“Padişah xalı” görün müştəriləri necə aldadır
“Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.
TEREF Publika.az-a istinadla xəbər verir ki, Həlimə Ələkbərova adlı xanım saytımıza ünvanlandığı şikayət məktubunda qeyd edib ki, şirkət, yuyulması üçün verdiyi pərdələri yararsız hala salıb və üstəlik də ondan 55 manat pul alıb:

“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidməthaqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.

Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yarasız pərdənin yuyulmasına 55 manat verər?

Onlara dedim ki, pərdə yarasız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın".

Oxucunun şikayətini araşdırmaq üçün “Padişah xalı” təmizlik şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən zəngimizə cavab verən Samir adlı şəxs bildirdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:

“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözdə olaraq deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki , mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, biz eyni şəkildə eyni dərman, eyni şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə təhvil verəndə də bizə özü zənbildə verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik. Amma bizə sökülmüş, bağlı vəziyyətdə verib, biz də aparıb onu yuyulma yerində çəkib atmışıq özünə.

Bizim bunu kimi bir neçə müştərimiz olub. Biz onlara izah etmişik ki, bu xalçanı yusaq, cırılacaq, verməyin yuyulmağa. Deyirlər ki, siz yuyun, nə olar, olar. Belə çıxır ki, yoxlanış məqsədlə verirlər. Cırılsa pulunu vermərəm, cırılmasa malımı istifadə edərəm. Amma dərk etmirlər ki, bunun üçün bizim bir qrup işçi qüvvəmiz cəlb olunur. Yuyur, ütüləyir, aparıb qaytarırıq, vaxtımız gedir, sən də bəyənmirsən və deyirsən ki, xoşlamadıq, pulumuzu qaytarın. Belə çıxır ki, xoşlasa, götürəcək, xoşlamasa pulunu qaytaraq. Bura sınaq yeri deyil”.

Şirkət rəhbəri özü etiraf edir ki, pərdəni qəbul edərkən, ona baxmayıblar və zədələri qeyd etməyiblər. Yəni burada müştəri tam haqlıdır. Şirkətin borcu idi ki, pərdəni yerində təhvil alsın, hər hansı zədə varsa, onu protokollaşdırsın.

Bəs məsələ ilə bağlı ekspert nə deyir?

Məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik.

E. Hüseynov bildirdi ki, kimyəvi təmizləmə və bu cür çamaşır şirkətlərindən daima Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur:

“Biz, adətən istehlakçıların bu cür şikayətlərini İqtisadiyyat Nazirliyinə yönəldirik. Belə halda çox mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də, malları bu cür şirkətlərə verən adamlar öncədən diqqətlə təhvil verməlidirlər. Yəni bu zaman təhvil-təslim aktı olsa, heç də pis olmaz. Bu zaman bütün qüsurları, harada nə varsa hamısı görünməlidir. Bahalı paltarların, xalçaların təmizlənməsində çox vaxt mübahisələr baş verir. Əgər vəziyyət deyilən kimidirsə, onda əlbəttə həmin o yuyucu şirkət bu məsələdə məsuliyyət daşıyır. İstehlakçı 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulması barədə şikayət edə bilər”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730809883_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730809884_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730809884_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730809884_4.jpg
 

Bölmənin digər xəbərləri

03 Dekabr 2024 "World Telecom"da "kartdan karta" əməliyyatı - BU NƏDİ BELƏ?
03 Dekabr 2024 Anar Aslanovun gizli planı: 9.5 milyonluq oğurluq və genişlənən avtosalon!
03 Dekabr 2024 Məktəbdə fiziki zorakılıq: Bu dəfə müəllimin uşağı döyüldü - FOTO+YENİLƏNİB
03 Dekabr 2024 Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı – Hüquq mühafizə orqanlarının diqqətinə
03 Dekabr 2024 Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir
02 Dekabr 2024 Göyçay sakini torpağının qanunsuz olaraq zəbt edildiyini iddi edir – ŞİKAYƏT / VİDEO, FOTO
02 Dekabr 2024 Göygöldən Sahil Babayevə daha bir fakt: inəyin biri öldü, biri isə...
02 Dekabr 2024 Azərbaycanda tanınmış həkim saxta diplomlu imiş - Belə Belə İşlər
02 Dekabr 2024 Cahid Şahbazovun "kor etdiyi" şəxslər DİLƏ GƏLDİ – İDDİA
02 Dekabr 2024 Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -“gündüz şam işığında” tapılan şirkətlə…
02 Dekabr 2024 “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
30 Noyabr 2024 Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
30 Noyabr 2024 Cəlilabadda iki məktəbin bir direktoru var?!
30 Noyabr 2024 "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
30 Noyabr 2024 Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
29 Noyabr 2024 Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29 Noyabr 2024 Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
29 Noyabr 2024 “Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal
29 Noyabr 2024 Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
29 Noyabr 2024 Deputat Xanlar Fətiyev ölkədən nə qədər valyuta çıxarıb?

Dünyapress TV

Xəbər lenti