“Araz” harda, cərimə orda!” –
2011-ci ildən Azərbaycanın pərakəndə satış bazarına “sən harda, Araz orda!” şüarı ilə daxil olan “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Veysəloğlu” Şirkətlər Qrupunun əsas hissəsini təşkil edir.

İlkin dövrdə paytaxtda 4 supermarket açan MMC-nin hazırda Azərbaycanın bir çox şəhər və rayonlarını da əhatə edən 400-dən artıq filialı, 11 mindən artıq işçisi var. Bu göstəricilərlə “Araz” bütün rəqiblərini qabaqlayır və günü-gündən filiallarının sayını artırmaqda davam edir.

“Araz Supermarket” təkcə bu göstəriciləri ilə deyil, başqa parametrlərə görə də rəqiblərindən öndə gedir.

Məsələn, Azərbaycanda dövlət nəzarət qurumlarının, məhkəmələrin ən çox cərimə kəsdiyi pərakəndə satış şirkəti “Araz”-dır. Vətəndaşların da ən çox şikayətləri adıçəkilən supermarketlərdəndir.

Şikayətlərin xarakterinə gəldikdə, müştərilərin aldadılması, vaxtı keçmiş məhsulların satılması halları öndə gəlir. Bu barədə internet resurslarında çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

Qeyd edək ki, açıq mənbələrdə “Araz Supermarket” MMC-nin milyonlarla manat cərimələnməsi barədə xəbərlər yer alıb. Məsələn, 24 dekabr 2019 tarixində Yasamal rayon Məhkəməsi “Araz”-ın 6500 manat inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə yazdığı protokola əsasən təqsirli bilinib.

2022-ci il mayın 5-də mediada yer alan xəbərdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Araz”-ın cərimələməsindən bəhs olunur.

Qeyd olunur ki, aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol verdiyinə görə MMC-yə 2 milyon 484.6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Daha sonra 31 yanvar 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən «Araz Supermarket» MMC-yə haqsız rəqabət halları, yəni qanunsuz reklamın yayımına yol verməməsi haqqında göstəriş verilib və 2,5 milyon manat maliyyə sanksiyası tətbiq edilib.

Dövlət Xidməti həmin ilin avqust ayında məhsulu üzərində göstərilmiş qiymətdən baha satdığına görə marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

2024-cü ilin 21 avqust tarixində də “Araz Supermarket” MMC-yə cərimə protokolu yazılıb. Marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

27 avqustda “Araz”-a növbəti dəfə cərimə protokolu tərtib edilib. Marketin Binəqədi rayonu ərazisində yerləşən filialında aparılan yoxlama zamanı onun İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozduğu məlum olub.

Belə ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Bu cür faktların sayı daha da uzatmaq olar. Belə məlum olur ki, şirkət pərakəndə satış bazarındakı monopolist mövqeyindən istifadə edərək qanunvericiliyi dəfələrlə pozmaqdan çəkinmir.

Cərimə sanksiyaları, məhkəmə qərarları, vətəndaşların şikayətləri də “Araz” MMC rəhbərliyinə kar eləmir.

O halda MMC-nin məşhur “sən harda, Araz orda!” şüarını dəyişib “Araz harda, cərimə orda!” yazmaq daha məntiqli görünür…
/gununsesi.info/
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti