Ardını oxu...
Şəki şəhəri, M.Cabbarov küçəsi ev 7 ünvanında
yaşayan Mustafayev Eldar Rəşid oğlunun müraciətini təqdim edirik.
Hörmətli Zaur müəllim, mənim bu müraciətimizi televiziyanızda
işıqlandırmağınızı xahiş edirəm ki, səsim cənab Mikayıl Cabbarova çatsın. Mənim
yüzlərlə müraciətimi cənab Nazirə çatmağa qoymurlar.
Belə ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Yevlax şəhərində
yerləşən 11 saylı Ərazi Vergilər İdarəsində saxta diplomla rəis müavini işləyərək
hamıya meydan oxumaqla məşğuldur. Həmin şəxs MƏMMƏDOV QÜDRƏT
QƏDİR OĞLUDUR. O, deyir ki, burda mənəm Bağdadda kor xəlifə. Onun Dövlət
Vergi Xidmətində yüksək vəzifədə olan himayədarı var. Əgər mənim bu
müraciətimdən sonra onun barəsində araşdırma aparılmasa və o vəzifəsindən azad
edilməsə mən onun da adını efir vasitəsi ilə çəkib cənab Prezidentə müraciət edəcəm.
Məmmədov Qüdrət Qədir oğluna verilmiş “NAXÇIVAN” Universitetinin A
N 057864 nömrəli diplomu əslində MƏMMƏDOV QÜDRƏT QƏDİR OĞLUA
deyil ayrı şəxsə verilmiş diplomdur. Hətta məndə olan məlumata əsasən həmin
nömrəli diplomun əsli bir xanıma məxsusdur. Saxta diplomla dövlətin məhsul
vəzifəsində işə qəbul olunan şəxslər və onun himayədarları cənab Prezidentin
məqsədyönlü siyasətinə zidd gedirlər. Dövlət Vergi Xidmətində ona himayədarlıq
edən şəxsə bildirirəm ki, əgər MƏMMƏDOV QÜDRƏT QƏDİR OĞLUA canın
yanırsa apar öz şəxsi biznesinə rəhbər qoy, dövlətin orqanı belə insanlar üçün deyil.
Hörmətli Mikayıl müəllim!
Sizdən xahiş edirəm ki, məni şəxsən qəbul edəsiniz və həmin şəxs barəsində
daha ətraflı məlumat verim. Çünki Siz vergi orqanlarına rəhbər təyin edildiyiniz
gündən bu orqanda şəffaflığa önəm vermisiniz. MƏMMƏDOV QÜDRƏT QƏDİR
OĞLUNUN Sizin rəhbərlik etdiyiniz orqanda çalışması Sizin adınıza xələl gətirə
bilər.

 
 
 
Ardını oxu...
16 saylı Bakı peşə liseyinin istehsalat təlimi ustası Zahidə Muxtarova müəssisədə qarşılaşdığı qanunsuzluqla bağlı Yenicag.az-a şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, sözügedən müəssisənin kadrlar şöbəsi üzrə inspektoru Təranə Şıxəliyeva 28 iyun tarixində Zahidə Muxtarovaya Peşə Təhsili Agentliyinin məktubu əsasında işinə xitam verildiyi ilə bağlı məlumat verib. Lakin müqavilənin qüvvədən düşmə müddəti 15.09.2024-dür. 01.07.2024-də isə müqaviləyə xitam verildiyi bildirilir.

Şikayətçi məktubda belə bir şey olmadığını, yeni vakant yerlərinin açılması ilə bağlı olduğunu diqqətə çatdırıb. Əlavə olaraq, xitam əmrinin saxta, üzərində agentliyin möhürü olmadığını bildirib.

Zahidə Muxtarova sözügedən agentliyə zəng vuraraq, şikayətinə baxılması üçün İnsan Resurları şöbəsindən Özal bəy ilə görüş günü təyin edib. Eyni zamanda, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlayıb.

Sonrakı günlərdə işinə davam etmək üçün liseyə gedən Zahidə Muxtarova istehsalat təlimi ustalarının baş ustası Sürəyya Məmmədova tərəfindən otağa çağırılaraq, müqaviləsinə xitam verildiyi və işə gəlməməsi ilə bağlı təzyiqlə qarşılaşıb. Müəllim özünü “my.gov.az”da işçi statusunda gördüyünü və xitam əmri göstərilməyənə qədər işə davam edəcəyini deyib.

Zahidə Muxtarova bildirib ki, daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini Azər Əmirov, direktor Günay Mayılova, Sürəyya Məmmədova otağa çağırdı.

“Əmri mənə göstərdilər. Tədris ilinin sonuna qədər müqavilənin bitdiyi qeyd olunurdu. Maraqlı sual yaranır, tədris ili bitibsə, digər müəllimlər bu vaxta qədər fəaliyyətini davam etdirir, ancaq bizə görə tədris müddəti bitmiş sayılır? Məktuba təkrar baxmaq istədikdə müxtəlif bəhanələr gətirdilər. Agentliyə müraciət etməli olduğumu dedilər.

Daha sonra Azər Əmirov dedi ki, “nə durmusan, get də, başqa vaxt icazə istəyirsən, bu da sənin üçün ömürlük icazə, get, otur evində”. Mən isə bir daha işə gəlib-gedəcəyimi bildirdim.

Səhəri gün işə gəldikdə qapıda məni 6 nəfər mühafizə qarşıladı. İçəri buraxmadıqlarına görə iradımı bildirdim, qarşılığında isə polisin çağırılacağı ilə hədələndim. Azər də çöldə idi. Anama “dünən bir Quranlıq söz danışdıq qızının çıxartdığı hoqqaya bax”, – dedi.

Əlavə olaraq, Əmək Məcəlləsinə görə müəssisənin Həmkarlar İttifaqı sədrinin rəyi olmadan işçi azad edilə bilməz. Sədr Səadət Misirova da yanımızda olmasına baxmayaraq, guya xəbəri yox imiş kimi davrandı”, – deyə şikayətçi qeyd edib.

Əlavə olaraq şikayətçi Peşə Təhsili üzrə Dövlət Agentliyində görüşə getdiyini, lakin laqeyd münasibətlə qarşılaşdığını qeyd edib:

“İnsan Resurları şöbəsindən Özal yüksək tonla danışaraq, məsələnin direktorla müəllim arasında həll olunmalı olduğunu. Həmçinin “istəyirsiniz gedin məhkəməyə verin, ancaq hansı əsasla?”, -dedi. Məsələnin mediada işıqlandırılacağını bildirdim. Sonra yumşaq münasibət bəslədiyinin şahidi oldum. Həqiqətən də haqlı olduğumu sübut etdim. Nəticədə direktora səhvinin düzəldilməsi üçün göstəriş veriləcəyini söylədi”.

Zahidə Muxtarova məsələ ilə bağlı zərərçəkən digər bir neçə nəfərin olduğunu diqqətə çatdırıb:

“Məsələ sübuta yetirildikdən sonra qanunsuz yolla işdən azad edilən müəllimlər geri çağırıldı və işlərinin başında olduqları il bağlı ərizə yazdırıldı. Mən isə yazmadım və müəssisənin səhvidirsə özü düzəltsin dedim”.

Məsələ ilə bağlı Yenicag.az Peşə Təhsil üzrə Dövlət Agentliyinə rəsmi sorğu ilə müraciət edib. Müraciətə tezliklə cavab veriləcəyi bildirilsə də, dünəndən bəri cavab gəlməyib. Sorğunun cavabını gözləyirik, Peşə Təhsili üzrə Dövlət Agentliyinin də cavabını dərc etməyə hazır olduğumuzu bildiririk.
 

Ardını oxu...
Məlum olduğu kimi iyul ayınin 1-dən etibarən yanacaq, şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarında, metroda gediş haqqı və bir sıra dərman peraparatlarının qiymətləri Tarif Şurasının qərarına əsasən bahalaşıb. Bahalaşmanın yanacaq və nəqliyyata aid olan hissəsində bir məntiqi səbəb - nəticə əlaqəsi var. Məsələn, şəhərlərarası və şəhərdaxili daşımalar üzrə gediş haqqı ona görə 25% bahalaşıb ki, bu xidmətin maya dəyərində xüsusu çəkisi yüksək olan Aİ-92 benzin 10%, dizel yanacağı isə 25% bahalaşıb. Yəni sərnişindaşımada qiymət artımı yanacağın qiymətinin artması ilə bağlıdır. Xidmət haqqının artan hissəsi məntiqlə yanacağa xərclənməlidir. Amma Bakı Beynəlxalq Avtovağzalı (BBA) bu məntiqin əksinə addım atır. Bakı-Cəlilabad marşrutu üzrə sərnişin daşıyan avtobus sürücülərindən biri redaksiyamıza yazır ki, sərnişin biletlərinin qiyməti 1,2 manat bahalaşaraq, 6,3 manatdan 7,5 manata çatdırılıb. 20 nəfər sərnişin tutan avtobus bletlərində bu fərq 24 manat təşkil edir(1,2x20=24): "Həmin 24 manatın 9 manatı sürücülərə verilir, 15 manatı isə BBA kassasında qalır. Başqa sözlə hər bir biletin artan 1,2 manatının 0,45 manatı sürücüyə, 0,75 manatı isə Avtovağzala çatır. Biz başa düşə bilmirik, bilet qiymətlərinin artan hissəsi yanacağın bahalaşmasından dolayı xidmətin maya dəyərinin artmasına görə reallaşdırılıbsa, onda artan hissənin çoxu nə üçün avtobuslara yanacaq tökmək, onları idarə etmək öhdəliyi olan sürücüyə yox, biletləri satan BBA-ya çatır? Məgər Avtovağzal da yanacaqla işləyir? Lap deyək ki, bahalaşmadan dolayı onların da real gəlirləri azalıb, kompensasiya etmək lazımdır, amma hər halda onlar yanacağa pul xərcləyirlər. Bizim isə avtobuslara vurduğumuz dizel yanacağının qiyməti düz 25% bahalaşıb. Bizim xərclərinizin 80% faizini yanacaq təşkil etdiyini nəzərə alsaq, deməli xidmətin maya dəyəri ən azı 20% artıb. Bu isə 1,26 manat təşkil edir. Tarif Şurasi isə qiymətləri cəmi 1,20 manat bahalaşdırıb ki, onun da 0.75 manatını BBA tutub əlimizdən alır".
Göründüyü kimi, adı avtobus sürücüsü iyulun 1-dən başlayan "Avtovağzal maxinasiyası"nı neçə gözəl təhlil edir. Əlbəttə, biletlərin bahalaşan hissəsi yanacaq xərci olaraq sürücülərə çatmalıdır. Çünki Avtovağzal avtobusları yanacaqla təmin etmək öhdəliyinə malik deyil. Şəkli bizə göndərilən sənədlərdə, daha doğrusu qayimədə bir maraqlı nüansla rastlaşdıq. 20 nəfərin hər birindən 7,5 manat olmaqla sərnişinlərdən 150 manat yolpulu yığılsa da, qayimədə məbləğ 12 manat kəm, yəni 138 manat göstərilib. 12 manatın taleyi sərnişin avtobusunun müşayətedici sənədlərindən aydın olmur. Bu 12 manat Avtovağzalın xidmət haqqı olsa da belə, sənədlərdə xidmət haqqı kimi tutulduğu öz əksini tapmalıdır.
Məsələ ilə bağlı BBA-nın rəy və təkliflər üçün nəzərdə tutulan "qaynar xətt"inə zəng vurduq və məsələni olduğu kimi izah etdik. Özünü təqdim etməyən xanım bizim bütün məlumatlarımızı qeyd etdikdən sonra dedi ki, bu ola bilməz, bu barədə hansı sürücü məlumat veribsə, onun ad-soyadını və avtomobilinin dövlət nömrə nişanını bizə verin, araşdıraq. Biz isə bildirdik ki, bizdə rəsmi sənədlərə əsaslanan ərizə var, bu faktdır. Sizə zəng etmişik ki, bu fakta cavabdeh şəxslərdəm mövqe, münasibət alaq. Xanım bildirdi ki, məsələ araşdırılacaq və bu barədə sizə məlumat veriləcək.
Biz bir neçə saat sonra həmin xanımla əlaqə saxladıq və qurumun mövqeyini almağa çalışdıq. Xanım bildirdi ki, siz mütləq şikayətçinin ad-soyadını və maşınının nömrəsini bizə deməlisiniz, yoxsa biz bunu ananım şikayət kimi nəzərə alacağıq. Lakin biz öz qanuni hüququmuzdan istifadə edərək, şikayətçinin adını təqdim etmədik, xanım isə telefonu bu yerdə üzümüzə qapatdı.
Daha sonra biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Oruclu ilə əlaqə saxladıq. O, bildirdi ki, BBA-dan sizinlə əlaqə saxlayacaqlar. Bizimlə BBA-nın içtimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Rövşən müəllim əlaqə saxlayaraq şikayəti dinlədi və araşdırma üçün vaxt istədi.

Lim10.a
Ardını oxu...
Ucar rayonu Küçəkənd kənd sakini Fərzəliyev Mirbala Eynulla oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Mənim şikayətim Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovdandır.
Mən 2-ci dərəcəli əlil olmaqla Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında məsləhətçi vəzifəsində işləyirəm.Şirvan Təcrübə Stansiyasının “Əli Kommersiya” Şirkətinə borcu olması barədə məhkəmə qətnaməsi var.Borcuda yaradan stansiyanın keçmiş müdiri Arzu Hacıyev olmuşdur. Hazırda onun barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov Şirvan Təcrübə Stansiyasının 75 ton taxılı olan anbarı bağlayıb üzərinə həbs qoyub.Hansı ki, həmin 75 ton taxıl yeni biçilib tam qurudulmadığı üçün ağzı bağlı anbarda tələf olur.
Azərbaycan Respublikasının heç bir qanunuda yoxdur ki, tez xarab olan məhsulun üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlanılsın.Bu qanunsuzluğu isə Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov açıq-aşkar edib.
Ziya Məmmədov həmçinin mənim özümün xeyrimə çıxarılmış digər məhkəmə qətnaməsini icra edilməsi üçün məndən 100 manat rüşvət alıb.Bunu təsdiq edən konkret subutlarım var.İcra məmuru Ziya Məmmədov işinin öhdəsindən gələ bilmir və korrupsiya əməlləri ilə məşğul olur.

Sizdən xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb 75 ton yeni biçilib qurudulmayan taxılın üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlayan Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun barəsinə qanunu tədbirlər görəsiniz".

Ardını oxu...
"Anar Quliyev mənə şəxsən söz verdi ki, bir həftəyə sənin işini həll edəcəm, amma bir il keçib, hələ də həllini tapmayıb."

"DogruXeber.az" bildirir ki, bu sözləri Zərdab rayon Hüseynxanlı kənd sakini, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı şəhid Ağaqardaş Abbasovun atası İlham Abbasov deyir.

Agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında qonaq olan İlham Abbasov bildirir ki, "Oğlum şəhid olduqdan 5 ay sonra onun qız övladı dünyaya gəldi. Nə qədər ki, nəfəsim var, o, uşağın gələcəyinin təminatı məqsədilə bir obyekt tikmək istədim. İcra başçısından yer istədim, sağolsun mənə 30 m² yer obyekt yeri verdi. Amma, Şəhərsalma və Arxitektura Komitəsində Ramin Abdullayev imtina cavabı verdi. Dedilər, "qaz xəttinə yaxındır". Baxmayaraq ki, qaz xəttinin lap yaxınlığında belə tikilmiş o, qədər iaşə obyektləri var, mən yenə də bu qərarla razılaşdım. Bundan sonra mənə verilən torpaq sahəsi icra hakimiyyəti tərəfindən qaz xəttindən 10 metr kənarlaşdırıldı. Bu dəfə isə mənim tikəcəyim bapbalaca tikintinin, onun yanındakı iki mərtəbəli iaşə obyektinə kölgə salacağı bəhanəsi ilə yenə imtina verildi.

Bundan sonra mən Bakı şəhərinə getdim və Anar Quliyevin şəxsən qəbulunda oldum. Anar Quliyev mənə özü söz verdi ki, "Sən yeri dəyişdir, mən sənə kömək edəcəm".

Belə olan halda, İcra Hakimiyyəti mənə Mollakənd yolundan 80 m² torpaq sahəsi verdi. Baxmayaraq ki, həmin ərazi kənddən kənardır, eyni zamanda dərin çaladır, oranın doldurulmasının özü xeyli xərc tələb edir, mən yenə də razılaşdım. Amma, bu dəfə də Ramin Abdullayev imtina cavabı göndərib.

Bunların məqsədi nədir axı məni bu qədər incidirlər?

Əgər pul üçün belə edirlərsə, mənim bu vətən üçün balasını atasız qoyan yeganə oğlum bütün ödənişləri ön cəbhədə ödəyib."

Daha ətraflı videolinkdə !



