Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan mədəniyyətinin hamisi, Azərbaycanın birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın ad günüdür...
TEREF xəbər verir ki, "Yenixeber.org"a verilən məlumata görə, bu gün Ağdamın Ergi qəsəbəsində Mehriban xanımın ad günü münasibətilə iməcilik təşkil olunub. Belə ki, qəsəbə sakinləri otuz ildən çox müddətdə keçilməz olan və 20 mindən çox sakinin gediş- gəliş yolu olan əsas yolun təmiri üçün bu gün Mehriban xanım Əliyevanın ad günü şərəfinə iməcilik təşkil ediblər. Yerli sakinlər bunun üçün öz vəsaitləri hesabına yolda cari təmir aparılması üçün iməcilik keçiriblər, yolun dərə- təpə hissəsinin hamarlanması üçün öz vəsaitləri hesabına ağır texnika cəlb ediblər. Lakin yerli sakinlərin Yenixeber.org -a verdiyi məlumatdan belə məlum olur ki, Ağdam rayon İH başçısının birinci müavini Allahverən Əliyev bu günlərdə onun Azərbaycan Seçki Məcəlləsinin bütün tələblərini pozaraq uzun illər Ramiz Mehdiyev tərəfindən Ağdamdan deputat edilmiş Bəxtiyar Əliyevin xeyrinə inzibati resurslardan istifadə edib sonuncunun seçki təbliğatında birbaşa iştirak etdiyindən MSK- ya şikayət vermiş digər namizəd- Asif Mərzilinin də bu iməciliyə dəvət edildiyini bilən kimi yolun təmiri işlərinin dayandırılmasına göstəriş vermişdir. Nəticədə Ergi qəsəbəsinin köçkün sakinlərinin Mehriban xanım Əliyevanın ad günü şərəfinə təşkil etdikləri iməcilik pozulmuşdur. Yerli sakinlər Allahverən Əliyevin bu hərəkətini təxribat adlandıraraq Prezident Administrasiyasına teleqram vuracaqlarını bildiriblər.
Bəs rayonun icra başçısının birinci müavininin bu cür hərəkətinə nə ad vermək olar?
Biz məlumatla bağlı deputatlığa namizəd Asif Mərzili ilə də əlaqə saxladıq. Bizimlə telefon söhbətində Asif müəllim faktı təsdiqlədi...