Ardını oxu...
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəmi iki ay qalıb. Bu ilin sentyabır ayının 1-də parlamentə növbəti növbədənkənar seçkilər keçiriləcək. Artıq bir neçə siyasi partiya mənsubu, tanınmış şəxslər bu dəfəki seçkilərdə öz namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Artıq hər kəsə bəllidir ki, bu seçkilərdə parlamentin bir çox üzvü öz mandatını itirəcək. Yeni Azərbaycan Partiyasının namizədləri içərisində də bir çoxu öz mandatını təhvil verməli olacaq. Maraqlıdır ki, bu seçkilərdə yenidən parlamentə düşmək istəyən bəzi YAP üzvlərinə indidən qapını göstəriblər. Çoxlarına bəllidir ki, YAP açıq şəkildə bəyan edib ki, partiyanın bu dəfəki namizədləri modern düşüncə sahibi olan şəxslər olacaq. Bir çox rayonlarında YAP sədrlərinə bu barədə göstəriş verilib. Bu dəfə parlamenti özü üçün qoruma yolu seçən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilən Malik Həsənov haqqında məlumat verəcəyik. 4 ildir ki, cəlilabadlılar millət vəkilləri Malik Həsənovu axtarıb tapa bilmirlər. Keçən iki cağırış Malik Həsənov bir dəfə də olsun secicilərini ziyarət etməyib. Bunu biz demirik. Onun seciciləri sosial şəbəkədə yazırlar. Görünür Malik Həsənovun secicilərinin qarşısına cıxacaq nə üz var, nə də sözü…

Bu illər ərzində millət vəkili ancaq öz biznesini genişləndirməklə məşğul olub. Bu sahədə öz bacarığını nümüyiş etdirib. O, millət vəkili kimi deyil, daha çox biznesmen kimi tanınır. Malik Həsənovun əlinin altında sahib olduğu onlarla şirkət, restoran, ticarət mərkəzləri var. “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. Bəziləri zarafatla deyirlər ki, Cəlilabad məhz Həsənovların kurasiyasındadır. Yəni bütünlüklə bu rayon Həsənovlara xidmət edir və istədikləri vaxt bu rayona başçı təyin etdirə və yaxud cıxarda bilirlər. Bir sözlə Həsənovlar bu rayonun mütləq hakimləridir. Bütün bu gücə baxmayaraq nədənsə Malik Həsənov və onun himayəçiləri sadə secici ilə maraqlanmır.

Amma nədənsə 44 günlük Vətən Müharibəsi zamanı yoxa çıxan Malik Həsənov hələdə üzə çıxmayıb. Cəlilabadlılar yazır ki, əgər bizim millət vəkilini tanıyan varsa desin ki, onun yolunu gözləyirik.

Cəlilabadlıların axtardığı Malik Həsənov kimdir?

Malik Həsənov 1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Rus dilini bilir.
1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləyib. 2007–2010-cu illərdə «Azinko Holdinq» tikinti şirkətinə rəhbərlik edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, İsveçrə, Latviya, Monteneqro, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

Göründüyü kimi parlamentdə də Malik Həsənov özünə lazım olan ölkələrin işçi qruplarında təmsil olunub. 10 il ərzində axtardıqları millət vəkillərini cəlilabadlılar yəqin ki, yaxın 15-20 gündə tapacaqlar. Çünki yenidən deputat olmaq üçün Malik Həsənov məcburən secicilərinin ayağına getməli olacaq.

veteninfo.az
Ardını oxu...
Son zamanlar Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib.Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz.
Bu günlərdə Mediatv.az-ın redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı müəyyən məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd olunur ki, həmin tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarından lazımi icazəverici sənədlər alınmayıb, tikinti işlərinin aparıldığı ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçir, hətta ərazinin "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən aparıldığı bildirilir. Daxil olan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmur və belə bir səbəbdən də, ətraf ərazilərə xoşagəlməz səs-küy yayılır, ərazini toz-torpaq və s. ağuşuna alır. Bu da tikinti işlərinin aparıldığı əraziyə yaxın yerlərdə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olur.Bununla əlaqədar olaraq bir neçə aidiyyatı quruma rəsmi sorgu ilə müraciət etmişik.Sorgumuzdan 1 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ heç bir qurum sorgumuzu cavablandırmayıb.Görünür səlahiyyətli şəxslər tikinti aparan şəxsə "müəyyən şərtlər daxilində" tikinti aparmağa icazə verib.Əslində isə Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.Amma çox təəsüüflər olsun ki,Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri belə bir qanunsuz tikintiyə hələ də göz yumurlar..

Mediatv.az
 
Ardını oxu...
Elmi Tədqiqat Kardiologiya İnstitutunun işçilərinə Ürək Çatışmazlığında Yeniliklər konqresinə qatılmağa niyə icazə verilmədi?

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda direktor Gülnaz Dadaşovanın özbaşınalıqları və qanunsuz əməlləri davam edir.

Bu barədə AzToday.az -a İnstituta yaxın mənbələrdən bəlli olub.

Əldə etdiyimiz məlumata görə, hazırda məzuniyyət götürən və xarici ölkələrdən birində istirahət edən Gülnaz Dadaşova öz səlahiyyətlərinin icrasını müavini Rafael Daşdəmirova həvalə edib. Mənbə bunun tamamilə qanunsuz olduğunu bildirib. Belə ki, bu yaxınlarda Səhiyyə naziri Teymur Musayevin əmri ilə Azad Hacıyev Elmi Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunub. G.Dadaşova məzuniyyətə gedərkən, qanuna görə, onun səlahiyyətlərini baş həkim Azad Hacıyev icra etməli idi. Hətta nazirlikdən bununla bağlı G.Dadaşovaya müvafiq göstəriş də verilib. Lakin nazirin göstərişini heçə sayan G.Dadaşova səlahiyyətlərinin icrasını qeyd etdiyimiz kimi, Azad Hacıyevə deyil, müavini Rafael Daşdəmirova həvalə edib.

Bunun səbəblərinə gəlincə, hazırda G.Dadaşova ilə A.Hacıyevin münasibətlərinin gərgin olduğu bildirilir. Hətta hüquqları pozulduğu üçün baş həkim baş direktoru məhkəməyə də verib. AzToday.az bir müddət öncə bu barədə yazmışdı (https://aztoday.az/news/270740.html)

Beləliklə, aralarındakı konflikt və A.Hacıyevə etibar etməməsi səbəbindən baş direktor ölkədə olmadığı müddətdə İnstituta rəhbərliyi Rafael Daşdənirova həvalə edib. Hətta vacib sənədlərin imzalanması bir neçə gün R. Daşdəmirov tərəfindən həyata keçirilib.

Digər maraqlı məsələ isə G.Dadaşovanın İnstitutun elmi işçilərinə Azərbaycan Kardioloqlar Cəmiyyətinin 28-29 iyun 2024-cü il tarixlərində keçirdiyi 3-cü Ürək Çatışmazlığında Yeniliklər konqresinə qatılmasına qadağa qoymasıdır. Maraqlıdır, bu axı kardiologiya konqresidir və məntiqlə direktor öz elmi işçilərinin bu yüksək səviyyəli tədbirdə iştirak etməsində maraqlı olmalıdır. Bəs, onun bu məntiqsiz, həm də qanunsuz tələbinin səbəbi nədir? Mənbəmizin sözlərinə görə, bunun bir səbəbi Gülnaz Dadaşovanın öz kollektivinin üzvlərini belə tədbilərdə görmək istəməməsidir:

“Xaraktercə özündənrazı, karyerist olan bu adam hesab edir ki, bütün tədbirlərdə özü iştirak etməlidir. O, işçilərinin belə tədbirlərə qatılmasına qısqanclıqla yanaşır” – deyə institutun əməkaşlarından biri deyir. Digər tərəfdən, görünür, Azərbaycan Kardioloqlar Cəmiyyətinin rəhbərliyinə xoş münasibət bəsləməməsi də bu məsələdə ciddi rol oynayb.

Direktorun özbaşınalığından ehtiyat edən bir çox elmi işçilər, həkimlər və hətta məruzəçilər konqresdə iştirak etməyiblər. Bu baxımdan tədbirdə yaranan boşluq ciddi şəkildə nəzərə çarpıb. Axı ETKİ-nun alim, elmi işçi və həkim kollektivi bundan əvvəlki bütün konqreslərdə iştirakçıların əsas hissəsini təşkil edib. Başa düşmək olmur, direktor Gülnaz Dadaşova niyə öz şəxsi intriqalarına niyə bütün kollektivi qoşur? Axı bu əməli ilə o kardiologiya elminə və kardioloqlar cəmiyyətinin birliyiinə zərbə vurur”.

Ən maraqlı məqamlardan biri də bu günlərdə Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş zamanı baş verib. Nazir Teymur Musayevin Avropa Kardioloqlar Cəmiyyətinin sədri ilə görüşünə də G.Dadaşova Azad Hacıyevin deyil, öz etibarlı adamı Rafael Daşdənirovun getməsini istəyib. Yalnız T.Musayevin məsələyə müdaxiləsi və G.Dadaşovanın ondan çəkinməsi ilə A. Hacıyevin görüşdə iştirak etməsi ilə nəticələnib.

Məlumatlı mənbə onu da qeyd edib ki, G.Dadaşova Səhiyyə sistemində yüksək vəzifə tutan şəxs tərəfindən himayə olunur:

“Bu məsələ onu o qədər ərköyünləşdirib ki, o, bəzən Səhiyyə Nazirliyindən verilən göstərişləri belə heçə sayır, qanuna zidd olaraq, bir çox ciddi məsələlərdə özünün şəxsi istək və mülahizələrinə əsasən, qərar verir”.

İnstitunun əməkdaşları G.Dadaşovanın əməllərindən ciddi narazıdırlar. Hətta bu məsələ ilə əlaqədar dəfələrlə onun fəaliyyətindən Nazirliyə şikayət də edilib. Maraqlıdır, G.Dadaşovanı müdafiə edən şəxs kimdir ki, nazir T.Musayev onun haqqında tədbir görmək istəmir?

Narazılıq doğuran daha bir məqam isə hazırda G.Dadaşovanın əmri ilə İnstitutda aparılan təmir ilə əlaqədar tətbiq olunan qanunazidd addımlarla bağlıdır. Belə ki, həkim və elmi işçilər sanitar-gigiyenik normalara uygun olmayan şəraitdə işləməyə məcbur edilirlər:

“Təmirin tozu-torpağı yayın bu istisində tibbi personalın başına yağır. Direktorun işsiz-gücsüz qoyduğu insanlar ikinci mərtəbənin dəhlizinə səpələniblər. Təmirlə əlaqədar İnstitutda çarpayı yerlərin sayı azaldığından iş həcmi də azalıb. Buna baxmayaraq, işçilər ancaq növbəti əmək məzunuyyəti və yaxud da öz hesabına məzuniyyət götürməyə məcbur edilir. Həkimlərə isə boş olan palatalara növbələr yazılır. Qəbul şöbəsinin işçisi Əsmər iki gün dalbadal sutkalıq növbəyə çıxmaq məcburiyyətində qalıb. Ikinci növbədən sonra özünü pis hiss etdiyindən ETKİ-nin həyətinə çıxıb. İşçini yerində görməyən direktorun inzibati məsələlər üzrə müavini Azər Mirzəxanlı onun dalınca adam göndərib və iş otağında olmadığı üçün cəzalandırılacağı ilə hədələyib. Fasiləsiz növbədən onsuz da zəifləmiş qız bu hədəyə görə huşunu itirib”.

Məsələ ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Orxan Məmmədli

AzToday.az
 
 

 


Ardını oxu...
Paytaxtın Nərimanov rayonu ərazisində Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən "Olyumpus Park" layihəsi yerli sakinlər üçün bir kabusa çevrilib. 6 ilə yaxındır vəyəndaşlar evlərindən didərgin salınıb. Pilot layihə adı ilə evləri sökülənlərin yeni mənzillərinə qovuşmaqları bir yana, son aylar heç kirayə pulları da ödənilmir.

 
Ardını oxu...
İcra başçısının müavini vəzifəsindən sui-istifadə edərək Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özünküləşdirib

Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini şəhər icra hakimiyyətinin müavini Orxan İbrahimovun ələ keçirməsi ilə bağlı AzFakt.com-a məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, İcra Hakimiyyəti başçının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Orxan İbrahimov vəzifəsindən sui-istifadə edərək Şirvan şəhər Gəmi Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini ələ keçirib.
Ardını oxu...
Sosial şəbəkədə yayılan məlumatlarda isə bildirilir ki, ərazi Sabirbaddan olan bir qazinin adına sənədləşdirilirb. Yəni Orxan İbrahimov öz yaxın adamı olan Sabirabadlı qazinin adı ilə 13 hektar ərazini özünüküləşdirib.

Qeyd edək ki, orxan İbrahimovun atası Əhmədağa İbrahimov da məmurdur. Belə ki, Əhmədağa İbrahimov hazırda Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində işləyir. Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarətin hansı səviyyədə olmasını ortaya qoyan faktlar hər gün üzə çıxır. Vətəndaş Rasim Tağızadənin Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgəh” restoranında başına gələnlər də bu sahədə durumun, əslində, ürəkaçan olmadığını ortaya qoyur.

Rasim Tağızadə musavat.com-a göndərdiyi müraciətində yazır ki, iyunun 29-da 8 nəfərlik bir dost-qohum kollektivi ilə əylənmək və gözəl vaxt keçirmək niyyəti Bilgəh qəsəbəsindəki həmin restorana üz tutublar:

“Lakin əyləncəmiz günün sonunda restoran rəhbərliyinin təqdim etdiyi hesabla korlandı. Belə ki, restoran tərəfindən təqdim edilən hesabda, əsası və mənşəyi bilinməyən 40 manatlıq “Extra depizot” - bu nədirsə yeni məsələdir və 70.32 manatlıq “Service Charge”, yəni “Servis haqqı” ödənişi öz əksini tapıb. Bu yeni olan “Extra depozit”ə və “Servis haqqı”na etiraz etsək də, restoran rəhbərliyi bu etiraza əhəmiyyət verməməklə “bizdə qaydalar belədir, hara istəyirsiniz şikayət edin” klassik cavabla ödənişi tələb etdilər. Üstəlik tələb etsək də, qanunla nəzərdə tutulan kassa çeki də təqdim edilmədi. Restoran tərəfindən yalnız “Qostevoy şot” adlı sifarişi əks etdirən proqram təminatlı cihazdan qəbz verildi”.

Vətəndaş Rasim Tağızadə hesab edir ki, bu cür xoşagəlməz hərəkətlər həm ölkəmizin qüvvədə olan qanunlarına, həm də müştərilərə açıqca hörmətsizlikdir: “Bu məsələ araşdırılmalıdır və qanunda nəzərə tutulan tədbirlər görülməlidir. Bu hallarla bağlı aidiyyəti üzrə dövlət orqanlarına da, müraciət ünvanlamışıq. Bilgəhdə həmin restorana gedəcək olan müştərilərə bu tip “Servis haqqı” adı altında əlavə ödənişlər tələbinə məruz qalmamaları üçün özləri ilə plastik boşqab, stəkan, çəngəl, qaşıq və bıçaq götürmələrini, eləcə də restoranın mətbəxindən onların sifariş etdikləri yeməkləri və içəcəkləri gətirməsi üçün özləri ilə ofisinat əvəzi əlavə bir şəxs də aparmalarını tövsiyyə edirəm. Axı “İstanbul Meyhane Bilgəh” restoranında bu xidmətlər pulludur”.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda - düz paytaxtın mərkəzində daha bir tikinti özbaşınalığı... Söhbət Yasamal ərazisində Tağı Şahbazi və Qədirli küçələrinin kəsişməsində qanunsuz olaraq inşa edilmiş oteldən və bu otelin ətrafda yaşayan sakinlərə verdiyi narahatçılıqdan - əslində isə cəhənnəm əzabından gedir.

Otel necə tikilib...

Sakinlərin Dia-az.İnfo-ya bildirdiklərindən belə aydın olur ki, inşası təxminən 3 il əvvəldən başlayan və tikintisi boyunca bir ayrı, tikilib qurtarandan sonra isə ətrafda yaşayanlara bir ayrı dəhşətlər yaşayan bu otel indi sahiblərinin özbaşınalığı səbəbindən əməlli-başlı problemə çevrilib.

Qeyd edək ki, tikildiyi zaman həmin ərazinin 4 yanının fərdi mənzillər olması nəzərə alınmayıb ki, bu da əslində ilk əvvəl yerli icra qurumlarının və digər müvafiq dövlət təşkilatlarının günahı, daha dəqiqi isə özbaşınalığıdır.

Hər halda, aşağıdakı fotolardan da aydın şəkildə görünür ki, otel dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və bu evlər köçürülmədən burda hansısa inşaat işlərinin həyata keçirilməsi belə doğru deyildi və həm də ən başlıcası qanunlarımızla qadağandır.

Amma kimdir qanun dinləyən...

Bəli, hal-hazırda sakinlərin narazılığından da belə aydın olur ki, artıq 3 illik məşəqqətli inşaat işlərinin ardından açılışa hazırlanan oteldə son tamamlama işləri görülür. Amma bu tamamlama işləri zamanı otelin sahibləri ayılıblar ki, bəs obyektlərinə gediş-gəliç üçün yol nəzərdə tutmayıblar. Bayaq dedik axı... otel 4 tərəfdən yaşayış evləri ilə əhatələnib.

Sakinlər bildirir ki, ilk əvvəl Qədirli küçəsi istiqamətindən özünə yol planlayan otel sahibləri bunun perspektivsiz olduğunu gördüyündən indi də Tağı Şahbazi istiqamətindəki evlərin sahiblərinin günlərini qara edib, onların yeganə gediş-gəliş yollarında ağalıq etməyə başlayıb.

Bununla bağlı yerli icra hakimiyyətindən və hüquq-mühafizə orqanlarından kömək istəyən sakinlərlə söhbətimiz isə uzun çəkmədi... Çünki hər şey gün k8imi aydın idi....

NÖVBƏTİ YAZIDA:

- Bu məşəqqətli otel hansı məmurundur və burada hansı nazirliyin hesabına pulların silinməsi ehtimalı var?
- Sakinlərin sözlərinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar hansı reaksiyanı verdilər...

Bizi izləməyə davam edin...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Bundan həvəslənən bir çoxları deputat olmaq sevdasına düşüb. Belə şəxslər üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar. Bu arada interpress.az-ın əldə etdiyi məlumata görə, belə şəxslərdən biri də mətbuatda Yasamal rayonunda yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibi Fəhmin Əlizadəni döyməsi ilə məşhurlaşan Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşının rəhbəri Cəlal Qurbanovdur. Məlumata görə, Cəlal Qurbanov artıq deputat olmaq üçün hərəkətə keçib. İş adamı seçkilərlə bağlı prosesə hazırlıq aparır.

Belələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırır. Bu tipli şəxsləri əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər. Çox təəssüflə qeyd etməliyik ki, baş tacımız olan şəhid ailələrini özünə qalxan seçən Cəlal Qurbanov kimi şəxslər Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar. Məlumata görə, iş adamı yaxın çevrəsinə “yuxarıdan” razılıq almışam, deputat olmağıma heç bir problem yoxdur” deyərək hazırlıqlara başlayıb. Məlumata görə, Cəlal Qurbanov 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olacağını çəkinmədən hər yerdə deyir. Qeyd edək ki, həmin dairənin deputatı Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir. Digər mənbənin məlumatına görə, Cəlal Qurbanov Yasamal rayonunun deputatı olmaq üçün danışıqlar aparır.
Bununla bağlı, cumhuriyyet.az olaraq bildirək ki, C. Qurbanov iki il öncə qalmaaqallı xəbərlə gündəmə gəlmişdi. Belə ki, Cəlal Qurbanov 2022-ci il aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində dava salıb. C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.Rəsmi məlumata görə, Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, sonradan tərəflər arasında barışıq əldə olunmuşdur.

 

Ardını oxu...
Son günlər medianın diqqət mərkəzində olan və dəyəri 800 min manat qiymətləndirilən mənzilin iki sahibkar tərəfindən necə ələ keçirilməsi ilə bağlı ətraflı araşdırma aparmışıq. Mustafayeva Məlahət adlı vətəndaş Azinforum.az-a verdiyi eksklüziv videomüsahibədə iddia edir ki, Nərimanov rayonu Mirəli Qaşqay 94 mənzil 25 də olan 300 kvadrat metrə yaxın, dəyəri təxminən 800 min manat olan mənzili 221 min manat pula görə bir neçə nəfər əlbir olaraq ələ keçiriblər.
Bunlardan biri : iqtisadiyyat ünversitetinin (UNEC) müəllimi Vüsal Quliyev, digəri isə Eldar Əliyev adlı iş adamıdır. Onlara himayədarlıq edən isə Nərimanov rayon İcra probosiya şöbəsinin rəisi Zaur Abdullayevdir. Azinforum.az mənzilin ələ keçirilməsində adları hallanan hər iki şəxslə əlaqə saxlayıb. Vüsal Quliyev və Eldar Əliyev isə bildirirlər ki, ailənin başçısı Mustafayev Yaşar hər iki şəxsdən külli miqdarda pul götürüb qaytarmadığı üçün girov kimi qoyduğu ev müsadirə olunaraq hərrac vasitəsilə onların mülkiyyətinə keçib. Dia-az.İnfo hər iki tərəfin mövqeyinin əks olunduğu həmin materialı təqdim edir:

 

Ardını oxu...
Xəbər verdiyimiz kimi Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılaraq ekskavatorla hasarı və evi dağıdıraq həyətində olan ağacları qırıblar.
XALQ.AZ-a daxil olan məlumata görə hadisə Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC -dir.
Aşdırmalarımıza görə “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2019-cü ildən müavini olan İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir.
Qeyd edək ki, “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib.
2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

Ardını oxu...

Qeyd edək ki, İlqar İsbatovun oğlu Aydın Aydınlının “Feniks-AA” MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.
Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-nin rəhbəri Aydın Aydınlıya verib.

Araşdırmalarımızla məlum olub ki, İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib.
Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Tural Qaslmov (ad soyadlı şərtidir) uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur.
Həmçinin qeyd edək ki, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verib.
Məlumatda bildirilir ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə “İbrahim-Q” MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Lakin “İbrahim-Q” MTK Ə. Hüseynzadə 53 küç. binası tikilir, amma olay M. Muxtarov 145 küç. baş verib.
Araşdırmalarımız görə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatda qeyd olunub ki, Murtuza Muxtarov küçəsi, 145 ünvanında “FENIKS-AA” MMC lahiyəsi ilə inşa işləri aparılır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti niyə ictimayyətə yanlış məlumat verir?
Araşdırmalarımı davam edir. Məsələdə adı çəkilən şəxslərin açıqlamasını dərc etməyə hazırıq.

Qadını evdən zorla çıxarılmasının videosu: VİDEO BURADA...

Dünyapress TV

Xəbər lenti