Ardını oxu...
Daşkəsən rayonunun Bayan kəndində yaşayan İmamverdiyev Məzahir İsmayıl oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevə, Kənd Təsərrüfat naziri Məcnun Məmmədova və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, 1999-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmişəm. İşlədiyim müddətdə üzərimə qoyulan vəzifələri vicdanla və qanuna uyğun şəkildə həyata keçirmişəm. Rəhbərlərin öz səlahiyyəti hüququnda verdikləri göstərişləri hər zaman yerinə yetirmişəm. Yəni müəyyən edilmiş qulluq reqlamentinə riayət edir, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermirdim. Lazım gəldikdə rəhbərin göstərişi ilə əlavə iş görürdüm və etik davranış qaydalarına əməl edirdim.

2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva məni səbəbsiz yerə işdən azad etdi. Mən bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni işə bərpa etdi. Bundan sonra 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Azər Tağıyev və onun anası Kifayət Bağırovanın məsləhətləri ilə məni yenidən səbəbsiz yerə işdən azad etdi. Mən də bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni yenidən işə bərpa etdi.

Lakin bu qərarla razılaşmayan rəhbərlik Apellyasiya Məhkəməsinə şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı. Bundan sonra mənə Azərbaycan Respublikası Kənd Təsarufatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng eildərək, 28 noyabr 2022-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsində işimə davam etməli olduğum bildirildi. Mən işimə qayıdaraq, eyni qaydada fəaliyyətimi davam etdirməyə başladım.

İdarənin rəisi Arzu Rüstəmov mənə qarşı əsəbi, qərəzli, kobud və qəzəbli davranırdı. Hətta mənim ünvanıma nalayiq ifadələr belə, işlədirdi. İşimə xatir dediklərini “eşitmirdim”.

Qeyd edim ki, 16-AA-032 dövlət qeydiyyat nişanlı UAZ markalı və 99-J0-862 dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillər mənim üzərimdədir. Lakin həmin avtomobilləri mən istifadə etmirəm. Azər Tağıyev adlı işçi idarə edir. Yanacaq kartını isə kimin istifadə etdiyi məlum deyildir.

Bu hərəkətlər azmış kimi, 02 may 2024-ci il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyimə rəis Arzu Rüstəmov qadağa qoymuşdur. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "1652" qısa nömrəsinə zəng edərək, məlumat vermişəm.

Dəfələrlə müraciət etsəm də Daşkəsən rayonunda şikayətimə baxan yoxdur. Ona görə ki, burada haqsızlıq baş alıb gedir, icra heç kəsin sözünü eşitmir. Ailə sahibiyəm, evdə uşaqların ehtiyaclarını ödəməliyəm, başqa gəlir yerim yoxdur.

Odur ki, bir daha yuxarıda göstərilənləri nəzərə alaraq, mənim barəmdə yol verilmiş qeyri-qanuni hərəkətlərdə təqsirli bilinən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və mənə qarşı işdə yaradılan suni maneələrə son qoyulması barədə tədbirlər görməynizi Sizdən çox xahiş edirəm. Əvvəlcədən Sizə böyük minnətdarlığımı bildirirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 
 


 

Ardını oxu...
"28 May Neft-Qaz Çıxarma İdarəsinin 5 saylı DDÖ-dən, QƏYTS (quyuların əsaslı təmiri sexi) briqadasından yazıram sizə..." Dia-az.İnfo bildirir ki, bu müraciəti edən işçilər hələ də problemlərinin həllini tapmadığını, rəhbərliyin baş verənləri qulaqardına vurduğunu qeyd edirlə.

"Sizə verdiyimiz məlumatdan 7-8 gün keçib... məsələ hələ də həll olunmayıb hələ də..." deyən işçilər daha sonra ilginc faktları açıqlayırlar:

"Bu gün (dünən -red.) 36 dərəcə istilik var, burda da hər yer dəmirdi... hər yer qızıb hardasa... Bu səbəbdən də 45-48 dərəcə isti var... Ölürük istidən and olsun Allaha....

Yalandan 2 oğlan gəldi... guya düzəldəcəklər deyə, burda bir sistem var platforma yaranandan quraşdırılan sistem. Platforma da 1980-ci ildən quraşdırılıb. Guya o sistemi düzəldəcəklərdi... o da alınmadı, çıxdılar getdilər. Yenə də kondisioner yoxdur... istidən ölürük. 3-4 gün bu şikayəti edəni axtarmağa başladılar, sonra sakitləşdilər..."
Şəkillərdə:

Ardını oxu...
- Rəisin otağı kondisioneri var... bütün günü də işləyir.. Kef ilə yatır...

Ardını oxu...
Ardını oxu...
- fəhlələrin otağı... 50 dərəcə istidə qapı pəncərə açıq... bişirlər istidən...

Daha sonra narazı işçilər yazır:

" Otaqlar suyun içində, nə oturmaq olur, nə yatmaq olur. Allaha and olsun biabırçılıqdır. Böyük bir komissiya gəlsin, görək burda 1 gün dayana bilərlər?

Sosial şöbə konkret işləmir.

28 May NQÇI-nin rəhbərliyi... xüsusən də Ələddin, Rövşən... bunları cəzalandırmaq lazımdır.

Yatdığımız döşəkləri görsələr, dəli olarlar Allaha and olsun... daha neyləyək, hara şikayət eləyək, kimə deyək dərdimizi bilmirik..."
Ardını oxu...
Xızı rayon sakini Hüseynov İbrahim Nurəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşı ilə birgə işlədikləri Giləzi-Sitalçay quşçuluq fabrikinin rəhbərliyi onların haqqına girib:

“Mən, Hüseynov İbrahim Nurəddin oğlu, bildirirəm ki, 2015-ci ilin oktyabr ayında həyat yoldaşımla birlikdə Giləzi-Sitalçay quşçuluq fabrikində rəsmi olaraq işə qəbul olunmuşuq. 2016-cı ilin mart ayının 11-də fabrikdə quşlara xəstəlik düşdüyünə görə işdən azad olunmuşuq.

Bundan sonra, bir müddət fabrikdə iş dayandırıldı. 2016-cı il, may ayının 10-da yenidən fabrik fəaliyyətinə davam etdi və bizi də işə aldılar. Sonradan, 19 oktyabr 2019-cu ildə yenidən işdən azad olunduq.

Həmin iş müddətində nə məzuniyyət hüququmuzdan istifadə etmişik, nə də özləri bizə məzuniyyət veriblər. 3 günlük icazə lazım olanda bizə sərt şəkildə bildirirdilər ki, get, qayıtma.

Maaşımız cəm 250 manat idi. Vergidən yayınmağa görə onun 180 manatını kartla, qalanını isə nəğd verirdilər. İşlədiyimiz ərəfədə fabrikdə qalırdıq. İl tamam olanda bizim maaşa əlavə, yəni artıq pul vururdular, sonrakı ay isə həmin pulu bizdən çıxırdılar. Sonradan başa düşdük ki, bu pul bizə məzuniyyətə görə verilirmiş, lakin rəhbərlik onu əlimizdən alırdı. 4 ildir Əmək Müfəttişliyinə şikayət edirik, ancaq heç bir nəticə yoxdur.

6 ay əvvəl Prezident Admnistrasiyasında, Prezidentin köməkçisi Natiq Əmirovun qəbulunda oldum. Görüşdən sonra Əmək Müfəttişliyinə göştəriş verdi və Yasamalda yerləşən 25 nömrəli idarəyə çağırıldım. Orada bütün olanları olduğu kimi danışdım. 1 aydan sonra müfəttişlikdən bizə məktub gəldi. Məktubda yazılmışdı ki, biz şirkətə məktub göndərmişik, ancaq şirkət müfəttişliyə düzgün cavab vermədiyi üçün şikayətiniz Respublika Prokurorluğuna göndərildi.

Artıq 6 aydır ki, sakitçilikdir və fəhlənin haqqı tapdalanır. Bütün müvafiq qurumlar bu məsələyə susursa, deməli, rəhbərliyin arxasında güclü bir qüvvə durur.

Sizdən xahişimiz odur ki, şikayətimizi ictimailəşdirin, insaf sahibi olan hər hansısa bir qurum bəlkə bir tədbir görər”.
 
Ardını oxu...
Göyçay rayonu Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu tərəfindən

ŞİKAYƏT

Mənim qardaşım Ramin Əsgərov bir neçə vaxtır ki, bütün aidiyyatı orqanlara subutlarla -faktlarla şikayət ərizələri göndərib bildirir ki, Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib Çaxırlı bələdiyyəsinə məxsus 15 hektar örüş torpaq sahəsini saxta müqavilə ilə Əsgərova Ruhiyyə Valik qızına 99 illik icarəyə vermişdir.Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Əsgərov isə 20 hektardan çox örüş sahəsini qazaraq süni göl yaratmışdır.Həmin 27.12.2006-cı il tarixli 27 saylı icarə müqaviləsi saxtalaşdırılaraq geri tarixə yazılıb. Hansı ki, həmin icarə müqaviləsi 2012-ci il tarixdə tərtib edilib geri 2006-cı il tarixdə yazılıb.Bunu isə ona görə ediblər ki, 2007-ci il tarixdə qəbul edilmiş qanuna əsasən bələdiyyə torpaqları mülkiyyət hüququ qeydiyyata alındqdan sonra hərrac vasitəsi ilə icarəyə verilə və ya satıla bilər.Həmçinin örüş torpaqlarının uzun müddətli icarəyə verilməsi və təyinatından kənar istifadə edilməsi 2007-ci il tarixdən qadağan olunub.
Həmçinin Ruhiyyə Əsgərovaya ilk olaraq müqavilə ilə 5 hektar torpaq sahəsi icarəyə verilmişdir.Bələdiyyə sədri sonradan həmin müqavilədə saxtakarlıqla dəyişiklik edib 5 rəqəmini 15 etmişdir.
Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyevin saxtakarlıq və qanunsuzluqla tərtib etdiyi 27.12.2006-cı il tarixli icarə müqaviləsinin tam, hərtərəfli və obyektif yoxlanılmasına zərurət var. Həmin müqavilə üzrə 2006-cı il tarixdə keçirilmiş iclas və iclas protokolları, icarə müqaviləısi üzrə ödənilmiş icarə haqqına dair sənədlər, iclasda iştirak edən bələdiyyə üzvülərinin kimliyi və imzaları yoxlanılmaldır.
Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Faxrət oğlu Əsgərov Rusiyada iş adamı olub çox geniş maddi imkanı var.O, verdiyi rüşvətin hesabına bu cinayətlər həyata keçirilib.
Bizim şikayətlərə görə mərkəzi və yerli orqanlardan gəlib baxış keçirirlər qardaşım Raminlə görüşüb söhbət edib qanunu tədbirlər görüləcəyinə söz verib gedirlər.Ancaq nəticə olaraq heç bir tədbir görülməyib.
Cinayət yolu ilə yaradılmış həmin 20 hektardan çox ərazini əhatə edən göl qurunt suları yaradıb kəndin bütün torpaqlarını yararsız vəziyyətə salıb, sakinlər əkinlərini və bağlarını vaxtlı-vaxtında sulaya bilmir əziyyət çəkirlər.Ancaq həmin cinayət yolu ilə yaradılmış gölə daima su verilir.
Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan Ədliyyə Naziri cənab Fərid Əhmədovdan xahiş edirəm bu cinayət faktı araşdırlsın, cinayət yolu ilə örüş sahəsində yaradılmış göl ləğv edilib torpaqla doldurulub əvvəlki vəziyyətinə gətirlməsinə göstəriş verilsin,
əməllərində korrupsiya cinayətinin tərkbi olduğu üçün Göyçay rayonu Çaxırlı bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyevin və Vidadi Əsgərovun barəsində qanunu və ciddi tədbirlər görülsün.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Məhbus qadın: “Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar”

Kürdəxanı təcridxanasının tenderini qazanan şirkət

Ötən ilin iyulunda Penitensiar Xidmətin rəhbərliyinə Mirsaleh Seyidovun gətirilməsi bu sistemdə neqativ halların azalacağı ilə bağlı ümidlər yaratmışdı. O, bu postda Ceyhun Həsənovu əvəz edirdi. Həmin vaxt mətbuat yazırdı ki, Mirsaleh Seyidov Ceyhun Həsənova nisbətən daha imkanlı ailədən gəlir, onun sərvət toplamaq kimi qayğıları olmayacaq və o, bu vəzifəyə öz potensialı ilə gəlib.

Ancaq sonrakı müddətdə ölkənin cəzaçəkmə müəssisələrindən narazılıqlar artmağa başladı. Bu müəssisələrdə insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşdiyinə dair şikayətlər davam etdi. Bakının 4 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan məhkum Aytən Hüseynovanın (ad-soyad şərtidir) “Abzas Media”ya bildirdiyinə görə, müəssisədə ciddi əmək istismarı halları var.

Onun sözlərinə görə, həm Penitensiar Xidmətdə, həm də sistemdən kənarda məhkum qadınların əməyinin istismarından qazananlar var. “Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar. Bu işi hansısa müqavilə əsasında görmürük və buna görə əməkhaqqı almırıq”, - deyə o bildirib.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatlarından aydın olur ki, “Azcake” MMC 2015-ci ildə təsis edilib. Onun hüquqi təmsilçisi Bağırov Faiq Qasımxan oğludur.
Ardını oxu...
Ardını oxu...
Faiq Bağırov, “Azcake” MMC-nin hüquqi təmsilçisi

Faiq Bağırov Azərbaycanın böyük şirkətlərindən biri olan “ANC Group” MMC-nin funksioneri Nahid Bağırovun qardaşıdır.
Ardını oxu...
Nahid Bağırov, “ANC Group” MMC-nin funksioneri

“Azcake”in Instagram hesabından aydın olur ki, onların əsas tərəfdaşı “ANC Group” MMC-nin nəzdində olan “Rahat” marketlər şəbəkəsidir. Yəni, məhkum qadınların əməyinin istismar edilməsilə əldə olunan məhsullar “Azcake”ə, ordan isə “Rahat” marketlər şəbəkəsinə gətirilərək satılır.

Bununla birlikdə, “Azcake”in Instagram hesabından o da aydın olur ki, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim Market”, “Elmar” marketlər şəbəkələri də bu mağazanın əsas sifarişçiləridir.
Ardını oxu...
“Azcake”in Instagram hesabından ekran görüntüsü

“Abzas Media”nın əldə etdiyi məlumata görə, məhkum qadınların əməyinin istismarı halları ilə bağlı 4 saylı CÇM-də heç bir yoxlanış aparılmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitenisiar Xidmətə, “ANC Group” MMC-yə və “Rahat” marketlər şəbəkəsinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmadı.

Mirsaleh Seyidovun yaxın adamı Elnur İsmayılov və çevrəsi

Elnur İsmayılov 1 saylı Bakı İstintaq Təcridxanasının rəisidir. O, 2017-ci ildən bu postu tutur.

Açıq məlumatlardan aydın olur ki, onun atası Nazim İsmayılov da illər əvvəl penitensiar sistemdə yüksək vəzifə tutub. Eyni zamanda, qayınatası Məmmədəli Zeynalov müxtəlif CÇM-lərin rəisi olub.

Mirsaleh Seyidovun penitensiar sistemdə yüksəlməsilə bərabər, Elnur İsmayılov da pillə-pillə irəliləyib və hazırda Bakı İstintaq Təcridxanasının rəhbəridir.

Ancaq Bakı İstintaq Təcridxanası ilə bağlı rəsmi sənədləri yoxlayanda şübhə doğuran məqamlar üzə çıxır. Belə ki, 2021-ci ilin iyununda Penitensiar Xidmət və “Manti LM Group” MMC dəyəri 46 min manatdan çox olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə göstərilib ki, şirkət 1 saylı Bakı İstintaq Təcridxanasında və 11 saylı CÇM-də abadlaşdırma işləri aparacaq.
Ardını oxu...
Oğurluğa görə həbsdən 6 ay sonra Penitensiar Xidmət tenderlərində qələbə

Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, nizamnamə kapitalı 2 manat olan “Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi isə İrşad Rzaquliyevdir.
Ardını oxu...
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatlarında qeyd olunur ki, İrşad Rzaquliyev 2020-ci ilin sentyabrında avtomobil oğurluğuna görə həbs edilib. Rzaquliyev ifadəsində bildirib ki, o, oğurluğu narkotik almaq üçün edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ardını oxu...
Hadisədən 6 ay sonra bu şəxsin bir neçə şirkətə necə sahib olması və Penitensiar Xidmət müəssisələrində hansı imkanlarla tender qazanması isə sual altındadır.

Rəsmi dövlət sənədlərindən aydın olur ki, Elnur İsmayılov AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 90, mənzil 6-da həyat yoldaşı Nigar İsmayılova və anası Məlahət İsmayılova ilə birlikdə yaşayır.

İsmayılova Məlahət Ağasəlim qızı həm də fiziki şəxsdir. Belə ki, qeydiyyatda olduğu ünvanda onun adına VÖEN nömrəsi 1405978562 olan vergi obyekti var. Bəs bu, nə obyektdir?

Fiziki şəxs ünvanı kimi öz ev ünvanını qeydiyyatdan keçirsə də, Məlahət İsmayılova həmin VÖEN ilə Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 128-də olan “Şərab Evi”ni işlədir.

Rəsmi olaraq Qida Təhlükəsizlik Agentliyindən icazə alınmadan işlədilən obyekt dəfələrlə xəbərdarlığa məruz qalıb. Agentliyin 7-8 iyun 2023-cü ildə apardığı monitorinqlərlə bağlı məlumatda deyilir ki, yuxarıda qeyd edilən ünvanda olan İsmayılova Məlahət Ağasəlim qızına məxsus “Şərab evi” cərimələnib. Buna iki səbəb göstərilib:

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi.
Ardını oxu...
Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi sənədlərinə görə, İsmayılova Məlahət Ağasəlim qızı 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 118a saylı bağ sahəsində 2 mərtəbəli yaşayış evi də tikdirib.
Ardını oxu...
Ədliyyə naziri Fərid Əhmədov və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov bu məsələlərlə də bağlı sorğuları cavablandırmayıb. 1 saylı Bakı İstintaq Təcridxanasının açıq mənbələrdə olan telefon nömrələrinə edilən zənglər də cavabsız qalıb.

4 ildə Penitensiar Xidmətə 640 milyondan çox vəsait ayrılıb

Son 4 ildə Penitensiar Xidmətə təkcə dövlət büdcəsindən ümumilikdə 640 milyon 671 min 487 manat vəsait ayrılıb. Bu vəsait penitensiar sistemin həm nəzəri, həm də praktiki baxımdan təkmilləşməsi üçün ayrılıb. Azərbaycan hökuməti məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yol xəritəsi qəbul edib və bunun üçün milyonlarla manat vəsait xərcləyib.

Ancaq yerli və beynəlxalq hüquq müdafiəçiləri proqramların icra olunmadığını, vəsaitlərin böyük hissəsinin mənimsənildiyini bildirirlər.
bizimxeber.az
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Seymur Qurbanovla bağlı Xalqxeber.az-a ilginc məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, Seymur Qurbanovun çox ciddi cəncələ düşüb. Belə ki, Seymur Qurbanovun bəzi vətəndaşlardan iş görmək adı altında pullar alıb qaytarmadığı deyilir. Məlumata görə işlərinin həll olunmadığını görən və verdikləri pullarını geri ala bilməyən vətəndaşlar Seymur Qurbanovla bağlı prokrorluq orqanlarına şikayət ediblər. Seymur Qurbanovun baş verənlərin gizli saxlanılması üçün hər vasitəyə əl atdığı bildirilir. Çünki onun bu əməllərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov xəbər tutarsa bu Seymur Qurbanovun sonunu gətirər.

Qeyd edək ki, Seymur Qurbanov Hacıqabul, Ağdam və Quba rayonlarında hərbi komisar işləyib. S.Qurbanovun adı ölkə mətbuatına yad isim deyil. Vaxtilə Rusiya vətəndaşı olan şəxsi zorla hərbi xidmətə göndərməsi və çoxsaylı qunsuzluqları ilə bağlı ölkə mətbuatının gündəminə gəlmişdi.
 
 
 
Ardını oxu...
AZAL düzəlmir ki, düzəlmir. Bu şirkətin keçmiş rəhbəri Cahangir Əsgərovda bütün günahlar görülürdüsə, indi o da yoxdur, bəs niyə dəyişikliklər müsbət istiqamətdə deyil?! Milli Məclisdə deputatların biletlərin baha olduğu deməkdən dilləri qabar olmuşdu, amma AZAL öz modunda qiymət siyasətini yürütməkdə idi. Sonra ictimai rəyə təlqin olundu ki, Cahangir Əsgərov getməsə düzələn deyil. Bu da oldu, prezident vəzifəsindən kənarlaşdırıldı, amma yeni şəxs də sürpriz addımlar atmadı. Ümumiyyətlə, olduqca banal və absurd məsələdir ki, yaxın qonşu ölkələrə baha qiymətə uçasan. Bir şengen ölkələrə baxın: Romadan Budapeştə, Berlindən Madridə, Parisdən Amsterdama sözün əsl mənasında su qiymətinə uçuşlar var. Çünki eyni zonadır və nə üçün yaxın məsafəyə təyyarə biletləri baha olmalıdır? Bu mənada AZAL qardaş Türkiyəyə, Gürcüstana, Rusiyaya, Qazaxıstana, Belarusa, İrana, bütövlükdə keçmiş sovet respublikalarına qiymətləri ucuz etməlidir. Axı bir fransız alman şəhərinə 40-50 avroya, hətta daha ucuz qiymətə uça bilirsə, niyə dost gördüyümüz Minsk şəhərinə 70 manata getməməliyik? Nə üçün 1 saatlıq yol olan Tiflisə uçuş 40-50 manat olmamalıdır? Rusiyaya niyə od qiymətinə uçmalıyıq, bəyəm bu ölkə uzaq Şərqdir, yoxsa "qara qitə"də yerləşir? Türkiyəni qeyd etməyə ehtiyac yoxdur, qardaş ölkəyə qiymətlər fantastikadır. Yəni dünyanın hər yerində qonşu ölkələrə təyyarə biletləri ucuzdur, bizdə isə əlçatmaz olub. Çünki AZAL inhisarçı və soyğunçu qiymət siyasətini dəyişmək istəmir. Özləri də yaxşı bilirlər ki, Tiflisə uçmaqla Naxçıvana gediş təxminən eyni vaxtdır - 1 saata. Amma qiymətlər fərqli təklif olunur. Bu da tamamilə analoqsuz rüsvayçılıqdır. AZAL-ın rəhbərliyi də, sıravi işçiləri də yaxşı bilirlər ki, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Moldova kimi ölkələrə qiyməti çox ucuz etmək olar, bunu avropalılar edirsə, bizim təyyarələrin onlardan xərc fərqi nədir ki?
Anaxeber.info bildirir ki,
AZAL turizm şəhərlərinə uçuşların biletlərini yenidən bahalaşdırıb. Əksər şəhərlərə təşkil olunmuş aviauçuşlar üzrə biletlərdə 200-300 manat bahalaşma müşahidə olunur.
Hazırda Bakı-Antalya reysləri üzrə ekonom uçuşların qiymətləri gediş-gəliş daxil 1000 manata qalxıb. Bundan başqa, Bakı-Tbilisi uçuşlarında da artım pik həddə çatıb. AZAL-ın rəsmi saytında gediş-gəliş qiyməti ekonom klass üçün 700 manata qədər yüksəlib.
Qeyd edək ki, yay mövzsümü ilə əlaqədar Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə təşkil olunan uçuşlar üzrə bahalaşmanı AZAL təlabatın çox olması ilə əlaqələndirir. Halbuki şirkətin belə bir bəhanə gətirməsi məntiqsizdir. Çünki təlabat artdığı təqdirdə, şirkətin bilavasitə vəzifəsidir ki, uçuş saylarını artırsın.
Digər tərəfdən, şirkət Azərbaycanda inhisarçıdır və təkbaşına istənilən qiyməti qoymaqla, sərnişinləri çıxılmaz vəziyyətə salır. Rəsmi qurumlar isə uzun illərdir bu qiymət siyasətinə qarşı hər hansı tədbir görmürlər. Yalnız bir neçə deputat etiraz edərək, qiymətlərin baha olmasından şikayətləniblər ki, bu da yetərli deyil. Sosial şəbəkələrdə bu mövzu ətrafında xeyli tənqidi müzakirələr də aparılır. Böyük əksəriyyət AZAL-ın fürsətdən istifadə edərək, əhalinin cibinə girdiyini bildirirlər. Onlar deyirlər ki, hazırda tətbiq olunan qiymətlə Avropanın əksər şəhərinə uçaraq, bir neçə gün qalmaq belə mümkündür. Hazırda Avropa ölkələrində uçuşların qiymətləri Azərbaycandan çox-çox aşağıdır. Məsələn, hazırda 3 saat 20 dəqiqəlik Eindhovendən Mərakeş, 3 saatlıq Mərakeşdən Romaya uçuşlar toplam 25 avrodur. Belə ki, Eyndhoven-Mərakeş 10 avro, Mərakeş-Roma bileti isə 15 avro təşkil edir.
Araşdırma zamanı o da məlum olub ki, AZAL-ın təkcə Antaliya üçün müəyyən etdiyi qiymətə 100 manat da əlavə edərək, Bakıdan Nyu Yorka uşmaq olar.
Ekspertlər isə bildirirlər ki, AZAL-ın “təlabat çoxdur” yanaşması əsassızdır. Onlar hesab edirlər ki, şirkət mövsümlə əlaqədar strategiyaya malik olmalı, hələ qışdan hazırlıq işləri görməliydi. Qiymətlərin sabit qalması üçün uçuş saylarını artırmaq imkanı varkən, bu taktikanı seçməli, əks halda, kənar şirkətləri prosesə cəlb etməliydi.
Onların rəyinə görə, əgər Azərbaycan bazarlarında “Ryanair”, “WizzAir” kimi şirkətlər fəaliyyət göstərsydi, o zaman AZAL indiki şəkildə davrana, istədiyi qiyməti tətbiq edə bilməzdi.
AZAL prezidenti Samir Rzayev APA-ya müsahibəsində uçuş saylarını artırdığını, bir sıra yeniliklər etdiyini bildirib. Bununla bərabər, bir sıra rəqəmlər də açıqlayıb ki, onların arasında biletlərin guya ucuz olması var.
Məsələn, iyulun sonları, avqustun əvvəllərinə Antalyaya indidən bilet almaq istəyən şəxs ən azı gediş-gəliş üçün 700 manat xərcləməlidir. Əgər 4 nəfərlik ailə bu istəyini həyata keçirmək istəsə, o zaman həmin rəqəm 2800 manat xərcləmək məcburiyyətindədir. Yayın isti aylarına doğru getdikcə, yəni daha qısa müddət üçün bilet alınması isə ayrıca müsibətdir. Çünki təkcə birtərəfli uçuş biletinin qiyməti 800 manatdan aşağı deyil.
Analoji vəziyyət cəmi 55 dəqiqə uçuş məsafəsində olan Tiflis üçün də keçərlidir. Çünki Bakıdan Tiflisə və geriyə uçmaq üçün biletin qiyməti bir nəfər üçün ən yaxşı halda 350 avro təşkil edir.
Məsələn, Təbrizdən İstanbula uçuş məsafəsi 1704 km olduğu halda “İran Air” şirkəti 10 kq əl baqajı və 20 kq baqajla birlikdə bir nəfər üçün bileti 100 manata təqdim edir. “Turkish Airlines” şirkəti isə eyni şərtlər çərçivəsində biletin qiymətini 120 manat müyəənləşdirib. Halbuki Təbrizdən İstanbula uçuş məsafəsi ilə Bakıdan İstanbula uçuş məasfəsi eynidir, arada 1 km-lik fərq var. O zaman sual olunur ki, eyni məsafə üzrə uçuşun qiymətlərindəki bu qədər kəskin fərq nəylə bağlıdır? Və ya bu qədər fərq niyə olmalıdır?
Gürcüstandan Türkiyə şəhərlərinə uçuşların qiymətini isə AZAL-la müqayisə etməyə dəyməz. Təsəvvür edin ki, İstanbula uçuş qiyməti 37 avrodan və ya 74 manatdan başlayır. Kutaisi limanından isə bu qiymət bir qədər də aşağıdır. Biz hələ Avropaya uçuşlar barədə danışmırıq, çünki müqayisəli rəqəmlər biabırçılıqdır.
İndi Samir Rzayevə sual edirik: Hörmətli AZAL prezidenti əgər həqiqətən də şirkətiniz biletlərin qiymətini 18 faiz aşağı endiribsə, niyə bu qədər bahadır? Sual ritorikdir...

Anaxeber.info
Azər Talıbov
Ardını oxu...
     

Artıq neçə ildir ki, hər ilin başlanğıcında Avro-5 yanacaq istifadəmizin tezliklə xalqın istifadəsinə veriləcəyi deyilir. Lakin bu modernizasiya layihəsində necə maraqlı hadisələr baş verirsə, ayrılan məbləğlər bir çoxları üçün çox şirin gəlib, layihə bitmək bilmir.
Maraqlısı odur ki, SOCAR-da artıq 3 ildir ki, dəyişiklik olub və layihədə olan məbləğlər də kimlərinsə, başını döndürüb. Əks halda bütün Respublikanın ən böyük modernizasiya layihəsi indiyə bitmiş olmalı idi.
Bildiyiniz kimi SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb. Daha sonra Modernizasiya layihəsinin idarə etməsi bu şirkətə həvalə edilib.
Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib. Nəzərə çatdıraq ki, Axens Fransa mənşəli şirkətdir və hazırda zavodlarımızın lisenziarlarından biridir. Bu o deməkdir ki, hazırki geo-siyasi proseslər çərçivəsində zavodun fəaliyyətində fransada asılılıq yaratmışıq. Görəsən bu hal bilərəkdənmi yaradılıb ya təsadüfən? Araşdırılmalıdır.
Neft Emalı Zavodunun istehsal gücünü artırmaq, ölkəni “Avro-5” standartına uyğun yüksək keyfiyyətli yanacaqla təmin etmək, “Azərkimya”nın xammal sabit təchizatı və neft məhsullarının ixrac potensialının artırılması məqsədi ilə həyata keçirilən modernləşdirmə və yenidənqurma işləri “ugurla” davam etməkdədir.
21 dekabr 2018-ci ildə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezident İlham Əliyevə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verildi. “Ulu Öndərin adını daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi tarixi əhəmiyyətə malikdir. Layihə tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Artıq bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb” kimi cənab Prezidentə məlumatlar verildi. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək.
Artıq 2024-cü ilin ilk yarısı bitmək üzrədir, bu da onu göstərir ki, ölkə başçısına yalan danışılıb. Ola bilər ki, Pandemiya və 2-ci Vətən müharibəsinin başlanması layihənin gedişatına təsir edib. Belə olan halda proyekt 2023-cü ilin sonuna qədər təhvil verilməli idi. Onu da qeyd edək ki, Pandemiya dövründə (2020-ci ildə) layihənin 80% bitmiş olmalı idi. Amma bugün də təhvil-təslim olmayıb.
Bəs layihə çərçivəsində “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlardan və dövlət büdcəsinin mənimsənilmə hallarından müvafiq orqanların xəbəri varmı? İlk illərdən Türk vətəndaşına Rövnəq Abdullayev tərəfindən layihə həvalə edilmiş və bütün yeyinti onun əli ilə edilmişdir. 2020-ci ildən sənədlər araşdırılsa, kifayət qədər fakt vardır. Lakin layihəni idarə edən Məsut İlter bəy olsa, da layihəni idarə edən və bütün kadrları əsas yerlərə təyin etdirən həmin dövrdə layihə rəhbəri Emil Alxaslı olmuşdur. Emil Alxaslının oğlunun kirvəsindən tutmuş qrup yoldaşları, sinif yoldaşları, dostları bu layihədə mühüm postları tutublar. Lakin Rövşən Nəcəfin gəlməsi ilə layihədə bir irəliləyişin olacağına ümid olsa da, Emil Alxaslı adı çəkilən qurumun baş direktoru təyin olunur. Yeni SOCAR prezidentini aldadırlar ki, layihə bitməsi üçün bu adam bu postda qalmalıdır. Amma anlamadılar ki, həmin vaxt işdən çıxarılsa idi layihə daha da sürətlənəcəkdi. İndi bu şəxs o qədər güclənib ki, sahə üzrə vitse-prezident belə onunla bacarmır. 2023-cu idə quruma SOCAR-ın daxili nəzarət şöbəsi yoxlama üçün daxil olmuşdu, maraqlısı odur ki, çox mühüm yeyinti faktları əldə olunsa da, qəfil yoxlama dayandırılmış və müəssisəni tərk etmişdir. Səbəbini bilən olmasa da, məlumdur ki, belə hallarda ya Alxaslı yaxşı xərc çəkib, ya da güclü hamiləri vardır. Onun Zavoddakı fəaliyyəti kimlərisə, ifşa edə bilərdi. Nəzərinizə çatdıraq ki, bu günə qədər layihə üçün 5 milyard manatdan çox vəsait xərclənib.
“SOCAR Downstream Management” şirkəti layihənin idarə etməsini təşkil etmək məqsədi ilə yaradılsa da, sonradan bütün əməliyyəti və istehsalatı nəzarətə götürülür. Təbii ki, bu Məsut İlterin Türkiyədən gətirdiyi mütəxəssislər tərəfindən koordinasiya olunurdu. Bu mütəxəssislərin bəzilərinin Türkiyədəki2-3 ildə əldə etdiykləri villaları da ayrıca araşdırma mövzusudur. Amma bugün layihənin nə səbəbə bitməməsi daha vacib bir məsələdir.
Təbii ki, bu qədər vəsaitin mənimsənilməsi açıq aydın görünür. Layihə çərçivəsində heç bir iş və xidmət “otkatsız” verilməmişdir. Bunu SOCAR rəhbərliyi çox yaxşı bilir və əllərində kifayət qədər faktlar vardır.
İstər Çirkli suların təmizlənməsi qurğusunun tikilməsi barədə “Hazar Arıtım” şirkətinə “tenderlə” verilmiş iş, istər Azfen şirkətinin gördüyü işlər, bütün beton işlərinin yalnız Azkontakt tərəfindən verilməsi, İlk inşaatın fəaliyyəti, Hidroinşaat MMC-nin bağladığı müqavilələr və gördüyü işləri, Zavod ərazisinin asfaltlanması üçün tenderin qalibi olan Teknikon şirkətinin fəaliyyəti araşdırılmalıdır. Bu şirkətlərin necə qalib olması araşdırılmalıdır, təbii ki, əlimizdə faktlar vardır, müvafiq qurumlar tərəfindən araşdırılıb ictimaiyyətə çatdırılsa, daha yaxşı olardı. Görünən odur ki, bugünki SOCAR rəhbərliyi də bu məlumatların üzə çıxmasında maraqlı deyildir. Əks halda Emil Alxaslının atası Aydın kişinin hesabına köçürülmüş vəsaitlər, bacısı Məmmədova Aygün Aydın qızının hesablarına (VÖEN 1306859072)(hesab nömrəsi-AZ31BRES41040AZ0011942289001) HAOR Modernisation və ya HAOR Revamp project adı ilə DSP Laboratory complex Dubai Unit (İntertek) tərəfindən ödənişlərdən, onun İtaliyadakı, Türkiyədəki otellərindən məlumatları olduqları halda o vəzifədə qalmazdı.
Cənab Prezidentin bugün dünyada və ölkəmizdə apardığı çətin mübarizələr zəminində onun aldadılması, düzgün məlumatların verilməsi yolverilməzdi. Əvəz olunmaz insan yoxdur, Alxaslı olmazsa, layihə bitməz kimi nağılllar yalnız yalan bəhanələr ola bilər. Belə çıxır ki, ölkədə yalnız bir kadr var layihəni bitirməyə? Təbii ki, xeyr. Sadəcə Alxaslı və onun havadarları layihəni elə bir bərbad vəziyyətə gətiriblər ki, yeyinti o qədər çoxdur ki, heç bir mütəxəssis layihəni öz üzərinə götürməyi risk etmir. Ümid edirik ki, Rövşən Nəcəfin və onun vitse-prezidentlərinin bacarmadığı Alxaslının öhdəsindən cənab nazir Mikayıl Cabbarov tezliklə gələcək və onun fəaliyyəti ictimaiyyəti məlumatlandırmaqla araşdırılacaqdır. Araşdırmağa başlanılsa, yəqin ki, zavoda daxil olan qeyri-qanuni neft və onun emal edilməsi və hansı yollarla satılması da üzə çıxacaqdır. Daha sonra SOCAR Türkiyənin Star və Petkim zavodlarının son 5 ildəki fəaliyyətinin da yoxlanılmasına növbə çatar.
Qeyd: Yazıda adı keçən şəxs və qurumların mövqeyini yayınlamağa hazırıq.
Mənbə: AFN.az 


Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə
müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir...

ƏVVƏLİ BURADA: Zəfər Qurbanov kadrları BELƏ SEÇİRMİŞ... - BU NƏDİ BELƏ?!

YAZININ DAVAMI: "Zəfər Qurbanov gəldiyi iki ildən artıq müddətə universitetdə heç bir
normal kadr islahatı belə apara bilməyib. Bu şəxsin nə aqrar sahədən, nə
rektor kimi idarəetmə işindən, nə də elmi-tədqiqat işindən xəbəri yoxdur.
Bu adam uzun müddət Həmkarlar Təşkilatında işləmişdir. İdarəetmə
təcrübəsinin olmaması səbəbindən ADAU kimi tarixi ənənələrə malik olan bu
universitet batıb gedir. Sabiq rektorlar Mirdamət Sadıqovun, İbrahim
Cəfərovun dövründə yaradılmış infrastruktur məhv olub gedir, təmir
olunmur, təmirə yazılmış pullar tamamilə mənimsənilir.
Professor-müəllim kollektivi arasında özbaşınalıq, anarxiya baş alıb
gedir, professorlar dəyərləndirilmir, savadlı və qabiliyyətli adamlar
vəzifələrdən tamamilə kənarlaşdırılıb. Universitetdə vəzifələrə savadsız,
qabiliyyətsiz, rektora itaət edən şəxslər təyin olunur.
Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən Beynəlxalq elmi
konfransda universiteti vaxtı ilə ən qabaqcıl universitetlər siyahısına salmış
akademik İbrahim Cəfərov, Fuad Əliyev və digər görkəmli elm adamları
dəvət olunmadı.
Hal-hazırda universitetdə imtahan sessiyası gedir. Bu sessiyada
rüşvətxorluq baş alıb gedir. Bu imtahan qərərgahının əməkdaşları qazanc
uğrunda yarışa giriblər. Zəfər Qurbanov isə obyektivlikdən, şəffaflıqdan
pafosla danışır. Maraqlıdır, Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan
yerdə rüşvət ola bilməz? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil
Nəsibov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
əlində külli-miqdada pul ilə tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi.
İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunmasından sonra İnam
Kərimovun, eləcə də Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur
Rzayevin koməkliyi ilə ev dustaqlığına buraxıldı, yeni tədris ilində isə Zəfər
Qurbanov onun yenidən universitetdə işinə bərpa olunması üçün söz də verib.
Sabiq rektor Mirdamət Sadıqovun vaxtında İmtahan Qərərgahının rəisi
uzun müddət aqrar universitetdə yaxşı mütəxəssis olan professor Nazim
Yusifov idi. Nazim Yusifov universitetin inkişafında canını qoymuş, ətrafına
kafedralarda böyük təcrübəyə və pedaqoji ustalığa malik olan adamları
cəlb etmiş və imtahan sessiyasında obyektivliyin tam təmin olunması üçün
əlindən gələni etmişdi. Zəfər Qurbanov isə layiqli kadrları özündən tam
aralamış, universitetə kənardan gəlmiş, ixtisası olmayan, aqrar sahəyə
tamamilə yad olan şəxsləri imtahan qərərgahına, eləcə də müxtəlif vəzifələrə
təyin etmişdir.
Cənab Prezident, bütün internet resurslarını axtarsaq Zəfər Qurbanovun
ümummilli liderimiz Heydər Əliyev haqqında bir çıxışına rast gəlmək qeyri-
mümkündür. Heydər Əliyevin fəaliyyəti haqqında bir kəlmə danışmayan
Zəfər Qurbanov kimlərinsə təqdimatı əsasında ümummilli liderimizin 100
illiyi ilə bağlı Yubiley medalını almağa belə nail olub.
Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türk Hava
Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender
müsabiqəsinə yekun vurulmuş və “Türk Hava Yollari Anonim Ortakliği”nın
Azərbaycandaki nümayəndəliyi ilə 252.100 manat və digər məbləğlərdə bir neçə
dəfə satınalma müqaviləsi bağlanmışdır.
Maraqlıdır, Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin
satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar
Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə
məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili
tələbatdır? Vaxtı əvvəlcədən müəyyən olunmuş hər hansı bir beynəlxalq tədbirlərə
aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay
qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər.
Belə olan təqdirdə, Azərbaycan Dövlət Aqrar Universiteti 252.100 manata ən azı
350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet
portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk
mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi
bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bütün bunlar
universitetin büdcəsinin dağıdılmasına və Zəfər Qurbanov tərəfindən
mənimsənilməsinə xidmət edir.
Cənab Prezident!
Siz həmişə ADAU-nun inkişafı üçün əlinizdən gələni etmisiniz, üç dəfə
bizim universitetdə olmusunuz. Sizin göstərişinizlə və əməyinizlə yaradılmış
infrastruktur, eləcə də universitet Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi
ucbatından məhvə doğru gedir.
İnanırıq ki, ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən
özbaşınalıqlara son qoyulması üçün göstəriş verəcəksiniz..."

DAVAMI OLACAQ...
 
Ardını oxu...
Bir müddət əvvəl özünün Şəhid a9iləsinə qarşı açıq düşmənçiliyi ilə diqqətə gələn Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev indi də Qarabağ Qazisinin qəniminə çevrilib. Dia-az.İnfo bildirir ki, bu barədə Qəbələ rayonu Savalan kənd sakini vətən müharibəsi qazisi Çələbli Əmrah Arzu oğlu tərəfindən redaksiyamıza ünvanlanan müraciətdən anlaşılır. Narazı Qazimiz yazır:
 
"Mən Vətən müharibəsində iştirak edib yaralanıb qazi olmuşam. Prezidentin sərəncamı ilə medallarla təltif edilmişəm. Buna görə fəxr edib qürur duysamda Qəbələ rayon icra hakimiyyəti başçısının qanunsuz göstərişinə görə intihara cəhd etmişəm. Ölüm həddinə çatıb özümü yandırdığım üçün hazırda Bakı şəhərində xəstəxanada müalicə olunuram. 
Qeyd edim ki, mən 6 aylıq olanda valideyinlərim vəfat ediblər. Məni və bacımı əmim himayəsində saxlayıb böyütmüşdür.
Atam sağ olan zaman həyətimizdə çay daşı ilə ev inşa etdirməyə başlamış ancaq maddi imkansızlığa görə tikinti yarımçıq qalmışdır.

Ardını oxu...

Uzun illər sonra bu il həmin çay daşından olan evi söküb yerində mişar daşından ev tikməyə başlamışdım ki, Savalan kənd icra nümayəndəsi gəlib tikintinin saxlanılmasının əmrini verib bunun icra başçısı Səbuhi Abdullayevin göstərişi olmasını bildirdi.Əsas kimi sənədlərin olmamasını bildirsələrdə mən onlara sənəd təqdim etdim.Buna əhəməiyyət verməyib tikintinin dayandırılmasını əmr etdilər əks halda məcbur söküləcəyi ilə məni hədələdilər.
Bir neçə gün evimizə gedib-gəldilər.Onların belə qanuna zidd əməllərindən intihar həddinə çatdım və yanacağı üzərimə töküb özümü yandırdım.Qohum-qonşular tökülüşüb məni söndürdülər.2 gün Qəbələ rayon Xəstəxanasında müalicə olunsamda səhətim ağır olduğu üçün Bak şəhərinə xəstəxanaya gətirldim.Hazırda stasionar müalicələr alıram.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Qəbələ rayon İcra Hakmiyyəti başçısı Səbuhi Abdullayevin qanunsuz əmrinə görə mən intihara əl atmışam.
Mənim 31 yaşım var evim olmadığı üçün indiyə qədər ailə həyatı qura bilməmişəm.Ancaq mənə qarşı qanunsuzluq edən vəzifəli şəxslərin möhtəşəm vilalları var.Mən torpaqların azadlığı uğurnda müharibədə iştirak etmişəm qazi olmuşam.Ancaq bir mənzilin qanunu tikintisinə mane olan vəzifəli şəxslərin övladları heç hərbi xidmətdə belə olmayıblar.

Mən mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm tikintini yarımçıq saxlanılmasına məcbur edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz mənə yaxından köməklik göstərəsiniz..."
 

Dünyapress TV

Xəbər lenti