Ardını oxu...
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbutda yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb. XALQ.AZ xəbər verir ki, sabiq “SOCAR”-ın rəhbəri, hazırda İqsadiyyat nazirinin müavini vəzifəsini tutan Rövnəq Abdullayevin qızı Sevinc Əliyeva Bakı şəhərində milyonluq obyekti var.
Ardını oxu...
Daxil olan məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir.
Ardını oxu...
Məlumatlara əsasən Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.
Ardını oxu...
Bu məsələ ilə bağlı Sevinc Əliyevanın mövqeyini öyrənməyə istəsəkdə zəng etdiyimiz nömrədən onun mətbuatla maraqlı olmadığını bildirdilər.
 
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini Abdullayev Ələddin Yasin oğlu Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət ünvanlayıb. Bir nüsxəs9i də Dia-az.İnfo-ya daxil oolan müraciətdə deyilir:

"Yazıb Sizə bildirirəm ki, Ucar Rayon Məhkəməsinin sədri Hilal Xəlilov oturduğu məhkəmə binasını qara bazara çevirib. Belə ki, mən Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Məhkəməyə ərizəni 23 may 2023-cü il tarixdə göndərmişəm. Bu iddia ərizəsi Ucar Məhkəməsi tərəfindən icraata götürülərək hakim Hilal Xəlilovun sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilib. Lakin iki ildən artıq vaxt keçsədə bu iddia ərizəsi əsasında icraata götürülən işə baxılmadan saxlanılıb.

Fevral ayının 23-də Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərovun Ucar şəhərində keçirilən qəbuluna yazıldıqdan sonra nazirliyin əməkdaşı mənimlə əlaqə saxlayaraq problemimlə maraqlandı. Mən bu məhkəmə işi ilə bağlı ətraflı məlumat verdikdən sonra nairliyin əməkdaşı məndən işin məhkəmə ekspertizasının təyin olunması ilə bağlı məktubun nömrəsini istədi. Mən məktubun nömrəsini Ucar Rayon Məhkəməsindən tələb etdikdə məlum oldu ki, ekspertizanın təyin olunması yalandır. Hakim Hilal Xəlilov törətdiyi qanunsuz əməlinə görə cəzalanacağını başa düşüb özü mənimlə əlaqə saxlayaraq məndən xahiş etdi ki, mən Azər Cəfərovun qəbuluna girməyim, qısa müddət ərzində həm ekspertiza keçiriləcək həmdə məhkəmənin növbəti iclasının keçiriləcəyi ilə bağlı mənə bildiriş göndəriləcək.. Lakin qəbulun vaxtı keçdikdən sonra hakim Hilal Xəlilov əvvəlki qaydada olduğu kimi yenədə məni get-gələ salır.

Hakim Hilal Xəlilovun bu hərəkətindən sonra mənə tam məlum olur ki, o öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəmənin yekun qərarını vermək istəmir. Bunun üçün o hər gün bir bəhanə uydurur. Gah deyir ki, cavabdehlər ekspertləri mübahisəli torpaq sahəsinə buraxmirlar, gahda deyir ki, ekspertlər işi yubadırlar. Amma mənə tam məlum olan odur ki, cavabdehlərlə hakim arasında bir əlaqə var. Bu əlaqənində olması maddiyyat üzərindədir. Belə olmasaydı hakim bu məhkəmə çəkişməsini bu qədər uzatmazdı. Qeyd edim ki, həmin torpaq sahəsi ilə bağlı 2017-ci il tarixdə eyni iddia tələbi ilə iddia ərizəsi yazaraq cavabdehlər Rəsulova Xanım Alı qızının həyat yoldaşı, Rəsulova Şəfəq Faxrəddin qızının atası, Abdullayeva Nəzakət Yasin qızının və Əhədova (Abdullayeva) Tahirə Yasin qızının qardaşı olan Abdullayev Faxrəddin Yasin oğlunu cavabdeh qismində qoyaraq Ucar Rayon Məhkəməsinə müraciət etmişdim. Həmin müraciətim Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən araşdırılmış, məhkəmə ekspertizası keçirilmiş və məhkəmənin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddi tələbim təmin edilmişdir. Ucar Rayon Məhkəməsinin bu qərarı qanuni qüvvəsini alaraq icra olunması üçün Ucar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin cavabdeh Abdullayev Faxrəddin Yasin oğlu öldüyü üçün qətnamənin icrası dayandırılmışdır. Həmçinin ekspertizanın verdiyi rəy belə olmuşdur ki, sözügedən torpaq sahəsi mənim xususi mülkiyyətimdədir. Mən həmin torpaq sahəsinə hasar çəkmək istəyəndə bu dəfə hal-hazırda cavabdeh qismində qoyulmuş şəxslər maneə yaratmışlar.

Hörmətli cənab sədr, hörmətli İnam müəllim, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini müvəqqəti icra edən cənab Azər Cəfərova və şəxsən Sizə poçt vasitəsi ilə rəsmi qaydada ərizədə göndərmişəm. Həm Həm cənab Prezidentə həmdə cənab Azər Cəfərova göndərdiyim ərizələr araşdırılması üçün Sizə göndərilib. Sizə göndərdiyim ərizə 01.04.2024-cü il tarixdə Sizə çatıb. Ərizənin Sizə çatması ilə bağlı xəbərnamənin cavabıda mənə poçt vasitəsi ilə verilib. Həmin xəbərnamənidə bu müraciətimə əlavə edirəm. Ərizəmin Sizə çatmasından artıq dörd ay vaxt keçib. Bu dörd ay ərzində Məhkəmə Hüquq Şurasından yəni Sizdən mən cavab almamışam. Niyəsini mən bilmirəm. Onu öyrənmək istəyirəm ki, niyə mənim dörd ay bundan əvvəl yazdığım ərizəyə cavab verilməyir. Dəqiq olmasada onu bilirəm ki, cavabdehlərlə hakim Hilal Xəlilov arasında yaxşı münasibətlər yaranıb. Bu münasibətlərdə maddiyyata görədir. Əvəzində Hilal Xəlilovda cavabdehlərə deyib ki, 2018-ci ildə verdiyi qətnaməyə zidd qərar verə bilməz. Çünki mübhisədə torpaq sahəsidir. Bu torpaq sahəsi əşya deyilki yerini dəyişsinlər, rezin deyilki enin və ya uzunun dartıb uzatsınlar. Ona görədə o cavabdehlərə söz verib ki, mən ölənə kimi məni sürübdürəcək və beləcə məhkəmənin yekun qərarı olmayacaq. Belə olmasaydı ekspertlər gəlmir, ekspertlər torpaq sahəsinə buraxılmır belə boş bəhanələrlə Hilal Xəlilov bu işi bu qədər uzatmazdı, çoxdan yekun qərarını verərdi. Biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin polisi var, prokurorluğu var. Əgər hakim Hilal Xəlilov ədalətli qərar qəbul etmək istəsəydi bu o dediyi yalan və boş bəhanələri çoxdan həll etmişdi.

Hörmətli cənab sədr, hörmətli İnam müəllim Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov barəsində ciddi tədbir görəsiniz..."

Ardını oxu...
ADAU-nun bir qrup professor-müəllim heyəti JAMAZ.İNFO-nun elektron poçtuna şikayət məktubu göndəriblər. Həmin məktubda qeyd edilir ki, bir neçə gündür Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır.

Məktub müəllifləri bildirir ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. “Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir”.

Ardını oxu...

Şikayətçilər deyirlər ki, rektor Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verib. “Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də götürdü”.

Məktub müəllifləri qeyd edirlər ki, rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. “Həmişə xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcək”.

Onlar bildirirlər ki, ADAU-nun baytarlıq fakültəsində bivariuma üfunət iyindən girmək mümkün deyil. “Onun içərisi alaq otları və müxtəlif zibilliklərlə doludur. Fakültəyə məxsus fermaların hamısı Zəfər Qurbanov tərəfindən satıldı. Bu bivariumda dovşan, siçan, at, qoyun, donuz və s. hamısı əvvəllər ayrı-ayrı seksiyalarda saxlanırdı. İndi isə Zəfər Qurbanov bunların hamısını satıb dağıtmış, bütün müxtəlif heyvanları at, donuz, dovşan, siçan və s. hamısı bir yerdə saxlanıır. Aqrar sahədən, bayarlıqdan tam xəbərsiz adam da bilir ki, bu heyvanları bir yerdə saxlamaq olmaz. Həm də bəzi heyvanlar baxmsızlıqda ölüblər”.

Müəllim heyəti yazır ki, rektor həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır. “Deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir”.
 
Ardını oxu...
4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir.

Tribunainfo.az bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. 2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.

Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.

Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.
 
 
 
Ardını oxu...
"Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.

Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.

Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:

"Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan... Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur".

Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

"Əli Hüseynov da "Reo-Med" klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur ".

Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:

"Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.

Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.

Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər".
 
Ardını oxu...
Göyçay sakini torpağının ələ keçirilməsində icarəyə verdiyi şəxslə yanaşı, bəldiyyə, notarius və məhkəməni də ittiham edir

Göyçay rayonu, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına olan torpaq sahəsini saxtakarlıqla ələ keçiriblər:

“Mən, İsrafilov Əlövsət Əjdər oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırasınız.

Belə ki, 1998-ci ildə ölkəmizdə torpaq islahatı keçirilən zaman bizim də ailə üzvlərimizə Aqrar İslahat Komissiyasının qərarı ilə, JN 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq payı verilmişdir. Həmin torpaq sahəsi qonşu kənd olan Veysəllinin yaxınlığında yerləşir. Torpaq sahəsi yaşadığımız evdən çox uzaqlarda olduğundan, Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu bizimlə icara şərti ilə razılaşaraq, torpağın dövlət aktını bizdən aldı. 2000-2003-cü illərdə normal şəkildə Mehman biza icarə haqqı verdi. Sonrakı illərdə icarə haqqını vermədi. Səbəbini soruşanda bildirdi ki, məhsul götürə bilməyib.

Sənədlərimizi Mehmandan tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdi. 2023- cü ildə torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın 16 saylı idarəsinə müraciət etdim. 16 saylı ərazi idarəsindən 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq sahəsinin olduğu barədə dövlət reystrindən arayış təqdim etsələr də, sonradan bizim torpaq sahəmizə çıxarış və plan-ölçü sənədlərinin verilməsindən imtina etdilər.

İmtina ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciətim zamanı bizə məlum oldu ki, mülkiyyətimizdə olan torpaq sahəsini Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Göyçay rayon Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğluna 30 000 ABŞ dollarına satmışdır(cəmi 46.46 ha).

Belə ki, Göyçay rayon Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğlu ilə qabaqcadan əlbir olaraq mülkiyyətçilərin torpaq sahələrini bizdən və mülkiyyətçilərdən xəbərsiz, bu barədə heç bir notariat sənədləri aparılmadan, 2024-cü ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə qanuniləşdirmişdi.

Şəki Apellyasiya Məhkəməsinin hakimi saxtakarlıq faktlarını təsdiq etsə də, saxtakarların cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarmadı. Etibarımızdan sui-istifadə edərək cinayət törətmiş saxtakar barədə tədbir görən yoxdur.

Sizdən xahiş edirik ki, qabaqcadan əlbir olaraq bizim (o cümlədən 40 nəfər mülkiyyətçinin cəmisi 44.43 ha) torpaq payımızı sataraq dələduzluq edən Göyçay rayonu, Veysəlli kənd sakini Fətdayev Məzahir Yusif oğlu barəsində qanuni tədbir görülməsinə köməklik edəsiniz.

Qeyd edim ki, rayonda bu hadisə tək mənim başıma gəlməyib. Rayon sakinlərinin əksəriyyəti aldadılıb. Lakin onlar imkanları olmadığı üçün məhkəmələrə müraciət edə bilmirlər. Deməli, bizim əlimizdə sənəd var, amma qarşı tərəfin əlində sənəd yoxdur. Mənim torpaq sahəm 2 nəfərə satılıb, amma heç birinin əlində sənədi yoxdur. İcarəyə verdiyim şəxs saxtakarlıq edərək, bəzi qurumlarla birgə torpağı satıb.

Hakim düzgün qərar verə bilmir, bu səbəbdəndə qərardadı ləğv edir. Yəni açıq-aydın bildirir ki, biz bu məsələyə baxa bilmirik. Çünki, baxsa düzgün qərar verməyə məcbur olacaq.

Məsələ ilə bağlı Baş prokurorun qəbulunda da olmuşam. Problemi açıq -aşkar danışmışam. Baş prokuror dedi ki, işi “Korrupsiya İdarəsi”nə verəcəyik. Ordan qayıdandan 1 həftə sonra mənə “Korrupsiya İdarəsi”ndə zəng gəldi. Amma necə oldusa, işdə olan cinayət faktı ləğv edildi.

Bu hadisədə Bələdiyyənin, Notariusun və İcra Hakimiyyətinin qanunsuzluqları var. Çünki mənim adıma olan torpaq sahəsi bu qurumların əli ilə başqasına satılıb.

Onu da deyim ki, qətnamənin biri tamamilə gizlədilirdi. Fərhad Əfəndiyevin sağlığında verilmiş qərar o, rəhmətə gedəndən sonra üzə çıxdı. Yəni saxtakarlıq buradan da bəllidir. Çünki sənəddə sübutlar açıq-aşkardır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Lənkəran sakini olan iş adamından Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət

Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 1-də yaşayan Nurəliyev Nurlan İbadulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 29.06.2024-cü il tarixində Lənkəran şəhəri “Dosa Mall” Ticarət Mərkəzinin qarşısında rayon ictimaiyyəti üçün retro avtomobillərin sərgisinin keçirilməsinə, təşkilatçılara dəstək olaraq, özüm iştrak etməklə yanaşı, retro avtomobilləri olan yaxınlarımı da dəvət etmişdim. Tədbir zamanı Bakı şəhərindən özünəməxsus retro avtomobili ilə iştrak edən dostum, 24.07.1987-ci il təvəllüdlü İsmayılov Arifin bir qrup gənclərlə mübahisəsini gördüm. Mən yaxınlaşıb gəncləri sakitləşdirməyə çalışsam da, onlar məsələni tədbirdən kənarda müzakirə etməyi təkid etdilər. Tədbirin pozulmaması üçün məcbur olub kənara çəkilmək qərarını verdik.

Tədbirdən bir az kənarlaşan kimi, Ramal adlı şəxs söyüş və təhqirlərlə dostum Arifə üzərində gəzdirdiyi bıçaqla qəfildən zərbələr endirməyə başladı. Bu zaman Ramilə yaxınlaşıb onu sakitləşdirmək istəyəndə mənə də bıçaqla zərbə endirdi və dərhal hadisə yerindən dostları ilə qaçdı. Mən və Arif təcili yardım avtomobili vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına aparıldıq, orada cərrahiyə şöbəsinə qəbul etdilər. Cərrahiyə şöbəsində hər ikimizə təcili olaraq cərrahi müdaxilə etdilər. Cərahiyyə şöbəsində Arifin sol qolunun bazu hissəsinin arxa tərəfinə (ürək nahiyəsinə yaxın) səkkiz, boyun hissəsinə (qulağının altına) dörd, sinə hissəsinə iki, mənim isə sol böyrümə (ürəyin alt hissəsi) iki cərrahi tikiş qoyuldu. Hadisənin ertəsi günü hər ikimiz xəstəxanadan buraxıldıq.

30.06.2024-cü il tarixində rayon Polis Şöbəsində hər ikimizin hadisə ilə bağlı izahatı alındı. Mənə bir bıçaq zərbəsi, İsmayılov Arifə isə üç bıçaq zərbəsi endirmiş Ramal Sədaqət oğlunun saxlanıldığını bildirdilər.

04.07.2024-cü il tarixində mənə məlumat verdilər ki Ramal Sədaqət oğlunu sərbəst buraxıblar. Yaxınlarım rayon Polis Şöbəsinin Ülvi adlı müstəntiqi ilə əlaqə saxladılar. Müstəntiq Ramalın sərbəst buraxılmasını təsdiqlədi.

Üzərində bıçaq gəzdirən, ictimai tədbir zamanı asayişi pozaraq xuliqanlıq edib iki şəxsə qəsdən 4 bıçaq zərbəsi vuraraq, ciddi xəsarət yetirən ictimai təhlükəli adamın bir müddət Lənkəran rayon Polis Şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılması məni və yaxınlarımı hiddətləndirir.

Cənab Prezident!

Cənab Nazir!
Lənkəranın sosila-iqtisadi inkşafına töhvəsi olan, mədəni-ictimai tədbirlərə aktiv dəstək verən və 120 nəfər işçi heyəti olan fabrik sahibi olaraq, Sizdən ictimai təhlükəli adam olan Ramalın dərhal saxlanılması üçün hüquq mühafizə orqanlarına göstəriş vermənizi və bu cinayət işinə məsuliyyətsiz yanaşan müvafiq şəxslərin cəzalandırılmasını xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Qeyd: Fotoda iş adamı Prezidentlə yanaşı.
 
Ardını oxu...
"DogruXeber.az" olaraq ötən həftə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun redaksiyamıza müraciətini təqdim etmişdik.

O, müraciətində bildirirdi ki, həyat yoldaşı Gülxanım Məmmədova anadangəlmə gözdən əlildir. İllərdir buna görə pensiya alırdı, lakin, respublika üzrə çox insanların əlilliyi kəsiləndə, Gülxanım Məmmədovanın da əlilliyi kəsilib. Əlilliyin yenidən bərpa olunması üçün bir neçə dəfə cəhd etsələr də imtina cavabı gəlib. Belə olan halda tanış bir vasitəçi ona, sözügedən səhiyyə müəssisəndə çalışan və bu işdə kömək edə biləcək bir tibb işçisini tanıdığını deyib.

Ötən (may) ayın 20-də Oftalmologiya Mərkəzində olan Əjdər Məmmədov, həyat yoldaşı Gülxanım Məmmədova ilə birlikdə vasitəçinin tanış etdiyi tibb işçisi Gülnar Həsənova ilə görüşdüklərini və ona əvvəlcədən vəd olunmuş 1800 (min səkkiz yüz) AZN pul verdiklərini deyir.

Bizə göndərilən səs yazılarında da aydın görünür ki, Gülnar Həsənova əminliklə Gülxanım Məmmədovaya ona pensiya təyin olunacağı vədini verir.

Lakin, zamanı yetişdiyində Gülxanım Məmmədovaya Reabilitasiya mərkəzindən imtina cavabı verilməsi, ailənin təəccübünə səbəb olub.

Həmçinin Əjdər Məmmədov qeyd edirdi ki, o, yenidən Gülnar Həsənova ilə telefon əlaqəsi saxlayıb, imtina cavabının səbəbini soruşub. Gülnar xanım isə, - "siz aparatlardan keçəndə pul köçürməli idiniz, niyə köçürməmisiniz? Ona görə kəsiblər. Nərminə Hümbətova kəsib sizi" deyə cavab verib.

Qeyd edək ki, vətəndaş Əjdər Məmmədovun müraciəti ilə bağlı Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yazgül Abdıyeva ilə telefon əlaqəsi saxladıq. Yazgül xanım məsələni aydınlaşdırmaq üçün onu mərkəzə dəvət etdi. Bildirdi ki, - "Vətəndaşı göndərin, gəlsin baş həkimin yanına, aydınlaşdıraq."

Elə həmin gün Əjdər Məmmədov sözügedən göz klinikasına gedib və baş həkim Aygün xanım Məmmədbəylinın iş otağında olub.

Əjdər Məmmədov bildirir ki, "Aygün xanım bizdən pul alan Gülnar Həsənovanı da çağırdı. Gülnar xanım məni görəndə hər şeyi boynundan atdı, özünü tanımamazlığa vurdu. Mən telefonumda olan səs yazısını qoşdum, ondan sonra Aygün xanım Gülnar xanımı danladı ki, "bu sənin səsindir də". Sonra da Aygün xanım əsəbi halda, "bizim adımızı niyə verirsən? Ayıb olsun sənə", deyə, Gülnar xanımı tənbehlədi."

Baş həkimin əsəbi halda Gülnar Həsənovaya dediyi bu ifadə sizcə də ikibaşlı deyilmi?

Bundan əlavə, direktor Elmar Qasımovun və baş həkim Aygün Məmmədbəylinin rəhbərlik etdikləri müəssisədə çalışan tibb işçilərinin "müştərilərə" (Pasientlər) açıq-aşkar (Əjdər Məmmədovun iddiasına görə) "sən bizə pensiya üçün adamlar tap gətir, hərəsindən 100 manat da sənə qalsın" demələri rəhbər şəxslərin işçilərinə verdikləri aşırı "sərbəstliyin" göstəricisi deyilmi ?

İşin daha da qəribə olan tərəfi, vətəndaşın məhz Gülnar Həsənovanın adını çəkdiyinə görə Gülnar Həsənovanın "sudan quru çıxmaq" üçün təkbaşına çırpınışları, müəssisə rəhbərlərinin isə öz səssizliklərinə çəkilmələridir.

Kimsəyə sirr deyil ki, Sosial şəbəkələrdə və sosial mediada Zərifə Əliyeva adına göz klinikasında bütün müayinələr üçün vətəndaşlardan pul tələb edildiyi barəsində məlumatlar kifayət qədərdir. Elə şikayətçi Əjdər Məmmədov da qeyd edirdi ki, - "Bizə dedilər "aparatlara əlavə pul ödəmədiyinizə görə sizi kəsiblər".

Xatırladaq ki, redaksiyamızın əməkdaşları da sözügedən klinikada müayinə edilərkən, onlardan hər aparatla müayinə üçün 30 (otuz) manat pul tələb edilmişdi. Doğrudur, o, zamanlar indikindən fərqli olaraq, baş həkim Səbinə Məcidova idi. Amma, direktor taa 2006-cı ildən bugünə qədər də tibb sahəsində bir çox titullara sahib olan Elmar Qasımovdur.

Demək ki, müəssisədə dəyişən təkcə baş həkimdir. Fəaliyyətin isə uzun illər olduğu qaydada (qanunsuz ödənişlərlə) davam etdirilməsi, hörmətli Elmar Qasımovun öz "vərdişlər"inəmi deyək, "iş prinsipləri"nəmi deyək "sədaqət"inin təzahürüdür.

Yuxarıda şəhid barəsində vurğuladığımız cümləyə gəldikdə isə, xatırlatma üçün qeyd edək ki, adı çəkilən Gülnar Həsənovanın mövqeyini öyrənmək üçün zəng etdiyimizi və ardından dərhal sonra həyat yoldaşının agentliyimizin rəhbəri Kamal Əsgərova zəng edərək, "Həyat yoldaşıma niyə zəng etmisiniz? Qayda var, qanun var" deyə, özünü qanunları yaxşı bilən biri kimi göstərdiyini, eləcə də bizi qanunlarla təhdid etməyə çalışdığını ötən yazımızda bildirmişdik.

Lakin, təəssüflə deməliyik ki, xanımın həyat yoldaşının bu "fədakarlığı" heç də gözlədikləri nəticəni vermədi.

"DogruXeber.az" olaraq, qanunun da tələb etdiyi kimi, vətəndaş Əjdər Məmmədovun müraciəti əsasında, aidiyyatı qurumlara rəsmi sorğular göndərdik. Aidiyyatı qurumlar sorğularımızı hələ cavablandırmasalar da, deyəsən artıq Gülnar Həsənovanı həyəcanlandıracaq addımlar atıblar. Ya da xanım məsələnin artıq , tərəfimizdən ictimailəşdirilməsindən narahat olub.

Əjdər Məmmədov redaksiyamıza bildirib ki, şəhid qızı olduğunu deyən Gülnar Həsənova özünə Gəncə şəhərində yaşayan şəhid ailələrindən ibarət tərəfdarlar toplayaraq, şikayətini geri götürməsi üçün ona mənəvi təzyiqlər etməyə çalışıb. Hətta, o, tərəfdarlar arasında din adamının da olduğunu deyir.

Görünür, xanım haram işə əl atarkən, rüşvət alarkən yadına düşməyən şəhid adından və dindən "qalxan" kimi istifadə etməyə çalışır.

Bəli, Şəhidin Allah dərgahındakı hörməti ilə, tanrının rüşvətə münasibətini mövzunun girişində məhz bunun üçün Yaradanın göndərdiyi ayələrlə və müqəddəs kitabın cümlələri ilə vurğuladıq.

Mövzunu davam etdirəcəyik...
 
 
 

Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində xüsusi mülkiyyətdə olan obyektin yenidənqurması faktı aşkarlanıb.

Ardını oxu...

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

Ardını oxu...

Əslində isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu müstəvidə görəcəyi işlər çoxdur. Hətta o qədər çoxdur ki, nəzəri cəhətdən hətta idarənin əməkdaşlarının sayı yetərli olmaya bilər. Bu işin öhdəsindən gəlmək üçün medianın aşkarladığı faktlara diqqət yetirilməsi gərəkdir. Məsələ burasındadır ki, yerlərdə sözügedən İdarəyə tərəf müqabili kimi çıxış etməli olan digər dövlət orqanları və yerli özünüidarəetmə qurumları (bizim misalda dövlət mülkiyyətində olan torpaqların zəbt edilməsinin qarşısının alınmasına mükəlləf sayılan rayon icra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, torpaq mülkiyyətçisi olan bələdiyyələr, neft çıxarılan ərazilərə nəzarət edən ARDNŞ və s.) nəyinsə qarşılığında neqativ hallara göz yumurlar.

Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar. Onlar qanunsuz tikililərə qarşı mübarizə adı altında hətta bayram günlərində də reydlər edib neqativ halları aşkarlayırlar. Ancaq bu aşkarlama qanunsuzluğun qarşısının alınması ilə müşayiət olunmur. Belə ki, qəsəbədəki “Bolmart” ticarət mərkəzinin arxasındakı icazəsiz “yenidənqurma” davam etməkdədir.

Dəryaz qəzetinə məlumat verən mənbə onudabildiir ki, həmin ünvanda qanunsuz “yenidənqurma” işini Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin sədri Fərid Məmmədəliyev həyata keçirir. Biz onunla telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. İlk əvvəl, obyektin ona aidiyyəti olduğunu inkar etsə də, sonradan obyektin onun şəxsi əmlakı olduğunu etiraf etdi, gördürdüyü işlərin də qanuni sənədlər əsasında həyata keçirdiyini bildirdi.

Ardını oxu...

Təbii ki, bizə icazə sənədi göstərməyə özünü borclu bilmədi. Söhbət o Fərid Məmmədəliyevdən gedir ki, xeyli müddət Bakı ŞİH-nin Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət üzrə kuratoru işləyib və əslən Qubadlı rayonundan olan həmyerlisi Sabunçu RİH-nin başçısı Adil Vəliyevin özbaşına tikilələrdən “şirinlik” toplamaq üzrə “sağ əli” funksiyasını yerinə yetirib. O Fərid Məmmədəliyev ki, əmisi-qaynatası nəhəng bir istehsal müəssisəsinin direktoru kimi böyük nüfuza malikdir, ARDNŞ ərazisində böyük ticarət mərkəzləri, Zabratdan üzü Pirşağıya gedən yolun sağ tərəfində böyük daş bazarı vardır. Beləliklə, keçmiş “xidmətlərinə” görə Adil Vəliyev tərəfindən mükafatlandırılaraq qəsəbə icra nümaəndəsi vəzifəsinə təyin olunan Fərid Məmmədəliyev vaxtilə vəzifə kimi icra etdiyi “qanunsuz tikilələrə qarşı mübarizə” işinə o qədər aludə olub, o işdə o qədər xeyir görüb ki, indi özü qanunsuz işlərlə məşğuldur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq..

Mövzunu diqqətdə sxlayacağıq.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti