Ardını oxu...
DogruXeber.az: - Məlum olduğu kimi dünən Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib. Eyni zamanda, “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. STOP.

Məlum olduğu kimi Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra paytaxtda aparılan abadlıq-quruculuq işlərini bir neçə nəfərə məxsus şirkət həyata keçirir. İqtisadi məsələlər üzrə ekspertlər şərhlərində qeyd edirlər ki, korrupsiya hallarına ən çox abadlıq-quruculuq, təmir-0tikinti işlərinin həyata keçirilməsi zamanı yol verilir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə keçirilən tenderlərin çoxu formal xarakter daşıyır. Çox vaxt tender layihələri barədə məlumat ictimaiyyətə heç açıqlanmır, nə KİV, nə də ki, internet saytları vasitəsilə elan edilir. Bir də görürsən ki, hər hansı bir şirkət, hər hansı bir tenderin qalibi elan edilib. Tərəflərin bir-birini necə tapması da beləcə sirr olaraq qalır. Həyata keçirilən tenderlərin siyahısını nəzər saldıqda eyni şəxs və şirkətlərin təkrar-təkrar qalib elan edildiyini görmək olar. Nizamnamə kapitalı 10 manat, işçilərinin sayı bir nəfərdən ibarət olan şirkət necə tenderin qalibi elan edilir?

Görəsən Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bu kimi məsəslələr də müzakirəyə çıxarılıbmı? Hesab edirik ki, müzakirəyə çıxarılası ən mühühm məsələ məhz bu olmalıdır. Çünki, Bakı şəhər İcra Hakimiyyətinə tabeli Mənzil-Kommunal Təsərrüfatı Birlikləri korrupsiya və talançılığa məhz bu sahədə yol verirlər. Götürək elə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tabeli Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsini. İdarə dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə alınacaq zəruri malların və xidmətlərin satınalma planları açıqlayıb. Satınalma planlarına 3 açıq tender və 1 təkliflər sorğusu daxil edilib.

Amma Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 2 açıq tender üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlanıb. Müxtəlif təyinatlı hissələrin satın alınması üzrə “EVEREST-2022” MMC ilə 51.734,74 manat məbləğində satınalma müqaviləsi 19.12.2023-cü il tarixdə bağlanmışdır. Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması üzrə “KONEKS CONSTRUCTİON” MMC ilə 544.912,78 manat məbləğində satınalma müqaviləsi 19.12.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir.

İdarənin satınalma planlarına daxil etdiyi Kommunal Təsərrüfatı İdarəsinin müvafiq hesabından yeni nasos və qurğuların satın alınması üzrə ( 14.12.2023 -cü il), layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə (06.06.2023-cü il) dövlət satınalmalarının vahid internet portalında iddiaçılara elektron (E-tender) dəvət elanı verilmişdir. Amma bu satınalma prosedurlarının nəticələri dövlət satınalmalarının vahid internet portalında qanunla müəyyən edilmiş qaydada açıqlanmamışdır.

Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KONEKS CONSTRUCTİON” MMC ilə ümumi dəyəri 888 427 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var.

Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi iddiaçılara açıq tenderlərdə iştirak üçün heç bir elektron (E-tender) dəvət elanı verilməmişdir. Amma keçirilmiş satınalma prosedurunun nəticələri açıqlanıb.

Maraqlıdır, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-2023-cü illərdə açıq tenderlərin keçirilməsi barədə iddiaçılara elektron (E-tender) dəvət elan verməmişsə, satınalmaları necə keçirmişdir?

Satınalmalar üzrə iddiaçılara elektron (E-tender) dəvət elanı verilməmişsə bu açıq tenderlərin qalibi necə müəyyən edilib? Yəni, qalib olan şirkət hardan bilib ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi belə bir tender keçirir?

Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş bu məlumatlardanda göründüyü kimi Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin keçirdiyi tenderlərdə şəffaflıqdan söhbət gedə bilməz. Əldə etdiyimiz məlumatlara görə, hazırda Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə 2020-ci ildə rəhbərliyə gətirilmiş Anar Qalayev nəzarət edir.

Qeyd edək ki, Anar Qalayev son 4 ildə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə rəhbərliyə gətirilmiş üçüncü şəxsdir. Deyilənlərə görə o Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə yaxınlığı ilə tanınır. Apardığımız araşdırmalar zamanı öyrəndiklərimiz onu göstərir ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində rəis dəyişsə də, köhnə qaydalar qalmaqdadır. Tenderlərdə qalib yenə də fərqli adları olan, amma bir nəfər tərəfindən idarə olunan əvvəlki şirkətlərdir.

