“Düşünürük, Nicat Cəlilov göstəriş verər ki, şikayət edənlərə zəhərli iynə vurub öldürün...” – VETERANLAR “DİKTATOR DİREKTOR”DAN ŞİKAYƏTÇİDİR
Bir qrup müharibə və əmək veteranları - Fatma Rzayeva, Mabəddin Ağayarov, Tamilla Baxşıyeva, Olqa Kobzar, Mərziyyə Məmmədova, Dilzar Əfəndiyeva, Yaşar Qurbanov, İlahi Sultanov, Şəhla Qurbanova, Məmmədsafa Cəfərov, Arif Musayev, Səfurə Rəhimova, Mənsurə Əliyeva və digərləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Biz Mərdəkanda yerləşən "Müharibə Veteranlarının Respublika Xəstəxanası”nda hökm sürən özbaşınalıqların bəzi məqamlarını ürək ağrısı ilə sizə çatdırmağı özümüzə borc bilirik. Adıçəkilən xəstəxanaya bir il öncə direktor təyin olunmuş, öz yerində olmayan, vəzifə həddini aşan, tutduğu vəzifədən sui-istifadə edən Cəlilov Nicat Vidadi oğlu təyin olunduğu ilk gündən burada zindan rejimi yaradıb. Xəstəxananın arxa hissəsində kəsə və təhlükəsiz yerdə olan qapıdan mağazaya gedən yolu zəncirlədib, xəstələri uzaq, təhlükəli avtomobil yolunun hərəkət hissəsi ilə mağazaya getmək məcburiyyətində buraxıb.

Dəfələrlə “diktator direktor”dan gündüz vaxtı qapının açıq qalmasını xahiş etsək də, özünü “kral” hesab edən Cəlilov Nicat edilən xahişləri rədd edib. Bizim çoxsaylı müraciətlərimizi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs araşdırır və eyni məzmunda cavablar verir. Yəni harınlayıb Firovunluq dərəcəsinə qədər yüksəlmiş “diktator direktor”u müdafiə edən cavablar veriblər ki, həmin cavablar biz veteranları qane etmir.

İlkin Səhiyyə Xidməti Departamentinin Xidmətlərin Təşkili şöbəsinin müdiri Nəhmət Rəhimov, Daxili nəzarət monitorinq departamentinin rəhbəri Orxan Qurbanov, "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ- nin direktor müavini Ləman Mursaqulova, eyni zamanda zəng etmiş Elbrus adlı şəxs veteranlara, tibbi personala qan udduran “diktator direktor” Nicat Cəlilovu müdafiə edirlər. Hansı ki, Nicat Cəlilovun təzyiqləri, şiddətləri nəticəsində "Müharibə Veteranları Respublika Xəstəxanası”nı çox savadlı, bacarıqlı həkimlər, orta tibb işçiləri tərk ediblər. Laborant həkim Elnarə Nicat Cəlilovun şiddəti nəticəsində insult keçirib. Göz həkimi olan gənc Ruqiyyə xanım Nicat Cəlilovun şiddəti nəticəsində intihar edib, bir azyaşlı uşağı anadan yetim qalıb. Allah ona rəhmət eləsin.

Hal-hazırda Nicat Cəlilovun bu özbaşnalıqlarına görə, xəstəxanaya az sayda veteran gəlir. Tibb müəssisəsində bahalı dərmanları xəstələrə yazırlar və biz özümüz həmin dərmanları aptekdən alırıq, deyirlər ki, xəstəxanada dərman çatışmır.

Nicat Cəlilov lüks otaqları pulla satır, pul aldığı xəstələri xəstəxanada 1 (bir) ay saxlayır, digərlərini 10-11 günə evə yazır. Xəstəxananın yeməkxanasında da biabırçı bir mənzərə hökm sürür. Hər gün iylənmiş balığa xəstələrə yedizdirirlər. Bir toyuğu 100 yerə bölüb, bir dırnaq qədərini duru yeməyin içinə atıb, veteranlara iaşə xidməti göstərirlər.

Bu qədər nöqsanların içində batan Nicat Cəlilovu nəyə, hansı yaxşı cəhətlərinə görə müdafiə edirlər? Görəsən, bu diktatorun, rüşvətxorun, vəzifə həddini aşanın, tutduğu vəzifədən sui-istifadə edənin arxasında kimlər durub? Nicat Cəlilovun bu özbaşınalıqları prezidentə, dövlətə qarşı sabotajdır.

"Bakı Baş Səhiyyə Mərkəzi" qida normalarının tətbiq edilməsini 30 il öncə baş nazir olmuş, bütün təltifləri əlindən alınaraq, xalq düşməni kimi həbs olunmuş Surət Hüseynovun imzaladığı 9 mart 1994-cüil tarixini 103 saylı qərarının 5-ci əlavəsini rəhbər tutaraq şikayətimizi cavablandırmaqla, “diktator direktor”u müdafiə edir. Biz veteranların fikirlərini ifadə edərək qəti şəkildə xahiş və tələb edirik ki, öz yerində olmayan “diktator direktor”u özünü “kral” hesab edən, Prezident siyasətinə zidd hərəkətlər edən dövlətə qarşı sabotaj edən, rüşvət aldığı xəstələri aylarla xəstəxanada saxlayan, pul verməyən veteranları 10-11 günə evə yazan, dünya malından gözü doymayan, təzyiq və şiddət edən, bahalı dərmanları yazdıraraq apteklərdən bizləri dərman almaq məcburiyyətində qoyan, lüks otaqları pulla satan rüşvətxor Cəlilov Nicat Vidadi oğlu "Müharibə Veteranlarının Respublika Xəstəxanası”nın direktoru vəzifəsindən azad olunması istiqamətində əməli köməklik göstərmənizi sizdən xahiş edirik.

Hal-hazırda biz həmin xəstəxanaya müalicəyə gəlməyə qorxuruq, düşünürük, Nicat Cəlilov göstəriş verər ki, şikayət edənlərə zəhərli iynə vurub öldürsünlər. Elə bu səbəblərdən də ora getməyi dayandırdıq. Tam şəkildə inanırıq ki, sizin birbaşa köməyinizlə veteranların bu xahişinin düzgün, ədalətli həlli gərçəkləşəcək”.
 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI

Dünyapress TV

Xəbər lenti