Masallı rayonu, Təklə kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə müvafiq qurumlara müraciət edən şikayətçilər yazırlar:
“Biz, sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Artıq neçə illərdir ki, şikayətimizə baxılmır, canımız boğazımıza yığılıb. Yağış, qar yağan kimi kəndə girmək, həyətə çıxmaq qeyri-mümkün olur.
Bizim kənd, deyəsən, məmurların yadından çıxıb?!
Dəfələrlə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll olunmur. Kəndə giriş üçün əsas yol Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kənd camaatı bu yoldan ancaq piyada keçidi üçün istifadə edir, çünki avtomobillərin keçidi mümkünsüzdür. Çayın üzərindən keçən körpü kənd sakinlərinin köməyi ilə salınıb və taxta parçalarından ibarətdir. Yol olmadığı üçün təcili yardım, yanğın söndürənlər kəndə daxil ola bilmir. Kənddaxili yollar da bərbad vəziyyətdədir".
Sakinlər onu da deyirlər ki, kənddə elektrik enerjisi ilə bağlı da ciddi problemlər var: "2016-cı ildə kabelləşmə işləri aparılıb. Kəndin cənub hissəsində yerin müəyyən olunmasına baxmayaraq, transformator quraşdırılmayıb. Buna görə də, tez-tez qısaqapanmalar olur, günlərlə işıq verilmir.
Mavi yanacaqla bağlı da problemlə üzləşirik. Kəndin müəyyən hissəsinə qaz çəkilsə də, bir çoxumuzun evinə qaz sayğacı quraşdırılmayıb. Qışda istiliklə bağlı problemlər olur. Ağac kəsilməsinə icazə verilmədiyindən, daha da çıxılmaz vəziyyətlə üzləşirik".
Masallı Rayon İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, bu il 2 kilometr yola asfalt döşənib. Sakinlərin işıq və qazla əlaqədar şikayətlərinə gəldikdə, İcra Hakimiyyətinin xanım əməkdaşı bununla bağlı ətraflı öyrənəndən sonra onlara cavab verəcəyini bildirib. Lakin daha sonra telefonlara cavab verməyib.
Qeyd edək ki, hazırda Təklə kəndinin sakinləri əlacsız və çarəsiz vəziyyətdə kimə hara müraciət edəcəklərini bilmirlər?
Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
Son vaxtlar paytaxtın Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdi.
Aztoday.az media üzərindən apardığı araşdırmalardan məlum oldu ki, həm Nizami, həm də Yasamal rayonunda eyni iş adamları fəaliyyət göstərməkdədir. Bunlardan biri də əvvəllər hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş Ramin Əhmədovdur. Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun “qara kassa”sı kimi tanınan Ramin Əhmədov qısa müddətdə oliqarxa çevirməyi bacarıb.
Onun kimliyi ilə bağlı araşdırma apardıqda məlum olur ki, o, siyasətlə biznesin vəhdəti üzərində yüksəlməkə davam edir. Ramin Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov zamanında sabiq icra başçısı Arif Qasımovun “qara kassası” kimi fəaliyyət göstərib və “ağaclara qənim kəsilən iş adamı” kimi ad çıxarıb. Maraqlıdır ki, ötən seçkidə YAP namizədinə qarşı mübarizə aparan Ramin Əhmədov bu əməlinə görə cəzasız qalıb.
Onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, özünü oliqarx baron kimi aparan Ramin Əhmədov 2017-ci ilin noraybrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələmışdi. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığndakı “”Dakar”” meydanında öz avtomobili ilə “”VAZ-2107″”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “”Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar”” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayılsa da nə YAP-da, nə də Nizami İcra hakimiyyətində onun yüksəlişinə əngəl yaratmayıb.
Arif Qasımovun vaxtında paytaxtın Qara Qarayev prospektində yeni tikilən əksər obyektlərə Ramin Əhmədovun nəzarət edib və indi bu statusu itirib-itirmədiyi bilinmir. Məlumata görə, R.Əhmədov “Neftçilər” metrosundan “8-ci kilometr” bazarına gedən yolun hər iki istiqamətində böyük tikinti işləri görərək maqnata çevrilib.
Biznesini Yasamal rayonunda da inkişaf etdirən Əhmədov buranın icra başçısı Elşad Həsənovla yaxın münasibətlərindən yetərincə bəhrələnir. Ramin Əhmədovun böyük siyasi iddialarının olması heç kəsə sirr deyildir. Özünü jurnalist, idmançı, biznesmen, ədəbiyyatçı, siyasətçi və s. hesab edən Ramin Əhmədov mərhum millət vəkili Fəttah Heydərovla da birgə çalışıb, amma özünü nüfuzlu bir generalın adamı kimi təqdim edir. Elə bu əlaqələr və imkanların nəticəsidir ki, oliqarx baron yaxın ətrafına ya yeni parlamentdə mandat alacağını, ya da yüksək vəzifəyə gedəcəyini bəyan edir.
DogruXeber.az: - Bu günlərdə redaksiyamıza məlumat daxil oldu ki, Paytaxtın Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsi – 183 ünvandakı yaşıllıq zolağında çoxsaylı ağaclar kəsilib. Çəkiliş qrupumuz qeyd olunan ünvanda olub və baş verənləri əks etdirən görüntüləri video-qeydə alıb: Bəzi ağacların qabığını soyublar və bu əməl onların tezliklə qurumasına hesablanıb. Guya təmizlik işi aparırlar. Ərazini dəmir təbəqə ilə hasarlayıblar, arxasında – ağacları qırdıqları yerdə daş hörürlər.
Ümumiyyətlə, Xətai rayonunda yaşıllıqların məhv edilməsi və yerinin obyektaltı istifadə üçün satılması çoxdandır ki davam edir. Xüsusilə də cənab Rafiq Quliyev 2019-cu ilin sonunda Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləndən sonra bu mənfi tendensiya daha da dərinləşdi. Məhv edilən yaşıllıqların yerində çay evləri, kafelər, avto-yuma məntəqələri yağışdan sonra çıxan göbələk kimi artmağa başladı. Əslində isə, Rafiq Quliyevin adı rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılmasında hələ xeyli əvvəldən, RİH başçısının birinci müavini vəzifəsində işlədiyi 2013-cü ildən hallanmağa başlamışdı. Xatırladaq ki, Razim Məmmədovun Xətai rayonuna rəhbərliyi dönəmində səkiyə, qaz borularının üstünə, yüksək gərginlikli elektrik xətlərinin altına illərlə əziyyət çəkilərək əkilib becərilən ağacların olduğu əraziyə müxtəlif məqsədli kommersiya obyektlərinin tikintisi üçün çoxlu sayda sərəncamlar verilib. Bu tip məsələlər məhz başçının I müavini Rafiq Quliyevin nəzarətində olub. Yəni həmin Sərəncamlara təşkilatçılığı Rafiq Quliyev edib və bu sayaq işlər onu oliqarxa çevirib.
Məlumatlarda qeyd olunur ki, Xətai RİH-nin sabiq başçısı Razim Məmmədov axır-axırlarda Rafiq Quliyevin rayondakı öz obyektləri barədə ona çatmış informasiyanı dəqiqləşdirmək üçün ərazidə gəzintiyə çıxıbmış. Gördüklərindən heyrətə gəlib və birinci müavini ilə sözü çəpləşibmiş. Çünki aşkar etdikləri onun təxminlərini, məqbul saydığı kəmiyyətləri çox-çox üstələyib. Özü də Rafiq Quliyevin obyektlərində necə deyərlər, “kəsilən başa sorğu-sual yoxdur”. Doğru-dürüst vergi ödəmirlər, əmək qanunvericiliyinin tələblərini pozurlar, qonşuluqda yaşayan sakinləri səs-küylə narahat edirlər. Şikayətlər, narazılıqlar ortaya çıxanda da Rafiq Quliyevin pulyığanı – Xətai MKTB-nin rəis müavini İntiqam Cümşüdov və digər qoçular qabaqlayıcı tədbir görərək, şikayətlərin ünvanlandığı hüquq-mühafizə və cinayət təqibi orqanlarına zəng vurub işləri “qaydasına” qoyurlar. Onu da deyirlər ki, Rafiq Quliyevin təbii ki, öz adına rəsmiləşdirmədiyi kommersiya obyektlərinin çoxu qohumlarının adınadırsa, ən səs-küylüləri İntiqamın bacısı Afət xanımın adınadır.
Lakin, sabiq başçı hər şeyin fərqinə varanda artıq gec idi – Rafiq Quliyev onun kreslosuna yiyələnmək üçün qabaqcadan tədarük görmüşdü. Həmin ərəfələrdə mübahisələrinin şahidi olan digər aşağı vəzifəli şəxslər məhrəm məclislərdə bu mövzuda lətifəyə bənzər əhvalatlara danışır, onların qovğalarını Kərbəlayi İsmayılla Qəmlonun danışığı ilə müqayisə edirlər. Hərçənd, Qəmlo boynundan zəncirlə asdığı miniatür Qurana and içirdisə, deyilənə görə Rafiq Quliyev üstündə gəzdirdiyi “erməni gülləsinə” and içir. Dolaşan söhbətlərə görə, zəncirdən asdığı həmin güllə saxtadır, daha doğrusu, heç də onu yaralayan erməni gülləsi deyil, sonradan əldə edilib. Yeri gəlmişkən, Rafiq Quliyev yalan-gerçək I Qarabağ müharibəsi veteranı olmasından, güllə yarası almasından indiyədək çox istifadə eləyib. Elə indi də II Qarabağ müharibəsinin gənc qazilərini qabağa verir, bir çox obyekt yerlərini onların adı ilə satdırır. Bilir ki, cəmiyyət qazilərə müəyyən mənada güzəşt edəcək. O ki qaldı Bakı şəhər rəhbərliyinə, ŞİH ondan bu məsələlərlə bağlı hesabat tələb edəndə kabinet söhbətlərində deyir ki, “neyləyim, irad tuturlar ki, sən özün qocaman veteran ola-ola, gənc veteranlara güzəşt eləmirsən, qeyrətimə boğuluram”.
Göründüyü kimi, adamın bu sahədə on ildən artıq təcrübəsi var, tam ixtisaslaşıb. Ona görə də bəzən hətta iri-iri torpaq sahələrini satanda heç Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da hesablaşmağın vacibliyini də nəzərə almır.
Rafiq Quliyev “xeyir-dua” verəndən sonra ortada umulan təmənnadan Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevə də pay çatır. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış.
Başçı ilə anlaşıb rayon ərazisində qanunsuz iş görənlər hətta qəfil iş başında yaxalansalar belə arxayındırlar ki, uzaqbaşı inzibati xətaya görə cərimələnəcəklər. Çünki Rafiq Quliyevin nüfuz etdiyi bütün əlaqədar qurumlar hər vəchlə çalışacaqlar ki, qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər, Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin. Mövzuya qayıdacağıq.//Nyus.Az
DogruXeber.az: - Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.
Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.
Biz isə Yenixeber.org-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə...
***
Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9:00-dan axşam saat 18:00- a qədər hansı məqsədlə və hansı əsasla icarəyə verilib?
***
Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, məhz Gülnaz Kərimovanın “kuryer” deyə saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və hansı maraq əsasında?
***
Gülnaz Kərimova üçün heç bir imtahanda iştirak etməyən Şəhla Əliyeva kimdir? — direktor müavini, müllimə, yoxsa şəxsi üçün xörək bişirib qab- qaşığını yuyan xadiməçi?
***
Gülnaz Kərimovaya hansı nailiyyətlərinə görə, İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə olunur?
***
Gülnaz Kərimova özünün istirahət üçün məktəbi qeyri-qanuni olaraq beş günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili-xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda, məktəbdə 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi, yəni ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alırlar. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8:00-da başlayır və 13:50-də başa çatır. İkinci növbə dərs saatı 13:55-də başlayır və saat 19:40-da başa çatır. Məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir və bunun insan həyatı üçün nə qədər təhlükəli olması göz önünə gətirilməlidir. Əlavə edim ki, məktəbin beş günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlərin və texniki işçilərin heç biri rəsmi dövlət sənədi ilə tanış olmurlar və onlar həmən sənədlərə imza da atılmayıblar.
***
Məktəbə gəlməyən şagirdlərin qiyməti — rus bölməsi üçün 1500- 2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir. Əslində, belə bir halın varlığı biabırçılıqdır.
Artıq paytaxt Bakının Yasamal rayonunda özbaşınalıq ənənə halını alıb. Hər halda görüləni budur. Və bəlli olanı odur ki, başında Elşad Həsənovun dayandıığı bu rayonda açıq-aşkar barbar qanunları qüvvədədir.
Əgər belə olmasaydı, bu gün sözügedən rayonun icra hakimiyyəti yerləşən binanın düz qarşısında çoxillik ağaclar ayrı-ayrı işbazlar tərəfindən məhv edilməzdi. Vertikal.az olaraq təqdim etdiyimiz fotolardan da aydın olur ki, bu gün sözügedən RİH-də oturanlar üçün artıq dəyər qalmayıb... Konkret olaraq, Yasamal RİH-lə üzbəüz ərazidə, yolun əks ərəfində yerləşən "Karo" restoranı bu gün məhz Elşad Həsənovdan aldığı qüdrətt hesabına çoxillik ağacları aşkar surətdə məhv edir. Əgər bu işdə Elşad müəllim maraqlı deyilsə, əksini sübut eləsin... Lakin bu artıq imkansızdır... Çünki ağaclar artıq quruyub və bu proses neçə müddətdir davam edir. Əgər Yasamal RİH bu prosesdə iştirakçı olmasaydı, çoxdan müdaxilə edərdi...
Media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycanı nura qərq edən qurumun, “Azərişıq” ASC-nin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan. İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir deklorasiya tələb olunarsa “Azərişıq” rəhbərinin də milyonlarına işıq düşər.
Diqqətimizi çəkən ən maraqlı məqam Prezidentin yüksək etimad göstərdiyi V. Əhmədovun kimlərə etimad göstərərək yüksək vəzifələrə gətirməsi oldu. Zamanında fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə təqsirləndirilən bir çox şəxslər nədənsə “Azərişıq” rəhbərinin diqqətini çəkib və onları bu strateji dövlət qurumunda mühüm vəzifələrə təyin edib.
Götürək elə Vüqar Əhmədovun Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin etdiyi Elmar Mahmudovu. Qeyd edək ki, sözügedən şəxs daha əvvəllər Bakının Nərmanov rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyəndə də yaxşı qazanc əldə edib. Amma yol verdiyi nöqsanların üstü açıldıqdan sonra “Azərişıq” ASC-nin sədri onu tutduğu vəzifədən azad etmək əvəzinə Gəncəyə, 6 rayonu özündə birləşdirən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin edib.
2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin edilən Elmar Mahmudova da artıq “kiçik oliqarx” demək olar. Saytımıza verilən məlumatda bildirilir ki, Elmar Mahmudov əvvəllər işlədiyi Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyəndədə yaxşı qazanc əldə edib. Ancaq 2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin ediləndən sonra Elmar Mahmudov özünə Gəncə və Göygöldə villalar, obyektlər inşa etdirib. Məsələ ondadır ki, Eldar Mahmudovun rəhbərlik etdiyi Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin əhatə etdiyi rayonlarda elektrik təchizatının texniki vəziyyəti heç də normalara uyğun deyil. Əslində isə vəziyyət acınacaqlı səviyyədədir. Xüsusən dağ kəndlərinə gedən elektrik xəttləri görünməyən ölüm mənbəyi kimi görünür. Hər həftə nəzarətində olduğu rayonlarda yeyib-içən, kef çəkən Elmar Mahmudov nədənsə bunları görmür. Buna baxmayaraq Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisinin Göygöldəki villasında hər şey yüksək səviyyədədir.
Elmar Mahmudovun “Azərişıq” ASC-də himayədarının isə sədr müavini Ramil Yusifov olduğu bildirilir. Məhz onun Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinə “transfer”inin Ramil Yusifovun sayəsində baş tutduğu deyilir.
Qeyd edək ki, “Azərişıq”ASC -nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsininin nəzarət etdiyi ərazilər Gəncə şəhəri, Samux, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarıdır.
Bildirək ki, Elmar Mahmudovun adı Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi kimi 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən 129 minlik rüşvət ittihamı ilə keçirilən məhkəmə prosesində keçib.
Həmin məhkəmə prosesində Elmar Mahmudovun aparıcı mühəndisi və kəsim şöbəsi mühəndisi məşhur “İnfinti” kluba qanunsuz işıq xətti çəkilməsi üçün 29 min manat rüşvət almaları, həmçinin klubdan aylıq ödənişlər üçün ümumilikdə 100 min manat vəsaiti alaraq “Azərişıq” ASC-yə ödənilməməsi ilə bağlı cinayətdə ittiham olunurdular.
Məlum olduğu kimi 2024-cü ilin fevralında keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini açıqladı. Yeni vəzifəyə təyin olunanların arasında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun olmaması xüsusilə diqqət çəkir.Çox günan ki,Vüqar Əhmədov Prezidentin ona göstərdiyi yüksək etimadı doğrulmayıb. Odur ki, yaxın günlərdə işdə yol verdiyi korrupsiya, mənimsəmə və qohumbazlıq əməllərinə görə Vüqar Əhmədov vəzifəsindən kənarlaşdırılacaq. Barəsində cinayət işinin açılması ehtimalı da böyükdür. Onda Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Mahmudovun da bir çox korrupsiya əməlləri üzə çıxacaq. Gəncə. Göygöl və Daşkəsəndə inşa etdirdiyi villaların, obyektlərin hansı vəsaitlərlə əldə olunduğu da məlum olacaq.
Yasamal rayonu ərazisində səkilərin zəbt edilməsi davam edir. Rayonun Ələsgər Ələkbərov və Məmməd Rahim küçələrinin kəsişməsində piyada səkisini zəbt edib iaşə obyekti qururlar.
Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, zəbt edilən ərazi yaşıllıq, ağaclarla zəngin olan geniş piyada səkisidir. Ağaclıqların arasında piyada səkisinin zəbt edilməsi hesabına ərazidə iaşə obyekti qurulur. Sakinlər bildirib ki, ötən il bu yerdə kənarda sadəcə çətir qoyulduğu halda, indi piyada yolunun da 80 faizi tutulub. Ərazidə yaşayanlar bildirir ki, bu, həm piyadaların hərəkətinə maneə yaradır, həm də obyektdəki səs-küy ətrafda yaşayan sakinləri narahat edir. Obyekt sahibinə bununla bağlı sakinlər bir neçə dəfə narazılıqlarını bildiriblər. Lakin aidiyyəti qurumlar işə laqeyid yanaşdığı üçün, icazəni də məhz o qurumlar verdiyi üçün heç bir tədbir görülmür.
Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri demək olar ki, qanunsuz əkin üçün istifadəyə verilib.
Yəni, “Aqro SAR” MMC qanun tanımadan örüş sahələrini öz mülkiyyət torpağı hesab edərək istədiyi formada istifadə edir. Bu işdə Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyev bir başa başçılıq edir. Çox hörmətli R. Nağıyevə təəssüf hissi ilə bildiririk ki, örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qəti qadağandır. Onuda diqqətinizə çatdıraq ki, qanunları bilərəkdən saya almamaq isə dövlətimizə və rayon rəhbərliyinə qarşı təxribat hesab edilir.
Digər tərəfdən bir faktı qeyd etməliyik ki, adı hallanan şəxs ümumiyyətlə qanun tanımır və şəxsi vəsait hesabına istədiyi vəziyyəti reallaşdırır. Yaxşı, Əmlak Məsələləri Dövlət Xidmətinin işi və fəaliyyəti nədən ibarətdir? Nə işlə məşğuldurlar ki, böyük bir skandalın qarşısını almaqda acizdirlər? Deməli, hadisənin analizində iki versiya ortaya çıxır. Birinci versiya ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti bilərəkdən Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyevə şərait yaradır.
İkinci versiya ondan ibarətdir ki, dövlət qurumu öz işini icra edə bilmir. Belə olan halda əlbətdə ki, narazılıqlar durmadan artacaq və sadə rayon sakinləri günahı yuxarıda yəni, dövləti idarə edən şəxslərdə görəcək. Əslində elə deyil. Məsələni dərindən araşdırsaq görərik ki, yerli qurumlar Prezidentin təyin etdiyi səlahiyyərtli nümayindələri ya eşitmirlər, ya da məsüliyyəti nazirliyin üzərinə atırlar. Çox istərdik ki, nazirliyin yerli qurumları qanuna riayət etsinlər və sakinlərlə normal davransınlar. Məsələ nəzarətimizdədir, araşdırmalar davam edir.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.
Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Maraqlıdır görəsən bu cinayət işində Valeh Abdullayevin qanunsuz əməlləri törətməsinə hər hansı formada iştirak etmiş rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəisi Səbuhi Əhmədovun da adı keçirmi? Təbii ki, rüşvət verməkdə yox, mənzillərin başqa şəxslərin istifadəsinə verilməsinə şərait yaratdığına görə, rüşvət almağa təhrik etməyə görə.
Qeyd edək ki, Valeh Abdullayevin məhkəmənin qərarı ilə vəzifəsindən azad edilərək ev dustaqlığına buraxılması xəbərindən sonra bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun özü də gündəmə gəldi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Buna görə də vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Göründüyü kimi təzad təşkil edir. Kim daha çox rüşvət ala bilər, bir İstismar Sahəsinin rəisi, yoxsa sərəncamında onlarla istismar sahəsi olan Departament direktoru?
Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Millət vəkili olmuş Rövşən Rzayevin 2018-ci ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.
Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada bir daha sadalamağa zənnimizcə ehtiyac yoxdur. Dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Səbuhi Əhmədovun rəhbərliyi ilə sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməklə məşğuldur. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar var. Şikayətçilərdən biri yazır: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”. Səbuhi Əhmədov məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, pul alıb kiməsə bağışlamaqla məşğul olur. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.
Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb. Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala bilmir. Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində büdcə pulları da direktor Səbuhi Əhmədovun ixtiyarındadır. Satınalmalar yolu ilə istədiyi istiqamə yönəldir, istədiyi şirkətlərə formal müqavilələr bağlayıb büdcə pullarını təyinatından kənarlaşdırır.
Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 2023-cü ildə 33 açıq tender daxil edib. Onlardan 31 açıq tenderin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib. Bu tenderlərin böyük əksəriyyəti Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran, Qaradağ, Qəbələ, Zaqatala, Balakən və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri, binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri, fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri, qəsəbədaxili küçələrin,həyətyani sahələrin,park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işlərini görmək üçün keçirilib.Nədənsə bu sifarişləri də bir neçə ildir eyni şirkətlər, “Qarabağ Təmir-Tikinti”, “Tunel-Metro İnşaat”, “Turan.İ.O”, “Simmetriya”, “Baku Building” kimi MMC -lər görür.
Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib. Qanun isə görülən işlərin ünvanının və həcminin açıq şəkildə göstərilməsini tələb edir. Bunlardan əlavə, təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?
Göründüyü kimi Ağdamda kiçik bir İstismar Sahəsinin rəisi məbləği bəlli olmayan rüşvət üstündə həbs edilir, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində hər cür qanun pozuntularına yol verən Səbuhi Əhmədov isə cərimələnir. Nəyə görə? İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntularına görə. Səbuhi Əhmədovdan bəs talanan milyonların hesabı nə vaxt sorulacaq? Aktualinfo.org https://mediatv.az/karusel/116626-qacqinkomdaki-sebuhi-ehmedovdan-kim-hesab-sorusacaq.html
Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi Xudadat Məlikaslanov 22 ünvanında qanunsuz obyekt tikildiyi iddia edilir...
AzFakt.com-a verilən məlumatda bildirilir ki, ərazidə inşa edilən obyektin heç bir rəsmi sənədi yoxdu və obyekt gizli şəkildə inşa edilir. İddia edilir ki, obyektin tikinitisinə icazə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilib.