Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan "Kurort" QSC Buzovna qəsəbəsində kanalizasiya boru kəmərinin çəkilişi layihəsini işə salıb. Boru kəməri öz başlanğıcını 13 saylı internat-məktəbin yanından götürür, sonra "Əli ayağı" ziyarətgahı və məscidin yanında yerləşən “Xəzər” sanatoriyası və “Şəki” istirahət mərkəzinə gedir.

Uzunluğu 2,4 km. olan boru kəməri qismən diametri 50 sm. olan propilen borudan ibarətdir, sonra hər biri 10 sm. olan iki plastik boru kəmərinə ayrılır.

Bir neçə il əvvəl məcburi köçkünlər “Xəzər” sanatoriyasını tərk etdikdən sonra ora bərbad vəziyyətə düşüb və heç bir iş görülmür. Qapılar qıfıllanıb. “Şəki” istirahət mərkəzində isə təmir işləri aparılır.

İş ondadır ki, hər iki obyekt Zaqulba çimərliyindəki təmizləyici qurğuya çirkab axıdan kanalizasiya kollektorunun səviyyəsindən xeyli aşağıdadır. İnşaatçıların dedikləri kimi, kurort obyektlərindən tullantılar xüsusi nasosın köməyilə çəkiləcək (?!). 2023-cü ilin sentyabrından kanalizasiya borusunun çəkilməsi işlərinə başlanılıb və artıq mənfi nəticələr var.

120 milyon manatlıq korrupsiya: faktı ört-basdır etməyə çalışırlar

Buzovna qəsəbəsindəki çoxmənzilli binalardan axan kanalizasiya suları daim bayıra, magistral şəbəkə ilə yeni xəttin qovuşduğu yerə tökülür, yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur- axıntılar asfaltı dağıdır və bayıra tökülür, Lermontov və Axundov küçələri boyunca ətrafı basır. Boru kəmərinin çəkildiyi küçə yararsız hala düşüb və keyfiyyətsiz asfaltın ayrı-ayrı yamaqlı hissələrindən ibarətdir, boru kəmərinin keçdiyi bütün yollarda torpaq çökür. İşlər keyfiyyətsiz aparılıb və əgər boru kəməri istismara verilərsə, qəzalar və qəsəbənin küçələrinə kanalizasiya çirkabının axması qaçılmaz olacaq.

Amma ən əsası odur ki, layihə yerli dövlət orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və icazəsi olmadan həyata keçirilib.

“Turan” agentliyi kanalizasiyanın tikintisinə kimin icazə verdiyini, tikintiyə kimin cavabdeh olduğunu və icraçının kim olduğunu uzun müddət araşdırmalı olub. Dövlət təşkilatları, Həmkarlar İttifaqları Konfederasiyası agentliyin qanunvericiliyin tələbinə uyğun olaraq göndərdiyi yazılı sorğulara cavab verməyiblər. Agentlik Ombudsman Aparatını məsələyə müdaxilə etməyə məcbur edib, onun köməyilə hansısa informasiyanı əldə etmək mümkün olub. Ancaq demək olar ki, cavabdehlər bütün sorğulara mahiyyəti üzrə cavab verməyiblər.

Əvvəlcə “Azərsu” ASC bu kanalizasiyanın tikintisinə bağlılığını inkar edib, lakin sonra bu layihəni təsdiqlədiyini etiraf etməyə məcbur olub, ancaq işi podratçı təşkilat həyata keçirib.
Ardını oxu...

“Azərsu” bildirib ki, hələ 2019-cu ildə “Kurort” QSC layihənin texniki əsaslandırılmasını (TƏ) almaq məqsədilə müraciət edib. 17 yanvar 2024-cü ildə, “Turan” layihənin araşdırılması ilə məşğul olmağa başlayanda, supaylayıcı şirkət bildirib ki, TƏ-nin uzadılması ilə bağlı QSC-nin “Azərsu”ya təkrar müraciəti olib və o təmin edilib. TƏ-nin uzadılmasının səbəbləri açıqlanmır. Tikinti başlayan vaxt hansısa TƏ-nin olduğuna ciddi şübhələr var. Məsələ bundadır ki, “Azərsu” və bu kanalizasiya layihəsində iştirak edən qurumlar onun barəsində bütün məlumatları verməkdən imtina ediblər. Həmkarlar İttifaqları Konfederasiyası da eyni mövqeyi tutub.