Anar Qalayev də həmin şirkətlərin sahibləri ilə dil tapıb əvvəlki qaydada rayon ərazisində asfalt örtüyünün təmir işlərinin satınalınmasına, məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinə, abadlaşdırma xidmətlərinə, xüsusi geyımlərin alınmasına, mal-materialların alınmasına, mənzil fondunun təmiri və bir çox digər satınalmalara ayrılmış dövlət vəsitlərindən pay götürür. Elə son iki ildə Anar Qalayevin rəhbərliyi altında keçirilmiş bir çox açıq tenderin təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməməsi də bunları təsdiq edir.

Odur ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təklif edirik. BŞİH-də paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə daha bir müşavirə çağırın və Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayevin fəaliyyətini də müzakirəyə çıxarın.//Aktualinfo.org
Ardını oxu...
İmişli rayonu, Kürdmahmudlu kənd sakini Əkberov Qismət Qurban oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azəriqaz” evlərinə qaz çəkilməsinin qarşılığında hər ailədən 1 000 manat tələb edir:

“Mən, Əkbərov Qismət Qurban oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildiririk ki, “Azəriqaz” kəndə qaz çəkib, lakin evlərə paylanılması üçün hər evdən ən azı 1000 manat pul tələb edir. Qazdan istifadə etmək istəyən ailələrə məsafəyə uyğun olan pul deyilir.

İnsanlara bu qədər zülm etmək olmaz. Qazı elə çəkiblər ki, heç bir yerdən çəkmək olmaz. Ancaq özləri gəlib pullarını alıb çəkirlər".

Məsələ ilə bağlı “Azəriqaz”ın qaynar xətti ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılıb, məlumat veriləcəyi bildirildi.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti də olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadanm: Yazıda adları gedən qurumun mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Daşkəsən rayonu, Quşçu körpü qəsəbəsinin sakini Əmiraslanov Habil Yəhəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə dövlət qurumlarına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Əmiraslanov Habil Yəhəd oğlu, yazaraq sizdən və dövlət qurumlarından kömək istəyirəm. Qeyd edim ki, şikayətimə baxılmadığından mətbuat vasitəsilə müraciət edirəm.

Həyətimizdə bir neçə baş dana saxlayıb, onunla dolanırdıq. Qapıda heyvan saxlamaq çox baha başa gəldiyindən, mən də hər kəs kimi örüşə göndərirdim. Mən hardan bilərdim ki, heyvanlarım bir-bir oğurlanacaq?!

2023-cü il, iyul ayının 2-də heyvanları otlamaq üçün örüşə yola saldım. Sonra dananın birinin örüşdən oğurlandığını bildik. Dərhal oğurluqla bağlı Daşkəsən rayon Polis Şöbəsinə müraciət etdim. Ümidim var idi ki, tapılacaq, amma...

İyulun 23-də yenə bir baş dana örüşdən oğurlandı. İkinci dəfə yenə Polis Şöbəsinə məlumat verdim. Əvvəlki heyvanla bağlı məlumat almaq istəsəm də, bildirdilər ki, hələ tapılmayıb. Yenə bildirdim ki, xahiş edirəm mənə köməklik edin.

Bir müddət sonra hərbi xidmətdə olan oğlumun andiçmə mərasiminə getdik. Gələndə gördük ki, heyvanın 2-də oğurlanıb. "Bu qədər də olmaz" deyib, yenidən Daşkəsən rayon Polis şöbəsinə üz tutdum. Amma yenə də çarəsiz vəziyyətdə evə qayıtdım.

Müəyyən müddətdən sonra bilindi ki, heyvanları Samux rayon sakinləri Eyvazov Yusif, Ələkbərov Nofel və Əliyev Həsrət oğurlayıb. Lakin polis bu şəxslərə toxuna bilmir. Bildiyimə görə, bu, həmin oğruların arxasında dayanan vəzifəli şəxsə görədir.

Beləliklə, nə heyvanlarım qaytarılmır, nə də oğrular həbs olunmur.

Daşkəsən rayon Polis Şöbəsinin rəisi mənə deyir ki, "onlar imkanlı, əli hər yerə çatan iş adamının qohumudur, biz onları həbs edə bilmərik".

Mən aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, heyvanlarımın qaytarılması üçün kömək etsinlər. Bu 3 oğrunun arxasında duran vəzifəli şəxs o qədərmi aciz adamdır ki, kasıbın malını oğurladıb, dalına keçir?!"

Məsələ ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.

Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.

Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.
Ardını oxu...
Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:
- Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
- İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.
- İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib. Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.
Ardını oxu...
- İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
- Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
- Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
- Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.
Ardını oxu...
- Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.
Ardını oxu...
Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan “Troll fabriki” necə işləyir?” adlı məqalədə kimlərin “troll” hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə “trolları” müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, “trollar”ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: “Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta “troll” hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur”.
 
