Bakıda son günlər adı qalmaqallarla hallanan 25 saylı musiqi məktəbinin gənc direktoru Becan Hüseynov haqqında yeni iddialar gündəmə gəlib. Belə ki, ötən gün direktorun məktəbin iki şöbə müdirini vəzifəsindən kənarlaşdırdığı və ardınca bu günə, 5 iyul tarixində hər kəsin işdə olmasını tapşırdığı bildirilib. İddialara əsasən, vəzifəsindən kənarlaşdırılanlardan birinin halı pisləşib və axşam saatlarında üstünə təcili tibbi yardım çağırılıb. Hətta bu gün səhər saatlarında şöbə müdirinin atası məktəbə gələrək, B.Hüseynovdan baş verənlərin səbəbini öyrənməyə çalışıb. Ancaq direktor bu gün işə gəlməyib.
TEREF xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlamasında Becan Hüseynov günlərlə mediada barəsində yayılan ittihamlara aydınlıq gətirib.
Becan Hüseynov bildirib ki, bunun hamısı təxribat xarakterli xəbərlərdir.
"İşdən çıxartma söhbəti yoxdur. Yalan məlumatdır. Orada bizim şahidlərimiz var. Məktəbdə belə bir hal baş verməyib. Mənim orada 20-30 şahidim var. Bu iclas vaxtı olub. İclas vaxtıda orada hansısa bir anlaşılmazlıq olmayıb. Təcili tibbi yardım iş saatından sonra axşam evinə gəlibsə, onunla bizim nə əlaqəmiz var? Hamının evinə təcili yardım gələ bilər, bunun mənə və ya işdəkilərə nə aidiyyatı var?
İstəsəz mən 20-30 şahidlə bunu sübut edə bilərəm. Məktəbdə belə bir hal baş verməyib. Iclas bitib, hamı evinə gedib. Artıq bundan sonra kiminsə üstünə təcili tibbi yardım gəlibsə, bu mənim problemim deyil. Sizə yalan məlumat veriblər. Bunun hamısı təxribat xarakterlidir. Neçə vaxtdır mənə qarşı təxribat aparılır. Mən artıq buna öyrənmişəm. Hansı zəmanədir kimisə işdən çıxarmaq nə deməkdir? İşdən çıxartsam gedib məhkəməyə müraciət etsin ki, mən onu işdən çıxartmışam”.
Səbail Rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə Xəzərin hasarlanan hissələrinin çoxu şəxsi mülkiyyətdir. "Xəzər dənizinin sahilini hasarlayanları məhkəməyə vermək lazımdır. Dənizin qarşısında istisna hallarda tikinti işləri aparmaq etmək olar". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında deputat Rüfət Quliyev söyləyib. Millət vəkili deyib ki, əlac, bir qrup insanın birləşib dənizin sahilini hasarlayanları məhkəməyə verməsinə qalıb. Millət vəkili deyib ki, dənizin sahilinin hasarlanması ilə bağlı çoxsaylı şikayətlər var. "Xəzər dənizinin sahilinin hasarlanması ilə bağlı KİV-də də reportajlar yer alıb. Deputatlar da Milli Məclisdə bu problemi dəfələrlə qaldıraraq çıxışlar edilib. Əlac ona qalıb ki, dənizdən məhrum qalan insanlar yığışıb, 200-300 nəfər insan sahili hasarlayanları məhkəməyə versinlər. Hələki bunun yolunu belə görürəm", - Rüfət Quliyev bildirib. Qeyd edək ki, Xəzər dənizinin sahilinin hasarlanması problemi illərdir ki, qalmaqdadır. Hər çimərlik mövsümündə bu məsələ aktuallaşsa da, əhalinin dənizə yolunu kəsən hasarlar sökülmür. Paytaxtın əksər rayonlarında dənizin sahilin hasarlanması hallarına rast gəlinir. Bəzi ərazilərdə Xəzərin sahili hasarlanaraq şlaqbaum qoyulub. Bu günlərdə sosial şəbəkələrdə Bilgəh ərazisində dənizə girişə şlaqbam qoyulmasını əks etdirən görüntülər paylaşılmışdı. Anoloji hala paytaxtın digər ərazilərində də rast gəlinir.
Bakının Səbail rayonu, Şıx ərazisində Bibiheybət qəsəbəsindən Qaradağ rayonu istiqamətində Xəzər dənizinin sahili demək olar ki, blokadaya alınıb. Bu ərazidə dənizin sahili hündür hasarlara alınaraq görünməz olub. Bəzi hissələrində isə dənizin sahili dəmir barmaqlıqlarla hasarlanıb. Şıx ərazisinə yaxın yerləşən Bibiheybət, Baвamdar və Bayıl qəsəbələrdə yaşayan sakinlər illərdir ki, dənizin sahilinə, çimərliklərə gedə bilmədiklərindən şikayətlənirlər.
Bibiheybət qəsəbə sakini Adil Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, illərdir Xəzərin sahili istirahət mərkəzləri, restoranlar tərəfindən zəbt olunub. "Şıx ərazisində Xəzərin sahilini balıq evləri, restoranlar zəbt edib. Biz dənizin sahilinə yaxın düşə bilmirik. Bircə hasara alınmamış ərazi ictimai çimərlikdir. Paytaxt sakinləri Xəzərin sahilinə həsrət qalıb. Xalq ilahi nemət olan dənizi görmək üçün, sahilində istirahət etmək üçün pul ödəməlidir. Halbuki, Xəzər bu xalqın sərvətidir. Ona belə camaatı həsrət qoyublar. Ələtdən Şıxova qədər dəniz hasarlanıb", - Bakı sakini şikayətlənib.
Sputnik Azərbaycan-ın araşdırması zamanı məlum olub ki, paytaxtın müxtəlif yerlərində, eləcə də, Səbail rayonunda dənizin sahil əraziləri restoran və istirahət mərkəzlərinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilib. Artıq dənizin sahillərində böyük istirahət mərkəzləri, restoranlar inşa olunub. Baxmayaraq ki, qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Dənizin sahilini zəbt etmiş restoran rəhbərləri isə icarə müqavilələrinin olduğunu əsas gətirərək ərazinin hasara alındığını bildirdilər. Digər istirahət mərkəzlərindən isə ərazinin şəxsi mülkiyyət olduğunu bildirdilər. Səbail Rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə Xəzərin hasarlanan hissələrinin çoxu şəxsi mülkiyyətdir. Ona görə də, bu ərazilərin hasarının sökülməsi mümkün deyil. Amma o, bəzi ərazilərdə artıq dənizin sahilinə girişi məhdudlaşdıran şlaqbaumların söküldüyünü bildirdi. Dedi ki, "Qağayı" İstirahət Mərkəzinin girişə qoyduğu şlaqbaum artıq sökülüb. Xatırladaq ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
DogruXeber.az: - Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 13-14 ünvandakı binanın 19-cu blokunda (32 saylı məktəbin həndəvəri) zirzəmidə qanunsuz inşaat işi aparılır. Birinci mərtəbənin beton piltələri dağıdılıb, bünövrəsi qazılaraq təxminən 150-200 kisə həcmində torpaq çıxarılaraq daha bir metr dərinləşdirilib. Daha izahlı desək, bina aşağıya doğru həmin blok nahiyəsində əlavə bir mərtəbə artırılıb. Zizəmidə iş görən fəhlələrdən öyrəndik ki, iş gördürən şəxs “Nizami doktor” deyilən adamdır. Yeri gəlmişkən, fəhlələr bizi “Sakinlər şikayət edib?” sualı ilə qarşıladılar. Bu isə o deməkdir ki, “sakinlərin şikayəti əsasında” onları daha əvvəl də narahat edən olub. Amma maraqlanan şəxslər gedəndən sonra iş dayandırılmayıb. Deyilənə görə, Nizami doktorun burada inşaetdirmək istədiyi obyekt gələcəkdə klinika kimi fəaliyyət göstərəcək. Obyektin bir girişi blok tərəfdən olacaq, digər qapısı isə küçəyə açılacaq.
Aşkar etdiyimiz özbaşınalıqla bağlı Nizami Rayon İcra Hakimiyyətinə redaksiya adından məktub ünvanlasaq da, rayon rəhbərliyindən heç bir reaksiya yoxdur. Amma onu da eşitmişik ki, RİH-nin nümayəndələri obyekt inşa etdirən şəxsdən əlavə 1000 (bir min) manat qoparıblar ki, mətbuatı özümüz yola verərik, bir az ara verəndən sonra işinizi davam etdirərsiniz”.
Ağstafanın icra başçısı Seymur Orucov rayonun Xılxına kəndində görüş keçirib. Tribunainfo.az-ın verdiyi xəbərə görə, görüşə dair yayılan məlumat, fotolar bir sıra suallar doğurub. Əvvəla, İH-nin rəsmi saytında görüş haqda yayılan informasiyanın başlığında primitiv korrektə səhvinə yol verilib. Bunu oxuyan ən savadsız adam da görə bilər. Amma Ağstafa İH-nin diplomlu əməkdaşları səhvi düzəltmək belə istəməyiblər.
İkinci nüans görüşdən olan fotolardı. Adı kənd camaatı ilə görüş olsa, da, sakinlər arxada oturublar, ön sırada qalstuklu İH əməkdaşları əyləşiblər. Nəhayət, üçüncü məqam ondan, ibarətdir ki, görüş haqda verilən xəbərdə dövlət başçısının uğurlarından bəhs olunsa da, icra başçısının Ağstafa sakinləri üçün hansı, işlər gördüyü, sözügedən kənd əhlinin nədən şikayətçi olduğu qeyd olunmayıb. Bundan bir qədər öncə isə, Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlunun yerli icra hakimiyyətindən gileyi mediada dərc olunmuşdu. Şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər: “Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır. İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar? Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”. Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s… Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi. İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi. Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək. İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABINA
Surəti: prezident Administirasiyasının aparatının rəhbəri Samir Nuriyev cənabına Surəti: Baş prokuror Kamran Əliyevə Surəti: daxili işlər naziri Vilayət Eyvazova Surəti: DTX nın rəisi Əli Nağıyevə Surəti: elm və təhsil naziri Emin Əmrullayevə Surəti: Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudova Surəti: Surəti: Azərbaycan mediasına
MÜRACİƏT - ƏRİZƏ
Möhtərəm Prezident, mən bu müraciətimlə bir Azərbaycan müəlliminin başına gələnləri diqqətinizə çatdırmaq və onun üzləşdiyi problemin həlli üçün köməklik göstərməyinizi xahiş edirəm. Bildiyimiz kimi, ölkədə müəllimlərin sertifikasiya imtahanları keçirilib. Bu imtahanlarda 4 minə yaxın müəllim imtahandan kəsilib. Ancaq imtahandan kəsilənlərin heç də hamısının səbəbi eyni deyil. Belə ki, ailəvi dostluğumuz olan bir müəllimə səhhəti ilə əlaqədar birinci sertifikasiya imtahanında iştirak edə bilməyib. Bununla bağlı ərizə yazıb və məlumat verib ki, xəstəliyi səbəbindən imtahanda iştirak edə bilmir. Birinci imtahanda iştirak imkanından xəstəliyinə görə məhrum olduğu üçün ona sağaldıqdan sonra şərait yaradılacağını deyilib. Lakin müəllimlərin sertifikasiyasının ikinci imtahanında iştirak etdikdən sonra onun birinci imtahanda xəstəliyinə görə olmaması nəzərə alınmayıb. Belə ki, xəstəlik sənədi olduğu halda müəllimin birinci imtahanda iştirak etməməməsi nəzərə alınmayıb və əlində xəstəlik sənədi olmasına baxmayaraq heç bir güzəşt olunmayıb. Təbii ki, bu da düzgün qərar deyil və müəllimənin birinci imtahanı verməsi təmin olunmalı idi. Təəssüf ki, ona bu imkan yaradılmadı... Möhtərəm Prezident və cənab nazir! Bildirirəm ki, dostlar üzərindən ,ailəvi yaxınlığımız olan həmin müəllimənin üzləşdiyi bu problemlə tanış olduqda və dostumun məndən xahişini nəzərə alaraq onun pərişan, məyusluğunu gördükdə laqeyd qala bilməzdim. Bir təhsil adamının, bir müəllimin, bir qadının və bir insanın işsiz qalmasını təsəvvür etmək çətindir. Xüsusən də belə ədalətsiz bir halla qarşılaşması və çarəsiz bir vəziyyətə düşməsi mənə təsir etdi. Çünki həyatını təhsilə, elmə həsr etmiş müəllimin sertifikasiya imtahanından kəsilməsi üzücü haldır. Ona görə də bu insana əlimdən gələn yardımı etmək qərarına gəldim. Bu niyyətlə Təhsil Nazirliyindən tanıdığım, əvvəllər nazirlikdə Daxili Nəzarət şöbəsininrəisi vəzifəsində işləmiş , hazırda Quba rayonunun icra başçısı olan İlqar Mahmudovla telfon vasitəsilə təmas qurdum. Fikirləşdim ki, nazirlikdə müxtəlif vəzifələr tutmuş İlqar Mahmudovu əvvəldən tanıyıram və bu problemin həllində bəlkə kömək edə bilər. Odur ki, Quba rayonuna getdim və icra başçısı İlqar Mahmudovla görüşdüm...
Cənab Prezident və hörmətli Baş Prokuror! Qeyd edim ki, icra başçısı ilə müzakirəmiz zamanı o mənə çalışıb köməklik göstərəcəyinə söz verdi və əmin etdi ki, müəllimənin imtahandan keçməsi üçün bütün əlaqələrindən istifadə edəcək. Yenə də məsələni çalışıb müsbət həll edəcək. Bizim onunla söhbətimiz əsasında razılaşmamız oldu ki, Bakıda bir nəfərlə görüşəcəm və tələb olunan məbləği ona çatdıracağam, sonra məsələ yoluna qoyulacaq. Başçı ilə görüşdən sonra geri qayıtdım və bir gün sonra başçının mənə vatsapla göndərdiyi nömrəyə zəng etdim. Bakıda iş üzrə yönləndirilən Vüsalə adlı şəxslə görüşüb ona tələb olunan pulu verdim. Məlumat üçün bildirirəm ki, bu şəxslə ilk dəfə görüşürdüm. İş prosesinə gorə bu minvalla bir neçə dəfə görüşməli oldum. O yüz faiz həll ediləcəyini Quba regionunun təhsil şöbəsinin müdürü Coşğun müəllimin yaxın adamı olmasını və bu işdə ona qohumu Günay adlı şəxsin adını çəkirdi. Məsələ pul, rüşvət olduğu üçün ehtiyyat edərək hər şeyi qeydə almışam. Məlumat üçün bildirirəm ki verilən pul şəxsən özümə məxsus olub İcra başçısı görüşdə məni arxayın edərək , bu iş heç bir problem yaşanmadan həllini tapması üçün var qüvvəsi ilə çalışacağına söz vermişdi. Bu razılaşmanı intizarda olan müəlliməyə xəbər verəndə çox sevinmişdi, bir ümid yaranmışdı. Amma Qubanın icra başçısı İlqar Mahmudov məni çox pis vəziyyətə saldı və müəllimin son şansını dəfn etdi. Belə ki, bizi bu qədər arxayın etmələrinə baxmayaraq, məsələ həllini tapmadı. İmtahanların nəticələri ilə bağlı verilən apelyasiya şikayətləri yekunlaşdıqdan sonra pulu məndən alan şəxs əlaqə saxlayaraq bildirdi ki, iş düzəlmədi, heç cür alınmadı və o vəsaiti geri qaytardı. Bu işdə ən pis hal odur ki, artıq apelyasiya şikayəti verilməsi prosesi geridə qalmışdı və ondan sonra mənimlə əlaqə saxlanaraq məsələnin həll olunmadığı bildirilmişdi. Əgər icra başçısı İlqar Mahmudov bizi əmin etməsəydi, ən azından bu məsuliyyəti üzərimə götürməzdim . Bu məsələdə Qubanın icra başçısının bizi arxayın etməsi səbəbindən müəllimin sonuncu şansı, sonuncu ümidi də dəfn olundu. Yəni məsələ verilən pul, sonra onun bizə geri qaytarılması deyil, müəllimin olan-qalan axırıncı şansının da basdırılması, apelyasiya şikayəti ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra bizə məlumat verilməsidir. Madam ki, bu iş alınmayacaqdı, niyə başçı bu məsələyə qol qoydu, vasitəçi tapdı, nə üçün bizi arxayın elədi? Mən İlqar Mahmudova narazıqlarımı bildirməklə, ondan və bu işlə əlaqəli olan hər kəsdən şikayət edəcəyimi bildirdim. Bu zaman mənə ,Quba regional təhsilinin müdürü Coşğun müəllimdən zəng gəldi. Məni mövcud durumu müzakirə etmək üçün Badamdardakı Badam Hotelinə dəvət etdi. Elə həmin gün axşam Vüsalə adlı həmin şəxs mənə yenidən zəng vuraraq 29 iyun tarixə kimi yüz faiz işi həll edəcəklərini söz verdi. Yalnız təcili bülletenə çıxmaq lazımdır ki, müəllimənin işinə xitam verilməsin. Zatən pisxaloji trama alan müəllimə bülletenə çıxdı. İndi mən bu ailənin, o müəllimənin qarşısında xəcalət çəkirəm və çıxılmaz vəziyyətə düşmüşəm. İcra başçısı işi həll edəcəyinə söz vermişdi və mən də onu nazirlikdən tanıdığım üçün problemi aşıracağına inanmışdım. Bilsəydim ki, sonu belə olacaq, heç qəbuluna getməzdim. Həmin ailə və müəllimə mənim onları arxayın etməyim, başçının da məni arxayın salması ucbatından indi bütün şanslarını itirib, heç cür işə bərpa ola bilmir. Cənab Prezident və bu aidiyyatı strukturların hörmətli rəhbərləri! Mən Nicat Mahmudov yaranmış bu vəziyyətlə əlaqədar olaraq dövlətimə güvəndiyimi bildirir, dövlətimin başçısının bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıq verməsini xahiş edirəm. Möhtərəm Prezident, burada bir müəllimənin taleyindən, onun karyerasından, gələcək fəaliyyətindən söhbət gedir. Mən bu niyyətlə Qubanın icra başçısı ilə görüşdüm ki, müəllimənin probleminə köməyim dəysin. Gördüyünüz kimi, heç bir iş görməyən, bizi boş-boşuna arxayın salan, əvəzində sonuncu şansı da məhv edən İlqar Mahmudovun ucbatından ümidsiz bir vəziyyət yaranıb. Bu işdə müəllimənin tək ümidi Prezidentdir və ədalətli qanundur. Bu baxımdan müəllimə xəstə olduğu tarixdə olan birinci sertifikasiya imtahanının bərpa edilərək yenidən imtahanda içtirak etməsini tələb edir. Eyni zamanda, Elm və Təhsil nazirindən müəllimənin üzləşdiyi problemlə əlaqədar yardım göstərməsi, dəstək verməsini xahiş edirik.
Dövlət qurumlarının, daha çox da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) tenderlərində “həmişəqalib” olan ATF MMC əl dəyişdirib. AFN.az yerli mediada yayılan xəbərlərə istinadən məlumat verir ki, şirkətin qanuni təmsilçisi Təbriz Muradov bu vəzifədən ayrılıb. İndiyə qədər çoxlu sayda milyonluq tenderlərin qalibi olmuş şirkətdə onu Azad Muradov əvəzləyib. Görünən odur ki, təkcə ad dəyişib, soyad eynidir. Çünki ATF MMC-nin Muradov qardaşlarına mənsub olması haqda internet resurslarında kifayət qədər məlumat var. Bildirilir ki, “ATF” adı da Muradov qardaşlarının qısaldılmış abreviaturudur: Azad, Təbriz və Fəxrəddin.
Qanuni təmsilçinin adının dəyişməsi ilə bağlı bəzi versiyalar səslənsə də, doğruluğu şübhəli olduğu üçün onlara toxunmadan, ilk baxışda adi bir MMC kimi görünən ATF-in hər zaman gündəmdə olma səbəbləri haqda bir neçə cümləlik məlumat maraqlı olar. Azərbaycanda asfalt yollarının inşaası ilə məşğul olan ATF MMC-nin adı AAYDA-nın rəhbəri Saleh Məmmədovla çəkilir. Əsasən bölgələrdə yol tikintisi layihələrini reallaşdıran MMC AAYDA-nın və yerli yol istismar idarələrinin saysız-hesabsız tenderlərinin qalibi olub. Bu tenderlərdə yüz milyonlarla vəsait “udan” şirkətin rəhbərliyinin yolu hüquq-mühafizə orqanlarından da keçib. Belə ki, ATF-in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub. Bütün bu əməllərdə ittiham olunmasına baxmayaraq, F.Muradov sonradan azadlığa çıxmağı bacarıb. Deyilənlərə görə, həmin vaxtlar bu işdə də ona S.Məmmədov dəstək olub. S.Məmmədov həmçinin ATF MMC-nin təsisçisi olan qardaşlardan biri Azad Muradovun oğlu Tehran Muradovu 17 saylı Yol İstismar İdarəsinə təyin etmişdi. Hazırda T.Muradovun həmin vəzifədə işləyib-işləmədiyini aydınlaşdıra bilməsək də, internet resurslarında onun və sözügedən idarənin fəaliyyəti ilə bağlı elə də ürəkaçan məlumatlara rast gəlmədik. Bu ad qarşımıza ya rayonlarda keçirilən çoxlu sayda tenderin qalibi kimi, ya da korrupsiya və keyfiyyətsiz yol istismarı ilə bağlı çıxdı. Nə yazıq ki, haqqında bu qədər neqativ informasiya yayılan bir şirkət hələ də S.Məmmədov üçün dəyərlidir.
Lakin ATF MMC-yə onun bu etimadı müavini Əvəz Qocayevlə arasında problemlərin yaranmasına səbəb olub. Bildirilir ki, S.Məmmədov hətta Qocayevi və onun AAYDA-da vəzifəyə gətirdiyi mütəxəssisləri sıxışdırır. Səbəblər arasında Ə.Qocayevin AADA-rəisi olmaq istəyi və həvəsi, eyni zamanda əsas tenderlərin bir MMC-yə verilməsi məsələsi öndədir. Məsələ ondadır ki, hər iki rəhbər şəxs dövlət qurumunda kifayət qədər kök salıb. S.Məmmədov rayon yol istismar idarələrində öz adamlarını yerləşdiribsə, Ə.Qocayevin də mərkəzi aparatda xeyli sayda adamı vəzifədədir. Elə bu səbəbdən də S.Məmmədov Ə.Qocayevi “vurmağın” yollarını axtarır. “Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Saleh Məmmədovun öz müavinini vəzifəsindən uzaqlaşdırması yolunda onun əsas dəstəkçisi isə qudası, AAYDA Yolların Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovdur. Hətta onun özünün bu vəzifəyə gətirilməsinə cəhdlər də var” – deyə məlumatlı mənbə bildirib. Yeri gəlmişkən, bir müddət əvvəl Ə.Qasımovun adı S.Məmmədova olduqca bahalı villa tikməsi ilə bağlı hallanırdı. Belə ki, qudasının villa həvəskarı olan AAYDA rəhbəri üçün Bakıda tikdirdiyi villa haqda məlumatlar internet resurslarında yer alıb. Ə.Qocayevin təmsil etdiyi sahədə uzun illərin təcrübəsinə malik olması onun S.Məmmədov üçün “asan yem” olmadığını deməyə əsas verir. Belə ki, Ə.Qocayev 2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib. 21 dekabr 2017-ci il tarixindən isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Məhz bu səbəbdən də onun strukturda kifayət qədər “qol-budaq”lı olması S.Məmmədovun işini çətinləşdirir.
Qeyd edək ki, Ə.Qocayev S.Məmmədovla aralarında problem yaşanması haqda məlumatlara münasibət bildirib. “Biz öz işlərimizlə məşğuluq, dovlət işləri ilə məşğuluq. Belə şeylərə fikir vermirik” – deyə o qeyd edib.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Bu gün dayımın avtomobilini texniki baxışdan keçirmək üçün Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə olduq. Texniki baxışdan keçmək üçün "MERO" nun qarşısında uzun növbə idi. Diqqətimi növbədən kənara dayanan avtomobillərin şəkillərini çəkən "MERO" əməkdaşları çəkdi. Məlum oldu ki, şəkili çəkilən avtomobillər növbəsiz texniki baxışdan keçən avtomobillərdir. Texniki baxışı həyata keçirən bölmənin rəisi olan Şahin Sadıqova 150 manat verən sürücülərin avtomobillərinin şəkilləri çəkilərək Şahin Sadıqovun idarə etdiyi "vatsap" nömrəsinə göndərilir və tələb edilən pulu verən sürücülər hər kəsin gözü qarşısında , əllərində hazır sənədlə, avtomobili texniki yoxlanışa salmadan çıxıb gedirlər. Digər sürücülər isə, 30 dərəcə istinin altında növbə gözləməyə məcburdurlar. Hətta, növbə gözləyən sürücüləri "MERO"nun qarşısında olan kхlпəlli yerlərdə dayanmağa belə, imkan verilmir. Kölgəlik də duran sürücülərə mühafizəçilər , "hər kəs öz maşının yanında dayansın" , qışqıraraq, ərazidən uzaqlaşdırırlar. Növbə gözləyən sürücüləri ona görə uzaqlaşdırırlar ki, növbə gözləyən sürücülər qanunsuz qeydiyyatdan keçən avtomobilləri görməsinlər. Sürücülərdən niyə bu qanunsuzluğa səsinizi çıxarımırsınız, niyə aidiyyəti qurumlara müraciət etmirsiniz? Sualını şəxsən vermişəm və haqlarını müdafiə etməyə səsləmişəm. Təssüf ki, burda da bir qorxu hökm sürür. Hansı sürücüyə müraciət edirsən , deyir, qardaş, rəis Hacı Mazanın oğludur, kimdir ona nəsə edən... Hacı Mazanın adı Ağsu "MERO" sunda bir xof yaradıb. Şahin Sadıqovada qol-qanad verən rəisinin atasının adıdır . Yoxsa, dövləti qurumunu bu qədər açıq bazara döndərmək Şahin Sadıqovun həddinə deyil. Maraqlı odur ki, az qala Avropaya, Amerikaya meydan oxuyan Azərbaycan hakimiyyətinin nüfuzu və zəhmi Ağsu MERO " sunda Hacı Mazanın xofundan qat-qat aşağıdır. Elshen Elisoy Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! TEREF
"Təəssüf ki, Nadir Məmmədli "akademik bazar"ın nadir funksionerlərindən biridir. Ramiz Mehdiyevlə İsa Həbibbəylinin qarşısında and içib aman edərək sevincək Baş direktor gələn, gələndən sonra azacıq da olsa, haqqa dayalı iş görmək əvəzinə, dəstə yaradan, ümummilli maraqların ayaqlar altına atılmasına laqeyd qalan, vəzifə məsuliyyətini R.Mehdiyevə, İ.Həbibbəyliyə və öz şəxsi maraqlarına xidmət kimi dərk edən şəxsdən yaxşı nə gözləmək olar?!" Dia-az.info xəbər verir ki, bu ittihamı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov səsləndirib. Dilçi alimimiz daha sonra əlavə edib: "Yaman çoxbilmiş çıxıblar. Qanunsuzluğun ağuşunda kef edərkən bütün günahları ustalıqla, hətta amansızlıq, riyakarlıq, qəzəb və qısqanclıqla ölkə başçısının, Birinci vitse-prezidentin ünvanına yönəldirlər. Halbuki özləri sırf zərərli fəaliyyətlə məşğuldurlar. Bu şəxslər sanki Azərbaycanın dirçəlməsinə mane olacaqlarına and içiblər. İşbazları kim himayə edir institutda? Əlbəttə, Baş direktor Nadir Məmmədli! Adam sanki instituta 60-dan sonrakı ömrün dadını çıxarmağa gəlib. Dəhşətdir! Görün, bunların praktiki olaraq dövlət qurumuna yanaşmaları necədir! Akademşəbəkə üzvlərinin müxtəlif yollarla topladıqları pulları çox ola bilər, amma bu o demək deyil ki, dövləti, xalqı ələ salmalı, aldatmalıdırlar. 10 ildir, o institutdakı haqsızlıqlardan şəxsən mən çox əziyyətlər, zülmlər çəkmişəm və çəkməkdəyəm. Bu adamlar iş görmək əvəzinə aldatmaqla, cibgirliklə məşğul olublar. Dövlətə kələk gələrək rüsvayçı cızma-qaralarını şedevr kimi sırımağa çalışıb və çox vaxt buna nail olub yüz minlərlə dövlət vəsaitini mənimsəyiblər. Vaxtilə ailə-uşaqlarımın dərman pulunu da yeyiblər bu vicdansızlar. İllərdir, müraciət edirəm, özlərini karlığa qoyurlar. Gözləri doymur bunların. İsa Həbibbəyli başda olmaqla Möhsün Nağısoylu, indi də Nadir Məmmədli vasitəsilə dövlət qurumunda şəxsi maraqlar tüğyan edir. İnstituta ayrılan yüz minlərin, milyonların taleyi qapqaranlıqdır. Unutmamaq lazımdır ki, Nadir Məmmədli Dilçilik İnstitutunun direktoru vəzifəsini daşıyır. Onun və himayədarlarının bu qədər məsuliyyətsizliyinin ölkə rəhbərliyinin adına yazılması vicdansızlıq, korluq və misilsiz həyasızlıqdır. Bu, həm də ədalətsizlik, vicdansızlıq və qeyri-insanilikdir. Həbibbəylinin və Məmmədlinin yeyimcil adamlarının hamısı Prezident administrasiyasına işarə edərək bir ağızdan deyirlər: "Balıq başdan iylənər". Halbuki balıq özlərindən iylənir, sadəcə, gizlətmək istəyirlər. Mənim kimi alimdirlərsə, bu qədər imkanları haradandır? Halbuki dövlətin ayırdığı vəsait aidiyyəti üzrə xərclənsə, bütün əməkdaşlara kifayət edər, az maaş alanların maaşına normal əlavələr olar və s. Ayrılan yüz minlər, milyonlar hara gedir? Nəticədə, deyirsiniz ki, bu dövlət nə maaş verir? Yaxşı hiyləgərsiniz! Siz varkən bizə düşmən lazım deyil. Dövlət qurumunu rəsmən dövlətin anasını ağaladan vasitəyə çevirmisiniz. Belələrinin ucbatından ölkənin Prezidenti və xalqın sadə kəsimi ağır yük altındadır. Akademşəbəkə məkrli niyyətlərini gerçəkləşdirmək üçün hər cür səfərbər olunub. Bura daxildir: yaltaqlıq, məddahlıq, özünü yazıqlığa qoyma, talama, əlaltdan maddi ziyan vurma, hiylə, fırıldaq, saxtakarlıq, ən əsası, günahı ölkə rəhbərliyinin üzərinə transfer etmə. Nadir Məmnmədli institutun direktoru kimi prosesin iştirakçısıdır, əsas vintlərindən biridir. Milli varlığımızı təhdid edən bu hərəkətlərə qarşı təkcə kasıb duruma salınmış İdris Abbasov mübarizə aparmalıdırmı?! Əlbəttə, son nəfəsinədək aparacaq! Bəs dövlətə, xalqa düşmən kəsilmiş akademşəbəkə üzvlərinin vicdanı heçmi oyanmayacaq?! Yoxsa adlarını alim-ziyalı qoymuş bu işbazlar ölkənin və xalqın zədələnməsi hesabına eyş-işrət içində pullarının üstünə pul gətirməli, akademik rütbəsi, daha nələr və nələr güdməli, üstəlik də, İdris Abbasovu öz dəstə üzvləri ilə təhdid etməlidirlər?! Hətta düşünməlidirlər ki, Heydər Əliyev Fonduna yönləndirə bilmədiksə, manevrlər edək, dövlətin büdcəsindən bir-iki manat birdəfəlik maddi yardım verib minnət qoyaq İ.Abbasova, susduraq, utandıraq, baş götürüb çıxıb getsin və xəyanətlərimizi rahat davam etdirək?! Həyasızlığın və vicdansızlığın pik həddi budur! Xəyanətlər isə heç vaxt bağışlanıla bilməz!.."
Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyev və eynio Akademiyada dərs deyən Könül Cəfərova ölkə ərazisinə qanunsuz yolla mallar daxil edərkən saxlanılıb. Könül Cəfərova həmin malların İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevə məxsus olması ilə bağlı ifadə verib.Daha sonra Elnur Əliyev və Könül Cəfərova izahatı alınaraq sərbəst buraxılıb. Xatırladaq ki,Könül Cəfərova Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevin göstərişi ilə Dövlət İdarəçilik Akademiyasında saathesabı dərs deyir. /sonxeber.org/ Adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq! TEREF
"Bugünlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov və sement monopolist Cavidan adlı iş adamı ilə bağlı ölkə mətbuatında silsilə yazıların dərci, hər iki şəxsi hərəkətə gətirib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Dha asonra bildirilir: "Sahibkarlara milyonlarla manat məbləğində pul atan, onların əmlakını müxtəlif vasitələrlə ələ keçirən dostlar, bəd əməllərini ortaya çıxaran sahibkarları susdurmaq üçün açıq- aşkar təhdid yolunu seçiblər. Belə ki, onlardan narazı qalan, aldadıldıqları, əmlakları əllərindən alındığı üçün güc orqanlarına müraciət edən sahibkarlara ismarıc göndərən dostlar,bu pulları tək yemədilərini, bunların önəmli bir hissəsini “yaxşı oğlanlar”a hədiyyə etdiklərini söyləyiblər. Rüstəm Şahbazov-Cavidan tandemi qeyd edib ki, əgər kimsə həmin pul və ya əmlakı geri tələb edirsə, deməli, bu pulu onlardan yox, kriminal dünyanın sahiblərindən istəyir. Bu isə o deməkdir ki, həmin sahibkarların cavabını da kriminal aləmin nümayəndələri verəcək. Rüstəm Şahbazov – Cavidan ikiliyinin “Bizdən qaça bilərsiniz, “yaxşı oğlanlar”dan yox” mesajı sahibkarların narahatlığını daha da artırıb. İş adamları hesab edir ki, hüquq dövləti olan Azərbaycanda məmur kürsüsündə əyləşən bir adamın kimlərisə kriminalla hədələməsi yolverilməzdir. Bu səbəbdən də əlaqədar qurumlar Rüstəm Şahbazov və onun ortağı olan Cavidanla bağlı konkret addımlar atmalı, onların qanunsuz davranışlarının qarşısını almalıdır".