Ardını oxu...
Son zamanlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və onun rəhbəri Səttar Mehbalıyev haqqında mediada çeşidli tənqidi yazılar gedir. Tribunainfo.az media üzərindən monitorinq və müşahidə apararaq xəbər verir ki, bu tənqidlərin böyük əksəriyyəti konfederasiyanın fəaliyyətsizliyi, başının biznesə qarışması və yan şirkətlər vasitəsi ilə mal-mülk toplaması haqdadır. Hələ bir müddət əvvəl Səttar Mehbalıyevin “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə sanatoriyaları ələ keçirməsinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu ASC birbaşa Səttar Mehbalıyevə məxsusdur, sadəcə, onun işlədilməsini başqalarına verib.
Bundan savayı, Səttar Mehbalıyevin 30 illik fəaliyyəti dövründə AHİK-i bazara çevirməsi, onu şəxsi biznes kimi istifadə etməsi, habelə üzvlərinin hüquqlarını qorumaması və “putyovka” alveri etməsində ittiham edənlər də az olmayıb. Bu günlərdə isə məlum olub ki, sanatoriyalarda özbaşınalıq pik həddədir. Bu barədə Tribunainfo.az bildirir ki, Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Redaksiyamıza şikayət edən həmin şəxslərdən biri qeyd edir ki, sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır. Şikayətçi deyir: “Kordiologiya Sanatoriyasında özbaşınalıqdır. Həmkar İttifaqı xətti ilə burada dincəlmək və müalicə üçün gəlmişik. Amma yer tapa bilmirik. Çünki sanatoriyanın həyətindəki “domik”lər pulla satılır”.
Şikayətçi bildirir ki, onlar aylıq üzvlük haqqı verirlər və bunun bəhrəsini görmək istəyirlər. “Əgər biz hər ay pul ödəyib, sonda sanatoriyada qalmaq üçün pul ödəyəcəyiksə, o zaman niyə üzvlük haqqı veririk?”.

Müəllimlərin 10 milyonu hara gedir?

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir. Bir müddət öncə vəfat edən xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını görmüşdü, nə də xəstəliyində.

Tanışlıq, ya da 500 manata almaq

Həmkarlar İttifaqı rəhbərliyi “putyovka”nı tanışlara, şəxsi əlaqələri olanlara verir, eləcə də digərlərini biznesə çevirərək satır. Hazırda Bilgəh və başqa sanatoriyalarda AHİK tərəfindən göndərişlər şəxsi və maddi maraqları müqabilində olur. Bu da qurum sədri Səttar Mehbalıyevin dövlətin mühüm strukturunu illərdir ki, turizm şirkətinə çevirməsindən qaynaqlanır. Məlumatlara görə, AHİK-dən “putyovka” əldə etmək indi özəl tur paket almağa oxşayır. Dövlət qulluqçularına, müxtəlif büdcə təşkilatlarında işləyənlərə, yaradıcı mühitdə olan insanlara aid putyovkalar əsl, sahiblərinə deyil, başqalarına çatır. Bu da Mehbalıyevin gəlirli yay biznesidir. AHİK açıq şəkildə “putyovka”ları 400-500 AZN civarında satır. Həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan yararlanır.
Üzvlük haqqı ödədiyi halda “putyovka” əldə edə bilməyənlər bildirir ki, AHİK-in tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur və bu sanatoriyaların əksəriyyətində “putyovka”lar satılır. “Kurort” QSC-də “putyovka”ları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə etmək mümkündür.

“Abşeron”, “Günəşli”, “Bilgəh” bazarı…

Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin mediayada şikayət məktubu yayıldı.
Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilib, nə normal qidalanma olub, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti” olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. AHİK yüksək səviyyəli yerləri açıq formada satışa çıxarır, bərbad şəraitli yerləri isə şəhid ailələri və qazilərə layiq görür.
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu mətbuatda yayılmış bu xəbərlərin bütün hallarda yoxlanılmasına və araşdırılmasına zərurət olduğunu düşünür. Onun fikrincə, ümumilikdə “putyovka” ilə bağlı hər il problemlər yaşanır və bəzi informasiyalar yayılır. X.Teyyublu hesab edir ki, bu sahədə yeniliklər olmalı, şəffaflıq təmin edilməli, eləcə də ictimaiyyətə hesabat verilməlidir: “Çünki dövlət qulluqçuları öz maaşından hər il ödəniş edirlər. Eləcə də üzvlük pulu ilə bağlı maliyyə hesabatı olmalıdır. Hər halda, belə xəbərlər varsa, deməli, araşdırıla bilər”.