     
Ardını oxu...
Lerik rayonu, Ləkər kənd sakini Hüseynov Aydın Mirzə oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Lənkəran Əlillərin Bərpa Mərkəzindən narazılığını bildirir:

“Mən, Hüseynov Aydın Mirzə oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2 ayağım və sol qolumun barmaqları yoxdur, 1-ci qrup əliləm.

Mart ayının 18-də müalicə məqsədilə Lənkəran Əlillərin Bərpa Mərkəzinə getdim. 1 gün orada qalmağıma icazə verdilər. Sabahısı gün məni ordan qovmaqdan beter etdilər. Adını da qoydular ki, sən otaqda siqaret çəkmisən və otağa su dağıtmısan.

Baxıma möhtac xəstəyəm. Oradakı xəstə baxıcıları - Dilruba və Fəridə xanım İqbal bəyə yalan məlumat verərək, məni mərkəzdən çıxartdılar. Dilruba xanım xadimədir, Fəridə xanım isə tibb bacısıdır.

İqbal bəy heç məndən soruşmadı kı, problem nədir?

Onu da qeyd edim ki, mənim kimi bir çox əlillərə qarşı bu hərəkəti edirlər. Əlbəttə, mən başa düşürəm, bizə baxmaq, qulluğumuzda dayanmaq çətindir, amma bu qədər də insafsızlıq olmaz.

Həmin gündən şəkərim və təzyiqim aşağı düşmür. 350 manatdan çox iynə-dərmana pul vermişəm. Hələ də sağala bilmirəm. Dövlətimdən xahiş edirəm, belə mərkəzlərə insaflı rəhbərlər verin, bizim onlara cavab vərəsi nə canımız, nə də qanımız var. Mən digər adamlar kimi onlara pul verə bilmədim deyə, başıma bu oyunu açdılar".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda yerləşən tabe müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri barədə ortaya çox faktlar çıxdı. Heç iki il keçməmiş vəzifəsindən azad edilmiş Anar Kərimov da mədəniyyət idarələrində baş verənlərin qarşısını ala bilmədi. 2023-cü ilin aprelində Mədəniyyət naziri təyin edilmiş Adil Kərimli isə hələ sabiq nazirlərin korrupsioner kadrlarını incələməkdədir.

Aktualinfo.org-a verilən məlumatlara görə yoxlanılması gərəkən mədəniyyət müəssisələrindən biri Şəki Uşaq İncəsənət Məktəbi, incələnməsi gərəkən sabiq kadrlardan biri də sözügedən məktəbin direktoru Eldar Rəcəbovdur.

Verilən məlumatlara görə Şəki Uşaq İncəsənət Məktəbində artıq uzun illərdir ki, dövlət əmlakı mənimsənilməkdə, korrupsiya hallarına yol verilməkdədir. Belə ki, Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov külli miqdarda dövlət əmlakını mənimsəyərək özünə böyük sərvət yığmışdır. Onun sərvətinin həddi hesabı yoxdur. Hazırda Şəki şəhərində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Şəki Dram Teatrı ilə üzbəüz 4 ədəd mağazası və Şəki şəhərinin müxtəlif yerlərində 6 ədəd mənzili mövcuddur. Nəzərinizə çatdıraq ki, hazırda Şəki şəhərində mənzillərin qiyməti o qədər bahalaşıb ki, Bakı şəhəri ilə eyni qiymətədir.

Verilən məlumatlarda Şəki Uşaq İncəsənət Məktəbinin təxmini 30 otağı olmasına baxmayaraq orada 200-ə yaxın müəllim işlədiyi bildirilir. Həmşinin qeyd olunur ki, belə hesabla hər otağa 6 müəllim düşür. Şəki Uşaq İncəsənət Məktəbinin direktoru dərs saatlarını sənəd üzərində elə mahir bölür ki, dünyanın ən mahir riyaziyatçısı belə ona qibtə edər. Bu qədər müləllimin də balaca məktəbdə işləməsinin bir səbəbi var. Eldar Rəcəbovun pul hərisliyi. Eldar Rəcəbovun iştahı o qədər güclüdür ki, gözü doymur. Dərs saatlarını xırda-xırda parçalayaraq pul alaraq balaca bir məktəbə o qədər müəllim doldurmuşdur ki, müəllimlər heç iş yoldaşlarını belə tanımırlar. 200 müəllimdən ən azı 50-si heç məktəbin yolunu belə tanımır. Belə ki, onlar xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girir və onların kartları daima Eldar Rəcəbovda olur. Eldar Rəcəbov həmin müəllimlərin kartlarını özündə saxlayır və hər dəfə əmək haqqı vurulanda bankomatdan həmin karlardakı əmək haqqını çıxarır. Belə olmasaydı Eldar Rəcəbov 650 manat əmək haqqı ilə özünə 2022-ci il istehsalı olan 55 -763 ağ “Prado” markalı 85 min manat qiyməti olan avtomobil ala bilərdimi?

