Bir neçə gün bundan öncə "TikTok" femoneni olan İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) ittihamları ilə həbs həyatı yaşamış "Baboş" ləqəbi ilə tanınan Babək Cabbarovun yaşadığı Bərdə rayonuna onun milyoner dəstəkçisi "TikTok"da "Quseynoff_009" ləqəbi ilə tanınan Emin Hüseynovun bahalı "Gelandewagen" maşını ilə gəlməsi demək olar gündəmi və sosial şəbəkələri zəbt edib.
"Azərbaycan Reallığı"na sözügedən milyoner fanatla bağlı təsdiq olunmuş bir neçə məlumatlar daxil olub.
Həmin şəxs Göygöl şəhəridə yerləşən “Quseynoff vodka” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəridir. Hal-hazırda onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ittihamı ilə cinayət işi başlanılıb, etibarlı mənbənin məlumatına görə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) (Saxta aksiz markalarının dövriyyəsi) (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və (Vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Satış obyektində aparılmış axtarışlarla sözügedən müəssisəyə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Həmçinin onun barəsində bir neçə ay bundan öncədə Gəncə şəhərində dostu ilə birlikdə şəhər sakininin üzərinə hucum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna görə də Cinayət Məcəlləsinin 221.2.1 ittihamı ilə məhkum olunublar
" ,,Azəriqaz" İstehsalat Birliyində və Qaz İxrac İdarəsində 2009-cu ildən sonra belə bir adət-ənənə yaranıb: köhnə, tam təkmilləşmiş işçilər sıxışdırılıb çıxarılır və yaxud da "ağzına kilid vurulur". Vəzifələrə savadsız, yaltaq, iş bilməz keçmişi ləkəli, abonentlərə qarşı qəddarlığı ilə seçilənləri gətirirlər". Bu barədə dia-az.info-ya edilən müraciətdə deyilir. Müraciət müəllifləri eyni zamanda sözügedən idarədə böyük yeyinti faktını da ortaya çıxarıblar ki, bu da gərəkən qurumların diqqətini mütləq cəlb edəcək.
Narazı işçilər yazır: "Qurğu və avadanlıqların əksəriyyəti texniki tələblərə cavab vermir. 1958-ci ilin avadanlıqlarını rəngləyib, texniki cəhətdən istismara yararlı göstərirlər.
Təsərrüfatdan xəbərsiz işçiləri attestasiya edir, istismardan xəbərsizlər rəhbərlik edir. Hətta Departament rəisləri də var ki, anlayılşları yoxdur bu sahədən...
Kimliyindən aslı olmayaraq hansısa rayona icra başçısı təyin edilən zaman, ölkə Başçısı şəxsən özü təyin ediləcək şəxsi qəbul edir. Qəbul zamanı təyin edildiyi rayonda insanlara xidmət etməyi tapşırır və onlardan əvvəl rəhbər olmuş şəxslərin etdiyi səhvləri etməməyi tapşırır. Yox əgər tövsiyyələri dinləməyib eyni səhvləri etsələr onları, onlardan öncə icra başçısı olmuş şəxslərin aqibəti gözləyir.
Amma görnür Anar Tağıyev ölkə başçısı ilə görüşdə ona edilən tövsiyyələri dinləməyibdi. Əgər elə olmasaydı A.Tağıyev təyinatından indiyənə kimi etdiyi səhvləri etməzdi.
Anar Tağıyevin icra başçısı olduğu şəhərdə şikayətlərin ardı arası kəsilmir.
Bu gün Yevlax rayonundan paylaşılan görüntü isə bardağı daşıran son damla oldu.
Belə ki, Yavlax rayonunun mərkəzi küçələrinin birində yerləşən binanın baş tərəfinə vurulmuş Ulu Öndər Heydər Əliyevin şəkli yarasız vəziyyətə düşüb. Amma nədənsə başı başqa işlərə qarışan Anar Tağıyev o, şəkli görmür. Bu isə özmnövbəsində Müstəqil Azərbaycanın qurucusuna qarşı hörmətsizlikdi.
Görəsən Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?
Azəriqaz İB Lənkaran RQİS, Lerik XS-dən yazdılar: Problem - Azəriqaz İB Lənkəran RQİİ-nin 7 xidmət sahəsi var, Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsüvar xidmət sahələri, Bildiyimiz kimi, vətəndaşların fərdi elərində kütləvi surətdə texniki baxışlar aparılır. və bu texniki baxış aktları bir bir skan olunaraq abonentin yeni yaradilmiş müayinə aktlar bazasına işlənilir. Umumiyyətlə bu xidmət sahələrinin əmlakinda olan kompyuter vasitələri coxda yaxşı vəziyyətdə olmamasini nəzərə alib Birlik tərəfindən hər xidmət sahəsinə 1-ədəd HP markalı yeni nəsil kompyuteri ayrılıb. Lakin Lerik XS-nin rəisi tərəfindən öz istifadəsində olan köhnə kompyuteri satış xidmətinə verib özü isə təzəni götürüb otaqda film seyr edir. Onu da qeyd edirik ki, təzə kompyuterdə 2 dəqiqə ərzində 1 akt müayinə bazasina işlənilməsi mümkün olsa da köhnə kompyuterdə bu proses 6-8 dəqiqəyə başa gəlir. Təklif və xahiş! Azəriqaz İB rəhbərliyi ayrilan kompyuterlərin paylama cədvəlinə uygun kompyuterləri paylayin əgər bu kompyuterlər müayinə aktlarının işlənməsi üçün gəlibsə onu icra edən işciyə verin və nəzarət edin Mirvari Gahramanli TEREF
“Masallı Elektrik Şəbəkəsinin əməkdaşları qanunsuz olaraq obyektimə gələn elektrik xəttini kəsmək istəyirlər”
Bu sözləri Masallı rayonu Ərkivan qəsəbə sakini Əliyev İbrahim Nağı oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, nüsxəsi - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova göndərilən şikayət məktubunda yazılıb.
Bir nüsxəsi də Asiya.az-a daxil olan şikayət məktubunu təqdim edirik:
“Cənab Prezident! Şikayətim Masallı Elektrik Şəbəkəsindəndir. Çıxarışla mülkiyyətimdə olan qeyri yaşayış sahəsinə qonşuluqda yerləşən sahibkara məxsus transformatordan üç fazalı 15 kVt-luq elektrik xətti çəkdirmişəm. Obyektimdə elektrik enerjisi təminatında “güc çatışmazlığı”, işıqların yanıb-sönməsi barədə məlumat almaq üçün 14.02.2024-cü il tarixdə “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi müraciət etdim. Mənə bildirdilər ki, müraciətiniz qeydə alındı. Sizə cavab məktubu gələndən sonra yaxınlaşarsınız. Mənə SMS gəldi və mən yenidən “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə yaxınlaşdım. Burada mənə bildirdilər ki, 995 manat pul ödəyəcəyim təqdirdə tranformatora baxış keçirə bilərlər. Maddi imkanım olmadığından bu istəyimdən imtina etdim. Üzərindən üç ay keçdikdən sonra Masallı Elektrik Şəbəkəsinin əməkdaşları mənə təhdid və təziq altında həmin 995 manat pulu zorla ödətdirmək istəyirlər. Ödəməyəcəyim təqdirdə obyektimə gələn elektrik xəttinin kəsiləcəyi ilə məni hədələyirlər. Açıq-aşkar bildirirlər ki, hara istəyirsən şikayət et, qorxumuz yoxdur. 23.04.2024-cü il tarixində mən təkrarən “Azərişıq” ASC-nin ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi ərizə ilə müraciət edərək 14.02.2024-cü il tarixdəki ərizəmin nəzərə alınmamasını xahiş etdim. Həmin ərizəm dərhal portala yerləşdirilmişdir. Lakin yenə də Masallı Elektrik Şəbəkəsinin əməkdaşları öz qanunsuz əməllərindən əl çəkməyərək mənə əsassız və qanunazidd olaraq obyektimə gələn elektrik xəttinin kəsiləcəyi barədə bildirişlər göndərirlər.
Cənab Prezident! Belə məmurlar sizin siyasətinizin əksinə “xidmət” edən şəxslərdir. Sizdən bir vətəndaş, bir sahibkar olaraq xahiş edirəm, qanun bilməyən, rayonumuzda reket fəaliyyəti göstərərək sahibkarları bezdirən, onları şantaj edən “Azərişıq” ASC-nin əməkdaşları barədə qanuna müvafiq ölçü götürülməsi üçün tapşırıq verəsiniz."
TEREF olaraq sahibkar tərəfindən ittiham edilən “Azərişıq” ASC-nin mövqeyini dərc etməyə hazırıq.
“MRT-lik işiniz olsa, Kəpəz klinikasına qəti üz tutmayın. 155 manatımızı aldılar. MRT-də dişə dəyəsi normal, açıq təsbit yoxdur”. Tribunainfo.az bildirir ki, jurnalist İradə İsaq bu məlumatı yayıb. “Aparatları köhnədir, ya həkimləri zəifdir, bilmədim. Amma pulumun belə heyif olduğunu görmək ağırdır. Mən yandım, siz yanmayın, arxadaşlar! Paylaşın, bu camaat yazıqdır, tora düşməsinlər. Kəpəz Hospital bu nə MRTdir?” – deyə çağırış edib.
Redaksiyamıza müraciət edən vətəndaş N.Baxşəliyeva (Ad və soyadları şərti verilib – red.) bildirir ki, estetik bədən şəkilləndirmə əməliyyat etdirmək üçün "Azer Türk Med" kilnikasında plastik-cərrah həkimi Ülviyyə Ağazadəyə müraciət edir lakin əməliyyat zamanı vətəndaşın vəziyyəti sözün əsil mənasında dözülməz həddə çatır.
Fotolardan aydın olur ki, əməliyyat edən şəxs bəlkə ixtisasca da həkim olmayıb. Vətəndaş N.Baxşəliyeva bildirir ki, əməliyyata getdiyi gün vəziyyəti pisləşib, çox qan itirib və həkimə zəng ediblər ki, gəl xəstəyə bax həkim Ülviyyə xanım həmin vaxt uşaqına ad günü keçirdiyi üçün telefonu söndürmüşdü. "Gecə saatlarında təziqim aşağa düşdü, böyrəklər süzmürdü, vəziyyətimin ağır olduğunu görüb səhərə kimi başımın üstə baş tibb bacısı nəzarət edirdi, vəziyyətimin ağır olduğu vaxtda nə həkim nədə reamataloq gəlmirdi. Dəfələrlə analizlərin cavabın istəsək də vermirdilər, yaxınlarım sizi polisə verəcəm təhdidindən sonra analizlərin cavabın ala biliblər, məlum olub mənim yaşamağ ehtimalım çox azdı hətta saatlar qalıb. Bundan sonra əl-ayağa düşüb təcili yardım çağırıblar, məni Qarayevdə yerləşən "Liv Bona Dea" Hospitalına aparıblar. Ülviyyə həkimdə dedi konfortun üçün ora yaxşıdı. O hospitalın xəstəlik rəyin görəndən sonra sözün əsil mənasında şoka düşdüm. Sən demə məni bura bütün orqan çatışmamazlığı diaqnozu ilə gətiriblər. Mənə trombosit iynələr vurdular ki, qanım dayansın. N.Baxşəliyeva məsələ ilə bağlı dərhal Səhiyyə Nazirliyinə şikayət etsə də hələdə bir cavab ala bilməyib. Mən KİV və adiyyəti qurumlardan mənə köməklik göstərmələrin xahış edirəm" deyə N.Baxşəliyeva bildirib./azerbaycanreallığı/
Gundemxeber.az olaraq azda adı çekilən qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Lakin Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar və Nərimanov bələdiyyəsi sözügedən məsələdən xəbərsizdirlər. Artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq “ekoloji genosid”ə çevrilib.
Tribunainfo.az xəbər verir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb. Tikinti şirkətindən birdirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb. Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin, tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib. Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər “COP 29” ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır.
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib. Yeniavaz.com xəbər verir ki, “Araz” marketdən un alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşdığını bildirir. Binəqədi rayon sakini deyir ki, vitrində endirimdən sonra qiyməti 1 manat 99 qəpik olan 2 kiloqramlıq unun kassada qiyməti 2 manat 99 qəpik olub. Daha bir diqqət çəkən məqam isə odur ki, vitrindəki açıqlamada unun qiymətininin 42% endirimlə satıldığı yazılıb. Açıqlamadan belə görünür ki, unun qiyməti əvvəl 3 manat 48 qəpik olub və 25 aprel-8 may tarixləri aralığında qüvvədə olacaq endirim zamanı 1 manat 99 qəpiyə satılacaq. Lakin, qeyd etdiyimiz kimi, məhsulun kassadakı qiyməti 2 manat 99 qəpik olub. Qeyd edək ki, bu ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib. Bildirilib ki, “Araz” marketdə qeyri-qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb. Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” MMC-yə bağlıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-dən sonra – bu ilin mart ayında OBA market barəsində də eyni səbəbdən protkol tərtib edib. Xatırladaq ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur. 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur. Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb. Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar. Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o halda insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Belə bir səbəbdən də, tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar və fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər. Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilir. Elə ki, bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üzüzə qalırlar ki, son anda onlar öz məqsədlərindən daşınmalı oldular. Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdikləri qərar da, bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər. Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibətlə üzüzə qalan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən "Moskva" kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırır və binanın giriş qapıları bərk-bərk qıfıllanır. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşür və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmır. Qeyd edək ki, Əbülfəs Qarayevin nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada "Moskva" kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumatlar yayıldı. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığı üçün, söküntü işlərinin dayandırıldığını açıqladılar. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən bu yöndə məlumatlar hansı “başbilənlər”in hansı maraqları əsasında dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, "Moskva" kinoteatrı tamamilə tarmar edilib) Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, "Moskva" kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qurduqları işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində yeni yaşayış binası tikməyi planlaşdırdıqları danışılır. Bütün bunlar onu söyləməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyət kəsb edən mədəniyyət obyektinin ələ keçirilməsi üçün, vaxtında öz dəstəyini əsirgəmir. Sual oluna bilər ki, nəyə görə "Moskva" kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasim adlı şəxsin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının əsaslı səbəbləri var. Bəli, yuxarıda qeyd etdiyimiz kimi "Moskva" kinoteatrının “qara günləri”nin əsası 2006-cı ildən qoyulur. Belə ki, həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı hal o odur ki, həmin vaxtlarda bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması haqda heç bir xəbər verilmir. Bir sözlə,“Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara günlər”inin əyani sübutudur. Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə və s. edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.