Ardını oxu...
Dünən Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi Ali Təhsil məktəblərinə qəbul imtahanında abituriyentlərə verilən suallar kütləvi narazılığa səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddindən artıq çətin, bəzilərininsə hətta “anormal dərəcədə” çətin və anlaşılmaz olmasından gileylənirlər.

Bu mənzərə ilk dəfə deyil ki, müşahidə olunur, əvvəlki illərdə də buna rast gəlinib. Lakin mütəxəssislərin də dediyi kimi, bu dəfə “əndazələr lap aşılıb”...

Məsələn, sosial şəbəkədə coğrafiya müəllimlərinin və bu elm üzrə mütəxəssislərin toplaşdığı “Coğrafiya kabineti” adlı qrupdakı narazılıq dolu paylaşımlardan birində deyilir: “Bir sualda beş sual, doğru sıra, doğru uyğunluq, doğru olan, doğru olmayan... Nə idi bu? Nə suallar idi? Coğrafiyanın başına oyun aça-aça gedirlər. Kimə deyək? Nə edək?”

Digər bir mütəxəssis isə yazır: “Bugünkü “əzələ nümayişi” kimə lazım? Bu imtahan millətin övladları üçündür, sənin “əzələ nümayişin” üçün yox. Bunun adı eqodur, ya nədir? Səriştəsizliyin niyə fənnə olan hörmətin azalmasına xidmət etməli idi?”

Bütün bu iradlar sualları hazırlayan quruma – DİM-ə, onun rəhbərliyinə, “bunker müəllimlərinə” şamil edilir. Coğrafiya fənni üzrə müşahidə edilən mənzərə 2-ci və 3-cü qrupa aid imtahandakı digər fənlərə də aiddir. Yuxarıda qeyd edilən kimi, imtahana salınan suallar sanki DİM sədri Məleykə Abbaszadənin kimlərəsə əzələ nümayişidir.

Mart və aprel aylarında keçirilən buraxılış imtahanında abituriyentlər yüksək nəticələr göstərib və təkcə maksimum göstəricini - 300 balı toplayanların sayı 53 nəfər olub. Görünür, bu nəticə DİM rəhbərliyini qane etməyib. Çünki bu halda Təhsil Nazirliyi sınaqdan uduşlu çıxmış kimi görünür.

Görünür, bu səbəbdən M.Abbaszadənin komandası “düyməni basmaq” və növbəti mərhələdə sualları anormal dərəcədə çətinləşdirmək qərarına gəlib. Ümumiyyətlə, Abbaszadənin uzun illərdən bəri Təhsil Nazirliyi ilə apardığı “intriqanın” səbəb və mahiyyəti barədə bir şey demək çətin olsa da, ötən illərdə bir neçə Təhsil nazirinin dəyişməsinə baxmayaraq, bu münasibətin dəyişməz olaraq qaldığı danılmazdır. Bundan ən çox əziyyət çəkən isə zatən tərifə layiq olmayan Təhsil Nazirliyi yox, abituriyentlərimiz, övladlarımızdır.

Təəssüf ki, onlara gerçək təhsili Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdən daha çox repetitorlar, özəl kurslar verir və bunu DİM-in başında duranlar da gözəl bilirlər. Buna baxmayaraq, öz heyflərini aylarla, illərlə çəkdikləri zəhmət qarşılığında bu cür anormal imtahanla qarşı-qarşıya qalan və nəticədə xəyal qırıqlığı, stres yaşayan abituriyentlərdən çıxırlar.

DİM-ə bu səlahiyyəti kim verib və bu qurum öz ağlına, kefinə uyğun imtahan sualları salmaqda hansı həddə qədər sərbəstdir? Bu qurumun qeyri-adekvat addımları nə vaxta qədər davam edəcək? Bunun hansısa hüquqi, inzibati tənzimlənməsi varmı və varsa, necə həyata keçirilməlidir? Bütün bunlara təkcə hüquqşünaslar deyil, DİM-in işinə nəzarət edən orqanlar da aydınlıq gətirməlidirlər...

