Ardını oxu...
Səbail rayonu Əziz Əliyev küçəsində tarixi binalara müdaxilələr edilir, Səbail Rayon İcra Hakimiyyəti isə buna göz yumur.

Tribunainfo.az xəbər verir ki, bu barədə sakinlər yazıb. Onlar bildirir ki, tarixi binalarda yaşayan sakinlər bu cür binalara artırmalar edirlər. Binanın ön hissəsi, yəni əsas küçəyə baxan hissəsinin fasadı yenilənib olduğu kimi saxlanılsa da, arxa hissəsinə müdaxilələr edilib.

Şikayətçilər bildirir ki, şəhərin mərkəzindəki tarixi binaların əsasən küçə fasadlarının ilkin formada saxlanılmasına nəzarət olunur. Amma memarlıq abidəsi sayılan belə binaların demək olar hamısının həyət fasadları ciddi dəyişikliyə məruz qalır.

Bu cür binalardan biri də Əziz Əliyev küçəsindədir. Yaşayış evinin ön fasadı baxımlı olduğu halda, arxa tərəfində artırma inşa edilib.

Sakinlər qeyd edir ki, bu tarixi binaya müdaxilədir və tez bir zamanda qarşısı alınmalı, tədbir görülməlidir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
"Kənddə istənilən evin bacasından tüstü çıxanda xəbərdar olurlar. Amma neçə illərdir kənd caamatı zibili atmağa yer tapmır, məcburiyyətdən kəndin dörd bir tərəfinə tökür.
Bu günün özündə də zibili atmaq üçün yerlər müəyyənləşdirilmir,problem aradan qaldırılmır.İşləyə bilmirlər ərizələrini yazıb getsinlər,insanların qayğısına qala biləcək şəxslər gəlib işləsin".

Bu fikirlər Faktinfo.az saytına Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən daxil olan məlumatda qeyd edilir.

"Belə getsə ziyanvericilər, siçovullar bir az da artacaq, infeksion xəstəlik yayılacaq,hətta təsərrüfatlara ciddi ziyan dəyəcək.Bunu kəndin rəhbər şəxsləri anlaya bilmirlər və yaxud bu iqtidarda deyillər.Kəndin bir neçə istiqamətində çalalar qazılarsa, tökülən zibillər vaxtaşırı yandırılarsa,selofan torbalar havada uçuşmaz,- məlumatda bildirilir.

Qeyd edək ki, ətraf mühitə atılan tullantılar hava-damcı yolu ilə bir sıra infeksion xəstəliklərin yayılmasına səbəb ola bilir. Eləcə də çaqqallar, siçovullar, həşəratlar, böcəklər insanların yaşadığı evlərə,həyətlərə yaxınlaşdıqca,yuva qurduqca viruslar yayılır. Bunun tibbi təsdiqi dəfələrlə qeyd edilib.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Redaksiyamıza Cəlilabad rayonun Buravar kənd sakini Kazımov Rahib İbrahim oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Oxucularımıza Rahib Kazımovun yazdığı şikayət ərizəsini olduğu kimi çatdırırıq. O, qeyd edir ki, "Cəlilabad Rayon Dioqnostika Mərkəzinin Poliklinika Şöbəsi səhiyyə müəssisəsi deyil, sanki “kolxoz bazarı”dır. Belə ki, bu şöbənin baş həkimi özünə yaxın olan şəxslərin, yəni tərəflər arasında “dəllallıq” edən şəxslərin vasitəsilə sağlamlıq haqqında arayışların topdan və pərakəndə satışını həyata keçirməklə, hər gün əməlli-başlıca gəlirlər əldə etməyi bacarır. Yəni, bu zaman hansısa şəxs müayinədən keçirilmir, yaxud da həmin şəxsin heç bir qeydiyyatı aparılmır, amma həmin şəxslərə sağlam olmaları haqda sağlamlıq arayışları verilir. Məsələn, buna 04 aprel 2024-cü il tarixdə Məmmədov Anar Əyyar oğluna verilmiş sağlamlıq haqqında arayış da misal ola bilər. Unutmaq olmaz ki, bu cür neqativ hallar yüzlərlə deyil, minlərlədir və hər gün də, bu yöndə qanunsuzluqlara qol qoyulur. Bir sözlə, lazım gələrsə digər faktları da təqdim edə bilərəm. Diqqətinizə onu da çatdirmaq istəyirəm ki, 05 aprel 2024-cü il tarixdə saxta yolla verilmiş daha 6 ədəd sağlamlıq haqqında tibbi arayışın kimlərə verildiyini bilirəm və ehtiyac duyulduğu təqdirdə, məhz həmin arayışları da sübut kimi təqdim edə bilərəm".

Nyus.Az
 
Ardını oxu...
Bir müddət əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərarı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev , Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov tutduğu vəzifədən azad edildi .

Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumatlara görə qanunsuzluqlar son dövrlər Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində də müşahidə olunur. Elşad Quliyevin rəhbərlik etdiyi bu təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur. Verilən məlumatda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb etdirir. Burada təhsil sistemi bərbaddır, rüşvətxorluq baş alıb gedir.Hal-hazırda kollecdə praktika içləri bərbad vəziyyətdədir.Direktor Elşad Quliyev kolleci şəxsi obyekti kimi idarə edir. Bütün bu kimi məlumatlardan sonra Elşad Quliyev haqqında mətbuat üzərindən bir araşdırma apardıq.

Dövrü mətbuatın yazdığına görə Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu il ərzində heç dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə “danışıqlara” gedərək birgə çıxış yolu tapırlar.Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri mənimsənilir.

Bunlardan başqa Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir, direktorun əvvəlcədən sövdələşdiyi şirkətlərlə formal müqavilələr bağlanıldığı da söylənilir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecində külli miqdarda dövlət vəsaiti kotirovka sorğusu yolu ilə mənimsənilir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539,8 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “AZİMUT TƏCHİZAT” MMC ilə bağlanılıb.

MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 20 manat, qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. İnformasiya texnologiyası avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.

Maşın və avadanlıqların satın alınması üzrə 15.999,62 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “STRİX” MMC ilə bağlanılıb.

MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat, qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Maşın və avadanlıqların satınalınması, İKT və məişət avadanlıqlarının satın alınması kimi kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bu MMC-nin də bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.

Cari təmir işlərinin satın alınması üzrə 28.010,9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il tarixdə “GLOBAL SERVICES” MMC ilə bağlanılıb.

MMC 28.11.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.

Qeyd edək ki, Sosial-İqtisadi Kollecin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “VARIANT-SEVIS” və “ORLONDO AZ” MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir. MMC-lərin müvafiq olaraq 35057.69 manat və 56204.86 manat vergi borcu var.

Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş “GLOBAL SERVICES” MMC-nin külli miqdarda vergi borcu var. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyevin görəsən bunlardan xəbəri varmı?Yaxud “GLOBAL SERVICES” MMC,”VARIANT-SEVIS”, “ORLONDO AZ” MMC MMC,”AZİMUT TƏCHİZAT” MMC -lərlə ,yaxuda qanunları pozararaq kotirovka sorgusunun qalibi olmuş digər MMC-lərlə Elşad Quliyevi hansı maraqlar birləşdirir?Vergi borcu olan MMC-ni, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq kotirovka sorgusunun qalibi etməkdə Elşad Quliyev görəsən hansı maraqlar güdür?

cumhuriyyet.net
 
Ardını oxu...
Masallı rayonu, Təzəkənd kənd sakini Ağayev Elşən Aydın oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Rövşən Nəbiyev adına olan tam orta məktəbin direktoru Fəxrəddin Babayev Masallı rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmovla əlbir olub, Təzəkənd tam orta məktəbini bərbad hala salıblar:

"Mən, Ağayev Elşən Aydın oğlu, Masallı rayonu, Təzəkənd kəndində yaşayıram. Ailəm 7 nəfərdən ibarətdir. Bildirmək istəyirəm ki, Masallı rayonunun Təzəkənd kəndində yerləşən Rövşən Nəbiyev adına olan tam orta məktəbin direktoru Fəxrəddin Babayev və Masallı rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmov əlbir olaraq, Təzəkənd tam orta məktəbini bərbad hala salıblar.