Bütün bunları yoxlamaq elə də çətin deyil. Belə ki, bu illər ərzində həmin məktəbdə işləyən müəllimlərin əmək haqqı kartlarının bankomatdan alınması zamanı kartı kimin istifadə etməsi barədə sorğu verilsə bankomatda mövcud kamerada çəkilən şəkillərdən bunu asanlıqla müəyyən etmək olar.

Uşaq İncəsənət Məktəbi haqqında verilən məlumatlarda həmçinin qeyd edilir ki, Eldar Rəcəbov oğlunu da işlədiyi məktəbə müəllim kimi işə götürərək staji az olmasına baxmayaraq ona çoxlu dərs saatı yazmışdır. Belə ki, onun hazırda 24 saat dərsi var, halbu ki, 20-30 il stajı olan müəllimlərin bu qədər dərs stajı yoxdur. Demək olar ki, oğlu Araz heç məktəbə gəlmir də. Hazırda Eldar Rəcəbovun oğlu ona məxsus yuxarıda qeyd edilən mağzaları işlədir.

Eldar Rəcəbov oğlu ilə də kifayətlənməyib qohumlarına da məktəbdə iş verib. Həmçinin həmin məktəbdə onun qaynı Arzu müəllim və onun oğlu Orxan müıllim də işəyir. Onların özləri də demək olar ki, məktəbdə şəkərbura kimi ildə bir iki dəfə görsənirlər.

Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Verilən məlumatlarda həmçinin qeyd olunur ki, Mədəniyyət Nazirliyindən dəfələrlə Şəki Regional Mədəniyyət İdarəsinə məktub ünvanlanaraq yaxın qohumların işdən azad edilməsi və ya yerlərinin dəyişdirilməsi tələb olunub. Buna baxmayaraq Eldar Rəcəbov hal-hazıradək oğlunu və digər yaxın qohumlarını işdən azad etməmişdir. Hətta bir neçə ilə öncə Şəki Regonal Mədəniyyət İdarəsinin sabiq müdiri Milvari Zeynalova ilə buna görə aralarında söz söhbət olmuşdur. Həmin vaxt Milvari Zeynalova qanunun tələbinə əsasən Eldar Rəcəbovdan oğlunu işdən azad etməyini tələb etməsinə baxmayaraq Eldar Rəcəbov təkidlə oğlunu işdən azad etməmişdir.

Verilən məlumatda o da vurğulanır ki, Eldar Rəcəbov vaxtı ilə çalışdığı məktəbdən qeyri etik, obrazlı ifadə etsək, Mirələmov sayağı əməllərinə görə işdən çıxarılıb. Bir müddət Şəkidəki musiqi məktəblərinin birində çalışdıqdan sonra Uşaq İncəsənət Məktəbinə birbaşa direktor təyin olub.

Məktəbin kollektivindən bildirilənlərə görə hər il məktəbdən 3-4 müəllim təqaüdə çıxmağına baxmayaraq köhnə müəllimlərin dərs saatları artırılmır, həmin dərs saatlarını Eldar Rəcəbov öz bildiyi kimi özünə yaxın şəxlsərə paylayır.

Şəki sakinlərinin dediklərinə görə hər dəfə məktəbə şagird qəbul olunanda onlardan pullar yığılır. Əsasən də rəqs, rəssamlıq və fano dərslərinə uşaqlar qəbul edilərkən onlardan kifayət qədər yüksək məbləğlər alınır. Belə ki, həmin ixtisaslara maraq daha çoxdur.

Bundan əlavə həmin məktəbdə həmçinin seçki məntəqəsi yerləşir və Eldar Rəcəbov seçki məntəqəsinin sədridir. Eldar Rəcəbov bütün seşkilər ərəfəsində qohumlarını müşahidəçi kimi yazdıraraq buradan da xeyli pul qazanır.

Qeyd edək ki, Şəki şəhər uşaq incəsənət məktəbi rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə bir çox musiqiçilərin, mədəniyyət işçilərinin yetişməsində böyük rolu olmuşdur. Hal-hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Həmin ixtisaslar üzrə məktəbdə 473 nəfər şagird təhsil alır. Onların musiqi savadına yiyələnməsi işi ilə 178 nəfər müəllim məşğul olur.Bunlar da incəsənət məktəbi haqqında olan rəsmi məlumatlardı.
Ümid edək ki, gənc Mədəniyyət naziri Adil Kərimli bir əyalət mədəniyyət müəssisəsində baş verən bu kimi hallara biganə qalmayacaq, araşdırılmasını təmin edəcək, daha bir rəsmi məlumat da Şəki Uşaq İncəsənət Məktəbində aparılacaq yoxlamalardan sonra yayılacaq.



Aktualinfo.org
 
Ardını oxu...
DogruXeber.az: - Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, sistemə yararsız kadrların vəzifələrdən uzaqlaşdırılması, yeni kadr və peşəkarların gətirilməsi bariz nümunələridir. Əsasən ölkədə aparılan kadr islahatlarının Penitensiar Xidmətə də çatması müsbət sayılan hallardandır. Həmçinin Mirsaleh Seyidovun ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilməsi problemlərin tezliklə həll olunacağına inamı artırır. Hər halda onun bu sahədəki təcrübəsi bunu deməyə əsas verir.
Lakin bəzi məqalmlar da deyilməli, ortada olan problemlər sadalanmalıdır ki, görünsün və həlli barədə düşünülsün.

Bizimxeber.az-ın elektron ünvanına Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkə müəssisələrində baş verən bəzi neqativ hallar barədə məluatlar daxil olub. Qeyd olunur ki, sözügedən sahədə hələ də fəaliyyət göstərən bəzi şəxslər inkişafa və problemlərin həllinə müxtəlif əngəllər yaradır, köhnə adətlərin yaşamasına imkanlar açır.

"Görünür ölkə rəhbərinin cəza siyasətinin humanistləşdirilməsinə dair bəlli göstərişləri Penitensiar Xidmətin bəzi rəhbər şəxsləri tərəfindən düzgün anlaşılmayıb. Daha soğrusu, bəzi cəzaçəkmə məssiəsinin rəisləri və ya diğər aidiyyatı şəxslər bu göstərişlərdən yararlanır, özləri üçün hansısa mənbəyə çevirirlər" deyə məlumatda bildirilir.

Belə hallar məntəqə tipli cəzaçəkmə müəssisələrində daha çox nəzərə çarpmaqdadır və artıq pik həddədir.

Belə ki, Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun adı yuxarıda sadalanan halları yaradanlardan biri kimi çəkilir.

Elektron ünvana daxil olan məlumatda iddia edilir ki, Elşad Məmmədov ölkənin qanunlarını, digər normativ hüquqi aktları pozaraq həmin müəssisədə saxlanılan məhkumlara xidməti üzrə himayədarlıq edir, məhkumlar üçün müəyyən edilmiş ərazidən kənarda yaşamalarına, onlara qadağan edilmiş fəaliyyətlə məşğul olmalarına şərait yaradır. Həmçinin, qanunsuz əməllərini gizlətmək və aşkar ediləcəyi təqdirdə məsuliyyətdən yayınmaq məqsədilə bütün cəza müddətində müəssisədən kənarda yaşamalarına şərait yaratdığı məhkumlara məzuniyyət verilməsi barədə saxta, tarixsiz əmrlər və məzuniyyət vərəqələri hazırlanır. Məqsəd qanunsuz olaraq müəssisədən kənara buraxılmış məhkumların hər hansı inzibati xəta və ya cinayət əməli törətmələri müəssisə rəhbərinə məlum olduqda qeyd edilən əmr və məzuniyyət vərəqələrinə bir neçə gün əvvəlki tarixlər qeyd edilməklə həmin məhkumun məzuniyyətə yeni çıxması görüntüsü yaratmaqla, məsuliyyətdən yayınmaqdır.

Daha bir maraqlı iddia budur ki, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində “saxlanılan” belə məhkumlardan biri Alıyev Fizuli Hüseyn oğludur.
F.Alıyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarə əsasında işlətdiyi “Baku City” restoranında Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sərxan Bayramov və digər şəxsin spirtli içkidən zəhərlənərək ölməsi ilə əlaqədar 2019-cu ildə həbs edilib. O,barəsində Azərbaycan Respublikası CM-in 213-1.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə və həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilıb.

"Amma 6 saylı cəzaçəkmə müəssisəsində “cəza” çəkən Fizuli Alıyev tanışlarının adına bağlanmış icarə müqavilələri əsasında “Yaşıl Ada” və “By Şahbazov” restoranlarının fəaliyyətinə rəhbərlik edir (?), habelə müəssisədən kənarda yaşamaqla, gecələr “Yaşıl Ada” restoranında olur" deyə qeyd olunub.
Bütün bunlar azmış kimi, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun işə gəlmədiyi, ona ünvanlanan sualların cavabsız qaldığı, cəza çəkənlərlə maraqlanmadığı, mütəmadi "məzuniyyətdə" olması da diqqət çəkir.

Bu kimi hallar Penitensiar Xidmətin və rəis Mirsaleh Seyidov fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil.

Məlumatda həmçinin, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun əməlləri araşdırıması, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin müəssisədən kənara çıxamalarını və fəaiyyətilərinin nəzarətə götürülməsinin vacib olduğu bildirilir: "Onlar Azərbaycan Respublikasının qanunları ilə məhkum ediliblər, cinayət törədiblər" deyə qeyd olunur.

Qeyd edək ki, Penitensiar Xidmətin əzaçəkmə müəssisələrində baş veren başqa neqativ hallarla bağlı daha ətraflı məlumatlar verəcəyik.
Məlumatda adı keçən şəxslərin, Penitensiar Xidmətin, xüsusilə 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun səslənən iddialara cavabını işıqlandırmağa hazırıq.
Ardını oxu...

DogruXeber.az: - Xəbər verildiyi kimi, martın 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədov saxlanılıb.

İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Sonrakı məlumatlardan aydın oldu ki, saxlanılan yalnız baş memardır.

Missiya.Az-a Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən olduqca ilginc məlumatlar daxil olub. Məlumatların təhlili göstərir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin pərdəarxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə?

Saxlanılmış baş memar əsasən kimin adamı hesab olunur? Elxan Məmmədovla icra başçısı Niyazi Bayramov arasında hansı səbəblərdən narazılıq yaranıb? İcra hakimiyyətinin hüquqşünası Xaqani Əbduləzimov qurum daxilindəki “tazıya qaç, dovşana tut” oyunlarının harasında dayanır? Bu kimi suallara tədricən cavab verəcəyik.

“Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər heyəti və ümumən məsul şəxsləri arasında qeyri-sağlam mühit hökm sürür. Burada hamı bir-birinə torba tikməyə, əngəl yaratmağa çalışır. Hətta konkret ağır şantaja məruz qalan məmur var. Hələlik onun adını açıqlamaq istəmirəm. Demək istədiyim odur ki, burada sağlam iş şəraiti yoxdur. Deyə bilmərəm ki, bu vəziyyəti Niyazi Bayramov məqsədli şəkildə yaradıb. Amma fakt odur ki, Niyazi Bayramov gələndən hamı bir-biri ilə mehriban düşməndir. Hətta müavinlərin başçıya münasibəti də qaydasında deyil. Onlar da Niyazi müəllimin iş qaydasından narazıdırlar. Həbs olunan Elxan Məmmədovla başçı arasında bir müddətdir ki, soyuqluq yaranıb. Baxmayaraq ki, əvvəllər aralarından su keçmirdi. Ümumiyyətlə deyim ki, Niyazi müəllimin idarəçiliyində problemlər var və bunun da nəticəsidir ki, İcra Hakimiyyətinin əməkdaşları arasında münasibətlər sistemi pozulub” deyən mənbənin sözlərinə görə, bu gün Gəncədə kifayət qədər ciddi problemlər var və bunların çoxu keçmiş İcra başçısı Elmar Vəliyevin yaratdığı problemlərdir: “Niyazi müəllim problemlərin həlli istiqamətində çalışmaq əvəzinə onları ört-basdır etmək, bəzi hallarda isə, “mənlik deyil, köhnələrin zibilləridir” demək yolunu tutdu. İdarəçilikdəki qüsurlar isə nəticədə həm də onsuz da qaydasında olmayan məmur-vətəndaş münasibətlərinə xələl yetirmiş oldu. Yəni vətəndaşlar ümid edirdilər ki, yeni başçı, yeni komanda problemlərin həllində maraqlı olacaq. Lakin bunun tam əksi baş verdi. Bir nəfərin belə problemi həll olunmadı, narazılığın daha da artmasına yönəlmiş biganəlik nümayiş olundu. Camaat nə gördü: Yeni başçı problemlərlə məşğul olub etimadı doğrultmaq əvəzinə oğlunun maşın kolleksiyasını artırdı. Bizə də çox maraqlıdır, bu adamlar niyə yalnız şəxsi maraqlarını güdürlər? Yəni doğrudanmı qorxmurlar ki, bir gün dövlətin qəzəbinə tuş gələrlər? Axı təcrübə göstərir ki, dövlətin qəzəbi ağır olur. Axı memarı-filanı güdaza verməklə iş bitmir… Vallah biz də çox təəssüflənirik ki, Niyazi müəllim gözləntilərimizdən fərqli addımlar atdı, həlli vacib məsələləri görməzdən gəldi, bəzi vacib məqamları nəzərdən qaçırdı… Axı bu gün Gəncədə uşağa da məlumdur ki, İcra Hakimiyyətinin kommunal-təsərrüfat şöbəsinin müdiri Nurəhməd Əhmədov sonu yaxşı olmayacaq işlərlə məşğuldur. Bunu uşaq bilirsə Niyazi müəllim niyə bilmir? Yaxud bilirsə, niyə ölçü götürmür? Ölçü götürməməsinin arxasında hansı maraqlar var? Başqa bir misal, hüquq şöbəsinin müdiri Xaqani Əbduləzimov üzərinə düşən vəzifələrlə deyil, keçmiş icra başçısı ilə indikinin arasında “poçtalyonluq” eləməklə məşğuldur. Biz hələ yüngülündən danışırıq. Amma hamı bilir ki, elə həm də Xaqaninin sayəsində problemlər daha da dərinləşib” deyə, mənbə bildirib.

Mənbə Gəncədəki problemlərlə bağlı ötənlərdə mediada maraqlı təkliflər irəli sürüldüyünü də qeyd edib: “Təkliflərdən biri belə idi ki, Elmar Vəliyevin dövründən qalmış problemlərlə bağlı ayrıca reyestr yaradılsın və bundan sonra problemlər təhlil edilərək növbəli şəkildə həllə yönəldilsin. Başqa təkliflər də var idi. Amma Niyazi müəllim bütün bunlara əhəmiyyət vermədi. Baxın, keçmiş baş memar da korrupsiya və rüşvətxorluğa görə həbs olundu, yenisi – Elxan Məmmədov da. Yəni onda da korrupsiya, indi də. Biz inanmırıq ki, hüquq-mühafizə orqanlarının Gəncədəki işi təkcə Elxan Məmmədovu həbs etməklə bitsin. Bizcə Gəncədə məmur həbsləri bundan sonra da davam edəcək. Hələ bilmək olmaz Elxan Məmmədov ifadələrində nələri, kimlərin adını açıqlayacaq? Bizim gözləntimiz odur ki, Gəncədə həbslər davam edəcək. Bu dəqiqə İcra Hakimiyyətində hamı daha kimlərin həbs olunacağını müzakirə edir” deyə, mənbə sonda bildirib.//siam.az

 

 

Ardını oxu...
Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Vətəndaşlar şikayətlənirlər ki, “Lifttəmir” İstehsalat Birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşmək olmur, sınaqdan keçməmiş, qəbul aktı olmayan liftlər əhalinin istismarına verilir və s.
Maraqlıdır, görəsən, adı çəkilən idarəyə vaxtaşırı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən ayrılan vəsaitin, lift istifadəçilərinin özlərinin ödədikləri abunə haqqı hara gedir. Bakı ŞİH-nin başçısı hörmətli cənab Eldar Əzizov Xalid Ələkbərovun nöqsanlarına qiymət vermək üçün nəyi gözləyir? Allah Xalid bəyə övlad toyu görmək qismət eləsin, bəlkə cənab başçı o günü gözləyir ki, Ələkbərov da səsi-sorağı uzaqlara gedib çıxan, dilə-dişə düşən yarım milyonluq toy-büsat qursun, ondan sonra hərəkətə gəlib bir tədbir görsün?

Nyus.Az
Ardını oxu...
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? Xırdalan şəhər 9 saylı tam orta məktəbin qanunsuzluq tüğyan edir deyə redaksiyamıza etibarlı mənbələrdən məlumatlar verilməkdədir. Beləki, məlumatda qeyd edilir ki, 9 nömrəli məktəbin iki müavini qanunda nəzərdə tutulan dərs saatlarından artıq dərs deməklə ümumillikdə məktəbin müəllim kollektivinin maddi durumunada mənfi təhsir göstəriblər. Təhsil qanunlarına görə müavinlərə 9 saata qədər dərs demələrinə icazə verir. Lakin dərs saatlarından artıq illərdir dərs saatı götürən müavinlər vəzifə maaşlarından əlavədə saatları müəllimlərə deyil öz əllərində cəmləməkdədirlər. Bütün bunlara isə Məktəbin direktoru Həcər İbrahimova şərait yaratmışdı.

Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.

Qeyd edək ki, 03.08.2023-cü ildə mediada biabırçı səs yazısı pyalaşıldı. Həmin səsyazılarında müavin müəllimləri təhqir etməsi açıq aydın bilinirdi. Lakin gəl görki himayədarlıq sayəsində həmin müəllimlik adına layiq olmayan davranış sərgiləyən müavin təhsildə saxlanıldı. Bildirməliyik ki illərdir Nigar Səlimxanova və Kəmalə Cəfərova müavinlik etdikləri müddət ərzində həmdə qanunla nizamlanan saatdan artıq sinif aparmalarına məhs direktor tərəfindən göz yumulmuşdu. Odur ki, başları oyunlara qarışan 9 saylı məktəbin ibtidai sinif müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak etməkdən yayınma cəhdləridə az olmadı. İbtidai sinif müəllimləri ilə yanaşı bir çox fənn müəllimləridə sertifikasiyaya cəlb edildi. Bal toplaya bilməyənlərə ikinci şans verilməsinə baxmayaraq keçə bilməyənlər müəllim sayı az olmayıb. Lakin bu günə qədər həmin sertifikasiyadan keçə bilməyənlərin hansı əsaslarla məktəbdə işlədikləri müəmma olaraq qalır. Qeyd etdiyimiz biabırçı qalmaqaldan sonra direktorun sağ əli Kəmalə Cəfərova müavinlik vəzifəsindən uzaqlaşdırıldı. Lakin məktəbdə sertifikasiya ilə bağlı imtahanlarda iştirak etmiş müəllimlərin baları yenədə yoxlanmadı. Kəsilmiş olan şəxslər hansısa yollarla regional idarə ilə razılaşdırıldıqdan sonra müəllimlikdən uzaqlaşdırılmadılar. Bir müəllim özü keçdiyi fənn üzrə imtahanın verə bilmədiyi halda bizə hansı gənclik bəxş edə bilər axı. Maraqlıdı Həcər İbrahimova bu məktəbin hansı perespektivli yüksəlişindən nümunəvi olmasından söz açacaq?

Ən maraqlı məqamsa ölkədə ümumi keçirilmiş sertifikasiya üzrə xeyli sayda müəllimin fəaliyyətinə xitam verildiyi halda Kəmalə və Nigara hansı səbəbdən güzəşt olunması ilə bağlı heç bir açıqlama verilmədi. Buna səbəb nə idi?

Xırdalan şəhərində kimdən məktəblər ildə neçə dəfə necə yoxlandığın xəbər alsanız heç bir qane edici cavab ala bilməzsiniz. Çünki, Yoxlama Regional idarədən gəldikdə yalnız şikayət edilən müəllimi yoxlayır və müəssisədə şikayətin hansı səbəbdə yaranması və ya müəssisənin fəaliyyəti təftiş edilmir. Unutmadan qeyd edim ki, ümumi təftiş məktəbə yalnız direktor postuna və ya müavin postuna yeni adaxlı çıxdıqdan dərhal kimdəsə nöqsan aşkar etmək məqsədi ilə ciddi yoxlama aparıldığıda məlum məlumatlarda öz əksin tapır. Qeyd edək ki maliyyə hesablamaları zamanı müəllimkərin sertifikasiyadan keçməmə səbəbi olmadığı üçün məvacibin verilməsi dayandırılmalı və şəxslərin fəaliyyəti araşdırılmalıdır. Abşeron Təhsil Sektoru məhs bu məsələlərdə məsul qurum hesab edilir. Lakin qeyd etdiyimiz hər hansı bir fakt araşdırılmaqla yuxarı qurumlara məlumatlar verilməyib. Buda onu deməyə əsas verir ki, RTS-nin qeyd edilənlərlə bağlı şəxsi maraqları üstün tutmasından irəli gələn bilərəkdən buraxılan nöqsanlardır.Nigar Səlimxanova həm müavin həmdə müəllimlik fəaliyyəti ilə məşğul olması onunda müəllim fəliyyəti ilə bağlı sertifikasiyadan keçməsi zərurəti olduğun deyir. Bəs Həcər xanım işçisinin quraxdığı bu nöqsanları gördüyü halda niyə tələblər irəli sürmür?

Həcər İbrahimova iki dəfə keçirilmiş Sertifikasiya imtahanlarından qəsdən keçməyənlərə göstərdiyi ayrıcalıqlar kollektivində gözündən yayınmayıb. Beləki əziyyətə özün verib özünün təkminləşdirməyənlər yüksək dərs saatları ilə təmin edilir. Lakin əziyyətlə yüksək bal toplayanlar qanuni haqlarını ala bilmir.

Qeyd edək ki, 9 saylı məktəbin maliyyə və ya digər yoxlamaların gələcəyini öncədən məlumatın alan Həcər İbrahimova heç zaman yoxlama ilə üzləşməyib. Hər dəfəsində blütenə çıxaraq yoxlamanın getməsi mütləq gözlədikdən sonra işə geri qayıdıb. İndi Rayon Təhsil Sektoruna sualımız var 6 ay davamiyyətli blütendə olan bir şəxsin işləməsinə necə göz yumursunuz. Axı bu dövlət sizə etibar edərək bu qurumu idarəçiliyin verib. Niyə dövlətdən aldığınız məvacibin qarşılığında fəaliyyət göstərmirsiniz?

Qarşı tərəfin mövqe bildirmə hüquqları tərəfimizdən qorunur.
BakuNews.az
 

Dünyapress TV

Xəbər lenti