Ardını oxu...
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmə təminatı hüququna da məhkəmə hakimiyyəti qadağa qoyub.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, məhkəmənin uyğun icra sənədi olmadan, ƏN-in Suraxanı icra məmuru Vüsal Əliyev xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin pensiyasını yarıqat etməyi DSMF-ə MƏKTUBLA sifariş verib.

DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı da ağına-bozuna baxmadan nə məhkəmənin verdiyi icra sənədinin olmamasına baxıb, nə də “İcra haqqında” qanunun tələbin yönəldilə bilməzliyi pul məbləğləri haqqında 68.1.2 (TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ) maddəsinə.

Qarabağ əlilinə savaşda vətənə xidmətdə aldığı xəsarətlərə görə ödənilən pensiyanı yarıqat edən DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində ( keçmiş 1BİİM) iddia qaldıran qazinin iddiası 3 dəfə mümkün sayılmayıb və hər üçündə Ali Məhkəmə aşağı instansiyanən qərardadlarını ləğv edib.

Sonuncu dəfə 3 il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin 25.05.2021 tarixli “daxili inamı” əlilin iddiasının təmin edilməməsinə gətirib. Bu qərardaddan şikayət də Bakı Apelyasiya Məhkəməsinin ( Səadət Bəktaşi, Aida Hüseyn , Azər Hüseynov) 03.08.2021 tarixli qərarı ilə təmin olunmayıb.

Əsl məzhəkə də bundan sonra başlayıb. 2 illik şikayətlərdən sonra yalnız Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyn edilməsindən sonra saxtalaşdırılmış qərar (saxtalığı məhkəmə tərkibində olan Aida Hüseynin (artıq Ali Məhkəməyə təyinat alıb) adının çıxarılması, Qarabağ əlilinin imzasının saxtalaşdırılması, başqa şəxsə ünvanlanan məktubun guya qaziyə ünvanlanması və s. sübut edir-M.B.) 17.03.2023-cü ildə verilib.

Anında Qarabağ əlili kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verib və ərizəsi təmin olunaraq 20 saylı vəkil bürosundan Samir Abdullayev 23.06.2023-cü ildə şikayəti yazaraq təqdim edib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov 70 gündən sonra- 30.08.2023-cü ildə 5 günə ( onun da 2 günü altı-bazara düşür- M bildirib. Qarabağ əlili həm Ali Məhkəməyə, həm də Məhkəmə Hüquq Şurasına şikayətin vaxtında verildiyini, vəkilə 08.06.2023-cü ildə verilən 001414 nömrəli orderlə 15 gün müddətində-23.06.2023-cü ildə kassasiya şikayətinin təqdim edildiyini sənədlərlə izah edib. Yəni şikayətvermə müddətinin ötürülməsi barəsində Səyyad Kərimova qıraqdan verilən sifariş şikayətin mümkünsüzlüyünə əsas vermir.

Bu izahatdan sonra…

Səyyad Kərimov (məruzəçi) Kəmaləddin Bədəlov və Bəhmən Qəribov ali heyəti 24.11.2023-cü il tarixli, 2-1(102)-2170/2023 saylı qərardadla şikayətvermə müddətinin üzrsüz səbəbdən ötürülməsi əsası ilə kassasiya şikayətini mümkün saymayıb.

Öncə-8 ay qabaq vəkilin şikayəti gec yazdığını “əsas” tutan Səyyad Kərimov, bu “əsas”ın sənəd-sübutla saxtalığı sübut ediləndən sonra şikayətin 2 ildən sonra verilməsi özbaşınalığını saxtalıqla qazinin üzərinə qoyub, üzrsüz səbəbdən 2 il sonra şikayət etdiyini “əsas” tutub mümkün saymayıb. Bu qərardad 2 aydan sonra 29.01.2024-cü ildə verilib və Qarabağ qazisi Konstitusiya Məhkəməsinə şikayət verməyə qorxur.