Fəxrəddin Babayevin diaqnostik balı çatmır, amma kiminsə hesabına direktor işləyir. Bundan əlavə, istədiyi qədər özünə dərs saatı götürür.

F.Babayev ixtisasca bioloqdur. Məktəbə direktor keçməmişdən qabaq Bakı şəhərində yaşayırdı.

Bildiyimizə görə, jurnalları onun yerinə başqa müəllimələr yazır. Məktəbdə işi pul yığmaq və yaxın qohumlarını texniki işlərlə təmin etməkdir.

Direktorun qardaşı Afəddin məktəbdə Fizika məllimi işləyir, sertifikatı olmadığı halda Həyat bilgisi fənnindən dərs keçir. Keçən il isə musiqi dərsi deyib.

Afəddin Babayevin həyat yoldaşı təhsilini tam başa vurmamasına baxmayaraq, məktəbdə laborant işləyir. "İşləyir" deyəndə, sadəcə adı gedir. Diplomu olmasa da, bu vəzifədə işləyir və əmək haqqı alır.

Onu da qeyd edim ki, məktəbdə saxta diplomla işləyən müəllimlər də var. Elə müəllim var ki, ailəsinin 4 üzvü də məktəbdə texniki işçi kimi gedir.

Cənab Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, birinci növbədə şəhid ailələri, qazilər və aztəminatlı ailələr işlə təmin olunsun. Amma bu məktəbdə yalnız müəllim və müəllimlərin ailə üzvləri işləyirlər. Onlar da, sadəcə, əziyyət çəkmədən dövlətin büdcəsindən əmək haqqı almaqla məşğuldurlar.

9-10-11-ci siniflərin şagirdləri məktəbə getmirlər. Hamısı repetitor yanına gedir.

Ruhi əsəb dispanserində qeydiyyatda olan II qrup əlil insan məktəbdə müəllim və texniki işçi kimi işləyir. Əsəb dispanserinin xəstəsi necə ola bilər ki, müəllim işləsin?

Kəndin əksər sakinləri kasıb ailələrdir, torpağımız əkinçilik üçün yarasız olduğuna görə, bu sahə ilə də məşğul ola bilmirik. Mənim 2 övladım müharibə iştirakçısıdır, hal-hazırda himayəmdə yaşayırlar. Heç biri işləmir, hər birinin azyaşlı övladı var. Direktorun yaxın qohumlarından olsaydım, mənim də övladlarım işsiz olmazdı.

Məktəbin ətrafı çox pis, anti-sanitariya vəziyyətindədir. Azyaşlı uşaqlar üçün təhlükə mənbəyidir. Məktəbdə heç bir tibbi yardım ləvazimatları yoxdur.

Sizin sayt və qəzet vasitəsilə üzümü cənab Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə tutub xahiş edirəm ki, bu qanunsuz hallar aradan qaldırılsın və qanunu pozanlar cəzasını alsınlar.

Səbr və ümidlə gözləyəcəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


 
Ardını oxu...
Ötən həftə Şəki Uşaq İncəsənət Məktəbində baş verən bir çox neqativ hallarla bağlı yaydığımız məlumatlar rayonda hamıya bəlli olduğundan sakinlər tərəfindən heç də təəcüblə qarşılanmayıb. Məlum məqalədən sonra redaksiyamıza zəng edənlər məktəbin direktoru Eldar Rəcəbovun sərvətinin biz yazdıqlarımızdan çox olduğunu dedilər. Məsələn, ötən yazıda biz onun Bakı şəhərində də mənzillərinin olmasını yazmamışdıq. Oğlunun bir neçə avtomobili olduğunu yazmışdıq, amma “Qaz 21” markalı retro avtomobilin yenidən yığılmasına (üçrəngli bayramışımızın rəngində) 20 min manat xərclədiyini yazmamamışdıq. Birdə onun rayonda güclü bir arxası olduğunu yazmışdıq. Şəkililər onun da kim olduğunu bilirlər. Biz də bilirdik. Bu barədə bir qədər sonra.

Bu gün növbəti məqaləni hazırlayanda məktəbin “Facebook” sosial şəbəkəsi hesabında paylaşılan ən son məlumatlar diqqətimizi çəkdi. Paylaşılan ən son məlumatda qeyd edilir ki, 04 aprel 2024-cü il tarixində Şəki şəhər Uşaq İncəsənət məktəbində şöbələrdə sənəd işinin düzgün təşkil olunması, yarana biləcək problemli məsələlərin həlli və digər məsələlərdən yaranan mövzuların müzakirəsi məqsədi ilə növbədən kənar şöbə iclasları keçirilib. Maraqlıdır, bu ərəfədə məktəbdə növbədənkanar iclasların çağırılması hansı zərurətdən yaranıb?
Buradan daha bir neçə əsaslı suallar çıxır ortaya. Şəki şəhər Uşaq İncəsənət məktəbinin şöbələrdə sənəd işinin düzgün təşkil olunması direktorun indimi yadına düşdü? Əgər bununla bağlı növbədənkənar iclas keçirilirsə, deməli məktəbdə sənədləşmələrdə problemlər olub. Direktor onların təcili düzəldilməsinə çalışır. İclasın gündəliyində həm də “yarana biləcək problemli məsələlərin həlli” də müzakirə olunub. Burada hər hansı bir gizlin iş çevrilməyibsə bu poblem durduq yerə niyə yaransın ki?? Deməli qorxulu nəsə var. Yoxsa məktəbin direktoru Eldar Rəcəbov hesab sorulacağından ehtiyat edir?

Məktəbin “Facebook” sosial şəbəkəsi hesabında diqqət çəkən daha bir paylaşım da var. Martın 30-da paylaşıblar. Direktor Eldar Rəcəbovu tərifləyirlər. Məqalənin sərlövhəsini də belə qoyublar: “Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz.” Güman ki, bu martın 29-da bizim yaydığımı məlum məqaləyə bir cavabdır. Bunu Eldar Rəcəbov belə təsəvvür edir, öz-ozlüyündə “cavabını verdim” deyir. Amma Eldar Rəcəbovun diqətinə çatdırmaq istərdik ki, bu yazı şablondu. Başlığını və içindəki dövlət məmurunun adını dəyişib onun kimi vəzifəsi, pulu olan şəxslərin adından yayırlar. Çox güman ki, o yazını nəinki Eldar Rəcəbov, heç ümumiyyətlə oxuyan olmayıb. Çünki, sözügedən yazıdakı dördüncü abzası oxuyan olsaydı o yazını paylaşmazdılar. Biz yazdıqdan sonra o yazını mütləq oradan çıxaracaqlar. Diqqət yetirin. Yazırlar ki, “Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən səhiyyə məmurudur ki…” ???

Maraqlıdır Uşaq İncəsənət Məktəbinin direktoru necə səhiyyə məmuru ola bilər? Eldar Rəcəbova eyni yazının ayrı-ayrı şəxslərin adından yayıldığını sübut etmək üçün bu linkləri məhz onun diqqətinə çatdırırıq.

https://www.xeberler.org/?newsid=28456&fbclid=IwAR3ArafmXndI8bRvoM_

https://qanuninfo.az/index.php?newsid=45397

Eldar Rəcəbovun rayonda arxalandığı şəxsə gəlincə. Zəng eliyənlər deyir ki, Şəkidə məktəb direktorunun arxasında rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun durduğunu hamı bilir. Rayonda həmçinin hamı bilir ki, Həsən Həsənov tutuğu vəzifəyə haradan və necə gəlib.

Məlumatlı şəxslərdən birinin dediyinə görə Həsən Həsənov daha əvvəllər Bakı Məişət Kondisionerləri zavodunda mühəndis işləyib. Sonradan naməlum səbəblərdən zavodda ixtisarlara düşənlərin biri də Həsən Həsən olub. İşsiz qaldığından 1996-cı ildə Şəki-Qax yolunun Qoxmux kəndindən keçən hissəsində, yolun bir kənarında kondisioner təmiri emaltxanası açıb. Yay ayları sərin olan bölgədə heç kimin kondisioner təmir etdirmədiyindən bu işindən vaz keçib. Doxsanıncı illərin əvvəllərində Baş prokurorluqda çalışmış, sonradan Ədliyyə naziri olmuş uzaq qohumu Fikrət Məmmədovun tapşırışından sonra Şəkinin o dövrdəki İcra başçısı Nəzir Əhmədov onu kəndlərin birində İcra nümayəndəsi təyin edib. Kohnə bir qırmızı “Jiquli-06” markalı avtomobil də veriblər ona, işə gedib-gəlmək üçün.

Heç bir il keçməmiş Həsən Həsənov İcra Hakimiyyətində müavin vəzifəsinə gətirilir. Artıq iyirmi ilə yaxındır ki, rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Həsən Həsənovun indi qiyməti milyonlarla ölçülən 20-dən çox müxtəlif tip avtomobil kolleksiyasının olduğu deyilir. Axırıncı aldığı ən son model cip “Volvo”-nun qiyməti 100 min ABŞ dollarına yaxındır. Xidməti sürücüsü olmasına baxmayaraq avtomobili 73 yaşlı Həsən Həsənovun özünün idarə etdiyi söylənilir.

Bakı və Şəkidəki mənzillərinin, daşınmaz əmlakının sayını, hesabını bilən yoxdu. Təkcə Marxal yolunun üstündə, turbazanın yerində, 1 hektar ərazidə tikdirdiyi ağ aqlaylı, 3 mərtəbəli villasının neçə milyon manat qiymətinin olduğu deyilir. Hardandı Həsən Həsənov bu qədər var dövlət? Göründüyü kimi Həsən Həsənov Şəki rayonunda Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov kimi bilinən və bilinməyən onlarla vəzifəli şəxsin arxasıda durur, onlara dövlət büdcəsini talamağa şərait yaradır. Şəki rayon sakini Kənan Əhmədovun İcra Hakimiyyəti başçısının birinci müavini haqqında “tiktok” sosial şəbəkəsi vasitəi ilə Preziden İlham Əliyevə ünvanladığı müraciət də çox məsələlər açıqlanır. Ətraflı: https://www.tiktok.com/@gundeminfo/video/7354783464505298184?_r=1&_t=8lJwJnx6FRi
Aktualinfo.org
 
 
 

Ardını oxu...

Ölkəmizin qida sənayesinin istehsal etdiyi yararsız və zərərli qidalar vətəndaşlarımızın sağlamlığını siradan çıxarır. O üzdən də hansı tibb müəssisəsinə üz tütürsansa onun həndəvərində avtomobil, içərisində isə insan tıxacına düşürsən. 40 yaşdan yuxarı əhalinin qazancının əksər hissəsi tibbi xidmətlərin alınmasına xərclənir. Bunu nəzərə alan bizim büdcə oğruları Bakı şəhərinin hər tinində bir özəl klinika, iki aptek açıb.

Bir dəfə əlimə bir iki yuzlük düşmüşdü. Ətrafda böyük market yox idi. Hansı mağazaya girdimsə, dedilər ki, xırda yoxdu. Axrıncı mağazada satıcı işləyən oğlan dedi ki, əmi aptekə girin, indi onların alveri "xod gedir"... Oğlanın dediyi kimi, balaca bir  aptekə girib, əskinası xırdalamağı rica etdim. Gülərüz xanım hələ necə xırda istədiyimi də sorüşdü...

Beləcə həmvətənlərimiz özəl tibb müəssisələrinin və apteklərin biznesini inkişaf etdirmək yolunda əzimlə çalışdırılır. Vətəndaşlarımız ölkədə qazancını əlindən alınması üçün müxtəlif labrintlərə qovulur. Belə labrintlərdən biri də "qida sənayesi-səhiyyə müəssislərı" labrintidir. Qida sənayesi gözəl və parıltılı qablaşdırılmalarda təqdim etdiyi, qəpik-quruşa başa gələn zərərli qidalarla insanların sağlamlığına zərbə vurur. Belə qidaları bazar inhisarçıları həm on qat baha satıb yaxşı qazanc əldə edir, həm də insanları xəstələndirməklə, xidməti bərbad gündə olan özəl tibb müəssisələrinə müştəri "istehsal edir".

Son illər hökumət durumu nəzərə alaraq tibbi sığorta mexanizmi qurmağa başlayıb. Lakin hələ ki, tibbi sığorta nə vətəndaş, nə də həkim məmnunluğunu təmin edə bilmir. Həkim gileylənir ki, sığorta mənə az əmək haqqı hesablayır, vətəndaş da narazıdır ki, həkimlər yenə onlardan zəhmət haqqı umur. Bu məsələnin bir tərəfi, amma vətəndaşlar üçün elə vacib tibbi xidmətlər var ki, o xidmətlər nədənsə hələ də tibbi sığorta paketinə daxi edilmıyib.

Məsələn, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən  Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.

Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, bu yaxınlarda bir qohumumda xərçəng xəstəliyi aşkarlandı. O zaman şahidi olduq ki, MOM-a qeydiyyat belə ödənişlidir - 30 manat. Bizə təqdim edilən digır xidmətlərin qiyməti ilə də oxucularımızı tanış etmək istərdik: MRT müayinəsi - 150 manat; yoğun bağırsağın kolonoskapik müayinəsi - 250 manat; qanın ümumi analizi - 70 manat; rengen müayinəsi - 25 manat; EKT müayinəsi - 30 manat; şüa-terapiya - 1000-1500 manat; kimya-trapiya, hər seansı - 250-600 manat.

Onu da qeyd edim ki, ödənişlərə görə heç bir qəbz verilmir, tələb edəndə də deyirlər ki, bizdə qəbz yoxdur. Qəbz yoxdursa, deməli, ödəniş qeyri-qanunidir! Bu məsələ barədə danışanda MOM əməkdaşları tutuquşu kimi təkrarlayır ki, tibbi sığorta bizim xəstəxanada işləmir. Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə görə "yox" cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir.

MOM-un baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli yerli mediaya açıqlamasında deyib ki, MOM-da onkoloji xəstələrə bütün xidmətlər ödənişsiz təqdim edilir!

Bununla yanaşı, "Onkoloji yardım haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir". Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçrilmir.

Yeri gəlmişkən, şahidi olduğumuz bir maraqlı nüansı da oxucuların diqqətinə çatdırmaq istərdik. Biz rengen müayinəsində dayananda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindın müayinəyə göndərilmiş çağırışçının valideyini müayyinənin "xidmət haqqı"nı ödəməkdən imtina etdi. Dedi ki, bu adam vətənə xidmətə getmək üçün müayinə edilir, özü də onu dövlət xidməti göndərib, qəpik də ödəməyəcəm. Sonda həkim təkrar xahiş etdi ki, heç olmasa diskin və plyonkanın xərcini ödəyin - 5 manat. Valideyin imtina etdi. Belə olan  halda həkim müayinələri dayandırdı və getdi, yuxarı rəhbərliyə məruzə etsin ki, pasientin biri müayyinənin "xidmət haqqını" ödəməkdən imtina edir. Bu məsələ 40 dəqiqəyə qədər vaxt aldı. Sonda bəlli oldu ki, həm xəstəxanada qirilmuş elektron sistem vasitəsi ilə, həm də müşahidə kameraları ilə bütün müayinə otaqları izələnilir. İzlənilmə zamanı bütün pasientlər sayılır və günün sonunda həmin saya uyğun olaraq müayinə həkimindən yığdığı pul tələb edilir. Bu isə o deməkdir ki, xəstəxanada rüşvəti əməkdaşlar özbaşına almır, onlar verilən tapşırığı yerinə yetirir.

MOM-da gündəlik rüşvətin həcminə gəldikdə isə təxminlərimizə görə bu yüz min manat civarındadır. Çünki xəstəxananın bütün foeləri gün ərzində adamla dolu, müayinə otaqları isə uzun növbələrlə müşahidə edilir. Bir tərəf yuz min manatlarla pul qazanır, digır tərəf isə yaşamaq uğrunda mübarizə məqsədi ilə pul əldə etməkdən ötrü hər cür vasitələrə əl atır. Çoxları müalicəsini bank krediti hesabına davam etdirir.

Bu il dövlət büdcəsindən dövlət xəstəxanalarının saxlanması üçün 231,5 milyon manata qədər vəsait ayrılıb. Əldə etdiyimiz məlumata görə, bu vəsaitin təxminən 60 milyon manata qədəri MOM-un xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Beləcə, MOM həm qanuni, həm də qeyri-qanuni yolla pul qazanır.

 

Akif Nəsirli

GundemXeber.Az

 
 
 

Ardını oxu...
Bakının Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında yaşıllıq məhv edilib.

10-dan çox ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı iddialar var.

Naməlum şəxs və ya şəxslər əvvəlcə ağacları kəsiblər, sonra onların köklərini yandırmaq üçün dibində ocaq qalayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, araşdırma aparılır.

Qeyd edək ki, "Yaşıllıqların mühafizəsi haqqınd”a qanuna əsasən dövlət mülkiyyətində olan torpağın üzərindəki yaşıllıqlar götürülə, kəsilə və ya köçürülə bilməz. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların götürülməsinə və ya köçürülməsinə isə mülkiyyət sahibi özü qərar verə bilər.


Ardını oxu...
Son vaxtlar paytaxtın Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdi.

Dia-az.info xəbər verir ki bununla bağlı Aztoday.az saytı media üzərindən apardığı araşdırmalardan məlum oldu ki, həm Nizami, həm də Yasamal rayonunda eyni iş adamları fəaliyyət göstərməkdədir. Bunlardan biri də əvvəllər hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş Ramin Əhmədovdur. Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun “qara kassa”sı kimi tanınan Ramin Əhmədov qısa müddətdə oliqarxa çevirməyi bacarıb.

Onun kimliyi ilə bağlı araşdırma apardıqda məlum olur ki, o, siyasətlə biznesin vəhdəti üzərində yüksəlməkə davam edir. Ramin Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov zamanında sabiq icra başçısı Arif Qasımovun “qara kassası” kimi fəaliyyət göstərib və “ağaclara qənim kəsilən iş adamı” kimi ad çıxarıb. Maraqlıdır ki, ötən seçkidə YAP namizədinə qarşı mübarizə aparan Ramin Əhmədov bu əməlinə görə cəzasız qalıb.

Onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, özünü oliqarx baron kimi aparan Ramin Əhmədov 2017-ci ilin noraybrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələmışdi. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığndakı “”Dakar”” meydanında öz avtomobili ilə “”VAZ-2107″”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “”Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar”” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayılsa da nə YAP-da, nə də Nizami İcra hakimiyyətində onun yüksəlişinə əngəl yaratmayıb.

Arif Qasımovun vaxtında paytaxtın Qara Qarayev prospektində yeni tikilən əksər obyektlərə Ramin Əhmədovun nəzarət edib və indi bu statusu itirib-itirmədiyi bilinmir. Məlumata görə, R.Əhmədov “Neftçilər” metrosundan “8-ci kilometr” bazarına gedən yolun hər iki istiqamətində böyük tikinti işləri görərək maqnata çevrilib.

Biznesini Yasamal rayonunda da inkişaf etdirən Əhmədov buranın icra başçısı Elşad Həsənovla yaxın münasibətlərindən yetərincə bəhrələnir. Ramin Əhmədovun böyük siyasi iddialarının olması heç kəsə sirr deyildir. Özünü jurnalist, idmançı, biznesmen, ədəbiyyatçı, siyasətçi və s. hesab edən Ramin Əhmədov mərhum millət vəkili Fəttah Heydərovla da birgə çalışıb, amma özünü nüfuzlu bir generalın adamı kimi təqdim edir. Elə bu əlaqələr və imkanların nəticəsidir ki, oliqarx baron yaxın ətrafına ya yeni parlamentdə mandat alacağını, ya da yüksək vəzifəyə gedəcəyini bəyan edir.

Ardını oxu...
Şəki rayonun Baş Göynük kənd sakinlərindən Əmirov Rizvan Mehrəli oğlu ( mob. 055 405 79 69), Həşimov Şahid Zahid oğlu və digər 76 nəfər şəxslər tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciədə deyilir:

"Cənab Prezident, məlum edirik ki, yaşadığımız Baş Göynük kəndi MDB məkanında ən dağıdıcı dağ çayı hesab olunan Şin çayın yanında yerləşir. Qazaxıstandakı çaydan sonra bizim çay 2-ci dağıdıcı çay hesab olunur. 2023-cü ilin sentyabrın 20-də gələn sel suları kəndimiz istiqamətində yarğan açmışvə 12 nəfərin bağ sahəsini məhv etmişdir. Çayda tikilən bəndlər yarımçıq və çox keyfiyyətsiz olmuşdur.Ona görə də bu ilin may ayında gözlənilən növbəti dağıdıcı selin 10000 nəfər sakini olan kəndimizin 3/1 hissəsini sel altında qalacaqçoxsaylı insan tələfatıilə nəticələnəcəyi gözlənilir. Biz, hələ 2023-cü ilin noyabrında Şəki Suvarma Sistemləri İdarəsi müdirinə təcili tədbirin görülməyi xahiş etdik. Amma müdir traktorun işləməsi ( çayda təmizləmə işləri) üçün1000 manat istədiklərinə görə-lazım olduğuna görə bu məsələ baş tutmadı. Selin gəlməsinə isə 2 ay qalıb. Amma heç bir iş görülməyir. Zaur müəllimin müavini Zakir Quliyev də hələ 2021-də rəsmi təsdiq edib ki, “Çin çayına” 4000 p/ m bənd vurulmasına ehtiyac var. Əgər dövlət vəsait ayırsa iş görüləcək.”

   Nəticəyə gəlirik ki, dövlət məmurları gözləyirlər ki, təbii fəlakət baş versin, insanlarımız faciəli həlak olsun, evlər dağılsın ondan sonra hərəkətə keçsinlər. Cənab Prezident, yalnız Sizin göstərişinizlə gözlənilən təbii fəlakətin qarşısı alına bilər. Ona görə xahiş edirik ki, dağıdıcı sel gələnə qədər bənd tikintisinə göstəriş verəsiniz".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti