Ardını oxu...
Bu ölkədə qulaq hər gün bir söz eşitməsə, həqiqətən də kar olar. Təsəvvür edin ki, bir neçə gün əvvəl "Türk dünyasında sürücülük təhsili" mövzusunda konfrans keçirilib. Əlbəttə, belə konfranslar, forumlar əksər hallarda maxinasiya mahiyyəti daşıyır. Amma hər işin də bir əndazəsi var, heç olmasa elə adda konfranslar təşkil olunmalıdır ki, ictimai-siyasi, sosial-iqtisadi yükü olsun. Axı türk dünyasında sürücülük təhsili iranlılar demişkən, nə mənə şeydi?!
Anaxeber.info-nun verdiyi informasiyaya görə, məlum olur ki, konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri, avtomobillərinin sayı bilinməyən oliqarx-deputat Cavanşir Feyziyev də orada iştirak edibmiş.
Bəs, tədbirin əsas məqsədi bilirsinizmi nə olub? Buyurun, tanış olun - "türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılması".
Təbii, anlamaq olar ki, türkdilli ölkələr sürücülük sahəsində dünya təcrübəsini biri-birindən öyrənir, bəs deputat Cavanşir Feyziyevin konfransda bu mövzuda danışa biləcəyi nə ola bilər? Ümumiyyətlə, onu heç parlamentdə çıxış edən, deputat olduğu Şəkinin problemlərini, seçicilərin narazılıqlarını iclaslarda qaldıran görən olubmu? Bütün ölkə bilir ki, Cavanşir Feyziyev milyonçudur, dərman və müxtəlif sahələrdə biznesi var. Yəni özünə və siyasi himayədarlarına mənfəəti toxunan şəxsdir. Onun nə deputat kimi nə Milli Məclisə, nə seçicilərə faydası var. Feyziyev bəlkə də parlamentin ən varlı üzvüdür. Ona görə də MM-də çıxış etməsi istisna hallarda yadına düşür, ya da hansısa telekanalda görünür. Əsas onun biznesinin yağ kimi getməsidir. Doğrudur, son illər Feyziyev xüsusən də "Avromed" şirkətində olan payının bir hissəsini satıb, səhmləri azalıb, amma oliqarx həyatında ciddi dəyişiklik olmayıb. Bununla belə, son aylar Feyziyevin məhkəmə işlərindən başı açılmır. Ona aid şirkətin ayrı-ayrı instansiyalarda hüquqi müstəvidə çəkişməsi xəbərləri yayılır. Bu xüsusda şirkət ya cərimələnir, ya da iddia irəli sürür. Misal üçün deputat Cavanşir Feyziyevə məxsus dərman firması olan “Avromed Company” haqqında növbəti dəfə cərimə protokolu tərtib edilib. Dəfələrlə inzibati qaydada cərimələnən dərman firması bu dəfə də gömrük qaydalarını pozub. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozan “Avromed Conpany”nini bu qayda pozuntusuna görə cərimə gözləyir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Avromed”lə bağlı işə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Belə bir protokol Nizami rayon Məhkəməsində də qəbul edilib. Həmçinin, Feyziyevin əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” firması ticarət qaydalarını pozmaqda ittiham edilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib. Habelə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı məhkəməyə müraciət olunub. Sözügedən klinika ilə bağlı məhkəməfə iddianı da məhz deputat Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Ümumiyyətlə, siz internet resurslarında "Feyziyevin "Avromed" və "Dokta" firmaları cərimələndi" yazsanız, təkcə 2024-cü il üçün onlarla belə real, faktla rastlaşa bilərsiniz. Hətta onun "Vita aptekləri" və "Buta farm"ı da bu siyahıda yer alırlar. Bu da göstərir ki, deputat Feyziyev biznesində nələrisə düzgün qurmayıb, qanunları tez-tez pozur, qaydalara riayət etmir... Əgər belə olmasaydı, il ərzində çoxsaylı məhkəmə şikayətləri verilməzdi. Amma görünür ki, Feyziyev öz firmalarının adlarının məhkəmələrdə və mediada tez-tez hallanmasından narazı deyil. Halbuki heç bir biznes sahibi belə mənfi informasiya ilə hər dəfə gündəmə gəlmək istəməz, şirkətlərinin adına neqativ arzulamaz.
Onu da deyək ki, bu il martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.
Yəni Feyziyevin nə Avropada, nə Azərbaycanda məhkəmələrdən başı açılmır. Bu faktların özü təsdiq edir ki, o, deputatdan daha çox milyonçudur, adı Qərb və yerli məhkəmələrdə gedən işlərdə hallanır. Görün nə qədər qaranlıq maliyyə işləri həyata keçirilib ki, onun məhkəmə dosyeləri Bakıdan Londona qədər uzanır.
Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil.
Onun biznes səltənətin siyahısına gəlincə, Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir. Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz "Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsız qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil. Və bu zaman sözsüz ki, onun şirkətləri, maliyyə hesabatlarında və digər məsələlərdə müəmmalı fəaliyyəti səbəbindən mütəmadi məhkəmələrdə problemləri olur...
 
Ardını oxu...
Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 400 “A”da yaşayan Vəliyeva Səməngül Hüseyn qızı tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Prezidentinin köməkçisi Fuad Ələsgərova, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına Suraxanı rayonu, Bülbülə qəsəbə icra nümayəndəsi Elçin Seyfullayevin həmin qəsəbənin İlqar Əliyev küçəsində yerləşən 10 sot torpağını başqalarına satması və zəbt olunmuş torpağında qanunsuz 2 ədəd ev tikilməsinin dərhal qarşısının alınmasına köməklik göstərilməsi barədə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Çox hörmətli Prezident!

Çox hörmətli Mehriban xanım!

Mən,ömür boyu işləyib yığdığım vəsaitlə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Əliyev küçəsində yerləşən 10 sot torpaq sahəsini 55000 ( əlli beş min) manat pul verib almışdım ki, ev tikib ailəmlə yaşayım. Lakin çox təəssüflər olsun ki, yerli icraya ev tikmək istədiyimi bildirəndə lazımi sənədlərim olsa da sənədlərimin düzgün olmadığını bəhanə edən Bülbülə qəsəbə İcra nümayəndəsi Elçin Seyfullayev bildirdi ki, ev tikmək üçün layihəniz yoxdur. Ona görə də fərdi ev inşa edə bilməzsiniz. Mən ona görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna yazıldım. Lakin bu arada icra başçısı dəyişdi və cənab Adil Əliyev təyin olundu. Bu ilin avqustun 24-də gördüm ki, mənim torpaq sahəmdə 7-8 nəfər tələsik tikinti işləri aparırlar. ( Biri qadın olmaqla) Qadın məni təhqir edib bildirdi ki, biz bu torpağı almışıq və məni uzaqlaşdırmaq üçün Elçin adlı birisinə zəng edərək bildirdi ki, tez dəstəsini yığıb gəlsin bura. Mən də dərhal DİN-nin 102 xidmətinə zəng edib mənim torpaq sahəmdə özbaşına aparılan tikintinin dayandırılması barədə məlumat verdim. Lakin onlar 4 saatdan sonra gəldilər və tikintini dayandırdılar. Bu müddət ərzində mübahisə olunan yerə icra nümayəndəsi Elçin Seyfullayev öz şəxsi ağ rəngli, KİA markalı, 77 MJ 795 nömrəli bahalı avtomobili ilə tələsik gələrək torpağımı özbaşına satdığı tikinti aparan adamlara işarə verdi ki, tikintini tezləşdirin. Mənə isə əli ilə rədd cavabı verərək yerdən uzaqlaşdı. Səhəri günü, yəni 25 avqustda( bazar günü) yenə torpaq sahəmə baxmağa getdim. Yenə qanunsuz tikinti davam edirdi. Avqustun 26-da Suraxanı İcra Hakimiyyəti Aparatında yeni başçının qəbuluna düşmək istədim. Lakin Aparata gələn Elçin Seyfullayev başçının Bəhruz adlı köməkçisinə nə dedisiə məni qəbula qoymadılar. Bəhanə etdilər ki, növbəti həftənin birinci günü , yəni sentyabrın 2-nə qəbula yazdılar. Yəni, elə başa düşdüm ki, burada Elçin Seyfullayevin mənə maneçilik törətməkdə məqsədi pul (rüşvət alıb) başqasına qanunsuz və sənədsiz satdığı mənim torpağımda başlanmış tikinti işlərini başa çatdırsınlar. Bundan sonra növbəti qəbul üçün 29.08.2024-cü ildə Suraxanı İH-dən 050-717 69 56 mobil nömrəsindən mənə zəng edib bildirdilər ki, qəbul Sentyabrın 2- də yox, 9 Sentyabrda olacaqdır. Lakin yenə 6 Sentyabrda həmin tel., nömrəsindən zəng edib bildirdilər ki, qəbula 16 Sentyabrda gələrsiniz. Yəni, açıq aşkar İcra Hakimiyyətinin qəbul üzrə nümayəndəsi Bülbülə qəsəbə nümayəndəsi ilə gizli sövdələşərək mənim icra başçısı Adil Əliyevin qəbuluna qəsdən 20 gün gecikdirdilər ki, bu müddətdə Seyfullayevin özbaşına başqalarına pul alıb satdıqları torpağımda qanunsuz və sənədsiz evi tikib qurtarsınlar. Mən icra başçısı Adil Əliyevin 16 Sentyabrda qəbulunda oldum. O, söz verdi ki, narahat olma, biz fövqəladə halların komissiyasını yaradaıb yerində baxcağıq və ev tikintisi uçurdulacaq. Cənab Prezidentimizin bu istiqamətdə göstərişinə zidd çıxaraq tikilən hər hansı ev uçurulacaqdır”.

Lakin bu günə qədər deyilənlərin əksinə proseslər baş verdi. Yəni, ev nəinki uçuruldu, qapı-pəngərəsi də qoyuldu, damı örtüldü, hasarı çəkildi və qanunsuz evi tikib başa çatdırdılar. Sentyabrın 12-də bu barədə Suraxanı rayon Prokurorluğuna da ərizə ilə müraciət etdim. Sentyabrda yuxarı orqanlara Seyfullayevin özbaşnalığı və qanunsuz tikintinin dayandırlması barə də teıeqramlar göndərdim. Hələlik heç bir xeyri olmayıb.

Cənab çoxhörmətli Prezident İlham əliyev və xanım Mehriban Əliyeva. Mən şəxsən başıma gələn və yerli icra məmurları tərəfindən gətirilən bütün bu özbaşnalıqlar yalnız öz şəxsi mənafelərini güdən, qanunları ayaq altında tapdayan süründürməçilər Sizin qanunsuz tikinti işlərilə bağlı konkret göstərişlərinizə qəsdən əməl etməyərək öz maddi maraqlarını təmin etməklə korrupsiya və özbaşnalıq törədən qanunsuz hərəkətlərini nəzərə alaraq Sizlərdən çox xahiş edirəm ki, baş vermiş cinayəti və ona havadarlıq və şərait yaradan icra məmurları barədə qəti tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda mən min bir əziyyətlə pul yığıb aldığım 10 sot torpaq sahəsinə sahiblik edə bilim. Sağ olun.

 
 
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Şamaxı rayonunda 6 ədəd və Ağsu rayonunda 1 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə keçirdiyi satınalmaların nəticələrinə dair elen verib. Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti “Tərəqqi-Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 168.978,15 manat məbləğində satınalma müqaviləsinin imzalanmasını nəzərdə tutan elan 03.10.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığəmız araşdırmada o da məlum oldu ki, “Tərəqqi-Ş” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Amma nədənsə ancaq Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, “Tərəqqi-Ş” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdu. MMC son üç ildə Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş 10 açıq tenderin qalibi olub. MMC-nin bu müddət ərzində Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin verdiyi son sifarişlərin bir neçəsinə diqqət yetirək.

Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə 131.183,42 manat məbləğində satınalma müqaviləsi 23.08.2024-cü ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 2 nömrəli 5 mərtəbəli yaşayış binasında bərpa işləri üzrə 197.790,33 manat məbləğində satınalma müqaviləsi 18.01.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin “İzotop” Xüsusi Kombinatının su təchizatının və istilik şəbəkəsinin dəyişdirilməsi işləri üzrə 79.222,44 manat məbləğində satınalma müqaviləsi 20.09.2023-cü ildə bağlanılıb.

Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsində 1 ədəd 3 otaqlı, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işləri üzrə 111.665,75 manat məbləğində satınalma müqaviləsi 29.08.2023-cü ildə bağlanılıb.

Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 75.040,65 manat məbləğində satınalma müqaviləsi 07.03.2023-cü ildə bağlanılıb.

Şamaxı şəhərində 6 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 217.870,62 manat məbləğində satınalma müqaviləsi 11.08.2022-ci ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B ünvanında 5 mərtəbəli, 4 bloklu zirzəmili çoxmənzilli yaşayış binasında 30 saylı mənzildə təmir işləri və həmin çoxmənzilli yaşayış binasında və yaxınlığındakı fərdi yaşayış evlərinə dəymiş ziyan ( əlavə işlər) üzrə 96.421,84 manat məbləğində satınalma müqaviləsi 21.01.2022-ci ildə bağlanılıb.

Siyəzən rayonu Sədan kəndi ərazisində vətəndaşların qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin təcili olaraq sökülüb yenidən tikintisi üzrə 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 94.267,46 manat məbləğində satınalma müqaviləsi 02.12.2021-ci ildə bağlanılıb.

Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çabanı kəndində 1 ədəd, Çarhan k-də 3 ədəd, Meysəri kəndində 1 ədəd, Şirvan kəndində 1 ədəd fərdi yaşayış evlərinin (7 ədəd) bərpası üzrə 243.084,89 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Abşeron rayonunun, Xırdalan şəhəri 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu zirzəmili yaşayış binasının yaxınlığında yerləşmiş fərdi yaşayış evlərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə 26.050,27 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Bunlar Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə “Tərəqqi-Ş” MMC arasında son üç ildə bağlanılan müqavilələrdi. Burada şübhəli məqamlar nələrdən ibarətdir? Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Siyəzən rayonu Sədan kəndində 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinə 94.267,46 manat, Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisinə isə 75.040,65 manat, Kürdəmirdə 1 ədəd 3 otaqlı, Hacıqabulda 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işlərinə isə 111.665,75 manat dövlət vəsaiti ayırıb. Müqayisə etdikdə nələr ortaya çıxır. Bakıdan 100-170 km aralı Kürdəmir və Hacıqabulda fərdi yaşayış evlərində bərpa işlərinə təxminən 112 min manat, Bakıdan 300 km aralı Lerikdə 1 ədəd üç otaqlı evin tikintisinə isə 75 min manat.

Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “Tərəqqi-Ş” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verildiyi burada açıq aydın görsənir.

Qeyd edək ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “TƏRƏQQİ-Ş” MMC (VÖEN 1302085961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.10.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏHMƏD CƏMİL, ev 40-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Yaqubov Anar Şakir oğlu olub. MMC-nin hazırkı ünvanı isə Bakı şəh., Nərimanov ray. S. Dadaşov küç., 40-dır.

“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Göründüyü kimi FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti son üç il ərzində “Tərəqqi-Ş” MMC ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 1 272 592 manat olan 10 satınalma müqaviləsi bağlayıb. MMC-in 03.10.2024-cü ildə qalib elan olunduğu tenderi də bunun üzərinə gəldikdə ümumi olaraq 1 milyon yarım manat civarında dövlət vəsaiti edir. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “Tərəqqi-Ş” MMC Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətindən başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Daha maraqlısı isə son üç ildə 1,5 milyon manat dəyərində dövlət sifarişi almış MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumatın olmamasıdır. MMC-nin nə rəsmi veb səhifəsi, nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Aktualinfo.org
Ardını oxu...
"“Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi
absurdluğu hələ də sürür. Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
müharibə veteranlarının bağlarının ƏVƏZSİZ olaraq onların ŞƏXSİ
MÜLKİYYƏTİNƏ verilməsinin həmin qanunun 11-ci maddəsində qeyd
edildiyini (?-qanunda “qeyd” yoxdur, konkret maddə var-M. B.)
məcbur olub bildirsə də, şəxsi mülkiyyətə verilmənin MÜLKİYYƏT
HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI demək
olmadığını, “Dövlət rüsumu haqqında” qanunda veteranlara
“rüsum azadlığı” verilmədiyini son 4 ayda bildirməkdən doymur".
Bu barədə Dia-az.Media-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra müəllif bunları qeud edib:
"Amma Tarif Şurasının 31.07.2023 tarixli qərarı ilə qeydiyyat üçün nəzərdə
tutulan 50 manatlıq dövlət rüsumundan ortalıq 5 dəfə (!) artıq qeydiyyata
aid olmayan XİDMƏT HAQQININ müəyyən edilməsinin (?) “ Dövlət rüsumu
haqqında” qanuna uyğun olduğu vurğulanır. Dövlətə , Konstitusiyaya
hörmətsizliyə baxın, dövlət xidməti ƏMDX rəsmi məktublarla Tarif
Şurasının qərarının qanundan da, məhkəmə qərarından da üstün olduğunu
bildirir!(?)
Bu günlərdə ƏMDX ölkədə Konstitusiyanın, dövlətin məhkəmə qərarınn
“JEK”-dən də aşağıda olmsını 16-cı ildir bildirməkdən cana doyduğunu
rəsmi qaydada vurğulayıb. 1 -ci dərəcəli Qarabağ əlilinə Xətai
Məhkəməsinin 26.05.2009-cu il tarixli, 2(011)-451/09 saylı və
21.06.2011-ci il tarixli, 2(011)-855/11 saylı 2 (!) qətnaməsi ilə
sahibkarlıqla məşğul olmağa verilən Bakı şəhəri, Nizami rayonu,
10A ünvanındakı qeyri-yaşayış sahəsi , heç demə, bir il qabaqdan-
2008-ci ildən özəlləşdirilibmiş.(?) Kim tərəfindən ? Adı 16 ildir gizlin
saxlanılan İCARƏÇİ tərəfindən! ƏMDX-nın rəis müavini Rüstəm
Şahbazov 16 ildir bunu dəfələrlə bildirməkdən doyub, amma hələ
də İCARƏÇİNİN ADINI ÇƏKMƏYƏ ÇƏKİNİR. Çəkinməsin , neyləsin? Axı
necə desin ki, dövlət əmlakı elə borclu ƏMDX , borclu Nizami RİH rəhbərliyi
, borclu Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil
cinayətkar işbirliyi ilə öncə həmin ünvandakı “KAPİTALBANK”ın Nizami
filialının, bank bunu yalanlayanda 9 yaşlı HÜSEYNOV AYDIN BƏXTİYAR
OĞLUNUN, 2021-ci ildən ata adı olmayan Türkiyə vətəndaşı KEREM
SEZERin adına “sənədləşdirilib”!(?)
“Nağıl” uydurulur ki, məhkəmə qərarı ilə 1-ci dərəcəli Qarabağ əlilinə
verilən Bakı şəhəri, Nizami rayonu, 10a ünvanındakı qeyri-yaşayış sahəsi
balanssaxlayıcı NİZAMİ RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFAT
BİRLİYİNİN ( MKTB) 19.02.2019 tarixli, 02/09 nömrəli RAZILIQ
MƏKTUBU əsasında İCARƏYƏ verilib və ... 2008-ci ildə ( hansı ayda,
hansı gündə niyə qeyd edilmir?- M. B.) İCARƏÇİ TƏRƏFİNDƏN
(adı, soyadı, ata adı yoxdur?-M. B.) ÖZƏLLƏŞDİRİLİB. Bu “dövlət
nağılı”nı uyduranlar unudur ki, MKTB-nin, işinin zibil daşımaq olan “JEK”-in
sərəncam vermək, razılıq vermək hüququ yoxdur. Lap olsun, bəyəm “ JEK”-
in MƏKTUBU dövlətin adından çıxarılan MƏHKƏMƏ QƏRARINDAN,
KONSTİTUSİYADAN ÜSTÜNDÜR? Onu da vurğulayaq ki, Nizami MKTB-ni
Xətai məhkəməsi əmlakın yerləşdiyi sahə üzrə 2-ci cavabdeh kimi
özü cəlb edib və onun üzərinə 26.05.2009 tarixli qətnamə ilə əsas
cavabdeh və həmin tarixdən BORCLU ƏMDK-ya razılıq verməsinə BORCLU
edib. İndi nağıl uyduran BORCLU ƏMDX (və BORCLU MKTB) bilmirdi ki,
həmin əmlak 2008-ci ildən ÖZƏLLƏŞİB? Niyə bu özəlləşmə sənədini
məhkəməyə TƏQDİM ETMƏYİBLƏR? Eyni zamanda, TƏLƏBKAR 1-ci
dərəcəli QARABAĞ ƏLİLİ qətnamənin icrasına mane olan BORCLU ƏMDK,
NİZAMİ RİH və b. qarşı Xətai məhkəməsində 2011-ci ildə iddia qaldırıb,
BORCLULARIN MƏSULİYYƏTİNİN MÜƏYYƏN EDİLMƏSİNİ, icranın BAKI,
NİZAMİ RAYONU-10 A ÜNVANINDAKI ƏVVƏLLƏR 25 SAYLI NİZAMİ II DSK-NIN
YERLƏŞDİYİ BOŞ OFİSƏ YÖNƏLDİLMƏSİNİ tələb edib və Xətai məhkəməsi
21.06.2011 tarixli, 2(011)-855/2011 saylı QƏTNAMƏ ilə iddianı
qismən boş ünvana ( BƏHRUZ NURİYEV-10 A ) yönəldilmə
hissəsində təmin edib, xüsusi qərardadla prokurora xəbər
verməkdən imtina edib. Niyə yenə də 2008-ci il tarixli özəlləşmə
sənədi məhkəməyə təqdim edilməyib? Deməli belə sənəd yoxdur
də! Təkcə bu fakt sübut edir ki, BORCLU ƏMDX BORCUNU İCRA ETMƏK
YERİNƏ 16 İLDİR NAĞIL UYDURUR.
Lap olsun, tutaq ki, 2009 tarixli məhkəmə qərarından bir il qabaq-2008-ci
ildə əmlak özəlləşib. Axı heç bir özəlləşmə sənədi, qeydiyyat
şəhadətnaməsi dövlətin adından çıxarılan məhkəmə qərarından
üstün ola bilməz! Konstitusiyanın 129-cu maddəsində yazılıb:
“MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI HAMIYA
MƏCBURİDİR. MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA
MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR”
Dövlətin bir Konstitusiyası var, onu da ayrı-ayrı dövlət qurumları, məmurlar
ciblərindən aşağıda tuturlar. Tarif Şurasının qərarının, “JEK”- in
məktubunun Konstitusiyanı qüvvədən salmasını illərdir bildirən ƏMDX-nın
borcunu ödəməməsinə dövlət (başçısı) son qoyacaqmı? Dövlətə, onun
başçısın sayğısızlıq illərdir sürür..."
 
Ardını oxu...
Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.

Bu barədə "Arqument.az"a həyat yoldaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Orucəli Ağayev məlumat verib.

Orucəli Ağayev deyir ki, həyat yoldaşı həkim səhlənkarlığı nəticəsində komaya düşüb və həkim bunu xəstə yaxınlarından gizlədib.

Onun sözlərinə görə, yoldaşı hamiləlik dövründə də məhz bu xəstəxanaya gedib: "Həkimi ginekoloq Almaz Qəhrəmanova idi. Hamiləlik normal keçdi. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürdü. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif etdilər. Uşaq sağlam doğuldu. Bundan sonra ana palataya köçürüldü. Bizimlə telefonla görüntülü danışaraq, normal olduğunu dedi. Amma 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”, - həyat yoldaşı belə deyir.

"Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm..."

Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: "Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır".

"Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək", - deyə Orucəli Ağayev bildirib.

"30-40 min manat pul lazımdır..."

Müharibə iştirakçısı deyir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər: "Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız "Liv Bona Dea" Hospitalı onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır. Mənim və ailəmin maddi durumu həmin xərcləri ödəməyə kifayət etmir”.

Həkim xərcləri ödəməkdən imtina edib...

O. Ağayev qeyd edib ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürüb, amma sonrdan imtina edib: "Cəmi 1 gün xərcləri ödədi. Sonra dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər və həkim Günel Qəhrəmanova məsuliyyətə cəlb edilsin".
Ardını oxu...
Orucəli Ağayev kimdir?

Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir.

O, "Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir.

Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adıçəkilən həkim Günel Qəhrəmanova isə mediada gedən iddialara münasibət bildirməyib.

Xəstəxananın baş direktoru Elviz Qasımovun isə ölkə xaricində olduğu bildirilib.

Həkim G.Qəhrəmanova isə telefonlara cavab verməyib.

Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva da göndərilən sorğulara cavab vermir.

Bəs bütün bunlar niyə baş verir?

Uzun müddətdir ki, mediada xəstələr üçün "ölüm korpusu"na çevrilən "Respublikanski”dən şikayətlər səngimir, danışan, çağrış edən vətəndaşlardır, amma rəsmi qurumlardan reaksiya yoxdur. Səbəb baş direktor Elviz Qasımovun yüksək səviyyədə kimlərinsə himayəsində olmasıdır ki, bununla bağlı da dəfələrlə mediada məlumatlar tirajlanıb.

Xəstəxandakı mənbə deyir ki, "Respublikanski” adlanan "ölüm korpusu"nda anarxiya və özbaşınalıq hökm sürür, sanki bura onsuz da bərbad vəziyyətdə olan Azərbaycan səhiyyə sisteminin bir parçası deyil, Elviz Qasımovun şəxsi obyektidir.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu olan Elviz Qasımovun digər daha yüksək vəzifəli himayəçilərinin olduğu barədə də məlumatlar var. Amma bu adıçəkilən iki şəxsin yaratdığı durum ölkənin ən böyük səhiyyə ocaqlarından birini şəxsi manufakturaya çevirib ki, hər şey bu iki şəxsin əlindədir.

Xəstəxanada bonus problemi...

"Arqument.az"a danışan həkimlərdən biri deyir ki, hər ay həkimlərə bonus şəkilində pul verilir, amma verilən verilən bonusların 50%-i kəsilir. Məsələn, bu ay may ayının bonusu verilib.

"Deməli, həkimlərə TƏBİB tərəfindən xüsusi kodlar verilir ki, apardıqları əməliyyatlar kodlaşdırılsın və bonusları alsınlar. Amma bu kodlar səhv verilib. Bütün həkimlərin bonusları kəsilir. Bu səhvi 1-2 həkim edə bilər, hamısı yox. Demək, bu, TƏBİB-in apardığı xüsusi siyasətdir ki, pullar yeyilir. Kimlərin şübhəsi varsa, "Respublikanski"nı yoxlasınlar. Dediklərimiz mütləq təsdiqini tapacaq, buna şübhəmiz yoxdur", - deyə xəstəxananın əməkdaşı vurğulayıb.

Onun sözlərinə görə, kodlaşdırma ilə bağlı heç bir həkimə təlim keçirilməyib: "Hər həkimə ay ərzində Elvizin çox yaxını, hüquqşünas Əminə Rüstəmova müxtəlif bəhanələrlə izahat yazdırıb bonusları kəsir. Sanki onun işi hüquqşünaslıq yox, həkimlərin pulunu kəsməkdir. Təbii ki, bu tapşırıq Elviz Qasımov və Vüqar Qurbanovundur. Baxın, minlərlə ştat açıb, aylıq dövlətdən pul ödəyib işə qeydiyyatçılar götürülüb. Amma xəstə və əməliyyatları qeydiyyata almaq işini həkimlərə gördürürlər ki, həkimlər cərimələnsin, bonusla verilməsin".

"Bu, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir"

"Elviz Qasımovun yarıtmaz idarəçiliyi bununla bitmir. Məsələn, gecə növbəsinə cəmi bir növbətçi həkim saxlanılır. Tutaq ki, urologiya, lor, üz-çənə, göz şöbəsi və bir həkim. Təsəvvür edin, gecə uroloji problemlə ağır xəstə gəlir, növbədə isə lor həkimidir. Görün, burada nə baş verir?! Və yaxud gözdə travma ilə xəstə gəlib, amma növbədə uroloqdur. Xəstənin vəziyyəti ağırdır, təcili müdaxilə olmasa xəstə gözünü itirə bilər. Bu zaman uroloq nə etməlidir?! Necə ki, doğum şöbəsinə göz həkimi çıxarsa... Budur Elvizin və Vüqarın səhiyyə siyasəti. Bu, sadəcə, səhiyyəni gözdən salıb, iflic etmək demək deyil, həm də insanların həyatı ilə oynamaqdır, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir. Xəstəxanada bu cür yanaşmanın nəticəsində ölüm halları artıb. Elviz Qasımov gələndən sonra statistikanı yoxlasalar, mənzərə hər kəsə aydın olacaq", - deyə həkim baş verənləri təsvir etməyə çalışır.

Həkim deyir ki, növbətçi həkimlərə isə əlavə heç bir ödəniş edilmir, şikayət edənlər işdən çıxarılmaqla hədələnir: "Digər bir problem odur ki, Vüqar Qurbanov xəstəxanaya Elviz vasitəsilə xəbər göndərir ki, şöbə müdirləri əməliyyat edə bilməz. Deyəsən, bu elan olunmamış sərəncam ancaq "Respublikanski"yə aiddir. Çox müəmmalıdır ki, illər ərzində təcrübə yığmış həkimləri - şöbə müdirlərini əməliyyatdan uzaqlaşdırmaq hansı beynin məhsuludur?"

Şikayətçi qeyd edib ki, əvvəllər xəstəxanada yanğın təhlükəsizliyi ilə məşğul olan qurum olub, amma Elviz Qasımov gələndən sonra həmin qurum ləğv edilib, yanğına cavabdehlik öhdəliyi şöbə müdirlərinin üzərinə qoyulub: "Bunun da nəticəsində həkim yanğınsöndürmə qaydalarını mükəmməl bilmədiyindən şöbədə yanğın baş verdi. Amma Vüqar Qurbanov bunu təlim kimi qələmə verərək ictimaiyyətdən gizlətdi. Bu haqda video və foto sübutlar var. Hadisə bu ilin əvvəlində Lor şöbəsində (burun–boğaz) olmuşdu. Zərəçəkənlər də maddi dəstəklə susduruldu".

"Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır?"

Onun sözlərinə görə, xəstəxanadakı dəhşətli mənzərə bununla bitmir, baş verənlər hətta orada çalışanları belə vahiməyə salır: "Təsəvvür edin, 4 otaqda əməliyyat gedir, yalnız 1 anestezioloq növbə çəkir. Əgər əməliyyat zamanı 2 xəstənin vəziyyəti pisləşsə, anestezioloq seçim edib ancaq bir xəstəni qurtara bilər. Digər xəstə isə keçinməlidir. Sonra da deyəcəklər ki, xəstənin vəziyyəti ağır idi, əməliyyatdan çıxmadı, öldü. Bu, cinayətdir. Buna sübut olaraq deyim ki, xəstəxanada anestezioloq Könül Namazova var, bütün xəstələrə o axır. Burada bir monopoliya yaradıblar. Monopoliyanı əldən verməmək üçün Könül doktorla əlbir olaraq anestezioloq çatışmazlığı kimi 4-5 əməliyyatın pulun tək alır. Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır? Yüzlərlə savadlı həkimlər işsizdir".

Elviz Qasımovun kadr siyasətindən danışan həkim deyir ki, burada ciddi ayrı-seçkilik müşahidə olunur: "Həmkarların sədri Ədilə xanımı işdə çıxartdı. Çünki layiqli həmkar kimi həkimləri müdafiə edirdi. Yerinə Eldar Sərdarovu təyin etdi. Hansı fəaliyyətinə görə? Sadəcə, Elvizin əmrlərini yerinə yetirir. Daha sonra isə Eldar Sərdarovun həyat yoldaşı Neonatologiya şöbəsinə işə götürüldü. Amma çox vaxt işə gəlmir. Çünki Eldarın yoldaşıdır. Eldar isə Elvizin əmrlərini yerinə yetirən şəxsdir. Bu qədər sadə".

Azərbaycan səhiyyəsini monopoliyaya alan "üçlük..."

Həkim deyir ki, Vüqar Qurbanovun yarıtmaz fəaliyyəti bütün səhiyyədə özünü göstərir. Belə ki, eyni mənzərə Nərimanov Tibb Mərkəzində də yaşanır, yəni Qurbanov öz yaxın dostlarını himayə etməklə səhiyyə sistemini mövcud qanunlarla deyil, özünün formalaşdırdığı qaydalarla idarə edir: "Azərbaycanda səhiyyə sistemində çalışan hər kəs kəs bu üçlükdən cana doyub, sadəcə, səslərini çıxara bilmirlər. Kimdir bu üçlük? TƏBİB-in rəhbəri Vüqar Qurbanov, "Respublikanski"nin rəhbəri baş direktoru Elviz Qasımov və onun yaxı dostu, Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov".

"Məsələn, elə götürək baş direktor Fazil Alməmmədovu. Onun həyat yoldaşı Aygün Alməmmədova Nərimanov Tibb Mərkəzinin mətbuat xidmətinin müdiridir, amma işə çıxmadığı heç kimə sirr deyil. Çünki ayın çoxunu xaricdə, səyahətdə olur, amma bunu başqası etsə, yəqin ki, ağır cəzalandırılacaq və işdən çıxarılacaq", - deyə həkim bildirib.
 
Ardını oxu...
Göygöl rayonu, Yeni Qızılca kənd sakini Orucov Osman Qəzənfər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbova müraciət ünvanlayıb. Həmin müraciət olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) təmizlik idarəsinin avtokalonunda korrupsiya va özbaşınalıqlar baş alıb gedir. Bu korrupsiyanın başında avtoqarajın yeni təyin edilmiş rəis Nurəhməd Əhmədov və qaraj müdiri Bağır Əliyev durur.

Məsələ ilə bağlı çoxsaylı müraciətlər olsa da, hüquq mühafizə orqanları və aidiyyəti qurumlar heç bir tədbir görmək istəmirlər.

Bağır Əliyevin anası Maliyyə idarəsində, yaxın qohumu Prezident Administrasiyasında və digər orqanlarda işlədiklərinə görə, heç kimdən qorxmayaraq, qarajda sürücülərin başına olmazın oyunlar gatirir.

Qaraja təzə gələn qaryığan və su maşınlarının təkərlərini, akkumulyatorlarını, eləcə də onlara yazılan yanacaqları satırlar. İşçiləri də iş saatından artıq işlədirlər. Bayram günləri isə günümüz lap qara olur, iki növbədə işləyirik.

Bəs, biz fəhlələr yazıq deyilik ki, gecə-gündüz istirahətsiz işləyək?! Əlavə saatlarımızı və bayram pullarımızı da bizə vermirlər. Dövlət tərəfindən bizə təyin edilmiş 300 manat pulu mənimsəyirlər. Etiraz etdikdə isə, üzümüzə adam qoyub, işdən çıxartmaqla hədələyirlər.

Qeyd etdiyim kimi, avtomaşınlara yazılan yanacaqları satırlar, etiraz etdikdə isə bizi təhdid edirlər.

Mənim özüm 10 ildən artıqdır ki, “zibil idarəsi”ndə 20-AE-608 nömrəli avtomaşının sürücüsü işləyirəm. İşlətdiyim avtomaşının yanacağını, təkərini və digər ehtiyat hissələrini rəis Nurahməd Əhmədov və qaraj müdiri Bağır Əliyev satırlar. Bir daha deyim ki, bu adamların arxasında Prezident Administrasiyasında işləyən qohumları durur. Birliyin rəisi də bunlarla əlbir işləyir.

Əvvəlki müdir Ruflan müəllim işdən çıxanda yerinə yaxın dostunu təyin etdirmişdi. Aralarında olan danışığa əsasən, dostu hər ay Ruflan müəllimə pul ödəyir. İndi o, “çirkli pullar”ın hesabına Gəncə şəhərində “Lombard”, qızıl mağazası işlədir.

Mənim 3 uşağım var. Böyük oğlum hərbi xidməti bitirib, amma hazırda işsizdir. Oğlumu öz yanımda işə düzəltdirməklə bağlı müraciət etsəm də işə götürmədilər.

Şəraitsiz və təmirsiz evdə ailəm - uşaqlar və valideynlərimlə çətinliklə yaşayıram. İşlədiyim əmək haqqımı korrupsioner müdirlər əlimizdən alıb yeməsələr, mənim də ailəmin çətinliyi az olardı.

Dəfələrdə prokurorluğa və aidiyyəti qurumlara şikayət etsəm də, araşdırma üçün göndərilən məmurlar bizimlə əlaqə saxlamadan gedirlər. Hətta qarajda olan avtomaşınları yararsız vəziyyətdə görsələr də, rəhbərlikdən pul alıb üstünü ört-basdır edirlər.

Bağır Əliyev Maliyyəni öz əlinə alandan sonra qarajdakı maşınları talan etdi. Prokurorluqdan yoxlama gəlib-gedəndən sonra Nurəhməd Əhmədov deyir ki, “Gəncə şəhərinin prezidenti mənəm, şikayət etdiniz də, nə oldu?! Hara istəyirsiniz yenə yazın, şikayət göndərin, heç kəs mənə heç nə etməyəcək”.

Onu da deyim ki, hər ayın axırında bizləri ağ kağızlara imza atdırırlar, özləri istədiklərini yazırlar.

Rəhbərlik bizi öz sahəmiz aid olmayan işə göndərdikdə orada zülm verirlər. Əlavə yerləri təmizlətdirirlər, əmək haqqımızı isə mənimsəyirlər.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm, xahiş edirəm ki, problemimin həlli yolunda mənə kömək etsinlər”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Abşeron İcra Hakimiyyəti Şəfəq qəsəbəsində parkın əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderini yekunlaşdırıb.İcra Hakimiyyəti bu dəfə fə tenderi “özgə şirkət”ə verməyib.
Belə ki, 329.699,08 manat dəyərində olan işlərlər bağlı “PROQRESS İNŞAAT EN” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, “PROQRESS İNŞAAT EN” MMC Abşerona yad şirkət deyil. Məsələn, Abşeronun icra başçısı təkcə keçən ilin oktyabr-noyabr aylarında bu şirkətə 6 tender verib. Sarayda iki küçənin təmirinə 33.775,55 manat, Hökməli qəsəbəsndə iki küçənin cari təmirinə 148.564,36 manat, Aşağı Güzdək qəsəbəsidə bir yolun təmirinə 23.589,49 manat, Ceyranbatandakı Atatürk parkın əsaslı təmirinə 339.359,15 manat, 8 Noyabr Tədbirinin satın alınmasına 212.057,8 manat, Ceyranbatanda daha bir küçənin cari təmirinə isə 195.564 manat xərcləməsi bunlardan bir qismidir.
Nəzərinəz çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
Bəs, Abşeronun icra başçısı Abidin Fərzəliyevin “Proqress İnşaat En” MMC-yə olan sevgisi haradan yaranıb və nədən qaynaqlanır? Buununla bağlı müəyyən araşdırma aparıb. Məlum olub ki, sözüegedən şirkətin qanuni təmsilçilərindən biri olan Eldar Şirinov heç də sıradan bir adam deyilmiş. Əksinə, onun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. Elə bu halın özü kifayət edir ki, Fərəzliyev Həm özü, həm də yeznə qazansın prinsipi ilə hərəkə edərək, yerlisinin yeznəsinə rayonda geniş imkanlar yaratsın.
Rafael Mehrəliyev isə odioz fiqrulardan biri sayılır. Adı müxtəlif tenderlərdə, qalmaqallı məsələlərdə, habelə korrupsiya hallarında çəkilib. Lakin onun barəsində indiyə qədər hər hansı qanuni tədbirin görülməsinə dair məlumat yoxdur.
Tribunainfo.az
 
Ardını oxu...
Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

İlham Əliyev: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) Gəncə-Daşkəsən Regiona Bölməsinin rəisi Vüqar Zeynalov barəsində son vaxtlar ölkə mediasında yayılan neqativ materiallara aydınlıq gətirmək üçün media üzərindən araşdırma aparmalı olduq. Araşdırma zamanı məlum oldu ki, Vüqar Zeynalov 2020-ci ildə AQTA-nın Bərdə RB-nin rəisi olarkən orada da sahibkarlara qənim kəsilibmiş. O zaman mediada yayılan “Qoşqar Təhməzlinin Bərdədəki adamından rüsvayçı hərəkət” başlıqlı yazılarda qeyd olunur ki, məcburi köçkünün bir inəyinə görə, Vüqar Zeynalov olmazın hoqqalar göstərib.Belə ki, AQTA-nın Bərdə Regional İdarəsinin rəisi Vüqar Zeynalov rayonda yaşayan ağdamlı köçkün Elmir Abbasovun başına oyun açıb.E.Abbasova aid iki inək regional idarə tərəfindən yoxlanışdan keçib, Forma 1 arayışı təqdim olunub, xəstəlik olmadığı qeyd edilib və kəsilməsi münasib bilinib. Bundan sonra məcburi köçkün sevincək heyvanlarını götürüb Ağcabədiyə yollanmaq istəyib ki, satıb ailəsinə çörək pulu aparsın.Amma “sən saydığını say, gör Vüqar Zeynalov nə sayıb”. O, qəfildən fikrini dəyişərək verdiyi arayışa baxmayaraq, E.Abbasova qoşularaq Ağcabədiyə gedib. Halbuki, Ağcabədi AQTA-nın Bərdə regional idarəsinə tabe olmayıb. Amma V.Zeynalov qanunun həddini aşaraq, əsassız yerə 2 inəyə görə, Ağcabədiyə gedib. Burada E.Abbasovun heyvanlarına baxılıb, ətə möhür vurulub, kəsilməsinə başlananda AQTA-nın Bərdə regional idarəsi rəisi mane olub.V.Zeynalov fikrini belə əsaslandırmaq istəyib ki, guya ətin sağlam olmasından şübhələnir. Hərçənd ki, özü Forma 1 arayış verib.Bundan sonra E.Abbasovun heyvanlarını götürən V.Zeynalov onları Ağdama apardıb. Və yenə də burada qanunu pozub. Çünki Ağdam da AQTA-nın Bərdə RB-ə tabe deyildi. O isə qanunları ayaqlar altına ataraq, guya heyvanları laboratoriya edəcəyi adı ilə Ağdamda hansısa ərazidə saxladıb.Bütün bu əhvalatdan sonra E.Abbasov Baş Prokurorluğa və Bərdə Rayon Prokurorluğuna müraciət edib, AQTA-nın “qaynar xətt”inə məlumat verib.Amma...AQTA-nın sədri cənab Qoşqar Təhməzli Vüqar Zeynalov barəsində tədbir görmək əvəzinə, onun vəzifəsini, daha dəqiq desək “təsir dairəsi”ni böyüdüb və Bərdədən Gəncəyə “transfer” edib. Beləliklə Vüqar Zeynalov AQTA-nın Gəncə-Daşkəsən RB-nin rəisi təyin olunub. Biz əbəs yerə yazmadıq ki, Vüqar Zeynalovun “qazanc dairəsi” genişlənib. Çünki Gəncə-Daşkəsən bölməsi Gəncə, Naftalan kimi şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux kimi rayonları əhatə edir. Fikir verdinizmi, sahibkarın Baş Prokurorluğa, Bərdə Rayon prokurorluğuna şikayətinə, AQTA-nın “qaynr xətti”nə müraciətinə baxmayaraq Vüqar Zeynalov nəinki cəza almayıb, hətta “mükafat” olaraq, ona Gəncəni “veriblər”. Beləliklə Vüqar Zeynalov özünü toxunulmaz hesab edərək daha böyük qanunsuzluqlara yol verir. Yəni Bərdədəki əməllərini ölkənin ikinci böyük şəhəri Gəncədə daha pis formada davam edir. Təkrarçılığa yol verməmək üçün Vüqar Zeynalovla bağlı son günlər ölkə mediasına daxil olan xəbərlərlə bağlı hazırlanmış sonuncu yazını əlavə edirik. * * *

İlk öncə onu qeyd edək ki, QİDA TƏHLÜKƏSİZLİYİ müasir dünyada MİLLİ TƏHLÜKƏSİZLİYİN ən vacib sahələrindən biridir.
Bunu nəzərə alan cənab Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb.Təəssüf ki, cənab Prezidentin bu xoşməramlı, mühüm qərarı AQTA-nın bəzi vəzifəli şəxsləri, konkret desək AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalov tərəfindən öz şəxsi maraqlarına yönəldi.Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə ciddi maneələr törədir.Son günlər ölkənin tanınmış media qurumları ( Hurriyyet.Az, AzToday.az və digərləri ) Yerli.media saytına istinadla yazırlar.Sahibkarların sözlərinə görə, regional bölmənin əsas hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.Sahibkarlar deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə mediada məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib:"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı. Məlum olmuşdur ki, yas məclisində zəhərlənən şəxslər Gəncədə istehsal olunan qida məhsullarından zəhərlənib. Görəsən, cənab Vüqar Zeynalov hara baxırmış ?İndi isə keçək Vüqar Zeynalovun əməlləri ilə bağlı NUH.az-a daxil olan son məlumatlara.Sahibkarlar deyir ki, Gəncə şəhərində, “Mərkəzi bazar” ətrafında , yeni “Grand Kavkaz “ bazar ətrafı və şəhərin bir cox yerlərində “içalat kababı “ adıyla antisanitariya şəraitində, yerdə , beton , asfalt üstündə su şlanqı ilə yuyulub, sonra acıq havada kabab adı ilə əhaliyə satılan natəmiz içalati AQTA görməzliyə vurur. Çünki bu obyektlər Vüqar Züynalovun maddi-maraq dairəsinə daxildir.Şəhər mərkəzində peraşki satan köşklərin çoxu həftələrlə yanmış yagı dəyişmədən istifadə edirlər.Vuqar Zeynalov cənabları bunları niyə görmür, daha doğrusu, görmək istəmir ? Vüqar Zeynalov əməkdaşlarını ancaq o obyektlərə göndərir ki, o obyektlərin sahibi olan sahibkarlar ona “aylıq” vermirlər.Narazı sahibkarlar onu da qeyd edir ki, Vüqar Zeynalovun yoxlamaya gələn əməkdaşları restoranlara, kafelərə adi geyimdə daxil olurlar, nə steril papaq, nə əlcək, nə bahil və s istifadə etmirlər.AQTA əməkdaşlarının mətbəx zonaya adi iş paltarında daxil olması qadağandır. AQTA əməkdaşları özləri bu qaydanı pozurlar. Bu bir daha onu göstərir ki, Vüqar Zeynalovun əməkdaşları AQTA-nın qaydalarını kobud şəkildə pozurlar.Bunlar hələ harasıdır ?Qaydaya uyğun olaraq müəssisəyə yoxlama ilə bağlı 5-10 gün əvvəl bildiriş gəlmədən, Vüqar Zeynalovun əməkdaşları obyektə “qoçu dəstəsi” kimi, aqressiv şəkildə daxil olurlar, sanki basqın edirlər. Və sahibkarlarda xof-qorxu yaratmaq üçün KAMERA ilə çəkiliş edirlər, yalandan deyirlər ki, guya baş verənləri AQTA rəhbərliyi izləyir. Yoxlama zamanı sahibkarlar özləri çəkiliş etmək istəyəndə isə AQTA-nın "qoçuları" aqressivləşir, yoxlamanı dayandırıb, hədə-qorxuya keçirlər ki, sahibkar çəkilişi dayandırsın. Və bu yolla sahibkarları qorxu, təzyiq altında saxlayırlar.Məqsəd sahibkarlardan PUL ALMAQDIR. Bunun başqa adı yoxdur.Sahibkarlar haqlı olaraq onu da qeyd edirlər ki, bircə dəfə də olsun, AQTA-nın əməkdaşları xoş niyyətlə obyektlərə daxil olub, maarifləndirici, profilaktik söhbətlər aparmır, problemləri aradan qaldırmağın yollarını göstərmirlər. Ancaq və ancaq təzyiq və repressiv formada, yekəxana hərəkətlə sahibkarları “yükləməyə” çalışırlar. Və sahibkarların qanunları bilməməsindən sui-istifadə edərək böyük inzibatı cəzalar, böyük məbləğdə və dərhal ödənilməli cərimələr tələb edirlər.Sahibkarlar deyir ki, Vüqar Zeynalov rəisi olduğu şöbədə də özünü eyni qaydada aparır və əməkdaşlarına qışqıraraq deyir ki, mən təzə təyin olunmuşam…xərcim çox çıxıb…AQTA məndən plan tələb edir…çıxın küçələrə…gələndə əli dolu gəlin…əks halda sizi yararsız kadr kimi işdən qovacam və s…Bax, cənab Vüqar Zeynalovun iş metodu budur.Ən dəhşətlisi odur ki, Vüqar Zeynalovun qanunsuz yoxlamaları bitmək bilmir.Belə ki, şəffaf yoxlama tələb edən sahibkarların obyektlərində yoxlama bitdikdən 1-2 ay sonra yenidən yoxlama başlayır. Bu isə sahibkarların fəaliyyətinə maddi və mənəvi zərbə vurur. Sahibkarlar sonda qeyd edir ki, onlar cənab Prezidentin siyasətini dəstəkləyirlər, dövlət başçısının sahibkarlara qayğısını alqışlayırlar. Və xahiş edirlər ki, Vüqar Zeynalovun qanunsuz əməlləri müvafiq dövlət qurumları tərəfindən araşdırılsın və layiq olduğu cəzanı alsın.Sahibkarlar sonda təklif edir ki, Gəncə-Daşkəsən bölgəsində AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarlar arasında şəffaf və gizli sorğu keçirilsin və onda həqiqət ortaya çıxacaq.

P.S. NUH.az-ın əməkdaşı yazılanlara aydınlıq gətirmək üçün Vüqar Zeynalovla telefon əlaqəsi saxlayıb. O, bildirib ki, AQTA rəhbərliyinin icazəsi olmadan heç nə deyə bilməz.

P.S.S. AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə və Vüqar Zeynalova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sahibkarlarla bağlı bir müdrik fikrini xatırlatmaq istəyirik: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.
 
Ardını oxu...
Məşhur mahnıda deyildiyi kimi: “O qatarın dalınca baxma…”. Günümüzün reallığında bu mümkün deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun “möhtəşəm fəaliyyəti” sərnişinləri qatarların arxasınca “baxmağa” məcbur etməkdən ibarətdir. Elə bir həftə, yaxud ay olmasın ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın. Yəni sözün gerçək mənasında qatarların “dalınca baxa-baxa” qalmışıq.

– Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.

– Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.

– Bakı-Pirşağı qatarı xarab oldu.

– Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.

– Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.

Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.

Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?

Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.

Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir.Demokrat.az
 
 
 
Ardını oxu...
Faktinfo.az saytı xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından məzun olmuş tələbələrin hələ də diplomlarını verə bilməməsi səbəbindən müzakirələr böyüyür. Hətta, mətbuatda UNEC-in Dərbənd filialının məzunlarına neçə ildir ki, ard-arda diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı vurğulanır.

Saytlarda o da qeyd edilir ki,diplomunu ala bilməyən tələbələrin ETN və UNEC qarşısında etiraz aksiyası keçirə biləcəkləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayacaqları gözlənilir. Belə vəziyyətdə, kimi təhsil naziri Emin Əmrullayevi,kimi rektor Ədalət Muradovu qınayır. Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə, nazirlik isə əksinə,Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirir.

Əslində nə baş verir, Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsində günahkar Elm və Təhsil Nazirliyidir, yoxsa Azərbaycan Dövlət İqtisad Universiteti?

Yaranmış vəziyyəti Faktinfo.az saytına izah edən mənbə bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən, Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsi ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevi qınamaq da yersizdir.O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz.

Görünür, diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur. Məsələn, ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar, həmçinin sənədlərində sərhəd reqistrasiyaları ilə bağlı uyğunsuzluqlar mövcuddur. Eləcə də, diplomu verilməyənlər ADİU-nun Dərbənd filialına ümumi plan yerindən artıq (kənar) qəbul olunan tələbələr də ola bilər. Bu hallarda naziri və ya nazirliyi tələbələrə diplom verilməməsinə görə qınamaq yersizdir.

Çünki, ADİU-nun Dərbənd filialına tələbə qəbulu Elm və Təhsil, Azərbaycan Dövlət İqtisad Universiteti və Dərbənd filialının məsul şəxslərinin iştirakı ilə ayrılmış plan yerinə uyğun həyata keçirilir.Yekunda filiala qəbul olunan tələbələrin siyahısı nazirliyin elektron baza sisteminə daxil edilir.Nazirlik də öz nöbəsində təhsilini başa vurmuş tələbələrin ümumi sayına görə veriləcək diplomları seriya və nömrəsinə uyğun sifariş əsasında aldıqdan sonra universitetə təqdim edir. Tələbə də diplomunu bu normativ həlli yanaşmalardan sonra universitetdən alır.

Mövzuya münasibət öyrənmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinə edilən zənglərə cavab verilmədi.

ADİU-nun mövqeyini dərc edə bilərik.

Faktinfo.az
 
 
 

Dünyapress TV

Xəbər lenti