Ardını oxu...
Onun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur...

Keçən il aprelin 14-də Kənd Təsərrüfatı Naziri təyin edilən Məcnun Məmmədovun nazir kimi fəaliyyətə başlamasının 1 ili tamam olmasına baxmayaraq, hələ də qurumda ciddi islahatlara başlamayıb.

AzFakt xəbər verir ki, buna baxmayaraq ötən həftə nazirin əmri ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub. Məlumata görə Məcnun Məmmədov rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını dəyişməkdə qərarlıdır. Çünki bu mərkəz direktorlarının içərisində elələri var ki, haqqında çoxsaylı şikayətlər, narazılıqlar olsa da vəzifələrini qoruyub saxlaya biliblər.

Qeyd edək ki, bunlardan biri də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovdur. İki naziri Heydər Əsədov və İnam Kərimovu yola salan Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun nazir Məcnun Məmmədovla işləyəcəyi isə sual altındadır.

Bildirək ki, Heydər Yaqubov 2015-ci ilə qədər Sabirabad icra başçısının Aqrar məsələlər üzrə müavini vəzifəsində işləyib və daha sonra yaradılan Kənd təsərrüfatı idarəsinin müdiri təyin edilib. 2018-ci ildən isə Sabirabaq Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyir.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, işdən çıxarılacaq Dövlət Aqrar İnkişaf Mərkəz direktorları siyasında Heydər Yaqubovun adı ilk sıralardadır. Çünki neçə ildir Sabirabad sakinləri Heydər Yaqubovdan o cümlədən ölkə mətbuatı vasitəsi ilə də müxtəlif instansiyalara şikayətlər etməkdədirlər.
Mənbəmiz qeyd edir ki, bu şikayətlərə və Yaqubovun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə yuxarıda adını çəkdiyimiz nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur. Çünki Sabirabad sakinləri iddia edirlər ki, Heydər Yaqubovun himayədarı Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovdur və Zeynalovun KTN-də mövqelərinin hələ də güclü olduğu bildirilir. Bu üzdən də Heydər Yaqubovun bütün şikayətlərə və narazılıqlara baxmayaraq vəzifəsində qalması mümkündür.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Ardını oxu...
Kürdəmir rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Xəlilovun əvvəlki və hazırkı fəaliyyəti dövründə "özünəxidmət" yolları barəsində məlumat vermişdik.

"DogruXeber.az" xəbər verir ki, Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri idarəsində 6 aylıq müdir stajı keçən və elə bu qısa müddətdə də idarənin operatorlarından birinin iş zamanı baş vermiş ölüm hadisəsini "məharətlə" ört-basdır edərək, Kürdəmir rayonuna "transfer" olunan Xəlilovun barəsində redaksiyamıza daha bir neçə məlumatlar və görüntülər daxil olub.

Görüntülərdən belə məlum olur ki, təmiri üçün hər il dövlət büdcəsindən filan qədər pul ayrılan və anındaca "hopstop" edilən təkcə Mollakənd mexaniki suvarma idarəsinin Çərtəyəz kəndində yerləşən və xarabalığı xatırladan emalatxanası deyil, eyni zamanda Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin 10-larla istismara yararsız, daha doğrusu təmirə ehtiyaclı texnikaları da var. Hansı ki, görüntüləri bizə göndərən mənbə bir ildir bu texnikaların işləmədiyi, lakin onların təmiri və yanacağı üçün mütəmadi olaraq, dövlət büdcəsindən pul ayrıldığını deyir. Onun sözlərinə görə yüz minlərlə qiyməti olan bu dövlət əmlaklarının operatorları texnikaların təmiri üçün idarənin müdiri Tahir Xəlilova dəfələrlə müraciət etsələr də, o, "mənə lazım olanda düzəldib, işləyəcəm" cavabını verib.

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun milyonçu müavini Rafiq Quliyevin hami durduğu bu "ərköyün" oğlan bəlli ki, rayonun ərazisindəki kollektor və su kanallarının təmizlik işlərini həyata keçirmir.

"Metallom həyəti"ni xatırladan istismar yararsız bu texnikalar Tahir Xəlilov fəaliyyətinin bariz nümunəsidir. Kimsəyə sirr deyil ki, bütün Suvarma Sistemləri idarələrinin bütün texnikalarının təmiri və yanacağı üçün dövlət büdcəsindən mütəmadi olaraq, müəyyən məbləğlər ayrılır. Elə isə maraqlıdır, vaxtaşırı kollektivinin "sevimli simaları" ilə restoranlarda ziyafət təşkil etdiyi deyilən "şahzadə" Xəlilov bu məbləğləri yoxa çıxarmaq üçün hansı "sehr növü"ndən istifadə edir ki, bu vaxta qədər ona "gözün üstə, qaşın var deyən olmayıb?"

Yox, bu sehr gücü də deyil əslində.

Yeri gəlmişkən, mənbənin redaksiyamıza bildirdiyinə görə milyonçu müavin Rafiq Aslanovun himayəsinə sığınan Tahir Xəlilov, eyni zamanda Zaur Mikayılovun keçmiş iş yoldaşı olub, yəni onun da hiper marketdə bir ticarət keçmişi var.

"Market" deyib, keçməyin. Görünür keçmişi Xəlilovun həyatının ən böyük şansı olub ki, bu gün o, əli cibində, dövlətin büdcəsinə "düdük uzadıb", havayı pulları doya-doya sovurur. Elə bu "havadan gələn" sorğu-sualsız pulların verdiyi özgüvəndir ki, bu gün o, işçilərlə də, vətəndaşlarla da, mətbuat nümayəndələri ilə də nə səmimi, nə də hüquqi əsaslarla danışmağı bacarır. Əlləri rüşvətə alışan, beyinləri yalnız pul qarşılığında hərəkət etməyə çalışan Tahir Xəlilov da, onun həmkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov da "hər dərdə kontur pulu ilə dərman tapacaqlarını" zənn edirlər. Söz yox ki, biraz da burada hamilərinin varlığından qaynaqlanan "yekəxanalıq" var.

Əlbəttə, qurumun rəhbəri Zaur Mikayılovun iş yoldaşı olmaq şansı Tahir Xəlilov kimi və Rafiq Aslanov kimi tələbə yoldaşı, olmaq şansı Əhliman Kərimov kimi hər adama qismət olmur...

Amma, atalar misalıdır, "balığın ömrü sudan çıxıncadır"...

Haqqında bəhs etdiyimiz "balıqların suda hələ uzun müddət qalmaları şansı" onların həm də yüksək alver bacarığına söykənir. Belə ki, yerli əhali tərəfindən "Yanacaqdoldurma məntəqəsi" kimi tanınan Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da Tahir Xəlilov kimi "geniş ticarət əlaqələri " mövcuddur. Texnikaların, emalatxananın və sair təmiri, avadanlıqların alınması, yanacaq sərfiyyatı və sair adları altından dövlət büdcəsindən "əkişdirdiyi" pullardan əlavə, işə işçilər götürmək, həmçinin idarənin texnikalarını - yeni dövlət əmlaklarını iş adamlarına gündəlik icarəyə verməklə də cibini doldurur. Hələ öz yaxınlarının adların rəhbərlik etdiyi idarədə "işlə təmin edib", cibində gəzdirdiyi "ölü canlar"ın maaş kartlarını demirik. Hansı ki, xatırlayırsınızsa, bütün bunlar barəsində idarənin keçmiş əməkdaşı tərəfindən"DogruXeber.az" bildirilən məlumatları diqqətinizə çatdırmışdıq.

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yerli "Yezid ordusu" fermerlərə zülm edir - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Yerli sakinlərin redaksiyamıza bildirdiyinə görə bütün qanunsuz əməllərinin ifşa olunmasına rəğmən Zərdab rayon Suvarma Sistemləri İdarəsinin nə strukturunda, nə də heçolmasa müdürü Əhliman Kərimovun fəaliyyətində zərrə qədər dəyişiklik yoxdur.

"Köhnə hamam, köhnə tas"...

"Tələbəlik illərinin şansı" bu gün də onu müşaiyət edən "bəxtəvər" müdür dövlətin milyonlar xərclədiyi idarə və əmlakları ilə özünə sərvət toplamaqda davam edir.

Necə deyərlər, itirən dövlət, qazanan Zaur Mikayılov, Rafiq Aslanov, Əhliman Kərimov, Tahir Xəlilov və eləcə də Zaur Mikayılovun digər bir çox rayonlara müdür təyin etdiyi şəxslərdir. O, şəxslər ki, Əhliman Kərimovun, Tahir Xəlilovun "pul qazanmaq metodları"ndan istifadə edərək, yalnız özlərinə xidmət edir və çox böyük "canfəşanlıq"la vətəndaşları dövlətə qarşı qaldırmağa çalışırlar.

Dövlətin büdcəsini və əmlaklarını qəddarcasına dağıdıb, ölkənin vətəndaşlarına vəzifə borcları olan xidməti göstərməmək, şikayətçi olan şəxslərə isə "get kimə deyirsən de " deyərək, kimsədən, hətta qanunlardan qorxan insanlara qanunlardan belə qorxmadıqları aşkar göstərmək o, insanları məqsədli şəkildə dövlətin qanunlarına və dövlətə qarşı qaldırmağa köklənmiş fəaliyyət olduğunu göstərir.

Bu isə o, deməkdir ki, ölkə başçısının ona göstərdiyi etimadı sözügedən qurumun rəhbəri Zaur Mikayılov birinci növbədə məhz ölkə başçısının özünün və dövlətçiliyin əleyhinə istifadə edir. Hakimiyyətin mənbəyi olan xalqı əlindəki səlahiyyətlərdən istifadə edərək, dövlətdən və hakimiyyətdən narazı salmağın başqa adı yoxdur.

Zaur Mikayılov və onun komandası kimi məmurların bu cür dırnaqarası xidmətləri narazı xalqa "bu ölkənin yiyəsi yoxdur, olsa bunlar belə at oynamazdılar" dedizdirirsə, bu hakimiyyətin xalq arasındakı nüfuzuna məmurlar tərəfindən məqsədli şəkildə xələl gətirməkdir.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40a ünvanında çoxillik zeytun ağacları kəsilib.

Bu barədə Pravda.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, əvvəlcə ərazi hasarlanıb, tikinti yekunlaşdıqda isə, yaşıllıq məhv edilib.

Müraciətlərdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələni nəzarətə götürüb. Hazırda ərazidə yaşıllaşdırma işləri həyata keçirilir.

Sakinlərin narazı qaldığı məqam isə odur ki, Birlik zeytun əvəzinə, şam ağacları əkir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Pavda.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ünvandadır.

"Əməkdaşlarımız tərəfindən aparılan ilkin araşdırmaya əsasən ərazidə 14 ağacın kəsildiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Hazırda kəsilən ağacların yerinə ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən yeni ağac tingləri əkilir", - İ.İbrahimova qeyd edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İmişlidən bir fermer http://xn--biz-boyukmillet-lgg.com/ xəbər saytına müraciət edib.
Bizdən əvvəl demək olar ki bütün dövlət təşkilatlarına şifahi və yazılı şikayət edib.
Amma dərdinə əlac tapmayıb. Həmin fermer "Mərhəmət" fermer təsərrüfatının icraçı direktoru Mehtiyev İsmayıl İman oğludur.
O bildirir ki, 2003-cü ildən İmişli rayonunun Aranlı kəndi ərazisində Dövlət Torpaq Fonduna məxsus 250 hektar örüş sahəsi icarəyə götürüb.
Heyvandarlıqla məşğul olub. 2018-ci ildə icarə müqaviləsi yenilənərək müddət uzadılıb. Lakin rayona yeni təyin olunmuş icra başçısı Elçin Rzayev və ətrafı onun fəaliyyətinə hər vəchlə mane olmağa başlayıblar.
Ardını oxu...
Deyirlər, icarə müqavilən əsassızdır. Halbuki 2003-2018-ci illər arası və ondan sonrakı illərdə də bu örüş sahəsinə görə fermer İsmayıl Mehtiyev tərəfindən dövlətə pul ödənilib. Bu barədə bank qəbzləri, haqq-hesab sənədləri var.
İllərlə bu torpaq sahələri örüş kimi istifadə olunub. İndi birdən-birə təyinatını dəyişdirmək fikrinə düşüblər.
Çünki icra başçısı Elçin bəy özünü xan hesab edir. Müavini Ruslan Məmmədovla birlikdə kefləri istədikləri kimi qərar qəbul edirlər.
Bir adam, dövlət orqanı da bunlara dayan demir. Heyvandarlıq üçün ayrılmış əraziləri əkinçiliyə yönəldir.
İş o yerə çatıb ki, İmişlidəki suvarma kanallarına müdaxilə etdirib suyun axınını örüş sahələrini buraxıb oraları batırıb təsərrüfata ziyan vururlar.
Nədənsə respublikanın heç bir baş idarəsi, nazirliyi və s. bunlara qarışmır. Axı cənab Prezident İlham Əliyev dəfələrlə sahibkarlara şərait yaradılmasının, onları həvəsləndirməyin əhəmiyyətini deyib, onların işinə yersiz müdaxilələrin, yoxlamaların qarşısının alınmasının vacibliyini bildirib.
Amma yerlərdə Elçin Rzayev, Ruslan Məmmədov və onların əl buyruqçuları öz qanunlarını işə salıblar.
O qədər harınlayıblar ki, kəndli sahibkarı, əli qabarlı adamları icra başçısının müavini Ruslan Məmmədov kimi məmurlar jurnalistlərin yanında hədələməkdən də çəkinmirlər.
Ruslan bəy fermer İsmayıla ultimatum verib ki, bir aya ərazini tərk et, onsuz da çıxardacayıq. Örüşün ətrafını artıq düyü əkinçilərinə verib. Elə onların əli ilə də "Mərhəmət" müəssisəsinə maneələr yaradır.
İsmayıl Mehtiyev xahiş edir ki, onun şikayətinə əlaqədar təşkilatlar, hüquq-mühafizə orqanları bir daha baxsınlar. Çünki rayon ərazisindəki müxtəlif idarələrin səlahiyyətli şəxsləri icra başçısının sözündən çıxmırlar və ya sadəcə ona qarşı hər hansı tədbir görməkdən çəkinirlər.
Bir neçə gün əvvəl boyukmillet.com olaraq İmişliyə getdik, şikayətçi İsmayıl Mehtiyevi dinlədik, təsərrüfatına baxış keçirdik. İcra hakimiyyətinin qarşısında gileyli adamların çoxluğu diqqətimizi cəlb etdi.
Çox insan hətta korrupsiya ittihamı ilə həbs olunmuş sabiq icra başçısı Vilyam Hacıyevin hazırki rayon rəhbəri Elçin Rzayevdən insaflı olduğunu bildirir, onun ölənlərinə rəhmət oxuyurdular.
Bir sözlə, rayonun indiki durumu çox acınacaqlıdır. Bunun əsas səbəbkarı da heyvandarlıqla əkinçiliyi ayıra bilməyən, yaxud bunu istəməyən icra başçısı Elçin Rzayev və komandasıdır.
Dövlət başçısının tapşırıq və tövsiyələrini qulardına vuran İmişli icra başçısı əvvəl Əmlak Komitəsində, sonra isə Bakının Yasamal rayon İcra Hakimiyyətində birinci müavin postunu tutub.
Daha sonra İmişliyə təyinat alıb. Ölkəyə səs salmış korrupsiya qalmaqalından sonra kresloya oturmasına görə gözləmək olardı ki daha məsuliyyətlə işləyəcək, lap keçmişdə nə edibsə də indi heç olmasa gözü qorxar. Ancaq Elçin Rzayevin gözü doymur desək daha dəqiq olar.

 
 
 

Ardını oxu...
İş vizası ilə ölkəni tərk edənlər çoxdur. Rəsmi statistika bu haqda susur. Ölkədən xeyli insan bu yolla gedib. Onlar daha çox Polşa və Litvaya üz tutublar. İsveçə gedənlər də az deyil. Getmək istəyənlər daha çoxdur. Amma iş vizası əldə etmək heç də asan görünmür. Həm də ona görə ki, ortada xeyli dələduz fırlanır. Onlar müxtəlif plazalarda ofis götürür, sosial platformalarda reklam yerləşdirirlər. Beləcə, çoxlu müştəri cəlb olunur. İş vizası da "alınmır" ki, alınmır.
Bizimyol.info xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşlardan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

Sosial platformalarda diqqətli istifadəçilər hər iki şəxsin adını eşidib. Xüsusilə Sevinc Aslanovanı tanımamaq mümkün deyil. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda məhz onun rəhbəri olduğu məhdud məsuliyyətli cəmiyyətin ofisinə müştərilərin hücumu diqqət çəkirdi. Sevinc Aslanovanın böyük məbləğdə vəsaitləri mənimsədiyi iddia edilirdi. İndi haqqında çoxsaylı şikayətlərin olduğu şəxslərin saxlanıldığı bildirilir.

Viza dələduzluğu o qədər geniş yayılıb ki, sosial platformalarda bununla bağlı qruplar yaradılıb. Nə qədər dələduzun adı çəkilir. Hiss olunur ki, insanlar həm çarəsizlikdən xaricə getmək istəyir, həm də aldanacaqlarından qorxurlar. Çünki indiyə qədər minlərlə şəxsin pulu batıb. İnsanlara Avropada işləmək üçün uyğun viza təşkil edəcəyini deyənlərin əksəri dələduzdur. Həmin şəxslərin heç Avropa ilə əlaqələri də yoxdur. Ofis açıb yüzminlərlə dollar vəsait toplayırlar. Günlərin birində yoxa çıxırlar.

Burada adam ən çox aldananlara görə pis olur. Ölkədə normal iş imkanları olsa, heç kim tanımadığı şəxslərə iş vizası üçün son qəpiyini verməz.
 
Ardını oxu...
"Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov rayonda birncidir, amma..." Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yəni ki, adı çəkilənin İdarəsində "ölü" canlardan tutmuş, yararsız maşınları təmir adı altında pul ayrılması, yararsız maşınlara yanacaq silinməsi, kənd sakinlərinin suvarmadan istifadəsinə əsassız pul tələbi, Tender elan edərək görülməyən işlər vardır.
Göygöl rayonunun Suvarma kanallarına təmir adı altında maliyyə ayrılaraq görülməyən işlər var ki, öz təsdiqini araşdırılsa ortaya çıxır.

Rayon sakinlərinin İsmayıl Əvəzovun hələ bu rayonda, bu sistemdə əvəzi olunmaması öz təstiqini tapmaqdadır.

2020 ci ilin sonlarına yaxın təyin olunan İsmayıl Əvəzov, rayonda özmaraqlarına uyğun işləyir. Digər məlumatlara görə sözü gedən lopa bığ kişi, levi xəttlər çəkilməsinə rayon ərazisində müəssisələrə imkan yaradaraq kobud qanun pozuntusu etmişdir.
Onun işlədiyi dövrdə 1 milyondan çox Tender elan edərək maliyyə əldə olunması, rəsmi olaraq əldə etmişik. tenderlərin hansı şirkətlə bağlanması, bağlanan şirkətin gördüyü işləri araşdırılmağa, Göygöl rayon Suvarma Sistemləri İdarəsinin maliyyə şöbəsinin yoxlanılmasına, Audit tələbinə ehtiyac olması mövcuddur.

İsmayıl Əvəzov 2020-ci ilin sentyabr ayından rəis təyin olunduğu Göygöl Suvarma Sistemləri İdarəsi 1 milyon manatdan çox tender müqaviləsi imzalayıb.

Maraqlıısı bundadır ki, tenderlərin hər biri eyni tərkiblidir.

Son 2021-ci ildən bu günə kimi imzalanmış tender müqaviləsinin siyahısını təqdim edir:
2023-cü ildə…

"GRAND MOTORS COMPANY" QSC - Lot 4 Avtomobil və Torpaqqazan mexanizimlərin ehtiyat hissələrinin satın alınması - Məbləğ: 37.895,06 AZN

Bildirək ki, nizamnamə kapitalı 2000 AZN olan QSC-nin qanuni təmsilçisi FƏRHAD NƏZƏROV NADİR OĞLUdur.
İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARI TƏMİR QURAŞDIRMA- SAZLAMA İDARƏSİ ilə - “Lot-5 Xanarx kanalının beton üzlüyünün (PK 33+00-93+00 L=6.0 km) təmiri üzərindəki qurğularla birlikdə” (işin davamı) - Məbləğ: 108.080,95 AZN

2022-ci ildə...
"ART-PROJE" MMC ilə - Lot_3 Subartezian quyularının və nasos stansiyaların cari təmiri üçün ehtiyat hissələrinin satınalınması - Məbləğ: 101.999,21 AZN

Bildirək ki, nizamnamə kapitalı 1370010 AZN olan MMC-nin qanuni təmsilçisi ƏKRAM ƏLİYEV MUSA OĞLU OĞLUdur.
2021-ci ildə...
SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə - "Lot 4 - Kanal və arxlarda ekskavatorla və buldozerlə lildən təmizləmə işlərinin satınalması" - Məbləğ: 87.237,4 AZN

"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 2 - Nasos stansiyası və subartezian quyularının cari təmiri üçün mal-materialların satınalınması" - Məbləğ: 109.085 AZN

"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 3 - Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satınalınması" - Məbləğ: 75.016 AZN

GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ 1 MİLYONUDAN

İşin gülünc tərəfi sözügedən MMC-nin nizamnamə kapitalə cəmi 2 AZN-dir. Qanuni təmsilçisi isə PƏRVANƏ XƏLİLOVA ADİL Qızıdır.

"GRAND MOTORS COMPANY" QSC ilə - "Lot 6 - SD-20 buldozerinin cari təmiri üçün işlərin satınalması" - Məbləğ: 16.517,64 AZN

GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ - "EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 8 - Xan arx kanalının əsaslı təmiri üçün mal-material və avadanlıqların satınalınması" - Məbləğ: 284.341,99 AZN

EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 5 - Çaylarda çay mərcalarının təmizlənməsi üzrə buldozerlə götürüləcək işlərin satınalması" - Məbləğ: 34.838,91 AZN

"EMV GROUP" QSC-nin nizamnamə kapitalı 100000 AZN, qanuni təmsilçisi XALİD MƏMMƏDOV NƏRİMAN OĞLUdur.
"AZ TORQ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 9 - 4 ədəd subartezian quyusunda yeni kalonun qazılması,elektrik təsərüfatının təmir və abadlıq işlərinin görülməsi işlərinin satınalınması" - Məbləğ: 117.886,72 AZN

Sözügedən tenderdə qalib olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ELVİN ƏMİROV MİRSƏFTƏR Oğludur.

Aidiyyəti qurumlardan Göygöl rayon Suvarma Sistemləri İdarəsinin Maliyyə şöbəsinin araşdırılması xahiş olunur. Əsas olaraq qeyd edək ki, bu qurumu Hesablama Palatası, Maliyyə Nazirli araşdırılmasını öz üzərinə götürərək Audit tərəfindən həqiqətlərin doğruluğunu isbat etməlidir".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

    

Ardını oxu...
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.

AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib. “Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.

Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir: “Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”.
 
Ardını oxu...
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması üzrə dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender müsabiqəsinin nəticələrini açıqlayıb. Qurum qalib seçdiyi “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə 14.520.813,31 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.04.2024-cü il tarixdə elan edib.

Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli, 1756 saylı fərmanı ilə adları çəkilən rayonlarda əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərməsi məqsədi ilə yaradılıb.

Bəs dövlət qurumunun qalib seçdiyi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var?

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.04.2011-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67, qanuni təmsilçisinin isə Aslanov Loğman Fərəc oğlu olduğu göstərilir. Hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu da müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, MMC ötən il Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçirilmiş dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan daha bir neçə açıq tenderin qalibi olub.

“Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması üzrə 45.739.887,62 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 04.12.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanılması tarixi 01.12.2023-cü il, bitmə tarixi isə 27.09.2024-cü il tarixlərə müəyyən edilib.

Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması üzrə 4.100.259,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat işin başlanma tarixindan üç ay sonra, 22.11.2023-cü ildə dərc edilib.

Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması üzrə 2.312.079,19 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat iş bitdikdən sonra, 22.11.2023-cü ildə dərc edilib.

Göründüyü kimi “19 saylı Tikinti Təmir İdarəsi” MMC son beş ayda Qarabağın işğaladan azad edilmiş kənd və qəsəbələrinin bərpa edilməsi üzrə ümumi olaraq 67 milyon manat civarıda dövlət sifarişi alıb. Bəs MMC bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı? Adətən böyük şirkətlər rəsmi portalını yaradaraq özləri haqqında geniş, hərtərəfli məlumatlar yerləşdirirlər. Amma milyonlarla manat dəyərində dövlət sifarişləri alan MMC-nin nəinki rəsmi bir veb-səhifəsi, hətta heç sosial şəbəkələrdə belə bir hesabı yoxdu.

Qeyd edək ki, “19 saylı tikinti təmir idarəsi” MMC məhhkəməyə də verilib. medianın 05.04 2024-cü ildə yaydığı məlumata görə MMC ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciəti “Advanced industrial solutions” şirkəti edib. Mahiyyəti icarə müqaviləsi üzrə mübahisələr olan iş hakim Fərman Həmidlinin icraatındadır. Bəs 23.04.2024-cü il tarixdə bu MMC 15 milyon manat civarında tenderi necə uda bilib?

Elektron mediada “19 saylı Tikinti Təmir İdarəsi” MMC -nin qanuni təmsilçisi olan Aslanov Loğman Fərəc oğlu barədə yayılan məlumat diqqətimizi çəkdi. Cəbrayıl rayonundan məcburi köçşkün Aslanova Səfurə Yusif qızı hüquq mühafizə orqanlarına etdiyi müraciətdə yazır ki, Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(001) 6418/2013 saylı icra sənədinə əsasən 19 avqust 2013-cü il tarixdən, 13 sentyabr 2006-cı il tarixdə ana- dan olmuş, əkiz Aslanov Hüseyn Loğman oğlu və Aslanova Zeynəb Loğman qızına hər birinin 18 yaşa çatanadək saxlanması üçün Aslanov Loğman Fərəc oğlundan hər ayda 103 (bir yüz üç) manat, cəmi iki uşağa 206 (iki yüz altı) manat (hal-hazırda Binəqədi məhkəməsi aliment 234 manat olmaqla, dəbbə və faiz pulu hesablanmışdır) sabit pul məbləğində aliment tutularaq tələbkar Aslanova Səfurə Yusif qızına ödənilməsi barədə məhkəmə qərar qəbul etmişdir. Cənab İ. Əliyevə müraciət edildikdən sonra Binəqədi rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Binəqədi rayon məhkəməsinin 04 dekabr 2015-ci il tarixdə 2(001)6418/2013 qətnaməsi ilə Aslanov Loğman Fərəc oğlu 7(yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Evə köçürülməyimə dair məhkəmə qərarı olmasına baxmayaraq Aslanov Loğman kilidi dəyişdirib məni və uşaq-larımı evə buraxmırdı. Atam Baş İcra Məmuru N.Mustafayevin qəbulunda olub və mənim ərizəmi Baş Məmura təqdim edib. Hal-hazıra kimi heç bir addım atılmamışdır. Dəfələrlə yazılı və şifahi L.Aslanovun iş yeri haqqında T.Süleymanova şəxsən məlumat verilmişdir, lakin heç bir nəticəsi olmamışdır.

Göründüyü kimi “19 saylı Tikinti Təmir İdarəsi” MMC -nin qanuni təmsilçisi olan Aslanov Loğman Fərəc oğlu övladlarına aliment verməkdən yayınan bir şəxsdir. Öz övladlarına belə ögey münasibatdə olan bir şəxsin şirkətdə çalışan fəhlələrlə necə rəftar etdiyini şərh etməyə artıq ehtiyac qalmır. Ümumiyyətlə görəsən bu şirkətin müqavilə ilə işləyən işçiləri varmı, yoxsa günəmuzd fəhlə toplayıb işlədirlər. Göründüyü kimi bu şirkətin fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Bu kimi çatışmayan cəhətlərlə bu şirkət 5 ay içində 67 milyon manat civarıda dövlət sifarişini necə ala bilib? Barəsində heç bir məlumat olmadığından bu sifarişləri şirkətə kimlərsə tərəfindən verilməsi qənatinə gəlmək olar. Bunun arxasında gizli qüvvələr var. Bunu aşağıdakı araşdırmamaız da təsdiq edir.

Qeyd edək ki, MMC-nin daha bir şübhəli tərəfi qeydiyyatda olduğu hüquqi ünvanla bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hüquqi ünvanı QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Qusar rayonu, Qusar şəhəri Karl Marks (hazırda Rövşən Nurullayev) küçəsi 67 ünvanında MMC-nin müxtəlif vaxtlarda qanuni təmsilçiləri olmuş Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu və Aslanov Loğman Fərəc oğlunun heç biri burada seçicilərin siyahısında yoxdur və ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının sədri Vahid Hacıyevdi. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Fəaliyyəti ilə bağlı heç bir məlumat olmayan “19 saylı Tikinti Təmir İdarəsi” MMC -yə 5 ay ərzində milyonlarla manat dövlət sifarişi vermiş dövlət qurumun Müşahidə Şurasının üzvləri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov görəsən bu barədə nə düşünürlər?

Aktualinfo.org
 
 


 
Ardını oxu...
Cəlilabad rayonu, Muğan kənd sakini Əli Əhmədov xəstə olmasına baxmayaraq, bu ilin yanvar ayında hərbi xidmətə göndərilib.
Bu barədə Bakupost.az -a onun atası Vüsal Əhmədov bildirib.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən şikayətçi olduğunu deyib:
"“Oğlum Əli Əhmədov 25 yanvar 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən ordu sıralarına çağırıldı. Ordan da Sərhəd Qoşunlarının Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə göndərildi”.
V.Əhmədov deyib ki, övladı 4 gün sonra qızılcaya yoluxub və vəziyyəti ağırlaşıb:
“Dörd gün sonra oğlumda yüksək temperatur müşahidə edilib və o, hərbi hissənin tibb məntəqəsin yerləşdirilib. Vəziyyəti ağırlaşdığı üçün dərhal Bakıya Sərhəd Qoşunlarının hərbi hospitalına göndərilib. Hospitalda bir neçə gün müalicə aldıqdan sonra onuSərhəd Qoşunlarının Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanasına göndəriblər. Uşaq qızılcadan təxminən bir aya yaxın müalicə olundu”.
Onun sözlərinə görə, xəstəxanada həkimlər övladının səhhətində problemlər olduğunu aşkar ediblər:
“Müalicə aldığı müddətdə həkimlər oğlumu müayinə edərkən onda digər xəstəliklərin də olduğunu aşkar ediblər. Belə ki, övladımın bel tir sümüyündə əyrilik, gözündə zəiflik, qulağında ağır eşitmə və döş qəfəsində xəstəlik aşkar edilib. Bütün bu xəstəliklər onun tibbi sənədlərində qeyd olunub. Övladım fevralın 29-da hospitaldan Göytəpədə yerləşən hərbi hissəyə göndərilib”.
V.Əhmədov deyib ki, Əli daha sonra Göytəpədən Yevlaxa hərbi hissəyə yola salınıb və burda onun ordudan tərxis olunmasıyla bağlı qərar qəbul edilib:
“16 gün hospitalda qaldıqdan sonra hərbi hissə rəhbərliyi mənimlə əlaqə saxladı və bildirdilər ki, övladınız xəstədir, ordudan tərxis edirik, gəlin, uşağınızı aparın. Mən də gedib övladımı ağır vəziyyətdə hərbi hissədən gətirdim”.
V.Əhmədov hazırda övladını müalicə etdirdiyini deyib:
“Hələ də övladımın müalicələri davam etdirilir. Yarımçıq olub. Səhhətində ciddi problemlər var. Özüm isə əkinçiyəm, başqa heç yerdən gəlirim yoxdur. Banklara borcum var və elə övladımın da müalicəsini borcla edirəm”.
V.Əhmədov iddia edir ki, övladının səhhətində problemlər olduğunu bilə-bilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi onu əsgər göndərib:
“Mənə hərbi hissədən xəstəliyi ilə bağlı sənəd və hərbi bileti verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gedib sənədləri masanın üstünə qoyanda mənə dedilər ki, “bu xəstəliklər övladında necə çıxa bilər, axı biz onu müayinə etmişdik”. Hələ bizi borclu çıxarırlar. Ona görə Baş Prokurorluğa, məhkəməyə şikayət edəcəm. Övladımın xəstə olduğunu bilə-bilə ordu sıralarına göndərdilər və indi də yarımçıq edib üstümə qaytarıblar”.
Şikayətçinin səsləndirdiyi iddialarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsiylə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan telefon zəngimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Xeyli müəddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsində fəaliyyət göstərən 271 №li tam orta məktəbdə baş verən qalmaqalları, narazılıqları, dedi-qoduları və s-ni. sanki ölkəmizin təhsil sahəsində baş verən biabırçılıqlar içərisində ən yaddaqalan hadisələrdən biri hesab etmək olar.
Ardını oxu...Ardını oxu...
Bu təhsil müəssisəsi ilə bağlı YouTube kanallarında yayımlananlara da diqqət yetirməklə, məhz Səbinə xanım Qasımovanın rəhbərlik etdiyi 271 №li tam orta məktəbdə formalaşan ab-havanın varlığına lazımi qiyməti vermək olar.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, 1985-ci ildən fəaliyyət göstərdiyi qeyd olunan bu məktəbdə yaşananlarla bağlı, bir neçə gün bundan öncə deryaz.az xəbər portalının redaksiyasına da xeyli məlumatlar daxil olmuşdur. Daxil olan məlumatlar sırasında məktəbin direktoru ilə ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı arasında davam edən çəkişmələr daha çox diqqəti cəlb etməkdədir. Bəli, ötən yazımızda da qeyd etmişdik ki, ibtidai sinif müəlliməsi Səltənət Bağırova 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak edir və həmin vaxt o, 40 imtahan balı, 21 müsabiqə balı toplayır. Buna baxmayaraq, ötən ilin sentyabrından Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləyə bilmir. Onun bu gün ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçdiyi bildirilir. Baxmayaraq ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq rəsmləşdirilib və onun adına ibtidai-sinif müəlliməsi olaraq əməkhaqqı da yazılır. O halda sual oluna bilər ki, sertifikasiya imtahanında 40 imtahan balı, 21 müsabiqə balı, yəni üstüstə 61 bal toplayan müəllimənin bu cür rəzil duruma salınmasına səbəb nədir? Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, məktəbin elə müəllimləri var ki, onlar sertifikasiya imtahanında cəmi 28-32 bal toplasalar da, direktor həmin müəllimləri siniflə təmin edib. Üstüstə 61 bal toplayan Səltənət Bağırova isə, bir neçə ildir ki, sinifsiz qalıb.

Onu da qeyd edək ki, beş il bundan əvvəl direktorun təlim-tərbiyə işləri üzrə müavini Ofeliya Arazova Səltənət Bağırovaya “Bilirsənmi, sinif müəllimlərini valideyinlər seçirlər. Hələ ki, valideyinlər səninlə bağlı müraciət etməyiblər, əgər pul verərsənsə, o halda sənə də sinif düzüb qoşa bilərəm” deyir. Belə olan halda Səltənət Bağırova məcbur olub Ofeliya Arazovaya 5 (beş) min manat rüşvət verildiyi bildirilir. Pul veriləndən sonra guya ki, valideyinlər seçim edirlər və onlar Səltənət Bağırovanı da “seçirlər” . O, iki il ibtidai sinif müəlliməsi işləsə də, iki ildən sonra valideyinlər onu yenidən “seçmirlər”. Artıq 3 (üç) ildir ki, Səltənət Bağırova ibtidai sinif şagirdlərinə yalnız texnologiya fənnindən və musiqidən dərs keçməklə məşğul olur. 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova bilir ki, ona nə sinif, nə də ki, normal dərs saatı verməyəcəklər. Həmin vaxt Ofeliya Arazova ona “mən direktora nə deyim?”. Həmin vaxt Səltənət Bağırova bir daha məcbur olub Ofeliya Arazovaya 600 manat pul verir. Bunun qarşılığında isə ona nə sinif, nə də ki, normal dərs saatı vermirlər. Verilən pulu isə müavin direktorla öz arasında bölür. Söz yox ki, istər 5 min manat, istərsə də 600 manat pulun verilməsi söz-söhbəti Səltənət Bağırova tərəfindən redaksiyamıza çatdırılan məlumatlardır.

271 №li tam orta məktəbdə baş verən biabırçılıqlardan biri də, hansı ki, müəllimlərin sertifikasiya imtahanında iştirak edən və cəmi 28 bal toplayan Sahilə müəllimənin dərs keçdiyi 4-cü sinifin, təqribən iki ay bundan əvvəl dağıdılması olur. Düşündürücü hal odur ki, bu gün həmin sinif yoxdur və şagirdlər digər siniflərə köçürülsələr də, rəsmi sənədlərdə dağıdılmış sinif fəaliyyət göstərən sinif kimi rəsmləşdirilir. Yəni, dağıdılmış sinifə aid əmək haqqı yazılır və əldə olunan pullar da mənimsənilir. Bu məktəbdə 7-ci saatın dərsləri və əlavə məşğələlər keçilmir. Dərs saatlarını və məşğələləri direktor özünə yaxın bildiyi müəllimlətin adlarına yazır. Həmin dərs saatlarına və məşğələlərə görə alınan pulları, müəllimlər sonradan direktora çatdırırlar. Məktəbin dörd nəfər ibtidai sinif müəlliməsi sertifikasiya imtahanından keçə bilməsələr də, onlar iki “oklad” dəsrs saatı ilə təmin olunublar. 61 bal toplayan Səltənət Bağırovaya isə, normal dəsr saatı verilmir. Səbəb?

Bir faktı da qeyd edək ki, ötən il “Müəllimlər günü” ilə bağlı məktəbin valideyin komitəsi pul yığır. Həmin vaxt İranə Babayeva adlı valideyin pul yığılmasına qəti etirazını bildirir və o, pul vermir. Çox keçmir ki, İranə Babayeva hiss edir ki, həm onun özünə qarşı, həm də məktəbli övladına qarşı münasibət çox dəyişib. O, bu il də “Müəllimlər günü” ilə bağlı valideyin komitəsinə pul verməkdən imtina edir. İranə Babayevanın belə bir yanaşmasından sonra, 271 №li tam orta məktəbin rəhbərliyində təmsil olunan Təranə Məhəmmədova ilə, onun arasında əməlli-başlıca insident yaşanır. Hətta, məktəbin koridorunda tərəflər arasında baş verən qarşıdurmalar YouTube kanallarında da yayımlanır.

Bu gün ölkə gündəmində 271 №li tam orta məktəbin adının daha çox hallanmasına səbəb olan amillərdən biri də, məktəbin 10-11-ci sinif şagirdlərindən tam əksəriyyətinin sinif üzü tanımamaları olur. Digər tərəfdən, bu məktəbdə iki nəfər şəxsin adı (etika naminə ad çəkmirik) stat cədvəlində xadimə olaraq rəsmləşdirilsə də, əslində həmin şəxslərin ikisi də məktəbdə laborant vəzifəsində çalışırlar. Unutmaq olmaz ki, bütün bunlar əvvəlcədən məktəbin direktoru Səbinə xanım Qasımova ilə razılaşdırılır. Deməli, bu təhsil müəssisəsində baş verən hər cür qanunsuzluq əməllərinin kökündə, birbaşa rəhbərliyin maddi maraqlarının təmin olunması əsas rol oynayır.

Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, direktor Səbinə xanımla əlaqə saxlayıb, ondan məsələlərə münasibətini öyrənmək istəsək də, bu yöndə istəyimizə heç cür nail ola bilmədik. Hətta daxil olan məlumatlar əsasında hazırladığımız sualları, bu təhsil müəssisəsinin elektron poçtuna və Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərib cavablandırılmasını xahiş etsək də, təəssüflər olsun ki, məktəb rəhbərliyi tərəfindən suallarımız cavablandırılmadı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi redaksiyamıza başdansovdu cavab verib və həmin cavabı olduğu kimi dərc edirik. Ümid edirik ki, aidiyyəti dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbər şəxsləri, 271 nömrəli tam orta məktəbdə yaşanan problemlərin araşdırılması üçün, aiddiyyəti üzrə müvafiq tapşırıqlarını verəcəklər. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Məktəbin məlumatı:

«2021-2022-ci tədris ilində 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səltənət Bağırovanın sinfində şagird sayı 12 nəfərə endiyi üçün həmin sinif bağlanıb. 29 avqust 2023-cü ildə müəllim təkrar sertifikasiyadan keçdiyinə görə 2024-2025-ci tədris ili üçün ona sinif açılmasının nəzərdə tutulması ilə bağlı məlumat verilib. Birinci sinfə qeydiyyatın elektron sistem vasitəsilə həyata keçirildiyinə və valideynlərin müəllim seçimini öz istəklərinə uyğun apardıqlarına görə onlar icma arasında daha nüfuzlu olan müəllimlərə üstünlük verirlər. S.Bağırova valideynlər tərəfindən I sinfə qeydiyyat zamanı müəllim seçimində ona üstünlük verilməyəcəyini təxmin edərək məktəb rəhbərliyinə “mənə sinif verməlisiniz…” — deyərək hədə-qorxu gəlir və adekvat olmayan alternativ təsir vasitələrinə (bir sıra media orqanlarında məktəbin nüfuzuna xələl gətirən çıxışlar etmək və məktəb rəhbərliyinin şərəf və ləyaqətini alçaltmaq) əl atır. S.Bağırovaya I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparıldığı və bu prosesə məktəbin heç bir müdaxiləsi olmadığı dəfələrlə izah olunsa da, təəssüflər olsun ki, o yenə də eyni müraciətlərə davam edir».

Hörmətli oxucular! Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabla bağlı ortaya belə bir sual çıxır ki, görəsən səbəb nə olur ki, sertifikasiya imtahanında iştirak edib 40 imtahan balı, 21 müsabiqə balı toplayan Səltənət Bağırovaya sinif verilmir, amma sertifikasiya imtahanında iştirak edən və cəmi 28-32 bal toplayan müəllimlər isə, rəhbərlik tərəfindən siniflə təmin olunurlar. Əgər valideyinlər müəllim seçimini özləri edəcəkdirlərsə sertifikasiya oyunu nəyə lazım idi. Buna nə ad vermək olar?

P.S. Hörmətli oxucular! 271 №li tam orta məktəbdə baş verən və hər kəsi şoka sala biləcək digər biabırçılıqların varlığını, yaxın günlərdə diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti