Ardını oxu...
Quba rayon sakini Tarverdiyev Zeynal Teymurşah oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, evinə oğurluğa girən şəxslər cəzalandırmır və hər biri azadlıqdadır:

“Mən, Tarverdiyev Zeynal Teymurşah oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mayın 30-da, saat 12 radələrində işdə olarkən qonşular mənə zəng vurub dedilər ki, tez gəlin, evinizə oğru girib, evdə olanları daşıyıb aparırlar.

İşdən gəlməyim və 102 xidmətinə məlumat verməyim 2 saat çəkdi. Quba polis şöbəsinin 4 əməkdaşı gəlib işlə tanış olub, araşdırma başlatdılar. Oğurluq olan yerdən şəkillər çəkdilər. Əlimdə olan məlumata görə, oğrular 99 NX 686 nömrəli "Qazel" markalı avtomobillə gəliblər.

Oğurluq edilən vaxt çəkilən video kadrları da polislərə verdim. Evdən 1 ədəd "elektrofrez", 1 ədəd elektrik rəndəsi, 1 ədəd elektrik mişarı, 1 ədəd manqal, 1 ədəd dəmir stol və s. oğurlanıb. Aktlaşdırıb yazsalar da, bu günə qədər də oğrular azadlıqda gəzir.

İşi Sənan adlı müstəntiq aparır. Hər zəngdə "səbrli ol" deyir.

Şikayətimlə bağlı yenidən 102 xidmətinə zəng vurdum. Bildirdilər ki, 10-15 dəqiqəyə sizinlə əlaqə saxlanılacaq. Lakin yenə xəbər yoxdur.

İcraçı isə bildirir ki, "mənlik deyil, işini kim aparırsa ona zəng vur".

Ən maraqlısı da odur ki, oğurluq olan vaxtı qonşular oğruları qova bilməmişdilər. Qonşular səs-küy salsalar da oğrular öz işlərini rahatlıqla görüblər. Qonşular soruşanda bildiriblər ki, dəmir alırıq. Onlar isə deyiblər ki, yığdığınız tullantı metal deyil, işlək alətlərdir.

Qazi oğlumun alminium əlillik oturacağı da oğurlanıb. Belə şikayətlər cavabsız qaldıqca oğurluq halları günü-gündən artacaq”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 

 


 

 

Ardını oxu...Ardını oxu...

Demə, Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya” da varmış. Və iki ay əvvəl, daha doğrusu, 3 aprel 2024-cü il tarixdə mediada məlumat yayıldı ki, həmən bu klomissiyanın üzvləri tərəfindən rayon ərazisində qanunsuz tikintilərlə bağlı mübarizə tədbirləri çərçivəsində reydlər keçirilir. Bəs, komissiya tərəfindən aşkar edilmiş qanunsuz inşa edilən tikililər müvafiq qurumların iştirakı ilə sökülür və nəzarətə götürülür.

Amma əslində “komissiya” rayon rəhbərliyinin tələb etdiyi rüşvəti vermədən qanunsuz tikinti sahibləri ilə savaşır. Çünki cənab Əziz Əzizovun İcra Hakimiyyətinin başçısı vəzivəsində işlədiyi son beş ildə Suraxanıda qanunsuz tikililərə rəvac verilir, özü də yaşıllıqların məhvinin müşayiəti ilə. İcra Hakimiyyəti qanunsuz tikintilərə icazəni qeyri-rəsmi verir, aldığı rüşvəti də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin mənsublarıyla paylaşmır. İşin üstü açılanda isə zərərçəkən yenə tikintini aparan şəxslər olur, rayon rəhbərliyi onları qanun qarşısında meydanda tək buraxaraq deyir ki, “gedin, özünüz yoluna qoyun”.

Nədənsə, Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri rayonun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 2 ünvanda ağacların məhv edilməsini və yerində ticarət mərkəzinin tikilməsini “görməyiblər”. Özü də əvvəlcə yaşıllıq ərazini daşla hasarlayaraq “yaman gözlərdən” gizlədir, arxasında “yaşıl qətliam” həyata keçirirlər. “Komissarlarınn” gözlərini nəyin kor etdiyini təxmin etməyi oxucuların ixtiyarına buraxırıq. Video-görüntülərlə qeydə aldığımız faktla bağlı Suraxanı RİH-nə göndərdiyimiz məktuba cavab almamışıq. Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktoru Mais müəllim məsələnin ona aid olmadığını söyləməklə kifayətləndi. Sonradan sakinlərdən öyrəndik ki, sözügedən ticarət mərkəzini və bir çox başqa qanunsuz tikililərin Əziz Əzizovdan icazəsini “qara kassa” kimi tanınan Əvəz adlı bir nəfər funksioner alır. Xeyli səy göstərib həmin adamın telefon nömrəsini də öyrəndik. Zəng vurduq, bildirdi ki, mən həkiməm, tikinti ilə heç bir əlaqəm yoxdur, hamı yalan danışır, əlləm-qəlləm işlərlə məşğul deyil. Lakin şəxsin telefon nömrəsini “Getkontakt” servisində axtarış edəndə həkimliyi ilə bağlı heç bir məlumat ortaya çıxmadı, əksinə, qara-qura əməl sahiblərinə deyilən ayamalar, ləğəblər gözə dəydi. Getkontaktda 200 ədəd nömrənin əksəriyyəti «Əvəz Hüseyinov Suraxanı icra» çıxdı.

Ardını oxu...Ardını oxu...

Maraqlıdır bu kişi görəsən nəyi icra edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığımız məktuba belə bir cavab aldıq. Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 2 ünvanında bir müddət öncə şəhərsalma nəzarəti qaydasında keçirilmiş monitorinq nəticəsində qeyri-yaşayış obyektinin özbaşına tikinti işlərinin aparılması faktı aşkarlanaraq aidiyyəti qurumlar tərəfindən sökülməsi təmin edilib.

Sözügedən ünvana 11 iyun 2024-cü il tarixində baxış zamanı isə heç bir müvafiq icazəverici sənədləri olmadan yenidən tikinti işlərinin aparıldığı müəyyən edilib və müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. İcra hakimiyyətinin bu «priyomu»da işə keçmədiyindən şəhid ailəsi adı ilə redaksiyamıza zəng edib bizə hədə qorxu gələrək təhqir etdirir.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
2020-ci ilin aprelində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunmasından sonra məlum oldu ki, o vəzifəli şəxs olaraq şəxsi maraqları naminə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol verib.

Odur ki, elə həmin il Biləsuvar rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi. Prezidenti İlham Əliyev Faiq Qürbətovu Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman xatırlatdı ki, “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar.”

Avqustda Faiq Qürbətovun Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 4 ili tamam olacaq. Elə ölkə başçısının təbirincə desək Faiq Qürbətovun başçılıq etdiyi rayonda qanunları hələ də pozurlar.

Aktualinfo.org -un Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən keşirilmiş kotirovka sorğusu proseduru ətrafında apardığı araşdırmada bir çox şübhəli məqamlar məlum oldu.

Belə ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən 29.03.2024-cü il tarixində tullantı konteynerlərinin satın alınması barədə keçirilmiş kotirovka sorğusunda iştirak edən AZ4914, SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, EV 1, MƏNZİL 23 ünvanında qeydiyyatda olan”Saffira Plus” MMC (VÖEN:6701559471) 19 540.80 AZN məbləğində qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib elan edilmişdir. Əlavə olaraq qeyd edək ki, “Archimed” və “Bakı Universal Maşınqayırma” MMC-ləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq 21.05.2024-cü il tarixinədək gözləmə müddəti təyin olunmuşdur. (Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.)

Ardını oxu...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazası üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Zeynalova Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış bir neçə MMC də var ki, dəyəri yüzminlərlə ölçülən bir çox şübhəli satınalmaların qalibi seçiliblər. “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızının o kənddə pasport qeydiyyatının olmaması barədə də məlumatlar var.

Göründüyü kimi Zeynalova Nurlanə Şahin qızı eyni zamanda “4 MM AQRO” MMC-nin qanuni təmsilçisidir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir. Belə olan halda Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının Satınalma Komissiyası “SAFFİRA PLUS” MMC-nin qeyd olunan satınalmada iştirakına necə yol verib?

Göründüyü kimi Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı ilə “SAFFİRA PLUS” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar var. Belə ki, satınalmanın keçirilməsi zamanı bu hala ya Kombinatın Satınalma Komissiyası göz yumub, ya da “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı ona satınalmalarda iştirak hüququ verən sənədləri saxtalaşdırıb.

Qeyd edək ki, 2020-ci ildə DTX-nin Biləsuvar rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində işindən olanların biri də Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Xalidə Ağayeva da olub. Onun yerinə 2021-ci ilin iyulunda Ceyhun Həyatov təyin olunub. Yuxarıda qeyd etdiyimiz məlumatlardan görsənən odur ki, nə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, nə də onun kadrı şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Ceyhun Həyatov Prezidentin tövsiyyələrindən bir nəticə çıxara bilməyiblər.

Aktualinfo.org
Ardını oxu...
Ölkədə açıq şəkildə kibercinayətlə məşğul olan bir dəstə fəaliyyət göstərir. Ən maraqlısı budur ki, bu dəstənin üzvləri arasında: tanınmış müğənnilər, iş adamları və İT sahəsi ilə məşğul olan proqramçılar var.

Nə qədər təəccüblü olsa da, bu dəstə heç kimdən çəkinmədən , yaratdıqları qruplaşmadakı şəxslərin imkanları vasitəsilə: jurnalistlərə, xəbər saytlarına öz şərtlərini diqtə edirlər.

Xoşlarına gəlməyən tənqidi videoları və yazıları şikayət etmək adı ilə saytlardan və sosial şəbəkə hesablarından sildirirlər, hətta yeri gələndə kanalları belə bağladırlar.

Şəxsən mənim başıma belə bir iş gəlib, bir aydır ki, bu qruplaşma ilə mübarizə aparıram, faydası yoxdur. Elə bu səbəbdən də, mövzunu içtimailəşdirmək, əlaqədar rəsmi qurumların diqqətini bu məsələyə yönəltmək qərarına gəldim.

Təxminən bir ay bundan əvvəl, MTV adlı televiziya kanalında Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə belə bir məlumat səsləndi ki, Rusiyada tanınmış iş adamlarından olan – “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev müğənni Manaf Ağayevin doğum günü şənliyində əməkdar artist Vasif Məhərrəmli ilə dava edib.

Həmin ad günü “partisi” Manaf Ağayevin Novxanıdakı bağ evində keçirilib. Belə məlumat verildi ki, dava müğənni Mətanət Əsədovanın üstündə düşüb. Bu xəbəri bir çox saytlar kimi biz də tirajladıq.

Sonra gördüm ki, xəbər saytlardan silinib. Bizim “yotube” və “tik-tok” kanallarımızda həmin xəbərə kütləvi baxış oldu. Ümumi baxış sayı milyonları keçdi.

Bir çox tanınmış və nüfuzlu adamlar vasitəsilə məndən məlumatın silinməsi xahiş olundu və əvəzinfə istənilən hörməti edə biləcəklərini dedilər. Həmin adamlar mənim “Pokrov Məhərrəm”lə telefon danışığımı da təşkil etdilər.

Ozünə də izah etdim ki, yayılan informasiya başqa kanallara istinadən verilib və şəxsinə qarşı heç bir qərəzim yoxdur. Məhərrəm xeyriyyəçi olduğunu bildirdi, məscid tikdirdiyini, kimsəsizlərə yardım etdiyini mənə xatırlatdı.

Dedim ki, göndən xeyriyyəçilik etdiyinə dair videoları da paylaşaq. Razılaşmadı, israrlı tələbi bu oldu ki, videolar silinsin.

Təbii ki, razılaşmadım. Sonra arada olan adamlar hədə tonu ilə bildirdilər ki, onda “Pokrov Məhərrəm” deyir ki, nə qədər lazımdırsa, pul buraxıb, həmin məlumatların getdiyi hesabları dağıtdıracaq.

Bunu deyən adama bildirdim ki, Məhərrəm belə addım atarsa, cinayətə yol vermiş olar. Çünki bu, killer tutub məni öldürməyə bərabər bir addımdır. Nə fərqi var, ya məni öldütdür, ya da min bir əziyyət hesabına ərsəyə gətirdiyim kanalları dağıt…

Qeyd edim ki, “Pokrov Məhərrəm” Rusiyadan 5 illik deport edilib, bu səbəbdən də Azərbaycanda yaşayır. Bu adam şou biznes nümayəndələri arasında görünməyi əsl hobbisinə çevirib.

Üstündən bir gün keçdi, baxdım ki, “yotube” kanalımızda yerləşdirilən həmin videodan şikayət edilib. Maraqlandım və gördüm ki, şikayəti edən Xalid adlı bir adamdır. Tapıb onunla əlaqə saxladım, mənə açıq dedi ki, o, proqramçıdır və ödəniş müqabilində belə işləri görür. Mənə dedi ki, belə şikayət verməkdə qanunsuz nəsə yoxdur.

İzah etdim ki, mediada gedən materialları bu üsulla saytdan sildirmirlər. Bunun üçün Məhkəmələr var. Kim narazıdırsa, gedib ora müraciət etsin və sənin bu işlərə müdaxilən kibercinayət sayılır. Dediklərimi anlayışla qarşılayıb, şikayətini geri çəkdi.

Amma sonra ard-arda iki şikayət Manaf Ağayevin, bir şikayət isə Məhərrəm Quliyevin (“Pokrov”) adından edildi. Şikayətlərə zamanında cavab vermədiyimiz üçün “yotube” kanalımız bağlandı.

İşə jurnalist həmkarımız Məhəmməd Türkmən qarışdı və Xalid şikayəti geri çəkdiyi üçün kanalımızı aça bildik. Ancaq iki şikayət geri çəkilməlidir ki, gələcəkdə kanalımızın bağlanma risqi aradan qaldırılsın.

Adından şikayət edilən Manaf Ağayevlə əlaqə saxladım. Bu işlərdən xəbəri olmadığını dedi. Təklif etdim ki, şəxsiyyət vəsiqəsilə birlikdə video çəkib, videonu “yotube”a göndərək ki, bizdən şikayəti olmadığı təsdiqlənsin Görüşüb, bunu etdik. Hətta birlikdə bu görüşə dair video da paylaşdıq.

Ən maraqlısı bundan sonra oldu. Həmin görüşdən yarım saat sonra Manaf Ağayev məni yığıb dedi ki, “Pokrov”la danış

ıb, mən “tik-tok”da 800 min baxışı olan videonu silsəm, Məhərrəm iki şikayəti də geri çəkə bilər.

Manaf Ağayevdən soruşdum ki, bəs deyirdin Məhərrəmin bu işlərdə əli yoxdur… Manaf cavab verdi ki, Məhərrəmə hörməti olan dostları bunu edib, xahiş etsə, onu eşidəcəklər. Manafın bu təklifindən sonra tam əmin oldum ki, mənim kanalımı bağladan məhz bu şəbəkədir.

İş burasındadır ki, bu şəbəkə xarici şirkət vasitəsilə Azinforum.az saytından da şikayətlər edib. Saytın fəaliyyətini iflic ediblər. Saytdan edilən şikayətlər də birbaşa Məhərrəm Quliyevin adından olunub. Bütün bunları təsdiq edən sənədləri şərh bölümündə paylaşıram.

Bunun bir adı var, dövlətin qanunlarına meydan oxumaq. Hesab edirəm ki, əlaqədar qurumlar mütləq mənada bu cür pullu adamlara proqramistlik adı ilə “killerlik” fəaliyyəti göstərən çevrəni müəyyənləşdirib, məsuliyyətə cəlb etməlidir.

Bunlar bir toyu 10-15 min manata oxuyub, heç vergisini də ödəmirlər. İndi də bu pullarla da gəlib ölkənin informasiya təhlükəsizliyinə açıq təhdid yaradırlar. Əgər belə bacarıqları varsa, onda niyə xaricdən ölkəmizə söyüş yağdıran kanalları bağlatmırlar?

Əminəm ki, əlaqədar qurumlar bu qruplaşma barədə lazımi ölçünü götürəcək. Çünki bunların qarşısı alınmasa, daha ciddi fəsadlara yol açan addımların şahidi ola bilərik…
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su krantları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".
Bunu Bakupost.az -ın əməkdaşı ilə söhbətində Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.
O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:
“Yerləşdirildiyim palatada anti-sanitariya vəziyyəti hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib yatmalı oldum. Pəncərəlin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpə uşağıma da daraşırdı. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi”.
Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:
“Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstəylə maraqlamaq istəmirlər. Yalnız ayın 16-da Bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, “niyə şikayət edibsən?”. Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar. Amma axı bu belə olmamalıdır”.
Məsələylə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən Bakupost.az-a bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:
"Xəstəxanada hamam problemi var və bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək".
 
Ardını oxu...
Şamaxı rayon sakini, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinin Şamaxı rayon şöbəsinin sədri Tapdıq Manafov müqavilə müddəti bitmədiyi halda işdən uzaqlaşdırıldığını deyir.

Meydan TV-yə müraciət edən Manafov işdən uzaqlaşdırılmasını ictimai fəaliyyəti ilə əlaqələndirir.

“2019-cu ilin oktyabrın 5-də beş illik müqavilə əsasında DOST Agentliyinin Şamaxı rayon şöbəsinin vasitəsilə rayonda kommunal təsərrüfat işlərində işlə təmin edildim. Bu ilin mayın 14-də xəstə olduğum, xəstəlik vərəqəsi təqdim etdiyim halda müqaviləmə xitam verilib. Halbuki müqavilənin müddətinin bitməsinə aylar var”,-şikayətçi deyib.

Bildirib ki, yalnız təqaüdlə dolana bilmir, indiyədək 325 manat maaşla xərclərini güclə qarşılaya bilib:

“65 yaşım var, bu yaşımda işləmək məcburiyyətindəyəm, 6 nəfər ailə üzvü dolanmalıdır. Amma yaşlı vaxtımda məni çörəklə imtahana çəkirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə etdiyim şikayətlər cavabsız qalıb. Təqaüdlə dolana bilmirəm, fəhləyəm, onu da çox görürlər. Halbuki mənimlə çalışanların çoxu elə mən yaşdadır”.

DOST Agentliyindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər.
 
 
 

Ardını oxu...
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində müalicə alanlar kəskin iydən, natəmizlikdən gileylidirlər.

Yeni ana olmuş M.A deyib ki, yatdığı palatada iydən nəfəs tutulur, divarlarda böcəklər gəzir.
Xəstəxananın işdən çıxarılma qorxusu ilə adının çəkilməsini istəməyən əməkdaşı da hamilə qadınların, yeni ana olanların narazılığını haqlı sayır.

“Doğum evində tullantılar vaxtlı-vaxtında daşınmır, boş otağa yığılır. Nəticədə qalanmış tullantıların kəskin iyi palatalara yayılır, ən təhlükəlisi isə odur ki, natəmizlikdən yaranan həşəratlar bütün xəstəxanaya yayılır. Təsəvvür edin, divarlarda, xəstənin şkafında, çarpayılarda böcəklər gəzir, onsuz da doğuşdan sonra zəifləmiş, yaxud gərginlik içində olan qadınlar daha da narahat olurlar”,-xəstəxananın əməkdaşı deyib.

O bildirib ki, xəstələrin müalicəsi ilə məşğul olan müəssisənin özü xəstəlik mənbəyinə çevrilib. Xəstələrin narazılıqları nəzərə alınmır, işçilər isə qorxularından səslərini çıxara bilmirlər.

Ardını oxu...

Tullantıların vaxtlı-vaxtında daşınmamasının səbəbi kimi xəstəxananın Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi ilə müqavilə bağlamaması göstərilir.

Tibbi tullantıların idarəolunmasına dair tələblər mövcuddur. Tibb müəssisəsində tullantıları infeksion və ya qeyri-infeksion (məişət) tullantılarına ayırmalı, tullantılar daşınandan sonra təyinatına uyğun məhv edilməlidir. Hələ pandemiyanın pik vaxtlarında xəstəxanalarda tullantıların daşınması ilə bağlı problemlərin olduğu məlum olmuşdu.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-nin suallarını cavablandırmaqdan imtina ediblər. Bildiriblər ki, mətbuatın suallarına TƏBİB cavab verə bilər. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova isə məzuniyyətdə olduğunu bildirib, digər əməkdaşlar isə sualları cavablandırmayıblar.
 
Ardını oxu...
“Deputata “hücuma keçən” ekspert” ƏƏSMN yanında İctimai Şuranın sədridir

Son günlər əksər media səhifələrini “Ekspert deputata “hücuma keçdi”, “ Deputat qeyri-peşəkar fikirlər səsləndirir” başlıqlı, qaynağı “bakupost.az”dan götürülən informasiya zəbt edib. Azərbaycan Texniki Universitetinin professoru Elşad Məmmədovun millət vəkili Vahid Əhmədovu müharibə veteranlarına verilən 80 manatın artırılması ilə bağlı təklifinə görə “sosial-iqtisadi” yöndən qınaması məntiqə sığmır.

Millət vəkilinin işi müzakirələrdə çıxış etmək, sorğu, təklif vermək, seçicilərinin problemlərini diqqətə çatdırmaq və s. deyilmi? Millətin sözünü deyən millət vəkilini, iqtisadçı alimi Texniki Universitetin professoru, ekspert nədə qeyri-peşəkar sayır? Bəyəm veteranlara əlavə 3-4 milyonun ayrılmamasını irad bildirmək diletantlıqdır? Nədənsə ekspertin ƏƏSMN yanında İctimai Şuranın sədri olması açıqlanmır. Niyə? ƏƏSMN rəhbərliyinin eksperti danışdırmasını pərdələməkdən yana? İctimai Şuranın işi isə nazirliyi qınaqlardan qorumaq yox, əyər-əskiklikləri deməkdir.

Hörmətli millət vəkili bildirir ki, ilkin mərhələdə veteranlarının təqaüdünün 20-40 manat arası qaldırılması üçün 3-4 milyona ehtiyac var. Düz demir, deyin düz demir, pul yoxdur. Pulun yerini də deyə bilərik. DSMF-də 4 ildir Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALI- 39 saylı vəkil bürosuna min kvadrat metrlik ili bir milyon manat civarında ofis icarəyə götürülüb. 40 nəfər civarında məmur-vəkil “ordusu”nun toplam aylıq gəliri yuz min manatı keçir. Bu da ilə bir milyondan çox büdcə vəsaiti deməkdir. Ümumiyyətlə, dövlət orqanında, sosial müdafiə sistemində MƏHKƏMƏ FİLİALI adına bütöv 39 saylı vəkil bürosunun fəaliyyət göstərməsi dövlətin hüquqi, demokratik adına ləkədir. Bu filialın, vəkil bürosunun başlıca işi pensiyaçıların, Qarabağ veteranlarının, əlillərin, qazilərin Konstitusiyanın 25, 26, 60, 61 maddələri ilə təminat verilən bərabərlik, hüquq və azadlıqların müdafiəsi, məhkəmə təminatı , hüquqi yardım hüququna qadağa qoymaqdır. Belə hüquq olar? Əksinə, dövlətin , sosial müdafiə orqanın işi əlillərin, qazilərin hüquqlarını məhkəmədə də müdafiə etməkdir. DSMF isə 39 saylı vəkil bürosunu özünə dövlət qulluğunda vəkil , məhkəmədə müdafiəçi edib. Bilərəkdən mənzil-məişət, sosial xidmət, əlillik təyinatı sahələrindəki şişirtmə yeyintiləri demirik. Bunlar büdcədən yox, əhalidən yeyilir. Amma mənzil alınmasında büdcədən şişirtmə vəsaitin silinməsi də faktdır. ƏƏSMN yanında İctimai Şura bu neqativləri qınamaq, şəffaflığa nail olmaq yerinə, sözünü deyən deputatlara “hücuma keçib”. Şura üzvlərinin özlərinin də aylıq “paketi” var, bu heç kimə gizlin deyil.

...Hələ ƏƏSMN yanında İctimai Şuranın ƏƏSMN-i deputatlardan qoruması, bir çox deputatlara baxanda “toya getməlidir”. Elə deputatlar var ki, nazir(liy)i (ünlü komediya filmində deyildiyi kimi, nazir(liy)i yox, onun pulunu) deputat həmkarlarından da çox istəyir.

Məğrur BƏDƏLSOY
hurriyyet.az
 
Ardını oxu...
Qısa müddət əvvəl Xırdalan şəhər 17 saylı uşaq baxçasında baş vermiş hadisə ilə bağlı yayılan səsəyazısı ölkədə rezonansa səbəb olan xəbərə çevrildi. Rüşvət, vəzifə səlahiyyətindən sui-istifadə və aşma hallarının mövcud olduğu səs yazısı sürətlə yayıldı. Elmvə Təhsil Nazirliyinin reaksiyası geciksə də Regional idarənin reaksiyası heç də gecikmədi. 17 saylı baxçanın müdirəsi Fəranə Məhərrəmova dərhal nəzarətə götürüldü. Bu qalmaqaldan sonra yayılan xəbərlərdə F.Məhərrəmovanın 17 saylı baxçadan Digah qəsəbəsində yerləşən baxçaya direktor olaraq göndərildiyi xəbəri yayıldı. Təəssüf ki, xanım rəhbərliyin ilk günlərindən artıq, gəlirli yerlərin özünün inana biləcəyi şəxslər tərəfindən idarə idilməsi üçün köhnə kollektivin narazılığına səbəb ola biləcək qərarlar verməyə başladı. Rəsmi 10 gündür təyin edilən, amma Xırdalandan çıxarıldıqdan qısa müddət sonra Digahda özünə yer edən direktor ilk öncə maşınını gizlədərək taksi ilə işə, RTİ-nə get-gəllər etməklə gözdən pərdə asmağı da yaddan çıxarmadı. İş başında verdiyi qərarlarla idarəsində olan işçilərin aqresiyasına səbəb olmağı bacaran Fəranə Məhərrəmova “Kanal 14”ün efirində də müzakirə olunub.

“17 saylı körpələr evi-uşaq bağçasında yarım qalan “RÜŞVƏT” işləri 6 saylıda davam etdirilir” sərlövhəsi ilə efirini başlayan “Kanal 14” Fəranə Məhərrəmova ilə canlı yayımda əlaqə saxlayıbb.

Qeyd edək ki, tanınmış jurnalist Kamal Əsgərovun birbaşa yayımında suallara cavab tapmayan, Digah qəsəbəsinin 6 saylı uşaq baxçasına müdür təyin edilən F.Məhərrəmova özünü “aydan arı, sudan duru” çıxarmaq üçün özündən əvvəl o, bağçada fəaliyyətdə olan rəhbərləri ittiham edib. Baxçada fəalliyət göstərən, dövlət xətti ilə işə düzəlmiş Leyla adlı əməkdaşın “DOST” xidməti vasitəsilə işlə təmin edildiyi də məlum olub. Lakin sıxışdırılan Leylanın verdiyi məlumatları inkar edən direktor eks direktor əvəzi Arzu Əhmədovanı günahkar çıxarıb. Eynilə 17 saylı baxçada da baş verən rüşvət tüğyanında ondan qabaq işləmiş direktorların külli miqdarda yeyinti etdiyi məlumatı, yüzlərlə insanın və dövlət qurumlarının canlı izlədiyi efirdən səsləndirib. F.Məhərrəmovanın qeydlərinə görə, invertarların təhvil-təslim prossesini Leylanın etmədiyini, məhs buna görə də 8 gündür işlədiyi müəssisədə baş verənlərə heç nə deyə bilməyəcəyinin vurğulasa da özünün və özündən əvvəlkilərin əməllərini ifşa etdi. Digah kənd 6 saylı baxçada saat 13:00-da anbardan körpələr üçün qidanı gözəyarı götürülməsi və uşaqlara yemək hazırlanması üçün mətbəxə verildiyini etiraf edən Fəranə müəllimə idarəçilikdə səriştəsizliyini dolayı yolla bildirib.

Xanım rəhbərin əslində danışdığı hər bir kəlməsində bu vəzifəyə tamamilə yararsız olması özünün etirafıdır. Lakin, israrla vəzifədə qalmaq sevdası bu şəxsdə hardan, nədən, hansı maraqlardan yarandığı da ortadadır əslinə baxdıqda.

Jurnalistə danışmağa imkan verməyən Fəranə Məhərrəmova Kamal Əsgərovu baxçaya dəvət edir. Lakin, jurnalist baxçaya gəlməyin əsas olmadığını desə və sullara aydınlıq gətirməyin vacibliyindən dəıfələrlə söz açs ada direktor onu dinləmək belə istəmədiyini danışıqları ilə nümayiş etirib. Qeyd etməliyik ki, Fəranə Məhərrəmova Xırdalan şəhər 17 saylı baxçada yayılan səs yazısı ilə əlaqədar tutduğu vəzifəsindən azad edilərək, Digah qəsəbəsindəki 6 saylı baxçaya təhkim edilib. Lakin, gəldiyi gündən illərlə işləyən əməkdaşlara qarşı keçmiş iş yherində olduğu kimi aqressiv yanaşması ilə narazılıqların yaranmasını dərhal bacardı. Keçən yazımızda da Fəranə xanımın RTİ yolunu su yoluna döndərməsini və özünə yeni himayədar axtarışında olmasını qeyd etmişdik.

Lakin, Bakunews.az-a baş verən bu qalmaqaldan sonra artıq yenicə tapdığı himayədarını da itirmək məcburiyyətində qaldığı deyilən məlumat daxil olub. Xırdalan şəhər 17 saylı baxçada yayılan səs yazılarında da qeyd edilən, "pul yığılıb verilməlidir" ifadələrinin sanki ona deyil. jurnalistinistin özünə məxsus imiş kimi özünü tərif edən direktor izləyicilərin də qəzəbinə səbəb olub.

Ardını oxu...

Canlı yayımda özü öz səs yazısı ilə bağlı Prokurorluğa müraciət etdiyin deyən xanım rəhbər səsinin təhrif edildiyin bildirib. Lakin, səsyazısındanda aydın görünür ki, xanım heç də keçmiş direktor barəsində deyil məhs özünün nə qədər varlı ailədən gəlməsindən danışır. İmkanlarını sadalayan və hər iki qızına ev aldığın GL avtomobili xaricdən sifarişlə gətirdiyin deyən Fəranə Məhərrəmova bu qədər varkarın içində niyə 450 manat məvacib qarşılığında direkltor işləməyə israrlıdır deyə sual yaranır…?

Jurnalist Kamal Əsgərovun maraqlı araşdırması nəticəsində yaranan suallardan qaçmaq üçün durmadan baxçaya gəlmək təklifi üstəgəldə özünə tərif əvvəlki rəhbərlərə isə yetəri qədər ittihamlar səsləndirən Fəranə xanım özüdə bilmədən bir çox cinayət əməllərinin etirafın etdi. 17, 22 və 6 saylı baxçalarda rəhbərliyinin araşdırmasını efirdən deyən Fəranə Məhərrəmovanın istəyi yəqin ki, Baş Prokurorluq tərəfindən aydın şəkildə eşidilmişdir. Qeyd etməliyik ki, media resurslarında dərc edilən hər bir materyalda təqdim edilən informasiyanı hüquq mühafizə orqanları əsas götürməklə cinayət işinin başlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Hüquq Mühafizə orqanlarındanda media mənsubu olaraq rica edirik ki, Fəranə Məhərrəmovanın istəyi və yaranan mütləq araşdırma məqsədi ilə xanımın fəaliyyəti tam araşdırılsın. İlkin yayılmış səs yazısındanda göründüyü kimi şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək əməkdaşlarından rüşvət tələb edir. Lakin səsin təhrif edildiyin vurğulamaqla tutduğu əməldən heçdə peşmançılıq hissi keçirmədiyi göz önündədir.

Canlı efirdə aparıcıya qarşı hörmətsizlik etməsidə jurnalistin tam təfərüatlı şəkildə məsələlərə yanaşma etməsinə səbəb oldu. Mədəni davranışla sağolaşmadan suallardan qaçmaq üçün mobil əlaqəni kəsən Fəranə Məhərrəmova bir daha qaranlıq məqamların varlığından xəbər verdi. Güman edir ki, Abşeron-Xızı Regioanl Təhsil İdarəsinin rəhbəri xanımın adekvat olmayan addımları və fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməsi müəssisədə yaranan narazılığın aradan qaldırılması üçün isə yaxlama aparılmasına əmr verəcəkdir. Dəfələrlə mediada yayılan və öz əksin tapan faktlarla bağlı İlhamə Abdullayevanın qətiyətli adımlarıda bu gün media tərəfindən alqışlanmaqdadır.

17 saylı baxçanın keçmiş müdirəsi Günay Hacıyevanın korrupsiya halına yol verdiyi iddiasıda məhs Fəranə Məhərrəmovanın dilindən səslənib. Günay Hacıyevanın bahalı maşını iki qız övladına mənzil alması özəl baxça açması 17 sot torpaq sahəsinin alınması kimi iddiaların da səsləndiyi şok detallar mövcuddur.

Həmin efirin səsələnən etiraflar və ittihamlar olduğu kimi!



Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.

Açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.

“Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, – deyə məlumatda vurğulanıb.

İdarədən həmçinin, qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Mövzunun vacibliyin nəzərə alaraq diqqətdə saxlayacağıq.
Araşdırmalarımız davam edir.


Ardını oxu...
Goranboy rayonundakı Heydər Əliyev parkında yerləşən və ulu öndərin adını daşıyan Mərkəzin binası rəsmən çökür. Dia-az.İnfo bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbəri paylaşan mənbələr bildirir ki, Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir.

Görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Odur ki, bu binanın tikintisi zamanı dövlət büdcəsini dədə malı kimi yeyənləri ortaya çıxarmaq o qədər də çətin deyil...
 

Dünyapress TV

Xəbər lenti