Tribunainfo.az
 
Ardını oxu...
Azərbaycanda dövlət qurumlarında son illər aparılan islahatlara baxmayaraq, hələdə bir çox təşkilatlarda ciddi nöqsanlar, kadr çatışmamazlığı, rəhbərliyin qurumu düzgün idarə edə bilməməsi, gizli korrupsiya və sair problemlər mövcud olaraq qalmaqdadır.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, belə qurumlardan biri də Dövlət Su Ehtiyatları Agentliyinin Sabirabad Suvarma Sistemləri İdarəsidir.

Sabirbad rayon sakinlərinin iddialarına görə Şafiq Heydərovun rəhbərlik etdiyi bu idarədə çox ciddi gizli maliyyə maxinasiyaları mövcuddur. Bildirilir ki, Şafiq Heydərovun gizli maxinasiyası əsasən Suvarma idarəsinin balansında olan 91 ədəd nasos stansiyası və səyyari dizel nasos stansiyalarıdır. Məlumata görə Şafiq Heydərov 91 nasos stansiyasının bir hissəsində adı olub özü olmayan işçilərin əmək haqqı kartını öz cibinə qoyub. İdarə rəisinin məhz nasos stansiyalarının hesabına 40-a yaxın əmək haqqı kartına sahib olduğu bildirilir. Hə ay Şafiq Heydərovun bu kartlar vasitəsi ilə 15 (on beş) min manata yaxın vəsait əldə etdiyi deyilir. İdarə müdirinin nasos stansiyalarının hesabına əldə etdiyi əmək haqqı kartlarının bir hissəsini müavinlərinə və lazımı olan işçilərə verdiyi qeyd olunur.

Rayon sakinləri bildirirlər ki, Dövlət Su Ehtiyatları Agentliyi Sabirabad Suvarma Sistemləri İdarəsində qəfil yoxlama apararsa qeyd edilən faktlar ortaya çıxacaq. Çünki nasos stansiyalarında baş verən maxinasiyalardan Sabirabad Suvarma Sistemləri İdarəsində hər kəsin xəbəri var.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Tenderlər “kralı” kimi bilinən, dövlət qurumlarının, ən əsas da Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) “sevimli” şirkəti olan ATF MMC əl dəyişdirib.
Təbriz Muradov milyonluq tebderlərin qalibi olmuş nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçiliyindən çıxıb.

Onun yerinə qanuni təmsilçi olaraq qardaşı Azad Muradov yazılıb.

Bununla bağlı bir çox qalmaqallı iddialar səslənir. Lakin hələlik heç bir dəqiqləşmiş rəsmi məlumat əldə etmədiyimiz üçün iddialarla bağlı məlumat vermirik, ancaq Məsələni diqqətdə saxlayırıq.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.

Həmçinin yerli mətbuatda gedən məlumatlarda qeyd edilib ki,

Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.

Hələ 2021-ci ildə mətbuatın yazdığına görə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

Yerli mediada gedən məlumatlara görə bütün bu “seçimlər” S.Məmmədovun müavini Əvəz Qocayevlə arasında problemə səbəb olub. Hətta iddiaya görə S.Məmmədov hətta Qocayevi və onun vəzifəyə gətirdiklərini ozundən uzaq tutmağa çalışır.

Yerli mediada gedən məlumatlara görə, Əvəz Qocayevin fəaliyyəti sədr Saleh Məmmədov tərəfindən də lazımınca qiymətləndirilmir. Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Belə bir səbəbdən də, sədr Saleh Məmmədovun öz müavinini işindən uzaqlaşdıracağı ilə bağlı sərəncam verəcəyini, bu gün tam əksəriyyət səbirsizliklə gözləməkdədir. Buna əsas səbəb, Əvəz Qocayevin adının daha çox qalmaqallı məsələlərdə hallanmasıdır. Bir sözlə, AAYDA-nın sədri artıq Əvəz Qocayev yükündən azad olunmaq istəyinə düşdüyü də söylənilir. Söz yox ki, vəziyyətin belə bir həddə gəlib çatmasında Əvəz Qocayevin danılmaz xidmətləri var.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. (32gun)
 