Məsələn, Həmkarlar İttifaqları Konfederasiyası 16 fevral 2024-cü il tarixli məktubda bildirir ki, ictimai birliklərin və partiyaların informasiya sorğularına cavab verməyə borclu deyil, sanki sorğunun KİV-dən daxil olduğunu anlamır. Ancaq məsələ təkcə bu deyil.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən Həmkarlar İttifaqları Konfederasiyası sorğulara cavab verməyə borcludur.

Həmkarlar İttifaqları Konfederasiyası qeyd edir ki, qaçqınlar “Xəzər” sanatoriyasının kanalizasiya sistemini yararsız hala salıblar, buna görə də onun bərpasına zərurət yaranıb, eynilə "Şəki" İstirahət Mərkəzində olduğu kimi. Ancaq "Şəki" nisbətən yaxın vaxtlarda tikilib, qaçqınlar tərəfindən məskunlaşdırılmayıb və özünün kanalizasiya sistemi olub. "Xəzər"də heç bir təmir işi aparılmır və bundan əlavə, 60-cı illərin əvvəllərində inşa edilmiş sanatoriyanın özünün çirkab sularını təmizləyici sistemi olub və heç vaxt kollektora atılmayıb.

Konfederasiyanın məktubundan belə çıxır ki, Həmkarlar İttifaqları layihənin texniki əsaslandırılması üçün “Azərsu” ASC-yə müraciət edib və onu alıb. TƏ-nin əsasında "Su Kanal" Elmi-Tədqiqat İnstitutu tərəfindən layihə tərtib edilib. Sonra layihəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təsdiq edib. İşin icrası üçün müqavilə lisenziyalı “Repeir VS Construction” MMC podratçı təşkilat ilə bağlanıb. Konfederasiya TƏ və layihə ilə bağlı müraciət və təsdiq tarixləri, podratçı ilə müqavilənin bağlanması, podratçı seçimi üzrə tender barədə məlumatları açıqlamır.

Ardını oxu...
Ardını oxu...

Xəzər Rayon İcra Hakimiyyəti bildirib ki, layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. 3 mart tarixli məktubda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov bildirib ki, layihənin hazırlanması, onun tikintisi, istifadəsi, texniki xidmət “Azərsu” ASC tərəfindən həyata keçirilir.

Lakin Qurbanov bildirir ki, işlər aparıldıqdan sonra asfalt örtük yararsız hala düşdüyündən rayon İcra Hakimiyyəti “Azərsu” ASC-nin bölməsinə - Xəzər Rayon Su-Kanalı İdarəsinə iradlarla müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə də kollektorun tikintisi barədə məlumat verilməyib. Agentlik tikinti barədə “Turan”-ın müraciətindən öyrənib. Məktubda Dövlət Agentliyi bildirir ki, kanalizasiya xəttinin çəkilişi layihəsinin həyata keçirilməsi üçün müvafiq qurumlar tərəfindən heç bir müraciət olmayıb. “Turan” agentliyinə tövsiyə edilib ki, tikintinin dövlət norma və qaydalarına uyğunluğu ilə bağlı müvafiq cavabdeh qurumlara müraciət etsin. Lakin nazirlik özü Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin ekoloji aspektlərə dair tələblərinin pozulması ilə əlaqədar heç bir tədbir görməyib. Layihəni hazırlayan və təsdiqləyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Turan”-ın informasiya sorğusuna cavab verməyib.

Şəhərsalma və Tikinti Məcəlləsi kobud şəkildə pozulub

Qeyd etmək lazımdır ki, tikinti işləri AR Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.

Sözügedən layihənin reallaşması ilə bağlı hərəkətlərin şəhərsalma və tikinti fəaliyyətinin siyasətini, əsas prinsiplərini müəyyən edən Məcəllənin müddəaları ilə qarşılıqlı əlaqəliliyi bütün dövlət subyektləri və Həmkarlar İttifaqları tərəfindən qanunvericiliyin kobud şəkildə pozulduğunu göstərir.

Layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb, halbuki, Şəhərsalma və Tikinti Məcəlləsi göstərir ki, ərazi planlaşdırılmasının sifarişçisi kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə çıxış edir. Ərazi planlaşdırılması sənədləri müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qəbul etdiyi qərar əsasında hazırlanır.

Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təminatı məqsədilə heç bir tədbir görülməyib, layihə barədə ictimaiyyətə məlumat verilməyib, layihə üzrə idarələrarası və ictimai müzakirələr aparılmayıb. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazırlandığı tarixdən 10 gün ərzində sifarişçi ictimai müzakirələr təşkil edir.

Sifarişçi ictimai müzakirə iştirakçılarına ərazi planlaşdırılması sənədlərinin layihəsilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihəsinə edilən dəyişikliklər, habelə etiraz və təkliflərin rədd edilməsinin səbəbləri barədə məlumat verir. Ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şəhərsalma və Tikinti Məcəlləsi aşağıdakı hallarda tikintini yolverilməz hesab edir:

nəzərdə tutulan tikintinin baş plana zidd olduğu hesab edilir;

tikintisi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərəcəyi və ya özünün belə təsirə məruz qalacağı təhlükəsi var;

tikintisi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin edilməsilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərindən qeyri-rasional istifadəni tələb edir;

tikintisi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin və ya landşaftın təbii xüsusiyyətlərinin qorunması ilə bağlı maraqları pozur;

tikintisi nəzərdə tutulan obyekt su təsərrüfatına təhlükə yaradır və ya təbii hallardan (daşqınlardan) mühafizəni təhlükə altına alır.

“İnformasiya əldə edilməsi haqqında” qanun işləmir

Heç bir dövlət və ictimai qurum “Turan” agentliyinin informasiya sorğusuna qanunla müəyyən edilmiş müddətdə - operativ qaydada 24 saata qədər, əgər cavab xüsusi araşdırma, öyrənmə tələb edirsə, maksimum 7 iş gününə qədər - cavab verməyib. Halbuki, layihə barədə informasiyaya dair bütün suallara cavablar maksimum bir neçə saat ərzində təqdim oluna bilərdi. Ancaq agentliyin informasiya sorğuları praktikasında belə şey olmayıb. Cavablar böyük gecikmə ilə gəlib və sualların mahiyyəti üzrə olmayıb.

Kanalizasiya layihəsi işi üzrə alınan bütün cavablar natamamdır və ombudsmana müraciətlərin köməyilə alınıb. Lakin sonda Ombudsman Aparatı da gücsüz qalıb və Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

“İnformasiya əldə edilməsi haqqında qanuna” cavabdehlərin əməl etməməsilə bağlı “Turan”-ın məhkəmədə iddia qaldırması təcrübəsi əksər hallarda heç nəylə nəticələnməyib. Məhkəmələr faktiki olaraq cavabdehlərin vəkili rolunda çıxış edirlər. Hazırlanması cüzi vaxt tələb edən elementar cavabı almaq üçün məhkəmələr aylarla uzanır.

Ombudsman Aparatı ilə əlaqə müddətində “İnformasiya əldə edilməsi haqqında” Qanunun pozulmasına görə cavabdehlərə qarşı qanunla nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq edilməyib. Halbuki, bu qanunun pozulmasına görə pul cərimələri artırılıb.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, informasiyanın gizlədilməsi və tam və ya natamam həcmdə təqdim edilməməsi korrupsiya üçün şərait yaradan hərəkət kimi tövsif edilir.

120 milyon manat hara getdi?

Buzovna qəsəbəsinin sakinləri kanalizasiya və içməli suyun olmamasından əziyyət çəkirlər. Əvvəllər quyulardakı su işməli olub, lakin ötən yüzilliyin 60-cı illərinin əvvəllərindən neft quyularında hasilatı artırmaq üçün Buzovna yatağında laylarda nefti dəniz suyu ilə çıxarıblar. 70-ci illərin əvvəllərində quyuların şorlaşması başlayıb. Yeraltı suların səviyyəsi qalxıb. 2014-cü ildə hökumət Buzovna və bir sıra digər qəsəbəni içməli su və kanalizasiya ilə təmin etmək qərarına gəldi. Bunun üçün büdcədən 120 milyon manat ayrıldı. Pullar yoxa çıxdı. 2018-ci ildə “Azərsu” bildirdi ki həmin vəsaitdən 3 milyona yaxını xərclənib, qalan pullar şirkətə gəlib çatmayıb.

3 avqust 2021-ci ildə respublika prezidentinin sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeron qəsəbələrinin memarlıq siması" müsabiqəsinin ikinci mərhələsinə yekun vurub.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Memarlar İttifaqı və Bakı Abadlıq Xidməti MMC ilə birgə keçirilən müsabiqədə Buzovna qəsəbəsinin memarlıq planlaşdırılması üzrə qaliblər elan edilib.

Əsas vəzifə qəsəbənin tarixi atmosferi saxlanılmaqla vahid memarlıq - bədii konsepsiyanın yaradılması, landşaftın planlaşdırılması məsələlərinin həlli, əhali üçün ictimai-iqtisadi şəraitin yaxşılaşdırılması, qəsəbənin yaşıllaşdırılması, günəş batareyalarından istifadə, turizm infrastrukturunun inkişafı, düzgün parklanmanın təşkili, piyada zonalarının və velosiped yollarının, yeni səkilərin yaradılmasıdır. Bununla da hər şey bitdi. Əksi baş verir - abidələr, yollar, unikal sahil landşaftı dağıdılır, ekoloji vəziyyət pisləşir.

Nəhayət, sovet ənənəsinə uyğun olaraq, “Turan” İnformasiya Agentliyi məqalədə göstərilən faktlar barədə fikir bildirilməsi, həmçinin qanunçuluğun pozulması faktlarının aradan qaldırılması üçün görülən tədbirlər haqda məlumat verilməsi xahişilə məqaləni orada adı keçən dövlət və ictimai qurumlara göndərəcək.

Həmçinin agentlik onlara göndərilən və cavabsız qalan informasiya sorğusundakı suallara cavab gözləyir:

1. Layihənin sifarişçisi kimdir?

2. Layihədə məqsəd nədir?

3. Layihənin texniki parametrləri necədir, dəyəri, icra müddəti nə qədərdir?

4. Layihəni kim ödəyir?

5. Layihə üzrə işləri kim yerinə yetirir?

6. İcraçının bu sahədə təcrübəsi varmı və bu vaxta qədər hansı layihələri həyata keçirib?

7. İşlərin icrası üçün tender nə vaxt keçirilib və tenderdə hansı təşkilatlar iştirak ediblər?

8. 2014-cü ildə Buzovnada su kəməri və kanalizasiya sisteminin tikintisinə büdcədən 120 milyon manat ayrılıb. Niyə indiyədək işlər görülməyib?

AR-sı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə

1. Kanalizasiya layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıbmı?

2. Komitə kanalizasiya xəttinin çəkilməsinə razılıq verirdisə, hansı əsasla?

3. Kanalizasiya xəttinin çəkilməsi məsələsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hansı müvafiq dövlət qurumları ilə razılaşdırılıb?

4. Komitə tərəfindən işlərin gedişatına nəzarət edilirmi və hansı problemlər aşkarlanıb?


Ardını oxu...
Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri, hal-hazırda "Aqro SAR" MMC tərəfindən qeyri-qanuni olaraq əkilir. Ona görə qeyri-qanuni deyirik ki, adı çəkilən bu şirkərin Borsunlu bələdiyyəsi ilə icarə müqaviləsi olsa da, örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qadağandır. Yəni, işlər təyinatı üzrə aparılmır. Görəsən aidiyyəti dövlət qurumları, xüsusilə də Əmlak Məsələləri Dövlət Xidməti hara baxır ki, qeyd olunan ərazidə bu cür qanunsuzluqlar tüğyan etməkdədir? Araşdırmalarımız davam edəcək.

gundemxeber.az
Ardını oxu...
"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki,  saxta diplolmu olan Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin ediblər". Dia-az.info bildirir ki, bu ittiham Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yer alıb.
  
Vətəndaş daha sonra qeyd edir: "Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş Cavid İsmayılovun ali məktəb diplomu saxtadır.Buna görə ciddi araşdırma aparıb təsirli tədbir görülməlidir.  Ancaq İnam Kərimovun Kənd Təsərrüfatı Naziri vəzifəsindən Ali Məhkəmə sədri vəzifəsinə təyin edildiyi üçün təyinatının olmamasından sui-istifadə edən müəyyən vəzifəli şəxslər saxta diplomlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə biliblər.Bu cinayət əməlidir ki, vəzifəli şəxslər yol veriblər.Cavid Ismayılov öz işinin öhdəsindən gələ bilmir. O, taraktor üçün sürücülük vəsiqəsini 322 manata satır. Hətda buna görə çox adamdan pul alıb qaytarmayıb.
Cavid İsmayılovun yaxın qohumu Zamin Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktorudur.Onun dəstəyi ilə Cavid İsmayılov saxta diplomu ilə vəzifəyə gələ bilmişdir.  
Mənim bu barədə Baş prokurorluğa etdiyim şikayət araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Prokurorluğua həvalə edilib.Ancaq araşdırma çox ləng aparılır.
 
Sizdən xahiş edirəm şikayət ərizəmdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz".

Ardını oxu...
Şəkildə gördüyünüz fotoları Azadmedia.az-a Binəqədi rayonu Sulutəpə Çiçək Qəsəbə sakinləri göndərib. Sakinlər bildirir ki, bir neçə gündür zibil daşıyan texnika xarab olub. Balaca texnika ilə gəlib zibil qutularının ətrafını təmizləyib köhnə KAMAz maşınına yükləyirlər, zibil qutularına toxunmurlar. Qısaca, hesabat xarakterli başdansovdu iş görürlər. Fotolar zibil daşınandan sonra çəkilib. Daşınmış vəziyyət budursa, təsəvvür edin günün digər vaxrları ərazi hansı vəziyyətdədir.

Ardını oxu...

Saytımız vasitəsilə Binəqədi Rayon İcra Hakimiyyətindəki səlahiyyətli nümayəndələrinə çatdırmaq istəyirəm ki, cənab Prezident 2024-cü ili Yaşıl Dünya Naminə Həmrəylik İli edib. Məqsəd ekologiyaya tövhə verməkdir.

Ardını oxu...
Ardını oxu...

Payızda da ölkəmiz çox nüfuzlu beynəlxalq tədbirə evsahibliyi edəcək. BMT-nin yüksək etimadı ilə Bakıda keçiriləcək COP29-un da keçirilməsində məqsəd ekoloji tarazlığı qorumağın həllinə birgə çalışmaqdı. Siz də qəsəbəni adındakı Çiçək kimi saxlamaqla ilimizin adına tövhənizi verin.
Ardını oxu...
Göygöl rayonu, Turan Qurbanov kuçəsinin sakini Rüstəmov Akif Xaliq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazov onun yolunu zəbt edib:

“Mən, Rüstəmov Akif Xaliq oğlu, bildirmək istəyirəm ki, 2020-ci ildən yuxarıda qeyd etdiyim ünvanda yaşayıram. 4 ildir maşınımı öz həyətimə sala bilmirəm. Səbəb isə Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovdur.

Adını çəkdiyim şəxs qanunsuz olaraq mənim evimin qabağındakı yolu zəbt edib. Həmin şəxsə başqa bir yerdən əlavə torpaq verilməsinə baxmayaraq, 2 küçəni zəbt edərək vəzifəsindən sui-istifadə etmişdir. Rayonun icra başçısı və memarı da vəzifə sahibi olan Arizin tərəfini saxlayır. Başçının qəbulunda olmuşam, problemimi bildirmişəm. Mənimlə birgə yolun bağlanmasına narazı olan qonşum da yanımda olub. Memar deyir ki, cığır oldu bəsdir də. Memarın özünün evinin qarşısı, yolu kəsilsə, götürərmi? Bura dağ kəndi deyil ki, çığırlar olsun. Mənə yol göstərirlər ki, sən dünənki uşaqsan, darvazanı sök, dəyiş.

Mən bu qədər özbaşınalığın qabağında aciz qalmışam".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

 
Ardını oxu...
Cəlilabad rayonu, Komanlı kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər rayonun icra başçısı Rafiq Cəlilovdan narazılıqlarını bildirirlər:

“Biz, sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Rayonun icra başçısı öz səlahiyyətlərini yerine yetirməyə borcludur. Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin mühüm sahəsini təşkil edir.

Bundan başqa, ölkə rəhbəri İlham Əliyevin göstərişinə əsasən, məmurlar vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə borcludurlar. Cəlilabad icra başçısı isə, əksinə, “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, yerli camaatı incitməkdən çəkinmir.

Cəlilabad rayonunda 7 kənd var. Bu kəndlərin heç birində xəstəxana və təcili yardım yoxdur. 30 illik tibb məntəqəsini icra başçısı satışa çıxarıb, satıb. Tək xəstəxananı yox, boş görünən hər yeri satırlar.
Cənab Prezident İlham Əliyevdən xahiş edirik, belə məmurlardan biz kəndliləri xilas edin".

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Təhsil sahəsindəki əngəllərdən biri də AGENTLİKLƏRDİR. Dövlət hesabına deyil öz hesabına maliyyələşən qrumlarda korrupsiya hallarl, ədalətsizlik hallarına daha çox rast gəlirik. Həm də bu daha çox MƏDƏNİ SOYĞUNÇULUQ kimi özünü göstərir.
Bir sıra səbəblərlə qoyulan dövlət rüsumları, bitməyən monitorinqlər, lazımsız və yola verilmiş təlimlər və korrupsiya kimi özünü göstərir. Özlərini haqlı hesab edib öz hesabına maliyyələşməsini əsas gətirməsi isə absurddur.
Çünki hər birimiz bu cəmiyyətin vətəndaşıyıqsa, hansısa agentliyin öz hesabına maliyyələşməsi nə mənim aylıq əmək haqqımı artırmır, nə də ki bu mənim günahım deyil.
Üstəlik bunlar dövlətə aid xüsusi, seçilmiş ehtiyaclara qoyulan məntiqsiz amma qanuni səviyyə daşıyan qərarlardır. Məsələn, TKTA xarici diplomların tanınması üçün 25 dəfə rüsumu artırdı. ARTİ və ya Əlavə təhsilin keçdiyi monitorinqlərin eynisini yenidən yoxlayır və yenidən keçir. Məktəblərə gedib özəl məktəblərdə olan səviyyəyə uyğun yoxlama təşkil edir.
Sanki heç Azərbaycanda yaşamırmış kimi Azərbaycanın Bakıdan ibarət olduğunu düşünürlər. Kəndlərdə, qəsəbələrdə, rayonlarda məktəbdəki infrastrukturdan, maddi-texniki bazadan, ümumu vəziyyətdən xəbəri olmasa da, səhv tapmaq, təlim keçirmək, əlavə gəlir əldə etmək üçün rahat olur deyə, nədənsə, belə düşünmək "sərf" edir.
Lisenziyalar, monitorinqlər, təlimlər, sənədi olan sənətlər hamısı pul tələsidir.
Dövlət bu agentliklər üçün ayrılan maliyyəni daha uğurlu və keyfiyyətli işlərə xərcləsə daha uğurlu olar.
/tehsilmedia.az/
 
Ardını oxu...
"Sığorta şirkətləri həkimlərə o qədər az pul ödəyirlər ki, həkimlər sığortalıları sadəcə başdan eləyirlər". Dia-az.info bildirir ki, bunu öz gileyində neftçi Fəxri Qurbanlı qeyd edib.

"Bu xüsusillə Mərkəzi Klinikada belədir" deyən narazı vətəndaş daha sonra əlavə edib: "Saat 13-dən sonra (əsas binada) sığortalıların qəbulu pulludu. 13-ə qədər isə "əməliyyatdadırlar"..."

Dia-az.info bildirir ki, sözügedən məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev xüsusi açıqlama ilə çıxış edib. Ekspert deyir:

"İşçilərin hüquqlarını daha çox pozan qurum və ya təşkilatlardan biri də tibbi Sığortalardı. Fiktimcı, əslində bu təşkilatlara sığorta deyil, başqa adla adlandırmaq daha düzgün olardı.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulur ki, hər bir işəgötürən: Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Şübhəsiz ki, işəgötürənlərin əksəriyyəti həm qanunu əsas tutub, eyni zamanda xoş niyyət ilə kifayət qədər vəsait ödəyib, öz işçilərini tibbi sığorta edir. Əsl problem isə bundan sonra başlayır.

Sığorta təşkilatlarının əksəriyyəti isə çalışır ki: ilk olaraq tibbi sığorta müqaviləsinə daha az müalicə xəstəlikləri yazsın, daha ağır və pul vəsaiti tələb edən xəstəliklərı, müayinə və ya müalicələr yazılmasın, hər imkandan istifadə edib müxtəlif əsassız və qanunsuz bəhanələrlə sığorta pulunu ödəməsin, bir gündə daha az sayda müalicə və müayinə ilə əlaqədar həkimə müraciət olunsun, ödəniş az edilsin, daimi olaraq şablon sözlərdən istifadə edilməklə "sizin müayinə, müalicəniz sığorta müqaviləsində yoxdur " kimi bəhanə və imtinalardan istifadə etsin və sair..."

Yəni aydın olanı odur ki, konkret olaraq Mərkəzi Klinik Xəstəxanasında ölkə qanunları qulaqardına vurulur...
 

Ardını oxu...
Son 200 ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımıları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.

106 ildir ki, 31 mart tarixi Azərbaycan xalqının qan yaddaşından soyqırımı dərdi kimi silinmir, unudulmur. Odur ki, ölkədə martın son həftəsində səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini kütləvi şəkildə ziyarət edildi. Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, müəllimlər, sıravi insanlar, eləcə də xarici vətəndaşlar vardı. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, həm də tarixi faktlarla daha yaxından tanış olurdular.

Martın 30-da Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edənlərdən bir qrupu Ağdam rayonunun Bakıda fəaliyyət göstərən orta məktəblərdən birinin müəllim və şagird kollektivi olub. Ziyarət zamanı müəllim və şagirdlər bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olublar...

Bu barədə redaksiyamıza məlumat verən adının çəkilməsini istəməyən məktəbin müəlliməsi bəzi gileylərini də bildirdi. Qeyd etdi ki, müəllim və şagird kollektivi da Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra Bakıya qayıtmaq üçün sifariş etdikləri avtobusla yola çıxıblar. Müəllimənin sözlərinə görə, hər şey kollektivin Quba rayonunun Qəçrəş meşəsində yol kənarında fəaliyyət göstərən kafe və restoranlardan birində çay içmək təklifi ilə başlayıb: "Təklifimizlə razılaşan sürücü qısa bir məsləhətləşmədən sonra avtobusu yol kənarında ilk qarşılaşdığımız "Şah Quba" restoranının yanında saxladı.

Avtobusdan düşən məktəbliləri və onlara nəzarət edən müəllimələri qarşılayan xidmətçiyə çay içəcəyimizi bildirdik. Şagirdlər və müəllimələrimiz göstərilən masada əyləşdikdən sonra bizə yaxınlaşan xidmətçi çayla bərabər konfet, mürəbbə, quru meyvələr, şirniyyatların da "çay dəstgahı"na daxil edildiyini söylədi. Biz isə dedik ki, Bakıdan Quba soyqırımı qurbanlarını ziyarət etməyə gəlmişdik, yalnız hərəyə bir stəkan çay içəcəyik, sonra gedəcəyik. Həm də bildirdik ki, şirniyyat özümüzdə var, ona görə də zəhmət olmasa, yalnız hər kəsə bir stəkan çay gətirsin.

Aldığı cavabdan sanki əhvalı korlanan xidmətçinin getməyi ilə qayıtmağı bir oldu. Dilxor halda qayıdan xidmətçi əlindəki armudu stəkanları masanın üstünə qoyaraq getdi. Çox keçmədi ki, xidmətçi tez-tələsik iki samovarı əyləşdiyimiz masanın üzərinə qoyub geri döndü. Bu dəfə dəm çayniklərini gətirən xidmətçiyə narazılığımızı bildirdik ki, axı biz samovar sifariş etməmişik, hər kəsə bir stəkan çay istədik. Xidmətçi dedi ki, burada müştərilərə çayı yalnız samovarla verirlər. Biz də qayıtdıq ki, əgər belədirsə, bizə bir samovar bəs edər, ikincisi artıqdır. Xidmətçi isə bildirdi ki, hər iki samovar artıq kassaya daxil edilib, geri qaytarmaq mümkün deyil. Şagirdlərinin gözü qarşısında heç də xoş olmayan durumla üzləşən müəllimələr çıxılmaz vəziyyətdə qaldılar... Havanın yavaş-yavaş qaraldığını və yolun uzaqlığını nəzərə alaraq vaxt itirməmək üçün hər kəs bir stəkan çay içib qalxdıq. Və xidmətçini çağırıb yenidən haqlı narazılığımızı bildirdik və ikinci samovardan istifadə olunmadığını, hətta birinci samovardan suyun və dəmin artıq qaldığını dedik. Başını qaldırmadan dodağı altında mızıldanan xidmətçinin nə dediyini anlamasaq da, içilən çay üçün nə qədər ödəyəcəyimiz hesabı soruşduq. Xidmətçi cavab verdi ki, iki samovar üçün 50 manat ödəməlisiniz. Etiraz etdik ki, bu pulu ödəmək imkanında deyilik. Bir az öncəki mübahisədən hələ də sakitləşməyən əsəblərimiz yenidən tarıma çəkildi. Dedik, "ay oğul, bu gün hamımız üçün çətindir, dediyimiz kimi, Bakıdan bura Quba soyqırımı qurbanlarını ziyarət etməyə gəlmişdik, indi ziyarətdən qayıdırıq, hamımızın əsəbləri gərilib, tarıma çəkilib, hamımız yorulmuşuq, sən də bir tərəfdən bizi əsəbləşdirmə. Bu gördüyün körpələrin hamısı doğma yurd-yuvalarından 30 ildir didərgin düşən insanların övladları, nəvə-nəticələridir. Onlar öz istəkləri ilə, könüllü pul toplayıb sifarişlə avtobus tutub bu qədər yolu qət edib gəliblər ki, Quba soyqırımı qurbanlarını ziyarət etsinlər. İndi sən də deyirsən ki, 5-6 litir qaynamış su və iki balaca çaynik üçün 50 manat verin. Burada yəni suyun qiyməti bu qədər bahadır? Bu insafsızlıqdır. Belə çörək qazanmazlar... Uzun sözün qısası, biz çox dedik, amma o az eşitdi. Dedi, siz 50 manatı verməlisiniz, yoxsa o pulu mənim əməkhaqqımdan kəsəcəklər. Xidmətçi iki ayağın bir başmağa dirədi ki, olmaz, siz 50 manatı mütləq verməlisiniz. Bu arada restoranın digər xidmətçiləri də ətrafımıza toplaşıb məsələyə müdaxilə etməyə başladılar. Onlara bu barədə aidiyyəti yerlərə şikayət edəcəyimizi bildirsək də, dedilər, bura elə bir adamındır ki, ona heç nə edə bilməzsiniz, yaxşısı budur pulunuzu verib gedin. Gördük ki, nə etsək də, xidmətçi fikrini dəyişmək niyyətində deyil. Məsələnin daha da böyüməməsi üçün təkcə qaynar su üçün 40 manat ödəyib (çek təqdim edilmədi), avtobusa minib Bakıya yola düşdük...

...Yol boyu avtobusun salonunda səs-səmir, hərəkət deyilən hec nə yox idi. İnsanın hövsələsini daraldan səssizlik çökmüşdü hər kəsin üzərinə. Beləcə, yolumuza davam edirdik. Amma bu səssizlikdə bəzi qarışıq fikirlər məni rahat buraxmadı... İllər keçəcək, fəsillər dəyişəcək, lakin "Şah Quba" restoranında bugünkü üzləşdiyimiz ədalətsizlik heç zaman unudulmayacaq. Məktəbimizin kollektivi üçün bu xoş olmayan anlar unudulmaz bir gün olaraq yaddaşımızda qalacaq. Onu da deyim ki, "Şah Quba" restoranının işçiləri tərəfindən bizə olunan hörmətsizlik, sayğısızlıq Quba soyqırımı qurbanlarının ruhuna da sayğısızlıqdır. Biz bu özbaşınalıqlara birtəhər dözdük. Amma gördük ki, "Şah Quba" restoranında başdan-başa, sözün əsl mənasında soyğunçuluq hökm sürür. Müştərilərdən bir samovar qaynamış su və iki qaşıq quru çay üçün 50 manat tələb edirlər. Qubada su tapılmır, yoxsa restoran işçilərinin insafı yoxdur? Adam onların əvəzinə utanır, xəcalət çəkir! Çünki bu kimi yeməkxana, restoran və çayxanalarda müştərilərin "cibinə girməklə" "rahat yolla pul qazanırlar". Məsələn, çox uzağa getməyək, elə Qəçrəş meşəsində yol boyu əraziləri zəbt edən restoran, kafe və yeməkxanalarda soyğunçular imkanlarını genişləndirmək, var-dövlət toplamaq, villa tikdirmək, bahalı maşınlar almaq üçün gecə-gündüz müştəriləri aldadırlar. Niyə burada qayda-qanun yaradılmır? Bu özbaşınalığa nə qədər dözmək olar? Özü də bu özbaşınalıqla Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında üzləşdik. Halbuki Müqəddəs Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. İnsanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bundan başqa, Müqəddəs Ramazan ayı boyunca respublikamızın müxtəlif regionlarında iftar süfrələri açılır. Məgər "Şah Quba" restoranının sahibinin bunlardan xəbəri yoxdurmu? Əgər bunu edə bilmirsə, ən azından insafı əldən verməsin. Əmin olmaq istəyirik ki, növbəti səfərlərimizə qədər "Şah Quba" restoranının rəhbərliyi dediklərimizdən dərs çıxaracaq...".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az
 
Ardını oxu...
Obyekt tikib qazanc əldə etmək istəyən sahibkar ağaclara qənim kəsilib.

RTV bildirir ki, paytaxtın Binəqədi rayonu azadlıq metrostansiyasının yaxınlığında yerləşən 9 mərtəbəli binanın qarşısında sahibkar ağacları kəsərək üzərini betonlayıb.

Daha ətraflı videomaterialda:

 
 

 


Dünyapress TV

Xəbər lenti