Ardını oxu...
Mayın 3-də Baş Prokurorluğun Mətbuat xidməti “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yaydı.

Məlumatda qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Vidadi Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib Məhəbbət Abdullayev və digərləri ilə qabaqcadan əlbir olaraq faktiki işə gəlməyərək heç bir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçinin əmək haqqı kartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ardınca TƏBİB rəsmiləri “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”nın vəzifəli şəxslərinin həbs olunmasına münasibət bildirib. Qeyd olunub ki, “TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, – məlumatda bildirilib.

Aktualinfo.org xatırladır ki, bu kimi hallara TƏBİB-ə tabeli səhiyyə müəssisələrində çoxsaylı qanun pozuntularına yol verildiyi barədə son vaxtlar elektron mediada çoxsaylı məlumatlar yayılmaqdadır. Bu kimi məlumatlarda daha çox dövlət satınalmaları zamanı keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsindən, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmamasından, bağlanmış müqavilələrdə qiymətlərin süni şəkildə şişirdilməsindən, bir-iki aydan sonra isə müqavilə bağlanılan şirkətlərin ləğv edilməsindən bəhs edilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən 2023-cü ildə keçirilmiş bəzi kotirovka sorğularında da bir çox şübhəli məqamlar var. Onların hamısına toxunmayacağıq. Amma Xəstəxana tərəfindən bağlanılmış bir neçə satınalma müqaviləsi var ki, burada saxtakarlıqlara yol verildiyi açıq aydın görsənir.

Xəstəxana tərəfindən ən son keçirilmiş tenderlərdə qiymətlərin süni şəkildə şişirdildiyi açıq aydın görsənməkdədir. Belə ki, Xəstəxana mühafizə xidməti üzrə Daxili İşlər Nazirliyi Regional Mühafizə İdarəsi ilə 95.330 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.02.2024-cü il tarixdə açıqlayıb. Burada Xəstəxananın mühafizəsinə neçə nəfərin cəlb edilməsi, neçə postun mühafizə olunması bəlli deyil. Odur ki, qiymətlərin süni şəkildə şişirdildiyi açıq aydın görsənir.

Daha sonra, Xəstəxana bir mənbədən satınalma metodu tətbiq etməklə “Azərişiq” ASC ilə 200.000 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.02.2024-cü il tarixdə açıqlayıb. Kiçik bir xəstəxana üçün bu qədər enerji haqqı ödəmək çox deyoilmi? Müqayisə üçün 400 çarpayı yerlik Şirvan şəhər Mərkəzi Xəstəxanası elektrik enerjisinin alınmasına “Azərişiq” ASC ilə 190.000 manatlıq müqavilə bağlayıb, 118 çarpayılıq Ucar Xəstəxanası isə iki yüz min manatlıq. Xəstəxana tərəfindən qiymətlərin süni şəkildə şişirdildiyi burada da özünü açıq aydın göstərmirmi?

Ucar rayon Mərkəzi Xəstəxanasında şübhəli MMC-lərlə bağlanan digər satınalma müqavilələrinə də diqqət yetirək. Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi “ELAY-UĞUR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2023-cü ildə 3 satınalma müqaviləsi bağlayıb.

Nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarından mühərrik yağları,karobka yağı və antifiriz alınmasının satınalınması üzrə 7.700 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.08.2023-cü il tarixdə açıqlanıb.

Tikilinin cari təmiri üzrə 24.168,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 01.08.2023-cü il tarixdə açıqlanıb.

Katriclərin doldurulmasi və texniki xidməti üzrə 4.340 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 03.04.2023-cü il tarixdə açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELAY-UĞUR” (VÖEN 7401336761) Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində 24.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının UCAR RAYONU, UCAR ŞƏHƏRİ, OĞUZ, ev 15, m. 12 qanuni təmsilçisi kimi Yusifov Elvin Fizuli oğlu qeyd olunub.

Qeyd edək ki, UCAR RAYONU, UCAR ŞƏHƏRİ, OĞUZ, ev 15, m. 12 ünvanında Yusifov Elvin Fizuli oğlu ( VÖEN 7400363482) 28.o5.2013-cü ildən fiziki şəxs kimi 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Dövlət Vergi Xidmətinin məlumatlarında YUSİFOV ELVİN FİZULİ OĞLUNUN adına olan vergi borcu: 2636.12 manat təşkil edir. Qanuni təmsilşisi olduğu “ELAY-UĞUR” MMC-nin isə hazırkı günə 5105.56 manat vergi borcu var.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən tikilinin təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi fiziki şəxs Yusifov Elvin Fizuli oğlu olub və 10.721,96 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 07.12.2020-ci il tarixdə açıqlanıb.

Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarında fiziki şəxs Yusifov Elvin Fizuli oğluna məxsus VÖEN-in ( 7400363482) ləğv edildiyi göstərilir.

Göründüyü kimi Yusifov Elvin Fizuli oğlu fiziki şəxs kimi VÖEN-i ( 7400363482) ləğv edib, 24.01.2023-cü il tarixdə “ELAY-UĞUR” (VÖEN 7401336761) Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatından keçirmiş və Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi ilə ümumi dəyəri 36 208 manat 3 satınalma müqaviləsi bağlamışdır.

9 saylı Ərazi Vergilər İdarəsinin 30.12.2023-cü il tarixdli, 2309120026502500 nömrəli qərarı ilə “ELAY-UĞUR” MMC də riskli vergi ödəyicisi hesab edilmişdir.

Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarından və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Yusifov Elvin Fizuli oğlu ilə 2020-ci ildən əvvəlcə fiziki şəxs kimi daha sonra hüquqi şəxs kimi işbirliyində olub.

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о
cümlədən riskli əməliyyatların Meyarları”na əsasən risklə bağlı göstəricilərə əsasən satınalmalarda iddiaçı qismində iştirak ərizəsi verən fiziki və ya hüquqi şəxs riskli vergi ödəyicisi qrupuna daxil olmamalı, digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyəti olmamalı, riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları olmamalalıdır.

Göründüyü kimi Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarının tələblərini nəzərə almadan fiziki şəxs kimi VÖEN-i (7400363482) ləğv edilmiş Yusifov Elvin Fizuli oğlunun adına yaradılmış “ELAY-UĞUR” MMC ilə satınalma müqavilələri bağlamışdır.

Redaksiya çox çətinliklə də olsa “ELAY-UĞUR” MMC-nin qanuni təmsilçisi Elvin Yusifovla əlaqə yarada bildi. Şirkət rəhbərinin dediyinə görə burada hər hansı qanunsuzluğa yol verilməyib, mallar və xidmətlər tərəfimizdən vaxtında çatdırılmışdır. Ucar rayon Mərkəzi Xəstəxanası isə bir aydan çox keçməsinə baxmayaraq, ünvanladığımız sorğuya cavab verməyib.

Qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlıdır. Mətbuatda yazılanlara görə Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəkildə diplom əldə edən kimi qohumu, keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkimi, iki ildən sonra, 2007-ci ildə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib. Elə o gündən bu günə də Zeynal Bayramlı bu tibb ocağının başında durur. Sanki bura onun alnına yazılıb. Səhiyyə Nazirliyində struktur dəyişiklikləri baş verdikdən sonra, tibb müəssisələrinin TƏBİB -in tabeçiliyinə verilməsindən sonra da Zeynal Bayramlıya toxunan olmayıb. Bu heç də onun tibb ocağına yaxşı rəhbərlik etməsi ilə əlaqdar deyil. Bu onun arxasına duranlarla əlaqəlidir. Bir zaman Səhiyyə Nazirliyində onun arxasında duranlar indi də, TƏBİB-də durur.

Elektron media həmçinin yazır ki, Zeynal Bayramlının talaçılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır. Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var. Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib. Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib. Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır. Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır. Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır. Zeynal Bayramlının bahalı avtomobil xəstəsi olduğunu da yazırlar. Deyilənlərə görə onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.

Maraqlıdır Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ucar rayon Mərkəzi Xəstəxanasında da yoxlama apararsa ortaya nələr çıxar. Gəncə Xəstəxanasında vəzifəli şəxslərin yalnız 2021-2024-cü illərdə ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsi aşkar olunubsa, görəsən 2007-2024-cü illərdə Ucar rayon Mərkəzi Xəstəxanasında nə qədər dövlət vəsaiti mənimsənilib.

Aktualinfo.org
 
Ardını oxu...
“2014-cü ildən “Luxe Home” tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığında tikdilər. Sonradan keçdilər mənim evimin bir addımlığında ikinci binanı inşa etməyə. 2019-cu ildə mənimlə gəlib razılaşmadan, icazəmi almadan evimin 1 metrliyimdə 8 metr dərinliyində özül qazdılar. Mənim evim 3 mərtəbəlidir, üstü mansartlıdır. Bu evi o vaxt İcra Hakimiyyətinin və “Baksovet”-in sərəncamı ilə tikdirmişəm. Birinci evləri başladılar sökməyə, divarlarımı dağıdıb bərbad günə qoydular. Bizdə də evlər bir-birinə bitişik idi. Qonşunun divarını dağıdanda istər-istəməz mənim də evimin divarı zədələnirdi. Tikintinin səs-küyü evimizin içində idi. Səhər saat 6-dan axşam saat 6-ya qədər işləyirdilər. Axşamlar da beton gətirib tökürdülər. Nə gecəmiz var idi, nə də gündüzümüz. O binanı tikib qurtardılar. Bu biri tərəfində başladılar yenidən 8 metrlik özül qazıb, 2 mərtəbəli obyekt tikməyə. Heç bir icazələri falan yox idi. Mənim 3 tərəfdən bütün çıxışlarımı bağladılar. Bir qabağa çıxışım var. Nə divarlarımı təmir etməyə qoyurlar, nə də özləri edirlər. Dağıtdıqları evin görüntüsünü çəkib məhkəməyə verib deyirlər ki, “bu sakinin evi qəzalı vəziyyətdədir”. 2011-2012-ci illərdə tikdirdiyim evdir. Necə qəzalı ola bilər? Əraziyə gətirdikləri ekspertlərin hamısını rüşvətlə ələ alıblar, onlar da bunlar deyəni deyir”
Bunu Moderator.az-açıqlamasında Cəlil Rəşidov deyib. Şikayətçi iddia edir ki, bir çox yerlərə müraciət etsə də hələ də probleminə baxan olmayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Nəriman rayon məhkəməsi də onların diktəsi ilə qərar çıxarır. 4 il bundan olub məhkəmə. Nərimanov rayon məhkəməsi mənim 12 otaqlı 3 mərtəbəli evimə 3 otaqlı ev qərarı çıxardı. Apellyasiya məhkəməsinə müraciət etdim. O da göndərdi Məhkəmə Ekspertizası mərkəzinə. Ekspertiza mərkəzinin çıxardığı qərar onların xoşuna gəlmədi. Ərizələrini geri götürdülər ki, biz şikayətçi deyilik, imtina edirik, evi almırıq. Bundan sonra da mən onları məhkəməyə verdim. Apellyasiya Məhkəməsindəki hakim qərar çıxardı ki, şirkət imtina etdiyi üçün təkrarən onların bu mövzu ilə məhkəməyə müraciət etməyə ixtiyarı yoxdur. Yenidən Nərimanov rayon məhkəməsinə müraciət etdim. 1 il məhkəmə prossesi sürdü. Qarşı tərəf də iddia ərizəsi verdi. Hansı ki, onların ixtiyarı yox idi bu iddia ərizəsini versinlər və hakimin də ixtiyarı yox idi ki, buna baxsın. Hakim Nərgiz Tağıyeva mənim iddiamı ləğv edib, onların qanunsuz iddiasını saxladı. Onların satılmayan bir evləri var. 4 otağı ortadan bölüblər, 5 otaq ediblər. Üzr istəyirəm, nə ayaqyolusu var, nə “demaxod” u. Onu mənə təqdim etdilər, hakim də qərar çıxarıb. Ora da mən getmərəm. Apellyasiya məhkəməsinə vermişəm, o da uzana-uzana gedir. İndi ordan qurtarıblar. Mənə verdikləri 4 metrəlik yolun qarşısında, qapımdan 3-4 metrə aralıda yeni bina ucaldırlar. Eyni şirkətdir, sadəcə adını “Luxe Home inşaat” qoyublar. Digəri isə “Luxe Home” dir. Bu işlərin hamısı Şəhərsalma və Arxitektura komitəsinin sərəncamı ilə gedir. Əslində bu qurumun ixtiyarı yoxdur ki, insanlar ordan köçürülmədən sərəncam versin, amma veriblər. Hamısına müraciət etmişəm, heç bir xeyri də yoxdur. İndi düz başımızın üstündə ucaldırlar binanı. Qapıdan çıxmağa qorxuruq ki, başımıza nəsə düşər. Uşaqlar, böyüklər üçün təhlükəlidir. Nə setka vurublar, nə də bir şey. 2-3 dəfə yuxarıdan mismarlı taxtalar, armaturlar düşüb. Allah saxlayıb bizi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin qaynar xəttinə zəng edib məlumat vermişəm. Heç kim gəlib maraqlanmır, heç nə də etmirlər. O tikdikləri 2 mərtəbəli obyektin üstünü də penoplastır adlı yanan materialla örtüblər. Hansı ki, 2015-ci ildə cənab prezident bunu qadağan etmişdi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları ümumiyyətlə bu tərəfə çevrilib baxmırlar ki, o adamın nə problemi var?! Şirkətin rəhbəri də, həmin şirkətin vəkili də deyir ki, “biz hamısının hörmətini etmişik, nə istəyirsiz edin, siz məğlub olacaqsız!”. Hamı köçüb, bir tək mən qalmışam. Qonşularda 1 mərtəbəli ev idi, evləri pis vəziyyətdə idi. Mənimlə prinsip edirlər. “Luxe Home” evimi təhlükə ilə üz-üzə qoyub, uçurdur. Çox xahiş edirəm aidiyyatı qurumlar bu məsələyə bir çarə qılsınlar” deyə şikayətçi bildirib.
 
Ardını oxu...
Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib. Bu tədbir sözsüz ki, təqdir edilməli addımdır. Çünki bu gün Bakının yaşıllıqlar qədər ehtiyacı olan ikinci aktual məsələsi bəlkə də yoxdur. Xüsusən Nizami rayonunda ağacların əkilməsinə əşhədü ehtiyac var. Ona görə ki istər keçmiş icra başçısı Arif Qasımov, istərsə hazırkı rəhbər Coşqun Cəbrayılov yaşıllıqlara qənim kəsiliblər. Onların tamahının ucbatından Nizami kimi rayon, onun Qara Qarayev prospekti kimi əhəmiyyətli ərazisi səhraya, daşlığa çevrilib. Odur ki, Leyla xanımın təşəbbüsü ilə Nizami rayonunda ağacəkmə aksiyası keçirildiyi xəbərini görəndə qəribə bir təzadlı mənzərə gözlər önündə canlandı: bir yandan "İDEA" yaşıllıq salır, o tərəfdən acgöz məmurlar onların kökünü kəsir. Nizami rayonunda bu özbaşınalıqlar indiyə qədər davam etməklə ərazi keçəl və eybəcər görünür. Hara baxırsan çayxana, dönərxana, qab-qacaq satılan dükanlar, alt paltarı satılan mağazalar, xiyar, bibər, badımcan piştaxtaları, dənə siqaret satılan köşklər... Yəni tam eybəcər mənzərə. Bu şəraitə isə rayonun icra başçısı Coşqun Cəbrayılov səbəb olub. Onun səhlənkarlığı ucbatından nə yaşıllıq qalıb, nə səki. Arif Qasımovdan sonra gözlənti var idi ki, Coşqun Cəbrayılov Nizami rayonunda qanunsuz işləri dayandıracaq. Ən azı fəlakətin uzanmasının qarşısını alacaq. Di gəl, az qala hər həftə internet resurslarında yayımlanan görüntülərdən məlum olur ki, Qara Qarayev prospekti, digər ərazilər tikintilərin qurbanına çevrilir. Heç kimi inandıra bilməzlər ki, rayon rəhbərliyi bunlardan xəbərsizdir. Sadəcə, bir daş altda, bir daş üstə iş gedir. Artıq nə piyadalar üçün yol qalıb, nə ağac saxlanıb, nə boş ərazi var. İcra başçısı sanki xələfinin yarımçıq "işi" ni tamamlamaq üçün təyinat alıbmış. Hazırda Nizami rayonunda Coşqun Cəbrayılovun "əl işləri" var. Misal üçün 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Ümumiyyətlə "Vosmoy" bazarından metroya qədər sağ-sol yaşıllıqların məhv edilib daş-divar hörülüb obyektlər tikilməsi ilə müşayiət olunur. Beləliklə, Leyla xanım yaşıllıq salsın, icra başçısı da obyekt tikməyə girişsin. Ta buna nə ad vermək olar?!
Ardını oxu...
Üstəlik, təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakı özbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır?
Ardını oxu...
Çox maraqlıdır ki, Cəbrayılovun "qara kassa"sı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soyması iddiaları səslənir. O da maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir. Və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı?
Ümumiyyətlə, bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən “məharətlə” gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Qəribədir, Nizaminin adını daşıyan rayon kimlərin əlindədir? Ritorik suala adı keçən şəxslərin cavabı varsa, işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Anaxeber.info
 
Ardını oxu...
Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və Prezident İlham Əliyev istər Bakı şəhərində, istərsə də digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edən hər kəsə ciddi tapşırıqlarını verir. Yəni, ölkə rəhbəri tapşırığını verir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Möhtərəm Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkəmizin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaqvə ictimai nəzarət daha da artırlacaq. Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə Eldar Əzizov qeyd edir ki, “Son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, bəzi icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və hətta onlar qanunsuz tikintilərin geniş vüsət almasına şərait də yaradırlar”.
Ardını oxu...
Möhtərəm Prezidentin və BŞİH başçısının bu yöndə verdiyi ciddi tapşırıqların varlığına baxmayaraq, hələ də Bakı şəhəri, Yasamal rayonu ərzisində həyata keçirilən tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək mümkün deyil. Məsələn, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-195 ünvanında inşaası həyata keçirilən yeni tikili ilə bağlı müəyyən məlumatlar daxil olub. Daxil olan məlumatlar əsasında əməkdaşlarımız qeyd olunan ünvanda olur və onlar ətraf ərazidə yaşayan sakinlərdən lazımi məlumatlar da əldə edirlər. Ümumi söz-söhbətlər zamanı əməkdaşlarımız öyrənə bilirlər ki, qeyd olunan ünvanda inşaası həyata keçirilən tikili ilə bağlı rəsmi dövlət qurumlarından lazımi sənədlər alınmayıb. Bu da o deməkdir ki, ətrafı müəyyən örtüklə bağlanmış həmin tikilinin inşaası qanunsuz həyata keçirilir. Bundan əlavə, daxil olan məlumatlarda o da qeyd olunur ki, həmin tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə əməl olunmur və belə bir səbəbdən də, ətrafa xoşagəlməz səs-küy yayılır, sakinlərə müəyyən narahatçılıqlar yaradılır. Bu da ətraf ərazidə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olmaqdadır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, qeyd olunan ünvanda inşaası həyata keçirilən tikinti işlərinin hansı əsaslarla həyata keçirilməsinə aydınlıq gətirilməsi üçün, Yasamal RİH-nə sorğu məktubu ünvanlayıb cavablandırılmasını xahiş etsək də, təəssüflər olsun ki, adı çəkilən bu dövlət qurumdan cavab əldə edə bilmədik. Bu da onu ehtimal etməyə əsas verir ki, həmin tikiliyə “krışa”lıq edən Yasamal RİH Aparatıdır. Əgər bu belə deyilsə, o halda cənab Elşad Həsənovun icra başçısı olduğu bu dövlət qurumundan redaksiyamıza hansısa formada cavab verilərdi.

Bütün bunlar onu göstərir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-195 ünvanında qanunsuz həyata keçirilən tikinti işlərinin davam etdirilməsi, bu gün də RİH rəhbər şəxslərinin maraq dairəsi çərçivəsində atılan addımlardır. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan, verdiyi tapşırıqlardan irəli gələn tələblərə müəyyən mənada əməl olunardı. Faktdır ki, bu gün əməl olunmur və bunun başqa bir izahı yoxdur. Deməli...
Mövzuya qayıdacağıq.

GundemXeber.Az
 
 
 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hazırkı vəziyyət elədir ki, tikinti üçün Komitəyə müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir...

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.

Dövlət Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material bir neçə həftə əvvəl yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işlərə icazə verir. “Maklerlər”dən kənar gələn müraciətlər isə aylarla hətta illərlə Ramin Abdullayevin masasının üstündə qalır və daha çox süni maneələr yaraılır.
Ardını oxu...
O zaman bu məmur və onun rəhbərlik etdiyi Mərkəz kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.

Adının çəkilməsini istəməyən bir şikayətçi bildirib ki, Ramin Abdullayevin daha çox pullar qazanmaq meyli sahibkarları narazı salmaqla yanaşı, eyni zamanda, Bakı şəhərində yöndəmsiz tikililərin sayını da artırmaqdadır. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin hazırkı vəziyyət elədir ki, tikinti üçün bura müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir. Bakı şəhərinin baş planının olmamasını bəhanə gətirərək tikintilərə icazə verməyən bu qurumun rəsmiləri çox vaxt istəklərinə nail olurlar.
İnternet üzərindən apardığımız araşdırma zamanı, o da məlum olub ki, Bakı şəhərində tikilən əksər binaların təməlinə tikintiyə nəzarət edən şəxslərin aldıqları haram pullar dayanır.

Məlumata görə Ramin Abdullayev maddi marağı olan yerdə, bəzən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi də aldatmağa cəhd edir.
Başqa bir mənbə saytımıza bildirib ki, “bina tikintisinə icazə bazarı” uğrunda illərdir apardığı savaşda Ramin Abdullayev istəyinə nail olub. Belə ki, uzun illər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud ilə Ramin Abdullayev arasında gizli mübarizə gedirdi. Ramin Abdullayev 28.12.2021-ci il tarixində Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmaqla Rüfət müəllimə “qalib gəlib” və “tikintiyə icazə bazarı”na nəzarəti tam ələ keçirib. Həmən müddətdən bina tikmək isdəyən şəxs hökmən Ramin Abdullayevin “bığının altından” keçməli olur.
 
Ardını oxu...
Abşeron rayonunun Masazır kəndində tikilən obyektin sahibi yol kənarındakı ağacların “soyqırımı”nı həyata keçirib.

Oxu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Yayılan görüntülərdə obyektin tikintisi zamanı binanın qarşısında ağaclar müşahidə edilsə də, bir müddət sonra çəkilmiş videoda həmin ağaclar gözə dəymir.

Videonu təqdim edirik:

 
 
Ardını oxu...
Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) barəsində ilginc məlumatlar yayılıb.

İddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olub. Bu tenderlər barəsində yerli mediada onlarla yazılar dərc edilib. Hacıbala Abutalıbovla Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində yetərincə yazılar yazılıb.

Bu böyük tenderlərdə qalib olub, milyonlar qazanan Ramazan Mirzəyevlə yeni iddialar isə onun Şəbnəm Tovuzlu ilə olan münasibəti ilə bağlıdır. Belə ki, məlumata görə, Ramazan Mirzəyev Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Mirzəyev özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.

Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Ramazan Mirzəyev Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 min manat dəyəri olan avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:

“Sosial şəbəkədə yazırlar ki, “Şəbnəm xanım ailə dağıdır”. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var”.
Mənbə: Minval.info
 
Ardını oxu...

DogruXeber.az: - Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin biznesinin siyahısı yayılıb.

Civilazerbaijan.com bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Həmin siyahını təqdim edirik:

Tikdirdiyi yaşyiş binaları:

- BAKIXANOV REZİDENS A
- BAKIXANOV REZİDENS B
- BAKIXANOV REZİDENS 1
- BAKIXANOV REZİDENS 2
- BAKIXANOV REZİDENS 3
- FİRELAND
- FİRELAND2
- RAMANA REZİDENS
- BRİLLİANS REZİDENS 1
- BRİLLİANS REZİDENS 2

Yeni yaşayış binaları layihələri:

- BAKIXANOV ZƏFƏR1
- KOROĞLU REZİDENS

Avtomobil satış mərkəzləri:

- PORSHE BAKI MƏRKƏZİ
- AUDİ BAKI MƏRKƏZİ
- CHERY BAKI MƏRKƏZİ
- GEELY BAKI MƏRKƏZİ

Şirkətlər:

- ƏFƏNDİLƏR GROUP
- ƏFƏNDİLƏR MMC
- EURO STYLE LTD. MMC
- "YENİ SABUNÇU" MƏNZİL TİKİNTİ KOOPERATİVİ
- "YAŞIL CONSTRUCTİON" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ
- "BƏRGÜŞAD-Ş" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ
- AVTOMOBİL TƏMİRİ MƏRKƏZİ

"Volkswagen AG"nin Azərbaycanda rəsmi dileri (Nizami r-nu, Babək prosp. 35 A Bakı)

- CAFE CAYENNE (57 Üzeyir Hacıbəyov, Bakı).//civilazerbaijan.com

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...


Ardını oxu...
"Mən bilirəm ki, mənim maaşımdan 80 manat kəsilməlidir. Bunu özüm bilirəm, amma mənim maaşım bu ay hamısı kəsilib. Burda Hafiz müəllim, mənim rəisim Rövşən müəllim dedi ki, sənin artizanın xarab olub, ona görə bu ay maaşımın hamısı kəsilib."

"DogruXeber.az" bildirir ki, bu sözləri redaksiyamıza göndərilən videomüraciətdə Ağdam rayon sakini Rüstəmov İxtiyar Böyükkişi oğlu deyib.

O, bildirir ki, Ağdam Mexaniki suvarma idarəsində işləyir. Hər dəfə artizanlarda nasazlıq yarandığında təmiri üçün 80 manat onun, 124 manat sahə rəisi Rövşən adlı şəxsin maaşından tutulur. Bu dəfə isə "sənin artizanın xarab olub" deyərək, onun bütövlükdə maaşı kəsilib.

İnsanın öz hüquqlarını bilməməsinin yaranan ən böyük fəsadlardan biri də məhz Ağdam rayonunun bu sadəlövh, zəhmətkeş sakini İxtiyar Rüstəmov kimi haqqının əlindən alınmasıdır. Sahə rəisinin də maaşından "onunkundan daha çox tutulması" nağılına o, qədər ürəkdən inanıb ki, fürsət tapmışkən, öz dərdi ilə bərabər, onun da "dərd"ini ictimailəşdirməyi özünə borc bilib.

Amma, bu saf insanın "dili bu dəfə başına bəla olub". Redaksiyamıza deyilən məlumata görə, onu gileyləndiyi üçün işindən azad etməklə təhdid ediblər.

Belə çıxır ki, Ağdam Mexaniki suvarma idarəsinin rəisi - eyni zamanda rayonun Xındırıstan kənd sakini Hafiz Əzimzadə səlahiyyətindən Sui-istifadə edərək, həmyerlisini həm ələ salır, həm də onun hər dəfə müxtəlif bəhanələrlə, sözün əsl mənasında "çörəyini əlindən alır"mış.

Yəqin, yayılan görüntülər isə bu "çörəyin əldən çıxması təhlükəsi"ni yaratdığı üçün, vətəndaşın "gözünü qorxutmaq fürsəti"ni də yoxlamaq istəyiblər. Hər halda, əldə etdiyimiz məlumata görə, vətəndaş özü bu barədə görüntüləri bizə göndərən şəxsə bildirib.

Görünür Zaur Mikayılovun istər Bakı və Sumqayıt şəhərləri ərazisində, istərsə də bölgələrdə fəaliyyət göstərən əməkdaşları vəzifə səlahiyyətlərinin hər detalından "səmərəli" istifadə etməkdə mahirdirlər. Amma, Hafiz Əzimzadə daha da irəli gedərək, işin "ağını çıxarıb.



Redaksiyamıza edilən müraciətlərdən, göndərilən məlumatlardan, eləcə də müxtəlif saytlarda dərc olunan vətəndaş şikayətlərindən və sair bəlli olur ki, Zaur Mikayılov rəhbərlik etdiyi "Melorasiya və Su Təsərrüfatı" ASC -ni - Dövlət Su Ehtiyatları Agentliyini şəbəkə biznesi kimi idarə edir.

Onsuzda Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Xəlilov nümunəsi, tutduqları vəzifədən necə istifadə etməyin, hansı yollarla yüksək gəlir əldə etməyin, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyev və onun işçisi Kənan bəy nümunəsi vətəndaşlarla kobud davranışların, onları təhdid və təhqir etməyin aşkar sübutudur sanırdıq, amma, sən demə onlardan da irəli getməyə cəsarət edən daha bir "qəhrəman" - Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə var imiş.

Yəqin, bu cəsarəti Hafiz Əzimzadəyə verən, illərdir korrupsioner əməlləri ilə mətbuatda gündəm olan Əhliman Kərimovu, Dövlət əmlaklarına ziyan vurmaq və digər vasitələrlə gəlir əldə edən Tahir Xəlilovu, Vətəndaşlarla məmur adına yaraşmayan şəkildə rəftar edən Etibar Nəbiyevi edilən şikayətlərə, yayımlanan faktlara rəğmən prokurorluq və aidiyyatı qurumun rəhbəri Zaur Mikayılovun hələ də qanunla cəzalandırmaması verir.

Adı çəkilən idarələrdən - Zərdab və Kürdəmir rayonunda təmirə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi yüz minlərlə qiyməti olan texnikaların yararsız vəziyyətdə qalmasına, lazımi işlərin (suvarma arxları və kollektorların təmizlənməsi) vaxtında aparılmamasına səbəb olur. Hafiz Əzimzadə isə bu barədə daha "geniş düşünərək", həm təmir üçün ayrılan vəsaiti "çırpışdırmağ"ın, həm də yerli sakinlər bundan duyuq düşüb, sikayətçi olmasın deyə, problemi aradan qaldırmağın yolunu tapıb - hüququnu bilməyən əməkdaşların əmək haqqından kəsmək.

Yeri gəlmişkən, Şəmkir rayon Sarıtəpə kənd sakini Abbasəli İbrahimovun redaksiyamıza göndərdiyi videoda bu rayonda da uzun illərdir su görməyən və artıq dolmaq üzrə olan kollektorların, ərazi üzrə mexaniki suvarma idarəsinin təmirinə 60.000 (altmış min) manat vəsait xərcləndiyi deyilən (ən azından rəsmi sənədlərdə bu cür qeyd edilən) emalatxananın və bu emalatxananın ətrafında susuzluqdan məhv olmuş əkin sahələrinin görüntüləri öz əksini tapıb.

Vətəndaş dövlət büdcəsindən külli miqdarda vəsait xərclənərək alınan su nasoslarının istifadə olunmadığını deyir.

Maraqlıdır ki, bütün bunlara və rəhbərlik etdiyi idarənin Kənan adlı məsul əməkdaşının vətəndaş Abbasəli İbrahimovu telefonda təhqir etməsinə çox sərbəst reaksiya verən Şəmkir Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyevin mövqeyini öyrənmək üçün zəng etdiyimizdə, həmçinin ona, dediklərimizə dair görüntülərin və səs yazısının mövcud olduğunu bildirdiyimizdə birdən qanunları xatırladı. Səs yazmağın qanunsuz olduğunu deyib, bundan özünə haqq qazandırmaq üçün ipucu kimi istifadə etməyə çalışdı.

Demək ki, Etibar müəllim qanunları da, qanunda vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətə ziyan vurmağın cinayət əməli olduğunu da gözəl bilir.

O, zaman sual yaranır, bu arxayın, sərbəst "fəaliyyət"in arxasında dayanan səbəb nədir?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tibb məntəqəsi acınacaqlı vəziyyətdədir.
21 saylı birləşmiş şəhər xəstəxanasının nəznində olan tibb məntəqəsi hazlrda 2 saylı uşaq poliklinikasi kimi fəaliyyət göstərir.
Maraqlısı isə odur ki, binanın birinci mərtəbsi Mənzil İstismar Sahəsinindir, 2-ci mərtəbəsi isə poliklinikanın…
Bizimlə danışan tibb işçisi bu sınıq-tökük məntəqədə 7000 xəstəyə baxıldığını deyir.
TƏBİB-dən isə əksi bildirildi. Yəni, hazırda 21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi fəaliyyət göstərmir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu tibb məntəqəsi uzun illərdir bu vəziyyətdə fəaliyyət göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Dünyapress TV

Xəbər lenti