Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Prezidentinin köməkçisi Fuad Ələsgərova, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Möhtərəm cənab Prezident!
Məruzə edərək Sizə bildirirəm ki, 26.07.2024-cü il tarixində avtopark müdiri vəzifəsinə təyin edilmişəm. Təyin olduğum müddət ərzində aşağıda qeyd olunan dövlət əmlakının talan edilməsi ilə bağlı cinayət faktlarının şahidi olmuşam (qeyd olunan bütün cinayət faktları ilə bağlı təsdiqedici sənədlər, video və şəkillər mövcuddur. Bütün
məsuliyyəti hiss edirəm və cavab verməyə hazıram).
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi.
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

Möhtərəm cənab Prezident!
Bütün bu faktlarla bağlı Nəqliyyat və xüsusi texnika idarəsinin rəisi Samir Şahin oğlu Cəbrayılova yazılı formada dəfələırlə müraciət edərək komissiyanın yaradılması və 1 nömrəli avtoparka göndərilməsini tələb etmişəm, Lakin Samir Cəbrayılov cinayət faktlarını daima ört bastr etməyə çalışıb. Mənə təziq göstərir və susmadığım halda mənimlə bağlanmış 3 aylılq əmək müqaviləsini davam etmədiyi ilə qorxudur. 1 nömrəli avtoparkdan heç-bir səsin çıxmaması tapşırığını verib. Avqust ayının hesabatını imzalamadığım üçün məni hədələyir.
11.10.2024-cü il tarixində saat 11:35 radələrində İdarə rəisi Samir Cəbrayılov tərəfindən 1 nömrəli avtoparka göndərilmiş “qoçular” İdarə rəisinin müavini Ülfət Kazımov və İdarə rəisinin müşaviri Nurlan Tağızadə xidməti vəzifələrimi yerinə yetirən zaman otağımda olan İP kamerasını quldurcasına əldə etmək məqsədi ilə mənə fiziki qüvvə tədbiq edərək yerə yıxdılar, tələm tələsik otağı və ərazini tərk edərək (sifarişçinin) Samir Cəbrayılovun yanına getdilər. Faktla bağlı Abşeron rayonu Polis İdarəsində mənim tərəfimdən şikayət ərizəsi təqdim edilmişdir. Eyni zamanda aldığım xəsarətlə bağlı məhkəmə tibbi ekspertizadan da keçmişəm. 12.10.2024-cü il tarixində Ülfət Kazımov və Nurlan Tağızadə Abşeron rayonu Polis İdarəsinə çağırılmış və soyğunçuluq nəticəsində əldə ettdikləri mənə məxsus İP kamerasını, işi aparan təhqiqatçıya təhvil vermişdilər. Hal hazırda təhqiqat davam edir.
Bu cinayət hadisəsi ilə bağlı İdarə rəisi Samir Cəbrayılova yazılı məlumat verdiyimdən sonra, mənə təhkim olunan xidməti avtomobil məndən alındı, xidməti otaqımda olam əmlaklar çölə çıxarıldı və tabeliyimdə olan işcilər tərəfindən xidməti otaq möhürləndi. İdarə rəisi telefon vasitəsi ilə mənə bildirdi ki, məni işdən azad edib. Lakin əmr hələ də mövcud deyil. 28.10.2024-cü il tarixində mövcud olmayan əmək müqaviləmə xitam verildi.
Ülfət Kazımov və Nurlan Tağızadə tərəfindən törətdikləri cinayət əməllərinin səbəbi, Samir Cəbrayılovun 30.10.2024-cü il tarixində 1 nömrəli avtoparkda rəhbər və mühəndis heyəti ilə keçirilən müşavirədə özünün qeyri adekvat davranışının videogörüntülərinin ələ keçirilməsi olmuşdur.
İclas zamanı Samir Cəbrayılov aşağıdakıları qeyd etmişdir (vedomateriallar mövcuddur):
1. Samir Cəbrayılovun Dövlət Gömrük Komitəsində işlədiyi dövr ərzində rüşvət yolu ilə pulun əldə ediləsi və o,dövrdə buna icazənin olması haqqında.
2. 300 000 AZN məbləğində mövcud olmayan mal-materialların qəbul etdiyinin və qəbul sənədinə imza atdığının etiraf edilməsi haqqında.
3. Avtoparkdan bütün hallarda səsin çıxmaması tapşırığının (yani bütün faktlarlın gizlədilməsi) verilməsi haqqında.
4. Aralarında problem olan işçilər, işin sonunda ərazidən kənarda bir birlərinə qarşı soyuq silahdan (bıçaq) istifadə etmələri barəsində tapşırıq verdiyini və hətta bu kimi hallarda özünə məxsus (Samir Cəbrayılova) xəncəlində istifadə üçün təqdim edə biləcəyini də bildirməsi haqqında.
5. Küçədə böyüdüyünü, küçə aləminin qaydalarının bildiyini, onu dəstəklədiyimiz halda digər idarə rəislərinin başlarının əzilməsi haqqında
6. Əvəllər oğurluq edən işçilərə inandığını və gələcəkdə oğurluq əməllərinin təkrar olmaması tapşırığının veriməsi haqqında.
İdarə rəisi Samir Cəbrayılovun belə arxayın çıxışı, bütün işçilərə dediyi kimi, yüksək vəzifəli bir generalın qohumu olmasıdır.
Əvvəlki dövrlərdə rüşvətə əl atan bütün köhnə işçiləri vəzifəyə təyin edib, lakin oğurluğun qarşısını alan vicdanlı işçiləri isə uzaqlaşdırıb. Hal-hazırda cinayət faktlarına göz yumadığıma və susmadığıma görə idarə rəisi Samir Cəbrayılov məni də vəzfədən uzaqlaşdırdı. Hal hazırda işə gedə bilmirəm.
Çox təsüflə qeyd etməliyəm ki, bu gün bu sahəyə diqqət çox aşağıdır. Bunun səbəbi, İdarə rəisi Samir Cəbrayılovun Nəqliyyat sahəsindən uzaq olmasıdır.Bütün bu faktlarla məlumatlı olduqları halda Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin rəhbərləri susur, heç bir reaksiya vermir.
Möhtərəm cənab Prezident!
Hansı vəzifədə oluramsa olum çalışdığım sahədə, amalım Ümummilli Lider Heydər Əliyevin İdeallarına sadiq qalmaq, müstəqil Azərbaycan dövlətimizin iqtisadiyyatını gücləndirmək, müxtəlif yollarla dövlət əmlakını mənimsəmələrinin qarşısını almaq və Sizin daxili siyasətinizi dəstəkləmək olmuşdur.
Möhtərəm cənab Prezident!
Yuxarıda qeyd olunan xüsusatların araşdırılmasına dair, tabeliyinizdə olan xüsusi- xidmət və hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. İnanıram ki, məs Sizin müdaxilənizdən sonra mənim əlimdə olan sübutedici faktlar və dəlillər əsasında bu cinəyətkar dəstə zərərsizləşdiriləndən sonra ədalət mühakiməsi vasitəsi ilə, törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar.
Aktualinfo.org
P.S. Mövzu ətrafında araşdırmalarımızı davam etdiririk. Yaxın günlərdə daha geniş məlumatları diqqətinizə çatdıracıq. Əks tərəfin də mövqeyini dinləməyə hazırıq.


Ardını oxu...
"Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində zibillər vaxtında yığışdırılmır. Üfunət səbəbindən ərazidən keçmək mümkün deyil".

TEREF bildirir ki, bunu Bakupost.Az-a şikayət edən Sumqayıt sakinləri deyib.

Onların sözlərinə görə, yaxınlıqda böyük supermarket yerləşir. Sakinlərdən başqa, market də xarab olan məhsulları və zibilləri ora atır:

"Ərazidə antisanitariyya vəziyyəti hökm sürür. Zibil konteynerləri günlərlə boşaldılmır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Zibil tullantıları vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün sakinlər zibili yerə atmağa məcbur olur".

Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə Bakupost.az-a ada bildirib ki, bələdiyyənin yaranmış vəziyyəti birbaşa həll etmək imkanı yoxdur, sakinlər isə siqnal xidməti vasitəsilə müəyyən məbləğ qarşılığında əraziyə xüsusi məişət tullantıları maşını cəlb edə bilərlər:

"Şəkillər və videolardan görünür ki, antisanitariya vəziyyətin yaranmasında yaxınlıqdakı supermarketin böyük rolu var. Çünki məişət tullantılarının qalaqlanıb qaldığı yer həmin obyektə çox yaxındır. Problemin tam həlli üçün Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlanılması məqsədəuyğundur," - deyə o əlavə edib.

Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə də əlaqə saxladıq. O, Bakupost.az -a problemin əsas səbəbkarı kimi yaxınlıqdakı böyük supermarketin fəaliyyətini göstərdi:

"Supermarketə ərazinin təmizliyini nəzarətdə saxlamaq və tullantıların vaxtında yığışdırılması üçün ciddi tapşırıq verilib. Hazırda həmin ərazi zibillərdən tamamilə təmizlənib", - deyə Eyvaz Qocayev bildirdi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ulu öndərdən yaxşı kim deyəcək ki?

Gəncə gəncəlilər üçün nədir? Tək bu sualı cavablandırmaq üçün bir kitab yazmaq mümkündür, o ki qaldı bir məqalənin daxilində bu suala işıq tutmaq olsun. Bu 5 hərfdə Gəncə sakini üçün həm Vətən, həm torpaq, həm namus, həm ev-eşik, həm ailə, həm həyat, həm ölüm, həm uşaqlıq, həm yetkinlik, həm fərəh, həm qürur, həm sevinc, həm kədər – bir sözlə, bütün dünya cəmləşib. Bəs yaxşı, qeyri-gəncəli, Azərbaycanın digər bölgələrində dünyaya göz açan, yaşayan üçün nədir Gəncə? Bu suala isə Ulu öndər Heydər Əliyevin sözləri ilə cavab versək, məsələyə tam aydınlıq gətirmiş olarıq: “Biz hamımız – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”.

Bəli, hər bir azərbaycanlı üçün bu qədim Nizami yurdu fəxr mənbəyidir. Onu qorumaq, bacardığımız qədər vəsf etmək hər birimizin borcudur. İllah da ki bu, sənin vəzifə borcun ola, buna görə sənə dövlət büdcəsindən aybaay maaş ödənilə. Belə məsul işlə vəzifələnənlər, düşünmək olardı ki, gecəni gündüzə qatırlar, bəzən sutkalarla yuxusuz qalırlar – təki Gəncəmiz abad olsun, təki bu küçələrdə dolaşan Cavad xanla oğlu Hüseynqulu xanın, Nizami babamızın, bu torpaq uğrunda müxtəlif dövrlərdə canından keçən minlərlə ərənin ruhu abad şəhərin mənzərəsindən şad olsun. Amma, nə yazıq ki, reallıq belə deyil. Daha doğrusu, bu düşündüklərimizlə reallıq arasında yerlə göy qədər fərq var…

Şikayət, şikayət, şikayət…

Etiraf etmək nə qədər acınacaqlı olsa da, Gencexeber.az-ın redaksiyasına hər gün gəncəlilərdən onlarla şikayət daxil olur. Bu şikayətlər şəhərin, demək olar ki, bütün ərazilərini əhatə edir. Şikayətlərin mövzusu isə müxtəlifdir: kommunal xidmətlərin yarıtmaz fəaliyyətindən tutmuş qədim şəhərin küçələrində dəstə-dəstə dolaşan sahibsiz itlərin saçdığı təhlükəyə qədər. Bəzən əməkdaşlarımızda hətta belə sual da yaranır: görəsən, dövlət başçısının əhalinin rifahının yaxşılaşdırılmasına, yerli icra hakimiyyətlərinin üzərlərinə düşən vəzifələrini vicdanla yerinə yetirmələrinə dair zaman-zaman səsləndirdiyi tələblərini Gəncənin başbilənləri eşitmirlərmi? Ya yaddaş pozğunluğu var bunlarda, eşidirlər, amma çox tez də unudurlar? Eşidib məhəl qoymamalarını isə ağlımıza gətirmək istəmirik. Ən azından bu qədər laqeydliyi sadəcə təsəvvür etmək adamı dəhşətə məhkum edir. Bəs elə isə səbəb nədir? Nə üçün vəzifəsi şəhəri abadlaşdırmaq, gəncəlilərin normal həyat tərzini təmin etmək olan adamlar bu dərəcədə biganədirlər Gəncəyə? Əslində, bunun səbəbini ehtimal edirik, hətta deyərdik ki, bilirik. Amma bu barədə yazının sonunda…

O ki qaldı hər yerdən əli üzülən gəncəlilərin bizə müraciətlərinə… Təbii ki, onların hamısını kiçik bir yazıda əhatə etmək mümkünsüzdür. Elə bir məqsədimiz də yoxdur zatən. Amma bir neçə nümunəni oxuculara təqdim edəcəyik.
Ardını oxu...
“Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur!”

Oktyabrın 18-də Gəncədə faciə baş verdi: İsaq Cəfərov küçəsində qaz sızmasından sonra meydana gələn və ölümlə nəticələnən partlayış beşmərtəbəli yaşayış binasının iki blokunda yerləşən 35 mənzili yararsız hala saldı. Hadisə yerinə gələn Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gencexeber.az-a verdiyi açıqlamada bildirdi ki, “FHN-nin komissiyasının rəyini gözləmək lazımdır ki, bilinsin, bina təmir oluna bilər, yoxsa sökülüb yenidən tikilməlidir”. Daha sonra zərərçəkənlərə hər cür dəstək göstəriləcəyinə dair vəd də verdi: “Həmin binada yaşayış mümkün olmadığı üçün kimin yaxın qohumu var, onlara yönləndiriləcək. Kimdə çətinlik yaransa, onlara kirayə ev tutulacaq. Bu gün onlara ilkin yardım olunacaq”. Nə gözəl! Operativ və işgüzar! Amma belə yerdə deyiblər: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Təəssüf ki, Bayramovun oxuduğu Quran olmadı. Faciədən 20 gün ötdükdən sonra zərərçəkənlər redaksiyamıza müraciət etdilər. Onlar Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyindən, eləcə də onların acınacaqlı vəziyyətlərinə tam biganəlik nümayiş etdirməsindən narazılıqlarını bildirdilər. Dağılan binanın sakinləri söylədilər ki, İcra Hakimiyyəti müvəqqəti yaşamaq üçün kirayə pulu ayrılacağını vəd edib, ailə başçılarının bank rekvizitlərini toplayıb, lakin 20 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir maddi yardım göstərməyib: “Evimiz dörd blokdan ibarətdir. Partlayışdan sonra üçüncü tamamilə dağılıb, dördüncüdə isə mənzillərə qismən ziyan dəyib. Buna baxmayaraq, bizə heç bir köməklik göstərilmədiyi üçün bəzi insanlar öz mənzillərinə qayıtmağa məcbur olublar. Mənzilimiz dağılmasa idi, biz də qayıdardıq. Nə qədər qohum evində qalmaq olar?”.
Ardını oxu...
Bundan sonra əməkdaşımız Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladı. Qurum cavabında bildirdi ki, yaxın zamanda bu haqda məlumat veriləcək. Səbəb? Nə üçün indi yox, yaxın zamanda? Diqqət edin səbəbə: “MÜVAFİQ ŞÖBƏNİN MÜDİRİ EZAMİYYƏTDƏDİR”. Təsəvvür edirsinizmi bunu? İnsanlar evsiz-eşiksiz qalıb, əşyalarının bir hissəsi məhv olub, onlara dövlət rəsmisi tez bir zamanda yardım olunacağına dair söz verib və… Ağa, Bəy, Xan, Padşah dincəlir! Rəiyyət isə… Əşi, rəiyyətdir də! Redaksiya olaraq İcra Hakimiyyətindən yeni məlumatları gözləməkdən savayı çarəmiz qalmadı. Və səbrimiz nəticəsini verdi, İH-dən lütf edib bizi də, sakinləri də “sevindirdilər”. Qəzanın baş verməsinin az qala 1 ayının tamamında belə açıqlama gəldi: “Kirayə mənzillərlə bağlı məsələ müsbət yöndə öz həllini TAPACAQ”. Məqalə yazılanda (qəza baş verəndən 35 gün sonra!) İH hələ də axtarışda idi, amma bir şey tapa bilməmişdi. Hara tələsir ki? “Papaq” filminin qəhrəmanının təbirincə desək – “Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır! Həsən ağa cəmi mahalın atasıdır, ağsaqqalıdır! Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur!” İndi biz nə karəyik ki, “kəsilən başa” görə kimisə narahat edək? Necə deyərlər, sərgüzəştlər davam edir!
Ardını oxu...
Ümid ölsə-ölsə, Gəncənin bərbad yollarında öləcək

Gəncənin bitmək bilməyən problemlərindən biri də yollarla bağlıdır. İlahi, axı nə qədər şikayət olar? Hərdən elə təsəvvür yaranır ki, Gəncə rəhbərliyi ümumiyyətlə işə avtomobillərlə deyil, helikopter və ya təyyarələrlə gedib-gəlir. Əks halda şəhərin bərbad vəziyyətdə olan küçələrini, piyadaların və avtomobil sahiblərinin hər gün təkrarlanan iztirablarını görərdilər axı! Əgər görsəydilər, onlarda olan məsuliyyəti, vəzifələrinə canla-başla əməl etmə dərəcələrini nəzərə alaraq, dərhal əncam çəkərdilər! Deməli, görməyiblər. Ya da ki… Ya da ki, özləri hərəkət etdikləri küçələri normal vəziyyətə gətirir və bununla da rahatlıq tapırlar. Çox təfərrüata varmadan sadəcə Gəncənin bərbad yollarla “zinətlənmiş” bəzi ərazilərini sadalayaq: Cümhuriyyət küçəsi, 20 saylı marşrut avtobusunun dayanacağnın yaxınlığı; Sevinc qəsəbəsi, 11 saylı marşrut avtobusunun dayanacağının ətrafı; 28 May və Nizami Gəncəvi prospektlərinin kəsişməsi; 13 saylı tam orta məktəbə aparan bir neçə köməkçi yol; Sevinc qəsəbəsinin 10-cu küçəsi; Abbas Səhhət küçəsi; Natavan qəsəbəsindəki Milli Qəhrəman Ənvər Arazovun adını daşıyan küçə; Əlişir Nəvai küçəsi; Bayan küçəsi və s. Sıralamanı hələ davam etdirmək də olardı. Amma bunda bir fayda görmürük. Çünki eyni problemi bəzən 2-3 dəfə saytımızda işıqlandırmışıq, gəl ki, ölü nöqtədən bir tərpəniş olmayıb. Sakinlər isə ümidlə yaşayırlar. Çünki ümid sonuncu ölür. Gəncə rəhbərliyinin şəhər yollarına göstərdiyi biganəliksə belə bir ehtimal irəli sürməyə əsas verir: ümid ölsə-ölsə, bərbad yolların birindəki qəzada canını tapşıracaq.

Gözdən pərdə asmaq “ustalığı”

Yollardan söz düşmüşkən onu da qeyd edək ki, bəzən şəhərin başbilənləri onlara ünvanlanan iradlardan sanki bezirlər, usanırlar, təngə gəlirlər. Və… Düşünürsünüz ki, yolları təmir edirlər? Qətiyyən! Yol təmirini imitasiya edirlər, gözdən pərdə asırlar, vəssalam. Nümunələr də “N” qədər. Biz yenə də bəzilərini misal gətirməklə kifayətlənəcəyik.

Bursa küçəsində təmir işlərinə başlanılıb: asfalt çəkilib, yolun kənarlarına yeni bordürlər düzülüb. Lakin naməlum səbəblərdən görülən işlər yarımçıq buraxılıb. 600 metr uzunluğu olan küçənin təxminən 40 metri, Mircəlal Paşayev küçəsi ilə kəsişməyədək olan hissəsi, olduğu kimi – asfaltsız və baxımsız halda qalıb. Hələ bu azmış kimi, təmir işləri zamanı aidiyyəti qurumun əməkdaşları yeraltı elektrik naqillərini zədələyiblər. Bu səbəbdən ərazi dörd gün işıqlandırılmayıb. Həmçinin bəhs etdiyimiz natamam təmirdən sonra küçənin müxtəlif hissələrində tikinti tullantıları qalıb.

Və ya Natavan qəsəbəsindəki Milli Qəhrəman Ənvər Arazovun adını daşıyan küçə. Problem saytımızda işıqlandırıldıqdan sonra küçədə özünəməxsus “təmir işləri” aparılıb. Belə ki, yoldakı çuxurlar… QUMLA ÖRTÜLÜB!

Adil xan Ziyadxanov küçəsində də eyni hal yaşanıb. Beynəlxalq xəstəxananın yanında avtomobil yolunun səthində iri çuxurların əmələ gəlməsinə dair saytımızda yazı dərc edildikdən sonra aidiyyəti xidmətlərin əməkdaşları əraziyə baxış keçirərək yolun həmin hissəsini təmir etmək əvəzinə sadəcə… TORPAQLAYIBLAR!

Sonra… Amma ehtiyac varmı? Bu halların hamısı bir ata-ananın dünyaya gətirdiyi əkiz övladlar kimi bənzərdirlər. Ən əsas ortaq xüsusiyyətləri isə laqeydlikdir, vəzifəli şəxslərin öz vəzifə borclarına laqeydlikləri.
Ardını oxu...
Gəncədə göydən daş yağır

Gəncənin bitməyən problemləri zəncirinin daha bir halqası isə şəhərdəki binaların təhlükə saçan fasadlarıdır. Elə tikililər var ki, gəncəlilər onların yanından keçəndə sözün əsl mənasında həyatlarını təhlükəyə atırlar. Və bu, şişirtmə deyil. İki il əvvəl Gencexeber.az qırmızı kərpiclə üzlənən fasadlarda çatların əmələ gəlməsi və təhlükə mənbəyi olması barədə məlumat vermişdi. Təbii ki, ənənəyə sadiqlik nümayiş etdirildi, heç bir tədbir görülmədi. Cəmi 1 aydan sonra isə, martın 19-da, evin qırmızı kərpicli üzlüyü ana və uşağın üzərinə düşdü. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verdi. Nəticədə hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdılrıldı. Düşünmək olardı ki, şəhər rəhbərliyi, heç olmasa, indi əməli işə başlayacaq. Amma… 2024-cü ilin oktyabrı. Yəni ana və övladının başına gələn hadisədən 2,5 il sonra. Gəncədə kişi yalnız sayıqlığı sayəsində binanın damından düşən fasad qırıntılarından yayınıb və real ölümdən qurtulub. Bu dəfə hadisə Dədə Qorqud küçəsində (Köhnə Yevlax avtovağzalı) yerləşən “Nicat Aptek”in qarşısında baş verib. Belə ki, beşmərtəbəli binanın önündən keçən 1969-cu il təvəllüdlü Arif Nəzərovun üzərinə tikilinin fasadından ayrılan hissələri tökülüb. Kişi son anda bədbəxt hadisədən yayınmağı bacarıb.

Təhlükə saçan fasadlardan biri də Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovun doğulduğu və qırmızı kərpicdən tikilmiş binada müşahidə olunur. Saytımız bu problemi işıqlandırdıqdan və İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən tarixi binanın fasadının və damının zədələnməsini bildirdikdən sonra Gəncə şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verib. Qurumdan redaksiyamıza bildirilib ki, həmin bina xüsusi mülkiyyətdədir. Buna görə də, təmir-bərpa işləri qanunla mülkiyyətçinin vəsaiti hesabına aparılmalıdır: “Məlumat üçün bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun VI fəslinin (Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri) 25-ci maddəsinə (Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması) uyğun olaraq, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən sözügedən bina “Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi” kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qeydiyyata alınıb. Bina xüsusi mülkiyyətdədir… Yaranmış vəziyyətə görə Gəncə İH MƏSULİYYƏT DAŞIMIR”. Belə. Bu yanaşma bilirsiniz nəyə bənzəyir? Evdə kanalizasiya borusu zədələnir, otaqları, mətbəxi, dəhlizi nəcasət basır, evin kişisi isə divanda bardaş qurub oturur, nəcislə zəngin suyun üzərində üzən evin əşyalarına baxıb əhli-əyalın ona ünvanladığı “bir çarə et, boğulduq, ay kişi!” nalələrinə sakitcə, təmkinini pozmadan cavab verir: “Məlumat üçün nəzərinizə çatdırım ki, bu məsələyə “Azərsu” baxır, mən heç bir məsuliyyət daşımıram. Lazım bilsələr, gəlib tədbir görəcəklər”. Belə anlaşılır ki, Gəncədə potensial ölüm mənbəyi olan fasadlara hələ uzun illər çarə qılan olmayacaq. Amma belə olmamalıdır axı! Bu şəhər hamımızın göz bəbəyidir, onu hamılıqla qorumalıyıq. Bu, xüsusən də, Qədim Nizami yurdunu qorumağa, abadlaşdırmağa vəzifələnənlərə aiddir. Necə yəni “yaranmış vəziyyətə görə Gəncə İH məsuliyyət daşımır”? Necə yəni “bina xüsusi mülkiyyətdədir”? Bu şəhəri sizə tapşırıblar e! Etimad göstəriblər! Səlahiyyətiniz çatmır – zəhmət çəkin, səlahiyyətli orqanları “tərpədin”, işə cəlb edin. Onlara təsir etmək gücündə deyilsinizsə, yuxarı instansiyalara üz tutun, deyin ki, tabeliyimizdə olan şəhər sakinlərinin başına göydən daş yağır! Yoxsa çəkilin kənara, əlinizi qoyun cibinizə, alibi kimi də “məsuliyyət daşımırıam”ı gözümüzə soxun.

Daha nələr, nələr…

Bu yazını hələ çox uzatmaq olar, çünki Gəncə başbilənlərinin fəaliyyətsizliyi uzun illərdir davam edir və miqyası hər ötən günlə böyüməkdədir. Əhalinin bərbad su təchizatı, küçələrin zibil içində batıb-getməsi, sutkanın qaranlıq saatlarında şəhər küçələrinin zülmətə qərq olması, sıradan çıxan su və kanalizasiya borularının aylarla təmir edilməməsi və bunun nəticəsi kimi küçələrin “okeana” çevrilməsi, Gəncəçayın məcrasının zibilxanalara dönməsi, Dəmiryolçular parkının illərdir zəlil vəziyyətdə qalması, şəhər küçələrində dəstə-dəstə sahibsiz itlərin dolaşması və zaman-zaman sakinlərə hücum etməsi və s. və i.a. Hansını deyəsən, hansını yazasan? Zatən illərdir sakinlər bizə yazırlar, zəng vururlar, üzbəüz dərdlərini söyləyirlər, biz də illərdir yazırıq, yazırıq, yazırıq… Nəticə isə – NƏTİCƏSİZLİK! Və bu yazını əvvəldən oxuyanların arasında hansısa məqamda kimsə təəccübləndimi? Kimsə əsəbi halda monitorun qarşısından “ola bilməz!” hayqırıb ayağa qalxdımı? Kimsə qımışıb “day bunlar ağ elədilər e, yəqin bir az başqa cür olub hadisə” düşündümü? Əlbəttə ki, yox. Çünki Gəncədə yaşayanların, bəlkə də, hamısı bu qeyd edilən konkret halları nəzərdən keçirdikdən sonra “hə, bizim də başımıza belə oyun açmışdılar” söyləyəcəklər.

Bunlara da “dur” deyən tapılar

Sonda isə yuxarıda verdiyimiz vədə əməl etmək, “Nə üçün vəzifəsi şəhəri abadlaşdırmaq, gəncəlilərin normal həyat tərzini təmin etmək olan bu adamlar bu dərəcədə biganədirlər Gəncəyə?” sualına cavab vermək istərdik. Çünki onlar Gəncəni SEVMİRLƏR! Çünki Gəncəni sevənlər heç vaxt onun bu günə düşməsinə yol verməzdilər. Qocaman Xalq şairimiz Nəriman Həsənzadənin gözəl sözləri var: “Gəncə, bilirsiniz ki, Azərbaycançılığın Vətənidir. Azərbaycançılıq Gəncədən başlayıb”. Bax budur Gəncə! Anlayın nəhayət! Bütün Azərbaycanın gözü Gəncədədir. Siz də onu biganəliyinizlə, səriştəsizliyinizlə, məsuliyyətsizliyinizlə bütün Azərbaycanın gözü qarşısında göz dağına çevirmisiniz. Yəqin ki, sizə bir “dur” deyən tapılar bu məmləkətdə. Və bir daha, yekun olaraq, Ulu Öndərimizin sözlərini təkrarlayırıq. Təkrarlayırıq ki, qulağınızda sırğa olsun: “Biz hamımız – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”.
Ardını oxu...
Son günlər bəzi estetik həkimlərin diplomsuz çalışdığı iddia olunur. Onlardan biri də “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovadır. Belə ki, diplomu olmadığı deyilən Ü.İlyasovanın 14 noyabr tarixində qanunsuz apardığı cərrahi əməliyyat zamanı bir qadın ölüb.

Hər kəsi iki sual düşündürür:

1. Səhiyyə Nazirliyi bununla bağlı tədbir görəcəkmi?

2. Diplomsuz həkimlərə bu icazəni kim, hansı rəsmi qurum verir?

Məsələ ilə bağlı Globalinfo.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ cinayət tərkibli olduğundan bu hadisəni hüquq-mühafizə orqanları araşdırır.

Səhiyyə Nazirliyindən aksiya keçirən jurnalistin iddiasına cavab - 20.05.2019, Sputnik Azərbaycan

Bundan başqa, araşdırmaların nəticəsi barədə məlumatları istintaq orqanının açıqlaya biləcəyi qeyd edilib:

“Əlavə olaraq qeyd etmək istərdik ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.

Qurumdan verilən məlumata görə, vətəndaşlar istənilən həkimlə bağlı nazirliyə sorğu ünvanlaya bilərlər:

“Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Belə olan halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama keçirilməsi barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinə ünvanladığımız “Diplomsuz həkimlər işlə necə təmin olunur?” sualı cavabsız qalıb.

Xatırladaq ki, sentyabr ayında estetik həkim Ülviyyə İlyasova polis nəzarətinə götürülmüşdü.

Xatırladaq ki, Ülviyyə İlyasovanın pasiyentinin ölümü ilə bağlı məsələni ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova ictimailəşdirib. O, özünün sosial şəbəkə hesabında bununla bağlı video müraciət edib. Q.Ataşova bildirib ki, Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Jurnalistin iddiasına görə, noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib:

“1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib”.

Q.Ataşova bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyib.

Jurnalistin sözlərinə görə, bu faciənin ən düşündürücü tərəfi Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir:

“Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə “həkim” deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan “həkimlər” də qanun qarşısında cavab verməlidir.

Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?”.
 
Ardını oxu...
Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub.
TEREF Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub.
İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir.
"Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb.
"Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür.
Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.
Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır
 
Ardını oxu...
Azərbaycanda sürücüləri cərimələyən qurumların tayı-bərabəri yoxdur. Onlar dünya üçün analoqu olmayan nümunədirlər. Eyni zamanda, ilbəil ya cərimə yazan strukturların sayı artır, ya da dəyişir. Əvəzində isə keyfiyyət dəyişmir, xidmət yoxdur və sadəcə, narazılıq yaradırlar. Elə narazılıq çoxaldığına görə də struktur dəyişiklikləri edilir ki, bəlkə əvvəlki qanunsuzluqlar unudula. Məsələn, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var. Hazırda bu qurumun əməkdaşları zəli olub sürücülərin canına yapışıb. Bu qurumun əməkdaşlarının əksəriyyəti axşam saatlarında, "dərə xəlvət, tülkü bəy" vaxtı gəlib cərimə yazıb qaçırlar. Üstəlik, bir çoxu həddən artiq qorxaqdırlar. Sözlərini sürücülərə deməyə cəsarətləri yoxdur. Ona görə də gizli gəlib cərimə yazıb aradan çıxırlar. Sürücü də bilmir ki, hansı ərazidə çəkilib. Sadəcə, cərimə olunması haqda ümumi mesaj alır. Əvvəllər bu işi Bakı Nəqliyyat Agentliyi adından edərdilər. Sonra BNA AYNA-nın tabeliyinə verildi. Pah, çox böyük islahat olubmuş... Camaat heç bilmir ki, BNA nə işlə məşğuldur, AYNA hansı fəaliyyəti yerinə yetirir. Sadəcə, büdcəyə yük olan strukturların sayı artırılıb, ofislərdə işləyənlər dövlətdən maaş alır, yollarda olan müffətişlər də keçmiş nazir Ziya Məmmədovun "qoçu"ları kimi düşüblər küçələrin canına, sürücüləri cərimələyirlər. Bu mesajlar gah, AYNA, gah BNA adından göndərilir. Onsuz da bir-birinə bağlı olduğuna görə kimin cərimələməsi də əhəmiyyətsizdir. İntəhası, AYNA İdarə Heyətinin sədri Anar Rzayev özünü islahatçı kimi piar edir. Amma fakt budur ki, xalqa qarşı açılan AYNA-lı böyük narazılıq doğurur. Axı cərimələmək çıxış yolu deyil. Heç bir inkişaf etmiş ölkə siyasətini cərimə üzərində qurmayıb, çünki bunun effektiv olmadığını qəbul ediblər. Yalnız bizim kimi büdcəni talayıb, xalqı isə soyanların təfəkküründə bu yanaşma var ki, bacardıqca çox cərimə yazaq. İkincisi, bu cərimələr bir çox hallarda əsassız yazılır, dayanma - durma qadağası olmayan yerlərdə belə gizli şəkildə gəlib sürücüyə cərimə yazıb qaçırlar. Halbuki həmin əməkdaş avtomobilin yanında dayanmalı, sürücüyə xəbərdarlıq və izah etməlidir ki, nəyə görə burada saxlamaq olmaz. Heç bir izahat yox, maariflənmə yox, ucdantutma cərimələmək var. Bu, sadəcə, ayıbdır və biabırçılıqdır. Necə ki BNA və onun sədri Vüsal Kərimli dövlətin, xalqın, prezidentin gözündən düşdüsə, bu gedişlə AYNA və onun rəhbərliyinin də oxşar aqibəti yaşaması istisna deyil. Biz Ziya Məmmədovların, Vüsal Kərimlilərin taleyini də görmüşük. Prezident yeni qurumlar yaradılarkən demir ki, gedib xalqı soyun, harda tutduz cərimələyin. Əksinə, problemlərin həllini tapşırır, strategiya, konsepsiya tələb edir. Amma bizdə hər yeni yaranan qurumun ağlı ancaq onu kəsir ki, cərimələyək, vəssalam. AYNA əməkdaşları da ağac dalında gizlənib cərimə yazmaqla çox qabağa gedə bilməyəcəklər.
Fakt budur - Azparkinq əməkdaşları geyinib bir uniforma, düşüblər şəhərin canına. Şəhər nədir, məhəllələrdə, tinlərdə cərimə yazırlar. Təsəvvür edirsinizmi, bir sürücünü cərimələmək istəyən neçə qurum var? Gərək partizan olasan ki, bu situasiyadan çıxasan. Bir tərəfdən avtobus xəttinə girmək olmaz, o tərəfdən dayanma-durma qaydası pozulmamalıdır, başqa yandan parklanmaya riayət edilməlidir... Sürücülər ancaq və ancaq cərimə edilməmək haqda fikirləşirlər. Belə avtomobil idarə etmək mümkün deyil.
O da deyilməlidir ki, Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Bir sözlə, daha bir qurumdan qurtuluş lazımdır və dövlət bu məsələyə baxmalıdır...

Azər Talıbov
Anaxeber.info
 
Ardını oxu...
" “Qulaq” informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Dillər Universitetinin ezoterik rektoru Kamal Abdullayev ürək funksiyasını yerinə yetirən, hər cür pisliklər toxuyan cəhrəsini təmir etdirmək üçün azarxanada yatarkən onun kabinetində təmir işləri aparılırmış. Təmir zamanı birdən döşəmənin bir hissəsi çöküb. Təmir işi aparan fəhlələr həmin hissədə Böyük Rüşvət Yolu aşkar edib. Hadisə yerinə gəlmiş mütəxəssislər bu yola bütün kafedra və şöbələrdən cığırların uzanıb qoşulduğunu müəyyənləşdiriblər. Yolun kənarında kökü hər tərəfə şaxələnmiş iki kol – sarmaşıq və qanqal da aşkar edilib..." "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Azərbaycanca vikpediyada verilmiş məlumatda göstərilir ki, sarmaşıq (lat. Convolvulus) sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsidir. Onun 250-dək növü məlumdur. Azərbaycanda 8 sarmaşıq növü müəyyən edilmişdir. Həmin növlərdən biri də çöl sarmaşığıdır (lat. (Convolvulus arvensis). Yaşıl yem kimi zəhərlidir. Dünyada sarmaşıq fəsiləsinin sarı sarmaşıq (Cuscuta campestris Cuncker) cinsi 128 növlə təmsil olunur, onlardan 10 növü kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Azərbaycanda onların bir neçə növü vardır.
Sarmaşıq tipli insanların neçə növünün olduğunu və ətraflarına nə qədər ziyan vura bildiklərini isə demək çətindir. Sarmaşığın Cuscuta campestris Cuncker adlanan növlərindən biri də Azərbaycan Dillər Universitetində kök atıb (Foto 1). Onu buraya özü mürəkkəbçiçəklilər fəsiləsinin qanqal sinfinə aid olan adi qanqalın (lat. Cirsium vulgare) (Foto 2) təmsilçisi kimi fəaliyyət göstərən rektor Kamal Abdullayev gətirmişdir. Rektorun Maliyyə məsələləri üzrə müşaviri vəsifəsini tutan, lakin baş mühasibin də səlahiyyətlərini əlindən almış, bütün qaranlıq maliyyə işlərinin icracısı kimi tanınan və özünü şətslə Universitetin sahibi adlandıran Nüşabə Tanrıverdiyeva Universitetdə sarı sarmaşıq növünü təmsil edir. Çöküntü zamanı tapılmış qanqal və sarmaşıq bu rektor–müşavir cütlüyünün yeraltı təmsilçiləri imiş. “Qulaq” informasiya agentliyinin müxbiri rektorun sayı-hesabı bilinməyən yeraltı köklərinin araşdırılmasını hələ davam etdirir, lakin onun müşaviri N.Tanrıverdiyevanın köklərinin bir qismini artıq müəyyənləşdirib. Hələ tamamlanmamış siyahıya görə, həmin köklərin yayıldığı istiqamətlər bunlardır:
1. Hüsniyyə Tanrıverdiyeva, müəllim (0,5 ştat) – Nüşabə Tanrıverdiyevanın qızı. O, boş qalmış kafedralardan birinin yeni müdiri olmaq üçün heç kim rüşvət vermək istəmədiyindən, necə deyərlər, malın batmaması üçün həmin kafedraya müdir kimi hazırlanır.
2. Nigar Tanriverdili, Universitetin magistri, həm də laborantı – Nüşabə Tanrıverdiyevanın qardaşı qızı.
3. Nüşabə Tanrıverdiyevanın qardaşı – Universitetin sürücüsü.
4. Nüşabə Tanrıverdiyevanın baldızı – xadimələrin nəzarətçisi,
5. Günel Şıxəliyeva – Rusiyaşünaslıq Elmi tədqiqat laboratoriyasının işə gəlməyən, lakin hər ay maaşını alan əməkdaşı, Nüşabə Tanrıverdiyevanın yaxın adamı.
6. Münirə İbrahimova – İsrail mərkəzinin, Kamal Abdullayevin kadrı olsa da, bir köklə də Nüşabə Tanrıverdiyevaya bağlı olan, yəni onun himayəsinə sığınmış, işə gəlməsə də, maaşını almaqda davam edən əməkdaşı.
Müxbirin məlumatına görə, araşdırmalar göstərir ki, rektor–müşavir cütlüyü çox geniş insan və rüşvət şəbəkəsinə malikdir. Məlumatda bu şəbəkənin zərərsizləşdirilməsi üçün Hollandiyadan məhvedici gücə malik yeni preparatların gətiriləcəyi də bildirilir.
Gözləyək..."
 
Ardını oxu...
"Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsində yerləşən (Tarqovu ərazisində) "Fontana" kafesinə 02.11.2024-cü il tarixində biz Valideynlər, sinif rəhbəri və uşaqlarla birlikdə nahar etmək üçün yaxınlaşdıq və menyudan baxıb sifarişlərimizi etdik..." "DİA-AZ" xəbər verir ki, bu barədə 2müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Sifarişlərimiz gec (1 saatdan sonra) və natamam gəlib. Xidmət sıfır səviyyəsində olub. Bəzi sifarişlər menyuda olan qiymətlərdən artıq hesablanıb. Çekdə də bu özünün təsdiqini tapır. 3 dəfə çek gətirilib və fərqli qiymətlər göstərilərək hesablanıb. Menyunun şəkli də var bizdə. Sifarişlərin sayını da çekdə artıq göstəriblər. Məsələn, 12 porsiya sifariş etmişik, çekdə 14 hesablanıb. Sokların miqdarı 350 ml olsa da daha az miqdarda gətiriblər və sokun qiymətini də menyuda olandan daha çox yazıblar. Sok qabının pulunu da hesablayıblar. Çeklərə nəzər salsanız görərsiz ki, qiymətlər arasında nə qədər fərq var. Misal, tərəvəz kabab 1ci çekdə 9 manatdan hesablanıb, ən sonuncu çekdə isə 6 manatdan hesablandı. Biz səs küy salandan sonra yenidən hesablanaraq sonuncu çeki verdilə. Sonuncu çek də onu təsdiq edir ki, bizi aldadaraq daha çox pul almaq istəyiblər.
"Antiihsar"a şikayət yazmışıq. Daha da əmin olmaq üçün soruşuram. Biz əlavə hansı quruma şikayət yaza bilərik?! Şikayət olunsun və araşdırılsən ki, bir daha belə kimisə aldatmasınlar..."
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Mürsəl İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin ediləndən sonra bu qurumda ciddi dəyişikliklərin baş verdiyi həqiqətdir. Mürsəl İbrahimovun SHXÇDX-nin rəisi təyin edilməsindən sonra bu qurumda ciddi qanun pozuntuları aşkarlanıb, xeyli sayda Xidmət əməkdaşı məsuliyyətə cəlb edilib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hərbi xidmətdən yayınan bir çox şəxsin aşkarlanması, onların xidmətə cəlb edilməsi təmin olunub. Rüşvət və korrupsiyaya yol verən şəxslərin Xidmətdən uzaqlaşdırılması və məhkəmə qarşısına çıxarılması da Mürsəl İbrahimovun adına yazılan müsbət yeniliklərdir. Lakin zaman ötdükcə məlum olur ki, Mürsəl İbrahimov sadəcə arxasız komissarların qənimidir. Belə olmasaydı, ucqar rayonlarda qanun pozunusuna yol verən komissarlarln bəd əməllərindən anındaca xəbər tutan Mürsəl İbrahimov, “qulağının dibində” – Bakının Nərimanov rayonunda baş verənlərlə bağlı da hansısa tədbir görər, öznü korluğa, karlığa qoymazdı.

Bilməyənlər üçün deyək ki, SHXÇDX-nin Nərimanov rayon idarəsi yol verdiyi qanunsuzluqların miqyasına görə liderdir. Bu idarənin rəisi olan və “X5 Kənan” adlı ilə tanınan şəxs, səfərbərlik xidmətində işlədiyi müddət ərzində milyonlarla manat məbləğində qanunsuz vəsait qazanıb. SHXÇDX-nin Nərimanov rayon idarəsinin rəisinin özünə və ailə üzvlərinə məxsus avtomobillərin ümumi dəyəri yarım milyon manatdan çoxdur. Elit həyat tərzinə malik olan “X5 Kənan” paytaxtın ən bahalı restoranların və brend mağazaların daimi müştərisidir.

Mürsəl İbrahimovdan soruşuruq: Tabeçiliyindəki şəxsin sahib olduğu bu qədər böyük var-dövlətin mənbəyini niyə araşdırmır? Axı uşaq da bilir ki, ayda 800-1000 manatlıq əmək haqqı ilə dəyəri 150 min dollar olan avtomobul sürmək, mühafizəçilər saxlamaq, xaricə tez-tez səyahət etmək, qiymtələri dodaq uçurdan restoranlarda yeyib-içmək mümkün deyil. 5-10 min manata görə 5-10 il həbs alan şəxslərlə müqayisədə 100 min manatlarla vəsaiti noğul kimi udan “X5 Kənan”ın məsuliyyətdən kənarda qalması hansı məntiqə, hansı qanuna sığır? Belə yarımçıq ədalət kimə lazımdır?"
Ardını oxu...
Bakıdakı apteklərdən birində murdar bir insident baş verib.
TEREF-in əldə etdiyi məlumata görə, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı iş vaxtı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür.
Əldə etdiyimiz məlumata görə Cabbarov Elnur Elman oğlunun Bakı şəhərində 6-7 apteki var. Bu apteklərin yerləri bizə məlum olsada araşdırmamız qurtarandan sonra onlarında siyahısını nəzəriniə çatdırcağıq!
Bizi izləyin.
Ardı var!




 

Dünyapress TV

Xəbər lenti