“AzPolitika.info”
Ardını oxu...
 

Ardını oxu...
Xırdalan şəhərində yerləşən "Kristal Abşeron-1" yaşayış kompleksindəki park bağlanıb.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Onlar deyir ki, bir müddətdir parkın bir hissəsi hasarlanıb, ərazidəki ağaclar çıxarılıb və parkın ərazisində tikinti işlərinə start verilib.

Kompleks nümayəndələri sakinlərə parkın ərazisində su anbarı inşa edildiyini söyləyiblər. Sakinlər isə parkda aparılan tikinti işlərindən narazı olduqlarını bildiriblər.

Parkətrafı ərazidən mənzil alan sakinlər deyir ki, su anbarının binaların həyətində inşa edilməsi təhlükəsizlik məsələlərinə xələl gətirə bilər. Eyni zamanda onlar məhz eyvanları park ərazisinə açıldığı üçün vaxtilə buradakı binalardan mənzil aldıqlarını söyləyiblər.

Buna görə də parkın ərazisindəki ağacların çıxarılmasını, burada hər hansısa tikinti işlərinin aparılmasını və bununla da park ərazisinin kiçildilməsini hüquqlarının pozulması kimi qiymətləndirirlər.

İqtisadiyyat.az sözügedən məsələ ilə bağlı 13 may 2024-cü il tarixində "Kristal Abşeron"a sorğu ünvanlayıb. Həmin vaxtdan iki həftə keçməsinə baxmayaraq, sorğumuza cavab verilməyib.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Uzun illərdir ki, "Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verənlər, buradakı bərbad idarətmə və rüşvətxorluq halları mediada, həmçinin ictimaiyyətdə müzakirə olunsa da, ciddi tədbir görülmür.

Ölkədə səhiyyə siyasətinin iflas etdiyi bir dövrdə problemlərin bu şəkildə artması artıq təəccüb doğurmur.

Səhiyyə Nazirliyi kimi yarıtmaz bir qurumun olduğu, buna rəğmən onun səlahiyyətlərinin bölüşdürüldüyü TƏBİB-in mövcud olduğu ölkədə bu problemlərin olduğu da gözləniləndir.

İndi Azərbaycan səhiyyəsi yalnız Afrikanın cəngəllik qanunları ilə idarə olunan ən geridə qalmış ölkələri ilə müqayisə oluna bilər. Təsəvvür edin ki, bir ölkədə ən azı 3 səhiyyə nazirliyi var, amma problemlər həllini tapmır.

İndi də gəlin şikayətlərin və faktların dili ilə danışaq:

"Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan idarəçilik, oradakı özbaşınalıqlar, rüsvayçılıqlar o həddə çatıb ki, adamın tükləri az qala biz-biz olur. Sanki xəstəxana yox, sallaqxanadır. Bir misal var, qulaq hər gün təzə söz eşitməsə, kar olar. İndi "Respublikanski"də baş verənlər haqda hər gün bir söz eşitməkdən ya adam kar olar, ya da, hansısa xəstəlik tapar. Çünki baş direktor Elviz Qasımovun yaratdığı dözülməz mühit haqda xəbərlər insanda əsəb, stress əmələ gətirməyə bilməz. İndi görün ki, xəstəxanada işləyənlər və müraciət edən xəstələr nələr keçirirlər. Bizim məqsədimiz oxucularla bu informasiyaları bölüşməklə onlara hər hansı mənfi enerji ötürmək, stressə səbəb olmaq deyil, sadəcə, Elviz Qasımovun direktor olduğu gündən bəri Respublika Klinik Xəstəxanada nələr baş,verdiyini elə oranın 30 ildən çox cərrah, mama-ginekoloqu Bahar Novruzovanın dilindən eşidək".

"Arqument.az" xəbər verir ki, bu fikirlər "Səngər TV"-nin canlı yayımında jurnalist Aqil Alışovun təqdimatında "Hədəfə doğru" verilişində həkim Bahar Novruzovanın dilindən səsləndirilib.

B. Novruzova adıçəkilən xəstəxanının direktoru Elviz Qasımovu faktlarla "yaş yuyub, quru sərib" və Səhiyyə Nazirliyinin, TƏBİB-in, bütövlükdə ölkə rəhbərliyinin nəzərinə tükürpədici faktlar çatdırıb.

Həkim deyir ki, Elviz Qasımov az qala burada mafioz bir qruplaşma yaradıb.

Onun sözlərinə görə, yanvar ayında Bakıda "oksadin" dərmanı tapılmayıb. O, Türkiyədən həmin dərmanları sifariş edib. Çünki bu dərman olmadan doğuş əməliyyatına girmək risklidir.

Mama-ginekoloq dərmanı həkimlərə paylayıb. Bundan əlavə, xəstəxanada bir il dezinfeksiya aparatı işləməyib, ona görə xəstələrə aldırıblar. Bütün bunlarla yanaşı, direktor Elviz Qasımovun Pərviz adlı mühafizəçisi həkimlərin şkafını dağıdıb-töküb, paltarlarını yerə tullayıb gedib. Yəni bu dərəcədə harınlıq, müştəbehlik, özbaşınalıq və qudurğanlıq hökm sürür.

Bu azmış kimi, mühafizəçi cərrah Novruzovanı xəstəxanaya aid dərmanları oğurlamaqda ittiham edib, halbuki həmin preparatlar ginekoloqun sifarişi ilə şəxsən gətirilib, özünə məxsusdur.



Xəstəxanada olmayan dərmanları gətirib qanaxma, şok əleyhinə istifadə edən cərraha təşəkkür etmək yerinə Novruzova işdən azad edilib. Ümumiyyətlə, məlum olur ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi Respublika Klinik Xəstəxanasına yetərincə dərman, tibbi ləvazimatlar ayırmır. O zaman bu qurumlar ölkənin ən böyük, ən çox tələbat olan bu xəstəxanasını böyrü üstə saxlamaqla nə etmək fikrindədirlər?

Bir sözlə, "Respublikanski" adlanan xəstəxana Elviz Qasımov və onun mafioz komandasının cəngindədir.

Ən dəhşətlisi odur ki, bütün bu faktlar üzə çıxandan sonra yoxlama aparılıb. Nəticədə direktor Elviz Qasımovun katibəsi, özünü ağa kimi aparan və şkafları sındıran mühafizəçi Pərviz, daxili nəzarətin iki xanım əməkdaşı, baş həkimin müavini Mahir doktor işdən çıxarılıblar, amma bu biabırçı şəraitin, hərbə-zorbalığın yaranmasına səbəb olan direktor Elviz Qasımov hələ də işinin başındadır və "gözün üstə qaşın var" deyən yoxdur...

Hər halda, faktlar, sübutlar danışır. Əgər bu qədər həqiqətlər üzə çıxırsa, Elviz Qasımovun qurduğu rejim ifşa olunursa, lakin yenə də ona heç bir töhmət belə verilmirsə, xəstəxanada özbaşınalıqlar davam edirsə, deməli, ciddi şəkildə himayə olunur.

"Arqument.az" həkimin səsləndirdiyi iddialarla bağlı Mirqasımov adına Respublika Klinik Xəstəxanasından mövqe öyrənə bilməyib.

Hər bir halda həmin verilişin və həkimin səsləndirdiyi iddiaları təqdim edirik:


Ardını oxu...
Azərbaycanda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyətindən vətəndaşlar narazılıq edir. Vətəndaşların naazılıqları əsasən tikintilərin keyfiyyətsiz aparılması, qiymətlərin həddindən artıq baha olması və işlərin vaxtında təhvil verilməməsidir. Bu cür fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyətinin arxasında isə yüksək vəzifəli şəxslər, deputatlar dayanır. Qiymətləri od tutub yanan şirkətlərdən biri də “Kristal Abşeron”dur. Layihələrinə cəlbedici adlar qoyaraq insanları ömürlük tora salan “Kristal Abşeron”-un satdığı mənzillər ölkənin əmlak bazarında olan real qiymətlərdən dəfələrlə bahadır. Şirkətin şəhər mərkəzindən kənarlarda vətəndaşlara təklif etdiyi 70 kvadratlıq mənzillərin ümumi qiyməti təxminən 250.000 manat civarındadır.

Məsələn, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda “Əcəmi 3 layihəsi”ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Gülər Nəsibli adlı vətəndaş “Kristal Abşeron”-un qiymət təklifinə cavab olaraq yazır: “70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?”. Qeyd edək ki, yerli mediada yazılanlara görə “Kristal Abşeron” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyev eyni zamanda “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. A.Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir: “Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).

Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 10 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Dəniz kənarında çoxqübbəli villa

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.

Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?

“Mənim bütün biznesim qanunidir”

Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”

Cumhuriyyet.net
Ardını oxu...
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması üzrə 18.03.2024-cü ildə başladığı açıq tenderin qalibini elan edib. Bu “Azərelektrik Tikinti Quraşdırma” MMC olub və tərəflər arasında 5.714.633,86 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Səhmdar Cəmiyyətin qalib seçdiyi və altı milyon manata yaxın dəyəri olan dövlət sifarişi verdiyi “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” (VÖEN 1404754281) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var?

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2019-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 25, m. 28, qanuni təmsilçisinin isə Əşrəfzadə Ziya Mustafa oğlunun olduğu göstərilir.

Hüquqi şəxslərin reyestrinə daxil edilən məlumatlarda olunan dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisinin və ya təsisçisinin Babayev Baxış Abutalıb oğlu olduğu qeyd olunub.

Kimdir Baxış Babayev?

Hələ 1990-cı illərdə “Azərenerji” İstehsal Birliyi “Azərelektrikşəbəkətikinti” trestinin müdiri olmuş bir şəxs. Rəsmi mənbələrdə Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti Ayaz Mütəllibovun 29 yanvar 1991-ci il tarixli fərmanı ilə Babayev Baxış Abutalıb oğluna “Azərbaycan SSR əməkdar energetiki” adı verilib.

Rəsmi məlumatlarda, 13 yanvar 2013-cü ildə yayılan xəbərlərdə Prezident İlham Əliyevin “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etdiyi bildirilir. Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşüb. Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıranlar arasında Baxış Babayev də olub.
Ardını oxu...
Məlum olduğu kimi hazırda “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri olan Balababa Rzayev həmin dövrdə, daha dəqiqi 2006 – 2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri olub. Bu isə o deməkdir ki, Baxış Babayev vaxtı ilə Baba Rzayevin işçisi olub. Qeyd edək ki, Baba Rzayev “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri təyin olunan qədər, 10 fevral 2015 ildən – 4 sentyabr 2018-ci ilə qədər də “Azərişıq” ASC-nin sədri olub.

Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “Azərelektrik Tikinti Quraşdırma” MMC 15.07.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda isə MMC 04.03.2020-ci ildə, yəni cəmi 7 ay sonra “Azərişıq” ASC-nin Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə isə tərəflər arasında 2.239.536,08 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Azərelektrik Tikinti Quraşdırma” MMC -nin 30.12.2023-cü ildə 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi-1 YS” EVX-nin giriş-çıxış sxemi ilə “Xankəndi-2” YS-na qoşulması işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərininsatın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş 3 müsabiqənin, 22.12.2023-cü ildə 330 kV-luq “Cənub Elektrik Stansiyası – Ələt Azad İqtisadi Zona Yarımstansiyası” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması müsabiqəsi üzrə, 15.09.2023-cü ildə 110 kV-luq ikidövrəli “110/35/10 kV Qorçu YS – 110/35/10 kV-luq Laçın Şəhər YS” arası EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 19.11.2022-ci ildə 220 kV-luq “Qobu” Elektrik Stansiyası- “Pirəkəşkül” Külək Elektrik Stansiyası Elektrik Veriliş Xəttinin tikintisi və elektrik quraşdırma işlərinin satın alınması üzrə,08.04.2022-ci ildə 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarımstansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə keçirilmiş 4 müsabiqənin qalibi olduğu göstərilir.

Göründüyü kimi “Azərenerji” ASC ” “Azərelektrik Tikinti Quraşdırma” MMC 08.04.2022-ci ildən 30.12.2023-cü ilə qədər ayrı ayrı bölgələrdə elektrikquraşdırma işlərinin satın alınması üzrə 10 satınalma müqaviləsi bağlayıb. Bunlardan yalnız 20.02.2024-cü il tarixində 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsi üzrə bağlanmış müqavilənin məbləği açıqlanıb. Amma qalib gəlmiş təşkilatla bağlanan digər 10 satınalma müqaviləsinin məbləği açıqlanmayıb.

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinin sakinlərin ölkə başçısına ünvnladığı müraciətdən də bəlli olur ki, rayonda “İmişli-Cəbrayıl 300 kv-lıq yüksək gərginlikli elektrik xəttinin çəkilişini də “Azərelektrik Tikinti Quraşdırma” MMC-həyata keçirib. Şikayətçilərin məlumatına görə “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin əməkdaşlarının zor gücünə onlara məxsus olan xüsusi mülkiyyətə, torpaq sahəsinə daxil olmaqla 250 mindən artıq Eldar şamı, Tuya, Arizonica (amerikan şamı), Pinius Pinea (italyan şamı), Libanni (Livan sidri), dekorativ şam ağaclarını məhv ediblər. Bu məlumatlar isə “Azərenerji” ASC “-nin daha bir satınalma proseduruna ayrılan vəsaitlərin məbləğini gizlətməsi deməkdir.

Şirkət haqqında məlumatlar bunlarla bitmir. Elektron medianın 23.12.2023-cü ildə yaydığı məlumatda şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Açıq internet axtarış sistemləri üzərindən bu şirkətlə bağlı heç bir məlumata rast gələ bilmədik. “Azərenerji” ASC-nin 5.714.634 manat məbləğində dövlət vəsaitini etbiar etdiyi, böyük bir layihənin icrasını gerçəkləşdirəcək bir şirkətin nəinki əlaqə telefonu, ünvanı, hətta heç Veb-səhifəsi belə yoxdu.

Bəlli olan odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC son bir il ərzində külli miqdarda büdcə vəsaitlərinin ayrıldığı dövlət sifarişləri alıb.Bizim şirkətin təsisçisi Baxış Babayevin bir energetik kimi təcrübəsinə şübhəmiz yoxdu. Amma sözügedən sifarişləri “Azərenerji” ASC-dən başqa şirkətlər ala bilərdimi? Təbii ki, yox. Bəlli olan həm də odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin təsisçisi Baxış Babayevi “Azərenerji” ASC-nin sədri Baba Rzayevlə sıx dostluq telləri bağlayır. Onların bu dostluqlarından yaranan işbirliyinin arxasında isə təbii ki, böyük pullar durur.

Aktualinfo.org

 
 
 

Ardını oxu...
Bu gün Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindən narazılıqlar var. Əsas şikayətlər isə icra hakimiyyətləri, bələdədiyyələr ilə bağlıdır. Çünki çox vaxt vətəndaşın müraciətlərinə baxılmır. Lakin narazılıqların olduğu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adını çəkə bilərik. Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Bəs bunun səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Gömrük komitəsi ilə bağlı şikayətlərin olmasının səbəbi sahibkarlara qan uddurulmasıdır:

"Son vaxtlar bununla bağlı yumşalmalar var. Sahibkar xaricdən mal gətirir. Gömrük Komitəsi qiymətləri özbaşına artırır. Sahibkar xaricdən gətirilən malın çekini göstərir. Gömrük Komitəsindən isə deyilir ki, bu qiymətdir. Gömrük Komitəsində özbaşınalıq çoxdur. Sahibkar razı olmayanda onun gətirdiyi malı buraxmırlar. Azərbaycanda Gömrük Komitəsinin digər qurumlardan fərqi ondadır ki, məhkəməyə gedəndə o qurumlar ilə bağlı effektiv qərar əldə etmək olur. Məsələn: Vergidən gəlib, sahibkara artıq vergi yazır. Onu məhkəməyə verəndə problem həll olunur".

Ekspert bildirib ki, Gömrük Komitəsini isə Azərbaycanda nadir hallarda məhkəməyə verirlər. Çünki bunun bir mənası yoxdur:

"Sahibkar xaricdən mal gətirir, Gömrük Komitəsi isə buraxmır. Bu qurumla illərdir məhkəmə çürüsək axı xaricdən gətirilən mal burada korlanır. Burada sahibkarın biznesi dayanır. Sahibkar burada məcburdur ki, Gömrük Komitəsi ilə dil tapsın. O biri dövlət orqanları ilə belə deyil. Burada bir mexanizm olmalıdır. Sahibkar və Gömrük Komitəsi arasında mübahisə yaranırsa, sahibkar istəyirsə ki, malı ölkəyə daxil olsun, o zaman qurumu məhkəməyə verməlidir. Məhkəməni udacaqsa, Gömrük Komitəsinə heç bir ödəniş etməyəcək. Əgər məhkəmədə uduzacaqsa Gömrük Komitəsinə ödənişi ödəyəcək. Burada əsas odu mal ölkəyə gəlməlidir. İkinci yol isə müxtəlif bir praktika olmalıdır. Sabah sahibkar Gömrük Komitəsini məhkəməyə verərsə və udursa, qurum ona dəyən ziyanı artıqlaması ilə ödəməlidir. Bu mexanizm yoxdur deyə bu qurumdan şikayət edir".
 
Ardını oxu...
"23 May tarixində "Spreo Hospital" ( əvvəlki adı "Dobremed") bir neçə analiz vermişəm. Fibrinogen adlı analizin nəticəsi 200-400 norma götürülürsə, məndə 37.6 çıxıb..." Dia-az.İnfo xəbər verir ki, bunu öz gileyində Günəş Hacıyeva ifadə edib.

Narazı vətəndaş daha sonra yazır: "Axşam klinika ilə saxladım iş vaxtı bitmişdi səhəri gün mənə mail yazıblar ki, texniki səhv olub 376 olmalıydı ortaya vergül düşüb 37.6 olub. Getmişəm klinikaya laboratoriya şöbəsinin əməkdaşları deyirlər sistem səhvidi biz başımızla cavabdehik nəticələrə, ama sistem səhvidir.

Fikirlər maraqlıdır: sistem 376 ya səhvən 37.6 yazıbsa mənim digər nəticələrimə də tutaq ki, 25-dirsə 35 55 və s. yaza bilər də... Ödənişimi geri tələb etdikdə deyirlər "bizim nəticələr düzdü... nə üçün geri qaytaraq?!" Digər sahələrlə müqayisə edilər ki, bu texnikadır səhv hər yerdə ola bilər.

Başa sala bilmədim ki, Siz həkimsiz... Sizin etdiyiniz səhv insan həyatıdı, bankın nə bilim başqa yerlərin səhvi texniki səhvdir düzəltmək olur, amma bunu olmur.

Qısacası... ora getmək barədə düşünsəniz, 2 dəfə düşünün... Sistemləri səhv işləyir, bəlkə də həqiqətən savadlı həkimləri var, amma həkim də analizə baxıb diaqnoz qoyur..."

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” binasının sakinləri ilə MTK arasında qalmaqal davam edir.

Binada yaşayan sakinlərin sözlərinə görə, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilmişdir. “Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri prokuroruna və Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə şikayət məktubu ünvanlanmışdır.

Bina sakinləri haqlı narazılıqları ilə bağlı bu dəfə ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya kollektiv şikayət məktubu ünvanlayıb. Məktubda tikinti layihəsinə uyğun olaraq, “Pilot Residence” MTK tərkibində ümumi qapalı istirahət parkı, yeraltı qaraj mərtəbəsinin inşası və Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları inşa etməklə mənzillərlə birgə yaşayış kompleksini 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil vermə öhdəliyinə riayət olunmaması və digər qanunsuzluqlar barədə qeyd olunub. Həmçinin layihənin icraatına dövlət tərəfindən rəsmi orqan olan Səbail RİH, icra başçısı Vüqar Zeynalov və layihənin kuratoru başçının birinci müavini Vüqar Şıxəmmədov, sakinlərin saysız-hesabsız şikayətlərinə baxmayaraq, layihə üzrə MTK tərəfindən işlərin yarımçıq qaldığı halda Dövlət Aktını təsdiqləmiş və Yaşayış Kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırmaqdadır.

Yuxarıda qeyd olunanlar azmış kimi, Səbail RİH tərəfindən təsdiqlənmiş layihədə mövcud olmayan və heç bir rəsmi icazə sənədi olmayan 850 m2 sahəli qeyri-yaşayış obyekti MTK tərəfindən binanın həyətində inşa olunmuş, beləliklə sakinlərin həyət ərazisi də praktiki ləğv olunmuşdur. Əlqərəz, binada yaşayan ailələr isə hər gün müxtəlif problem və təhlükələrlə üzbəüz qalmaqdadır.

Aztoday.az

 

Ardını oxu...

Aşağıda fotodakı şəxs Yevlax rayonundan olan sahibkar Sultanov Bəhram Allahverdi oğludur.

"DogruXeber.az" Dia-az.info-ya istinadən xəbər verir ki, narazı sahibkar Yevlax rayonunda yerləşən Bakı prospekti 18A ünvanındakı ərazinin ona məxsus olduğunu bildirməklə yanaşı, iddalarını sənədlərlə sübut edir.

Ardını oxu...

Narazı vətəndaş deyir: “1996-cı ildə bu ərazini mərhum Prezidentimiz Heydər Əliyevə ütdiyim müraciət əsasında mənə veriblər. Və bu illər ərzində mən bu ərazini abadlaşdıraraq, burada ticarətlə məşğul olmuşam.

Amma Anar Tağıyev icra başçısı gələndən sonra bu obyektimi – qanuni sənədlərlə mənə məxsus olan, çıxarışı belə olan ərazimi əlimdən alıblar”.

Dia-az.info bildirir ki, Yevlax rayon icra başçısı Anar Tağıyevə etirazını unikal formada ifadə edən sahibkar Bəhram Sultanov Heydər Əliyevin abidəsi önündə diz çökərək ondan kömək istəyir…

Daha ətraflı aşağıdakı videoda:

 

 


Ardını oxu...
Son bir neçə ildir ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində müəyyən addımlar atılsa da, təəssüflər olsun ki, bu gün qida sektorunda ciddi problemlər yaşanmaqdadır.

Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114-li Sərəncam imzalamışdır.

Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması və bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.

Möhtərəm Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, hal-hazırda bəzi işbazlar, ələlxüsus restoran, kafe, çayxana sahibləri rəhbərlik etdikləri obyektlərdə olmazın hoqqalara qol qoyurlar. Bu da insanlar arasında kütləvi narazılıqların əmələ gəlməsinə, hətta zəhərlənmə hallarının baş verməsinə də səbəb olur.

Unutmaq olmaz ki, qida təhlükəsizliyi məsələsi hər zaman cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genefondunun qorunmasında və s. xüsusi rola malik olub.

Bir sözlə, ölkəmizdə qida təhlükəsizliyi məsələsi, insanların sağlamlığının və hüquqlarının müdafiə olunması əsas şərt olaraq qarşıya qoyulsa da, bu gün də əksər ictimai-iaşə müəssisələrində, restoranlarda, kafelərdə və s. qida təhlükəsizliyi məsələsində ciddi problemlər yaşanmaqdadır.

Bu sırada Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-14 ünvanında, eyni zamanda Yasamal qəbristanlığı ilə üzbəüzdə yerləşən “STAR HALL” restoranının adı daha öncüllər sırasında yer alır.

Məsələn, 20 may 2024-cü il tarixdə, saat 18:00-da adı çəkilən bu restoranda düzənlənən məclisdə üzləşdiyimiz mənzərə, məhz bizi belə bir qənaətə gəlməyə vadar edib.

Baxmayaraq ki, bu obyektin əvvəlki adı “FİLİZ” restoranı olub və əvvəllər hər kəsin düşüncəsində bu obyektə aid fərqli yanaşmalar da formalaşmışdı. Bu gün isə, fərqli yanaşmaların formalaşmasını zəruri edən bir çox səbəblər var.

Çünki, hal-hazırda “STAR HALL” adını daşıyan bu restoran, sanki xəstəlik mənbəyini xatırladır. Qeyd edək ki, 20 mayda keçirilən məclis zamanı qonaqlara verilən yeməklərin olduqca keyfiyyətsizliyi, xidmət növlərinin aşağı səviyyədə olması və s. hər kəsin daha çox narazı qaldığı halların varlığı oldu.

Diqqət yetirmək lazımdır ki, bu restoranda qonaqlara əvvəlki günlərdən qalan və yarasız hala düşmüş yeməklər verilir. Məsələn, həmin gün süfrə arasında olarkən “ofisant” süfrəyə tikə kabab gətirdi, amma necə?

Necəliyi o oldu ki, tikə kabablar əllərimizi üşütdü. Bu da onu sübut edir ki, “STAR HALL” restoranında əvvəlki günlərin məclislərindən qalan tikə kababları, salatları və s. bir yerə yığıb soyuducuya qoyurlar və həmin yeməkləri növbəti günlərdə keçirilən məclislərin qonaqlarına verirlər.

Əslində belə bir halların varlığı yolverilməz olsa da, faktdır ki, bu restoranda hər cür çirkli işlərə qol qoyulur. Düzdür, məclis sahibi heç zaman özünə rəva görməzdi ki, məclisə təşrif buyuran qonaqlar belə bir mənzərə ilə üzüzə qalsınlar.

Yəni, məclis sahibi qonaqların yüksək əhvali-ruhiyyədə olmalarını, onlara lazımi səviyyədə xidmətlər göstərilməsini, keyfiyyətli yeməklər verilməsini istəsə də, çox təəssüflər olsun ki, “STAR HALL” restoranına rəhbərlik edənlərin günahı ucbatından belə bir mənzərə yaşanır, olmazın hoqqalar baş verir. Fakt odur ki, bu cür hoqqalar süfrə arxasında əyləşən jurnalistlərin gözləri önündə baş verdi.

Bütün bunlar onu göstərir ki, bu restoranda istənilən növ məclis keçirmək istəyən hər kəs olduqca ehtiyatlı və diqqətli olmalıdır. Çünki, burada qonaqlara “otxod yeməklər” verilir. Ola bilər ki, bu yazıdan sonra kimlərsə bizdən narazılıq etsin, bizi qınasın, amma fakt odur ki, “STAR HALL”da bic və çiy əməllərə qol qoyulur.

Qarşı tərəfin də məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq.
/azerbaycanrealligi.com/
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti