Bahalı nömrələr, lüks avtomobillərə sahib ərköyün oğlun atasının rəhbər olduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanı isə zibillik içindədir...
Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb.
Poliqon xəbər verir ki, bu barədə "Alfa TV" Youtebe kanalında məlumat yayılıb.
Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.
İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib.
Atası 1280 manat məmur maaşı alan Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib? İcra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Gəncə icra başçısının oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz.
Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir…
Fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”. Bahalı nömrələr, lüks avtomobillərə sahib ərköyün oğlun atasının rəhbər olduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanı isə zibillik içindədir...
Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılovaya qarşı yüksək məbləğdə dələduzluq edilib.
İşin ən üzücü tərəfi də odur ki, onun təhsil sahəsində işləyən yaxın həmkarı öz vəzifəsindən suisitifadə edərək belə özbaşınalıq edib.
Bu barədə "Azərbaycan Reallığı"na Elmira İsmayılovanın özü bildirib. Qeyd edib ki, ona qarşı dələduzluq əməli törətmiş şəxs Elm və Təhsil Nazirliyinin əməkdaşı olmuş Rahilə Abdullayevadır.
Şikaytçi yazır ki, Rəhilə Abdullayeva 2013-cü ildə iş qurmaq adı altında ondan üst-üstə 168 500 AZN alıb.
“Bu pulu borc almışdım. R.Abdullayeva məni inandırdı, amma qısa müddət ərzində aldanıldığımı başa düşdüm. Mən uzun illər təhsil sahəsində çalışmışam. Ziyalıyam, aliməm.
Rəhilə Abdullayeva da təhsil sahəsində çalışıb. Ona görə də səbr etdim. Düşündüm ki, Rahilə Abdullayeva səhvini başa düşər. Ondan sakit şəkildə pulu qaytarmağı xahiş etdim. Lakin o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı və mən məcbur qalıb məhkəməyə müraciət etdim”.
Yasamal Rayon Məhkəməsi Elmira İsmayılovanın Rəhilə Abdullayevaya qarşı mülki iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qarşı tərəfin kassasiya şikayəti də təmin edilməyib.
Borcun qaytarılması üçün Rəhilə Abdullayevanın mülkiyyətində olan bir neçə əmlakına (mənzil, torpaq, maşın) həbs qoyulub. Lakin sonradan Rəhilə Abdullayeva müxtəlif yollarla mənzilin üzərindən həbsin götürülməsinə nail olub.
Elmira İsmayılova bu barədə belə deyir: “Təsəvvür edin, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov öz qərarını ləğv edib. Yəni, mənim mülki iddiamı bu hakim təmin etmişdi. Rəhilə Abdullayevanın əmlakına həbs qoyulmuşdu.
Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlamışdı. Sonradan Rəhilə Abdullayeva Yasamal Rayon Məhkəməsində mənzilinin üzərindən həbsin götürülməsi barədə iddia qaldırıb. Bu dəfə də hakim Ayaz Məmmədov Rəhilə Abdullayevanın iddiasını təmin edib. Hakim necə öz qərarına əks qərar qəbul edə bilər?
Əgər Rəhilə Abdullayeva haqlı idisə o zaman mənim iddiam niyə təmin edilmişdi? Məgər Ayaz Məmmədov həmin vaxt işin hallarını araşdırmamışdımı? Bu da məndə haqlı şübhələrə səbəb olub ki, hakim ədaləti deyil, korporativ maraqları üstün tutub”.
Elmira İsmayılova deyir ki, Rəhilə Abdullayeva borcu qaytarmamaq üçün müxtəlif üsullara əl atıb. “Evi əvvəlcə Türkiyədə yaşayan böyük qızının adına keçirmişdi. Sonra isə kiçik qızına bağışladı.
Bu, əslində qanunsuzdur. Çünki bu ev artıq mübahisəlidir. Rəhilə Abdullayeva həbs qoyulmuş digər əmlkaları da ortadan çıxara bildi. Beləliklə, əlimdə məhkəmə qərarı ola-ola pulumu ala bilmirəm".
Müraciətin sonunda Elmira İsmayılova ölkə rəhbərliyindən, aidiyyəti qurumlardan və bütün media nümayəndələrindən bu məsələnin həlli barədə kömək istəyib.
Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq
24 yaşlı Sahilə Əsədovanın ölümünə görə həkim-cərrah Teymur Əlləzov cinayət məsuliyyətinə cəlb olunub.
64 yaşlı cərrah səhlənkarlıqda ittiham olunur.
Sahilə Əsədovanın yaxınları deyir ki, hələ əməliyyatdan əvvəl də həkim laqeydliyilə üzləşiblər.
Həyat yoldaşı Cavid Əsədovun sözlərinə görə, gecə saat 1 radələrində Sahilənin ağrısı başlayıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin mama-ginekoloqu Şəfəq Əliyeva ilə əlaqə saxlayıblar. Həkim xəstəxanaya gəlmələrini istəyib:
“Dərhal xəstəxanaya apardıq. Şəfəq həkim dedi ki, UZİ-dən keçməlidir. UZİ həkimini çağırdılar, gəlmədi. Dedi ki, xəstəni onun evinə aparaq. Evdə müayinə eləyəcək. Gecə yarı Türkmən kəndinə gedib, iki saat onun evini axtarmışıq. Evi tapıb, evdə UZİ elətdirəndən sonra yenə xəstəxanaya qayıtdıq”.
Mama-ginekoloq Şəfəq Əliyeva ultrasəs müayinəsinin (USM) nəticəsinə baxıb, Sahilə Əsədovanın qeysəriyyə əməliyyatına salınmasına qərar verib.
Səhər saat 6 radələrində oğlan uşağı dünyaya gəlib:
“Şəfəq həkim dedi ki, əməliyyat uğurlu keçib. Məni Sahilə ilə telefonla danışdırdılar. O da dedi ki, hər şey yaxşıdır. Saat 10-11 olardı, Şəfəq həkim dedi ki, Sahilənin vəziyyəti yaxşı deyil, ürəyində, böyrəklərində problem var. Bir müddət sonra onu təcili yardımla Bərdə Rayon Diaqnostika Mərkəzinə apardılar. Orada bir gün qaldı. Deyirdilər ki, vəziyyəti yaxşılaşır. Bir müddət sonra baş həkim Vüsal müəllimlə Yamən həkim onun öldüyünü xəbər verdilər”.
Cavid Əsədov deyir ki, həyat yoldaşının əməliyyatında cərrah Teymur Əlləzovun da iştirak etdiyini sonradan bilib.
Onun sözlərinə görə, Sahilənin yas mərasiminə bir neçə həkim gəlib. Şəfəq həkim ona maddi yardım kimi, 7 min manat pul verib.
Həyat yoldaşının səhlənkarlıq ucbatından ölməsi barədə şikayətindən sonra həmkənlisi Rəfael Hüseynov ona Teymur Əlləzovun 30 min manat pul təklif edib:
“Maraqlandım ki, Teymur həkim niyə mənə bu qədər pul vermək istəyir? Sonradan bildim ki, o da əməliyyatda iştirak edib və Sahilənin ölümündə onun da rolu olub. Onun günahı olduğunu Şəfəq həkim də demişdi”.
“Əməliyyata girməsəydim, qəsdən adam öldürmə olardı”
Teymur Əlləzov isə özünü təqsirli bilmir. O deyir ki, əməliyyatı qaydalara uyğun keçirib, səhlənkarlığa yol verməyib. Onu əməliyyata həmin gecə növbədə olan mama-ginekoloq Şəfəq Əliyeva çağırıb:
“Şəfəq həkim mənə sənədləri təqdim eləyəndə xəstənin ağrıları tutmuşdu, baş suyu açılmışdı. Bu halda analizin cavabı nə olursa olsun, xəstə əməliyyat olunmalıdır. Geriyə yol yoxdur. Onda əməliyyata girməsəydim, bu artıq qəsdən adam öldürmə olardı. Onun təzyiqi ölənə kimi 160-170-dən aşağı enmədi. Bu da böyrək patologiyasının bir nömrəli göstəricisidir. Cərrahiyyə əməliyyatı ideal formada keçirilib, əməliyyat zamanı xəstədə patoloji qanaxma olmayıb. Ölümə səbəb orqanizmdə gedən dəyişikliklərdir. Protokol qaydaları mama-ginekoloq tərəfindən pozulub…”.
Yaxınları deyir ki, Sahilə Əsədova hamiləlik dövründə Tərtərdə Ləman həkimin nəzarətində olub. Həkim ona bir sıra müalicələr yazıb. Son aylarda isə Bərdəyə – Şəfəq Əliyevanın yanına gəliblər. Onun göndərişləriylə analizlər verib, USM-dən keçib, nəticələri də ona təqdim ediblər.
“Qan analizlərinin cavabı gec çıxır, ona görə gözləməyib əməliyyata saldıq”
Araşdırmalar zamanı məlum olub ki, Sahilə Əsədova əməliyyata salınanda həkimlərin əlində yeni analizlərin cavabı olmayıb.
“Sidik analizinin cavabı tez çıxır. Qan analizinin cavabı isə gec çıxır. Ona görə məcbur olub, xəstəni əməliyyata götürdük. Ümumiyətlə, 10 gün əvvəl götürülmüş qan analizlərinin cavabı əməliyyat üçün keçərli olur. Xəstə təcili əməliyyat olunmalıydı, ona görə yeni analizlərin cavabını gözləmək əməliyyata qaldıq”, – Şəfəq Əliyeva belə əsaslandırıb.
Teymur Əlləzov deyir ki, Sahilə Əsədova hələ Tərtərdə həkim müayinəsində olanda onda hipertaniya, kəskin formada anemiya olduğu müəyyənləşib:
“Ambulator kartadan görünür ki, orada güclü müalicə yazılıb, lakin xəstə həmin müalicəni almamışdır. 15 gündən sonra təkrar müayinədə tromositlərin kəskin enməsi, qanın faizinin aşağı düşməsi və dayanıqlı hipertaniya əlamətlərinin olması bir daha xəstənin yazılmış müalicəni almamasını göstərir. Sonradan Şəfəq həkimin yanına gəliblər. O, müayinəni çox səthi aparıb. Xəstəni stasionar müalicəyə cəlb eləmək, ciddi nəzarətə götürmək əvəzinə nəzarətsiz buraxılıb”.
Həkim: “Xəstənin həkimləri məni xəstəxanaya aparır, ona görə…”
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Leyla İsgəndərova hadisə günü xəstəxanaya çağırışa gəlmədiyini, USM aparatını evində istifadə etdiyini təsdiqləyir. O, etiraf edib ki, gecə saat 5 radələrində Sahilə Əsədovanı yaxınları onun evinə gətiriblər.
Leyla İsgəndərova xəstəxanaya getməməsinin səbəbini izah edərkən deyib ki, həmin vaxt həyat yoldaşı başqa ölkədə idi. Bu səbəbdən gedə bilməyib:
“Yaşadığım Türkmən kəndi ilə xəstəxananın arası maşınla 6 dəqiqəlik yoxdur. Bəzi hallarda xəstənin yaxınları gəlib, məni xəstəxanaya aparır. Sahilə Əsədovanın ailə üzvlərinə mənim nömrəmi vermişdilər. Əlaqə saxlayıb, özləri evə gətirdilər. Zəngdən 15 dəqiqə sonra gəldilər. Evimi iki saat axtarmaları haqda deyilənlər doğru deyil. Müayinədə istifadə elədiyim aparat sertifikatlaşdırılmış, standartlara cavab verən, daşınan USM aparatıdır. İki ildir ki, həmin aparatla işləyirəm”.
14 ildir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında işlədiyini deyən Leyla İsgəndərova onu da etiraf edib ki, evdə xəstəni USM müayinəsindən keçirməklə bağlı icazəsi yoxdur.
Mama-ginekoloq Şəfəq Əliyeva mərhumun ailəsinə 7 min manat pul verməsi barədə qarşı tərəfin dediklərinə də cavab verib.
O bildirib ki, zərərçəkmiş tərəf özü maddi yardım üçün ona müraciət edib:
“Dedilər ki, heç qənd almağa imkan yoxdur. Biz də ona görə həkimlər olaraq toplaşıb, maddi yardım elədik”.
“Əslində, mama-ginekoloq əməliyyat eləməliydi…”
Ekspertiza rəy verib ki, 24 yaşlı ananın ölümünə görə cərrah məsuliyyət daşıyır, çünki əməliyyatdan sonra xəstənin durumuna o cavabdehdir.
Bununla belə, ekspert vurğulayıb ki, əslində, hamilə qadın xəstəxanaya daxil olursa, onu mama-ginekoloq əməliyyat etməlidir. Xəstənin durumu dəyişərsə, səhhəti pisləşərsə, reanimatoloq, mama-ginekoloq və cərrah köməkləşib, bununla məşğul olmalıdır:
“Qeysəriyyə əməliyyatını ginekoloq icra etməlidir. Əgər növbədə olan ginekoloq əməliyyat edə bilmirsə, həmin ginekoloqun növbədə olması düzgün deyil. Qeysəriyyə əməliyyatında cərrah, ancaq asisent kimi iştirak edə bilər”.
“Sahilə Əsədova ilə bağlı durumda əməliyyatın belə alınması ginekoloqun günahıdır. Amma cərrah əgər öz üzərinə məsuliyyəti götürüb əməliyyat edirsə, məsuliyyəti cərrah daşıyır. Sahilə Əsədovanın əməliyyatı düzgün icra edilib. Ölümün səbəbi əməliyyatdan sonrakı dövrdə baxımsızlıq olub. Əməliyyatdan sonra qanaxma olub, onu dayandırmayıblar”, – deyə ekspert rəyində vurğulanır.
Teymur Əlləzova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 2 il cəza verilib.
Eyni zamanda, onun üzərinə zərərçəkmiş ailəyə 5 min manat təzminat ödəmək öhdəliyi qoyulub. Amma cərrah bu hökmlə razılaşmır.
Tərtər rayon sakini Vüsal Mehdiyev deyir ki, rüşvət hallarına, rəhbərliyin özbaşınalıqlarına etiraz etdiyinə görə işini itirib.
Onun sözlərinə görə, baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, özünü işdən çıxarıblar.
“Nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum”
35 yaşlı Vüsal Mehdiyev Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işləyirdi.
Onun sözlərinə görə, illər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşüb, atasının şəhid olduğunu və ailənin dolanışığı üçün işə ehtiyac duyduğunu onun nəzərinə çatdırıb:
“Atam Qaçay Mehdiyev Tərtərin ilk şəhididir. Nazir vətəndaşları qəbul edəndə mən də getdim. Vəziyyətimiz barədə məlumat verdim. Sağ olsun, dərhal göstəriş verdi, məni işə götürdülər. 2013-cü ilin noyabrından işləyirəm”.
Vüsal Mehdiyev deyir ki, Tərtər Rayon Dövlət Yanğından mühafizə hissəsində işə başlayandan orada rüşvət və başqa formada qanunsuzluqların şahidi olub:
“İşçilərdən pul toplanmasından tutmuş, hadisələrin sayının şişirdilməsinə qədər müxtəlif cür qanunsuzluqlar olurdu. Mən də saxtakarlıqlara susmadığıma görə təxminən 3 ay sonra yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyevlə aramızda problem yarandı. O hesab edir ki, nə istəsəm eləyə bilərəm, işçi kimdir ki, mənə irad bildirsin? Məni sıxışdırmağa başladı. Nazirin adına teleqram vurub, baş verənləri çatdırdım. Dedim, nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum. Bundan sonra yalvar-yaxar elədi ki, ondan şikayətçi olmayım”.
“Deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da…”
Səhhətində ciddi problemlər olduğunu deyən Vüsal Mehdiyevin sözlərinə görə, bu üzdən bir neçə dəfə ona xəstəlik vərəqi (bülleten) açılıb.
O vurğulayıb ki, heç vaxt əsassız işdən qalmayıb. Bütün sənədlər də xəstə olduğunu təsdiqləyir:
“Mən mədə və prostat problemlərindən əziyyət çəkirəm. Özləri də bunu yaxşı bilir. Amma Mübariz Əliyev bunu bildiyi halda, xəstəxanaya göstəriş verib ki, mənə bülleten açmasınlar. Təsəvvür edin, əlimdə həkim sənədi ola-ola işə gəlmədiyim müddətin maaşını kəsdilər. Düzdür, adamlar var ki, xəstə olmadığı halda, bülletenə çıxır. Məndə elə deyil axı…”.
Vüsal Mehdiyev deyir ki, Mübariz Əliyevin təzyiqlərinə dözməyib, bir müddət əvvəl baş verənləri ictimailəşdirib – başına gələnlər sosial şəbəkələrdə yayılıb.
Onun sözlərinə görə, fövqəladə hallar nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov sosial şəbəkələrdə yayılan videonun silinməsini tələb edib.
“Əslində, atılmalı addım özbaşınalıqların qarşısının alınması, rüşvətxorluq edən, qanunsuzluq edən adamların cəzalandırılması olmalıydı. Görünür, elə buna güvənərək Mübariz Əliyev ona etiraz eləyən işçiyə deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da. Onun bu cür davranışlarının nəticəsidir ki, Bərdə rayonunda işlədiyi dövrdə etiraz olaraq, bir işçi özünü yandırmışdı. Hamını bezdirib. Artıq məni də o həddə çatdırıblar”.
FHN: “Qanunun tələbini pozduğuna görə işdən çıxarılıb”
Vüsal Mehdiyev təxminən iki ay əvvəl işdən çıxarılıb.
Deyir ki, səhhətində ciddi problemlər olan 2 yaşlı da daxil, ailə üzvləri çətin vəziyyətdədir:
“Himayəmdə bir tərəfi işləməyən xəstə uşağım var. Şəhid anası və şəhidin həyat yoldaşı – nənəm və anam da mənim himayəmdədir. Şəhid ailəsinin durumuna belə laqeyd münasibət yolverilməzdir”.
Vüsal Mehdiyevin həm özü, həm də anası Əntiqə İsmayılova onun işə bərpası üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib, amma müraciətlərinə müsbət cavab ala bilməyiblər.
Nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov bildirib ki, Vüsal Mehdiyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini pozduğuna görə nazirin əmrilə işdən çıxarılıb.
Keçən günlərdə sabiq deputat Əsabil Qasımovun Rusiyanın tikinti sektoruna 100 milyonlarla dollar həcmində sərmayə qoyması yerli KİV-də etirazla qarşılandı ki, bu da səbəbsiz deyildi. Belə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin yerli iş adamlarına işğaldan azad olunmuş torpaqlarımızın yenidaən inşa olunmasına sərmayə qoymaları ilə bağlı etdiyi çağırış keçmiş deputat tərəfindən qulaqardına vurulmuş oldu. Dia-az info bildirir ki, indi də anoloji addımı keçmiş yox, bu dəfə həm də hazırda da cibində deputat mandatı gəzdirən bir inşaat maqnatı atmış oldu. Söhbət Milli Məclisin deputatı Ağalar Vəliyevdən gedir. Dia-az.info bildirir ki, o da eyni qaydada Prezidenin məlum çağırışına qoşulmayanlardan hesab olunur. Dövlətimizin az qala bütün dostluq münasibətlərini məhz Qarabağın inşasına yönəltdiyi bir məqamda Ağalar Vəliyev kimiləri məhz bu dövlətdən qazanndıqlarını - əslində isə oğurladıqlarını xaricə transfer eməkdədir... Dia-az.info-nun xəbərinə görə, deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb. Qeyd edək ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib. Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır.
Uzun illərdirki, adımətbuatıngündəmindəndüşməyənGəncə DövlətUniversitetində (GDU) qəribəhadisələrbaşverir. Ali təhsilocağıhaqqındamətbuatdamütəmadiolaraq məlumatlarınyeralmasıartıqrəhbərliyiciddişəkildənarahat etməyəbaşlayıb. Eləbusəbəbdəndirki, rəhbərlikbunun qarşısınıalmaqüçünbəziaddımlaratmağaməcburolub.
Bu barədə “Yeni Gundem”in elektron poçt ünvanına şikayət məktubu daxil olub.
Buna baxmayaraq, dəfələrləGəncəDövlətUniversitetininbir qrupprofessor-müəllimheyətipezidentəmüraciətedərək universitetdəkiqanunsuzluqlardanşikayətləniblər. Amma müəllimlər GDU-dakırepressiyalarucbatındanadlarının anonimliyininqorunmasınıvəmüraciətlərinindərc olunmağınıartıqdərəcədəxahişediblər.
Onagörədəzaman-zamanadımüxtəlifhadisələrləgündəmə gələnGəncəDövlətUniversitetiiləbağlıyeniməlumatlar yayılıb. Amma bizmüəllimlərbudəfədətəzyiqlərinəzərəalıbadımızınhallanmasınıistəmirik. Çünkiadımızıbilsələr, bizi işdənuzaqlaşdıracaqlar. Bizisəməcburuqyazmağa, çünkiali təhsilocağıolan GDU həmdəutancmənbəyinəçevrilib.
Müəllimləryazırlarki, GDU-nun rektoruYusifYusibovun“burdamənəm, Bagdadda kor xəlifə” prinsipialitəhsilocağını fəlakətəaparır. Korrupsiyavərüşvətmənbəyinəçevrilənalitəhsilocağındadaxiliidarəetmədəisətambiranarxiya yaranıb. Məsələn, ötənşikayətlərimizdəalitəhsilocağında qeyri-əxlaqihərəktlərləbağlışikayətimizdədəqeydetmişdik ki, GDU-da rəzalətyaşanır. Birqrupmüəllimrektoraşikayət edərəkaliməktəbinadınıləkələyənəməllərəsonqoymağı tələbetsədə, bunaməhəlqoyanolmayıb.
MübrizYusibov
Məsələn, filologiyafakültəsininprofessoru, sabiqrektor MübarizYusibovözünüazqalakralkimiaparır. Kafedrada müəllimlərəgözverib, işıqvermir, onlarınözelmi naliyyətləriniinkişafetdirməyəmaneolur. Professor ayrı-seçkilikedir, müdafiəetməkistəyəndigərfiloloqlaramaneə yaradır, bütünişlərinivəsəlahiyyətlərinidəelmirəhbəri olduğu, ingilisdilikafedrasınınmüəlliməsi Türkan Cəlilovaya həvaləedib, professordanişikeçənlərilknövbədə Türkan xanımdanicazəalmalıdırlar.
Türkan Cəlilova
Onun Türkan Cəlilovayaxüsusidiqqətayırmasıvəbu davranışlarıUniversitetdəciddinarazılıqyaradıbvəsöz-söhbətlərartıq GDU rəhbərliyinəqədərgedibçatıb. Hətta ətrafıonadəfələrləxəbərdarlıqetsədə, Türkan Cəlilovaheçkəsəməhəlqoymur, özünüazqalakafedranınmüdirikimi aparır. Çalışırki, bütünmüəllimlərsıxışdırılsın, yalnızözü kafedranınvəprofessorunsevimlivəöndəolanmüəllimikimi görünsün. Onlarınbuistimünasibətləriisəuniversitetdəhaqlı olaraqmübahisəvəşikayətlərəsəbəbolur.
Şikayətçilərdeyirlərki, buhərəkətlərMübarizYusibovunilk davranışıdeyil, əvvəllərdə o, rusdilikafedrasınınmüəllimi KəmaləƏhmədovailəyaxınolubvəonavəzifəverib, digər müəllimlərinvəgənckadrlarınsıxışdırılmasınasəbəbolub. HəttaGəncəDövlətUniversitetininrəhbərliyindənbu məsələyəmünasibətgözləyənşikayətçilərümidedirlərki, hərikimüəllimözhərəkətlərinəsonverəcəklər.
KəmaləƏhmədova
Onlarötənhəftəbaşverənlərləbağlıölkəbaşçısınavə iqtisadiyyatnaziriMikayılCabbarova da GDU iləbağlışikayət ünvanlayıblar.
MübarizYusibovuzunmüddət Yeni AzərbaycanPartiyası GəncəTəşkilatınınsədrmüavini, idarəheyətininüzvüolub.
HazırdaAğsaqqallarŞuranınİdarəHeyətininüzvüdür.
Yeni AzərbaycanPartiyasınınüzvüolanbiraliminbucürdavranışlarışübhəsizki, qəbulolunmazdır. Necəkibirmüddətöncəuniversitetdəkidavranışlarınagörə YAP üzvü HüseynbalaMirələmovelə YAP-ınözütərəfindən cəzalandırıldıvəuniversitetdəndə, partiyadan da xaricedildi.
Yəqinki, GDU rektoruYusifYusibov da, keçmişrektor MübarizYusibov da başverənlərdəndərsçıxaracaq.
Ümidedirəmki, dəyərlimediaorqanları da bizimbu şikayətlərimizəbiganəqalmayacaqlar.
Gəncə DövlətUniversiteti (GDU) ilə əlaqə saxlasaqda zənglərimizə cavab verilmədi.
Bizim atalardan həmişə düz söz çıxır. İndiki zəmanəmiz sübut edir ki, kişilər nə qədər haqlı olublar, uzaqgörən imişlər. Misal üçün belə deyim var - elçisi Gülüm olanın başına külüm olar.
İndi bu sözü günümüzə uyğunlaşdırsaq, belə də demək olar – rəhbəri Qağaməli olan müəssənin başına külüm olar. Necə ki Qarabağ qazisi, erməni əsirliyindən sağ gələn Elnurun başına kül oldu. Yəni düşmənin işgəncələrindən, əsirliyindən salamat gəlib çatasan vətənə, amma burada elə bir məmura rast gələsən ki, əsirlik günlərinə şükür edəsən. Çünki oradan sağ gəldi, burada isə məmur laqeydliyinin, məmur biganəliyinin qurbanı oldu. Söhbət Neft-Qaz Təmir Tikinti Trestininin rəhbəri Qağaməli Seyfullayevdən və onun etinasızlığı ucbatından həyatını itirən Birinci Qarabağ müharibəsi veteranı, “Siyəzənneft”in işçisi Elnur Bayramovdan gedir. Bəli, məhz qazinin ölümündə dolayısı ilə Seyfullayevin də günahı var. Bu, ittiham deyil, sadəcə, məmurun öz işçisinə, üstəlik, erməni əsirliyində olmuş Qarabağ veteranına göstərdiyi laqeydliyin nəticəsidir. Ona görə də düz deyiblər - rəhbəri Qağaməli olanın başına külüm olar... Rubrika.Az dia-az.info-ya istinadla bildirir ki, erməni əsirliyində olmuş Elnur Bayramov vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə düçar olmuşdu. Mərhum neftçi bu ilin yanvarında maddi dəstək üçün Neft-Qaz Təmir Tikinti Trestininin rəhbərliyinə, konkret olaraq Qağaməli Seyfullayevə müraciət etmişdi.
Amma ona birmənalı şəkildə rədd cavabı verilib. Neftdən-qazdan gələn gəlirlər sayəsində milyonçuya çevrilmiş, “qaz vurub, qazan dolduran” Seyfullayevin insafı çatmadı ki, qaziyə ölüm ayağında, canı ilə əlləşdiyi bir zamanda maddi yardım etsin. Sanki idarə rəhbəri özünü Xudayar bəy kimi hiss edir. Halbuki bizim neft milyonçuları həmişə insanlara əl tutublar. Ancaq Qağaməli qağadan nə Tağıyev, nə Nağıyev olar. Hərçənd, prezident həmişə çağırış edib ki, Vətən müharibəsi iştirakçılarına, Birinci savaşına qazilərinə kömək etmək lazımdır. Di gəl, düşmən əsirliyindən sağ gələn qazimiz xəstə yatağında can verdi, Seyfullayev “tükünü tərpətmədi”. Qeyd edək ki, mərhum ağrıkəsən iynə dərmanlar almaq üçün müraciət etmişdi. Lakin Qağaməli kimi məmurlar ona rədd cavabı ilə demək istədilər ki, get, ağrılar içində qovrul...Və bu hadisə bir dərs oldu. Neftçilər də anladılar ki, idarə rəhbəri hansı şəxsi keyfiyyətlərə, xarakterə malik biri imiş. Bəli, məmur da olmaq mümkündür, varlı da, savadlı da, ancaq mərhəmətli olmaq, səxavətli olmaq, geniş ürəyə sahib olmaq hər kəsin işi deyil. Ona görə də bu addım neftçilərin ciddi etirazına səbəb olub. Onu da demək lazımdır ki, Seyfullayevin adı çirkli qüvvələrin “qara kassası” kimi hallanır. Mediada gedən xəbərlərdə səslənən ittihamlara görə, idarə rəisi ölçüyəgəlməz kapitala yiyələnib və oliqarxa çevrilib. Hətta onun sərvətinin siyahısı açıqlanıb və mal-mülk səltənəti üzə çıxıb. Belə ki, Bakıda və doğulduğu Biləsuvarda çoxlu sayda evləri, dəbdəbəli villaları var. Bundan başqa, nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri var. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500 000 (beş yüz min) manat civarındadır. Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin. Amma yarım milyonluq maşında gəzən idarə rəhbəri işçisi olan xəstə qaziyə ağrıkəsici iynələr almağa bir manat verməyə əli gəlmədi. Göründüyü kimi, toxun acdan, varlının kasıb xəstədən xəbəri olmazmış. Təəssüf ki, belə bir keyfiyyətləri özündə əks etdirən məmur Neft-Qaz Təmir Tikinti Trestinin rəhbəri vəzifəsini daşıyır. Ümumiyyətlə, sual olunur - qanunlarla bu qədər dövlət təminatı olan işçilər, xüsusən ağır xəstəlikdən əziyyət çəkən işçilər niyə pulsuz müalicə olunmamalıdır? Deməli, bu məsələ də Seyfullayevin marağında olmayıb. Yeri gəlmişkən, bu günlərdə “Azəriqaz” İB-də rəhbər dəyişikliyi oldu. İndi böyük gözləntilər var ki, islahatlar davam edəcək. Bu da sıravi işçilərdə müəyyən ümidlər yaradıb ki, növbə Qağaməli Seyfullayevə çata bilər. Elə SOCAR prezidenti Rövşən Nəcəfə bununla bağlı müraciətlər edildiyi iddiaları var. Hətta onun məsuliyyətə cəlb olunmasını xahiş edirlər. Bildirilir ki, Qağaməli Seyfullayev Neft-Qaz Təmir Tikinti Trestini, ondan əvvəl isə Qaz İxrac İdarəsini çapıb-talayıb. Bu azmış kimi, diplomsuz qohumlarını üç nəhəng təşkilata yerləşdirib. Beləliklə, şəhid ailələri, qazilər əziyyət çəksin, Seyfullayev və onun bisavad qohumları vəzifədən istifadə edib varlansınlar, kef çəksinlər. Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb. Onun haqqında yayılan məlumatlarda qeyd olunur ki, terstin gördüyü işlərin həcmini “Forma-2” sənədlərində “şişirdir”, eləcə də kollektiv üzvlərinin problemləri ilə qətiyyən qayğılanmır. Bütün bu detallar, yığılan narazılıq, neftçilərin hüquqlarının Seyfullayev tərəfindən pozulması, hətta qazilərə olan diqqətsizlik və digər faktlar, korrupsiya, özbaşınalıq halları da nəzərə alınaraq, SOCAR prezidenti Rövşən Nəcəfdən xahiş olunur ki, bu idarə rəhbəri ilə bağlı araşdırmalar aparılsın, eləcə də barəsində ölçü götürülsün. Əks halda, vəziyyət daha da pisləşəcək. Neft işçiləri R.Nəcəfə inanır, onun gənc və islahatçı biri kimi qəbul edir, bu müraciətlərin nəticə verəcəyini gözləyirlər. Onu da qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir.
Bir müddətdir ki, ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR – VƏ YA MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN NECƏ SABOTAJ EDİLİR?! başlığı altında məlumatlar mediada dərc edilməkdədir. Məsələ ilə bağlı açıq mediaya müraciət edən şəxsin kimliyidə ortadadır. Lakin Təhsil Nazirliyi hələdə məslədə geri durmaqla baş verənlərə qarşı laqeydliyin nümayiş etdirməkdədir.
Mətbuata Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc etməyimizə baxmayaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən heç bir açıqlama verilmədi. Beləki, MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN məhv edilməsi normal qəbul olunurmuş imici verildi.
Bu imicin yaranmasında Təhsil Naziri Emin Əmrullayevin böyük payı var desək yanılmarıq. Bu qədər informasiyanı media hər kəsə çatdırdığı kimi Nazirədə çatdırır. Lakin Nazir öhdəlik götürdüyü vəzifəsini icra edə bilmədiyini hər dəfəsində əməli ilə subuta yetirir. Aparılan islahatlarda təyinatların rüşvət və arxalı şəxslərin təyinatlar alması aparılan işlərə kölgə salsada bu E.Əmurullayevin kefinidə pozmur. Realıq bundan fərqlidirsə buyursun Nazirliyin səlahiyyətliləri bunun əksini subut edəcək dəlilərlə çıxış etsin məhs bunuda biz iddia edirik. İddiamızda haqsızıqsa qarşı tərəf olaraq haqqlarından istifadə edərək fikirlərin cəmiyyətimizə çatıra bilərlər.
Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! )
Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?
İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:
– Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı, hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır);
Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı – FOTOLAR – 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);
Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı – FOTOLAR – İdarənin 90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsi (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana ödəniş də, “təbii ki”, Həmkarların büdcəsindən edilib); Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.
ARDI VAR
ANONS: – Xırdalan şəhəri 1 saylı orta məktəbdə 11-ci siniflərin davamiyyətinin pozulması qiyməti… – Xırdalan şəhəri 1 saylı orta məktəbdə 1-ci siniflərin qəbulunda yubanan şəxslərin hansı məbləğlər qarşılıqında məktəbə qəbulu …
– Xırdalan şəhəri 2 saylı orta məktəbdə eyni ilə 1 saylıda olduğu kimi qanunsuz əməllər olduğu kimi digər ölü canlar siyasətinin yüksək səviyyədə aparılması…
Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.
Əvvəlcə İlhamə Abdullayeva barəsində oxucularımızı qısaca tanış edək. Bu xanımın vəzifəyə gəlməsində "Körpü-Bina tikinti" MMC - nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb.
"DogruXeber.az" bildirir ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini "şəbəkə biznesi" kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun "zəhməti boşa getməyib". "Əziyyətini"mi deyək, "xərcini"mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi "qanadının altına". Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.
"Məsləhətçi" demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, "ulya həzrət" İlhamə Abdullayevanın sürücüsü və şəxsi "buyruqçusu" kimi xidmət göstərir. Xanımın doğmaca bacısı - öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır.
Yeri gəlmişkən, bir zamanlar adı şəhidlərin xatirəsinə hörmətsizlikdə çəkilən, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin sabiq direktoru Vəfa Məmmədovanın da xanım Abdullayeva ilə qohum olduğu deyilir. O, Vəfa Məmmədova ki, şəhidlərin xatirəsi sükutla yad ediləndə sıraya durmamışdı.
Yoxsa, şəninə sığdırmamışdı?
Yeri gəlmişkən, bu barədəki məlumatlar "müəmmalı şəkildə" bütün saytlardan silindi (ya da sildirildi). Doğrudur, bu hadisədən sonra cəmiyyət tərəfindən güclü "qınaq atəşinə" tutulan Vəfa xanım "elgözünə" işdən çıxarıldı. Və budur... "qohumundan yarıyan" bu şanslı xanım mənbənin bildirdiyinə görə hazırda Abşeron rayonunun Fatmayi kəndində 9 illik məktəbin direktoru vəzifəsində çalışır. Amma, nə hikmətsə bu barədə internet üzərindən heç bir məlumata rast gəlmədik.
Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur.
Bu qədər qohumları "qanadının altına yığan" İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.
Bu "qohumcanlılığı" onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu "sevgisini ilahiləşdir"məyi "özünə borc bilib". Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu "xüsusi anı əbədiləşdirmək" üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı "ağ eləməkdir". Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.
Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin "üstü açıldıqda" isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.
Burda deyibləre... "bapbalaca boyu var, dam dolusu toyu var". Bir xanım idarə müdiri nələrə qadir imiş, ilahi...
Sayırıq, siyahı bitmir...
Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına "Küçələrdə pul yığan" xoşbəxt Əliyevin "himayədarı" kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "haqqına girmiş oluruq". Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin "boynunda ağır haqqı var".
Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan "hörmət bağları" oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında "pilləkən" olub.
Elə təhsil sahəsində təhsilə aidiyyatı olmayan təsadüfi insanların bəzi rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin "anası ağlayır".
Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda məhz İlhamə Abdullayeva tərəfindən hüquqlarının pozulduğunu, 20 min manata yaxın maddi və mənəvi ziyana uğradıldığını iddia edən 33 ilin müəlliminin müraciətini təqdim edəcəyik. Bəs Elm və Təhsil Naziri Emin Əmrullayev özü bu narazılıqların harasındadır?
Bu barədə qarşıdakı günlərdə.
Bizi izləyin.
P.S: Qeyd edək ki, idarə telefonlarına cavab verməyən İlhamə Abdullayevanın da mövqeyini öyrənmək üçün etdiyimiz bütün cəhdlərimiz - hətta, məcburiyyət qarşısında facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qaldı.
Dərc etdiyimiz məlumatlar barəsində yazıda adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.
Əvvəlcə İlhamə Abdullayeva barəsində oxucularımızı qısaca tanış edək. Bu xanımın vəzifəyə gəlməsində "Körpü-Bina tikinti" MMC - nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb.
"DogruXeber.az" bildirir ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini "şəbəkə biznesi" kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun "zəhməti boşa getməyib". "Əziyyətini"mi deyək, "xərcini"mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi "qanadının altına". Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.
"Məsləhətçi" demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, "ulya həzrət" İlhamə Abdullayevanın sürücüsü və şəxsi "buyruqçusu" kimi xidmət göstərir. Xanımın doğmaca bacısı - öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır.
Yeri gəlmişkən, bir zamanlar adı şəhidlərin xatirəsinə hörmətsizlikdə çəkilən, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin sabiq direktoru Vəfa Məmmədovanın da xanım Abdullayeva ilə qohum olduğu deyilir. O, Vəfa Məmmədova ki, şəhidlərin xatirəsi sükutla yad ediləndə sıraya durmamışdı.
Yoxsa, şəninə sığdırmamışdı?
Yeri gəlmişkən, bu barədəki məlumatlar "müəmmalı şəkildə" bütün saytlardan silindi (ya da sildirildi). Doğrudur, bu hadisədən sonra cəmiyyət tərəfindən güclü "qınaq atəşinə" tutulan Vəfa xanım "elgözünə" işdən çıxarıldı. Və budur... "qohumundan yarıyan" bu şanslı xanım mənbənin bildirdiyinə görə hazırda Abşeron rayonunun Fatmayi kəndində 9 illik məktəbin direktoru vəzifəsində çalışır. Amma, nə hikmətsə bu barədə internet üzərindən heç bir məlumata rast gəlmədik.
Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur.
Bu qədər qohumları "qanadının altına yığan" İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.
Bu "qohumcanlılığı" onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu "sevgisini ilahiləşdir"məyi "özünə borc bilib". Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu "xüsusi anı əbədiləşdirmək" üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı "ağ eləməkdir". Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.
Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin "üstü açıldıqda" isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.
Burda deyibləre... "bapbalaca boyu var, dam dolusu toyu var". Bir xanım idarə müdiri nələrə qadir imiş, ilahi...
Sayırıq, siyahı bitmir...
Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına "Küçələrdə pul yığan" xoşbəxt Əliyevin "himayədarı" kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "haqqına girmiş oluruq". Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin "boynunda ağır haqqı var".
Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan "hörmət bağları" oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında "pilləkən" olub.
Elə təhsil sahəsində təhsilə aidiyyatı olmayan təsadüfi insanların bəzi rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin "anası ağlayır".
Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda məhz İlhamə Abdullayeva tərəfindən hüquqlarının pozulduğunu, 20 min manata yaxın maddi və mənəvi ziyana uğradıldığını iddia edən 33 ilin müəlliminin müraciətini təqdim edəcəyik. Bəs Elm və Təhsil Naziri Emin Əmrullayev özü bu narazılıqların harasındadır?
Bu barədə qarşıdakı günlərdə.
Bizi izləyin.
P.S: Qeyd edək ki, idarə telefonlarına cavab verməyən İlhamə Abdullayevanın da mövqeyini öyrənmək üçün etdiyimiz bütün cəhdlərimiz - hətta, məcburiyyət qarşısında facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qaldı.
Dərc etdiyimiz məlumatlar barəsində yazıda adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə hazırıq.