Rövşən Rüstəmovun DƏMİR KİMİ QANUNLARI... - BU NƏDİ BELƏ?!
Gununsesi.info-nun 7 nəfərlik ailədəki bir uşağın şəxsiyyət vəsiqəsinin müddəti keçdiyi üçün qatardan endirilməsinə dair məlumatı böyük rezonansa səbəb olub.

Sosial şəbəkələrdə də, bu xəbərə reaksiya verən sadə insanlar Azərbaycan Dəmiryollarının rəhbərliyini tənqid edib, ağır ittihamlar səsləndirib.

Bəs görəsən, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçən Azərbaycan vətəndaşının qatardan endirilməsinin nə dərəcədə hüquqi əsasları var?

Əməkdaşımız bu sualla hüquqşünas Hafiz Həsənova və qanunverici orqanın üzvü Fazil Mustafaya müraciət edib.
Hafiz Həsənov:”Dəmir Yollarının bu addımı anti-konstitusion hərəkətdir”

Hafiz Həsənov bildirib ki, uşağın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə görə, bütövlükdə ailənin qatardan düşürülməsi və minməsinə imkan verilməməsi kobud qanun pozuntusudur:

“Mən başa düşürəm ki, ailə uşağı qoyub getmək istəməyib, ancaq fərd olaraq şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə görə, sərnişinin qatardan düşürülməsi qanunsuzluqdur”.

Hüquqşünasın bildirdiyinə görə, hər bir vətəndaşın ölkə daxilində hərəkət azadlığı var və bu baş verənlər anti-konstitusion hərəkətdir:

“Ən böyük qanun pozuntusu ondan ibarətdir ki, hər bir şəxsin ölkə daxilində hərəkət azadlığı var və bu Konstitusiyada təsdiq olunan hüquqdur. Digər tərəfdən sual yaranır ki, qatara bilet niyə şəxsiyyət vəsiqəsi ilə alınır? Bu özü də bir mübahisəli məsələdir. Ola bilməz ki, mən bir şəxsiyyət vəsiqəsi ilə bir neçə bilet ala bilim? Bunu məhdudlaşdıran heç nə yoxdur. Əgər doğrudan da, vətəndaşın şəxsiyyət vəsiqəsi ilə qatara minməsi bir “qanun”dursa, bu Konstitiusiyaya zidd qaydadır”.

Hüquqşünas deyir ki, Mərkəzi Seçki Komissiyası şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxslərə buna görə səsvermədən kənar qalmayacağını bəyan edib:

“Yəni bu o deməkdir ki, vaxtı keçmiş şəxsiyyət vəsiqəsi olan insanlar da, bu səsvermədən kənarda qalmayacaq və səsvermədə iştirak edəcək. Mən başa düşə bilmirəm necə olur ki, insanlar vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilir, ancaq Gəncədən Bakıya gəlmək üçün şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi ilə qatara buraxılmır”.

Hüquqşünas hesab edir ki, əslində səsvermə hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə görə, məhz müddətli etibarlı şəxsiyyyət vəsiqəsi ilə səs vermək seçki qanunvericiliyinin birbaşa tələbidir:

“Ancaq qatara biletin şəxsiyyət vəsiqəsi ilə alınması və yaxud müddəti keçmiş şəxsiyyət vəziqəsi ilə bilet alıb qatara buraxılmamaq, bu seçki hüququyla müqayisə olunmaz dərəcədə o qədər də əhəmiyyətli bir hal deyil, yəni bu qayda pozuntusu hesab oluna bilməz. Birinci halda o sırf qanunla nəzərdə tutulan pozuntudur, ikinci halda isə o qədər də böyük bir ictimai əhəmiyyəti olmayan bir məsələyə görə, şəxsin qatara buraxılmaması bu böyük pozuntu kimi qəbul edilməlidir”,- deyə hüquqşünas qeyd edib.

Hafiz Həsənov bildirir ki, həmin şəxsin istehlakçı hüququ pozulub və bu da İstehlakçıların hüquqları haqqında qanunla tənzimlənən məsələlərdir:

“Vətəndaş məhkəmə qaydasıyla məsələləri mübahisələndirib, yaxud da istehlakçıların hüquqlarının pozulmasına görə antiinhisar istehlakçıların hüquqlarının qorunması agentliyinə müraciət edib, öz şikayətini bildirə bilər. Əgər bir nəticə olmasa, bu barədə məhmkəməyə verib mənəvi zərərə görə kompensasiya tələb edə bilər, ola bilər ki orada maddi zərər də olsun”.
Fazil Mustafa: “Dəmir Yollarının bu tələbi absurddur”

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa da bildirib ki, dəmir yolu vasitəsi ilə ölkə ərazisində hərəkət etmək sərbəst hərəkət hüququ verir.

Millət vəkilinin sözlərinə görə, Naxçıvanla bağlı bir istisnalar var ki, təyyarə biletinə hansısa bir şəkildə şəxsiyyət vəsiqəsi ilə, yaxud da bir şəxsiyyəti təsdiq edən pasportla bilet alma imkanı nəzərdə tutulur:

“Bu da bilavasitə təyyarə nəqliyyat növü olduğuna görə, ümumi tətbiq olunan qaydalardır. Amma digərlərində belə bir qaydanı tələb etmək absurddur. Hər hansı bir şəkildə vətəndaşdan belə bir tələb ola bilməz. Əgər şəxsiyyət vəsiqəsinin vaxtı keçibsə, şəxsiyyəti təsdiq edən hansısa bir sənəd varsa, yaxud hansısa bir şəkildə şəxslə bağlı bir əməliyyat tədbiri varsa, bu olar. Amma burda söhbət uşaqdan gedir. Uşağın şəxsiyyət vəsiqəsi yoxdursa, bunu hər hansı bir şəkildə sübut edən yaxud onun qeydiyyatı ilə bağlı mənbəni göstərən valideyni əgər öz sənədini təqdim edirsə, bu nəzərə alınmalı idi”.

Fazil Mustafa bildirib ki, burda bir anlaşılmazlıq var və olduqca hüquqi cəhətdən də vətəndaş qarşısında absurd bir tələb qoyulubdur:

“Belə tələbləri hesab edirəm ki, bir daha ciddi şəkildə araşdırıb ortadan qaldırmaq lazmdır. Vətəndaş ölkə içində sərbəst hərəkət edə bilər. Əgər əvvəl qeyd etdiyim kimi, hansısa bir əməliyyat xarakterli bir tədbir keşirilirsə və şəxsiyyətlə bağlı hansısa bir şübhələr varsa, bu başqa bir məsələdir. Bu kimi məsələdə hansısa bir pasport yoxlaması gerçəkləşdirilə bilər, amma azyaşlı uşağa belə bir qaydanın tətbiq olunması və ona qarşı bu tələbin irəli sürülməsi yanlışdır. Burda qanunazid bir addım atılıbdır. Bu da dərhal düzəlməlidir”.
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI

Dünyapress TV

Xəbər lenti