Ardını oxu...
Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Vətəndaşlar şikayətlənirlər ki, “Lifttəmir” İstehsalat Birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşmək olmur, sınaqdan keçməmiş, qəbul aktı olmayan liftlər əhalinin istismarına verilir və s.
Maraqlıdır, görəsən, adı çəkilən idarəyə vaxtaşırı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən ayrılan vəsaitin, lift istifadəçilərinin özlərinin ödədikləri abunə haqqı hara gedir. Bakı ŞİH-nin başçısı hörmətli cənab Eldar Əzizov Xalid Ələkbərovun nöqsanlarına qiymət vermək üçün nəyi gözləyir? Allah Xalid bəyə övlad toyu görmək qismət eləsin, bəlkə cənab başçı o günü gözləyir ki, Ələkbərov da səsi-sorağı uzaqlara gedib çıxan, dilə-dişə düşən yarım milyonluq toy-büsat qursun, ondan sonra hərəkətə gəlib bir tədbir görsün?

Nyus.Az
Ardını oxu...
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? Xırdalan şəhər 9 saylı tam orta məktəbin qanunsuzluq tüğyan edir deyə redaksiyamıza etibarlı mənbələrdən məlumatlar verilməkdədir. Beləki, məlumatda qeyd edilir ki, 9 nömrəli məktəbin iki müavini qanunda nəzərdə tutulan dərs saatlarından artıq dərs deməklə ümumillikdə məktəbin müəllim kollektivinin maddi durumunada mənfi təhsir göstəriblər. Təhsil qanunlarına görə müavinlərə 9 saata qədər dərs demələrinə icazə verir. Lakin dərs saatlarından artıq illərdir dərs saatı götürən müavinlər vəzifə maaşlarından əlavədə saatları müəllimlərə deyil öz əllərində cəmləməkdədirlər. Bütün bunlara isə Məktəbin direktoru Həcər İbrahimova şərait yaratmışdı.

Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.

Qeyd edək ki, 03.08.2023-cü ildə mediada biabırçı səs yazısı pyalaşıldı. Həmin səsyazılarında müavin müəllimləri təhqir etməsi açıq aydın bilinirdi. Lakin gəl görki himayədarlıq sayəsində həmin müəllimlik adına layiq olmayan davranış sərgiləyən müavin təhsildə saxlanıldı. Bildirməliyik ki illərdir Nigar Səlimxanova və Kəmalə Cəfərova müavinlik etdikləri müddət ərzində həmdə qanunla nizamlanan saatdan artıq sinif aparmalarına məhs direktor tərəfindən göz yumulmuşdu. Odur ki, başları oyunlara qarışan 9 saylı məktəbin ibtidai sinif müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak etməkdən yayınma cəhdləridə az olmadı. İbtidai sinif müəllimləri ilə yanaşı bir çox fənn müəllimləridə sertifikasiyaya cəlb edildi. Bal toplaya bilməyənlərə ikinci şans verilməsinə baxmayaraq keçə bilməyənlər müəllim sayı az olmayıb. Lakin bu günə qədər həmin sertifikasiyadan keçə bilməyənlərin hansı əsaslarla məktəbdə işlədikləri müəmma olaraq qalır. Qeyd etdiyimiz biabırçı qalmaqaldan sonra direktorun sağ əli Kəmalə Cəfərova müavinlik vəzifəsindən uzaqlaşdırıldı. Lakin məktəbdə sertifikasiya ilə bağlı imtahanlarda iştirak etmiş müəllimlərin baları yenədə yoxlanmadı. Kəsilmiş olan şəxslər hansısa yollarla regional idarə ilə razılaşdırıldıqdan sonra müəllimlikdən uzaqlaşdırılmadılar. Bir müəllim özü keçdiyi fənn üzrə imtahanın verə bilmədiyi halda bizə hansı gənclik bəxş edə bilər axı. Maraqlıdı Həcər İbrahimova bu məktəbin hansı perespektivli yüksəlişindən nümunəvi olmasından söz açacaq?

Ən maraqlı məqamsa ölkədə ümumi keçirilmiş sertifikasiya üzrə xeyli sayda müəllimin fəaliyyətinə xitam verildiyi halda Kəmalə və Nigara hansı səbəbdən güzəşt olunması ilə bağlı heç bir açıqlama verilmədi. Buna səbəb nə idi?

Xırdalan şəhərində kimdən məktəblər ildə neçə dəfə necə yoxlandığın xəbər alsanız heç bir qane edici cavab ala bilməzsiniz. Çünki, Yoxlama Regional idarədən gəldikdə yalnız şikayət edilən müəllimi yoxlayır və müəssisədə şikayətin hansı səbəbdə yaranması və ya müəssisənin fəaliyyəti təftiş edilmir. Unutmadan qeyd edim ki, ümumi təftiş məktəbə yalnız direktor postuna və ya müavin postuna yeni adaxlı çıxdıqdan dərhal kimdəsə nöqsan aşkar etmək məqsədi ilə ciddi yoxlama aparıldığıda məlum məlumatlarda öz əksin tapır. Qeyd edək ki maliyyə hesablamaları zamanı müəllimkərin sertifikasiyadan keçməmə səbəbi olmadığı üçün məvacibin verilməsi dayandırılmalı və şəxslərin fəaliyyəti araşdırılmalıdır. Abşeron Təhsil Sektoru məhs bu məsələlərdə məsul qurum hesab edilir. Lakin qeyd etdiyimiz hər hansı bir fakt araşdırılmaqla yuxarı qurumlara məlumatlar verilməyib. Buda onu deməyə əsas verir ki, RTS-nin qeyd edilənlərlə bağlı şəxsi maraqları üstün tutmasından irəli gələn bilərəkdən buraxılan nöqsanlardır.Nigar Səlimxanova həm müavin həmdə müəllimlik fəaliyyəti ilə məşğul olması onunda müəllim fəliyyəti ilə bağlı sertifikasiyadan keçməsi zərurəti olduğun deyir. Bəs Həcər xanım işçisinin quraxdığı bu nöqsanları gördüyü halda niyə tələblər irəli sürmür?

Həcər İbrahimova iki dəfə keçirilmiş Sertifikasiya imtahanlarından qəsdən keçməyənlərə göstərdiyi ayrıcalıqlar kollektivində gözündən yayınmayıb. Beləki əziyyətə özün verib özünün təkminləşdirməyənlər yüksək dərs saatları ilə təmin edilir. Lakin əziyyətlə yüksək bal toplayanlar qanuni haqlarını ala bilmir.

Qeyd edək ki, 9 saylı məktəbin maliyyə və ya digər yoxlamaların gələcəyini öncədən məlumatın alan Həcər İbrahimova heç zaman yoxlama ilə üzləşməyib. Hər dəfəsində blütenə çıxaraq yoxlamanın getməsi mütləq gözlədikdən sonra işə geri qayıdıb. İndi Rayon Təhsil Sektoruna sualımız var 6 ay davamiyyətli blütendə olan bir şəxsin işləməsinə necə göz yumursunuz. Axı bu dövlət sizə etibar edərək bu qurumu idarəçiliyin verib. Niyə dövlətdən aldığınız məvacibin qarşılığında fəaliyyət göstərmirsiniz?

Qarşı tərəfin mövqe bildirmə hüquqları tərəfimizdən qorunur.
BakuNews.az
 
Ardını oxu...
Sosial şəbəkələrdə Sabirabad və Saatlı rayonları arasında yerləşən təbii gölün tullantılarla çirkləndilirilməsiinə dair görüntülər yayaılıb. Gundeminfo.az xəbər verir ki, vətəndaş Əlisa Həsənov paylaşdığı videoada qeyd edir ki, Sabirabad Rayon Mənzil Təsərrüfat Birliyinin işçiləri Sa birabad rayonu ərazisində yerləşəmn təbii göl. rayon ərazisindən topladıqıarı zibilləri atırlar.

Əlisa Həsənov iddia edir ki, Sabirbad rayon müvafiq idarəsinin əməkdaşları rayon ərazisindən yığdıqları zibilləri Sabirabad şəhərinin ərazisində yerləşən el arasında "Çökək çala" kimi tanınan əraziyə boşaldırllar.

Hansı bu təbii su hövzəsinin yaxınlığında şəhər əhalisi məskunlaşb. İddialara əsasən Rayon Mənzil Təsərrüfat Birliyinin rəhbərliyi tullanrıları daşıyan nəqliyyat vasitələrinə yetərincə yanacaq vermədiklərinə görə onlar da həmin tullantıları şəhər ərazisində, əhalinin sıx məskunlaşdığı gölə atırlar.

Qeyd edək ki, dəfələrlə bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müüraciət edilsə də, heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 
Ardını oxu...
Dünən Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 88-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciəti yaymışdıq. Şikayətdə Şəki rayonunda KOBİA-nın Şəki Regional İdarəsinin müdiri olmuş Surxay və Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışan doğma bacısı Hicran Paşayeva və Araz Paşayevlərin müdhiş əməllərindən yazan müharibə əlili Abduləli Rəsulov həm də onların geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar da açıqlamışdı.

Aktualinfo.org Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevə məxsus olduğu iddia edilən “Universitas-İnternational” MMC barəsində araşdırma aparmışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.

Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub.

Məlum olduğu kimi Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədridir. Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Təhsil Tələbə Krediti Fondunun sədri təyin olunduqdan sonra MMC-nin qanuni təmsilçisi kimi Ayaz Mustafayevi formal təmsilçi kimi təqdim edərək çox güman ki, təsisçilik hüququnu da özündə saxlamışdır.

Əldə etdiyimiz məlumata görə dövlət qeydiyyatına alınandan sonra “Universitas-İnternational” MMC bir sıra dövlət qurumları tərəfindən keçirilmiş onlarla açıq tenderlərin qalibi olub ki, onlardan bəziləri xüsusilə diqqət çəkir.

Məsələn, MMC 2020-ci ildə zərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə kiçik və orta biznesin tədris və konsaltinq platforması üçün təlim videolarının hazırlanması xidməti, KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri üzrə iki satınalma müqaviləsi bağlayıb ki, tenderlərin ümumi dəyəri 566 671 manat təşkil edib.

Yenə də 2020-ci ildə “Universitas-İnternational” MMC və “Nur-SS” MMC konsorsiumu Dövlət Məşğulluq Agentliyi ilə 5.976.966 manat məbləğində satınalma müqaviləsi bağlayıb ki, Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyıb. Sözügedən Agentliklə MMC arasında bir müqavilə də 2022-ci ildə “Gənclərin məşğulluq imkanlarının artırılması” təcrübə proqramı çərçivəsində iş və xidmətlərin satın alınması üzrə bağlanılıb ki, dəyəri 286.381,03 manat təşkil edib.

MMC 2021-ci ildə yenə də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Bakı, Sumqayıt şəhərləri və Quba rayonunda “KOB Fest” satış sərgilərinin təşkili xidmətlərinin satın alınması üzrə 260.003,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Elə həmin il KOBİA ilə bir müqavilə də Sumqayıtda KOB-lara və startaplara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri”nin satın alınması üzrə bağlanılıb ki, onun da dəyəri 275.341,2 manat təşkil edib.

“Universitas-İnternational” MMC-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qəbələ-Oğuz rayonlarında Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi məqsədi ilə 2022-ci ildə bağladığı satınalma müqaviləsinin dəyəri isə 119.699,2 manat olub.

Göründüyü kimi, “Universitas-İnternational” MMC 2020-2022-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ümumi dəyəri 1 221 714 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

“Universitas-İnternational” MMC-nin Dövlət Turizm Agentliyi ilə bağladığı satınalma müqavilələri də diqqət çəkir. 2023-cü ilin 16-18 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması üzrə 121.121,1 manat, regional səviyyədə turizm sorğusunun aparılması xidmətlərinin satın alınması üzrə 56.389,84 manat məbləğində satınalma müqavilələri də Dövlət Turizm Agentliyi ilə MMC arasında 2023-cü ildə bağlanılıb.

Qeyd edək ki, açıq internet resursları üzərindən apardığımız araşdırmalarda “Universitas-İnternational” MMC-nin keçirdiyi seminar və təlimlərlə bağlı çox az sayda məlumatlar var. Maraqlıdır, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ayırdığı milyonlarla manat dövlət vəsaiti hara xərclənib?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, Universitas-İnternational” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunması barədə elektron media məlumat yayıb.

Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.İş Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatında olub və 19.07.2023-cü ildə məhkəmə prosesi keçirilib.

Göründüyü kimi “Universitas-İnternational” MMC ölkə ərazisində təlimlərin, seminarların keçirilməsi məqsədi ilə dövlətin ayırdığı pulları xaricə köçürməklə məşğul olub. Amma “Universitas-İnternational” MMC-nin direktoru kimi keçirdiyi seminarlarda biznes sektorlarında iştirakçılara gələcəkdə onların peşə inkişafının təmin edilməsi, satış hədəfləri ilə bağlı prioritetlərinin düzgün təşkili, şirkətdə faydalılıq əmsalının düzgün qurulması, düzgün starteji planlama və bu kimi məsələlər üzrə beynəlxalq təcrübə və yanaşmalar haqqında geniş məlumatlar verib.

Bəs necə olur ki, biznes təlimatları verən Araz Paşayev rəhbəri olduğu şirkətə adi bir veb səhifə belə yaratmayıb? Onu bundan soruşan olubmu görəsən? Görsənən odur ki, Araz Paşayevin məqsədi dövlətin ayırdığı pullarla təlimlər, seminarlar keçirmək deyil, silmək olub.

Bəs barəsində heç bir məlumat olmayan, ən azından bir veb səhifəsi belə olmayan “Universitas-İnternational” MMC dəyəri milyonlarla ölçülən tenderləri necə udub? Əlbəttə ki, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və ona havadarlıq edən şəxslərin hesabına.

Qeyd edək ki, vaxtı ilə Araz Paşayev Azәrbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin alt strukturu olan Şәki KOB İnkişaf Mәrkәzində də çalışıb. Ona məxsus “Universitas-İnternational” MMC-nin elə KOBİA tərəfindən keçirilmiş tenderlərin qalibi çıxması gizli sövdələşmələrin nəticəsi ola bilər.

Aktualinfo.org
 

Ardını oxu...
Bakının Nərimanov rayonu paytaxtın mərkəzi ərazilərindən olsa da, burada qanunsuz işlər görülməsi başqalarından o qədər də fərqlənmir. Halbuki rayonun icra başçısı dəyişdi, Abdin Fərzəliyev Abşerona göndərildi, Elgün Həbibullayev onun yerinə gətirildi… Amma çi fayda?!
Yeni gələn İH rəhbəri də xələfinə “rəhmət oxutmağa” başladı. Elə götürək Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında baş verənləri. Təsəvvür edin ki, bu ünvanda hündürmərtəbəli evin ana divarlarını sökərək obyektə çeviriblər. Və bu tikinti normativlərinin pozulmasından Nərimanov rayon şefi Həbibullayev “bixəbər” imiş.
Tribunainfo.az-a verilən xəbərdə deyilir ki, hadisə təxminən 1 ay əvvəl olub. Rusiyadan bir iş adamına satılan həmin iaşə obyekti kimlərisə babat varlandırıb. Ancaq evin ana divarlarını söküb obyektə çevirməklə pul qazanıldığı halda, doğurdanmı E.Həbibullayev bir icra başçısı kimi məsələdən agah olmayıb, yaxud ona da nəsə çatmayıb? – Sual ritorikdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən və minlərlə insanın ölümündən sonra Bakıda hündürmərtəbəli evlərin 1-ci mərtəbəsinin təyinatının dəyişdirilməsində qadağalar tətbiq olundu. Yəni yaşayış üçün nəzərdə tutulan mərtəbənin təyinatının qeyri- yaşayışa dəyişdirilməsi qadağan olundu.
Daha sadə dildə desək, F.Yusifov küçəsində o evin ana divarlarını sökərək onu qeyri-yaşayış, yəni obyekt kimi istifadə etmək məhz təyinatını dəyişmək, qanunları pozmaq deməkdir. Lakin Nərimanov İH başçısı E.Həbibullayev özünü bu qadağadan xəbərsiz kimi aparmaqdadır.

Yeri gəlmişkən, təxminən bir neçə il əvvəl Prezident İlham Əliyev rayon icra başçılarına xəbərdarlıq xarakterində çıxış etmişdi. Dövlət başçısı məhz bu problemə toxunaraq, məmurların rayonlarda boş yerləri satdığını açıqlamışdı. Görünür ki, Nərimanov İH başçısı ya fikirləşir ki, Prezidentin həmin çıxışının üstündən illər keçib, unudulub, yəni nə istəsən etmək olar, ya da hazırda həbs həyatı yaşayan keçmiş həmkarlarını yada salmaq istəmir.
Üstəlik, məsuliyyəti təkcə Həbibullayev daşımır, həmin obyektin ətrafında çoxillik ağacların məhv olmasına görə cavabdeh olan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi də var. Maraqlıdır, meriyanın tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sözügedən ünvanda yaşıllıqların kəsilməsindən məlumatsızdır, yoxsa bu qurumu ağacların qırılması maraqlandırmır? Ümumiyyətlə, adından da bəlli olduğu kimi, işi yaşıllaşdırma olan Təsərrüfat Birliyi bu müddətdə hara baxırdı? BŞİH rəhbəri bu qurumun və onun rəhbərliyinin fəaliyyətinə diqqət yetirirmi?
Axı şəhərin mərkəzi ərazisində bir tərəfdən evin ana divarları yıxılır, yeri obyektə çevrilir, bəli, buna Nərimanov İH rəhbərliyi məsuliyyət daşıyır, bir yandan isə bu obyektin ətrafındakı ağaclar ekoloji qətliama məruz qalır və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi “tükünü tərpətmir”. Görəsən nə üçün? Bəlkə bu məsələ işbirliyi və ya sövdələşmə var? Hər halda, bütün aidiyyatı orqanlar araşdırmalıdır – Həbibullayevlə Yaşıllaşdırma Təsərrüfat Birliyi rəhbərliyinin bu fakta olan münasibətini…
Bundan əlavə, o da məlumdur ki, Bakıda obyekt və digər tikililərə birbaşa cavabdeh Şəhərsalma və Arxitektura Komitəsidir. Şəhərdə daşı daş üstünə qoyanda gərək adı çəkilən qurumdan icazə alasan. Belə nəticə çıxır ki, komitə məsələdən məlumatsızdır. Hər halda, biz bir media olaraq məsələni ictimailəşdirdik. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, fotodo gördüyünüz obyektin ətrafında çoxillik ağaclar yoxa çıxıb. Bu ekoloji və arxitektur cinayətlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sorğumuza cavab verməyib. Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
tribunainfo.az

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Adil Vəliyevin rəhbərlik etdiyi rayonda qanunsuz tikintilər davam edir. Özü də bərbad vəziyyətdə olan, keçilməz küçələrdə.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl Sabunçu rayonunun Sabunçu qəsəbəsində aparılan qanunsuz tikintilər barəsində məlumatlar dərc etmişdik. Eyni zamanda həmin tikintilərin bəzilərinin görüntülərini də agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlamışdıq.

Bu dəfə isə sözügedən rayonun Zabrat-1 və Balaxanı qəsəbələrində aparılan qanunsuz tikintilərin görüntülərini təqdim edirik.



Gördüyünüz bu görüntülər Zabrat-1 qəsəbəsində qəbristanlığın yanında "yeni məhəllə" adlandırılan ərazidə lentə alınıb.

Adı üstündə, "yeni məhəllə ". Ümumiyyətlə bu ərazidəki yaşayış olan, olmayan bütün evlər yeni tikilib. Ərazidə yaşayan sakinlərin sözlərinə görə heç birinin evinin sənədi yoxdur, çünki ərazi neft şirkətinə məxsusdur. Elə yaxınlıqdaı neft quyularının olmasından da bu aydın görünür. Üstəlik də yeni yaşayış evlərinin başı üzərindən yüksək gərginlikli elektrik xətləri keçir, düz yaxınlıqlarinda isə hektarlarla ərazini əhatə edən böyük zibillik poliqonu.

Bir sözlə - orada yaşayan insanların həyatı türkiyəlilər demiş, "tam bir adrenalin". Maraqlıdır, rayon rəhbərliyi və digər aidiyyatı qurumlar bu "adrenalin"i hansı səbəblə, yaxud nələr qarşılığında bu insanlara yaşadırlar.

Bir tərəfdən gələcəyi "havada olan" sənədsiz torpaq satır, sənədsiz evlər tikilməsinə göz yummaqla şərait yaradır, bir tərəfdən sağlamlıq üçün təhlükəli olan yüksək gərginlikli elektrik xətləri, digər tərəfdən antisanitariya...

Deyəsən hörmətli Adil Vəliyev ölkə başçısının "xalqa xidmət edin" tapşırığını yanlış anlayıb, ya da o, tapşırığı belə öz xeyrinə çevirməyin yolunu tapıb - "ödənişli xidmət" göstərir. Yoxsa onun idarəçiliyinə xələl gətirən bu qanunazidd hallara niyə göz yumsun ki?

Yeri gəlmişkən, baxmayaraq ki, Sabunçu Rayon İcra Hakimiyyəti sosial şəbəkədə məsuliyyəti üzərindən atmaq üçün bəzi cümlələr qurub şərh vermişdi, amma (onlarla öz aramızda olan) rəsmi sorğularımız hələ də cavabsız qalır. Demək ki, bu "cavab" sadəcə cəmiyyətin fikrini öz üzərindən yayındırmağa hesablanmış cümlələr idi.

Əgər İcra Hakimiyyətinin həqiqətən də şərhdə yazdıqları kimi qanunsuz tikintiləri dayandırmaq, yaxud sökdürmək kimi bir səlahiyyəti yoxdursa, o, zaman 2022-ci ilin may ayında Sübhan Abdurrəhmanlının anası Mehriban Abdurrahmanlıya məxsus sənədsiz evi necə sökdülər?
Hansı ki, ana gözünün yaşını tökə-tökə kameralar qarşısında, "Adil Vəliyev sökdü evimi, 3 min pul istədi, mənim də pulum yoxdur deyə sökdürdü" deyirdi. "Evinizin sənədi varmı" sualına isə, "burda heç kimin sənədi yoxdur " cavabını vermişdi. O, zaman niyə digər evlərə heç bir müdaxilə edilmirdi?

Sizcə də bu hal "3 min rüşvət" mövzusunda ananın haqlı olduğuna işarə deyilmi?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir, İCRA ORQANI HARA BAXIR?
Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər əhalisi ilə görüşlər keçirərək özünü reklam edir. Niyazi Bayramovun yarıtmaz idarəçiliyi göz qabağındadır, Gəncə şəhəri bərbad haldadır. Daş-üstünə daş qoymayan icra başçısı absurd olan tərif yazılarla nə əldə etmək istiyir bilinmir.

Onun oğlunun sosial şəbəkələrdə 904 markalı maşın nömrələri rekord qırdı, amma aidiyyəti qurumlar susdu. Qoy, sussunlar görək nə vaxta kimi susurlar. Onu da qeyd edək ki, Niyazi Bayramovu heç bir məmur Gəncə şəhərində eşitmir, onun görüşlərində yazı-pozudan başqa vətəndaş hüquqlarının heç biri bərpa olunmayıbdır.

Niyazi Bayramovun keçirdiyi vətəndaşlarla görüş, şəkildən başqa bir şey deyil. Adı olur ki, Niyazi Bayramov vətəndaşları qəbul edib, sadəcə belə bir ad, bu da aidiyyəti orqanları aldatmaqdır ki, mən vətəndaş qəbul edib şikayətləri dinliyirəm.

Oxuculardan xahiş edirəm ki, Gəncə şəhər Şəhidlər Xiyabanında zibilliyin, ağac qırıntılarının, quş nəcislərinin xiyabanın metlak deyilən yerdə iz salmalarına diqqət yetirsinlər. Bu tək Gəncə şəhər Şəhidlər Xiyabanına, şəhər əhalisinə yox, həmçinin Azərbaycan xalqına hörmətsizlikdir.

 
Ardını oxu...
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samux Suvarma Sistemləri İdarəsidir. Əldə etdiyimiz digər məlumatlara görə, Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun ailə üzvlərinin və ailə üzvlərinə yaxın olan şəxslərin adları İdarədən tam ştatın da yer alıbdır, onlara hər ay işə getmədikləri halda maaş yazılır.

Bunu çox asanlıqla əldə etmək olar. Məsələn, aidiyyəti orqan araşdırma aparsa, Samux Rayon Suvarma Sistemləri İdarəsinin kadrları, maliyyə şöbəsi araşdırılsa, KapitalBankdan hər ay maaş keçirilən zaman Kapital kartlardan pul çəkilən siyahını sorğu nəticəsində əldə etsələr məlum olar ki, belə hallar çoxdan mövcuddur.

Digər əldə etdiyimiz məlumatlara görə Gülağa Bağırovun "QUDASI" İdarədə Kəndlərə saatla su buraxılmasını təşkil edir. Hətta onun ailə üzvlərinin də İdarədə ölü can kimi adları gedir və hər ay maaş kartlarına, kapital karta pul köçürülür.

Məlumatın nə qədər doğru olması bizi şübhə altına salır, verilən məlumatlara görə Samux Rayon Suvarma Sistemləri İdarəsinin tabeçiliyində olan maşınlara hər ay yanacaq "BENZİN" silinmələri edirlər.

Hətta deyilənlərə görə bir neçə maşın yararsız halda olduğundan ona da yanacaq yazırlar.

Gülağa Bağırovun rəisi olduğu idarə son 3 ildə həyata keçirdiyi tenderlər, bağladığı müqavilələrlə dodaq “uçuqladır”.

Hurriyyet.az həmin siyahını təqdim edir, 2023-cü ilin tender siyahısı:

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC GƏNCƏ İXTİSASLAŞDIRILMIŞ TƏMİR-QURAŞDIRMA VƏ SAZLAMA İDARƏSİ

- Kanallarda lildən təmizləmə işlərinin satınalınması- Məbləğ: 92.848,4 AZN

Qalib idarənin nizamnamə kapitalı 2400 AZN, sədri isə RAMİS İSMAYILOV HÜSEYN OĞLUdur.

"RİCON" MMC - 6 ədəd subartezian quyusunun iş rejiminin bərpası işlərinin satınalınması - Məbləğ: 200.010 AZN

Qalib şirkətin qanuni təmsilçisi RƏŞAD İSMAYILOV RƏHİM OĞLUdur. Nizamnamə kapitalı isə 20 AZN-dir.

“TOPXANA LAYİHƏ İNŞAAT" MMC - Kanallarda lildən təmizləmə işlərinin satınalınması. - Məbləğ: 95.866,39 AZN

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.

“MNK TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti - Nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satınalınması - Məbləğ: 59.000 AZN

Müqavilə bağlanan bu MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi CAMİL HÜSEYNOV SƏXAVƏT OĞLUdur.

“TALBET İNŞAAT" MMC -

Cari təmir üçün tikinti materiallarının satınalınması - Məbləğ: 60.446,68 AZN

TALBET İNŞAAT" MMC-nin hüquqi ünvanı ZAQATALA RAYONU, YUXARI TALA kəndidir. Şirkətin nizamanmə kapitallı 10 manat, qanuni təmsilçisi isə MEHDİYEV ƏHMƏD RAMAZAN OĞLUDUR.

“ART-PROJE" MMC- Su nasoslarının ehtiyyat hissələrinin satın alınması

Məbləğ: 221.665,42 AZN

“ENERJİ-AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Lot_1 Torpaq məcralı Sərkar kanalının (PK00+30-PK20+30; L=2,0 km) beton üzlüyə alınması və üzərundəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalınması - Məbləğ: 118.185,26 AZN

“ART-PROJE" MMC - Lot_5 Su nasoslarının və elektrik mühərriklərinin ehtiyat hissələrinin satınalınması - Məbləğ: 219.856,07 AZN

“TALBET İNŞAAT" - Lot_2 Torpaq məcralı Allahdad kanalının (PK30+70-PK65+70; L=3,5 km) əsaslı təmiri üçün tikinti materiallarının satınalınması - Məbləğ: 163.645,25 AZN

2021-ci il üzrə müqaviləsi bağlanmış tender siyahısı:

“AZAM GROUP"

- “Lot_ 4_ Kanalların lildən təmizlənməsinin satınalınması -

Məbləğ: 154.060,8 AZN

Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçisi isə ƏHMƏD MEHDİYEV RAMAZAN Oğludur.

“ŞƏMKİR SU ARTEZİAN - NUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Lot_5 5 ədəd subartezian quyusunun yeni kalonunun qazılması, elektrik təsərrüfatının təmiri və abadlıq işlərinin satınalınması -Məbləğ: 123.499,98 AZN

Bu qalib olan MMC-nin qanuni təmsilçisi KOMİSSAR İSGƏNDƏROV FƏRZƏLİ Oğludur. Nizamnamə kapitalı isə 20 manatdır.

“XƏZƏR İNŞAAT KO " MMC -

Lot _3_Tikinti materiallarının satın alınması - Məbləğ: 103.707,25 AZN
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi
Nizamnamə kapitalı 10 AZN olan “Xəzər İnşaat Ko” MMC-nin qanuni təmsilçisi AMİL ŞİRİNOV MAHİR OĞLUdur.

“ART-PROJE" MMC - LOT_1_ Subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması - Məbləğ: 234.726,69 AZN
Ardını oxu...
Ardını oxu...
Hesablama Palatası, Maliyyə Nazirliyi, Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Samux Rayon Suvarma Sistemləri İdarəsinin tenderlərinin maliyyəsinin hansı istiqamətdə xərclənməsini, maliyyənin doğru istifadə olunub-olunmadığını araşdırsa, lap yerinə düşər.
 
Ardını oxu...
İşdən sonra Naxçıvan şəhərində sevgilisi ilə əl-ələ gəzdiyinə görə Daxili Qoşunlardan qovulan MAXE İsa Vəliyev dörd ildən artıqdır ki, hüquqlarının bərpa olunması üçün mübarizə aparır. Naxçıvandakı siyasi dəyişiklikdən sonra işinə bərpa olunacağını düşünən İsa Vəliyevin bu gümanı da özünü doğrultmayıb. Bu yaxınlarda müraciət etdiyi yeni rəhbərlik də onu „milli-mənəvi dəyərləri“ pozmaqda günahlandırıb və əvvəlki qərarı qüvvədə saxlayıb.
Keçmiş hərbçinin atası İlyas Vəliyev „Gündəlik Naxçıvan“a bildirir ki, 2019-cu ildə Naxçıvan DİN Daxili Qoşunlarına işə qəbul olunan oğlu 6 ay sonra xidmətdən qovulub:
„2020-ci il fevralın 4-də oğlum işdən sonra sevdiyi qızla Naxçıvan şəhərində görüşüb. Həmin vaxt nazirliyin şəhərdə patrulluq edən 7-ci bölmə əməkdaşları bunları görüb, izləyiblər. Gənclər əl-ələ tutan kimi yaxınlaşıb, oğlumu əxlaqsızlıq etmək adı ilə tutub aparıblar. Sonra 156-cı maddə ilə, xidmətə uyğunsuzluq adı qoyub, işdən çıxarıblar. O vaxt hara şikayət etsək də xeyri olmadı. Naxçıvanda rəhbərlik dəyişəndə yenə müraciət etdik, sevindik ki, haqq öz yerini tapacaq. Lakin, bizə dedilər ki, o vaxt düz edib çıxarıblar“.
Şərur rayon sakini İlyas Vəliyev aidiyyatı qurumlara müraciət edərək, oğlunun işə bərpa olunmasında yardımçı olmalarını istəyir:
“Subay bir oğlanın istirahət vaxtlarında öz sevdiyi qız ilə görüşməsi nə vaxtdan qanun pozuntusu olub. İki gənc görüşmədən necə evlənə bilər? Bunlar hamısı bəhanədir. O vaxt oğlumu çıxarıb, rüşvətlə başqasını onun yerinə götürüblər. Dörd ildir müraciət etmədiyimiz yer qalmayıb. Xahiş edirəm, indi bizim səsimizi eşidəsiniz”.
Ardını oxu...
“Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harada dayanmalıdır. Bunlar isə hər dəfə mənə “atırlar”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli bildirib.

Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi yanacaqdoldurma məntəqəsində hər dəfə aldadıldığını iddia edib:

“Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.

Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək, hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Buranın adını çəkmirəm. Amma növbəti dəfə, yenə təkrarlansa, onları rəzil edəcəyəm!”
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti