Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Cəhri kəndinin əkin sahələrini su ilə təmin etmək üçün SSRİ dönəmində qurulan suvarma sisteminin məhv edildiyi haqda “Hürriyyət”də dəfələrlə yazmışıq. Qeyd etmşdik ki, Vasif Talıbovin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dönəmdə su boruları kəsilərək daşındığından, Cəhri sakinləri illərdir öz əkin sahələrini suvara bilmirlər.

Redaksiyamızla əlaqə saxlayan sakinlər deyir ki, Talıbovun “xanlığı dönəmində” nəinki Cəhrinin suvarma sistemi, digər kanallar, eləcə də dəmiryol xətləri də sökülərək İrana satılıb. Oxucularımız buna misal olaraq Şərur rayonunun Aralıq kəndindən Naxçıvan şəhərinə qədər olan “Aralıq suyu” deyilən su boru xəttini göstərir. Bildirilir ki, 70 km-dən artıq kanalın boru xətləri sökülərək, İrana daşınıb.

Ən maraqlısı isə odur ki, bu məsələdə yaxın günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsindən azad olunan Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin adı hallanır. İddia olunur ki, boru xəttini Nemət Mustafaeyevin göstərişi və hərbi hissənin vəsaiti hesabına doğrayıb daşıyıblar. Burada N.Mustafayevlə yanaşı, polkovnik Əli Əsədov və İran vətəndaşı olan Yusif adlı şəxsin də adı hallanır. İddia olunur ki, sökülən boru xətləri iranlı Yusif vasitəsilə qonşu ölkəyə - İrana aparılaraq, orada satılıb.
Ardını oxu...
Bundan əlavə, məlum “üçlüyün” – Nemət Mustafayev, Əli Əsədov və iranlı Yusifin Başbaşı kəndindən (Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə, cənub-qərbdə yerləşir – red.) Duzdağa qədər olan dəmir yolu xəttini də sökərək, bütün relsləri İrana satdıqları vurğulanır.

Mənbə deyir ki, vaxtilə Duzdağ dəmiryolu vasitəsilə Naxçıvana, buradan isə respublikanın digər ərazilərinə duz daşınırdır. Hazırda həmin xətdən əsər-əlamət belə, yoxdur.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Redaksiyamızın poçtuna daxil olan məqaləni oxuculara təqdim edirik. Müəllif yazır:
Hektarlarla torpaq sahələri, qoyun sürüləri, nəhəng malikanələr və daha nələr...

Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, Cavanşir Əvəzovla 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkümetmə) maddəsi tətbiq edilib.

Məlumat üçün qeyd edək ki, ittihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. O, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb. Məhz bu səbəbdən də Cavanşir Əvəzov 9 il 6 ay müddətinbdə azadlıqdan məhrum edilib. Lakin bu cəzanın qısa müddət ərzində şərti cəza ilə əvəzlənməsi baş verib ki, bu da tamamilə məntiqsiz və qanunsuzdur.

Əməlində bir neçə ağır cinayət tərkibi olan sabiq rəisə şərti cəza hansı əsasla verilib?

Hər şeydən öncə qeyd edək ki, Cavanşir Əvəzovun törətdiyi saysız-hesabsız qanunsuzluqlardan sonra şərti cəza alması hüquq və ədalət adına rəzalətdir və belə bir qərar ölkınin ədalət sisteminə inamsızlıq formalaşdırır.

Xatırladaq ki, Cavanşir Əvəzov xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib. Cavanşir Əvəzovla bağlı ittihamlar məhkəmə prosesində də sübut olunub və nəticə olaraq 9 il 6 ay müddətində həbsə məhkəm edilib. Lakin “hansısa sehirli əlin”sayəsində bu qərar heç bir qanuni-məntiqi əsas olmadan dəyişdirilərək şərti cəza ilə əvəzlənib. Başqa sözlə desək, Cavanşir Əvəzov etdiyi bunca qanunsuzluqlara rəğmən azadlıqda qalmağa nail olub. Halbuki, əməlində böyük ictimai təhlükə olan sabiq rəisin azadlıqda qalması ona öz əməllərini yenidən təkrarlamaq imkanı verir ki, bu da həm dövlət büdcəsinin yenidən talanması, həm də onlarla vətəndaşın qanuni haqqının tapdanması deməkdir.

Ata Əvəzovun yolunu davam etdirən bala Əvəzovun başgicəlləndirən sərvəti

Cavanşir Əvəzovla bağlı maraqlı məqamlardan biri onun Məhərrəm Əvəzovun oğlu olması faktıdır. Bilməyənlər üçün deyək ki, uzun müddət Novxanı bələdiyyəsinin sədri vəzifəsində çalışan Məhərrəm Əvəzov kənd torpaqlarını dədə-baba mülki kimi sataraq külli miqdarda sərvət qazanmışdır. Bu gün Məhərrəm Əvəzovun Novxanıdakı evinin həyətində dəyəri 100 min manatlarla ölçülən bir neçə avtomobil, kənddə bir neçə böyük ticarət və ictimai iaşə obyekti, çoxlu sayda kirayə və satış məqsədli ikimərtəbəli və üçmərtəbəli evləri mövcuddur.

Dövlət torpaqlarının talanması hesabına milyonlar qazanan Məhərrəm Əvəzovun yalnız Abşeron rayonunda deyil, respublikanın bir çox bölgələrində böyük torpaq sahələri, mal-qara sürüləri, fermaları mövcuddur. Övladı Cavanşir Əvəzovun şöhrət və vəzifə pilləllərində sürətlə irəliləməsində də Məhərrəm Əvəzovun sahib olduğu haram pulların çox böyük rolu olmuşdur. Bu gün Cavanşir Əvəzovun ölkənin şimal zonası ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Zaqatala ərazisində də hektarlalra torpaq sahəsi, qoyun və mal-qara sürüləri, nəhəng malikanələr, ticarət obyektləri mövcuddur. Hansı ki, bu sərvətlərin çoxu nə istintaq, nə də məhkəmə prosesində aşkara çıxarılmayıb. Halbuki, qanun və ədalət Cavanşir Əvəzovdan bunca qanunsuz sərvətin hesabını sormağı zəruri edir. Ümid edirik ki, dövlət əmlakını külli miqdarda taladığı üçün azadlıqla mükafatlandırılan Cavanşir Əvəzovla bağlı bu qərar ləğv ediləcək, sabiq rəis etdiyi çoxsaylı cinayətlərə görə öz layiqli cəzasını alacaq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Müdir müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.

Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir.

XəbərAl.az xəbər verir ki, Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin sabiq müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz.

Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. Məsələn, sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər. Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur.

Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: “Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.

Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub. Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir. Şəmkirdən olan sakinlərin sözlərinə əsasən cumhuriyyet.az bildirir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 “meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.

XəbərAl.az
 
Ardını oxu...
Cəlilabad rayonunun Zərbəli kənd sakini Məmmədov Hüseyn Qulam oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş iddia edir ki, onun mülkiyyətində olan torpaq sahəsinin 3 hektarını kənd nümayəndəsi Səfərov Hüseyn Qürbət oğlu qanunsuz şəkildə zəbt edib:

“Mən, Məmmədov Hüseyn Qulam oğlu, yazaraq bildirirəm ki, çıxarışlı torpaq sahəm var, 30 ildir əkib-becərirəm. Gülməmmədli kənd sakini Səfərov Hüseyn Qürbət oğlu bizim pulla kəndin 50 faizini alıb. Onun aldığı 1,19 ha torpaq sahəsinin qırağında bizim torpaq vardı. İndi mənim əkilmiş taxıl sahəmə girib. Pul hesabına mütəxəsis də dəvət ediblər, deyirlər ki, sənin yerin artıqdır.

Hüseynin tanışı Siracın xalası oğlu Əmlak Komitəsinin sədridir. Mir Cəlal müəllimin köməkliyi ilə torpağa yeni çıxarış almaq, ölçüsünü dəyişmək Səfərov Hüseyn üçün problem deyil. Bir də bu işdə Mir Cəlalın qohumu, 8 saylı Cəlilabad Ərazi İdarəsinin müdiri Əbiyev Adilin adını çəkirəm...”.

Rəsmi qurumlara müraciət etdiyini deyən torpaq sahibi bir nəticə əldə etmədiyini vurğulayır:

“8 aydır ora-bura yazıram. Nazirliklərdən incimirəm, rayona bildiriş göndərirlər, rayon “hər şey qaydasındadır” deyə yazır. Mənə isə bildirirlər ki, nə qədər yazırsan, yaz, mən “sumka” ilə pul verirəm, sənin yazmağın heç nə verməz. 11 dəfə yerimi qeyri-qanuni şəkildə ölçdürüb.

Səfərov Hüseynin 2 qardaşı və bir oğlu polis işləyir. Buradan kiminsə adı ilə böyük torpaq sahələri alıb. Təkcə min hektar əraziyə noxud əkib. Bu pul haradandır? Səfərov Hüseyn İrandan maliyyələşir, polis qardaşları da ona himayədarlıq edir.

Bir vətəndaş kimi, bilmək istəyirəm ki, Səfərov Hüseyn kimdir? “Day-dayı” kimdir?

Cəlilabad Rayon Prokurorluğuna teleqram vururam ki, məni qəbul etsin, amma qəbul etmirlər. Cəlilabad Rayon Polis Şöbəsində də məni dinləmirlər”.

Şikayətçi gileylənir ki, Səfərovlar ailəsi ilə arasında gedən ədavətə görə, oğlu qanunsuz şəkildə həbsdədir:

“Qanunun yerinə yetirilməsini tələb edirəm. Bu Səfərov Hüseyn saxta sənədlərlə iş görür. Oğlumu girov götürüb, 2 aydan çoxdur, Kürdəxanıdadır. Balaca oğlan o boyda Hüseyni vura bilər? Ümumiyyətlə, Cəlilabadda kimsə bu adamı vura bilər? Oğlum xəstə uşaqdır. Müstəntiq bunların boy və çəki fərqini görmür? Oğlum Hüseynin barmağını necə qıra bilər? Abdullayev Şahin Sabirabaddan gəlib, orada baş müstəntiq işləyirdi, bizə “Əzrayıl” gəlib. Həmişə piyandır, gələni içəri itələyir”.

Səfərov Hüseyn torpağının ətrafındakı başqa əraziləri də zəbt edib. Mənə deyir ki, pencəyini götür, çıx get. Qorxudan evdə qala bilmirik. Bu adam türmədə olub, savadsız adamdır, 5 ildir qanunsuz olaraq kənd icra nümayəndəsi işləyir. Prezidentdən rica edirəm ki, bu adam və qardaşları araşdırılsın”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəstəxanada əməkdaşlar rüşvəti özbaşına alır?

Ölkəmizin qida sənayesinin istehsal etdiyi yararsız və zərərli qidalar vətəndaşlarımızın sağlamlığını siradan çıxarır. O üzdən də hansı tibb müəssisəsinə üz tütürsansa onun həndəvərində avtomobil, içərisində isə insan tıxacına düşürsən. 40 yaşdan yuxarı əhalinin qazancının əksər hissəsi tibbi xidmətlərin alınmasına xərclənir. Bunu nəzərə alan bizim büdcə oğruları Bakı şəhərinin hər tinində bir özəl klinika, iki aptek açıb.
Bir dəfə əlimə bir iki yuzlük düşmüşdü. Ətrafda böyük market yox idi. Hansı mağazaya girdimsə, dedilər ki, xırda yoxdu. Axrıncı mağazada satıcı işləyən oğlan dedi ki, əmi aptekə girin, indi onların alveri "xod gedir"... Oğlanın dediyi kimi, balaca bir aptekə girib, əskinası xırdalamağı rica etdim. Gülərüz xanım hələ necə xırda istədiyimi də sorüşdü...
Beləcə həmvətənlərimiz özəl tibb müəssisələrinin və apteklərin biznesini inkişaf etdirmək yolunda əzimlə çalışdırılır. Vətəndaşlarımız ölkədə qazancını əlindən alınması üçün müxtəlif labrintlərə qovulur. Belə labrintlərdən biri də "qida sənayesi-səhiyyə müəssislərı" labrintidir. Qida sənayesi gözəl və parıltılı qablaşdırılmalarda təqdim etdiyi, qəpik-quruşa başa gələn zərərli qidalarla insanların sağlamlığına zərbə vurur. Belə qidaları bazar inhisarçıları həm on qat baha satıb yaxşı qazanc əldə edir, həm də insanları xəstələndirməklə, xidməti bərbad gündə olan özəl tibb müəssisələrinə müştəri "istehsal edir".
Son illər hökumət durumu nəzərə alaraq tibbi sığorta mexanizmi qurmağa başlayıb. Lakin hələ ki, tibbi sığorta nə vətəndaş, nə də həkim məmnunluğunu təmin edə bilmir. Həkim gileylənir ki, sığorta mənə az əmək haqqı hesablayır, vətəndaş da narazıdır ki, həkimlər yenə onlardan zəhmət haqqı umur. Bu məsələnin bir tərəfi, amma vətəndaşlar üçün elə vacib tibbi xidmətlər var ki, o xidmətlər nədənsə hələ də tibbi sığorta paketinə daxi edilmıyib.
Məsələn, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.
Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, bu yaxınlarda bir qohumumda xərçəng xəstəliyi aşkarlandı. O zaman şahidi olduq ki, MOM-a qeydiyyat belə ödənişlidir - 30 manat. Bizə təqdim edilən digır xidmətlərin qiyməti ilə də oxucularımızı tanış etmək istərdik: MRT müayinəsi - 150 manat; yoğun bağırsağın kolonoskapik müayinəsi - 250 manat; qanın ümumi analizi - 70 manat; rengen müayinəsi - 25 manat; EKT müayinəsi - 30 manat; şüa-terapiya - 1000-1500 manat; kimya-terapiya, hər seansı - 250-600 manat.
Onu da qeyd edim ki, ödənişlərə görə heç bir qəbz verilmir, tələb edəndə də deyirlər ki, bizdə qəbz yoxdur. Qəbz yoxdursa, deməli, ödəniş qeyri-qanunidir! Bu məsələ barədə danışanda MOM əməkdaşları tutuquşu kimi təkrarlayır ki, tibbi sığorta bizim xəstəxanada işləmir. Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə görə "yox" cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir.
MOM-un baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli yerli mediaya açıqlamasında deyib ki, MOM-da onkoloji xəstələrə bütün xidmətlər ödənişsiz təqdim edilir!
Bununla yanaşı, "Onkoloji yardım haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir". Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçrilmir.
Yeri gəlmişkən, şahidi olduğumuz bir maraqlı nüansı da oxucuların diqqətinə çatdırmaq istərdik. Biz rengen müayinəsində dayananda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindın müayinəyə göndərilmiş çağırışçının valideyini müayyinənin "xidmət haqqı"nı ödəməkdən imtina etdi. Dedi ki, bu adam vətənə xidmətə getmək üçün müayinə edilir, özü də onu dövlət xidməti göndərib, qəpik də ödəməyəcəm. Sonda həkim təkrar xahiş etdi ki, heç olmasa diskin və plyonkanın xərcini ödəyin - 5 manat. Valideyin imtina etdi. Belə olan halda həkim müayinələri dayandırdı və getdi, yuxarı rəhbərliyə məruzə etsin ki, pasientin biri müayyinənin "xidmət haqqını" ödəməkdən imtina edir. Bu məsələ 40 dəqiqəyə qədər vaxt aldı. Sonda bəlli oldu ki, həm xəstəxanada qirilmuş elektron sistem vasitəsi ilə, həm də müşahidə kameraları ilə bütün müayinə otaqları izələnilir. İzlənilmə zamanı bütün pasientlər sayılır və günün sonunda həmin saya uyğun olaraq müayinə həkimindən yığdığı pul tələb edilir. Bu isə o deməkdir ki, xəstəxanada rüşvəti əməkdaşlar özbaşına almır, onlar verilən tapşırığı yerinə yetirir.
MOM-da gündəlik rüşvətin həcminə gəldikdə isə təxminlərimizə görə bu yüz min manat civarındadır. Çünki xəstəxananın bütün foeləri gün ərzində adamla dolu, müayinə otaqları isə uzun növbələrlə müşahidə edilir. Bir tərəf yuz min manatlarla pul qazanır, digır tərəf isə yaşamaq uğrunda mübarizə məqsədi ilə pul əldə etməkdən ötrü hər cür vasitələrə əl atır. Çoxları müalicəsini bank krediti hesabına davam etdirir.
Bu il dövlət büdcəsindən dövlət xəstəxanalarının saxlanması üçün 231,5 milyon manata qədər vəsait ayrılıb. Əldə etdiyimiz məlumata görə, bu vəsaitin təxminən 60 milyon manata qədəri MOM-un xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Beləcə, MOM həm qanuni, həm də qeyri-qanuni yolla pul qazanır.
Akif Nəsirli
Ardını oxu...
/lim10.az
 
Ardını oxu...
Sosial şəbəkələrdə Sabunçu rayonundakı uşaq bağçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb.

Azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqqında məlumatı sosial şəbəkə vasitəsilə öyrənib.

Valideyn hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunublar.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə də xitam verilib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 
Ardını oxu...
Hakimiyyət bir ildə ikinci dəfədir ki, Bərdənin icra başçısı Vidadi İsayevi cəzalandırır. Hər iki cəza məhz seçki dönəminə aiddir. Anaxeber.info-nun siyasət şöbəsi xatırladır ki, bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisi günü ən çox seçki pozuntusu və şikayət Bərdədən gəlmişdi. İcra başçısının Bərdədə seçki prosesini yaxşı təşkil edə bilməməsi səbəbindən ona töhmət verilmişdi. Bu dəfə də fərqli olmadı, sentyabrda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində yenə də Bərdə İH başçısı dövlətdən töhmət alıb. Bu barədə Gununsesi.info məlumat yayıb. Sayt yazır ki, buna səbəb Bərdədə çoxsaylı qanunsuz tikintilərə şərait yaradılmasıdır. Saytın yaydığı bu informasiya iqtidaryönlü mediada sürətlə tirajlanıb. Belə aydın olur ki, uzun illər Bərdəyə rəhbərlik etmiş Vidadi İsayevə hakimiyyət tərəfindən "sarı kart" göstərilib. Bu dəfə də töhmətlə yaxasını qurtaran icra başçısı növbəti "sarı kart"ı almaqla tamamilə kənarlaşdırılacaq. Ona görə ona sonuncu şans verilib ki, fəaliyyətini yenidən nəzərdən keçirsin. Anaxeber.info bildirir ki, Bərdə Vidadi İsayevin və onun yarıtmaz komandasının əlindən inildəyir. Şəhərin kommunal təsərrüfatlarından tutmuş icra nümayəndəliklərinə qədər ayaq açan rüşvət, talan piramida şəklində yüksəlir. Bu rüşvət piramidasının zirvəsində Vidadi İsayev faktoru dayanır. Onun maxinasiya, korrupsiya, büdcə talanı ucbatından Bərdə ağır bir vəziyyətə sürüklənib. Eyni zamanda, ağacların məhvi, səkilərin zəbti nəticəsində Bərdənin arxitekturası korlanıb. İsayev yaşıllıqları, səkiləri, boş yer gördüyü hər sahəni satmaqla özü varlandıqca, Bərdə şəhəri gözəllik sarıdan yoxsullaşıb. Ona görə də verilən töhmət şiddətli olub və əhali ilə işləməsi, problemlərin həllinə diqqət göstərməsi tələb olunub. Artıq yeni dövr, idarəetmədə çağırışlar, mövcud sistemdə idarəçilik qaydalarının dəyişməsi vadar edir ki, məmurlar da yanaşmalarını dəyişsinlər. Amma İsayevin Bərdədə qanunsuz tikililərə şərait yaratması, varlanmaq ehtirası nəticədə ona töhmət verilməsinə gətirib çıxarıb. Bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb. Məlum olub ki, 2011-ci ildən Bərdə icra başçısı olan Vidadi İsayev, 13 il ərzində şəhərdə satmadığı yer qoymayıb. Habelə, laqeydliyi, şəhid ailələrinə və qazilərə diqqətsizliyi də ciddi narazılıq doğuran səbəblərdən biridir. Odur ki, töhmətlə canını qurtarmaq asan olmayacaq. Prezident artıq yeni dövrü elan edib və fevral seçkilərindən sonra idarəetmədə yeni model tətbiq olunması gözlənilir. Bununla ayaqlaşa bilməyən məmurlar isə vəzifələrini itirməli olacaqlar. Amma Bərdədə başçı İsayev səkiləri, parkları, guşələri, yaşıllıqları qarış-qarış ticarət maraqlarına qurban verib. Dəfələrlə rayon ictimaiyyəti, ziyalıları, ayrı-ayrı insanlar, hətta şəhid ailələri Bərdədə özbaşınalıqlar barədə müraciətlər ediblər, konkret faktlarla sübutlar təqdim olunub. İndisə bu dəlillər onun əleyhinə çevrilməkdədir və qanunsuz tikintilərə görə növbəti şiddətli töhmət alır. Ümumilikdə isə son 15 ildə Bərdəyə ayrılan vəsait ətraf rayonlardan dəfələrlə çox olub. Bu vəsaitlərin isə səmərəli xərclənmədiyi Hesablama Palatasının yoxlamalarında da öz əksini tapıb. İndi bərdəlilər prezidentdən xoş xəbər - sərəncam gözləyir. İsayevə "qırmızı kart" göstərməyin vaxtıdır...

Anaxeber.info
 
 
 
Ardını oxu...
Bir neçə ay öncə "Elay" şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. ..

Sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib...

Azərbaycanda vəzifə başında olan məmurların gəlirli biznes sahələrinə, bahalı obyektlərə, mənzillərə sahib olması artıq adi hala çevrilib. Son illər biznes sahəsi ilə məşğul olan məmurların sayı isə artıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru İntiqam Məmmədovdur. Uzun illər dövlətin müxtəlif vəzifələrində çalışan İntiqam Məmmədov özünə ciddi biznes sahələri yaradıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində “Elay” Şadlıq Sarayı İntiqam Məmmədova məxsudur.

Xatırladaq ki, bir neçə ay öncə Elay şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Həmin sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib. Piyada yolunun üstündə tikilən obyekt özbaşına tikilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlamasında bildirmişdi ki, obyekt qanunsuz inşa edilir və tikinti dayandırılacaq.

Aldığımız məlumata görə İntiqam Məmmədov Elay şadlıq sarayına bitişik tikdirdiyi 4 mərtəbəli obyektin sənədləşdirmə məsələsini artıq həll edib.

Qeyd edək ki, Elay şadlıq sarayı və ona bitişik yeni inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox dəyərləndirilir.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru münasibət bildirmək istəmədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
Ardını oxu...
Həkimlər tərəfindən əkiz uşağa hamilə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

TEREF Citypost.az-a istinadən xəbər verir ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuşu həmin günü növbədə olan Minurə Kazımova etdi. Əkiz uşağa hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi bildirdilər”,- deyə Mədinə Hacıyeva bildirib.

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan əvvəlki vaxtlarda da bir neçə yerdə edilən dopler müayinələri zamanı əkiz uşağa hamilə olduğu bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

“Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni,mənim əkiz uşağa hamilə qalmaq şansım realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu dəfələrlə təsdiqləyib. Hətta doğuş günü “Semaşko”nun USM (Uzi) aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da mənim əkiz uşağa hamilə olduğumu təsdiqlədi. Hətta doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ürək döyüntülərinin hansı ritmlə vurduğunu da mənə bildirdilər...”
Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib. Müraciət etdiyi dövrdə Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərovla da şəxsən görüşüb.

“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir müddət sonra uzi həkimi Zeynəb Osmanova və klinikanın Cəmilə adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri dayandırım. Təbii ki, mən bundan imtina etdim. Mənə övladımın lazım olduğunu bildirdim”,- deyə şikayətçi bildirib.
Ardını oxu...
Fotoda Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərov

Mədinə Hacıyevanın sözlərinə görə,dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da,Əbülfəzi görmək onlara qismət olmayıb.

Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğunda,rayon prokurorunun böyük köməkçisi,II dərəcəli hüquqşünas Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Ardını oxu...
Ardını oxu...
Sayt məsələdə adı hallanan Kliniki Tibbi Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib.

“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib,izah olunub.Əlavə mövqeyimiz yoxdur”,- deyə mətbuat katibi bildirib.
Ardını oxu...
Miri Məcidli
 
Ardını oxu...
Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini 1-ci dərəcəli əlil Əhmədov Canpolad Qaçay oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildiriəm ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində korrupsiya, qanunsuzluq baş alıb gedir.Mənim oğlum Əhmədov Hüseyn 10 iyul 2024-cü il tarixdə özünə məxsus 90 NL 152 nömrəli mersedes markalı avtomobilini texniki baxışdan keçirmək üçün həmin idarəyə gedib.Orada oğlum Hüseyndən avtomobilini texniki baxışdan keçirilməsi üçün 150 manat pul tələb olunub.Ancaq texniki baxış üçün qanunu rüsum 30 manat ultizasiya üçün isə 40 manat olmaqla cəmi 70 manat qanunu rüsüm olsada Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində iki qat artıq 150 manat pul tələb olunub.
Oğlum Hüseynə məxsus 90 NL 152 nömrəli mersedes markalı avtomobilin bütün detalları, texniki parametrləri və sənədləri tam qaydasındadır, heç bir nöqsan və çatışmamazlıq yoxdur.
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev bütün rüsumları öz cibinə uyğun qanunsuz qaldıraraq vətəndaşları soymaqla məşğuldur.
Mən 1-ci dərəcəli əliləm, həyat yoldaşımda həmçinin əlildir.Oğlumuz Hüseyn bizə baxır avtomobili ilə bizi xəstəxanaya aparıb-gətirir.Bizim maddi imkanımız yoxdur ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevə verib avtomobilimizi texniki baxışdan keçirə bilək.
Hətda iş o yerə çatıb ki, Cavanşir Vəliyev idarənin qarşısına mülki şəxsləri qoyub ki, rüşvəti onların əli ilə ala bilsin.Həmin şəxslər orada 10-15 nəfərdirlər ki, idarəyə gələnləri qarşılayıb Cavanşir Vəliyevin təyin etdiyi rüsümları oxuyub işi həll edəcəklərini deyirlər.Oğlum Hüseyn həmin dəllalın şəklni çəkə bilib ki, sizə təqdim edirəm.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan çox-çox xahiş edirəm şikayətimi obyektiv araşdırıb korrupsiya yolu ilə vətəndaşları soyub talan edən Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.
TEREF adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazrdır!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti