Ardını oxu...
Bu görüntülər Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 ün ərazisində qeydə alınıb. Sözügedən məkandan çəkilən real görüntülərdən də açıq-aydın görünür ki, Dövlət başçısının bu ili YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ elan etməsinin qulaqardına vuranlar, öz maddi maraqlarına görə görə ekologiyaya ziyan vururlar. Yaşıllıq ərazisini məhv edərək bu "işbazlar" öz mənafeləri üçün dövlətin qanunlarını heçə sayır.

Dövlət başçısının etimadından sui-istifadə edən məmurlar görəsən kimə arxayındırlar?

Bəlkə "QURTULUŞ - 93"-ün sahibinin dili ilə desək, Mikayıl Cabbarova güvənir?

"SəhərMedia" olaraq məsələ diqqətimizdədir!

 
Ardını oxu...
Xırdalan şəhərində tikilən bu binalar “Abşeron City” MTK-ya məxsusdur. Sözügedən tikintidə işçilərin təhlükəsizliyinin təmin edilməməsi barədə daha ətraflı məlumat almaq üçün həmin əraziyə yollandıq. Kadrları lentə alarkən hündürmərtəbəli binanın tikintisi davam edən təxmini 11-12-ci mərtəbəsində (həmçinin bütün mərtəbələrdə) işçilərin həqiqətəndə təhlükəsizlik kəmərləri, kaska ilə təmin olunmadığının şahidi olduq. Tikintidə çalışan fəhlələr hər an ölüm ilə üzləşə bilər. Kadrlardanda açıq aydın görünür ki, MTK rəhbərliyi insan həyatını heçə sayır. Evinə çörək qazanmaq istəyən fəhlələr çarəsizlikdən məcbur qalıb bu təhlükə altında çalışırlar. Onların həqiqətəndə əmək müqaviləsi ilə işləmələri bu görüntülərdən sonra sual altında qalır. Ərazidə nə prorab, nə tikintiyə məsul şəxslərdən heç kimin olmadığını söyləyən bu şəxs Emil adlı bir şəxs ilə əlaqə saxlayıb sonra bizi hədələməyə başladı.

“SəhərMedia”xəbər portalı olaraq aidiyyatı qurumlardan məsələ ilə bağlı tədbir görmələrini xahiş edirik.

Məsələ diqqətimizdədir.

ZAUR QAFAROV/təsisçi-direktor

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Əli Həsənov 2018-ci ildə “Qaçqınkom”-un sədri vəzifəsindən çıxarılandan sonra bu qurumun fəaliyyətində korrupsiyanın qarşısının alınması, şəffaflıq və s. sarıdan ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Artıq həmin vaxtdan 6 il keçib. Dəyişən nəsə varmı?

Bu suala cavab vermək üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tenderlərinə diqqət yetirmək yerinə düşər. Çünki məhz tenderlər hələ də Azərbaycan büdcəsinin, ölkə iqtisadiyyatının korrupsiya baxımından ən yaralı yeri olaraq qalır...

TEREF xəbər verir ki, Dövlət satınalmaları portalındakı açıq məlumatlara görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ən çox “üz tutduğu”, yəni, tender qalibi elan etdiyi şirkətlər arasında “Konsept Holding” MMC xüsusi yer tutur.

“Fed.az”-ın məlumatından aydın olur ki, “Konsept Holding” yalnız Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan sifariş alıb. Şirkət 2019-cu ildən bəri fondun 12(!) tenderinin qalibi olub. Tenderlərin ümumi dəyəri 41 milyon(!) manat həcmindədir.

Ən iri məbləğli tender Laçın rayonunda tikinti və abadlıq işləri ilə bağlı olan tender olub və “Konsept Holding” MMC həmin tender üzrə nə az, nə çox 16 milyon 915 min manatlıq sifariş qəbul edib. Şirkətin qalib olduğu tenderlərin cəmi 3-ü bir milyon manatdan azdır.

Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı cəmi 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafazadə Nasir Nadir oğludur.

Mətbuatda daha əvvəllər "Konsept Holding" MMC və onun sahibi barədə maraqlı məlumatlar dərc edilib. Məlum olub ki, bu holdinq əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. Onun "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sabiq rəhbərliyinə yaxın şəxs olması barədə iddialar var.

ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində “Azəri Servis LTD” MMC-nin qaliblər sırasında olması bu iddiaların əsassız olmadığını deməyə imkan yaradır. İndi isə belə aydın olur ki, N.Mustafazadənin “yaxın olduğu” qurum təkcə “Meliorasiya və Su Təsərrüfatı” ASC deyilmiş…

“Azeri Servis LTD” MMC-nin sifarişçiləri hələ adını dəyişib "Konsept Holding" qoymamışdan öncə əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləri olub. Yəni, belə nəticə çıxır ki, “Qaçqınkom” hələ Əli Həsənovun dövründən Mustafazadənin şirkətilə işləyir və qurumun yeni rəhbərliyi də “köhnə adət-ənənələrə sadiqdir”.

2019-cu idə Meliorasiya və Su Təsərrüfatı ASC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün “Azəri Servis LTD” MMC ilə 2 milyon 212 min 500 AZN dəyərində müqavilə imzalayıb. O vaxt media “Azəri Servis LTD” MMC-nin vaxtaşırı milyonluq tenderlərin qalibi olmasını “şübhəli tender əməliyyatı” kimi qiymətləndirib.

Görünür, məhz bu səbəbdən N.Mustafazadə şirkətin reputasiyasını “yumaq” üçün “Azəri Servis LTD” adından imtina edərək, şirkətin adını dəyişib "Konsept Holding" qoyub. Bəs görəsən, ad dəyişməklə mahiyyət də dəyişirmi?

Onu da qeyd edək ki, Nasir Mustafazadə əvvəllər həm də Almaniyada 554 mənzilin sahibi kimi medianın diqqətini cəlb edib.

Xatırladaq ki, Nasir Mustafazadənin şirkətinə “qazandırdıqca qazandıran” Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru deputat Mahir Abbaszadə, Müşahidə Şurasının sədri isə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir...

azpolitika.info
 
 

 


Ardını oxu...
Bakının Sabunçu rayonu Şuşa şəhərciyi (Ramana ) deyilən ərazisində Anar,Sadiq və Araz adlı şəxslər tərəfindən 70-dən yuxarı vətəndaşın aldadıldığı bildirilir. Bu barədə şikayətçilər məlumat veriblər. Onlar iddia edirlər ki, Anar, Araz və Sadiq adlı şəxslər “Şuşa şəhərciyi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini saxta sənədlərlə çox sayda vətəndaşa satıblar. Hamısına da fərqli qiymətə.Bu günlərda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları həmən əraziləri çəpərləməyə başlayıblar.
Şikayətçilər deyirlər ki, aldadıldıqlarını və ərazinin Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfinfən çəpərləndiyini gördükdən sonra dövlət qurumlarının qarşısına yığışmağı planlaşdırırlar.Aldadılan şəxslər arasında Qazi və Şəhid ailələri də vardır.Şikayətçilər bildirilər ki Anar adlı şəxs bu “mafiyanın” başında durur.İdmançı cüssəli bu şəxslər insanları hədələməkdən belə çəkinmirlər. Onlara “güc verən” gərəsən kimdir?Onların qanunazidd əməllərinin arxasında kimlər durur?İllərlə bu şəxslərin qanunsuz torpaq satışı işlərinə niyə göz yumulub?Onlar çirkin əməllərini bu gün də davam etdirməkdədir.Pulunu tələb edənləri Anar adlı şəxs hədələməkdən və təhqir etməkdən belə çəkinmir.Aldadılan vətəndaşlar onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etməklə bərabər,bu şəxlərin cəzalandırılmasını hüquq mühafizə orqanları qarşısında qaldırmaq niyyətindədirlər.Çarəsiz vətəndaşlar dövlətin aidiyyatı qurumlarından kömək isdəyirlər.(Mediatv.az)
Mövzu diqqətimizdədir.
Bizi izləyin…
 
 
 
Ardını oxu...
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Sadıqov küçəsi, Hövsan südçülük, ev 28-də yaşayan Mustafayev Ramazan Hüseynbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-azİnfo-ya daxil olan müraciətdə deyilir:

"Qeyd edim ki, mən 1965-ci ildə Oğuz rayonun Xaçmaz kəndində andan olmuşam. Aldığım ciddi xəsarət nəticəsində birdəfəlik əlil olmuşam. Dəfələrlə uzun müddətli müalicələrim effect vermədiyinə görə mənə 10 il idi ki, 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ildən əlillik təqaüdüm mənə məlum olmayan səbəblərdən kəsilmişdir.

Sənədlərimi əlilliyin yenidən müəyyən edilməsi üçün 2021-ci ildə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə təqdim etmişdim.

Lakin bu dəfə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyası bu dəfə müxtəlif bəhanələrlə 3-cü qrup üzrə əlilliyimi təyin etdilər. Yəni, 2-ci faktiki əlillik dərəcəmi 3-cü qrupla əvəz edərək təsdiqlədilər. Mən bu təyinatla razılaşmayıb yuxarı aidiyyatı orqanlara çoxsaylı şikayətlər etdim. 2022-ci ildə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi məni komissiyaya dəvət etmədən minnətlə yazdıqları 3-cü qrup əlillik dərəcəmi də qanunsuz və əsassız olaraq ləğv etdilər. Bununla da mənə demək istədilər ki, “Qanun şah deyil, bizik şah”. Mən uzun müdətin müharibə əlili, hazırda da sağlamlıq dərəcəm normal yaşaya və hərəkət etməyimə, sadəcə işləməyimə belə icazə vermədiyi halda həkim komissiyası aradan 9 ay keçməmiş birbaşa verdikləri 3-cü qrup əlilliik dərəcəmi də ləğv etdilər. Halbuki komissiya özü 5 il müddətinə bu əlillik dərəcəsini özləri müəyyət etmişdilər. Yəni, məntiqlə belə çıxır ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyası özü özünü inkar etmiş, ya savadsızlıqlarını, ya da nəzərdə tutulan 4000 manat rüşvət vermədiyimə görə məni bu formada, hətta özlərini təkzib edərək CƏZALANDIRMIŞLAR.

Budur 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyası isə mənim müraciətlərimi bir vətəndaş olaraq vecinə almır.

Bir daha ciddi xəstəliyimlə bağlı xatırlatmaq istəyirəm ki, 1-ci Qarabağ Müharibəsi zamanı 07.09.1992-ci ildə ağır yaralanmışdım. Deyilənə görə 17 gün baş-beyinə daxil olan çoxsaylı qəlpələrə görə zədələnmiş başıma çoxsaylı cərrahi müdaxilələr edə bilmədilər. Bu gün həkimlərin rəyi belədir ki, ən kritik nöqtələrdə olan qəlpələri çıxarsaq bədənimin bir tərəfi iflic olacaqdır. Ona görə də, bu günə kimi çoxsaylı müalicələr və qəbul etdiyim dərmanların hesabına həyatımı davam etdirirəm. Müharibədə aldığım ağır xəsarətlərdən sonra 1 ay Gəncə şəhər 1 saylı A.Səhhət adına xəstəxanasında baş beyin silkələnməsi üzrə müalicələr aldım. Lakin müharibədən sonra sağlamlıq vəziyyətim ağırlaşdı. Və 2010-ci ildən 2021-ci ilədək həkim komissiyası mənə 2-ci qrup müharibə əlili təyin etdilər.

Əlilliyim tamam ləğv edildikdən sonra da 20 11.2023-cü il Həkim Psixatriya Komissiyasınının 2607 saylı rəyi əsasında yenə diaqnoz qoyuldu: “ Üzvi( Müharibə zamanı almış kəllə-beyin travması nəticəsində şəxsiyyət pozğunluğu, koqnitiv funksiya enməsi və psixotik epizodlardaş Demensiyayanın başlanması istisna olunmur. Komissiya sədri professor Fuad İsmayılov. Yenə də həmin diaqnozu 11.01.2024-də 2 n-li Klinik Psixatriya Xəstəxanasında da 21 N-li rəylə həkim komissiyası təsdiq etdilər.: F06.7, F06,8, F07,0, MMSE -19. Və s.

29 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi də 07.03.22-ci il tarixli məktubunda texniki düzəlişi təsdiq etmişdir ki, 24.09.2021-ci ildə verdikləri TQSN N-088- forma yazarkən R.Mustafayevin əlilliyin ümumi xəstəlikləri səhvən Mərkəzi sinir sistemi üzvi xəstəliyi nəticəsində emosional şəxsiyyət pozğunluğu, kəskin ifadə olunmuşastero-nevrotik sindromu sonradan qazanılmış xəstəlik kimi yox, müharibə zamanı “Baş beyin silkələnməsi sonrakı hal, nnevrosteniya sindromu” nəzərə alınmalıdır. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Klinikasının 18.06.2012-ci il tarixli məktubu da təsdiq edir. Lakin çox təəssüflər olsun ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyası bəhanə ilə bu rəsmi məktubları və vaxtilə müharibdən sonra qoyulan diaqnozları nəzərə almır və almadı.Qısası Onlar şiakayət etdiyimə görə məndən beləcə qisas aldılar.

Bir müddət əvvəl Mən bu komissiyanın kimlikləri və nə məssəvə qulluq etmələri barədə kiçik araşdırma apardım. Məlum oldu ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin reabilitasiya komissiyasındakı seçilib yerləşdirilmiş həkimlərə ( biri talış, biri ləzgi, biri ingiloy millətindən olan ) konkret tapşırılıb ki, necə olur olsun azəri türklərinə qarşı( xüsusilə ermənilərə qarşı vuruşanlara) qəddar və amansız yanaşmaq lazımdır. Bunlar da gördüyümüz kimi, gizli tapşırığı canla başla yerinə yetirirlər. Necə ki, “Tərtər işində” olduğu kimi. ( Yəni, Azərbaycan ordusunun döyüş ruhunu sındırmaq üçün təşkil edilmiş bir oyun kimi) Nəticədə ƏƏSMN-isə bizə qarşı mənəvi “Tərtər işi”işgəncəsi təşkil edir. Bunun başqa adı YOXDUR!

Cənab Səhiyyə naziri Teymur Musayev!

Xahiş edirəki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının “peşəkar” üzvlərinizi başa salasınız ki, sağalmaz psixoloji xəstəlik diaqnozu qoyulan bir müharibə əlilin 10 il ikinci qrupdan 3-cü qrupa keçirilməsi və yenidən 10 aydan sonra bu qrupun da həkim komissiyasına dəvət edilmədən ləğv edilməsi savadsızlıqdır, təxribatdır. Heç olmasa bu ağ xalatlı həkim adı dayıyan adamlara başa salasınız ki, özünüzü ən azından real orta təhsilli tibb bacısı kimi aparın, insanların heysiyyatı ilə oynamayın! Utanın.

Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün yenidən qiymətləndirilməsinə, rəyin verilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".
 
 
 

       

Ardını oxu...
Göyçay rayon sakini Seymur Azadov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Bakı-Yevlax magistral yolunun alt hissəsindəki kanaldan qaz boruları keçsə də, rəsmi qurum inkar edir:

“Məlumat üçün bildirim ki, Bakı-Yevlax magistral yolunun alt hissəsində yerləşən kanaldan qaz boruları keçir. Qaz xətləri suvarma arxından keçir.

Dəfələrlə “Azəriqaz”la əlaqə saxlasam da, israrla bildirirlər ki, oradan qanunsuz qaz xətti keçmir. Yəni “Azəriqaz” bu qanunsuzluğu qətiyyən üzərinə götürmür. Mənə deyirlər ki, orda sayğac belə, yoxdur. Amma təxminən 20 gün olar ki, ərazidə olan sayğacı söküb, öz aləmlərində "izi itiriblər". Halbuki, sizə təqdim etdiyim videodan görünür ki, qaz borularını suyun içərisindən keçiriblər".

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi dərc edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 

Ardını oxu...
Bakı şəhər sakini Qəhrəmanov Ramiz Qələndər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Cənab Baş prokuror!

2008-ci ildə Abşeron rayonu Aşağı Güzdək ərazisində 1 ha torpaq sahəsi alaraq, 2010-cu ilə qədər armatur zavodu inşa etdim. Bu barədə mənə məxsus əmlakın və torpağın çıxarışı var.

2010-2012-ci illər ərzində zavodu işlədərək, armatur istehsal etdim.

2012-ci ildə “Baku Steel Company” QSC-nin rəhbəri Rasim Məmmədov özünün qocu dəstəsi vasitəsi ilə bizim zavodun fəaliyyətini dayandırdı.

2016-cı ildə yenidən işə başladım. Uzun illər boyu tanıdıgım İlqar Əsədov adlı şəxs mənə təklif etdi ki, hər ikimiz əlavə vəsait qoyub, zavodun istehsal gücünü artıraq və gəliri bölək. Mən razılaşdım.

2016-cı ildə “Milan-A” şirkətini təsis edərək, mənə məxsus əmlakı “Milan-A” şirkətinə icarəyə verdik.

2016-2018-ci illər ərzində zavodun istehsal gücünü artırıb, işə başladıq. Elə həmin vaxtdan da problemlər başladı.

Belə ki, İlqar Əsədov mənə acıq şəkildə bildirdi ki, ya zavodu könüllü surətdə mənim adıma rəsmiləşdirməlisən, ya da birgə iş dövrümüzdə sənin qazanc əldə etməyinə imkan verməyəcəyəm. Ona bildirdim ki, mənə məxsus olan zavodu heç kimin adına rəsmiləşdirmək istəmirəm və sənə də bu qanunsuz əməllərindən əl çəkməyi təklif edirəm.

Bundan sonra İlqar Əsədov gizli surətdə Abşeron Rayon 2 Saylı Reyestr Xidmətində mənim əmlakımı saxta sənədlər əsasında özgəninkiləşdirməyə cəhd edib. Mənə məlumat çatan kimi, onun qanunsuz əməllərinin qarşısını aldım.

İlqar Əsədov 2018-2022-ci illər ərzində mənə məxsus olan zavodu işlədərək, mənə çatacaq dividendi ödəməyərək, qanunsuz hərəkətlərini davam etdirdi. Mən ona dəfələrlə bildirdim ki, mənə məxsus dividendi ödəyib, zavodu tərk etsin. O isə bildirdi ki, kimə şikayət edirsən et, xeyri olmayacaq, mənim arxamda duran qüvvələr də var, lazım olsa istənilən məsələni pul gücünə də həll edərəm.

Mən məcbur olub hüquq-mühafizə orqanlarına şikayət etdim. Nəticədə 20.09.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə 222026303 nömrəli cinayət işi başlanıldı. Araşdırma nəticəsində cəmiyyətin xüsusilə külli miqdarda gəlirinin mənimsənilməsi və vergidən yayınma faktları öz təsdiqini tapdı. Korrupsiya idarəsinin müstəntiqi Tural Yaqubov öz qərarında əvvəlcə “Milan-A” MMC-nin direktoru Abdulla Hüseynovun saxta alış sənədləri və əmtəəsiz əməliyyatlarla 24 841 759.99 (İyirmi dörd milyon səkkiz yüz qırx bir min yeddi yüz əlli doqquz manat doxsan doqquz qəpik) mənimsəmə faktını və 7 792 604,28 (yeddi milyon yeddi yüz doxsan iki min altı yuz dörd manat) vergi ödənişlərinin azaldılması faktını təsdiq edir. Sonra isə öz qərarında göstərir ki, mənimsəmə faktı təsdiqini tapmadıgına görə, heç kim təqsirləndirilən şəxs kimi cəlb olunmayıb. Daha doğrusu, müstəntiq Tural Yaqubov öz qərarında əvvəlcə şirkətin direktoru Abdulla Hüseynovun cinayət əməllərini təsdiq edir, sonra isə göstərir ki, cinayət əməllərini törədən şəxs müəyyən olunmadı.

Ən maraqlısı isə odur ki, müstəntiq Tural Yaqubov vergidən yayınma, yəni 7 792 604.28 manat vergi ödənişlərinin azaldılması faktına da göz yumaraq, Azərbaycan dövlət büdcəsinə ödəniləcək vəsaitin də qarşısını almışdır.

Sonradan mənə məlum oldu ki, həqiqətən İlqar Əsədovun arxasında duran şəxs var və o, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin oglu Məhəmməddir. Bu məsələni bilən kimi, Qafqaz Müsəlmanları İdarəsinə gedərək, Şeyx həzrətlərinin qəbuluna düşmək istədim. Mümkün olmadı. İdarənin işciləri Etibar və Rüfət adlı şəxslərlə danışdım(Məndə həmin şəxslərin telefon nömrələri də var). Onlar bildirdilər ki, Şeyx həzrətləri tapşırıq verib, İlqar Əsədov sizinlə ortaq məxrəcə gələcək. Bundan əlavə, Məhəmmədin nümayəndəsi Xəyal Bəşirov adlı şəxs də mənimlə görüşdü. O da mənə bildirdi ki, ortaq məxrəcə gəlin. Lakin heç bir nəticə olmadı.

Onu da bildirmək istəyirəm ki, bütün bunlar azmış kimi, “Milan-A” MMC-nin gəlirlərini mənimsəyən İlqar Əsədov öz qocu dəstəsi vasitəsi ilə əmlakımı işgal edərək, mənə məxsus olan əmlakın ərazisinə girməyə icazə vermir.

Cənab Prezident!

Cənab Baş prokuror!

Ulu öndərimiz dəfələrlə çıxışlarınızda vurğulayıb ki, “təqsirsiz şəxs cəzalandırıldıqda, cinayt törətmiş şəxs isə cəzasıq qaldıqda dövlət sarsıla bilər”.

Cinayət təqibi orqanı və digər vəzifəli şəxslər hazırkı cinayət işi üzrə Cinayət Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşlar. Mən digər vəkil və hüquqşünaslardan maraqlanıb öyrənmişəm ki, hələ indiyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəllsinin 308-ci maddəsi ilə başlanmış cinayət işlərinə xitam verilməmişdir. Ən yaxşı halda belə cinayət işləri baxılması üçün məhkmə orqanlarına göndərilmişdir.

Ardını oxu...

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinə xitam verilməsi məni məyus və müflis etmişdir. Zərərçəkmiş şəxs kimi hüquqularım kobud surətdə pozulmuşdur. Mən indi başa düşmüşəm ki, Korrupsiya idarəsi İlqar Əsədovun mənafeyinə uyğun hərkət edərək cinayət işinin xitamına nail ola bilmişdir. Orqan öz nüfuzundan istifadə edərək mənə müxtəlif vədlər verib, cinayət işinin məhkəməyə göndərilməsinə inandırmışdır. Mən də onların dediklərinə inanaraq, cinayət işinin məhkəməyə göndərilməsini gözləmişəm.

Lakin sonradan cinayət işinə qanunsuz əsaslarla xitam verildiyini öyəndim. Həmin qərardan çətinliklə olsa da şikayət verdim. Lakin məhkəmələr də nəzarət qaydasında verdiyim şikayətləri təmin etməyib, həmin qanunsuz və ədalətsiz qərarları qüvvədə saxladılar.

Cənab Prezident!

Cənab Baş prokuror!

Sizin ədalət və mərhəmətinizə arxalanaraq, əmlakımı mənimsəyib əlimdən alan İlqar Əsədovun qanunsuz əməlləri barədə Baş Prokurorlugun Korrupsiya qarşı Mübarizə Baş İdarəsində xitam olunmuş cinayət işinin ləgv olunaraq yenidən cinayət təqibinin davam etdirilməsinə göstəriş verməyinizi xahiş edirəm”.
Ardını oxu...
5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü idi. Bu münasibətlə Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir sıra şəxslər təltif ediliblər. Onların əksəriyyəti “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərində uzun müddət çalışanlardır. Bu şəxslərin əksəriyyəti paytaxda olmasa da, regionlarda çox yaxşı tanınrlar. Sosial şəbəkələrdə və elektron mediada onların bir çoxunun haqqında kifayət qədər geniş məlumatlar var.

Təbii ki, onların təltif olunması üçün dövlət başçısına təqdimatı Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yazıb. Ağentlik sədri onları dövlət mükafatlarına təqdim edərkən hansı kriteriyalarına üstünlük verib, deyə bilmərik. Amma mükafat almış bəzi şəxslərin barəsində məlumatlar çoxdu. Bu məlumatlardan belə aydın olur ki, onlar dövlətçiliyimizə xidmət göstərməktən daha çox şəxsi mənafelər üçün çalışıblar.

Götürək elə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Babayev Ədalət Rəşid oğlunu. Qeyd edək ki, Ədalət Babayev ən azı 25 ildir ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisidir. Bəs Zaur Mikayılov sözügedən şəxsi hansı xidmətlərinə görə ali dövlət mükafatına layiq bilib, dövlət başçısına təqdim edib.

Kimdir Babayev Ədalət Rəşid oğlu və hansı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib? Gəlin açıq internet resusrlarında onun haqqında yazıılanlara diqqət edək.

Hələ 2015-ci ildə yazırlar ki, (https://vertikal.az/manset/66-bilesuvar-suvarma-sistemleri- daresinin-reisi-korrupsiyada-ittiham-olunur.html ) Ədalət Babayev yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə heç bir köməklik göstərmir”. Məlumatlı mənbə iddia edir ki, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər, eləcə də yanacağın böyük hissəsi mənimsənilir: “Ədalət müəllimin ən böyük biznesi yanacaq alveridir. O, bu alveri qaynı, Suvarma Sistemləri İdarəsinin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun əli ilə həyata keçirir. Dövlət qiymətindən xeyli aşağı satılan idarə benzini və dizel yanacağı alıcılar üçün daha sərfəli olduğundan daha tez satılır. Rayondakı yanacaq alverçiləri və müxtəlif adlar altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri də Ədalət müəllimin mülkiyyətində olan yanacaq və sürtkü materiallarını satmaqla məşğuldur.

Əvvəllər idarənin nəzdində fəaliyyət göstərmiş camışçılıq və qoyunçuluq təsərrüfatları bütün mülkiyyəti, yardımçı tikililəri və örüş sahələri ilə birlikdə idarə rəisi Ədalət Babayev tərəfindən özününküləşdirilərək mənimsənilib. Ədalət Babayev idarənin bəzi işçilərini öz şəxsi təsərrüfatında işlədir. Belə ki, onun “Promxor” yolunun üstündə tikdirdiyi möhtəşəm imarət uzaqdan diqqəti cəlb edir. Rayonda bu görkəmdə villa yoxdur. Müasir mühafizə sistemləri ilə təchiz edilmiş bu topdağıtmaz sarayın qiyməti milyonlara bərabərdir. Amma ondan soruşan yoxdur ki, bu sarayı sən hansı pulla tikdirmisən. Ədalət Babayev istirahətini ancaq Almaniya və Türkiyənin bahalı otellərində keçirir.

Ədalət Babayev rayondakı əkilən ucsuz-bucaqsız torpaq sahələrinin mülkiyyətçisi və ya icarədarıdır. Onun baş sayı minlərlə davardan ibarət qoyunçuluq, başı dönməyən naxırları olan heyvandarlıq təsərrüfatları var. Həmçinin “AMB Kredit” kredit ittifaqı ASC də idarə rəisinin nəzarətindədir. Deyilənə görə, bu təşkilat idarə rəisinin pullarının üstünə faiz gətirmək üçün təşkil olunub. Onun Astaraya gedən yolun Biləsuvar hissəsində, daha dəqiq desəm, Xırmandalı kəndinə çatmamış yolun sağında, dövlət torpaqlarında balıq vətəgələri var. Biləsuvar şəhərinin qərb qurtaracağında İrana gedən yolun sağında bələdiyyə torpaqlarından 60 sotu Ədalət Babayevin qohumlarının və ya idarəsindəki bəzi əməkdaşların adına rəsmiləşdirilib. İdarə rəisi bu torpaqlarda şadlıq sarayı tikdirməyi planlaşdırır”

“Facebook” sosial şəbəkəsində isə yazırlar ki “Artıq 17 ildir bu idarədə müdir işləyən Babayevə heç kim “dur” deyə bilmir. Özünü neft maqnatı kimi hiss edən Ədalət Babayev demək olar ki, ölkə başçısını da saymır.
Dövlət tərəfindən idarəyə ayrılan ağır və yüngül texnikalar onun göstərişi ilə sahibkarlara xidmət edir. Necə illərdi Biləsuvar əhalisi Kərbəla müsibəti çəkir. Səbəb odur ki, Ədalət suyu balıqçılıqla məşğul olan sahibkarlara satır və bu pulların yığılmasına birbaşa Məşədi Kazım nəzarət edir. Bu idarənin başqa funksiyası da var. Əgər kiməsə staj lazımdısa, bizim Məşədi Kazıma yaxınlaşır və Məşədi müəyyən məbləğdə pul alaraq adamı işə götürür, əmək haqqı kartı da Məşədidə qalmaq şərti ilə. Əgər işçiləri bir yerə yığmaq əmri verilsə, Məşədi Kazım 24 saat ərzində işçiləri bir yerə yığa bilməz. Çünki işçilər əmək haqqı kartını Məşədiyə verib özləri Dağıstanda, Dərbənddə və digər yerlərdə işləyirlər. Məşədini tutub silkələsəniz, cibindən ən azı 30 kart düşəcək.”

Elektron mediada Biləsuvar Suvarma Sistemləri İdarəsinin dövlət satınalmalarında yol verdiyi qanun pozuntuları ilə bağlı da kifayət qədər geniş məlumatlar var. İdarənin “Avtonəqliyyat vasitələrinin cari təmirinə ehtiyat hissələrinin satın alınması”, “Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması”, “Tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması” üzrə keçirdiyi satınalmalarda hər il yüzminlərlə manat dövlət vəsaiti təyinatından kənarlaşlaşdırılır. Qeyd edək ki, Suvarma İdarəsi yalnız 2023-cü ildə mexaniki avadanlıqların və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınmasına, yağların və sürtkü materiallarının satın alınmasına ümumilikdə 623 856 manat dövlət vəsaiti ayırıb. Bu pulların ən azı yarısı “otkat” şəklində Ədalət Babayevə qayıdıb. Bu hələ ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir vaxtda belədir. Görün 2000-ci illərdə Ədalət Babayev bu yollarla nə qədər dövlət vəsaitini özününküləşdirib.

Qeyd edək ki, Ədalət Babayev 1994-2002-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı işləmiş Əli Babayevin kadrıdır. Əli Babayev də o dövrlərdə havadarlarına arxayın olub rayonda sözün əsl mənasında fironluq edirdi. Qətl törətməkdə şübhəli bilinən qardaşını cinayət məsuliyyətindən yayındırdığına görə vəzifəsindən atılan Əli Babayevin təqdimatı ilə təyin edilmişdi Ədalət Babayev Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə. O, 2002-2004-cü illərdə Biləsuvarın İcra başçısı olmuş Əlibala Məmmədovla da, 2004 – 2011-ci illərdə rayonda İcra başçısı olmuş Adil Məmmədovla da işləyə bildi.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, xidməti otağında növbəti dəfə rüşvət almasından sonra həbs edilmiş Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Mahir Quliyevin pul tələb etdiyi digər dövlət orqanlarının vəzifəli şəxslərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev olub. Onun bu istintaqdan necə qurtulması barədə də şaiyələr gəzməkdədir.

Elektron mediada yaılmış bu təkzib olunmamış məlumatlardan da göründüyü kimi Ədalət Babayev Biləsuvar Suvarma Sistemləri İdarəsinində 25 ildir heç də təkcə dövlətə xidmət etməyib, həm də şəxsi imkanlarını genişləndirib. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da onu şəxsi imkanlarını genişləndirdiyinə görə 3-cü dərəcəli “Əmək” ordeninə təqdim edib.

Aktualinfo.org
 
Ardını oxu...
İllər əvvəl Nəqliyyat Nazirliyinin tabeliyindəki idarədə çalışarkən çoxsaylı hadisələrdə adı hallanan Elnur Mahmudov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində vəzifəyə təyin edilib.

Məlumata görə, xeyli vaxt Sumqayıtda dispetçer və sair kimi vəzifələrdə çalışan E.Məmmədov birdən-birə AYNA-da məsul vəzifəyə təyin edilib. Onun Bakı Regional İdarəsi üzrə sərnişindaşıma xidmətində rəhbər vəzifəyə təyin edildiyi bildirilir.

Qeyd edilib ki, Elnur Məmmədov vəzifəyə başlayan ilk gündən Bakıda fəaliyyət göstərən daşıyıcı şirkətlərə süni problemlər yaratmağa, sərnişindaşıma fəaliyyətini qəsdən pozmağa başlayıb.

Belə ki, E.Məmmədov müxtəlif bəhanələlə son günlərdə 50-yə yaxın avtobusu cərimə meydançalarına saldırıb. Xüsusilə iyun ayının ilk günlərində Neftçilər-Qara-Qarayev metroları istiqamətində hərəkət edən çoxsaylı avtobuslar EMahmudovun göstərişi ilə xətlərdən yığışdırılaraq aparılıb. Lakin sənədləri qaydasınd aolan avtobusların hansı səbəbdən aparılması qaranlıq qalıb. Nəticədə Bakıda marşrut xətlərində avtobus azlığı yaranıb və isti havada günün altənda avtobus gözləyən sakinlərin şikayətləri daha da artıb.

Daşıyıcı şirkətlərdən bəzilərinin Elnur Mahmudovun qəsdən avtobuslarda videolar çəkdirməsi, sürücüləri sıxma-boğmaya salaraq həmin şirkətləri “haqq-hesab”a cəlb etmək istəməsini də iddia edir. Bu barədə dövlət rəhbərliyinə müraciət edildiyi, Elnur Mahmudovun hərəkətlərindən şikayət edildiyi qeyd edilib. (Faktor.az)

Mövzu ilə bağlı AYNA-nın və E.Mahmudovun mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.

Yəni, sadə dildə desək, dövlət üçün bu bankın “astarı üzündən baha başa gəlib”, Azərbaycan dövləti hələ də ABB-də 2015-ci ildə Cahangir Hacıyevin rəhbərliyi dönəmində üzə çıxan milyardlarla dollarlıq yeyintinin, mənimsəmənin, israfın və s. altını çəkir. Özü də belə görünür ki, hələ bir xeyli müddət də çəkəcək.

Buna baxmayaraq, hökumət sözügedən bankı ayaq üstə saxlamağa müvəffəq oldu və bu gün də ona yaradılan şərait digərlərindən fərqlənir, bankın gəlirliliyi müxtəlif vasitələrlə təmin edilir.

Ardını oxu...
Bu bank qeyd etdiyimiz məlum hadisələrdən sonra dövlət və xalq qarşısında, məcazi mənada desək, bir növ “gözükölgəli” duruma düşdü, nüfuzu, reputasiyası zədələndi. Əlbəttə ki, ABB-nin vaxtilə dövlətə vurduğu ziyana görə bankın indiki rəhbərliyi heç bir məsuliyyət daşımır. Ancaq yenə də dövlətə milyardlarla dollar ziyana başa gələn belə bir bankın başında duranların “dodaq uçuran” şəxsi gəlirlərinə nəzər yetirdikdə, istər-istəməz cavabı açıq qalan suallar yaranır...

Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.

Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.
Ardını oxu...
Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.

"Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub" - deyə, məlumatda bildirilir.

Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur.
Ardını oxu...
Azərbaycan kimi kifayət qədər ciddi sosial problemləri, işğaldan azad edilən ərazilərin abadlaşdırılması kimi qlobal xərcləri, nəhayət, minimum əmək haqqının 345 manat (illik gəlir cəmi 4140 manat) olan bir ölkədə dövlət bankının rəhbərliyində oturanların az qala yarım milyon gəlir əldə etməsi qəribə, hətta israfçılıq kimi görünmürmü? Bu, zatən cəmiyyətdə əhalinin gəlir səviyyəsinə görə təbəqələşməsini daha da dərinləşdirmirmi?

Yeri gəlmişkən, bu günlərdə ABB-nin reklam xidmətlərinə çəkdiyi xərclərə dair məlumat yayıldı. Məlum olmuşdu ki, ABB 2023-cü ildə reklama 10 milyon manata yaxın (9 milyon 841 min manat) vəsait xərcləyib. Bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur. Yəni, xərclər ilbəil sürətlə artırılır.
Ardını oxu...
Azərbaycanın reklam bazarının məhdudluğunu, kiçikliyini və buradakı qiymətləri (məsələn, saytlar aylıq 200-300 manata reklam yerləşdirir, televiziyalarda da qiymətlər çox baha deyil) nəzərə alsaq, 10 milyon manat kifayət qədər fantastik rəqəm kimi görünür.

Bir də, görəsən, əvvəlki illərdə bankın reklam sahəsindəki vəziyyəti nə qədər acınacaqlı olub ki, reklam xərclərini birdən-birə 52 faiz(!) artırmağa ehtiyac yaranıb? Bildiyimizə görə, ölkədə inflyasiya, mal və xidmətlərin bahalaşması 52 faizlə müqayisədə qat-qat aşağıdır. Belə olan halda, reklam xərclərinin kəskin şəkildə artması, bahalaşması maraqlı görünür…

Bütün bunlar istər-istəməz bankın fəaliyyətində ən azından yüksək israfçılığa yol verildiyinə dair şübhələr yaradır. Bu şübhələr isə təsadüfi deyil, təəssüf ki, ABB-nin “tarixçəsi” bu baxımdan, yumşaq desək, idealdan çox-çox uzaqdır…

“AzPolitika.info”
 
 
 

Dünyapress TV

Xəbər lenti