Niyə də qorxmasın, qanunsuzluğu, ədalətsizliyi edən Ədliyyə (?-M.B) Nazirliyi (icra məmuru Vüsal Əliyev), qərarı 2 ildən sonra medianın işə qarışmasından sonra verən məhkəmə , pensiyasından, əmlakından, məhkəmə təminatı, hüquqi yardım hüququndan da məhrum edilən düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, DOST qərəzinin pensiyasının yarısını apardığı hüquqsuz, azadlıqsız Qarabağ qazisi!

P.S. Qarabağ əlili Xaliq Abbaszadəyə, eləcə də digər Qarabağ əlillərinə “Əmək pensiyaları haqqında” qanunun 2021-ci ildən qüvvədən düşmüş 19.1.7 maddəsi əsasında aylıq (əlillik dərəcəsinə uyğun 55,77,110 manat) əlavə də verilməyib.

Qazinin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının bu tələblə bağlı hissəsi mümkün sayılmayıb ki, öncədən Filiala müraciət etməyib (?). Absurd əsaslandırma deyilmi? Amma indi DSMF şəxsi heyəti ilə bildirir ki, bütün Qarabağ əlillərinə 2021-ci ilə kimi həmin əlavələr verilib. Verilibsə, niyə qazi əlillər məhkəmələrlə davadadırlar və hətta məhkəmə qərarının icrasına da nail ola bilmirlər? Sualın cavabı çox asandır: ölkədə məhkəmənin, qanunun, konstitusiyanın aliliyi yox, pensiya filialının, sıradan məmurun rüşvətinin aliliyi qüvvədədir.
Məğrur Bədəlsoy
/aztoday.az/
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə
müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-
müəllim heyəti universitetimizdə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət
etmək qərarına gəldik.
Cənab Prezident, insanlar da sanki kitablar kimidir, onların əsl üzünü, üzünə
baxınca deyil, zamanla səhifələrini oxuduqca anlamaq olur. Zəfər Qurbanov
Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunanda bütün kollektiv elə
zənn etdi ki, bu adamın gəlişi aqrar təhsilə böyük təkan verəcək.
Lakin, kitab kimi zamanla səhifələnən Zəfər Qurbanov işlədiyi müddət
ərzində aqrar sahədən, eləcə də idarəetmə işindən tam bixəbər olduğunu sübut etdi.
Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə düz
əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də
müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır.
Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor təyinatından sonra
haqsızlıq geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti, tədrisi
məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur.
Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun
dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi
Siz üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış
olmuş, görülən işlərə böyük qiymət vermişsiniz. ADAU-nun inkişafında
həmişə lazımi addımlar atdığınıza görə kollektiv adından Sizə dərindən
təşəkkür edirik.
Cənab Prezident, amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər
Qurbanov iclasları çox sevir, bütün günü orda-burda yalandan mənasız iclas
keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir.
Elmi Şurada qərar qəbul edərək, Dünya Bankının xətti ilə tikilən, praktik və
əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə
yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var.
Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr gedə
bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən
bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov
bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı.
Sabiq rektor İbrahim Cəfərov heyvandarlığın, quşçuluğun, balıqçılığın
inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi.
Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm
işlədirdi, həm də onları öyrədirdi. Amma indi Zəfər Qurbanov həm maşın-
traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları
saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının
yetişməsi üçün çox vacibdir..."

DAVAMI VAR...
 

Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin rəhbəri Zaur Mikayılovun digər bir qudası Əsəd Şirinovu da özünə müşavir, digər qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri təyin edib. Qanun buna yol verir. Çünki quda yaxın qohum sayılmır. Ona görə də bu, ailədaxili məsələdir, xahiş edirəm, qarışmayın, qoyun kişi qudalarını başına yığıb, işləsin, əsəbiləşəndə xalqın suyundan doyunca içib, sakitləşsinlər. Baxma da, qudalar bəlkə oddur – onların yanğısını ancaq xalqın suyu ilə söndürmək olar.

Amma diqqət və təəccüb yaradan başqa məqamdır. Bununla bağlı cumhuriyyet.net bildirir ki, Zaur müəllimin qudası Fuad Quliyev Azərbaycan tarixinə və Ginnessin rekordlar kitabına düşəsi adamdır. Onun tərcümeyi halında yazılıb ki, 1977-ci ildə anadan olan bu şəxs 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında işləyib. 13 yaşında Akademiyada işləyən məmura qızıldan büst qoymaq lazımdır, belə qudanın qədrin bil, Zaur müəllim.





Ardını oxu...
Xəzər rayonu, Binə Südçülük Sovxozunun sakini Abbasov Zamin Xanbala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azərişıq”ın yerli əməkdaşlarının fəaliyyətindən narazılıq edir:

“Mən, Abbasov Zamin Xanbala oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqalandırasınız.

Bildirirəm ki, çəkiliş etdiyim ərazidə işıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır. Loru dildə desək, kabelin dəmirləri çöldə qalıb.

Əlbəttə, böyük insanlar bunu görsə əl vurmaz, amma uşaqlara bunu başa salmaq olmur.

"Asan Komunal" bu qəzalı vəziyyəti aradan qaldırmaq üçün məndən 114 manat 40 qəpik pul tələb edir. Bu pulu ödəmədiyim üçün kabel hələ də bu vəziyyətdə qalıb. Belə çıxır ki, pul yoxdursa, nəticə də olmayacaq”.

Məsələ ilə bağlı “Azərişıq” Mətbuat Xidmətinin əməkdaşı Pərvanə xanımla danışdıq və 2 saat çəkmədən şikayətçinin problemi həll oldu. Odur ki, hər zaman mətbuatın müraciətini operativ cavablandıran və problemin həlli istiqamətində əlindən gələni əsirgəməyən Pərvanə xanıma təşəkkür edirik.

Amma yaxşı olardı ki, sözügedən problem “Azərişıq” rəhbərliyinə müraciət olunmadan, konkret olaraq Pərvanə xanımın müdaxiləsinə ehtiyac olmadan, yerindəcə həll olunardı, məsələ də mətbuat səhifələrinə çıxmazdı.

Yenə də “Azərişıq” rəhbərliyinə minnətdarıq ki, vətəndaşların müraciətinə biganə yanaşmırlar.

Jalə FAMİLQIZI

Qeyd: Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi oxucularımıza təqdim edirik:

 
 
 
Ardını oxu...
Son aylar elektron medida “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verildiyi barədə çoxsaylı məlumat yayılmaqdadır. Məlumatlarda cəmiyyəydə yol verilən qanunsuzluqların başında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla bərabər onun müşaviri və ən yaxın dostu Kamil Hüseynovun durduğu bildirilir. Həmçinin qeyd edilir ki, rəsmi vəzifəsi “Azərişıq” ASC sədrinin müşavirlərdən biri olsa da, ona sədrin xüsusi bir münasibətdə olması və böyük etimad göstərdiyi deyilir. Məhz bu səbəbdən də “Azərişıq” ASC-nin maliyyə əməliyyatlarında, xüsusi ilə də, bütün tenderlərdə son sözü Kamil Hüseynov deyir.

Qeyd edək ki, hazırda Qarabağda işğaldan azad olunmuş ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə dövlət tərəfindən milyonlarla manat vəsait xərclənir.Bərpa prosesində qarşıda duran mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsidir. Burada əsas məqsəd azad edilmiş torpaqlarımızda müasir standartlara cavab verən enerji sisteminin yaradılması və ölkənin ümumi enerji sisteminə inteqrasiya edilməsidir. Sözügedən ərazilərdə yeni elektrik xəttlərinin çəkilişi həm də “Azərişıq” ASC tərəfindən həyata keçirilir. Qurumun satınalmalar yolu ilə həyata keçirdiyi layihələrdə bir çox şirkətlərin adı keçir. Onlardan biri də “ŞANS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞANS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.06.2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 64, qanuni təmsilçisinin isə Abbasov Səyavuş Şahid oğlunun olduğu göstərilir.

Açıq mənbələrdə MMC-nin fəaliyyət sferası barədə bunlardan başqa heç bir məlumat yoxdu. MAraqlıdır, barəsində heç bir məlumat olmayan və cəmi 10 manat nizamnamə kapitalı olan MMC 2022-2023-cü illər ərzində “Azərişıq” ASC-nin rəsmiləri tərəfindən təşkil olunmuş dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox 6 açıq tenderin qalibi necə olub? Sözügedən satınalmaları diqqətinizə çatdırırıq:

24.04.2024-cü ildə “Azərişıq” ASC-nin “Qubadlı rayonu Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işlərinin satınalması üzrə keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 4.993.918,4 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

01.12.2023-cü ildə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 1.772.258,66 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

18.10.2023-cü ildə “Azərişıq” ASC Kəlbəcər rayonu, Mərcimək, Ağqaya, Yellicə və Zəylik yaşayış məntəqələri ərazisində yerləşən, hərbi hissənin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və 35/0,4 kV-luq KTM-lərin quraşdırılması işlərinin satın alınması üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 10.414.280,14 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 18.10.2023-cü il, bitmə tarixi 18.12.2023-cü ilə müəyyən edilib. Kəlbəcər rayonunda yolların bərbad olduğu dağ kəndlərində belə bir işi iki aya tamamlamaq nə dərəcədə real görsənir?

11.01.2023-cü ildə Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 5.948.881,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 11.01.2023-cü il, bitmə tarixi 11.07..2023-cü ilə müəyyən edilib.

05.11.2022-ci ildə Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 2.618.002,58 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 05.11.2022-ci il, bitmə tarixi 30.12.2022-ci ilə müəyyən edilib. Neftçaılada belə bir işi iki aya tamamlamaq nə dərəcədə real görsənir?
15.09.2022-ci ildə Zaqatala rayonu ərazisində yerləşən 110/35/10 kV-luq “Zaqatala” yarımstansiyasının 2×25 MVA gücündə yenidən qurulması işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 6.453.406,49 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Qeyd edək ki, “Azərişıq” ASC ilə “Şans Construction” MMC arasında başlanan müqavilələrin ümumi məbləği təxmini hesablamalarımıza görə 32 200 745 manat təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi maddi texniki bazası barədə heç bir məlumat olmayan bu şirkətin görəsən müqavilə ilə işləyən işçiləri varmı, yoxsa günəmuzd fəhlə toplayıb işlədirlər. Kəlbəcər, Laçını rayonlarını başa düşdük, burada işləmək üçün şirkətlər işçilərinin sayına uyğun DİN-də Qarabağa getməyə icazə almalıdır. Amma eyni vaxtda Neftçala və Zaqatala rayonlarında bu dövlət sifarişlərini yerinə yetirməyə işçi qüvvəsini haradan toplayıb. Dövlət vəsaitlərinin talanması halları da məhz buradan başlayır. Yerlərə günəmuzd 15-20 manat fəhlə tutub, ayda 1000 manata yaxın maaş yazmaqla qazanır “Şans Construction” MMC. “Azərişıq” rəsmilərinə verilən “otkat” pulları məhz bu yollarla toplayırlar.

Fəaliyyəti ilə bağlı heç bir məlumat olmayan “Şans Construction” MMC -yə iki il ərzində milyonlarla manat dövlət sifarişi vermiş “Azərişıq” ASC-də bu ilk hal deyil. ASC-nin bağladığı bütün satınalma müqavilələrində bu kimi hallara yol verilir. Satınalmaların təşkilinə nəzarət edən dövlət qurumu olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu hallara sadəcə göz yummaqla kifayətlənir.

Aktualinfo.org

 
Ardını oxu...
Son zamanlar “Veysəloğlu Grup” MMC-nin sahibi, Azərbaycan biznes dünyasının ən müəmmalı şəxslərindən biri olan Aydın Talıbovun deputatlıq arzusuna düşməsi ilə bağlı xəbərlər tirajlanır və deyilənə görə də bu xəbərlər iş adamını çox narahat edir…

Əslində burda qeyri-adi bir şey də yoxdur. Çünki bütün həddi-buluğa çatmış ölkə vətəndaşları kimi, Aydın Talıbovun da parlamentdə təmsilçi olaraq çıxış etmək hüququ var və onun bu hüququ konstitutsiya ilə müdafiə olunur.

Amma yenə də vətəndaş Aydın Talıbovun iş adamı kimi fəaliyyətində bir sıra qeyri-adi hallar var. Onlardan birincisi ölkədə qida sektorunda monopolya sahiblərindən biri, mülkiyyətində istehsal zavodlarının, ölkə miqyasında 300-dən artıq supermarketlərin və marketlərin (bunlara “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi daxildir), həmçinin “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodlarının, “Favorit”, “Xonça”, “AVT Logistics” kimi xidmət və satış mərkəzləri, cürbəcür kafelərin sahibi və hətta KİA avtomobillərinin satış dileri olan Aydın Talıbovun şəxsi sərvəti haqqında məlumatların olmamasıdır.

Maraqlıdır “Veysəloğlu Grup” MMC hüquqi şəxsinə aid olan bütün bu sərvətlər tək Aydın Talıbova aiddirsə, onda onun adı niyə “Forbes”in siyahısında yoxdur? Çünki bütün bu sadalanan biznes strukturları ilə tək Aydın Talıbov “Forbes”in siyahısına düşməliydi. Onu da qeyd edək ki, Təh Aydın Talıbov deyil, Azərbaycanda bir çox iş adamları “Forbes”in siyahısında yer almalıdırlar. Amma nə sirdisə, Azərbaycandan olan qeyri-məmur biznesmenlər belə, bu siyahıya düşmürlər. Bəlkə ona görə ki, onların biznesi heç də şəffaf deyil?

Əlbəttə ki, bu sual daha çox hökümətin müəyyən qurumlarına, xüsusən də vergi xidmətinə aiddir, onlar bu suala açıqlıq gətirməlidirlər. Amma yenə potensial bir seçici, ya da adi bir vətəndaş kimi Aydın Talıbovun sahib olduğu mal varlığı məni maraqlandırır. Xüsusən, “Veysəloğlu Grup” bütünlükdə Aydın Talıbovun şəxsi sərvətinə aid deyilsə, o zaman onun şəxsi sərvəti nələri əhatə edir və bu sərvət haqqında hardan məlumat almaq olar? Ən nəhayət Aydın Talıbovun şəxsi hesabına “Veysəloğlu Grup”dan hər il nə qədər qazanc daxil olur və Aydın Talıbov bu qazancdan hər il nə qədər vergi ödəyir?

Ümid edirik ki, deputat olaraq xalqın müəyyən hissəinin təmsilçisi olmaq istəyən Aydın Talıbov bu suallara şəffaf bir şəkildə aydınlıq gətirəcək və onun biznes fəaliyyəti ilə bağlı uzun illərdir havadan asılı qalan çoxsaylı sualalra cavab verəcək. Bu sadəcə bizim arzumuzdur…

Hələlik isə bu arzumuzu bir tərəfə qoyaraq Aydın Talıbovun “Araz” super marketlərdə vətəndaşın cibindən 3 qəpik artıq çıxarmaq naminə ortaya qoyduğu “tamah dişindən” danışacağıq.

Xatırladaq ki, 15 fevral 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktub əsasında pərakəndə satış məntəqələri polietilen torbaları öz müştərilərinə pulla satırlar.

Öncədən qeyd edək ki, ETSN-nin bu qərarının ölkə ekologiyasına müsbət təsiri haqqında heç nə demək mümkün deyil, amma uydurma endirimlərlə alıcıya minnət qoyan və buna rəğmən yüksək qiymətlərlə malalrı istehlakçılara satan ticarət mıəntəqələri ETSN-nin bu qərarından normal qazanc əldə edirlər.

Hətta bu qazanc o qədər normaldır ki, Aydın Talıbov “Araz” super marketlərdə alcını daha çox polietilen torbalar almağa məcbir edir. Məhz məcbur edir…

Xatırladaq ki, bir neçə aydır ki, “Araz” super marketlərdə tərəvəz və digər kənd təsərrüfatı mallarını yığmaq üçün alıcıya pulsuz təqdim edilən tutacaqlı polietilen torbaları ləğv edilib, onun yerinə isə tutacağı olmayan polietilen torbalar təqdim edilir. Bi isə alıcılara əlavə problemlər yaradır. Çünki tutacağı olmayan polietilen torbalar alıcılar üçün narahatlıq yaradır.

Burda isə məqsəd kassada alıcıya daha çox polietilen torbalar satmaqdır. Çünki bir çox halalrda alıcılar polietilen torbalara əlavə pul xərcləmək istəmirlər. Tutacağı olmayan polietilen torbalarla isə alıcı kassadan əlavə polietilen torbalar almağa məcbur olurlar. Yəni Aydın Talıbov bunu özü üçün əlavə gəlir yeri olaraq görür və ona görə vətəndaşdan əlavə 3 qəpik çıxarmaq da qənimətdir…

Xatırladaq ki, “Araz” super marketlərdən savayı başqa ticarət məntəqələrində belə halalr müşahidə olunmur.

Biz dəfələrlə “Araz” super marketlərində bununla bağlı alıcıların şikayətləri ilə üzləşmişik. Şikayətlərə isə bir qayda olaraq müdriyyətdən bildirirlər ki, onlara bu torbalar mərkəzləşdirilmiş şəkildə gəlir və bununla bağlı nəsə etmək onların səlahiyyətləri xaricindədir.

Qeyd edək ki, bir neçə həftə əvvəl , “Araz” super marketlərdə tutacağı olmayan polietilen torbalar yenidən tutacaqlı torbalarla əvəzləndi. Amma bu da uzun sürmədi. Ötən həftədən başlayaraq , “Araz” super marketlərdə yenə də müştərilərə tutacağı olmayan torbalar təqdim olunur…

Görünür ki, digər supermarketlərin sahiblərindən fərqli olaraq Aydın Talıbov üçün vətəndaşın cibindən əlavə 3 qəpik çıxarmaq önəmli məsələdr. Çünki atalar deyib ki, “dama-dama göl olar”…

Poliqon.info
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov özünə yeni müşavir təyin edib. Yeni müşavirin adı Şamo Mürşüdovdur və o, DGK sədrinin sayca üçüncü müşaviri oldu.

Bu təyinatı DGK-nin daxili işi hesab etmək olardı, amma Şamo Mürşüdovun tərcümeyi-halını araşdıranda artıq məsələnin ictimaiyyətləşməsinə zərurət yaranır. Çünki DGK kimi strateji bir qurumda belə bir şəxsin müşavir olması həqiqətən də narahatedici amildir.

Şamo Mürşüdovun DGK-da müşavir postuna niyə gətirilməsinin səbəbi sirr olaraq qalır. Adətən belə yüksək posta təyin olunan şəxs cəmiyyət tərəfindən təqdir olunan şəxslər olur, bu təqdiri də məhz əməlləri, gördükləri işlərlə qazanırlar. Amma Şamo Mürşüdovla bağlı bunu demək çətindir. Onun təyinatından sonra sosial şəbəkələrdə yayılan videolar və məlumatlar suallar yaratdı.
Ardını oxu...
Yayılan videoların birində Şamo Mürşüdov bir neçə il öncə yerli telekanalların birində keçirilən yarışmada görünür, özü də kontrabasda. Hətta aparıcının ansamblı “qızlardan ibarət komanda” adlandırması da təəccüblü oldu, axı kontrabasda məhz hazırda DGK sədrinin müşaviri olan Şamo Mürşüdov ifa edirdi. Amma aparıcını da qınamaq olmur, videoda aydın görünür ki, Şamo Mürşüdov geyimi ilə, tərzi ilə, hətta davranışı ilə qızlardan ibarət ansambla uyğundur. İndi belə çıxır ki, kontrabas ifaçısı ölkənin gömrük xidmətinə müşavirlik edəcək. Qəribə haldır, həm də şübhələr doğurur. Doğrudanmı o, belə bir vəzifənin öhdəsindən gəlməyi bacaracaq?!

Digər bir videoda isə Şamo Mürşüdovun artıq “vəzifədə” olduğu görünür, amma yenə də iş başında yox, əyləncədə. Onlarla insanı başına toplayan Şamo Mürşüdov “James Bond 007 oyunu” oynayır, bildiyimiz mafiya. Özü də hansısa qapalı məkanda. Arxa fonda görünən “agent James Bond 007” yazısı da onu deməyə əsas verir ki, oyunun oynandığı yer klubdur. Şamo Mürşüdov ortada, kənarda işçiləri, ora-bura qaçır, oyunu idarə edir, kontrabastı ifa etdiyi kimi.

Bu görüntülərdə baxdıqda düşünməmək olmur. “Ey dadi-bidad, görün Gömrük Komitəsi sədrinə kim müşavir təyin olunub”.

Şamo Mürşüdov haqda bütün axtarışlarımız boşa çıxdı, indiyə qədər işlə bağlı hansısa müsbət məqamları tapmaq mümkün olmadı. Yalnız və yalnız, qəribə görüntüləri, “mafiya oyunları”, ümumiyyətlə çıxardığı “oyunlar” var. Belə görünür ki, Şamo Mürşüdov həyatını da, işini də əyləncəyə sərf edib. Yəqin ki, Gömrük Komitəsində də əyləncəsindən qalmayacaq, “mafiya oyunları” təşkil edəcək, “dış-dış” oynayacaq. Bir sözlə dövlət büdcəsindən müşavir postuna ayrılan aylıq məvacibini alıb kef edəcək.

Sual yaranır: Şahin Bağırov Şamo Mürşüdovu hansı keyfiyyətinə görə özünə müşavir təyin edib?

Yaxşı kontrabas ifa etdiyi üçün, yoxsa, maraqlı “oyunlar çıxardığı” üçün?!

Bəlkə Gömrük Komitəsində əyləncəyə ehtiyac var?

Əgər belə idisə, Şamo Mürşüdovu müşavir təyin etmək əvəzinə, əyləncə sektorundan işinin peşəkarlarını qonaq qismində dəvət etmək olardı. Şamo Mürşüdov kimi işdən başqa hər şeylə məşğul olan birini bu posta təyin etmək təkcə gömrük xidmətini ucuzlaşdırmaq yox, cəmiyyəti də dolamaqdır.

Demokrat.az
 
 
 
Ardını oxu...
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının I korpusunun təmir adı ilə Bilgəhə köçürülməsi
xəstəxanada ciddi narazılığa səbəb olub.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, həkimlər başda olmaqla xəstəxananın əksər əməkdaşları köçürülmə prosesinin arxasında Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovun şəxsi maraqları dayandığını hesab edirlər. Belə ki, direktor xəstəxanın uzaq Bilgəhə köçürülməsi ilə işçilərin böyük hissəsinin işdən çıxarmaq istəyir. Elviz Qasımov direktor təyin olunandan sonra 400-ə yaxın əməkdaşı işdən çıxarılması da deyilənləri təsdiq edir.

“Respublikanski”nin həkimləri hesab edirlər ki, xəstəxananı yaxınlıqdakı müalicə müəssisələrinə köçürmək üçün çoxlu variantlar olduğu halda Bilgəhin seçilməsi təsadüf deyil. Bununla Elviz Qasımov xeyli sayda əməkdaşdan qurtulmaq və onların yerinə istədiyi həkimləri işə qəbul etmək istəyir.

Həkimlərin Azərbaycan respulikasının 1 ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova, Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər, köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müayinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayətçidirlər.

Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər. Hesab edirik ki bu istər tibbi heyət üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri göydə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir.
Ardını oxu...
"DogruXeber.az" bildirir ki, ötən gün yerli mediada "Səs yazısı yayılan bağça müdirinə şiddətli töhmət verildi" başlığı altında bir məlumat tirajlandı.

Məlumatda bildirilir ki, "Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar "Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib."

Sözügedən səs yazısını aşağıdakı linkdə izləyin !



Dinlədiyinizdə özünüz də şahidi oldunuz ki, Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmova nələrə sahib olduğunu sayır - "Bağım var, obyektim var, özəl baxçam var, iki qızımın evi var, özümün də evim var, üstəlik ən "posledni" (sonuncu model) "Mercedes CL" markalı avtomobili də mən xaricdən üç aya gətizdirmişəm".

Bir dövlət müəssisəsi olan uşaq baxçasında müdür işləyən birinin eyni zamanda bu qədər sərvətlərə sahib olması sizcə də təəccüblü deyilmi?

Özü də sözlərindən anlaşıldı ki, müdür Fəranə xanım bu "qiyamət"i tərbiyəçilərin uşaqlardan pulu az yığdıqlarına görə qoparıb. Deyir, "əgər siz yığa bilmirsinizsə, mən özüm sizin valideynlərlə işləyərəm, amma onda mən sizinlə işləməyəcəm", ardından da deyir ki, "özünüz də yığıb gətirə bilirsiniz, amma etmirsiniz".

Maraqlıdır ki, bu boyda korrupsiya cinayətini öz dili ilə etiraf edən Fəranə Məhərrəmova hələ də baxça müdiri olaraq çalışır.

Yox, yayılan xəbərin mətnindəki "keçmiş müdür" sözü sizi yanıltmasın, xanım 17 saylı körpələr evi - uşaq baxçasının keçmiş müdiridir, hazırda isə Digah qəsəbəsində başqa bir uşaq baxçasına rəhbərlik edir.

Necə deyərlər, "klassik təhsil siyasəti".... Hər zaman olduğu kimi, bu dəfə də qanunları pozan daha bir təhsil müəssisəsi rəhbəri "bığdan götürülüb, saqqala qoyulub".

Özü də etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə Fəranə Məhərrəmova ilə heç Abşeron-Xızı regional Təhsil İdarəsi də bacara bilmir. Bəlli ki, "qoruyucu mələyi" onu daha yuxarılardan - "göylərdən gözətləyir".

Qeyd edək ki, qarşıdakı günlərdə Fəranə xanım Məhərrəmova barəsində geniş araşdırma yazılarımız dərc ediləcək.

Mövzunu davam etdirəcəyik, diqqətiniz bizdə olsun !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

         

Ardını oxu...
Göyçay şəhəri H.Əliyev prospekti bina 132 mənzil 2 sakini Bəşirov Etibar Həmid oğlu tərəfindən


MÜRACİƏT

Göyçay Bələdiyyəsinin görünməyən hissəsini sizlərə təqdim edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay Bələdiyyəsinin inzibati binasının görünən hissəsi təmir olundu. Çox çəkmədi ki, sabiq bələdiyyə sədri Zöhrab Rəsulov vəzifəsindən uzaqlaşdıldı. 2023-cü ilin sentyabr ayında gənc kadr Nuru Abdulrəhmanov Göyçay Bələdiyyəsinə sədri təyin olundu. Sakinlər ümid edirdi ki, vəzifəyə yeni təyin olunan gənc kadr inzibati binanı əsaslı təmir edəcəkdir. Lakin aylar keçməsinə baxmayaraq elə "Köhnə hamam, köhnə tas" məsələsidir. Maraqlıdır bəs bu necə ay ərzində Nuru Abdulrəhmanov hansı işlər ilə məşğul olub?
Təqdim olunan şəkillərdə gördüyünüz kimi binanın daxili bərbad və qəzalı vəziyyətdədir. Öz təhlükəsizliyi bir yana, Göyçay şəhər sakinlərinin təhlükəsizliyi bu gənc kadrı maraqlandırmır.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF

Nuru Abdulrəhmanovun fəaliyyəti görsənmir, sanki donmuş vəziyyətindədir.Onun işi -gücü ancaq sosial şəbəkələrdə pozalı şəkillər paylaşmaqdır.Buna görədə Göyçay rayon sakinlərinin bələdiyyə sədri sarıdan bəxti gətirməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti