Ailəsində problem yaranan qadın "kömək" üçün getdiyi falçıda problem yaşayıb.
Bu barədə CityPost.az saytına açıqlama verən 3 uşaq anası Aynurə Hacıyeva (Red- ad,soyad şərtidir) özü məlumat verib. Qadının sözlərinə görə ailəsində,xüsusi ilə həyat yoldaşı ilə aralarında yaranan problemi falçı vasitəsi ilə həll etmək istəyib. Bundan sonra həm pulundan, həm də ailəsindən olub.
"Rəfiqəm məni "28 may" tərəfdə yaşayan Rüfət adlı falçının evinə apardı. Falçı məni inandırdı ki,həyatımda baş verən bütün problemləri həll edəcək. Bu yolla fala baxmaq adı ilə dəfələrlə məndən yaşadığı evdə 100-200 manat pul aldı. Mənə deyirdi ki,sənə elə dua yazacam ki, heç kim sənə bata bilməyəcək. "Güllə batmaz" duasını yazmaq üçün məndən 1000 manat pul aldı. Üstündən bir neçə müddət keçdi. Soruşdum ki,mənə yazdığın dua necə oldu? Hər dəfə məni yola verirdi. Daha sonra aldadıldığımı başa düşdüm. Pulumu geri istəyəndə məni şantaj eləməyə başladı. Falçı Rüfət mənə dedi ki,bu haqda şikayət etsən, şəkillərini yayacam",-deyə şikayətçi qadın bildirib.
CityPost.az məsələ ilə bağlı özünü ekstasens kimi təqdim edən Rüfət adlı şəxslə əlaqə saxlayıb. O, baxıcı kimi fəaliyyət göstərdiyini və sözügedən xanımı tanıdığını etiraf edib.