Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı - AzTV-də nə baş verir?
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) bir totalitarizm mühiti hökm sürür. Xüsusən də Rövşən Məmmədovun sədr təyin olunmasından bir müddət sonra Şimali Koreya rejiminin bir modeli yaradılıb. Rövşən Məmmədovun mövqeyini
möhkəmləndirməsi nəticəsində bu Qapalı Səhmdar Cəmiyyətində öz qaydalarını tətbiq etməyə başladı. Sanki gestapo şəraitidir və bütün kollektiv nəzarət altındadır. Halbuki bir yaradıcı mühitdə, media strukturunda bu dərəcədə əməkdaşların azadlıqları buxovlana bilməz. Ən azı işçilərin sosial şəbəkə paylaşımlarına total nəzarət şəxsi həyata müdaxilədir. Lakin AzTV sədri ən kiçik paylaşıma belə həssaslıqla yanaşır, trol batalyonu saxlayır, o cümlədən əməkdaşlarının nələr paylaşdığına dair nəzarət mexanizmi yaradıb. Yəni onun komandasında sırf işçilərin sosial media paylaşımlarını pusquda dayanıb izləyənlər var və bu haqda Rövşən Məmmədovu məlumatlandırırlar. Elə bunun nəticəsidir ki, AzTV-nin təcrübəli jurnalistlərindən biri olan Günay Novruz absurd bir səbəb göstərilərək ixtisar edilib. Anaxeber.info məlumat verir ki, bu haqda jurnalist özü tik-tok hesabında video paylaşıb. Günay Novruz deyib ki, AzTV sədri Rövşən Məmmədov onu heç kimin adını çəkmədiyi bir statusa görə işdən çıxarıb. Jurnalist postunda yazıb ki, bir ay qabaq həmin statusu paylaşıb. Orada deyib ki, "Allahım mənə düz yol göstərdiyin üçün minnətdaram, böyüksən, varsan..."
Yəni jurnalist heç kəsə replika atmayıb, ad çəkməyib, Allah təşəkkür bildirib. Günay Novruzun sözlərinə görə, onun işdən çıxarılması barədə əmrdə səbəb kimi həmin status göstərilib. Jurnalist deyir ki, AzTV rəhbərliyi bu statusda qurumun maliyyə rəisinə və onun baş redaktor olan həyat yoldaşına söz atıldığı nəticəsi çıxarıb: "Onların övladı rəhmətə gedib və bu statusdan belə qənaətə gəliblər ki, guya mən onlara söz atmışam, Allaha minnətdarlıq etmişəm. Bu dərəcədə absurd bir ittihamla əmr verilərək məni işdən azad ediblər".
Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür.
Lakin bu ilk belə hal deyil. Zaman-zaman ixtisara salınan AzTV əməkdaşları rəhbərliyi məntiqsiz qərarlarına görə tənqid ediblər. Bu günlərdə isə haqqin.az saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırmışdı.
Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”.
Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə
baxasınız!”.
AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb.
Mətbuatda gedən başqa xəbərlərdə, konkret olaraq konkret.az saytında dərc edilmiş məqalədə isə deyilir ki, işçiləri ilə kobud davranış, işçilərin haqlarının pozulması, yalnız yaxın çevrəsinə yüksək qonorarların yazılması, kollektivin əksəriyyətinin dolanışıq səviyyəsinin getdikcə azalması qurumda gedən özbaşınalığın yalnız bir hissəsidir. Keçirdiyi tenderlər, kotirovka sorğularında kütləvi maxinasiyalar haqqında mətbuatda kifayət qədər məlumat gedib. Əmək Məcəlləsinə uyğun olmayaraq, işçilərin haqsız yerə əməkhaqlarından pul tutulmaları isə başqa bir mövzudur. Həmçinin, yeyintilər haqda da məlumatlar verilir. Bütün bunların Rövşən Məmmədovun dövründə olduğu iddia edilir. Bakuexo.az isə yazmışdı ki, Rövşən Məmmədov yaxın çevrəsinə vəzifələr paylayıb:

Ranar Musayev, AzTV-nin bədii rəhbəri Məmmədovların ailəvi dostu

Rafael Məmmədov, Bədii rəhbərin müavini-Rövşənin qaynı

İlhamə Hüseynova , Kadrlar Departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Nərgiz Rəfiyeva, Sosial media və ictimaiyyətlə əlaqələr departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Ülfət Rəhimova, Teleradio Akademiyasının prorektoru- Rövşənin xanımının rəfiqəsi

Niyaməddin Quliyev, Maliyyə və Mühasibat uçotu departamentinin rəisi (Rövşənin “qara kassası)- Rövşənin xanımının yaxın qohumu

Turan Babayev ,“Səhər” Musiqi-informasiya redaksiyasının baş redaktoru-Rövşənin ailəvi dostu

Anar Həsənov, “Ekstrim qrup”un rəhbəri- Rövşənin ailəvi dostu

Elnur Əlizadə , Texniki İstehsalat Birliyinin direktoru- Rövşənin ailəvi dostu

Müşviq İbrahimov, Maddi-Texniki Təchizat və İstehsalat Departamentinin rəisi-Rövşənin qohumu və uşaqlıq dostu

Vüqar Bəşirov, Təsərrüfat

AnaXeber.info
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
18 Noyabr 2024 Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi
18 Noyabr 2024 DYP əməkdaşı barədə vətəndaş PREZİDENT və Daxili İşlər Nazirinə AÇIQ MÜRACİƏT ETDİ FOTOLAR
18 Noyabr 2024 Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
18 Noyabr 2024 "Unibank"-ın rəhbəri Eldar Qəribovun Fransa "sevgisi" - FOTO
17 Noyabr 2024 Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
17 Noyabr 2024 ' Dövlətin dərmanları qara yollarla apteklərə verilir'

Dünyapress TV

Xəbər lenti