Ardını oxu...Xaçmaz Rayon İcra Hakimiyyətinin "Yaşıllıqların salınması işlərinin satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi "Safarı" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Sozci.info xəbər verir ki, tərəflər arasında 229.380,2 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən  Tuya ağacı,  Arizona şam ağacı, Leylandra ağacı, Xan çinarı, Eldar şamı, qazon, Mövsümi güllər alınmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

"Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.

Mübariz Verdixanov isə yerli mediada "tender kralı” kimi təqdim edilir. O, "Safari” MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər "Safari Bak Upak” MMC və "Pioneer” MMC-dir.

Mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.

Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.

Mikayıl Manafov 2010-cu ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrlə təqsirli bilinən Mikayıl Manafov 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Araşdırmalarımız zamanı məlum olub ki, Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.

32gun.az

 
 
Ardını oxu...
Teref yazır ki, poçtumuza Şəki şəhəri, Məzahir Abbasov küçəsi, ev 32-də qeydiyyatda olan və hazırda Bakı şəhərində
Binəqədi rayonunda kirayədə yaşayan Musayev Ziya Əsəd oğlu tərəfindən dövlət rəhbərliyinə və mətbuata ünvanlanmış şikayət məktubu daxil olub. Məktubu oxuculara təqdim edirik:
Şəki şəhəri, Məzahir Abbasov küçəsi, ev 32-də qeydiyyatda olan və hazırda Bakı şəhərində
Binəqədi rayonunda kirayədə yaşayan Musayev Ziya Əsəd oğlu tərəfindən
«Turan Bank» a bir zamin kimi girov qoyduğum şəxsi evimin borcunu tam bağlamağa
14.06.2024-cü il tarixli məktubla imkan verən, lakin borc bağlandığı halda evimi qanunsuz
satan “Problemli Kreditlərlə iş Depertamentinin Direktoru Hacıyev Röyal və dəstəsinin
törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsi” barədə
Ş İ K A Y Ə T ƏRİZƏSİ –təkrar
Çoxhörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı
xüsusi qeyd edirsiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm. Bəli, biz də həmişə
ailəvi olaraq Sizə hər seçki zamanı səs verir və güvənirik ki, bizim belə bir müzəffər Ali Baş
Komandanımız var. Allah Sizi saxlasın. Ona görə də bir ümid yeri kimi bu gün yalnız Sizə
müraciət etməklə hazırda azyaşlı övladlarımla çıxılmaz vəziyyətdə qalmağıma köməklik
göstərilməsini xahiş edirəm.
Mən 2017-ci ildə Şəki şəhəri Məzahir Abbasov küçəsində qonşu olduğum İlqar Mikayılov
adlı şəxsin xahişilə öz şəxsi yaşadığım evimi borc alana zamin olaraq “Turan Bank”ın
Zaqatala filialına girov qoydum. Məqsəd guya fermer təsəsrrüfatı yaradacaqmış və məni də
bu işə cəlb edəcəkmiş. Elə aradan az vaxt keçməmiş eşitdim ki, İlqar ailəsini də götürüb
Rusiyaya qaçıb. Məlum oldu ki, o mənim kimi adamların etimadından süi-istifadə edərək
dələduzluq edib pullarını mənimsəyib. Doğrudur, məndən başqa iki nəfər də İlqara zamin
durmuşdular.Bunlardan birisi-İlqarın qaynatası olan təqaüdçü Cəfalı və qardaşının arvadı
olan müəllimə Aynur xanım olmuşlar. Lakin ortada qalan tək mən oldum. Bank məndən
2018-ci ildən İlqarın götürdüyü 15000 manat kredit borcun ödənilməsini tələb etməyə
başladı. Çünki, İlqar Mikayılovun arvadı tərəfindən banka 2017-ci ildə 9 ay ödədiyi aylıq
610 manat bankn hesabına Beynəlxalq bank vasitəsilə edənilən ödənişlər dayandırıldı.Yəni
9 ay ərzində banka vaxtı vaxtında 5400 manat pul ödənilmişdir. Qalıq 9600 manat
olmuşdur. Bank məni 2018-ci ildə məhkəməyə verdi. Və məhkəmə 17500 manat faizlərlə
birlikdə ödəmə qərarı çıxartdı. Yəni, bankın hesabına 9 ay ərzində 5400 manat ödəniş
olmasına baxmayaraq. (Yəni, bu ödənişlər nəzərə alınmadı, konkret mənimsənildi və
silindi)
2024-cü ilin yanvarında “Turan Bank” ın Zaqatala filialından bildirdilər ki, cəmi 14300
manat borcu ödəməlisən. Bu ilin may ayında 3000 manat, iyun ayının 13-də isə 5000 manat
gətirib bankda açılmış carı hesaba ödəniş etdim. Çünki, məhkəmə qərarı Şəki İcra Şöbəsinə
yönləndirilmişdir. İcra mənə 15 iyuna qədər borcun tam ödənilməsi üçün vaxt vermişdir.
Mən mayın 16-da 3000 manatı ödədikdə öhdəlik götürdüm ki, cari ilin avqustun sonuna
qədər İ.Mikayılovun banka kredit borcunu tam ödəyəcəyəm. İyunun 13-də əlavə gətirib
5000 manat da ödədikdə mənə açılan cari balansda 11181 manat pul qaytarıldı.Bu pul tək
mənim bu müddət ərzində Turan banka ödədiyim pul idi. Nəzərər alaq ki, əsas kreditor
sayılan İ.Mikayılovun arvadı tərəfindən 2017-ci ildə hər ay ödənilən 610 manat ( 9 ay
ardıcıl olaraq)pul isə nədənsə nəzərə alınmamışdır.
Cari ilin iyunun 13-də 5000 manat ödədikdən sonra “Turan Bank” Problemli Kreditlərlə İş
Depertamentinin direktoru Röyal Hacıyev 14 iyun 2024-cü il tarixli rəsmi məktubla Şəki
İcra Şöbəsinə müraciət edərək xahiş etdi:
“ Bildiririk ki, Şəki rayon məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(075)-489/2018 saylı
icra vərəqəsinə əsasən başlanmış icra işi üzrə borclu Musayev Ziya Əsəd oğlu ilə müvəqqəti
olaraq razılığa gəlinmişdir.
“İcra haqqında” AR Qanunun 17.1.10-cu maddəsini rəhbər tutaraq Sizdən xahiş edirik
ki, Şəki Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(075)-489/2018 saylı qətnaməsi üzrə
icraatı müvəqqəti dyandırasınız.
Hörmətlə, Depertament direktoru Röyal Hacıyev
(Rəsmi məktub əlavə olunur)
Lakin bu məktubdan sonra bankdan mənə bildirdilər ki, Banka cəmi 6300 manat borcun
qalıb. Şəki İcra Şöbəsinə iyunun 14-də rəsmi məktub göndərərək bildirdi ki, borcla bağlı
icraat dayandırılsın.
Mən mayın 16-da 3000 manat ödəniş etdikdən sonra Bankın Problemli Kredit
Depertamentin direktoru Hacıyev Röyalın qəbuluna düşüb xahiş edirdim ki, mənə bir az
vaxt verin ki, borcu tam bağlayım. O isə üzümə qışqırıb deyirdi ki, get özün bilərsən amma
müştəri tapan kimi sənin evini satacağam. O hər dəfə pul gətirib ödəniş edəndə əsəbiləşirdi,
etikadan kənar anormal hərəkətlər edirdi. Bəli, iyun ayının 13-də də 5000 manat ödəyib
Röyalın qəbuluna girmək istəyəndə o məni qovdu. Dedi nəyə gəlirsən çıx otaqdan. Və öz iş
yoldaşı ilə mənim məsələmi müzakirə etdi. Amma icraatın dayandırlması barədə rəsmi
məktub da yazmışdı.
Beləliklə, mən şəxsən müxtəlif vaxtlarda iyunun 13-dək Turan bankın hesabına 11181
manat ödəniş etmişduim. Əgər bank 2017-ci ildə Beynəlxalq bank vasitəsilə onun hesabına
İ.Mikayılovun arvadının adından 9 ay ərzində ödənilmiş 5400 manat pulu da nəzərə
alsaydı əsas kreditor İlqar Mikayılov götürdüyü 15000 manat əvəzinə ödəniş cəmi 16581
manat edərdi. Yəni, əsas borc tək zamin kimi tərəfimizdən tam ödənilmişdir.
Əgər 2020-2023-cü illərdə pandemiyaya görə cənab Prezidentin banklara məlum tövsiyyəsi
( yəni, bu müddət ərzində faiz borcların silinməsi barədə)bank tərəfindən nəzərə alınsaydı
əsas borc üzəruinə əlavə borclar yaranmazdı.
Hesab edirəm ki, elə buna görə də Röyal Hacıyevin Şəki İcra Şöbəsinə göndərdiyi
14.06.2024-cü il tarixli məktubdan sonra İyunun 15-də isə “Turan Bank”ın Zaqatala
filialından Mənsur müəllim 055-220 96 62 telefon nömrəsindən mənə zəng edib bildirdi ki,
Ziya biz Şəkidəyik. Gəl evinin açarını sənə təhvil verək. Bildirdim ki, mən hazırda
Bakıdayam. Gəlib çata bilməyəcəm. Qoy borcu bu yaxında tam bağlayım o zaman açarı da
rahat götürərərm. Lakin iyunun sonunda bankın mənə yaxın bir işçisi zəng edərək bildirdi
ki, sən pulu ödəsən də ödəməsən də müdir( Röyal Hacıyev nəzərdə tutur) sənin evini satacaq
xəbərin olsun. Mən dərhal iyulun 3-də Prezident Administrasiyasına və Mərkəzi Banka şikayət
məktubu göndərdim. 2024-cü ilin iyulun 25-də Mərkəzi Bankdan rəsmi Röyalın saxta və
əsassız arayışına əsasən cavab gəldi ki, sizin eviniz “Turan Bank” tərəfindən iyulun 2-də
satılmışdır.” Və buradan mənə aydın olur ki, mən şikayət verən gündən 1 gün əvvələ “Turan
Bank” arxa tarixlə evimin satışını 24400 manata öz adamlarından birinə satmışdır ki,
sonrdan bazar qiymətinə 80000 manata satıb pul qazansınlar. Mən o zaman başa düşdüm ki,
Naxçıvan əsillli Hacıyev Röyal bankın Problemli Kreditlər Depertamentin rəhbəri olsa da, o
vətəndaşla bank arasında problemin həll edilməsinə deyil, yaranmış problemdən öz xeyrinə
qazanc əldə etmək üçün qulluq mövqeyindən süi-istifadə etməklə mənim kimi sadə insanların
son ümidi olan evini əlindən almaqda ustalaşıb. Və əsassız varlanmaqla məşğuldur. Mən son
vaxtlar hər dəfə 1000 manat, 3000, 5000 manat ödəniş edəndə o qıcıqlanırdı, əsəbiləşirdi.
Lakin normalda Problemli Kredit müdiri buna sevinməlidir ki, problem aradan qalxmaq
üzrədir. Röyal isə arxalandığı adama-gədələrə güvənərək qeyri-etik davranışla, “ Ə, get hara
istəyirsən şikayət et, Onsuz da sənin evini müştəri tapıb satacağam., birdə mənim qəbuluma
gəlmə və s. Etik qaydalardan kənar münasibət sərgiləyirdi. Sonda da, yəni, mən 6300 manat
borc tapıb iyulun sonunda pulu tam banka ödəmək istədikdə bildirdilər ki, xeyri yoxdur, sənin
evin satılacaqdır.” Axı mən avqustun sonunadək Şəki İcra Şöbəsində borcun tam bağlanması
barədə yazılı öhdəlik götürmüşdüm.Və bankın depertament direktoru da Şəki İcra Şöbəsinə
rəsmi müraciət edərək icranın dayandırlmasını xahiş etmişdir. Bu tərəfdən də Hacıyev Röyal
öz adamı olan “müştəri” tapıb və təcili olaraq kağız üzərində 50000 manat bazar qiymətilə
dəyərdəndirdikləri evimi müxtəlif vaxtlar ərzində formal və saxta hərrac keçirməklə,( halbuki
bu hərraclarda heç kim iştirak etməyib və mən ev sahibinə də üstünlük hüququ kimi rəsmi
təklif göndərilməyib) evin alınması üstünlük hüququ mənə verilmədən və məlumat
bildirilmədən qəfil olaraq arxa tarixlə, 2 iyulda alqı-satqı edirlər. Doğrudur əvvəl bu rəqəmin
24500 manat pulu isə alqı-satqıdan 5-10 gün sonra etdiklərini bildirsələr də bank işçisi
sonradan Zaqtala Prokurorluğunun işi icraata götürən müstəntiqi Rəsul müəllimə telefonda
bildirmişdir ki, Ziyanın evi 19700 manata satılıb. Halbuki, bu evə görə 2024-cü ilin iyunun
14-dək 16581 manat əsas borc olan 15000 manat görə ödəniş olmuşdur.
Xatırladım ki, mənim “Turan bank” tərəfindən bir tərəfdən Məhkəmə icraatını rəsmi
məktubla dayandırdıqdan 15 gün sonra arxa tarixlə evimi 19700 manata sataraq törətdikləri
korrupsiya cinayəti üzrə hazırda Zaqtala Rayon Prokurorluğunda müstəntiq Rəsul müəllim
tərəfindən araşdırma davam edir. Mən 10 gün əvvəl gedib prokurorluqada izahat yazdım.
Lakin müstəntiq bankın Zaqtala filialı ilə telefon əlaqəsi qurduqda, onlar məsləni “Turan
Bank”ın Mərkəzi filialı ilə əlaqə saxlamağaı məsləhət gördülər. Bankın Mərkəzi Filialından
isə müstəntiqə bildirdilər ki, bankın əsl sahibi kimdir və ona görə də heç bir narahatçılıqları
yoxdur. Yəni başa düşdüm ki, Röyal Hacıyev üçün QANUN anlayışı yox, hansısa adamın
nüfuz anlayışı-etalonu var. Artıq məndə ümid qalmadı ki, bundan sonra Zaqtala
Prokurorluğunda “Turan Bank” kın Röyal Hacıyev kimi dələduz dəstəsuinə qarşı hər hansı
qanuni tədbirlər görə bisin.
Digər tərəfdən “Turan bank” tərəfindən şikayətimizlə bağlı Mərkəzi Bnak direktoruna yazılı
izahat verərək yalandan bildirmişdir ki, guya mənim məsləmlə bağlı Məhkəmə qətnaməsi
vardır və icra olunmuşdur. Halbuki, R.Hacıyev riyakarcasına Mərkəzi Bank rəhbərliyini
aldadaraq gizlətmişdir ki, 14 iyun 2024-cü il tarixli məktubu ilə Şəki İcra Şöbəsinə rəsmi
məktubla müraciət edərək Şəki Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(075)-
489/2018 saylı qətnaməsi üzrə icraatı müvəqqəti dyandırılmasını xahiş etmişdir. Bu halda
Mərkəzi banka yazdığı rəsmi cavab məktubunun nə anlamı ola bilər? Yəni bu mütəşəkkil
dəstə həm Mərkəzi Bank Rəhbərliyini, həm də Zaqatala Rayon prokurorluğuna yalan
məlumat verərək törətdikləri cinayətləri ört basdır etməyə cəhd edirlər.
Yenə də hesab edirəm ki. Hacıyev Röyal “Turan Bank”ın deyil, öz şəxsi maraqları ilə qulluq
mövqeyindən süi-istifadə edərək sxtakarlıqla, aldatma yolu ilə 2017-ci ildə bankın hesabına
köçürülmüş 54000 manatı və cari hesaba ödənilmiş 11181 manat köçürməyə( əvvəl isə
ödənilmiş 5400 manat) baxmayaraq, borcun əsas hissənin artıqlamasıilə, lakin qalan faizləri
tam ödənilməsinə imkan verməyərək ( Bankın daxili qaydalarını kobudcasına pozaraq) evimi
su qiymətinə (19700 man) öz nümayəndəsinə alqı-satqı edərək cinayət törətmişdir. Hüquqmühafizə orqanları təbii ki, mənim kimi çoxsaylı vətəndaş şikayətləri olan məhz Röyalın
Problemli Kredit Depertamentinin son 5 illik fəaliyyətini Mərkəzi Bank səviyyəsində əvvəlcə
yoxlamasını təşkil etməli, və “Turan Bank”ın nüfuzuna ciddi xələl gətirən belə tip-tərbiyəsiz
işçilərin dərhal ifşa edərək cəzalanaraq məsuliyyətə alınmması üçün hüquq –mühafizə
orqanlarına bankın idarə heyəti sədri səviyyəsində təqdimat yazılmalıdır. Ki, bundan sonra
kimsə özünü bankdaxilində Röyal kimi yekəxana, korrupsioner və çox qazanmaq hərisi(
əsassız varlanan tip) kimi aparıb müştəriləri narazı salmasın.Təkcə Röyal belə maxenasiyaları
mənim deyil yüzlərlə adamın başına da gətirməsi barədə məlumatlar var. Şəkidə işləyən polis
tanışım da bildirdi ki, təkcə Şəkidə “Turan Bank”dan bilirsən nə qədər şikayətlər var?
Mən, şəxsən Azərbaycan Sahibkarlıq Konfederasiyasının , ASK-nın prezidenti, hörmətli
ağsaqqal Məmməd Musayevə müraciət edirəm. Özüm yüksək faizli şəkər xəstəsiyəm. Ailədə
3 övladım orta məktəbdə təhsil almasını və 70 yaşlı ürək xəstəsi olan anamın ömrünü həsr
etdiyi Şəki şəhərində “Turan Banka”a zamin olaraq girov qoyduğumuz evimizin bizə
qaytarılması üçün qalan faiz borcu olan (şişirdilmiş rəqəm olan)6300 manatı da ödəməklə
bizə qaytarılmasına köməklik göstərməyinizi ailəliklə xahiş edirik.
Cənab Prezident və Mərkəzi Bankın İdarə heyətinin sədri cənab Taleh Kazımov. Sizdən
çox xahiş edirəm ki, “Turan Bank” ın Problemli Kredit Depertamentinin direktoru Hacıyev
Röyalın bankada girov qoyulan şəxsi evimizin pulu vaxtilə götürlümüş 15000 man əvəzinə
indiyədək 16581 manat ödəməyimizə baxmayaraq və şəxsən özünün də 14.06.2024-cü il
tarixli Şəki İcra Şöbəsinə yazdığı –( məhkəmə icraatının dayandırılması barədə)
məktubunda etdiyi xahişi də 12 gündən sonra əsassız olaraq pozaraq fırıldaq və
saxtakarlıqla ələ keçirilməsi üçün törətdiyi qanunpozuntularının araşdırılmasına və hüquqi
qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən
minnətdarlığımı bildirirəm.
Xüsusi qeyd: Hazırda 70 yaşlı anam ağır xəstədir və vəsiyyət edib ki, mənim cənazəmi
rayondakı evimdən götürün.
Qoşma: “Turan bank” Problemli kreditlər Depertament direktorunun 14 iyun 2024-cü il
tarixli məktubu, Şəxsiyyət vəsiqəsi, Bankın carı balansına etdiyimiz 11181 man ödəniş, 2
ədəd ödəniş qəbzləri.
Dərin hörmətlə, Ziya Əsəd oğluMusayev
Məktubda qaldırılan iddialarla bağlı TEREF olaraq adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...

DogruXeber.az: - Ağdam rayonu, Qalayçılar kənd sakini, Məmmədova Lüdmila İdris qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Bildirim ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində 240 kv sahəsi olan obyektim var. Cənab Prezidentin göstərişi ilə sənədsiz obyektlərin sənədləşdirilməsi ilə bağlı amnistiya elan olundu. Biz də öz obyektimizi sənədləşdirmək istədik. Sevindik ki, cənab Prezidentimiz belə göstəriş verib. Həm dövlət büdcəsi, həm də bizim üçün faydalı olar deyə düşündük.

Fövqəlada Hallar Nazirliyi (FHN) tərəfindən sahibkara təlimat gəlməlidir. Çox təəssüflər olsun ki, biz bunu bilmədik. Hansısa göstəricilər olmalıdır ki, obyekt sənədləşdirilsin. Bizə heç bir təlimat verilmədi.

Layihə üçün 3500 manat pul ödəmişəm. Qeyd edim ki, hər layihə çəkəni qəbul etmirlər. Bu da bir monopoliyadır. FHN-ə 3500 manat verirsən, layihə çəkənlə razılaşır. 3500 manatı verirsən, sonra isə pulun batmasın deyə qarşıdan gələn xərcləri də ödəməyə məcbur olursan. Verməsən, sənədinə imtina cavabı göndərirlər.

Qeyd edim ki, kommunal xərcləri də “əhali”dən “qeyri-əhali”yə keçirmək üçün pul ödəməlisən. Əgər qurumlardan hansısa imtina verərsə, pullarını itirirsən. Ümumi desək, xərc 40 və ya 50 min manatı keçir”.

Fövqəladə Hallar Nazirliyindən “Hürriyyət”ə bildirildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 26-cı dalan ünvanında yerləşən mövcud tikilidə (şirə istehsalı sexi) yanğının söndürülməsi üçün tikinti norma və qaydalarının yanğına qarşı tələblərinə əsasən mülkiyyətçi tərəfindən həcmi 108 m3 olan yanğına qarşı su hovuzu təmin olunmadığından, obyektin yanğın təhlükəsizliyi baxımından istismarına icazənin verilməsi razılaşdırılmamışdır. Video-materialdan göründüyü kimi, yanğına qarşı su hovuzu inşa edildikdən və təmin olunduqdan sonra vətəndaşın təkrar müraciəti əsasında obyektin istismarına müsbət cavabın verilməsi təmin ediləcəkdir.

“Onu qeyd edək ki, yaradılmış sənəd qəbulu mərkəzlərində birmənalı olaraq layihəçi tələbi yoxdur. Lisenziyası olan istənilən layihəçi tərəfindən obyektin layihələndirilməsi aparıla bilər. Öncədən obyektin uyğunluğu barədə müvafiq rəyin verilməsi isə yalnız sənəd qəbulundan, yəni obyekt barədə məlumat təchizat qurumlarına təqdim edildikdən sonra müəyyən edilə bilər”, - deyə nazirlikdən bildirilib.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:

 

 
Ardını oxu...
Bataqlıq və zibilliklərin üstündə inşa edilən yaşayış evlərinin tikinti normativlərinə cavab vermədiyi bildirilir

Ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələ də bu işlərlə məşğul olan ciddi şəbəkələr fəaliyyətlərini davam etdirirlər.

Qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı ərazilərdən birinin Abşeron rayonu Masazır qəsəbəsi olması barədə bir neçə dəfə məlumat vermişik.

AzFakt.com xəbər verir ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi ən çox “göl” adlanan ərazidə aparılır. Bataqlıq və gölməçə olan ərazi indi zibillərlə doldurularaq, üstündə qanunsuz həyət evləri inşa edilir.

Əldə etdiyimiz məlumata görə, ərazidə inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. Qanunsuz tikintini həyata keçirən maklerlərin Abşeron icra hakimiyyəti ilə "anlaşdığı" və buna görə işlərini rahat şəkildə aparırlar.
Ardını oxu...
Zibilliklərin üstündə içi-içə tikilən həyət evlərinin tikinti normativlərinə cavab verməməsinə baxmayaraq, bilinməyən səbəblərdən məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "göz" yumur.

Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ərazidəki tikintilərə nəzarətsiz buraxmasının səbəbkarı Abşeron Rayon İcra Hakimiyyətidir. Belə ki, Abşeron RİH-nin hər iki qurumla anlaşdığı iddia edilir.

Bildirək ki, Masazır qəsəbəsi "göl" adlanan ərazidə yeni inşa edilən evlərə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq maklerlər vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və "Azərişıq" ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə yaradaraq, qanunsuz tikdikləri evlərə işıq və su sayğacları quraşdırıblar.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əslində qiyməti 50 qəpik olan min kubmetr su bundan öncə 3-4 manata satılırdısa, indi əkinçilər eyni miqrad su üçün 10 manat ödəməli olacaqlar. Bu haqda “Gündəlik Naxçıvan”a yerli fermerlər məlumat veriblər.
Onlar bildirirlər ki, rüşvətin qaldırılması ilə bağlı göstəriş rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən gəlib.
Fermer Xəlil Süleymanov deyir ki, elə rüşvət də birbaşa idarə rəsinə çatır:
“Əslində Nazirlər Kabinetinin qərarına görə 1000 kubmetr suvarma suyunun dövlət qiyməti 50 qəpikdir. İdarə fermerlə müqavilə bağlamalı, qrafik tutulmalı və buna uyğun fermer ödəniş etməlidir. Su idarəsi, yaxud onun təmsilçiləri heç bir müqavilə imzalamırlar. 50 qəpiyə olan suvarma suyunu indiyə kimi 4 manata satır və əldə olunan gəliri isə mənimsəyiblər. Gözləri bununla doymur, indi 10 manat tələb edirlər. Pul da bir başa Rüstəm Rüstəmova çatır. Bu o deməkdir ki, bundan sonra hər 10 hektar sahəni suvarmaq üçün 2 manat yerinə, 40 manatımızı alacaqlar. Ötən həftə də yeni qərar çıxardılar ki, taxılın hər hektarına 45 manat torpaq vergisi ödəməli olacağıq. Biz hektara orta hesabla 3-4 yüz kilo taxıl götürürük. Suya ödəyəcəyimiz pulu və torpaq vegisini çıxsaq, demək olar ki, qazancsız qalacağıq. Artıq əkinçiliklə məşğul olmağın faydası qalmır”.
Fermer Zeynal Xəlilov isə hesab edir ki, qiymətləri qaldırmaqda məqsəd, onlara ayrılan subsidiyanı əllərindən almaqdır:
“Prezdentin fərmanı ilə, Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatının inkişafına yardım üçün subsidiya verirlər. Lakin, belə çıxır ki, yerli məmurlar bizə ayrılan subsidiyanı mənimsəmək üçün min bir oyundan çıxırlar. Mən hər il 15-20 hektar arpa və buğda əkirəm. Suvarma suyunun hektarına görə hər dəfə 4 manat ödəyirdim. İndi 10 manatdan ödəsəm, hər suvarmada 90 manat artıq pul ödəyəcəyəm. Digər tərəfdən də yerli orqanlara əkilən hər hektar üçün 40-45 manat pul ödəməliyik. Demək subsidiya məsləsini pulu sağ cibdən götürüb, sol cibə qoymaq kimi bir şey olur”.
Qeyd: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
“Siracoglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Siracoglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Siracoglu” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Siracoglu” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İradə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun oğluna məxsus olduğu deyilir. AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.
“Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.
 
Ardını oxu...
Nəsimi rayonu, Novruzov Qardaşları, 55 ünvanında yerləşən ev sahibi ilə "Pilot-16" MMC tikinti şirkəti arasında məhkəmə çəkişməsi gedir.

Belə ki, tikinti şirkətinin evin müqabilində verdiyi kompensasiya ev sahibini qane etmir. Ona verilən beş yüz min manatla razılaşmayıb, bir milyon manat tələb edir.

Vətəndaş Yusif Quliyev iddia edir ki, evdən çıxarılması üçün suni maneələr yaradılır. Evin ətrafında qazıntı işləri aparılır və süni göl yaradılıb.

Ev sahibinin qaynının tikinti şirkətinə məxsus ağır texnikanı yandırması vəziyyəti daha da çətinləşdirib.

Daha ətraflı ARB TV-nin materialında:

 
Ardını oxu...
Kənd Təsərrüaftı naziri keçmiş komandirinə vəzifə verib, o isə Beyləqanda sərxoş vəziyyətdə qalmaqal yaradıb...

Kənd Təsərrüaftı naziri nazir Məcnun Məmmədovun öz keçmiş komandirinə verdiyi vəzifə bir neçə gündən sonra qalmaqallı şəkildə bitib.

Beyləqandan Poliqon-a verilən məlumata görə, nazir Məcnun Məmmədov hərbi xidmətdə komandiri olmuş və hazırda təqaüddə olan Fəxrədddin Qəhrəmanov adlı şəxsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nəzdindəki Mərkəzi Aran Regional İdarəsinə direktor müavini təyin edib. Fəxrəddin Qəhrəmanovun direktor müavini vəzifəsi isə cəmi bir gün çəkib.

Belə ki, Beyləqandan saytımıza daxil olan məlumata görə, Fəxrəddin Qəhrəmanov Aran Regional İdarəsinin kollektivinə təqdim edildikdən sonra keçirilən məclisdə qalmaqal yaşanıb. İddia edilir ki, Fəxrəddin Qəhrəmanov nazirlik işçilərinin yanında Beyləqan rayonu haqqında təhqiramiz ifadələr işlədib və bundan sonra məclisdə olan Aran Regional İdarəsinin işçiləri ilə direktor müavini arasında insident yaranıb. Səhv etdiyini və işçilərin onu cəzalandırmaq istədiyini görən Fəxrədin Qəhrəmanov məcburən məclisi tərk edib.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə Fəxrədin Qəhrəmanov baş verən hadisədən sonra Bakıya gedib və iş yerini dəyişmək üçün “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhərliyinə xahiş edib. Rəhbərliyin nə cavab verəcəyi isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu iddialarla bağlı Poliqon Kənd Təsərrüaftı Nazirliyinə sorğu ilə müraciət edib. Aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik.

Bütün hallarda yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq...
 
Ardını oxu...
Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən “EuroHome” tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü “müflis” elan edib.

TEREF "Haqqin.az"-a istinadla xəbər verir ki, bu fakt Möhnətovla zərərçəkmişlər arasında məhkəmə prosesi zamanı açıqlanıb.

"EuroHome" tikinti materialları bazarında yanğın 2019-cu il dekabrın 10-da baş verib və təxminən üç saat davam edib. Nəticədə on nəfər insan xəsarət alıb və yüzə yaxın tikinti ləvazimatları mağazası yanıb.

Qeyd edək ki, Azay Möhnətov kifayət qədər iri biznesmen və demək olar ki, oliqarx hesab olunur, çünki o, qeyd olunan bazarla yanaşı, “AF Holding” şirkətlər qrupunun və “Uğur-97” MMC-nin prezidenti, habelə AF Hotel Aqua Parkın sahibidir.

"EuroHome"-da baş verən yanğın ticarət mərkəzindəki kirayəçilərə milyonlarla dollar ziyan vurub. Bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən, "EuroHome" şirkətinin yanğından zərər çəkmiş 5 sahibkara bir milyon yarım manat ödəməli olduğu qeyd edilib. Lakin zərərçəkmişlər bu günə kimi bir manat da almadıqları üçün bu qərar kağız üzərində qalıb.

Bu yaxınlarda keçmiş kirayəçilər "EuroHome" MMC-nin əmlakı vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər. Amma məhkəmə zamanı məlum oldu ki, yanğının baş vermə şəraitinin araşdırılması zamanı "EuroHome" şirkətinin bütün əmlakı Azay Möhnətovun özünə və bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icrası Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilib. Lakin bu strukturun rəhbəri İlham Həsənov və icraçı Məhəmməd Qaragəzovun qətnaməsində “EuroHome” MMC-nin müflis olduğu və hazırda şirkətin zərərçəkmişlərə kompensasiya ödənilməsi üçün istifadə oluna biləcək hər hansı əmlakının olmadığı bildirilir.

İstintaq sənədlərinə görə, “EuroHome” şirkətinin təsisçisi olan Azay Möhnətov Binəqədi Rayon Məhkəməsinə müqavilə təqdim edib ki, hələ yanğından əvvəl öz şirkətinə 500 min manat borc verib. Üstəlik, borc məbləğinin 200 minini almayıb və buna görə də onların qaytarılmasını tələb edib.

Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova qərar çıxarıb ki, şirkət Möhnətova olan borcunu qaytarmalıdır. Bundan sonra Azay Möhnətov və onun şəxsi şirkəti olan “EuroHome” MMC arasında barışıq sazişi imzalanıb və bu müqavilə çərçivəsində sahibkar 200 min manat borc müqabilində 4 hektara yaxın ərazisi olan torpaq sahəsi alıb. Həmçinin ticarət mərkəzinin yerləşdiyi 4000 kvadratmetr sahəsi olan əmlak kompleksii əldə edib

Belə ki, yanğına görə yalnız bazar sahibi kompensasiya alıb, zərər çəkmiş sahibkarlara isə obrazlı desək, yanğından yalnız tüsütü qalıb.

Zərərçəkmişlər apelyasiya şikayəti verərək, məhkəmələrdən on milyonlarla manat dəyərində olan dörd hektar ərazinin niyə cəmi 200 min dəyərində qiymətləndirilməsinin aydınlaşdırılmasını tələb ediblər.

Həmçinin bu ilin əvvəlində “Azsığorta” MMC Azay Möhnətov ovə onun oğlu Aqil Möhnətovu məhkəməyə verib. İddia bəzi hüquq pozuntularına görə məsuliyyəti nəzərdə tutur, təfərrüatları hələ açıqlanmır.

Sadəcə məlumdur ki, “Azsığorta”nın iddiasına səbəb bir sıra hüquqi və fiziki şəxslərin müflis elan edilməsi ilə bağlı mübahisələr olub.
 

Dünyapress TV

Xəbər lenti