Ardını oxu...
Optik kabelləşdirmə adı altında milyonlarla manat dövlət vəsaiti necə mənimsənilir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialının müdiri Nazim Əliyev şimal zonasındakı dövlət əmlakına qənim kəsilib. at oynatmaqdadır. Bununla bağlı cumhuriyyet.net-i məlumatlandıran mənbənin sözlərinə görə, Nazim Əliyev şimal-şərq zonasında optik kabelləşdirmə adı altında min tonlarla mis kabelləri mənimsəməkdə, bundan milyonlarla manat məbləğində qanunsuz gəlir əldə etməkdədir. Təsadüfi deyil ki, Nazim əliyev sadə vətəndaşlar arasında filial müdirindən daha çox “misyığan” kimi tanınmaqda, “Mis nazim “ ləqəbi ilə populyarlaşmaqdadır. Hər ay vaxtiylə torpağa basdırılan yüz tonlarla mis kabeli çıxararaq bunları şəxsi əlaqələri vasitəsilə “əridən” və “cibinə axıdan” Nazim Əliyev, Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialını şəxsi təəsrrüfatı kimi idarə etməkdədir.

Nazim Əliyevin qanunsuz əməllərindən biri də ondan ibarətdir ki, filial müdiri bəzi hallarda mis kabelləri çıxarsa da, onun əvəzində həmin ərazidə optik kabelləşdirmə işi həyata keçirmir. Mənbənin cumhuriyyet.net-ə bildirdiyinə görə, lakin sənəd üzərində həmin ərazisinin kabelləşdirilməsi qeyd olunur ki, bu da Nazim Əliyevə optik kabelləşdirmə üçün nəzərdə tutulan vəsaiti də mənimsəməyə imkan verir. Başqa sözlə desək, Nazim Əliyev bir daşla iki quş vurur ki, bu da filial müdiri üçün ikiqat gəlir deməkdir.

Nazim Əliyev bütün bu qanunsuzluqları iki yaxın adamı – texniki müdir Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizovun iştirakı ilə həyata keçirir. Hər iki şəxs “Mis Nazim”in qanunsuz əməllərinin reallaşmasında yaxından iştirak etməkdə, bu qanunsuzluqlara qanuni don geyindirməkdədir.

Məlumat üçün qeyd edək ki, Nazim Əliyev uzun müddət sabiq MTN şefi Eldar Mahmudovun sevimli kadrlarından olan Beytullayevin rəhbərliyi altında işləyib. (Turantv)
 
Ardını oxu...
Beyləqan rayon sakini Aydın Şükürlü tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından qanunsuz yerə işdən çıxarırlar: “Bildirim ki, hal-hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasında işləyirəm. Bu xəstəxanada qanunsuzluqlar baş alıb gedir. Burada mənə qanunsuz olaraq aktlar tərtib edilir və razılığım olmadan qanunsuz olaraq işdən çıxarmaq istəyirlər. 3 ildir ki, bu xəstəxanada çalışıram. İş saatından artıq işlədilirik, lakin əmək haqqımızda heç bir fərq olmur. Xəstəxananın rəhbərliyi ciddi qanunsuzluqlara yol verir.
İndiki zəmanədə iş tapmaq necə çətindir, bilirsiz. Heç bir səhvim olmadan məni işdən çıxarmaq istəyirlər. Sanki məni məcbur edirlər ki, canıma qəsd edim. Bir gün bu addımı atsam günahkar Təhlükəsizlik bölməsinin növbə rəisi Əliyev Asim və Beyləqan RMX-nın Publik hüquqi şəxsi Muradov Bayramdır. Mən heç kəsdən artıq heç nə istəmirəm, hüquqlarımın bərpa olunmasını xahiş edirəm. Əliyev Asim qazi olduğu üçün Bayram həkim ondan ehtiyat edir və çirkin əməllərinə şərik olur.

Xəstə qadınların otaqlarına kameralar qoyublar, qadınlara iynə vurulması, əyinlərinin dəyişdirilməsi – hamısı kameraya düşür. Və bu kameraya Əliyev Asim baxır. Hətta ikisi birləşib qanunsuz aktlar tuturlar.
Qeyd edim ki, bəzi sənədlərin saxtalaşdırılması ilə də məşğul olurlar. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, biz mühafizəçilərin haqlarının əlimizdən alınmasına imkan verməyin”.
Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti