Ardını oxu...
Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Aktualinfo.org hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08 manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51 manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77” MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır.

Aktualinfo.org
 
Ardını oxu...
Məhkəməsinin hakimi Maarif Kazımov 30 ildir yaşanılan, çıxarışı olan evin sökülməsi haqqında qərar verir, sonradan ona məlum olur ki, sökülməli olan mücərrəd ev başqa kəndə aiddir...

“TezadlarTV”-nin YouTube üzərindən yayımlanan kanalı yeni bir layihəyə imza atıb. Bildiyiniz kimi, qəzetimizə, saytımıza və televiziyamıza müxtəlif bölgələrdən çoxsaylı şikayətlər gəlir. Onları araşdırandan sonra qəzetimizdə və ya saytımızda araşdırma yazıları dərc edilir. Lazım olanda, şikayətçini efirə də dəvət edirik. Amma şəhərə nisbətən, uzaq bölgələrdə yaşayan insanların Bakıya gəlib bizim televiziyamızın qonağı olması bir az çətindir. Ona görə də qərara gəldik ki, televiziyamızın səyyar kameraları vasitəsi ilə bizi dəvət edən şikayətçilərin yanına gedək və elə yerindəcə onların qanuni problemini dinləyək. Artıq bu qəbildən bir neçə bölgədən çəkilişlər həyata keçirmişik və problemlər qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Beləliklə, bununla da şikayətçilərin bölgədən paytaxta gələrək idarə və ya müəssisələri gəzməsinə, nazirliklərdəkiləri, eləcə də Prezident Administrasiyasındakıları narahat etməyinə əsas və zərurət qalmır.

Növbəti belə çəkiliş mayın 10-da Gədəbəy də oldu. Azərbaycanın bu dilbər guşəsindən, daha doğrusu, rayonun Əlinağlar kəndindən olan Niyazi Məmmədov əvvəlcə redaksiyamızda olmuşdu, sonra razılaşdıq ki, qanuni sənədlərini hazırlasın ki, yerində çəkiliş aparanda şikayətin məzmununun əsaslılığı problem yaratmasın. Bu günlərdə isə zəng edərək, onun mövcud problemini televiziya vasitəsilə aidiyyəti qurumların diqqətinə çatdırmağımız üçün bizi rayona dəvət etdi. Dəvəti qəbul edib, mayın 10-da Gədəbəy rayonunun Əlinağlar kəndinə yola düşdüm. Düzünü deyim ki, ilk dəfədir Gədəbəy rayonunda, xüsusilə belə səfalı bir kənddə olurdum.

***

Niyazi Məmmədovun evinin qarşısından Şəmkir çayı axır, ətraf isə uca meşəli dağlarla əhatə olunub. Olduqca gözəl bir mənzərə idi. Amma belə gözəl mənzərədə Niyazi Məmmədova bəzi işbazlar yaşamağa imkan vermirlər. Belə ki, hazırkı evdə N.Məmmədov ailəsi ilə birlikdə düz 30 ildir yaşayır. Amma Oqtay Əliyev adlı sahibkar iddia edir ki, bu ərazilər ona məxsusdur və Niyazi Məmmədov ərazidən köçməlidir. Hara? Bax bu sual olaraq qalır.

Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi!

Məlumat üçün bildirim ki, Oqtay Əliyev Gədəbəyin Bilan kəndindəndir. Şəmkir çayının iki dağın arasından keçən hissəsində restoran tikib. Olsun! Amma o bu restoranın əhatə dairəsini və gələnlərin istirahətini bir az da genişləndirmək üçün ətrafdakı tikililəri sökdürmək qərarına gəlib. Ona görə də Niyazi Məmmədovun evinin sökülməsi üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Maraqıdır ki, hakim Maarif Kazımov 30 illik, özü də tam qanuni əsaslarla sənədi və çıxarışı olan evin sökülməsi haqqında qərar verib. Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi! Və 3 gündən sonra hakim M.Kazımov verdiyi qərarı dərhal dəyişərək, Əlinağılar kəndində, özü də hansısa adı bəlli olmayan bir yarımçıq tikilinin sökülməsi haqqında qərar verir. Yəqin ki, bunu izah etməyə ehtiyac yoxdur ki, Rayon məhkəməsinin qərarını yalnız Apellyasiya Məhkəməsi dəyişə bilər. Amma Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov Gəncə Apellyasiya Məhkəməsinin funksiyasını mənimsəyərək, bu gün verdiyi qərarı 3 gündən sonra da dəyişdirir. İcraçılar hadisə yerinə gələndə isə məlum olur ki, burada ümumiyyətlə, sökülməli olan yarımçıq tikili də yoxdur. Təsəvvür edin, hakim sökülməsinə qərar verdiyi evin ünvanını belə bilmir. Əslində isə M.Kazımov N.Məmmədovun 30 il yaşadığı evin sökülməsini nəzərdə tutub. Amma və lakin...

Gəlin görək bu barədə şikayətçi Niyazi Məmmədov nə deyir?

- Hakim Maarif Kazımova, Füzuli Mirzəquliyevə və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradova Allah heç kimin işini salmasın. Bunların əlində imkan olsa, Günəş planeti haqqında qərar çıxardarlar ki, niyə bizi isidir? Ancaq bunların hamısı qanunu bilməməkdən irəli gəlmir. Sadəcə, belə qərarlar maddi marağa bağlıdır. Hakim Maarif Kazımov mənimlə söhbətində açıqca bildirdi ki, “...mən Oqtay Əliyevdən müəyyən hesab almışam. Həmin hesabı mənə qaytar, qərarı sənin xeyrinə verim”. Görün bu ədalət təmsilçisi olan bir insana yaraşarmı? Bu adam hakimdir, yoxsa bazarkom? Sonradan öyrənirəm ki, Oqtay Əliyev mənim evimin sökülməsi üçün Maarif Kazımovla “danışıb” və... Görəsən, yeni ədliyyə naziri Fərid Əhmədovun bundan xəbəri varmı? Belə hakimlər hüquq və ədalət, həmçinin dövlətimiz adına ləkə deyilmi? Soruşanda ki, Maarif müəllim, sən əvvəl qərarı Bilan kəndindəki tikiliyə vermisən, sonra isə qərarı dəyişdirib Əlinağılar kəndinin ərazisinə vermisən, özü də əvvəl evə, indi yarımçıq tikiliyə. Yerini göstərə bilərsənmi o tikilinin? Soruşuram ki, niyə belə etmisən? Cavab verir ki, yəqin qərar verəndən sonra torpaq sürüşməsi olub... Deyirəm ki, ay Maarif müəllim, torpaq 1 metr, 5 metr, 10 metr, 50 metr sürüşər, daha 2 km. yox dəəə. Amma bu sözlərin Maarif Kazımova heç bir dəxli yoxdur. Bax belə qanunsuz qərarlara görə 2 ildir mən məhkəmələrdə qalmışam. Ailəmiz 2 ildir səksəkə içində yaşayır. Çünki Maarif Kazımovun, Füzuli Mirzəquliyevin və Rəhman Muradovun qanunsuz çıxardıqları qərarlarına görə mən 2 ildir zülm çəkirəm. Ona görə sizi dəvət eləmişəm ki, mənim müraciətimi canlı olaraq çəkib hörmətli Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Respublikanın Baş Prokuroru cənab Kamran Əliyevin və yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədovun diqqətinə çatdırasınız...

***

Göründüyü kimi, Niyazi Məmmədov bəzi hakimlərin maddi marağının qurbanına çevrilərək, əzaba düçar olub. Niyazi Məmmədovdan götürdüyümüz geniş video müsahibə hazırda yayıma hazırlıq prosesindədir. Sadəcə, aidiyyəti qurumlarla bəzi sənədlərin dəqiqləşməsini aparırıq... Tezliklə həmin video müsahibə YouTube kanalımız olan ttv.az (tezadlarTV) televiziyasının efirində olacaq. İnanırıq ki, hansısa maraqları naminə vətəndaşın 30 il yaşadığı qanuni evinin sökülməsinə qərar verən Gədəbəy Rayon Məhkəməsinin hakimləri Maarif Kazımov, Füzuli Mirzəquliyev və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradov hakim olaraq Azərbaycan Dövlətinin adından çıxardıqları qərarların fərqində olmalıdırlar. Məhz belə hakimlərin elə qərarlarının hesabına Azərbaycan dövləti bəzən Avropa Məhkəməsinin sanksiyaları ilə üz-üzə qalır.

Və inanırıq ki, bu hakimlər ciddi şəkildə cəzalanacaqlar. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç bir razılığı olmadan meşə zolağında fəaliyyət göstərən restorana, həmçinin qanunsuz olaraq Şəmkir çayının üstündə “besetka”lar tikdirdiyinə görə sahibkar Oqtay Əliyev də sorğu-sual ediləcək.

Bundan əlavə, biz hələ həmin restorana, mühafizə otağına gedən işıq xətlərinin haradan qidalanmasını demirik, şikayətçi olduqca digər ciddi faktları da sübut kimi təqdim edib. Buna aid isə “Azərişıq” rəhbərliyinin müdaxiləsinə ehtiyac var. Hansı ki, həmin işıq xətti üzərində çoxsaylı müşahidə kameraları da quraşdırılıb. Gecələr bərq vuran işıqlar da məhz bu xəttdən qidalanır. Bunları da bizə Niyazi Məmmədov həm söylədi, həm də konkret olaraq göstərdi. Görünür Gədəbəy rayonu gözdən, könüldən bir az uzaq olduğu üçün, burada kim nə istəyir, onu da edir. Bütün bu qanunsuzluqlara isə son vermək lazımdır və vacibdir ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar. Bunun da çox sadə bir yolu var: hər kəs qanunlara güvənməli, şəxsi maraqlar naminə başqasına süni problemlər yaşatmamalıdır! Noolub, dünyanın axırıdırmı?!

Yazıda adı çəkilən qurum rəsmilərinin və hakimlərin, o cümlədən sahibkar Oqtay Əliyevin də qanuni əsaslı mövqeyini dinləyib, dərc etməyə hazırıq.

tezadlar.az
 

Ardını oxu...
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Amma cənab Hacıyev rektor kimi özünün diplomla təsdiq olunan ixtisasını, yəni yeyinti i.ini uğurla həyata keçirir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, Akademiyadakı Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verbu adam yeməkxanasının təmir edilməsi üçün 3 dəfə ard-arda pulun ayrırıb və balaca bir yeməkxananın təmiri üçün 340 min manat sərf edilib.

Digər müəmmalı məqam Akademiyada təhsil alan tələbənin adına külli miqdarda vergi borcu gəlməsidir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, rektor gömrük komitəsindən dostluğu olan ATEF-in direktoru Talıb Əlixanbəyovla birgə qanunsuz mis alverinə qoşulub. Nəticədə akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib. İndi isə yeyinti mütəxəssisi olan rektor tam gül vurub. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası “Novruz bayramı” tədbirini təşkil üçün tender keçirib və “RR Travel Company” MMC-yə bu məqsədlə 13 min 983 manat ödənilib. Ən gülməlisi isə budur ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır. Bəlkə rektor Novruz yerinə Pasxa bayramını qeyd edir?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir. Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model “Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı “Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.
Ardını oxu...
Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən

MÜRACİƏT

Biz Göyçay rayon Cəyirli kənd sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Belə ki, Cəyirli kəndi Göyçay çayının kənarında yerləşir.Kənd əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb.
Bir neçə gündür intensiv yağan leysan yağışlara görə Göyçay çayında su çoxalaraq məcrasından çıxıb ətrafda olan sakinlərə məxsus meyvə bağlarını uçurur.Uçqunlar günü- gündən çoxalaraq evlərə yaxınlaşır.Buna görə kənd əhalisnin həyatları ciddi təhlükə qarşısındadır.Təcili tədbirlər görülməsə əhali ağır faciələrə məruz qalacaqlar.Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə və Suvarma Sistemləri idarəsinə dəfələrlə müraciətlər edilsədə heç bir tədbir görmək istəmirlər.Zərurət var ki, çayın Cəyirli ərazisindən keçən hissəsi betonla bəndlənsin.

Cəyirli kənd sakinlərinin əsas məşğuliyyəti bağçılıdr.Başqa iş yerimiz yoxdur ki, gedib işləyib ailəmizi dolandıra bilək.Üç gün intensiv yağan leysan yağışlar nəticəsində çayın məcrası genişlənərək hekratlarla bağ sahələrini yuyub aparmışdır.Ən böyük təhlükə isə Göyçay çayının məcrası genişəlnərək kəndin suvarma arxına yaxınlaşır.Əgər qarşısı təcili alınmasa suvarma arxənı uçurdacaq və nəticədə 700-800 təsərrüfat susuz qalacaq ki, buda lap ağır faciələrə səbəb olacaq.
Cənab Prezident Sizdən xahiş edirik tez bir zamanda komissiya yaradılıb Göyçay rayonuna ezam olunub yerində araşdırma aparıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Abışov Natiq Məzahir oğlu
Əlaqə tel; (050) 727-17-99

Feyzullayev Rahim Zülfü oğlu
Əlaqə tel; (050) 565-16-65

Məmmədov Zabit Hüseyn oğlu
Nəsirov Elnur Xeyrəddin oğlu
Abışov Şahsən Agasən oğlu
Beydullayev Qamət Qiyas oğlu
TEREF
 
Ardını oxu...
Son zamanlar Azərbaycanda plastik, estetik cərrahiyə əməliyyatı ilə məşğul olan həkimlərin sayı sürətlə artıb.

Plastik cərrahiyə dedikdə ilk vaxtlar estetik əməliyyat deyəndə, daha çox rinoplastika - burun əməliyyatları ağıla gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Bədən şəkilləndirmə əməliyyatı – bədən konturları estetikasının bərpasına yönəlmiş plastik cərrahiyyə əməliyyatları da Azərbaycanda çox genişlənib.

Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdə bu əməliyyatları həyata keçirən həkimlərin bir hissəsinin Səhiyyə Nazirliyindən lisenziyaları yoxdur.
Günü-gündən artan plastik, estetik cərrahların bir çoxlarının qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə ölkə mətbuatında məlumatlar dərc edilir. Səhiyyə nazirliyi tərəfindən lisenziyasız fəaliyyət göstərən cərrahlara hər il xəbərdarlıqlar edilir.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə lisenziyasız plastik-estetik cərrahiyə əməliyyatı ilə məşğul cərrahlardan biri də Səlim Rəhimovdur.Müxtəlif özəl klinikalarda plastik-estetik cərrahaiyyə əməliyyatı ilə məşğul olan Səlim Rəhimovun rəsmi lisenziyasının olmadığı iddia edilir.

Bildirək ki, bir neçə ay öncə Rusiyadan Azərbaycana gələrək ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Yeketerina adlı qadın plastik- cərrah Səlim Rəhimovla bağlı prokurorluğa şikayət etdi. Yeketerina bildirib ki, onun əməliyyatını yaxşı etməyən plastik- cərrah Səlim Rəhimov Rauf oğlu əvvəl Rusiyada yaşayırdı: "O, məni əməliyyat etdi. Əməliyyatım 8 saat çəkdi. 13 saat narkozda qalandan sonra ayılmışam. 10 aydır ki, əməliyyat olunmuşam. Ancaq əməliyyatdan sonra problemlərim yaranıb. Hazırda Səlim Rəhimov problemləri olduğu üçün Rusiyadan Azərbaycana qaçıb. Mən Azərbaycana gəlmişəm ki, ondan hüquq mühafizə orqanlarına şikayət edim".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 65-3.1-ci maddəsinə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.

Xatırladaq ki, ötən həftə Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən birgə aparılan araşdırmada qanunsuz estetik cərrahiyyə ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

        
Ardını oxu...
“O boyda selin gətirdiyi tullantıları sizcə, hansı torpağa basdırmaq olar? Axı sabah o torpağı qazıb ağac əkəcəksən. Sabah o torpağı sel yuyub aparacaq və çürüməyən plastik tullantılar yenə çayla axıb hansısa gölə, gölməçəyə töküləcək. Suyun üzərində, yaxud altında yığışıb qalacaq və təbiəti məhv edəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekoloq Ənvər Əliyev ötən gün sosial şəbəkələrdə Göyçayda tullantıların sel suları ilə qarışaraq yaratdığı acınacaqlı görüntünü şərh edərkən deyib.

Ənvər Əliyev bildirib ki, bu, ilk belə hal deyil: “Belə mənzərənin çox şahidi olmuşam. Bakıdan Balakənə qədər yerləşən ictimai iaşə müəssisələrinin tullantı yeri çay yataqlarıdır – bu, birmənalı belədir. Balaca şəhər tipli qəsəbələr, eləcə də bəzi şəhərlərdə zibil yeşikləri yoxdur, necə biabırçı durumdur, təsəvvür edin. Çay yatağında toplanan tullantılar sel zamanı axınla qarışıb belə görüntülər yaradır. Göyçaydakı videoda daha çox plastik su qabları, selofanlar diqqətimi çəkdi. Onlar da min illərlə çürüməyən, torpağa qarışmayan vasitələrdir. Çox güclü yağış olanda torpağı da yuyub bu cür tullantıları üzə çıxara və yenidən belə mənzələrin şahidi ola bilərik.

Bu məsələdə biz Avropa ölkələrinin təcrübəsindən yararlanmalıyıq. Respublikada hər gün milyonlarla plastik butulkalar atılır. Onlardan istifadə etməyən ailə yoxdur. Bu plastik butulkalar, selofanlar ayrıca toplanmalı və yenidən istehsala buraxılmalıdır”.

"İcra Hakimiyyəti hara baxır?!"

Ekoloq bildirib ki, rayonlarda mütləq zibil yeşiklərinin yanında mütləq plastik butulkalar, selofanların yığımı üçün ayrıca yeşiklər qoyulmalıdır. Rayon İcra Hakimiyyəti hara baxır? Eləcə də rayon bələdiyyəsi, Şəhər Təsərrüfatı Birliyi bu işlə məşğul olmalıdır. Bu çətin məsələ deyil. Ən müasir maşınları alıb gətiririk, amma belə vacib məsələ ilə bağlı maraqlanmırlar. Bunları Göyçayın seli yox, vicdan başa salmalıdır. Sual verirəm, kəndçi əlindəki butulkanı hara atsın? Zibili ya torpağa basdırmalıdır, ya da yandırıb atmosferə bolluca zəhəri yaymalıdır. Ona görə bundan sonra bu məsələyə ən yüksək səviyyədə diqqət ayrılmalıdır”.

Məsələnin təfərrüatlarını araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov hazırda məzuniyyətdə olduğunu bildirdi:

“May ayının 1-dən məzuniyyətdəyəm. Üstəlik rayonda olmadığıma görə bu məsələ ilə bağlı məlumatım yoxdur. Siz Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahovla əlaqə saxlayın, ondan ətraflı məlumat ala bilərsiniz”.

Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahov saytımıza açıqlamasında bildirib ki, Göyçay Rayonunun İcra Başçısının 2011-ci ilin 8 iyun tarixli 51 saylı Sərəncamına əsasən Göyçay Şəhər Təsərrüfat Birliyinin təmirli sahəsinə Qarabaqqal kənd inzibati ərazindən Bakı-Şamaxı yolundan iki kilometr məsafədə dağlıq ərazidə zibil üçün poliqon istifadəsinə ərazi ayrılıb.

“Poliqonun dörd tərəfini xəndəkləmişik. Hər gün də ora 90-100 kub metr zibil boşaldırıq. İdarənin ağır texnikaları yoxdur. Hər ay ağır texnikanı digər təşkilatlardan icarəyə götürüb tullantıları zərərsizləşdirmək üçün müəyyən işlər görürük. Texnikaya olan tələbatımızla bağlı son 6 ayda iki dəfə Rayon İcra Hakimiyyətinə, onlar da öz növbəsində Nazirlər Kabinetinə məktubla müraciət ediblər.
Ardını oxu...
Mayın 13-də axşam saatlarında dolu yağışları yağdı. Dərələrin sel suları poliqona dolub və məişət tullantılarını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində töküb. Biz həmin ərazidə təmizləmə işlərini həyata keçiririk, həmin tullantılar 12, 13 böyük həcmli kamazlara yüklənib poliqona daşınıb. Bu iş davam etdirilir. Amma təxminən 50-60 hektara yaxın ərazi mövcuddur ki, orda təmizləmə işlərinə başlaya bilmirik. Çünki sel ora tullantıları dağın şirəli və lil torpağı ilə birlikdə gətirib. Ona görə mövcud ərazidə texnika iş görə bilmir. Hava şəraiti düzələn kimi oranı da təmizləyəcəyik.

Bu, təbii fəlakətdir. Bu, bilərəkdən yaxud hansısa səhlənkarlıqdan baş verməyib. Neçə illərdir ki, o poliqondan istifadə olunub, amma birinci dəfədir ki, belə güclü yağış yağıb və onun da nəticəsində sel suları tullantıları ərazidən çıxarıb ətrafa yayıb”.

“Daimi orda təmizləmə işləri aparılsaydı, nəticəsi belə ağır olmazdı. Belə başa düşülür ki, indiki durumda bütün hallarda siz poliqondakı tullantıları tam təmizləyə bilmirsiniz. Bununla bağlı alternativ yollar axtarışındasınızmı?” sualımıza Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisinin cavabı belə oldu:

“Əgər mən desəm ki o ərazini 100 faiz təmizləyib qurtara bilirik, yalan olar. 20 hektara yaxın ərazidir, hər gün ora ən azından 100 kub məişət tullantısı daşınır. Texnika özümüzün olsaydı daimi orda işləyərdi və günlük də tullantılar zərərsizləşdirilərdi. Biz kimdənsə xahiş edib icarəyə götürüb xərclərini çəkib işlədirik. Ayda da onu bizə 5-7 gün ərzində verirlər. Biz maksimum çalışırıq ki, belə hallar olmasın, bundan sonra alternativ yollardan istifadə edib qabaqlayıcı tədbirlər görəcəyik”

Tullantılar necə zərərsizləşdirilir?

Murtuz Salahov bildirib ki, məişət tullantılarını zərərsizləşmək üçün yalnız bir iş prinsipi mövcuddur:

“Yandırmağa Ekologiya Nazirliyi icazə vermir. Buna görə bizi cərimələyərlər. Basdırıb üstünü örtürük”.

Niyə ərazidə tullantıları emal edən müəssisəsi yoxdur?

“O, bizim səlahiyyətimizdə deyil. Amma bu məsələ ilə bağlı Yaponiya səfirliyi ilə söhbətlər aparmışıq, təkliflərimizi vermişik, maraqlanıblar, sadəcə hələki real nəticə yoxdur”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
“ERTRANS” MMC tikinti şirkətinin rəhbəri Abbasov Elsevər Abbasəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə müraciət edən iş adamı “SK Construktion” MMC-nin qeyri-rəsmi rəhbəri Qalib Təhməzovdan şikayətçidir.

Xatırladaq ki, Q.Təhməzov cəmiyyətdə çox tanınan sima olmasa da, qardaşları Fəqan və Zaman haqda mətbuatda çox yazılıb. Məşhur iş adamı olan qardaşlar “Ay İşığı” restoranlar şəbəkəsinin sahibi olsalar da, “yuxarılar”la yaxın bağlantısı olduğu haqda informasiyalar var.

Elsevər Abbasov deyir ki, Fəqan və Zaman Təhməzov qardaşları yüksək səlahiyyətli məmurlarla yaxın əlaqələrindən istifadə edib, qardaşları Qalibi də tikinti sektoruna daxil edə biliblər. Hansı ki, Q.Təhməzovun rəhbərlik etdiyi, rəsmi olaraq direktoru Zülfüqar Həşimov adlı şəxs olan “SK Construktion” MMC hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tikinti fəaliyyəti ilə məşğuldur.

Şikayətçi bildirir ki, 2023-cü ilin mart ayında Qalib Təhməzov onunla görüşərək, ortaq iş görməyi təklif edib. Türkiyəli iş adamı Aydın Polatın rəhbərlik etdiyi, əslində isə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzdində olan “Polat Yol Yapı” şirkəti ilə müqavilə bağladığını deyən Q.Təhməzov bildirib ki, “SK Construktion” MMC-nin podratçı şirkət olaraq Qubadlıda asfaltlama istisna olmaqla, yol çəkilməsi işlərini öz üzərinə götürüb. Bu işlərin görülməsi üçün “ERTRANS” MMC-nin texnikasına və işçi heyətinə ehtiyac olduğunu deyən Qalib Təhməzov, müqavilə əsasında Elsevər Abbasova ortaq iş görməyi təklif edib: “Qalib Təhməzov mənə dedi ki, texnikalarını ver, işləyək, sən də qazan, mən də qazanım. Mən razılaşdım və tanıdığım insanları da bu işə cəlb etdim ki, birgə çalışaq. 20 texnika və həmin sayda da işçi qüvvəsi ilə Qubadlıya işləməyə getdik.

“SK Construktion” MMC ilə müqavilə bağlamışdıq. Dedi ki, aprel ayında sizə nəğd şəkildə avans verəcəm, qalan pulu köçürmə edərik. Bir neçə gün sonra gətirib 2 min manat verdi. Ondan sonra 4 ay işləsək də, bir manat da ala bilmədik. Hər dəfə ondan işçilərin zəhmət haqqını tələb edəndə, “bu həftə verəcəm”, “gələn həftə verəcəm” deyə-deyə bizi 4 ay aldatdı. Sonra isə dedi ki, qardaşım Saleh müəllimlə (“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov-müəl.) danışıb, deyib ki, narahat olmasın, gələn ay bütün pullar veriləcək, gedib işini görsün. Ona görə, məcbur olub, 20-25 gün də qeyri-rəsmi şəkildə işlədik ki, heç olmasa 4 ayın pulunu alaq, ziyandan qurtaraq”.

E.Abbasov deyir ki, 5-ci ayın sonunda Qalib Təhməzovdan görülən işlərini pulunu tələb etsə də, yenə də müxtəlif bəhanə ilə ödəniş etməkdən imtina edib: “O, indiyə kimi bir manat da pul verməyib. Bu səbəbdən, sentyabr ayında məcbur olub övladıma aldığım mənzili təcili şəkildə dəyər-dəyməzinə satdım. Çünki işçilərdən əlavə, bazarda material satanlara da külli miqdarda borcum yaranmışdı, hamı pulunu tələb edirdi”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, “SK Construktion” MMC-nin hazırda ona 170 min manata yaxın borcu var: “Sonra bildim ki, Qalibin mənim kimi, başqa 15-20 nəfərə də borcu var, hər kəsə “atıb”, heç kimin pulunu vermir. Bunu bildikdə, biz “Polat Yol Yapı” şirkətinə müraciət etdik ki, pullarımız verilməyib. Dedilər ki, biz Qalibin ödənişini etmişik, ona borcumuz yoxdur. Qalib isə yalandan deyir ki, almamışam. Amma o pulu alıb, öz şəxsi işlərinə xərcləyib. Üstəlik, hədə-qorxu da gəlir ki, mənə heç kim heç nə edə bilməz, mənim arxam var”.

Elsevər Abbasovun sözlərinə görə, Qalib Təhməzoz işə başlayanda onun gətirdiyi 15 nəfər işçini “SK Construktion” MMC-də rəsmi olaraq işçi kimi qeydiyyata aldırıb, onların hər birinin maaş kartını isə özündə saxlayıb. 2023-cü ilin mart ayından sonra əmək haqqı kimi hər ay onların adına təxminən 600 manat köçürülüb, lakin həmin pulları gedib özü çıxarıb: “Sonra gətirib sənədləri mənə verdi ki, işçilərə qol çəkdir, könüllü olaraq işdən çıxsınlar. Amma kimsə imza atmadı ki, bizim pulları yeyib, niyə imza atmalıyıq?!”

E.Abbasov deyir ki, “SK Construktion” MMC-yə 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkətindən vəsait köçürüldüyü haqda məlumat əldə etsələr də, Qabil Təhməz birmənalı olaraq ödəniş etməkdən boyun qaçırıb: “Məlumat aldıq ki, 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkəti tərəfindən həqiqətən də ödəniş olunub. Amma o, bizə borcunu ödəmədi.

Beləliklə, quruculuq işlərinə bizim də faydamlz olsun deyə Vətənimizin azad olunmuş torpağında fəxrlə işləsək də, axırda pulumuzu vermədilər”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, Qubadlıda çalışdığı 5 ay müddətində nəinki bir manat gəlir götürüb, əksinə, şəxsi cibindən Qalib Təhməzovun ona ödəyəcəyi vəsaitə yaxın pul xərclədiyindən, külli miqdarda zərərə düşüb. O, bu səbəbdən, “SK Construktion” MMC ilə hüquq müstəvisində mübarizə aparmağı düşünür.
 
 
 
Ardını oxu...
Son günlər intensiv xarakter alan yağıntılı hava şəraiti səbəbindən bir çox rayonlarımızda olduğu kimi Xaçmazda da müəyyən problemlər yaranıb. Dia-az.info bildirir ki, bu barədə yerli sakinlər məlumat paylaşıblar. Aşağıdakı fotoları diqqətə çatdıran sakinlər yazır:

Ardını oxu...
Ardını oxu...

"Bura Xaçmazın General Əliağa Şıxlinski küçəsidir. Nəsə əlavə söz deməyə ehtiyac yoxdur.

Hər şey göz qabağındadır. Bircə onu deyim ki, 9 saylı orta məktəbə gedən şagirdlərin böyük əksəriyyəti bu kuçədən keçir.

Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən bu küçə tez bir zamanda bərpa olunar..."

Ardını oxu...
Ardını oxu...

Dia-az.info bildirir ki, məsələyə münasibət bildirən yerli rəhbərliyin açıqlamasından isöə aydın olur ki, rayonun rəhbərliyi iş görmək əvəzinə yalnızca quru vəd verməyi, qeyri-müəyyən açıqlaması ilə əslində əlavə qıcıq yaratmağı üstün bilir. Həmin rəsmi açıqlamanı da təqdim edirik:

"2019-cu ildən 2023 cü ilə qədər Xaçmaz şəhərinin 100 ə yaxın küçəsində əsaslı təmir işləri həyata keçirilib asfalt örtüyü döşənmişdir. 2024 cü il üçün Xaçmaz şəhərinin 30 a yaxın küçəsində asfaltlanma işləri həyata keçiriləcəkdir. Küçələrin təmiri prosesinin ilikin sıralarında Xaçmaz şəhərinin Atatürk və Əliağa Şıxlınski küçələrinin asfaltlanması nəzərdə tutulmuşdur. Xaçmaz şəhərinin bütün küçələri mərhələli şəkildə təmir edilir, asfalt örtüyü döşənir..."

Yəni məlumdur ki, yerli RİH-in vəd etdiyi 2024-cü il. nəzərdə tutulan işlərin yarısı əslində həll olunmalı idi. Çünki il az qala yarıya çatıb. Amma ortadakı fakt bunun əksini deyir...
 
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini Məmmərov Əli Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
 
"Mənim yaxın qohumum Ucar rayonu Bərgüşad kənd sakini Hacıyeva  Samidə Rafil qızını Ucar rayon xəstəxanasından çıxarıb evə gətirə bilmirik.Bir neçə gün əvvəl həmin xəstəxanada övlad dünyaya gətirən ananı bu gün evə gətirmək istəyəndə buraxmadılar ki, 500 manat pul verilməlidir.Həmin pulu verməyə imkan olmadı deyə xəstəni evə buraxmadılar.Bunu isə edən xəstəxananın baş həkimi Zeynal Bayramlıdır.17 ildir Ucar xəstəxanasında baş həkim işləyən Zeynal Bayraml hər bir şöbəyə aylıq haqq qoyub deyə şöbə müdiri Südabə həkimin göstərişi ilə xəstəmizi evə gətiə bilmirdik. Zorla deyirki 500 manat verməlisiniz yoxsa xəstəni evə buraxmayacayıq.  Bu biabırçılğı yaxın qohumumuz video lentədə alıb.Azərbaycan Respublikasında ən geri qalmış korrupsiya tüğyan edən tibb ocağı Ucar xəstəxanasıdır.
Ətraf rayonların hamısında xəstəxanaların rəhbərləri yeniləndi ancaq Ucar xəstəxanasının direktoru Zeynal Bayramlı barədə tədbir görən yoxdur. Xahiş edirik buna diqqət ayırın araşdırıb tədbir görün".



Ardını oxu...
Bakı şəhər sakini Şirinov Zakir Nəsir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yol polisi kürəkəni Hüseynli Kamil Hüseyn oğlundan qanunsuz olaraq 2500 AZN rüşvət alıb:

“Mən, Şirinov Zakir Nəsir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Belə ki, kürəkənim Hüseynli Kamil Hüseyn oğlu 24.04 2024-cü ildə Abşeron rayonunun Məhəmmədi kəndində əmisi oğlunun avtomoboli ilə yataq xəstəsi olan atası ücün aptekdən dərman almağa gedib. Həmin vaxt məcbur olaraq 1.6 yaşlı uşağı qucağına alır. Əmisi oğlunun avtomobilini etibarnaməsi olmadan idarə edən kürəkənim küçənin başında YPX əməkdaşı ilə rastlaşır. Bunu görən Abşeron YPX əməkdaşı avtomobili saxlamağı tələb edir. Kürəkənim avtomobili saxlamayaraq, 50 metrlik məsafəsi olan öz küçələri ilə evlərinə qayıdır.

Abşeron YPX əməkdaşı olan Bahadır Aslanov evə gələrək, əmioğlanlarını YPX binasına, avtomobili isə cərimə meydançasına apartdırır. Orada kürəkənimdən 2500 manat pul tələb edir. Kürəkənim mənə zəng vurub hadisəni danışdı və dedi ki, yol polisi Bahadır Aslanov ondan 2 500 manat pul istəyir...

Mən sizin sayt vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət edirəm. Xahiş edirəm ki, bu məsələyə biganə yanaşmasın, tədbir görülməsi ilə bağlı müvafiq qurumlara göstəriş versin. Yoxsa, belə polis əməkdaşları “qara camaatı” yaman günə qoyacaq.

Əlbəttə, kürəkənim qaydaları pozub. Amma yol polisləri hər qayda pozuntusuna görə 2500 AZN alsalar, rüşvətxorluğu yaymış, təbliğ etmiş olurlar.

Hadisədən sonra biz dərhal DİN-in 102 xidmətini yığıb, məlumat vermişik ki, bizdən rüşvət istəyirlər. Bundan sonra Bahadır adlı polis əməkdaşı pul almaqdan çəkindi. Kürəkənimə 500 manat cərimə yazdı və onu 1 illik sürücülük hüququndan məhrum etdirdi. Belə ki, o, məhz DİN-in 102 xidmətinə müraciət etdim deyə, kürəkənimin sənədlərini “avtoxuliqanlıq etmiş” kimi sənədləşdirdi. Hətta kürəkənimə deyib ki, “get, qaynatan səni buraxdırsın, görək necə edir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti