Ardını oxu...
Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayraq, hələdə bir çox təhsil ocaqları "köhə qayda"larla işlərini davam etdirirlər. Belə təhsil ocaqlarından biridə Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdir.

"Azərbaycan Reallığı" saytına daxil olan məlumata görə, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcov yenə də "köhnə qayda"larla işlərini davam etdirir. Belə ki, məktəbdə bir çox müəllimlərin dərs saatlarının şişirdildiyi və təhsil alan şagirdlərin əksəriyyətinin dərslərə qatılmadığı bildirilir.

Məlumatda qeyd edilir ki, məktəbin rus rektorunda təhsil alan şagirdlərin əksəriyyətinin sadəcə jurnalda adları mövcuddur. Həmin şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getdikləri üçün dərslərə qatılmırlar və bunun üçündə məktəb rəhbərliyinə aylıq ödəyirlər.

Məlumatda vurğulanır ki, adı olub özü olmayan şagirdlərdən alınna aylıq məsələsinə direktorun müavini Reyhanə Qurbanova nəzarət edir. Həmçinin dərs saatları şişirdilən müəllimlərlə danışıqların aparılmasıda direktor müavinə həvalə edilib.

Bildirilir ki, direktor Xəyyam Fərəcov məktəbdə baş verənlərin gizli saxlanılması üçün bütün müavinləri ilə məcburən anlaşıb. Yəni məktəb direktoru dərs saatlarının şişirdilməsinə və jurnallarda adı olub özü olmayan şagirdlərin olmasına göz yuman müavinlərə də müəyyən "şərait"lər yaradıb.

Bildirək ki, 248 saylı məktəb uzun müddət ölkə mətbautın gündəmindən düşməyib. Həm keçmiş direktor Əsli Quliyeva həmdə hazırkı direktor Xəyyam Fərəcovla bağlı müxtəlif məlumatlar, şikayətlər dərc olunub. Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
"Azərbaycanda "Ədalət" yalnız adam adıdır".
Bu cümləni narazı xalqın dilində "sifarişlə hökm çıxaran" ədalətsiz hakimlər formalaşdırıb.

Elin gözü tərəzidir.

Dünyada heyvan öldürənlərə belə bir neçə il, hətta bəzən ömürlük həbs cəzası verildiyi bir zamanda, Azərbaycanda sərxoş vəziyyətdə 4 nəfər adamın ölümünə səbəb olan biznesmen kürəkəni cəmi iki illik həbsdən sonra məhkəmə qərarı ilə azadlığa çıxır.

Bu isə o, deməkdir ki, Azərbaycanda "əl çirki", "kağız parçası" dediyimiz əskinaslar çooox şeylərə qadirdir.

Təsəvvür edin, 2021-ci ilin iyun ayında “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobil Murad Ziyadov adlı şəxsin idarə etdiyi “Daeewo Damas” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və onun sərnişinləri – Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

"DogruXeber.az" qeyd edir ki, yayılan xəbərlərdə güya sonradan ölən şəxslərin hüquqi varislərinin E.Kəlbəliyevlə barışdığı bildirilir.

Beləliklə, E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilir. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirir. Qərara əsasən o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli idi. Lakin, 2023-cü ilin iyul ayında yayılan xəbərlərdə Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirildiyi və "şanslı kürəkən"in cəzasının 5 ilə qədər endirildiyi qeyd olunur.

Deməli, hakim Fərid Əyyubovun sədrlik etdiyi hakim heyəti Elşad Kəlbəliyevin hadisə zamanı sərxoş olmadığı qənaətinə gəliblər.

Ardından isə Elşad Kəlbəliyev "İslah əmək düşərgəsi"ndə təcili keçirilən məhkəmənin qərarı ilə "həbs müddətindəki nümunəvi davranışına görə" cəzasının qalan hissəsindən azad edilir.



Bir sözlə, "Möcüzələr yaradan" Azərbaycan məhkəməsi, "qanun və ədalətə savaşda qalib gələrək", "bəxtəvər kürəkən", eyni zamanda "Əlincə" Futbol klubunun prezidenti Elşad Kəlbəliyevi "sudan quru çıxarmağa" nail olur.

Kürəkəndən cəmi bir neçə gün sonra qaynana Gülnar Əsəd qızı Hüseynovanın idarə etdiyi 90-HN-009 dövlət nişanlı "Mersedes Galandwagen" markalı avtomobillə "duz gölü"nün yaxınlığında törətdiyi, 3 avtomobilin ("Nissan ", "Mercedes" və "VAZ-2106") və 3 nəfər şəxsin ağır xəsarətləri ilə nəticələnən qəza hadisəsi isə elə oradaca ört-basdır edilir.

Bu "nailiyyətlərin" əsas səbəbkarı isə hacı Məhərrəm Novruzovdur.

Qeyd edək ki, bu milyonçu hacının adı, zaman-zaman vətəndaşlarla qalmaqalları, hətta, pandemiya dövründə bəzi ailələrin dolanışığına müdaxilə etdiyi, bundan bezən vətəndaşın onun evinin qarşısında intihara cəhd etdiyi və sair kimi sensasion məlumatlarla media gündəmində ön sıralarda olub.

Novxanıda dəniz sahilində sahibi olduğu "My Beach" otel və çimərliyinin "əl yandıran qiymətləri" də hər zaman əhali arasında narazılığa səbəb olur.

Amma, reallıq bunu göstərir ki, bu qədər hadisələrə və narazılıqlara rəğmən "Qurtuluş-93" MTK, "My Beach otel-restoran", "Bağçalı evlər" şirkəti, Şabran rayonundakı hektarlarla tərəvəz sahələrinə sahib olmağın "avantajı" Məhərrəm Novruzovun özü və yaxınları üçün "gülləbatmaz duası"ndan da güclüdür.

Hətta, o, qədər güclüdür ki, ədaləti bərpa etməli olan Azərbaycan məhkəməsinin "dilini-ağzını bağlamağa" da qadirdir.

Yazıda adı hallanan şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb.
Yeniavaz.com xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verib.
Bu gün – 14.05.2024-cü il tarixi olduğu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti barədə məlumatların Reyesterə daxil edilmə tarixini 19.05.2024-cü il olaraq qeyd edib.
Ardını oxu...
Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
 
Ardını oxu...
“Dünən atamı Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına müayinədən keçirməyə apardım. Atam 3 dəfə infarkt keçirib, şəkəri var. Mən də istədim ki, ürəyini aparata saldırıb, problemini bilim. Aşağı mərtəbədə mühafizə xidməti bizə dedi ki, elektron növbə götürün. Biz də elektron növbə götürdük. Gördük ki, burada elektron növbəni heç saya sayan yoxdur. Biri tanışını gətirib növbəsiz içəri salır, biri növbəsiz gəlib keçir. Halbuki gələnlər bizdən sonra idilər.d Yalandan a deyirlər ki, əməliyyata gedir. Mən öz gözlərimlə görürəm ki, həmin xəstə dedikləri adam normaldır, sağlamdır. Hətta bir neçə insan da etirazını bildirdi ki, biz növbə gözləyə-gözləyə niyə onları içəri buraxırsız? Bu etirazımı orada da bildirdim. Dedilər ki, biz baxa bilmərik, bilmirik. Mühafizə xidmətini çağırıram, o da deyir ki, mən baxmıram. Orada dərəbəylikdir. Növbədən əlavə həkimlər öz tanışlarını növbəsiz içəri salır”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Ayşən Babayeva deyib. O daha sonra əlavə edib.

“Biz həkimə etirazımızı bildirəndə kənardan başqa bir həkim üstümüzə səsini qaldırıb elə qışqırdı ki.. Üstəlik də əl-qol hərəkətləri ilə üstümüzə gəldi. Bütün bu görüntülər kameralara da düşüb. O xəstəxanaya sağ getsən ölü çıxacaqsan. Atam xəstə adamdır, necə əsəbləşdisə dərmandan istifadə etdi. Əgər canlı növbədirsə, bəs elektron növbə nəyə lazımdır? Özü də elektron növbəyə düşmək üçün sən gərək səhər saat 8-dən gedib xəstəxanada yer tutasan. Adamları 10-10 içəri buraxırlar. Sonra da deyirlər ki, canlı növbədir. Başqa yerdə çeksiz, növbəsiz gedib dursaq bizi qəbul etməzlər” deyə o bildirib.

Moderator.az 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Acil şöbəsinin tibb bacısı bildirib ki, xəstəxanada canlı növbə mövcuddur.

“Biz bilirik ki, canlı növbədir. Camaat gəlib canlı növbədən keçir, elektron yox. Başqa heç bir məlumat verə bilmərəm” deyə o bildirib.
Buradan belə bir sual ortaya çıxır ki, əgər canlı növbədirsə, niyə bəs xəstəxanadakı insanları elektron növbə götürməyə məcbur edirlər.

QEYD: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu....
Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində deputat Əsabil Qasımova məxsus “İnvest M. Construction” MMC tikinti şirkəti 16 ağacı məhv edib.

Tribunainfo.az xəbər verir ki, hal-hazırda polislər həmin ərazidə araşdırma aparır.

Qeyd edək ki, “İnvest M. Construction” MMC tikinti şirkəti ötən il də Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulmasından məhkəməyə şikayət etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Hakimiyyət gənc kadrları vəzifələrə gətirəndə böyük ümid bəslənirdi ki, idarəetmədə effektiv nəticələr əldə olunacaq. Prezident İlham Əliyevin də, xalqın da gözləntiləri mobil, çevik idarəetmə sistemi qurmaq, reputasiyası şəffaf kadrları irəli çəkmək, əhali ilə işləməyi bacaran, yeniliklər gətirə bilən gənclərə şans verməklə köhnə əyyamlara son qoymaq idi. Hətta belə proqnozlar səslənirdi ki, gənc kadrlar keçmiş talançı, korrupsiyaya bulaşmış məmurlara oxşamayacaqlar, vətəndaşların müraciətlərinə açıq olacaqlar. Amma kadr dəyişikliklərinin heç də hamısı etimadı doğrultmadı.
Dövlət başçısı da onları qəbul edərkən bildirmişdi ki, sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız. Lakin məlum olur ki, ayrı-ayrı gənc məmurlar Prezidentin gözləntilərini tam doğrultmurlar. Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s…
Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi.
İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.
Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

cumhuriyyet.net
 
Ardını oxu...
İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub. Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.

Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.

Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.
Ardını oxu...
Ardını oxu...

Qazi adı arxasında gizlənmək Nizami rayon rəhbərliyinin həmişəki sınanılmış fəndidir. Halbuki, nə qazinin, nə də şəhid ailəsinin bütün digər vətəndaşların hörmətlə yanaşdığı qanuna tüpürmək, dövlətin və cəmiyyətin maraqlarını tapdalamaq kimi bir imtiyazları yoxdur. Onu da deyirlər ki, emalatxananın əsl icarədarı etiraz edənlərə “mən pulumu vermişəm, kimin hünəri nədi mənim qabağımı kəssin?” deyərək sinəsinə döyür. Dediyi “hünərsiz, gözükölgəli kimciyəzlərin” arasında isə əlbət ki, əlaqədar vəzifəli şəxslər, o cümlədən, RİH, ŞİH-nin yaşıllaşdırma təsərrüfatı, yerli polis, ərazi ekologiya idarəsi və FHN-nin mənsubları nəzərdə tutulur.

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınmışdır. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.
Ardını oxu...
Məlumata görə, tikintiyə maneə törədən ağacın kökündən çıxarılmasına “əsas” yaratmaq üçün onu sındırıb budağını altında dayanmış olan maşının damına atıblar və aidiyyəti qurumlar qarşısında “ağacın zərərsizləşdirilməsinin zəruriliyi” məsələsini qaldırmağa çalışıblar.
Ardını oxu...
Lakin avtomobil sahibi əmlakına ciddi ziyan dəymədiyini, ağacın çürük olduğunu heç bir şikayətinin olmadığını deyib. Amma bu o demək deyil ki, sahibkar onun işini axsadan ağacın aradan qaldırılması üçün hiyləgər səylərini dayandıracaq. Yeri gəlmişkən, xatırladaq ki, həmin ünvanda yaşayan sakinlərin dəvəti ilə tikinti ağacların məhv edildiyi əraziyə baxış keçirmişik və qeydə aldığımız video-kadrlarda sağ qalmış həmin ağacın əsla quru olmadığını təsdiqləyən görüntülər vardır.

Ardını oxu...
Ağaclar və yaşıllıqlar bir çox hallarda tikinti işlərinə başlamazdan əvvəl elə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanır, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilir. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Doğrudur, arabir olur ki, ictimaiyyətin, medianın böyük təzyiqindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tikintinin aparılmasına maneçilik törədən ağacların və kolların müvafıq rəy alınmadan götürən şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edərək Nizami rayon məhkəməsinə göndərir, məhkəmə də həmin şəxslər barəsində cinayət işi açmaq əvəzinə, onları müəyyən məbləğdə cərimələyir. Çünki həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayı və kəsilmə tarixləri dəqiqləşdirilmir, bilərəkdən az göstərilir. Məsələn, məhkəmə öz “humanizmini” belə əsaslandırır: “Ağacların kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamışdır”. Qəribə məntiqdir, deyilmi? Hansı ağackəsən cinayətkar qopardığı ağacın kökünü hadisə yerində saxlayar?

Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.

Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Hətta şirkət rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, sakinləri mənzillərini tərk etmədiklərinə görə məhkəməyə də verib və onlara müqavimət göstərmələrinin əbəs olduğunu bildirib: “məhkəmədəkilər bizim adamlardı, pulumu verib öz xeyrimə qərar çıxartdıracağam”.

Vətəndaşların dəvəti ilə baş verənlərin “Xəzər” televiziyasında ictimailəşdirilməsi belə vəziyyəti haqqa doğru dəyişməyib.
Ardını oxu...
Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz Arif Mustafayevin qeyri-konstruktiv yanaşma nümayiş etdirərək söhbətdən yayınması ucbatından baş tutmadı. O və şirkətin ofisində rastlaşdığımız şəxslərin davranışlarını müşahidə edəndə bizdə elə təəssürat yarandı ki, onlar qətiyyən iş adamlarına xas olan mədəniyyətə malik deyillər.

Eləcə bizə “axır məqsədiniz nədir” sualını verib dururdular. Sanki jurnalistin vətəndaşların hüquqlarının pozulması faktlarına ictimai əhəmiyyətli hesab etməsi, heç bir təmənna güdmədən neqativ halları işıqlandırması onları təəccübləndirirdi.
Ardını oxu...
Rayon rəhbərliyinin də olaylara susması, ərazidə yaşayan vətəndaşların təməl hüquqlarından olan mülkiyyət hüquqlarının pozulmasına göz yumması yalnız gözükölgəliklə izah oluna bilər. Ən nəhayət, qeyd olunan neqativ hallarla bağlı suallarımızı mesaj kimi Nizami RİH-nin başçısı cənab Coşqun Cəbrayılova göndərmişik. Cavabı hələ də özünü gözlədir.

Məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Mövzuya qayıdacağıq

Deryaz.az
 

     

Ardını oxu...
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb".

Bu barədə Mia.az-a daxil olan məlumata görə, atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifadə edən İlham Məmmədov Səbail rayonunda "əl-qolu"nu daha da açıb:

"Artıq İlham Məmmədovun “xeyir-duası” sayəsində park ərazisində bir neçə obyektin inşası tam sürətlə davam edir. Bu da "təbiət qatilləri"nin heç kimdən çəkinmədiyini göstərir. Təqdim etdiyimiz şəkillər bunun inkaredilməz sübutudur (Fotolar aşağıda verilib - Mia.az)".

Məlumatda göz önündə aparılan bu tikinti zamanı yaşıllıq ərazinin hjasara alılnmasına da məhəl qoyan olmayıb.

Bu və ya digər məqamlarla bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəsmi poçt ünvanına aprelin 24-də sorğu göğndərsək də, aradan 20 günə yaxın vaxt ötsə də cavab verilməyib.
Ardını oxu...
Ardını oxu...
 

        
Ardını oxu...
Sumqayıt şəhər sakini Həsənov Fikrət Lətif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin qeydiyyatı idarəsinin müdirindən şikayətçidir:

“Mən, Fikrət Həsənov Lətif oğlu, bildirirəm ki, 1987-ci ildən ümümu əsaslarla mənzil növbəsindədiyik. Özüm 2-ci dərəcəli əliləm.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin qeydiyyatı idarəsinin müdiri Sədaqət Əsədova məndən 3 min manat rüşvət tələb edib ki, sizə ev verəcəyik. Mən ona bildirdim ki, bizim o qədər pula gücümüz çatmır. Axırı məndən 200 manat aldı ki, narahat olma, sənə kömək edəcəyəm.

30.12.2023-cu il tarixində 200 AZN pulu şəxsən Sədaqət Əsədovaya vermişəm. Həmin vaxt Sədaqət xanımın köməkçisi Pərvin xanım da yanımızda olub. Pulu onlara verməyimlə bağlı əlimdə telefon danışıqları, səs yazıları var.

200 manat pulumu almalarına baxmayaraq, mənə heç bir köməklik etmədilər. S.Əsədova mənə deyir ki, hara istəyirsən get şikayət et. Məndə məcbur qalaraq 01.03.2024-cu il tarixində Baş Prokurorluğa müraciət etmişəm.

Şikayətimə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Mikayıl Quliyev baxırdı. Təəssüflər olsun ki, M.Quliyev bu günə kimi tədbir görmür. Hətta telefon zənglərimi belə, açmır. Bir sözlə, şikayəti ört-basdır edir.

Onu da qeyd edim ki, S.Əsədova mənim kimi bir çox insanları bu yolla aldadıb. Hətta adını çəkdiyim xanım vətəndaşların evdə olmamasından istifadə edərək, mənzilləri satır. Bütün dediklərimə dair sübutlarım var".
Şikayətçinin redaksiyamıza göndərdiyi videonu oxuculara olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Gəncə şəhəri Kəpəz rayonu Ü. Hacıbəyov küçəsi ev 778 mənzil 31 sakini Səmədova Zeynəb Sadiq qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
 
"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm.
Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə olduğunu bildirib və qeyd edib ki, əməliyyat olunsan tam sağalacaqsan. Həkim Aytən Əliyeva cərrahiyyə əməliyatı etmək üçün məndən 3500 manat pul istədi.Qohum-tanışdan borc alıb Aytən Əliyevanın çalışdığı Respublika Neyrocərrahiyə xəstəxanasında əməliyyat olundum. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb.  Günü-gündən ağrılar şiddətlənməyə başlayıb. 
Həkim Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört basdır etmək üçün “Bu adi haldır ağrı kəsici dərmanlar yazaraq məni aldadır.Ancaq bu günə qədər sağalmamışam əksinə səhhətim günü-gündən pisləşir. Verdiyim pulu tələb etsəmdə həkim Aytən Əliyeva “Get hara istəyirsən şikayət et cavabını verir”.
Onuda qeyd edim ki, Aytən Əliyeva pul verib televiziya verlişlərinə çıxaraq özünü reklam etdirib cəmiyyəti aldadır.Belə bir savadsızın həkim kimi fəaliyyət göstərməsi yolverilməzdir.Çünki məndən başqa hələ çoxlu sayda xəstə onun səhlənkarlığının qurbanı olacaq.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Səhiyyə Naziri cənab Teymur Musayevdən və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm 3500 manat pulumu alıb məni səhv müalicə edən həkim Aytən Əliyevanın barəsində ciddi tədbirlər görəsiniz".

 

Dünyapress TV

Xəbər lenti