, hətta davranışı ilə qızlardan ibarət ansambla uyğundur. İndi belə çıxır ki, kontrabas ifaçısı ölkənin gömrük xidmətinə müşavirlik edəcək. Qəribə haldır, həm də şübhələr doğurur. Doğrudanmı o, belə bir vəzifənin öhdəsindən gəlməyi bacaracaq?!

Digər bir videoda isə Şamo Mürşüdovun artıq “vəzifədə” olduğu görünür, amma yenə də iş başında yox, əyləncədə. Onlarla insanı başına toplayan Şamo Mürşüdov “James Bond 007 oyunu” oynayır, bildiyimiz mafiya. Özü də hansısa qapalı məkanda. Arxa fonda görünən “agent James Bond 007” yazısı da onu deməyə əsas verir ki, oyunun oynandığı yer klubdur. Şamo Mürşüdov ortada, kənarda işçiləri, ora-bura qaçır, oyunu idarə edir, kontrabastı ifa etdiyi kimi.

Bu görüntülərdə baxdıqda düşünməmək olmur. “Ey dadi-bidad, görün Gömrük Komitəsi sədrinə kim müşavir təyin olunub”.

Şamo Mürşüdov haqda bütün axtarışlarımız boşa çıxdı, indiyə qədər işlə bağlı hansısa müsbət məqamları tapmaq mümkün olmadı. Yalnız və yalnız, qəribə görüntüləri, “mafiya oyunları”, ümumiyyətlə çıxardığı “oyunlar” var. Belə görünür ki, Şamo Mürşüdov həyatını da, işini də əyləncəyə sərf edib. Yəqin ki, Gömrük Komitəsində də əyləncəsindən qalmayacaq, “mafiya oyunları” təşkil edəcək, “dış-dış” oynayacaq. Bir sözlə dövlət büdcəsindən müşavir postuna ayrılan aylıq məvacibini alıb kef edəcək.

Sual yaranır: Şahin Bağırov Şamo Mürşüdovu hansı keyfiyyətinə görə özünə müşavir təyin edib?

Yaxşı kontrabas ifa etdiyi üçün, yoxsa, maraqlı “oyunlar çıxardığı” üçün?!

Bəlkə Gömrük Komitəsində əyləncəyə ehtiyac var?

Əgər belə idisə, Şamo Mürşüdovu müşavir təyin etmək əvəzinə, əyləncə sektorundan işinin peşəkarlarını qonaq qismində dəvət etmək olardı. Şamo Mürşüdov kimi işdən başqa hər şeylə məşğul olan birini bu posta təyin etmək təkcə gömrük xidmətini ucuzlaşdırmaq yox, cəmiyyəti də dolamaqdır./Demokrat.az

Qeyd: Hurriyyet.az mövzu ilə bağlı oxucularına daha ətraflı məlumat verəcək. Bizi izləyin.
 
Ardını oxu...
Azərbaycanda səhiyyə sahəsində korrupsiya, yanlış idarəetmə və özbaşınalıqlar demək olar ki, zaman-zaman müzakirə olunur, amma təəssüf ki, çıxış yolu tapılmır. Ölkənin səhiyyə sistemi faktiki olaraq üç nazirliyin – Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin əlində girinc qalıb. Səhiyyə sisteminin yanlış idarəetməsi elə bir vəziyyət yaradıb ki, son illərin bu sahədə ən uğurlu islahatı sayılan sığorta sistemi iflic hala gəlib.

Sığorta sisteminin məqsədli, müxtəlif bəhanələrlə iflic edilməsi isə bir daha göstərir ki, Azərbaycan səhiyyəsi Afrikanın cəngəllik qanunları ilə idarə olunur. Sığorta sistemindən müxtəlif bəhanələrlə yayınan tibb ocaqlarından biri isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasıdır. Bu tibb müəssisəsi ilə bağlı şikayətlər demək olar ki, hər gün artır.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müavilə bağladığı tibb müəssisələri arasında olsa da, Gəray Gəraybəyli sözün həqiqi mənasında “köhnə bazara təzə nırx” qoyub. AzToday.az-a danışan vətəndaşlar deyirlər ki, göndərişlə Tədris Cərrahiyyə Klinikasına göndərilsələr də, onları dəfələrlə orada süni yollarla əlavə xərcə salıblar, müxtəlif analizləri sığorta paketinə aid etmədən onları soyublar. Bəzən isə hətta məlumatsız xəstələrə bu əməliyyat sığortaya düşmür deyə külli miqdarda pul alıblar. Bütün bu maneə və əngəllərin isə məhz Gəraybəylinin tapşırığı əsasında yaradıldığına şübhə yoxdur.

Bundan başqa, həkimlər buraya müraciət edən xəstələrə tibbi sığorta üçün heç bir göndəriş vermirlər. Hazırda Tədris Cərrahiyyə Klinikasında müalicə olunan xəstə yaxını deyir ki, onlardan bir həftə ərzində təkcə analizlərə və müayinəyə 470 manat pul alınıb, hələ əməliyyat üçün da 2800 manat ödəməlidirlər. Xəstə həkimlərdən isə icbari tibbi sığortaya göndəriş ala bilməyib. Çünki belə olan halda həkim ona xəstəyə baxmayacağını, başqa həkimə və ya xəstəxanaya müraciət etməsini tövsiyə edib.

Şikayət etmək istəyən xəstələrə isə “gedin Gəray Gəraybəyli ilə danışın” cavabı verilir. “Faktiki Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Sovet dövrünün kolxoz qaydaları ilə idarə olunur, Gəray Gəraybəyli isə məhz bu kolxozun sədridir. Faktiki “pripiska” ilə məşğuldurlar. Bu adamların vətən, millət, insan anlayışları yoxdur, rüşvət bunların da qanına hopub”, – xəstə yaxını belə deyib.

Şikayətlərlə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxlamaq olmayıb. Klinikanın rəsmi saytında isə direktor və baş həkim bölmələrində buranı kimin idarə etməsi əksini tapmayıb, yəni nə direktor var, nə baş həkim…

Səhiyyə Nazirliyi, TƏBİB isə burada baş verən rəzalətə susmaqda israrlıdır.
 
Ardını oxu...
Aktualinfo.org artıq 3-cü aydır ki, Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına və hüquq mühafizə orqanlarına müraciətlər edərək Şəki Uşaq İncəsənət Məktəbində təcili olaraq maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması məsələsi qaldırmışdır. Bu müddət ərzində müraciət etdiyimiz qurumlar da öz növbəsində aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə müraciət edərək göstərdiklərimizi araşdıraraq redaksiyaya məlumat verməyi tövsiyyə etmişlər. Bəs Mədəniyyət nazirliyi nə edir?

Bu müddət ərzində Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev araşdırma aparmaq üçün redaksiyamıza göndərdiyi məktubda deyilir. “Sizin Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, araşdırma ilə bağlı zərurət yarandığı üçün sözügedən müraciət ilə əlaqədar olaraq Sizin internet portalına məlumat verən şəxs və şəxslərin adı, soyadı, ata adı və əlaqə vasitələrinin təqdim edilməsini xahiş edirik”.

Cavid Əliyevin müraciətə yanaşmasına fikir verin. Nazirliyiə tabeli bir qurumda yoxlama aparmaq üçün internet portalına məlumat verən şəxs və şəxslərin adı nəyə lazımdır axı? Müraciət edən biz. Büzim müraciəti əldə əsas tutub məktəbdə yoxlama aparmaq olmazmı? Əlbəttə olar. Lakin bu Mədəniyyət Nazirliyinin səlahiyyətlilərinə nədənsə sərf etməyib.

Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara etdiyimiz müraciətdən sonra bizə verilən məlumata görə Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov sözügedən nazirliyə çağırılıb. Nazirlikdə görüşüb bir gün Bakıda qaldıqdan sonra geri dönən Eldar Rəcəbov yaxın ətrafına nümayişkaranə şəkildə “hər şeyi yerində həll etdim” deyib. Maraqlıdır, Eldar Rəcəbov Bakıda nəyi həll edib? Ona bu işdə Mədəniyyət Nazirliyində kim yardımçı olub, sonrakı yazılarımızda.

Qeyd edək ki, Eldar Rəcəbov hər şeyi yerində həll etməsinə baxmayaraq Şəki Uşaq İncəsənət Məktəbində onun yol verdiyi qanunsuzluqlar barədə redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Belə ki, məktəbin kollektivindən olunan müraciətlərdə qeyd edilir ki, illlərdir məktəbin direktorunun qanunsuz əməlləri ilə üzləşmələri azmış kimi, həmçinin hazırda məktəbə yeni təyin edilmiş direktor müavini Xəyalə Töhrablının da qanunsuz əməlləri ilə üzləşməkdədirlər.

Daha öncə qeyd etdiyimiz kimi Töhrablı Xəyalə Töhrab qızı məktəbə ayaq basan ilk gündən öz islahatlarına başlamış, bir neçə müəllimi və 30 yaxın şagirdi təyziq və təsir ilə məktəbdən uzaqlaşdırmışdır. Xəyalə müəllimə məktəbə ayaq basandan bu qədər ölü kadrları və ölü şagirdləri aşakar edərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsini aşkarlamasına baxmayaraq bu barədə heç bir hüquq mühafizə orqanlarına məlumat verməmiş, məktəbdə də mənim borcum sadəcə nazirliyə məlumat verməkdir deməklə kifayətlənmişdir. Lakin Xəyalə müəllimə bilməlidir ki, Respublika Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən cinayətin törədilməsini bilərək bu barədə məlumat verməmə cinayət məsuliyyətinə səbəb olur.

Daha öncə verdiyimiz məlumatda da qeyd etmişdik ki, onkoloji xəstəlikdən əziyyət çəkən müəlliməni də işdən çıxarıb. Hazırda da Xəyalə Töhrablı islahatlarının davamı olaraq daha bir onkoliji xəstəlikdən əziyyət çəkən müəlliməni işdən çıxarmaq niyyətindədir. Həmin müəllimənin dərs saatları kəskin şəkildə azaldılmışdır.

Halbu ki, Xəyalə müəllimə bir çox müəllimlərə qarşı sərt olsa da Eldar Rəcəbovun kardlarına qarşı olduqca yumuşaqdır. Belə ki, Eldar Rəcəbovun oğlu Araz müəllim yenə dərslərə gəlmir, hətta imtahanlarda belə iştirak etmir. 05.06.2024-cü il tarixdə ansambl imtahanı keçirilib. İmtahanda iştirak edən şagirdlər pianinoda ifa edirlər, eyni vaxtda da Araz müəlim skripkada ifa etməli idi. Lakin Araz müəllim həmin tarixdə imtahanda iştirak etmədi. Amma Xəyalə müəllimə Araz müəllimin imtahanda iştirak etməməsinə göz yumdu.

Yənin Araz müəllimin imtahanlara və işə gəlməməsi üçün üzürlü səbəbi olub. Deyilənə görə Araz müəllim günü çox hissəsini maşın ustasının yanında keçirir. Belə ki, Araz müəllim atası tərəfindən alınan Volqa M-21 markalı antikvar maşın yığdırır və verilən məlumatlara görə təkcə həmin avtomobilin orijinal ehtiyat hissələrinin alınmasına 30.000 manatdan yuxarı pul xərcləyib. Araz müəllim uzun zamandır ki, Rusiya Federasiyasından həmin avtomobil üçün orijinal ehtiyat hissələri gətirzdirir. Görün Şəki Uşaq İncəsənət Məktəbininin direktoru Eldar Rəcəbovun topdağıtmaz sərvti nə qədərdi ki, təkcə oğlunun retro avtomobilinin ehtiyat hissələri üçün 30.000 manat pul xərcləyir.

Daha öncə Eldar Rəcəbovun sərvəti barədə az çox məlumat vermişdik. Redaksiyamıza verilən məlumata görə Eldar Rəcəbov daha öncə Şəki Turan Uşaq Musiqi Məktəbinin direktoru işləyib. Həmin dövrdə onun Bakı şəhərində yaşayan oğlu kirayədə qalırdı. Lakin Eldar Rəcəbov Şəki Uşaq İncəsənət Məktəbininə direktor təyin ediləndən sonra Bakı şəhərində 2 ədəd mənzil almışdır. Həmin mənzillərdən biri Memar Əcəmidə yerləşir.

Bundan əlavə Şəki Uşaq İncəsənət Məktəbininə direktor təyin ediləndən sonra Şəkidə Avtovağzalın yanında yerləşən çoxmərtəbəli binalarda 2 otaqlı mənzil, Şəki Dram Teatrı ilə üzbəüz yerləşən iki məttəbəli binada 2 ədəd (3 və 2 otaqlı) mənzil almışdır. Şəki Dram Teatrı ilə üzbəüz yerləşən iki məttəbəli binada yerləşən mənzillərin yol tərəfə baxan hissələrini qanunsuz olaraq sökərək mağaza etmiş, arxa tərəflərini isə mənzil kimi saxlayaraq kirayə verməkdədir.

Eldar Rəcəbovun sərvəti bununla da kifayətlənmir. Belə ki, deyilənə görə onun Mingəçevir şəhərində də mənzili mövcuddur və tez-tez həmin mənzildə istirahət etməyə gedir. Bundan əlavə Eldar Rəcəbov oğlu Araz üçün Şəki şəhərinin qoruq hissəsində yəni Karvansaraya yaxın hissədə fərdi yaşayış evi də almışdır.

Daha öncəki məqalələrimizdə qeyd edilmişdir ki, məktəbdə oğlundan başqa Eldar Rəcəbovun digər qohumları da işləyir. Belə ki, Eldar Rəcəbovun qaynı Arzu müəllim və onun oğlu Orxan müəllim də həmin məktəbdə işləyir. Hətta Eldar Rəcəbov daima Orxan müəllimi öz doğma atasından da artıq himayə edir və ona məktəbdə hər gür şərait yaradır. İş o yerə gəlmişdir ki, Orxan müəllim 4-5 il əvvəl ailə həyatı qurandan sonra ailəsi ilə birlikdə təxmini 1 ilə yaxın müddətdə Rusiya Federasiyasında yaşamışdır. Daima Orxan müəllimi ata qayğısı ilə himayə edən Eldar Rəcəbov bu bir il ərzində onun məktəbə gəlməməsini gizlətmişdir.

Redaksiyamıza daxil olan daha bir məlumatda isə bir neçə il əvvəl yəni Şəki Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Milvari Zeynalovanın vəzifədən kənarlaşdırılmasından bir az öncə Şəki Uşaq İncəsənət Məktəbinin təmiri üçün pul ayırtdırmış, lakin Milvari Zeynalovanın vəzifədən kənarlaşdırılmasından sonra Eldar Rəcəbov həmin pulu mənimsəmiş, sadəcə olaraq məktəbin giriş hissəsində bir neçə sinif otağını təmir etdirməklə kifayənlənmişdir. Həmin hissədə də 4 ədəd sfinif otağını alçıpanla bölərək 7 otaq etdirmişdir. Eldar Rəcəbov qalan pulları isə topdağıtmaz sərvətinə qatmışdır.

Göründüyü kimi Şəki Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqları saymaqla bitmir. Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərliyi dönəmi araşdırılsa ortaya çox qanunsuzluqlar çıxar. Məktəbin rəhbər şəxsi olaraq vəzifə səlahiyyətlərindən sui isiifadə hallarından tutmuş, dövlət əmlakının israf edilməsi, mənimsənilməsi hallarına kimi hər cür qanunsuzluqlara yol verib Eldar Rəcəbov. Amma hələ ki, bütün bunlara göz yumurlar.

2023-cü ilin aprelindən Mədəniyyət naziri təyin edilmiş Adil Kərimlinin komandasının bu kimi hallara niyə şərait yaratması başa düşülən deyil. Axı bu gənc, islahatçı kadr Adil Kərimlinin imicinə xələl gətirir. Prezident İlham Əliyev gənc kadr olaraq ona etimad göstərib, yüksək vəzifə verib. Komandasının ölkə başçısının ona olan etimadını yüksək şəkildə doğrultmaq əvəzinə Eldar Rəcəbov kimilərinə şərait yartması isə, Adil Kərimlinin imicinə xələl yox, birbaşa zərbədir.

Aktualinfo.org
Ardını oxu...
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Ölkə başçısının məlum Sərəncamından cəmi üç gün sonra Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Bu məqsədlə Agentlik hər il milyonlarla manat dövlət vəsaiti ayırır. Dövlət satınalmalarının vahid internet portalında qurumun bu məqsədlə keçirdiyi son tender diqqətimizi çəkdi.

Turizm Agentliyi Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinin satın alınması üzrə 07.06.2024 yekunlaşdırdığı tender müsabiqəsində “VİTAM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 543.187,04 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Vitam” MMC mebel və reklam sahəsində 19 illik təcrübəsi olan bir şirkətdir. 2004-cü ildən bəri tikinti, pərakəndə, geyim, elektronika, avtomobil və bir sıra sahələrdə brendlərə davamlı dəstək verən VITAM qeyri-adi və yaradıcı işləri ilə seçilir. Xidmətlərinə reklam konstruksiyaları, vitrinlər, ticari mebellər, sərgi və hazır stendlər, genişformatlı çaplar, memari yönləndirmələr, dizayn və layihələndirmə kimi çoxsaylı həllər daxildir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VİTAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.07.2004-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, FİRUDİN ƏLİYEV, ev 2, qanuni təmsilçisinin isə Əliyev Tehran Rizvan oğlunun olduğu göstərilir. Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi 03.09.2018-ci ilə qədər Məhərrəmov Vüqar Asəf oğlu olduğu qeyd edilib.

Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, bu Dövlət Turizm Agentliyi ilə “Vitam” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasınada 2023-cü ilin müvafiq dövrünə 6 satınalma müqaviləsi bağlanılıb.

2024-cü ilin 9-12 may tarixlərində Koreya Respublikasının Seul şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması xidmətlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 181.671,2 manat məbləğində satınalma müqaviləsi bağladığı 08.05.2024-cü ildə açıqlanıb.

2024-cü ilin 19-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 79.366 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 28.03.2024-cü ildə açıqlanıb.

2023-cü ilin 6-8 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 350.061,16 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 31.10.2023-cü ildə açıqlanıb.

2023-cü ilin 26-29 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 171.521,26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.10.2023-cü ildə açıqlanıb.

Beynəlxalq işgüzar tədbirlərin cəlb edilməsi üçün təşviqat kitabçalarının hazırlanması xidmətlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 104.005,2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.06.2023-cü ildə açıqlanıb.

Göründüyü kimi Dövlət Turizm Agentliyi son bir il ərzində müxtəlif ölkələrdə keçiriləcək turizm sərgisinin təşkilinə “VİTAM” MMC ilə ümumi olaraq 1 429 811 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada maraqlı olan nədir? Bizim “VİTAM” MMC -nin gördüyü işlərə kölgə salmaq kimi bir fikrimiz yoxdur. MMC-nin reklam sahəsində gördüyü işlər təqdirəlayiqdir. Dövlət Turizm Agentliyinin bağladığı satınalma müqavilələrinin əksəriyyəti məhz sərgi stendinin quraşdırılması işləri ilə bağlıdır. Amma son tender Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işləri ilə bağlıdır. Maraqlı olanlarlar da buradan başlayır.

Açıq mənbələr üzərindən apardığımız araşdırmada məlum oldu ki,”Vitam” MMC-nin qanuni təmsilçisi Əliyev Tehran Rizvan oğlu 1985-ci ildə Şəki şəhərində anadan olub. Xaricdə təhsilini başa vurduqdan sonra, 2014-cü ildən “Vitam” MMC-də çalışıb. Hazırda “Vitam2 MMC-nin həmtəsisçisi və dirketorudur. Bununla yanaşı Tehran Əliyev 2023-cü ilin yanvarında “Caspian Energy Uzbekistan”ın sədri vəzifəsinə təyin olunub. Həmçinin 2022-ci ildən Caspian Energy Clubun tərkibində formalaşdırılmış “Yüngül sənaye və reklam” komitəsinin sədri və Şəki – Zaqatala iqtisadi regionu üzrə nümayəndə vəzifələrinə seçilmişdir.
Ardını oxu...
Qeyd edək ki, “Caspian Energy Club” 2002-ci ilin iyununda Caspian Energy-nin fəal iştirakı və Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb, dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən, dinamik və inkişaf edən regional təşkilatdır. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Göründüyü kimi Dövlət Turizm Agentliyinin işbirliyində olduğu “Vitam” MMC sıradan bir şirkət deyil. MMC-nin tərəfdaşlıq etdiyi şirkətlər də çoxdu. Amma Dövlət Turizm Agentliyi ilə bağlanan müqavilələr ortada tanışlıq tellərinin olmasını istisna etmir.

Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti