Ardını oxu...
Abşeron rayonunun Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbin ziyalıları adından yazaraq sizə bildirmək istəyirik ki, Məktəbin Direktoru Şərəf Qasımovadır. İşlədiyimiz təhsil müəssisəsində hüquqlarımız kobudcasına pozulur və qeyri-qanuni proseslər gedir. Bizlər təhsildə baş verən problemləri işıqlandıramağımızın əsas səbəbi odur ki, artıq bizləri müəllim olaraq işləməkdən iyrəndiriblər.
İşıqlandıracağımız bir çox məsələlər var, korrupsiya, təhsil konustusiyasının qanunlarına hörmətsizlik (yəni qanunlara riayət edilməməsi), müəllimə rəhbərlik tərəfindən yuxardan aşağı baxılması, Sertifikasiya və MİQ nəticəsi yüksək olan müəllimlərə Pedoqoji Şurada hörmətsizlik, Dərs bölgüsünün bağlı qapılar ardında keçirilməsi (yəni 1 saat dərsi 100-120 manata satılması yəni hər tədris ilinin əvvəlində hər müəllimdən 30-36 saat dərs vermək üçün 1000-1700 manat arası pul alır dərs saatına görə ), məktəbdə fond pulu yığılması (hər ay hər müəllimdən 20 manat), müəllimləri hər il dərs saatlarını vakansiyaya çıxarmaqla hədələməsi hər bir halda bu bir cinayətdir, çünki müəllimlər pul verməyə məcbur olur, əgər verməsə növbəti tədris ili dərs saatı azalacaq və az maaş alacaq. Bu maaşla ailə saxlamaq olmur, (xüsusilə barmaqla sayılacaq qədər az olan kişi müəllimlərimiz üçün daha faciəvidir), 10-11 siniflərdən məktəbə gəlməmək müqablinda hər bir şagirdin valideynindən hər 2-3 aydan bir 100 manat pul yığılması, xəstə uşaqların dərs pulunun mənimsənilməsi, fakültətiv dərsləri müəllimlərin adına yazaraq mənimsənilməsi (dərs keçirilmir), Zəfər tarixi dərsini məktəbin Labarantların keçməsi (yəni direktorun hədəsi altında), hər il məktəbin təmiri adıyla müəllimlərdən pul yığılması, ən önəmlisi isə Vətənimizin azadlığı uğrunda savaşan məktəbimizin veteran müəllimlərinə dərs saatlarının pulla satılmasıdır. Bu dövlətə və Azərbaycan xalqına qarşı cinayətdir və xəyanətdir. Yığılan küllü miqdarda pullar regionalda bildirdiklərinə görə arxasında duran şəxslərə göndərilir. Həmdə karrupsiya yolu ilə əldə etdiyi qazanc sayəsində Bakının mərkəzində özünə 3 bina evi alıbdır. Bütün bunlar bir məktəbdə iyrəncilik yaradır, təhsil sistemin ləkəliyir, hər bir halda bu proseslərlə bağlı qəti tədbir görülməlidir.
Ən şərəfli peşə müəllimlik olsada zamanəmizdə bu peşəni çox ucuza satanlar, aşağı görənlər var.
Ancaq artıq müəllimlik peşəsini bu məktəbdə ən ucuz alverçi peşəsinə çeviriblər. Direktor heç bir hüquq qaydalarına riayət etmədən, müəllimlərin dərs saatlarını vakansiyaya çıxarır, halbuki müəllimlərin dərs saatı ilə bağlı imtinası yoxdur. Bu isə müəllimin əmək hüquqlarının kobutcasına pozulmasıdır.
Bu cür xoşagəlməz halların olmaması üçün yazıb Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı müvafiq tədbirlər görülməsinə köməklik edəsiniz.

Aytən Bəxtiyarqızı
BakuNews.az
 

Ardını oxu...
Yeni təhsil ilinin başlanması ilə məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də "start" verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də Xırdalan şəhərinin 3 saylı məktəb-liseyidir.

Bu barədə Qlobal.az-a verilən məlumatda qeyd edilir.

Məlumata görə məktəb-liseyin yuxarı siniflərində müəllimlərə hədiyyə adı alında şagirdlərdən 40 manat yığılır.

Vəsaitin "valideyn komitələri" tərəfindən toplandığı bildirilir.

Məktəb rəhbərliyinin şagirdlərdən pul yığılması barədə xəbərlərinin olub-olması barədə dəqiq məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseyin açılışında iştirak ediblər.

Xatırladaq ki, Xırdalan şəhərinin 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevadır.

Ardını oxu...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birlik təsərrüfat həsablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

Yerli mediada zaman-zaman istər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, istərsə də Birliyə tabeli müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı geniş tənqidi məqalələr yayılır. Məsələn, mətbuat (faktinfo) yazır ki, son bir neçə ildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ( YTB) rəhbərləri dəfələrlə dəyişdirilib.Belə ki, Eldar Əzizov Bakı ŞİH-nin başçısı olandan sonra uzun illər, daha dəqiq desək, 2001-ci ildən YTB-nin baş direktoru professor Vaqif Novruzova töhmət verərək onu vəzifəsindən azad elədi və Elşən Məmmədzadəni onun yerinə təyin etdi. Amma heç nə dəyişmədi, köhnə rüşvət və korrupsiya halları davam etdi və bir az da çoxaldı.

Elşən Məmmədzadə işə çıxan gündən portfelini götürüb, sahələrə çıxdı və qarşısına çıxan işçilərə deyirdi ki, uşaqlar nə olur olsun pul qazanmaq lazımdır. BŞİH Elşən Məmmədzadənin işləyə bilmədiyini görüb, mənzil kommunal idarəsində işləyən, ixtisasca kimya müəllimi, uxun müddət Nizami rayonunda hərbi komissar işləmiş, Mirdamət Seyidovu YTB-yə müavin təyin etdi və bütün səlahiyyətləri ona verdi. O gündən, Elşənin baş direktorluğu formal xarakter daşıdı və YTB-nin qara günləri M.Seyidov gələndən başladı. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürdülər. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər.

Aktualinfo.org verilən ən son məlumatlarda isə Birliyin Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsində baş alıb gedən yeyintilərdən bəhs edilir. Qeyd edək ki, Xidməti İdarəsi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisindəki yaşıllıqların su ilə təmini, yeni su xətlərinin çəkilməsi və artezian quyularının qazılmasını həyata keçirir. Xidməti İdarəsinin yeni su xəttlərini və artezian quyularını harada çəkməsi,harada qazması barədə heç kim səhih məlumat bilmir. Bunun üçün burada nə qədər dövlət vəsaitinin talandığını təxmin belə etmək olmur. Amma yaşıllıqların su ilə təmini işlərində talanan pullardan xəbəri olanlar var.

Redaksiyamıza verilən məlumatda bildirilir ki, Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin balansında 14-15 su daşıyan avtomobil var. Bu avtomobillərlə şəhərin bəzi küçə və prospektlərində suvarma xətti olmayan yaşıllıqların suvarılması üçün nəzərdə tutulub. Məlumata görə son 3 aydır sözügedən su daşıyan avtomobillər naməlum səbəblərdən şəhərə buraxılmır. Yəni, avtomobillər qarajda işsiz dayanır. Amma Xidmət İdarəsinin rəisi Yaşar Salahov hər gün bu avtomobillərə güya işə çıxır adı ilə yol vərəqi (putyovka) yazıb 30 litr benzin silir. Təxmini hesablamalarımıza görə bu 15 avtomobilə hər gün hardasa 400 litrdən çox benzin yazılır. Bunu pula çevirdikdə isə gündə 400-450 manat edir. Bunu aya vurduqda isə 10-12 min manata gəlib çıxır.

Bunlardan əlavə, verilən məlumatlara görə Yaşar Salahov həm də sözügedən 15 avtomobilin sürücüsünün maaşlarına da əl qoyub. Məlumata görə sürücülər hər ayın sonu işə gəlib, 490 manata qol çəkib çıxıb gedirlər. Maaşlar isə Yaşar Salahova qalır.

Məlumatlarda həmçinin bildirilir ki, Yaşar Salahovu son vaxtlar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Mirdamət Seyidovun kabinetində tez tez görmək olur. Hətta deyilənlərlərə görə Yaşar Salahov Birliyin rəisinin rəsmi, qeyri rəsmi sifarişlərini həyata keçirir.

Qeyd edək ki, məlumatları dəqiqləşdirmək istəyimiz alınmadı. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən nə də Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsindən telefonlarımıza cavab verən olmadı. Mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org
Ardını oxu...
Sosial şəbəkədə gündəmə çevrilən bu video görənləri dəhşətə saldı.

Tribunainfo.az xəbər verir ki, “Saville” makaron markasının içində canlı siçan balaları aşkarlanıb.

Qeyd edək ki, makaronun paçkası bağlı halda olduğuna baxmayaraq siçan balaları diri görünür.

Videonu təqdim edirik:

 
 
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində Əli İsazadə küçəsində tikilən mağazanın yolun daralmasına səbəb olması ilə bağlı məlumat yaymışdıq. Məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi reaksiya verdi. Bildirildi ki, Baş İdarə Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə 9 sentyabr 2024-cü il tarixində özbaşına tikintinin sökülməsini təmin edib, nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa olunub. Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğu da eyni qaydada cavablandırıldı.

Həmin yoldan istifadə edən şəxslər Pravda.az-a yenidən müraciət edərək bildiriblər ki, taxta konstruksiyadan ibarət qanunsuz tikili söküldüyü zaman nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti təmin edilsə də, bu, çox çəkməyib. Həmin ərazi yenidən zəbt olunub, bu dəfə isə alver açıq formada həyata keçirilir, paltar vitrinləri yolun kənarına düzülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işini görüb, qanunsuz tikilini söküb, əraziyə nəzarəti isə Xəzər RİH həyata keçirməlidir. Görünür ki, həmin taxta konstruksiyanın quraşdırılmasına da rayon rəhbərliyi göz yumub. Belə olmasaydı, yol kənarı yenidən zəbt edilməzdi. Hər kəsə bəllidir ki, müvafiq qurumların, o cümlədən icra hakimiyyətlərinin razılığı olmadan Bakıda daşı-daş üstünə qoymaq olmaz. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən bu vəzifədədir.

VİDEO 1: https://www.youtube.com/shorts/dDkP_cSGGyg

VİDEO 2: https://www.youtube.com/shorts/_X7NGgwuVi4

VİDEO 3: https://www.youtube.com/shorts/sLDH4J3ipiA
 
Ardını oxu...
Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər bu ərazidə qanunsuz tikililərin inşa edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.

Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını bildirirlər.

Binanı tikən "Maşınqayıran" MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.

"Maşınqayıran" MTK-nın sədr müavini Xanlar Ağayev bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, binanın tikintisi hal-hazırda dayandırılıb.

Mövzu ilə bağlı videomaterial təqdim edirik:

 
Ardını oxu...
Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyət elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıbdır.

Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.

Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.

Əldə etdiyimiz məlumatlar görə, MMC Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova bağlıldır.

“Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Bayramovla 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var.

İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.

Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur.

Niyazi Bayramovun başçılıq etdiyi Gəncə Şəhərində bu günə kimi heç bir yenilik etmiyibdir. Əksinə, Gəncə şəhərinin yollarının bərbad, yararsız asfalt, böyük küçələrində qanunsuz tikinti işlərinin, yolların və mərkəzi küçələrdə obyektlərin, yol kənarında Dönər köşklərinin yanamasına səbəb olan, rəsmi öz imzasınan sərəncam verən başçı, Gəncə şəhərini köhnə qəbrsanlığa döndəribdir.

Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin xərclənməsi barədə məlumatımız vardır amma inanılmaz və şübhə doğuran milyonların doğru-düzgün xərclənməsi Hesablama Palatasından araşdırılması tələb olunur.

Son illərdə N. Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının oğluna aid olduğu yayıldı.

Lakin heç bir Dövlət qurumu araşdırma aparmadı ki, milyonlarla dəyəri olan bu maşınlar hansı maliyyə ilə əldə olunubdur. Hələ də mətbuata açıqlama verən yoxdur Dövlət qurumlarıda susur. Axı niyə?

Bundan əlavə N.Bayramovun ailə üzvünə aid olan Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı.

Sizə təqdim etdiyimiz 15 milyonluq tenderin, Niyazi Bayramovun İcra Hakimiyyətinin başçısı olduğu illərdə, Gəncə Şəhərinin təmirinə ayrılan milyonlarla maliyyənin araşdırılmasını, şübhə doğuran tenderlərin Hesablama Palatasından, Dövlət Təhlükəsizlik Xidmətindən, Baş Prokurorluqdan araşdırıb şübhəli hallar nəticədə açıqlansın.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron rayon İcra Hakimiyyəti özünün növbəti tenderinin nəticələrini açıqlayıb.

TEREF Tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti Xırdalan şəhərinin küçə işıqlarının təmirini həyata keçirməyə hazırlaşır.

Bu məqsədlə keçirilən tenderin qalibi isə “PROQRESS İNŞAAT EN” MMC-dir. 213.664,69 manatlıq satınalma müqasviləsi də dünən bağlanıb.

Qeyd edək ki, bu, Abşeron İcra Hakimiyyəti ilə “Proqress İnşaat EN” MMC arasında ilk anlaşma deyil. Bundan əvvəl də, İcra Hakimiyyəti sözügedən şirkətlə bir neçə dəfə böyük məbləğli satınalma müqaviləsi imzalayıb.
Maraqlıdır ki, Abşeronda keçirilən tenderlərin məhz bir şirkət tərəfindən udulması nə ilə bağlıdır?

Bəzi müşahidəçilərə görə, belə tenderlərdə eyni şirkətin qalib olması, tərəflər arasında gizli sövdələşmələrin nəticəsi olaraq diqqəti çəkir.

Nəzərə alaq ki, tenderlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanından Antiinhisar və İstelak Bazarına Nəzarət Xidməti dəfələrlə gizli sövdələşməyə getmiş və nəticədə qiymətləri şişirtmiş şirkətləri və dövlət qurumlarını cəzalandırıb, onların tenderlərini ləğv edib. Güman ki, Xırdalanda da analoji hadisənin baş verməsinin şahidi olacağıq.

Xatırladaq ki, nəzarətedici orqan bu yaxınlarda Abşeron İcra Hakimiyyətinin tenderlərindən birini məhz qanunların tələbini pozuduğu üçün ləğv edib.
Ardını oxu...
Abşeron rayon İcra Hakimiyyəti özünün növbəti tenderinin nəticələrini açıqlayıb.

TEREF Tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti Xırdalan şəhərinin küçə işıqlarının təmirini həyata keçirməyə hazırlaşır.

Bu məqsədlə keçirilən tenderin qalibi isə “PROQRESS İNŞAAT EN” MMC-dir. 213.664,69 manatlıq satınalma müqasviləsi də dünən bağlanıb.

Qeyd edək ki, bu, Abşeron İcra Hakimiyyəti ilə “Proqress İnşaat EN” MMC arasında ilk anlaşma deyil. Bundan əvvəl də, İcra Hakimiyyəti sözügedən şirkətlə bir neçə dəfə böyük məbləğli satınalma müqaviləsi imzalayıb.
Maraqlıdır ki, Abşeronda keçirilən tenderlərin məhz bir şirkət tərəfindən udulması nə ilə bağlıdır?

Bəzi müşahidəçilərə görə, belə tenderlərdə eyni şirkətin qalib olması, tərəflər arasında gizli sövdələşmələrin nəticəsi olaraq diqqəti çəkir.

Nəzərə alaq ki, tenderlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanından Antiinhisar və İstelak Bazarına Nəzarət Xidməti dəfələrlə gizli sövdələşməyə getmiş və nəticədə qiymətləri şişirtmiş şirkətləri və dövlət qurumlarını cəzalandırıb, onların tenderlərini ləğv edib. Güman ki, Xırdalanda da analoji hadisənin baş verməsinin şahidi olacağıq.

Xatırladaq ki, nəzarətedici orqan bu yaxınlarda Abşeron İcra Hakimiyyətinin tenderlərindən birini məhz qanunların tələbini pozuduğu üçün ləğv edib.
Ardını oxu...
Bakının Nizami rayonunda tikinti şirkəti qanunsuz əməllərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Onlar bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaların qapı pəncərəsini sökərək qəzalı vəziyyətə saldıqdan sonra, indi də binanın həyətinin asfalt örtüyünü dağıtmağa başlayıb.
Sakinlərdən Timur Əmirxanov Sputnik Azərbaycan-a bildirib ki, məhəllədə yaşayış davam etsə də, tikinti şirkəti insanların istifadə etdiyi həyəti dağıtmağa başlayıb. Uşaqların oynadığı həyətdə asfalt örtüyü dağıdılıb, yeraltı su xətləri zədələnib.

"Tikinti şirkəti binada yaşayış olmasına baxmayaraq həyəti sökməyə başlayıb. Həyətin hər yerini dağıdırlar. Söhbətgahlara qədər yaşayış üçün bütün infrastrukturu məhv edirlər. Bəs biz həyətə necə düşək, necə hərəkət edək? Onlar sakinləri binadan qaçırtmaq üçün hər üsula əl atırlar. Həyətimizi viranəyə çeviriblər. Buna bütün dövlət qurumları göz yumur. Nizami Rayon İcra hakimiyyəti heç bir şikayətimizə baxmır. Sakinlərin həyatını tikinti şirkətinin ümidinə buraxıb. Biz burada çarəsiz vəziyyətdə qalmışıq. Həyətə iri tikinti texnikaları gətiriblər. Onlara görə uşaqları belə həyətə buraxa bilmirik ki, onlar texnikaların altında qalar. Heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Biz Prezident İlham Əliyevdən kömək istəyirik. "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi bizi öz evimizdə girov saxlayır", - deyə sakin şikayətlənib.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti