Ardını oxu...
Deyəsən, Zaur Mikayılovun səlahiyyətləri artırıldıqca, "narazı vətəndaşlar auditoriyası" daha da genişlənir.

"DogruXeber.az" redaksiyasına etibarlı mənbədən verilən məlumata görə, "Azərsu" ASC işçilərinin əvvəllər hər ayın 1, yaxud 2-də əmək haqları ödənildiyi halda, agentliyin tabeliyinə verildiyindən bəri əmək haqqlarının ödənilməsində ləngimələr yaranmağa başlayıb.

Hətta, ötən gün Azərsu çalışanlarından bir neçəsi redaksiyamızın əməkdaşına artıq, ayın 8-i olmasına baxmayaraq, hələ də maaşlarının ödənilmədiyindən gileyləniblər.

Qeyd edək ki, 2023-çü ilin 30 mart tarixindn etibarən "Azərsu" ASC yeni yaradılmış "Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib, rəhbəri də keçmiş "Melorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Zaur Mikayılovdur.

O, Zaur Mikayılov ki, vəzifəyə gəldiyindən bəri rəhbərlik etdiyi dövlət qurumunu aidiyyatı olmasa da demək olar ki, tam öz ixtisasına (biznesin idarə olunması) uyğun şəkildə idarə edir.

"DogruXeber.az" informasiya agentliyi olaraq, dəfələrlə İstər Zərdab, istər Kürdəmir, istər Şəmkir, istər Ağdam, istər Sabirabad, istərsə də digər bir neçə rayonların Suvarma Sistemləri İdarələrində həyata keçirilən qanunsuz işlər, yeyinti, korrupsiya, dövlət əmlakına və büdcəsinə şəxsi maraqlara görə qəsdən ziyan vurma və vətəndaşların bu qurumdan narazılıqları barəsində məlumatlar, videogörüntülər yayımlamışıq. Amma, bu qədər narazılıqlara rəğmən, Zaur Mikayılov səlahiyyətlərinin daha artırılması ilə "mükafatlandırıldı".

Baxmayaraq ki, "Melorasiya və Su Təsərrüfatı" ASC Zaur Mikayılovun rəhbərliyi altında özünü ayrıca qurum olaraq doğrultmadı, üstəlik "Azərsu" ASC də onun tabeliyinə verildi.

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, bir çox sahələrdə olduğu kimi, Su Ehtiyatları Agentliyinin də yaxın vaxtlarda regionallaşdırılacağı gözlənilir. Belə olan halda bu sahədə böyük ixtisarların olacağı da qaçılmazdır. İxtisarların olması isə ölkədə onsuz çox olan işsizlərin sayının daha da artması deməkdir.

Bundan əlavə, bildirilir ki, əvvəllər Azərsu əməkdaşlarının işinə görə müəyyən edilmiş dərəcələr mövcud idi ki, hər kəsin o, dərəcəyə görə əmək haqqına əlavələr olunurdu. Yaxın günlərdə o, dərəcələrin də ləğv olunacağı, birmənalı olaraq, səlahiyyətləri biraz üstün olan və yüksək maaş alan işçilərin maaşının 600 (altı yüz) manata, digər işçilərin isə maaşının minimuma (345 AZN) endiriləcəyi deyilir.

Qarşımızda olan Əhliman Kərimov, Tahir Xəlilov, Hafiz Əzimzadə, Etibar Nəbiyev və digər bu kimi nümunələr onların bu dəyişikliklərdən heç də təsirlənməyəcəyini göstərsə də, Ağdam rayon sakini İxtiyar Rüstəmov kimi sadə çalışanların yarısının dəyişikliyin birinci (ixtisar) tərəfindən, yarısının isə ikinci (əmək haqqının minimuma endirilməsi) tərəfindən "nəsiblərini alacaqları" qaçılmazdır. Hər halda bugünə qədərki, eləcə də bugünkü reallıqlar belə deməyə əsas verir.

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Yerli "Yezid ordusu" fermerlərə zülm edir - VİDEO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Qurumun Abşeron rayonunun "Qurd dərəsi" adlanan ərazisində, həmçinin bölgələrdə olduğu kimi dövlətin suyunu insanlara müəyyən ödənişlər, daha doğrusu rüşvət qarşılığında vəd edən, çox zaman da "Qurd dərəsi"ndə olduğu kimi verdikləri vədi doğrultmayan səlahiyyətli əməkdaşlarının barələrində şikayətlər artdıqca, cəzalandırılmaları yerinə, sadəcə yerləri dəyişdirilir, o, da hərdənbir. Amma, dəyişən yalnız bu şəxslərin altındakı kürsü olur, fəaliyyət elə olduğu kimi davam edir.

Beləliklə, Zaur Mikayılovun rəhbərliyi altında ölkənin dörd bir tərəfində böyük "narazı vətəndaş ordusu yetişdirilir".

Əlbəttə ki, iqtisadi böhranın, bahalaşmanın və işsizliyin hökm sürdüyü bir vaxtda sözügedən qurumda aparılması gözlənilən ixtisarlar, həmçinin maaşların azaldılması xalqa vurulacaq "ən ağır zərbə" olacaq.

Adətən, hər hansı bir yeni qurum yaradıldıqda, yaxud hər hansı bir qurumun fəaliyyətinin daha da genişləndirilməsi "daha çox iş yeri" demək hesab olunsa da, bu qurumun qarşıda gözlənilən dəyişikliyi bunun tam əksini deyir.

Bəs bu dəyişiklikləri etməkdə Zaur Mikayılovun məqsədi nədir?

Sahil Babayev kimi xalqın cibini soyaraq, dilənçi vəziyyətinə salaraq büdcəyə qənaət etmək, yoxsa "öz biznesinin" fəaliyyət dairəsini genişləndirməklə, yerlərdəki "filialları"nın müxtəlif yollarla binəva camaatdan topladıqları "xəraclar"ın əldən-ələ keçməklə azalmasının qarşısını almaq ?...

Əslində, bu dəyişiklik əgər aparılarsa yuxarıda qeyd etdiyimiz sualın ikinci tərəfi üçün daha sərfəli variant olacağı real görünür.

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd: Növbəti yazımızda, içməli su tapmaqda çətinlik çəkdiklərindən redaksiyamıza şikayətlənən Balakən rayon Katex kənd sakini Süleymanov Anar Ömər oğlunun müraciətini ətraflı şəkildə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
 
 


 
Ardını oxu...
Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!
AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuj səhifəsində yazıb. Cavanşir Həsənli daha sonra yazdıqlarını şərh edərək yazır:
Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin tərzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq.
Cavanşir Həsənli
TEREF

Ardını oxu...
"Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!" Dia-az.info bildirir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat təqdim edib.
Jurnalist daha sonra bildirir: "AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin tərzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dia-az.info qeyd edir ki, C.Həsənli ardından da konkret faktları açıqlayır:

"Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı MURAD RESİDENCEdir. Yəni Murad Təhməzli Residense!
Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin. direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb.
O 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub".

Ardını oxu...
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, 14 yaşlı uşaq futbol oynayarkən yıxılmış və biləkdən qolu sınmışdı..." Dia-az.info bildirir ki, bunu Səda adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında ifadə edib.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Tibbi dəstək üçün Üzeyir Hacıbəyov küçəsində yerləşən "MediClub" tibb mərkəzinə müraciət etdik. Atasının sığortası olduğuna görə...

Uşağın biləyini rentgen (90 manat) edib, gips qoydular. Və buna görə bizdən 900 manat istədilər. Əlbəttə hay-küydən sonra, sığortaya görə 400 manat ödədik.

Ertəsi gün uşağın əli şişdi və başqa xəstəxanada rentgen müayinəsində məlum oldu ki, 400 manat alanlar heç düzgün gips qoymamışlar.

Pulumuzu necə geri ala bilərik?!"

Ardını oxu...



Ardını oxu...
Bakının Əhməd Rəcəbli küçəsində yerləşən Lor hospital adlı tibb müəssisəsində pasientlərə qarşı özbaşınalıq və hörmətsizlik edilir.
"Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkələrdə hospitalın həkimlərinin növbə mədəniyyətsizliyinə etirazlar olub.

Onlardan biri – Ələsgər Süleymanov yazıb ki, müayinə üçün 1 saat növbəmi gözlədim: “Növbəm çatanda Nurlan İsayev adlı həkim dəhlizə çıxdı və həmin anda yaxınlaşan bir tanışın növbəsiz saldı içəri. Etirazıma rəğmən, dediyindən belə çıxdı ki, xoşun gəlmir yaxşı yol.

Mən də verdikləri kağızı qaytarıb, ödənişi geri aldım. İndi siz deyin, ağlı başında olan adam bir də o klinikaya, bu ağılda həkimə müraciət edər?

Qoy bunu da bir zəhmət o hospitalın rəhbərliyi düşünsün. İndi necə olsun, qayda-qanun yaratmaq üçün klinikaları da “ASAN xidmətə” keçirsinlər?”

Bundan əlavə, hospitalda həkim qəbulunun qiymətlərində də fırıldağa yol verilir. Uzman doktorun 40 manat, adı doktorun qəbulu isı 30 manatdır.
Amma qəbula gedəndə məlum olur ki, 30 manat verən də, 40 manat ödəyən də eyni həkimə gəlir.

Onun dediklərini təsdiqləyənlər şərhlərdə yazıblar ki, hospital özbaşınalıq yuvasıdır. Həbibə Abdulla başına gələnləri nəql edib: “4 il əvvəl mən də eyni laqeydliklə üzləşmişəm orda. Tanışlıqla getmişdim guya məsləhətli həkim vardı.

Özüm ağır xəstə, qucağımda da körpə uşaq, saat 9-da ordaydım, dedilər həkimin yanında adam var. Gözlə ha gözlə, saat 11-də həkim çıxdı yuxulu-yuxulu başladı telefonla danışmağa.

Danışığı bitdikdən sonra yaxınlaşdım, qayıtdı ki, növbənizi gözləyin. Başladı gözünə xoş gələn xəstələri qəbul etməyə. Halbuki mən hamıdan əvvəl gəlmişdim”.

2013-cü ildən fəaliyyət göstərən LOR HOSPİTAL klinikasında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir.

Bir müddət əvvəl Bakı sakini Nazir Sabir oğlu Ramazanov ”Lor Hospital”da qarşılaşdığı problemdən mətbuat vasitəsilə müxtəlif dövlət qurumlarına şikayət etmişdi.

Ramin adlı həkim onu hospitalda əməliyyat edərkən nitqini tamamilə itirib: “İnsanlara fikrimi ya işarələrlə, ya da yazmaqla çatdıra bilirəm. Əllərim iflic olub, əl hərəkətlərimin tamlığı pozulub.

Şikayətçi həkimin əməlində Cinayət Məcəlləsinin 314.1 və 314.2 maddələrinin tərkibinin olduğunu vurğulayıb.

Vətəndaş Aygün Babayeva da “Lor hospital”ın fəaliyyətindən narazı qalmışdı: “Özümü hərdən söyürəm. Kaş ayaqlarım sınardı, ” Lor Hospital”a getməzdim.

Orda mənim ümüdlərim qırıldı, həyata qarşı inamım itdi. Depressiyaya düşdüm. Aldığım müalicəni də yarıda qoydum.

Həkim Aynurə xanım idi. Həkimə “angina” olan zaman qulaqlarımın daha da tutulmasını bildirəndə isə üstümə qışqırıb, “Adama neçə dəfə demək olar, boğazın qulağa heç bir təsiri yoxdur. Siz karsız? Məni eşitmirsiz? Neçə dəfə 1 sözü deməliyəm axı?” dedi.

Sonradan mənə aydın oldu ki, hospitalda pulsuz müayinə aksiyası yalandan başqa bir şey deyilmiş. İnsanların hissləri ilə oynayırlar”.

Şikayətlər isə kütləvidir və yaxın vaxtlarda klinikadan reportajımızda yeni nüansları açıqlayacağıq….
 

Ardını oxu...
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin Yasamal Rayon İcara Hakimiyyəti tərəfindən sahibkarlardan birinə satıldığı iddia edilir. İcra Hakimiyyəti isə zirzəmini şəhid ailəsi üçün ev tikmək məqsədilə ayırdığını deyir.

Bu barədə Pravda.az-a müraciət edən bina sakinləri bildiriblər ki, zirzəmidə təhlükəli vəziyyət yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, tikinti işləri dayandırılmayıb, iş başa çatıb, mənzil təhvil verilib.

Pravda.az məsələni araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb.

Komitənin Mətbuat Xidmətindən verilən açıqlamada bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib: “Monitorinq nəticəsində vətəndaşın mülkiyyətində olan yaşayış binasının zirzəmisinin ön hissəsində, təxminən, 10 kvdarat metrlik sahədə qanunsuz tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilərək tikinti işləri mayın 3-də dayandırılmışdı”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.


Ardını oxu...
30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm.

Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib.

“Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, - şikayətçi bildirib.

S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib:

“Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir”.

Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib:

“271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır”.

Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur:

“Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar”.

Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.
Ardını oxu...
Ağstafa Rayon İcra Hakimiyyəti tenderləri ilə “göz qamaşdıran” dövlət orqanlarından biridir. 2023-cü ildə "abadlıq işləri" adı ilə ümumilikdə 1 milyon 200 min manatdan çox müqavilə imzalayıb və köçürmələrə qol qoyub.

Maraqlıdır ki, yüksək məbləğli bir çox tender müqavilələri “Topxana Layihə İnşaat” MMC ilə bağlanıb. Bu şirkət mediada “tenderlər kralı” deyə qeyd edilir.

Sözügedən İcra Hakimiyyəti və nəzdindəki idarənin yüksək məbləğli tenderlərini təqdim edirik:

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - “Auto Azərbaycan" MMC -

Ağstafa RİH-i üçün xidməti minik avtomobilinin alınması - Məbləğ: 57.800 AZN

Bu şirkətin nizamnamə kapitalı 15352742 dollar, qanuni təmsilçisi İSMAYILOV EMİL HÜSEYN OĞLUDUR.

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində kommunal binaların əsaslı təmiri - Məbləğ: 182.900 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda yolların əsaslı təmiri - Məbləğ: 435.034,32 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - "TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda abadlıq işləri - Məbləğ: 189.980 AZN

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində abadlıq işlərinin satınalınması - Məbləğ: 455.362 AZN

Yerli mediada gedən məlumatlara görə, "Topxana Layihə İnşaat" MMC-yə Əli Bayramov rəhbərlik edir.

Şirkət 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 110010 AZN olan şirkətin hazırkı qanuni tımsilçisi Fuad Ələkbərova Vaqif oğludur.

Ağstafa Rayon İcra Hakimiyyətinin bu işləri hansı dərəcədə gördüyü qaranlıq qalır. Nəzərinizə çatdıraq ki, sözügedən abadlıq işləri görülən küçələrdə bu hallar təsdiqini tapmır.

hurriyyet.az
 
Ardını oxu...
Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir.
Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər.
Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb.
Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb:
“Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”.
İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb:
“Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”.
Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib.
“Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, - İdarədən bildirilib.

Ardını oxu...
Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimləri - Xanım Həsənova , Könül Səmədli, Aybəniz Hacıyeva, Kəmalə İsrafilova, Elman Məmmədov, Nailə Aslanova və Aynurə Mehdiyeva tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Elm və Təhsil naziri Emin Əmrullayeva müraciət edir:

"Hörmətli Nazir!

Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində baş verən haqsızlıq, direktor Tariyel Əkbərovun özbaşınalıqları, dərs saatları kəsilən, Qərbi azərbaycanlı olduğu üçün təhqir olunan, səbəbsiz yerə töhmətlər alan, sertfikasiya imtahanlarında yüksək bal toplayan və sırf öz ixtisası üzrə təhsil alan, uzun illərdir çalışan müəllimlər olaraq, Sizdən xahiş edirik ki, səsimizə səs verin.

Sizə və nazirliyə, eləcə də Bakı Şəhər Baş Təhsil İdarəsinə çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq bu gün də məktəbdə direktor Tariyel Əkbərovun haqsızlıqları ilə üzləşirik. Direktor Tariyel Əkbərov birmənalı olaraq hər gün bizə hədə-qorxu gəlir, işdən qovmaqla hədələyir. Özünü məktəbdə direktor kimi aparmır və bizimlə dustaq kimi davranır. Bu da bizim səhhətimizə çox ciddi təsir edir.

Biz, Azərbaycan xanımları, müəllimləri, dövlətimizin gələcəyi üçün əsgər böyüdən anaları olaraq, direktorun xoşagəlməz davranışlarını müəllim adına ləkə kimi qiymətləndiririk.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə yazdığımız məktubların cavabsız qaldığını, köməksiz olduğumuzu görəndən sonra, yaranan problemlərlə bağlı direktor Tariyel Əkbərovun əleyhinə Elm və Təhsil Nazirliyi qarşısında etiraz aksiyası təşkil etdik.

Cənab Nazir!

Bizi nazirliyin əməkdaşları Həbib Kərimov və Məlahət Hacıyeva qəbul edib dinləsə də, şikayətimiz təmin olunmadı, məktəbdə olan problemlər öz həllini tapmadı. Əksinə, Tariyel Əkbərov bir az da qabağa gedərək, bizə daha çox hədə-qorxu gəldi.

Onu da qeyd edək ki, müəllim yoldaşımız Könül Səmədli çalışdığımız məktəbdə mənəvi terrorla üzləşir. O, şagird döyməklə bağlı direktor tərəfindən şərləndi. Araşdırılma aparıldı, heç bir kamera görüntüsü və sübut təqdim etməyi bacarmayan direktor bu yolla ikinci dəfə Azərbaycan müəlliminə qarşı haqsızlıq etdi.

04.04.2024-cu il tarixində Bakı Şəhər Təhsili İdarəsinin əməkdaşı Elşad Səfixanov məktəbə gəlsə də, bizim problemlərlə maraqlanmadı. Dərs saatlarımızın kəsilməsini, əsassız yazılan töhmətlər barədə qəti fikir söyləmədi. Qeyd etdiyimiz problemlərin həllinə səy göstərmədi. Bu qədər haqlı şikayət və problemlərdən sonra Elşad Səfixanov daha çox məktəbin direktoru Tariyel Əkbərovun vəkili kimi şikayətlərimizi əsassız hesab etdi.

Belə başa düşdük ki, bizim yazdığımız məktublar Sizdən gizlədilir, ünvana yetişmir və ya biz o məktəbdə işləməyə layiq deyilik.

Cənab Nazir!

Siz uzun illər təhsil sektorunda müxtəlif vəzifələrdə çalışmısınız. Çalışdığınız illər ərzində də müəllimlərin problemləri ilə kifayət qədər tanış olmusunuz. Biz əminik ki, tapdalanan hüquqlarımızın bərpa olunmasında, direktorun Azərbaycan müəlliminə olan hörmətsizliyini, müəllimlə ünsiyyət qura bilməməsini, etik davranış qaydalarını pozduğunu, dərs saatlarımızın kəsilməsini, eləcə də həmkarımız Könül Səmədlinin məktəbin müəllimi Bahar Kazımova tərəfindən "erməni" deyilərək təhqir olunmasını və direktor Tariyel Əkbərovun Xanım Həsənovaya, Kəmalə İsrəfilovaya, Aybəniz Hacıyevaya, eləcə də Könül Səmədliyə yazılan əsassız töhmətləri də araşdıracaqsınız. Buna tam əminik.
Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk. Xahiş edirik, bizə kömək edin".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin "qaynar xətti" ilə əlaqə saxladıq. Bildirildi ki, ancaq şikayətçi olan şəxslər məsələ ilə bağlı nazirliyə müraciət edib, cavab ala bilərlər.

Dünyapress TV

Xəbər lenti