Ardını oxu...
Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimova hansı qanunlarla işləyir? Aparılan yoxlamanın nəticələri məqsədli şəkildə Elm və Təhsil Nazirliyindən, hətta hüquq-mühafizə orqanlarından da gizlədilir.Yenixeber.org: Redaksiyamıza tanınmış jurnalist, AYB-nin və Jurnalistlər Birliyinin üzvü, Pənah Azərinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin iş fəaliyyəti ilə bağlı növbəti araşdırma yazısı daxil olub. Məlum qayda və prinsiplərə uyğun olaraq yazıda yer iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:
Araşdırma- 9. Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəsinə rəhbər təyin olunan İlhamə Abdullayeva, əvvəllər Bakı şəhər 116 nömrəli orta məktəbdə direktor vəzifəsində işləmişdir. Qohumu (xala nəvəsi — Ağstafada doğulsa belə) Gülnaz Kərimovanı Xırdalan şəhər 2 nömrəli orta məktəbə, xalası qızı Arifə Balakişiyevanı Bakı şəhəri 44 nömrəli orta məktəbdən Xırdalan şəhər 1 nömrəli orta məktəbə, həmyerlisi və qohumu olan Səkinə Abbasovanı isə, Qobu qəsəbəsindəki orta məktəbdən yüksək səviyyədə tikilmiş və 2022-cü ildə istifadəyə verilmiş Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbə direktor təyin etdirmişdir. (Sonuncular barədə araşdırmalarımız davam edir ). Gülnaz Kərimova əvvəl işlədiyi, hansı ki, şagird kontingenti təxminən 1400 (min dörd yüz ) nəfərə yaxın olan Bakı şəhəri, Xətai rayonu 116 saylı məktəbə direktor təyin olunana qədər, həmin məktəbin Bakı şəhərindəki məktəblər üzrə reytinqi 10-cu yerdə olmuşdur. Gülnaz Kərimova 116 nömrəli məktəbdə direktor vəzifəsində işlədiyi müddət ərzində, məktəbin reytinqi 69-cu yerə düşmüşdür. Belə olan halda sual oluna bilər ki, İlhamə Abdullayeva qohumu olan Gülnaz Kərimovanı hansı xidmətlərinə görə respublikamızda ən çox şagird (6300 şagird və 430 müəllim) və müəllim kontingenti olan Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor təyin etdirir? Nəzərə alsaq ki, adıçəkilən bu məktəbdə lazımi səviyyədə təşkilatçılıq qabiliyyəti olan, məktəb direktorluğu üzrə keçirilən test imtahanlarından keçən, ali təhsilli və elmi dərəcəsi olan, bacarıqlı və işgüzar kadrlar yetərincədir. Sual oluna bilər ki, İlhamə Abdullayevanın marağı nə olub ki, o, məktəbin TARİFAKASİYASINI işləməyi bacarmayan bir şəxsi, tabeliyində olan təhsil müəssisəsinə direktor təyin etdirir?

Araşdırma- 10. Gülnaz Kərimova 2 nömrəli tam orta məktəbin təhfil-təslim aktından sonra, əvvəlki direktorun səlahiyyətlərini icra edən Nərgiz İsmayılovanın vaxtında 41 761 (qırx bir min yeddi yüz altmış bir) manat məbləğində olan invertar əşyaların çatışmazlığının üstünü bağlayır. Məktəb kollektivinin etdiyi şikayətlər Elm və Təhsil Nazirliyinin AUDİT və Daxili Nəzarət şöbəsi (DNŞ) tərəfindən yoxlanmalı olduğu halda, İlhamə Abdullayeva yoxlama işlərini regionun əməkdaşları, hansı ki, özünə yaxın olan şəxslər tərəfindən səthi və bayağı yoxlatdırır. Yoxlama zamanı mənimsənilmiş, yaxud da talan edilmiş dövlət əmlakının üstü ört-basdır olunur. Əslində, bunun özü böyük bir cinayət faktorunun olmasını ortaya qoyur. Aparılan yoxlamanın nəticələri məqsədli şəkildə Elm və Təhsil Nazirliyindən, hətta hüquq-mühafizə orqanlarından da gizlədilir. Sual olunur ki, İlhamə Abdullayevanın və Gülnaz Kərimovanın qol qoyulan cinayət əməlinin gizlədilməsində marağı nə olur?Qeyd edək ki, 41 761(qırx bir min yeddi yüz altmış bir) manatı mənimsəmiş Nərgiz İsmayılova, bu gün də öz vəzifəsindədir.
Araşdırma- 11. Araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, 2022- ci ilin noyabr ayında direktor Gülnaz Kərimova, beş iş günü işdə olmadığı halda, bütün ayı özünə əmək haqqı hesablatdırır və belə bir qanunsuzluğu imzası və möhürü ilə təsdiq edir. Əslində onun belə bir hərəkəti CM-nin 308-ci və 309-cu maddələri ilə, yəni “Vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə müəyyən olunur. Buna baxmayaraq, İlhamə Abdullayeva tərəfindən məktəb direktoru barəsində heç bir tədbir görülmür. Niyə və nəyə görə?
Araşdırma -12. 2022-ci ilin dekabr ayında “Ümrə” ziyarətinə gedən Nahidə Abbasovaya məktəb direktoru Gülnaz Kərimova tərəfindən qanunsuz icazə verilir və onun iş günləri də qeyd olunur. Məktəb direktorunun belə bir əməli haqda İlhamə Abdullayeva məlumatlı olsa da, o, direktorla bağlı heç bir tədbirini görmür.
Araşdırma- 13. Məlum olmuşdur ki, 2022-2023-cü ilin tədris-buraxılış ilində təxminən 47 nəfər şagird qeyri-qanuni yollarla məktəbi başa vuraraq attestat alırlar. Yəqin ki, bütün bunlar heç də “şifahi salam”la ötüşmür. Adının çəkilməsini istəməyən “N” adlı valideyn qeyd edir ki, “Bu hörmətin müqabilində Gülnaz Kərimovaya 1000 manat pul ödəmişəm”. Belə olduğu halda, hər şagird hesabına görə Gülnaz Kərimovanın cibinə daxil olan məbləği hesablamaq, yəqin ki, sadə vətəndaş üçün də çətin olmaz (47 x 1000 = ? ).
Araşdırma- 14. Niyə məktəbdə şagirdlərin davamiyyətinə direktor özü yox, texniki işçilər nəzarət edirlər?
Araşdırma -15. Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9:00-dan axşam saat 18:00- a qədər hansı məqsədlə və hansı əsasla icarəyə verilib?
Araşdırma-16. Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, məhz Gülnaz Kərimovanın “kuryer” deyə saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və hansı maraq əsasında?
Araşdırma -17. Gülnaz Kərimova üçün heç bir imtahanda iştirak etməyən Şəhla Əliyeva kimdir? — direktor müavini, müllimə, yoxsa şəxsi üçün xörək bişirib qab- qaşığını yuyan xadiməçi?
Araşdırma -18. Gülnaz Kərimovaya hansı nailiyyətlərinə görə, İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə olunur?
Araşdırma -19. Gülnaz Kərimova özünün istirahət üçün məktəbi qeyri-qanuni olaraq beş günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili-xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda, məktəbdə 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi, yəni ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alırlar. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8:00-da başlayır və 13:50-də başa çatır. İkinci növbə dərs saatı 13:55-də başlayır və saat 19:40-da başa çatır. Məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir və bunun insan həyatı üçün nə qədər təhlükəli olması göz önünə gətirilməlidir. Əlavə edim ki, məktəbin beş günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlərin və texniki işçilərin heç biri rəsmi dövlət sənədi ilə tanış olmurlar və onlar həmən sənədlərə imza da atılmayıblar.
Araşdırma-20. Məktəbə gəlməyən şagirdlərin qiyməti — rus bölməsi üçün 1500- 2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir. Əslində, belə bir halın varlığı biabırçılıqdır.
Ardı var.
TEREF olaraq yazıda adları keçən hər kəsin cavb haqqını tanıyırıq.
 
Ardını oxu...
Əslən Kəlbəcər rayonundan olan, ictimai fəal, vəkil Əziz Qənbərov facebook sosial şəbəkə hesabı vasitəsi ilə kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət ünvanlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Əziz Qənbərov açıq məktubunda qeyd edir ki, bərabər fermerləri məcbur edirik ki, saxta sənət düzəltsin: “Cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının müvsümü qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu çox ədalətsiz şərt olmaqla bərabər fermerləri məcbur edir ki, saxta sənət düzəltsin.”

Qırxın və çimizdirmək mövsümü başlamamış fermerlərdən sənəd tələb edilir ki, bəs heyvanların çimizdirilməsi və qırxılması ilə bağlı arayş təqdim edin ki, təsərrüfatınızı Kəlbəcərə göndərək. Qış qurtarmamış fermerlərdən tələb edirlər ki, qoyununuzu qırxın və çimizdirin.

Əməkdaşımız bununla bağlı Əziz Qənbərovla əlaqə saxlamışdır. O müraciətinə əlavə olaraq bildirmişdir ki, Kəlbəcər yaylaqlarında iyun ayının sonuna qədər qar olur. Ona görə də qoyunlar yaylaqda qırxılır və çimizdirilir. Belə olan halda yaylağa getməmiş fermer məcburdur ki, saxta arayış alıb nazirliyə təqdim etsin. Bu isə qəbul edilməzdir. Ölkəmizdə aparılan şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir məqamda fermerlərdən bunun tələb edilməsi korrupsiyaya şərait yaradan hüquq pozmasıdır. Ona görə də mən cənab nazirə müraciət edirəm ki, bu msələ ilə bağlı tədbirlər görsün.

Əziz Qənbərovun həmin müraciətini olduğu kimi təqdim edirik.

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRÜFFATI NAZİRİ CƏNAB MƏCNUN MƏMMƏDOVA

AÇIQ MƏKTUB

Hörmətli Məcnun müəllim!
Son illər Kənd təsərüffatı sahəsində aparılan islahatlar bizləri sevindirir. Xüsusən də vətəndaşların müraciətlərinə həsassalıqla yanaşan ən yaxşı qrum kimi KTN-i göstərmək olar. Səmimi deyim ki, dünən nazirliyin qaynar xəttinə zəng etmişəm və bundan sonra 4-5 əməkdaş mənə zəng edib müraciətimlə maraqlanıb. Bu məni həddindən çox sevindirdi. Ona görə də sizə dərin təşəkkürümü bildirirəm.

Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətim ilə bağlı bir çox Kəlbəcərli fermərlər mənə müraciət edərək bildirir ki, onların problemlərini sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının müvsümü qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu çox ədalətsiz şərt olmaqla bərabər fermerləri məcbur edirik ki, saxta sənət düzəltsin. Həmin şərtlər aşağıdakılardır.

1. 2024-cü ilin aprel ayının 1-dən qeydiyyat başlayır. Qeydiyyatın şərti kimi heyvanların qırxılması və çimizdirilməsi nəzərdə tutulur. Qış qurtarmamış mən heyvanımı necə qırxdırım, necə çimizdirim? Bu sualı mən sizin baytar mütəxəssislərinizə verirəm. Mənim təsərüffatımı məndən yaxşı heç kim qoruyası deyil. Fermerlər əksər kənd təsərrüfatı mütəxəssisindən yaxşı bilir təsərüffatı. Birincisi Kəlbəcərə gedən heyvan ən yaxşı halda iyun ayında qırxılır, həmin ayda çimizdirilir. Bunu da fermerlər zatən özləri edir. Lakin fermerlərə məcbur edirlər ki, sən qoyunu bizə qırxdır, bizə çimizdir və nazirlər kabinetinin qərarına əsasən da hər qoyuna 2 manat ödə. Baytarlara deyilir ki, gəl qırx görüm indi qırxmaq mümkündürmü və ya çimizdir görək mümkündürmü. Bildirirlər ki, yox edə bilmərik. Hələ mövsümü deyil. Yaxşı mövsümü deyilsə aprel ayının 1-də olan qeydiyyata nəyə görə bu sənəd tələb olunmalıdır. O zaman Fermerlər məcbur olub saxta sənəd təqdim etməlidirlər.

2. Kəlbəcər, Laçın yaylaqlarından başqa digər yaylaqlara da təsərrüfatlar aparılır. Nəyə görə həmin təsərrüfatlardan dan deyil, yalnız Kəlbəcər və Laçın Fermerlərindən bu tələb edilir? Bu ədalətsizlik, bərabərsizlik deyilmi?

3. Digər bir məsələ də yalnız nəqliyyat vasitələri ilə təsərrüfatı aparmaqdır. Hesab edək ki, bir fermerin 250 baş xırdabuynuzlu heyvanı var. Həmin təsərüffatı Kəlbəcərə aparmaq üçün fermer aşağıdakı xərcləri məcburi çəkməlidir.

250*2=500 manat çimizdirmək;

81 ha sahə *2 = 160 manat icarə haqqı;

250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 kamaz lazımdır. Keçən il bir kamaz 800 manata aparıb 800*5=4000 və 4000 də qayıtmaq.

Ümumi xərc 500+160+8000=8660 manat. Bu fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. Bunun çobanı, fəhləsi, digər zəruri xərcləri də hesabladıqda 20000 manat xərc edir.

Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stumullaşdırıcı tədbirlər görməyi tapşırdığı vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonunun camaatının əksər hissəsi fermer təsərrüfatı ilə məşğuldurlar”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrın 25-də Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin olunub. Maraqlı tərəfi isə icra başçısı 6 aydır təyin olunduğu vəzifədən istifadə edərək, təxmini yarım milyon manatlıq (450 min manat) tender müqaviləsinə imza atıb.
Ardını oxu...
Hurriyyet.az sözügedən icra hakimiyyəti və tabeliyindəki qurumların Firdovsi Əliyevin rəhbərliyi dövründə həyata keçiridiyi tenderləri təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Samux Rayon İcra Hakimiyyəti - "TSM GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - "Sair xərc maddəsi üzrə tələb olunan malların satınalınması" - Məbləğ: 27.724,86 AZN

Bildirək ki, “TSM Group” şirkətinin nizamanmə kapitalı 10 AZN, qanuni təmsilçisi isə RZA QASIMOV KAMİL Oğludur.

Samux Rayon İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kamunal Təsərrüfatı İB- "BETA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti - Abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması - Məbləğ: 123.419,62 AZN

Şirkətin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi VAQİF QASIMOV DURSUNƏLİ OĞLUdur.

Samux Rayon İcra Hakimiyyətinin Samux Şəhər İnzibati Ərazi Dairəsi - “ELMAN" MMC — Samux şəhəri “ Kolayır prospekti, Kolayır prospekti döngə, H.Əliyev prospekti, Əsgər Zeynelov küçəsi, Mikayıl Müşviq küçəsi və 28 May küçəsində əsaslı təmir işləri“ - Məbləğ: 298.901,32 AZN

“ELMAN” MMC-nin qanuni təmsilçisi VAQİF QASIMOV DURSUNƏLİ OĞLUdur. Nizamnamə kapitalı isə cəmi 10 manatdır.

Hələlik yarım milyon manatlıq maliyyə Samux rayonunda ayrılan işlərdə öz təsdiqini tapmıyıb.

Gəncə müxbiri Azər,

Hurriyyet.az

 
 

 


Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan "Kurort" QSC Buzovna qəsəbəsində kanalizasiya boru kəmərinin çəkilişi layihəsini işə salıb. Boru kəməri öz başlanğıcını 13 saylı internat-məktəbin yanından götürür, sonra "Əli ayağı" ziyarətgahı və məscidin yanında yerləşən “Xəzər” sanatoriyası və “Şəki” istirahət mərkəzinə gedir.

Uzunluğu 2,4 km. olan boru kəməri qismən diametri 50 sm. olan propilen borudan ibarətdir, sonra hər biri 10 sm. olan iki plastik boru kəmərinə ayrılır. Bir neçə il əvvəl qaçqınlar “Xəzər” sanatoriyasını tərk etdikdən sonra ora bərbad vəziyyətə düşüb və heç bir iş görülmür. Qapılar qıfıllanıb. “Şəki” istirahət mərkəzində təmir işləri aparılır.

İş ondadır ki, hər iki obyekt Zaqulba çimərliyindəki təmizləyici qurğuya çirkab axıdan kanalizasiya kollektorunun səviyyəsindən xeyli aşağıdadır. İnşaatçıların dedikləri kimi, kurort obyektlərindən tullantılar xüsusi nasosın köməyilə çəkiləcək (?!). 2023-cü ilin sentyabrından kanalizasiya borusunun çəkilməsi işlərinə başlanılıb və artıq mənfi nəticələr var.

Buzovna qəsəbəsindəki çoxmənzilli binalardan axan kanalizasiya suları daim bayıra, magistral şəbəkə ilə yeni xəttin qovuşduğu yerə tökülür, yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur- axıntılar asfaltı dağıdır və bayıra tökülür, Lermontov və Axundov küçələri boyunca ətrafı basır. Boru kəmərinin çəkildiyi küçə yararsız hala düşüb və keyfiyyətsiz asfaltın ayrı-ayrı yamaqlı hissələrindən ibarətdir, boru kəmərinin keçdiyi bütün yollarda torpaq çökür. İşlər keyfiyyətsiz aparılıb və əgər boru kəməri istismara verilərsə, qəzalar və qəsəbənin küçələrinə kanalizasiya çirkabının axması qaçılmaz olacaq.

Amma ən əsası odur ki, layihə yerli dövlət orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və icazəsi olmadan həyata keçirilib. Turan agentliyi kanalizasiyanın tikintisinə kimin icazə verdiyini, tikintiyə kimin cavabdeh olduğunu və icraçının kim olduğunu uzun müddət araşdırmalı olub. Dövlət təşkilatları, Həmkarlar İttifaqları Konfederasiyası agentliyin qanunvericiliyin tələbinə uyğun olaraq göndərdiyi yazılı sorğulara cavab verməyiblər. Agentlik Ombudsman Aparatını məsələyə müdaxilə etməyə məcbur edib, onun köməyilə hansısa informasiyanı əldə etmək mümkün olub. Ancaq demək olar ki, cavabdehlər bütün sorğulara mahiyyəti üzrə cavab verməyiblər.

Əvvəlcə “Azərsu” ASC bu kanalizasiyanın tikintisinə bağlılığını inkar edib, lakin sonra bu layihəni təsdiqlədiyini etiraf etməyə məcbur olub, ancaq işi podratçı təşkilat həyata keçirib. “Azərsu” bildirib ki, hələ 2019-cu ildə “Kurort” QSC layihənin texniki əsaslandırılmasını (TƏ) almaq məqsədilə müraciət edib. 17 yanvar 2024-cü ildə, Turan layihənin araşdırılması ilə məşğul olmağa başlayanda, su paylayıcı şirkət bildirib ki, TƏ-nin uzadılması ilə bağlı QSC-nin “Azərsu”ya təkrar müraciəti olib və o təmin edilib. TƏ-nin uzadılmasının səbəbləri açıqlanmır. Tikinti başlayan vaxt hansısa TƏ-nin olduğuna ciddi şübhələr var. Məsələ bundadır ki, “Azərsu” və bu kanalizasiya layihəsində iştirak edən qurumlar onun barəsində bütün məlumatları verməkdən imtina ediblər. Həmkarlar İttifaqları Konfederasiyası da eyni mövqeyi tutub.

Məsələn, Həmkarlar İttifaqları Konfederasiyası 16 fevral 2024-cü il tarixli məktubda bildirir ki, ictimai birliklərin və partiyaların informasiya sorğularına cavab verməyə borclu deyil, sanki sorğunun KİV-dən daxil olduğunu anlamır. Ancaq məsələ təkcə bu deyil.

“İnformasiya əldə edilməsi haqqında” qanunun 9.1.2-ci maddəsinə əsasən Həmkarlar İttifaqları Konfederasiyası sorğulara cavab verməyə borcludur.

Həmkarlar İttifaqları Konfederasiyası qeyd edir ki, qaçqınlar “Xəzər” sanatoriyasının kanalizasiya sistemini yararsız hala salıblar, buna görə də onun bərpasına zərurət yaranıb, eynilə "Şəki" İstirahət Mərkəzində olduğu kimi. Ancaq "Şəki" nisbətən yaxın vaxtlarda tikilib, qaçqınlar tərəfindən məskunlaşdırılmayıb və özünün kanalizasiya sistemi olub. "Xəzər"də heç bir təmir işi aparılmır və bundan əlavə, 60-cı illərin əvvəllərində inşa edilmiş sanatoriyanın özünün çirkab sularını təmizləyici sistemi olub və heç vaxt kollektora atılmayıb.

Konfederasiyanın məktubundan belə çıxır ki, Həmkarlar İttifaqları layihənin texniki əsaslandırılması üçün “Azərsu” ASC-yə müraciət edib və onu alıb. TƏ-nin əsasında "Su Kanal" Elmi-Tədqiqat İnstitutu tərəfindən layihə tərtib edilib. Sonra layihəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təsdiq edib. İşin icrası üçün müqavilə lisenziyalı “Repeir VS Construction” MMC podratçı təşkilat ilə bağlanıb. Konfederasiya TƏ və layihə ilə bağlı müraciət və təsdiq tarixləri, podratçı ilə müqavilənin bağlanması, podratçı seçimi üzrə tender barədə məlumatları açıqlamır.

Xəzər Rayon İcra Hakimiyyəti bildirib ki, layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. 3 mart tarixli məktubda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov bildirib ki, layihənin hazırlanması, onun tikintisi, istifadəsi, texniki xidmət “Azərsu” ASC tərəfindən həyata keçirilir.

Lakin Qurbanov bildirir ki, işlər aparıldıqdan sonra asfalt örtük yararsız hala düşdüyündən rayon İcra Hakimiyyəti “Azərsu” ASC-nin bölməsinə - Xəzər Rayon Su- Kanalı İdarəsinə iradlarla müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə də kollektorun tikintisi barədə məlumat verilməyib. Agentlik tikinti barədə Turan-ın müraciətindən öyrənib. Məktubda Dövlət Agentliyi bildirir ki, kanalizasiya xəttinin çəkilişi layihəsinin həyata keçirilməsi üçün müvafiq qurumlar tərəfindən heç bir müraciət olmayıb. Turan agentliyinə tövsiyə edilib ki, tikintinin dövlət norma və qaydalarına uyğunluğu ilə bağlı müvafiq cavabdeh qurumlara müraciət etsin. Lakin nazirlik özü Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin ekoloji aspektlərə dair tələblərinin pozulması ilə əlaqədar heç bir tədbir görməyib. Layihəni hazırlayan və təsdiqləyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Turan-ın informasiya sorğusuna cavab verməyib.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi kobud şəkildə pozulub
Qeyd etmək lazımdır ki, tikinti işləri AR Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.

Sözügedən layihənin reallaşması ilə bağlı hərəkətlərin şəhərsalma və tikinti fəaliyyətinin siyasətini, əsas prinsiplərini müəyyən edən Məcəllənin müddəaları ilə qarşılıqlı əlaqəliliyi bütün dövlət subyektləri və Həmkarlar İttifaqları tərəfindən qanunvericiliyin kobud şəkildə pozulduğunu göstərir.

Layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb, halbuki, Şəhərsalma və Tikinti Məcəlləsi göstərir ki, ərazi planlaşdırılmasının sifarişçisi kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə çıxış edir. Ərazi planlaşdırılması sənədləri müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qəbul etdiyi qərar əsasında hazırlanır.

Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təminatı məqsədilə heç bir tədbir görülməyib, layihə barədə ictimaiyyətə məlumat verilməyib, layihə üzrə idarələrarası və ictimai müzakirələr aparılmayıb. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazırlandığı tarixdən 10 gün ərzində sifarişçi ictimai müzakirələr təşkil edir.

Sifarişçi ictimai müzakirə iştirakçılarına ərazi planlaşdırılması sənədlərinin layihəsilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihəsinə edilən dəyişikliklər, habelə etiraz və təkliflərin rədd edilməsinin səbəbləri barədə məlumat verir. Ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şəhərsalma və Tikinti Məcəlləsi aşağıdakı hallarda tikintini yolverilməz hesab edir: nəzərdə tutulan tikintinin baş plana zidd olduğu hesab edilir; tikintisi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərəcəyi və ya özünün belə təsirə məruz qalacağı təhlükəsi var; tikintisi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin edilməsilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərindən qeyri-rasional istifadəni tələb edir; tikintisi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin və ya landşaftın təbii xüsusiyyətlərinin qorunması ilə bağlı maraqları pozur; tikintisi nəzərdə tutulan obyekt su təsərrüfatına təhlükə yaradır və ya təbii hallardan (daşqınlardan) mühafizəni təhlükə altına alır.

“İnformasiya əldə edilməsi haqqında” qanun işləmir
Heç bir dövlət və ictimai qurum Turan agentliyinin informasiya sorğusuna qanunla müəyyən edilmiş müddətdə - operativ qaydada 24 saata qədər, əgər cavab xüsusi araşdırma, öyrənmə tələb edirsə, maksimum 7 iş gününə qədər - cavab verməyib. Halbuki, layihə barədə informasiyaya dair bütün suallara cavablar maksimum bir neçə saat ərzində təqdim oluna bilərdi. Ancaq Turan agentliyinin informasiya sorğuları praktikasında belə şey olmayıb. Cavablar böyük gecikmə ilə gəlib və sualların mahiyyəti üzrə olmayıb.

Kanalizasiya layihəsi işi üzrə alınan bütün cavablar natamamdır və ombudsmana müraciətlərin köməyilə alınıb. Lakin sonda Ombudsman Aparatı da gücsüz qalıb və Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

“İnformasiya əldə edilməsi haqqında qanuna” cavabdehlərin əməl etməməsilə bağlı Turan-ın məhkəmədə iddia qaldırması təcrübəsi əksər hallarda heç nəylə nəticələnməyib. Məhkəmələr faktiki olaraq cavabdehlərin vəkili rolunda çıxış edirlər. Hazırlanması cüzi vaxt tələb edən elementar cavabı almaq üçün məhkəmələr aylarla uzanır.

Ombudsman Aparatı ilə əlaqə müddətində “İnformasiya əldə edilməsi haqqında” qanunun pozulmasına görə cavabdehlərə qarşı qanunla nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq edilməyib. Halbuki, bu qanunun pozulmasına görə pul cərimələri artırılıb.

“Korrupsiyaya qarşı mübarizə” haqqında qanuna görə, informasiyanın gizlədilməsi və tam və ya natamam həcmdə təqdim edilməməsi korrupsiya üçün şərait yaradan hərəkət kimi tövsif edilir.

120 milyon manat hara getdi?
Buzovna qəsəbəsinin sakinləri kanalizasiya və içməli suyun olmamasından əziyyət çəkirlər. Əvvəllər quyulardakı su işməli olub, lakin ötən yüzilliyin 60-cı illərinin əvvəllərindən neft quyularında hasilatı artırmaq üçün Buzovna yatağında laylarda nefti dəniz suyu ilə çıxarıblar. 70-ci illərin əvvəllərində quyuların şorlaşması başlayıb. Yeraltı suların səviyyəsi qalxıb. 2014-cü ildə hökumət Buzovna və bir sıra digər qəsəbəni içməli su və kanalizasiya ilə təmin etmək qərarına gəldi. Bunun üçün büdcədən 120 milyon manat ayrıldı. Pullar yoxa çıxdı. 2018-ci ildə “Azərsu” bildirdi ki həmin vəsaitdən 3 milyona yaxını xərclənib, qalan pullar şirkətə gəlib çatmayıb.

3 avqust 2021-ci ildə respublika prezidentinin sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeron qəsəbələrinin memarlıq siması" müsabiqəsinin ikinci mərhələsinə yekun vurub.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Memarlar İttifaqı və Bakı Abadlıq Xidməti MMC ilə birgə keçirilən müsabiqədə Buzovna qəsəbəsinin memarlıq planlaşdırılması üzrə qaliblər elan edilib.

Əsas vəzifə qəsəbənin tarixi atmosferi saxlanılmaqla vahid memarlıq- bədii konsepsiyanın yaradılması, landşaftın planlaşdırılması məsələlərinin həlli, əhali üçün ictimai-iqtisadi şəraitin yaxşılaşdırılması, qəsəbənin yaşıllaşdırılması, günəş batareyalarından istifadə, turizm infrastrukturunun inkişafı, düzgün parklanmanın təşkili, piyada zonalarının və velosiped yollarının, yeni səkilərin yaradılmasıdır. Bununla da hər şey bitdi. Əksi baş verir - abidələr, yollar, unikal sahil landşaftı dağıdılır, ekoloji vəziyyət pisləşir.

Nəhayət, sovet ənənəsinə uyğun olaraq, Turan İnformasiya Agentliyi məqalədə göstərilən faktlar barədə fikir bildirilməsi, həmçinin qanunçuluğun pozulması faktlarının aradan qaldırılması üçün görülən tədbirlər haqda məlumat verilməsi xahişilə məqaləni orada adı keçən dövlət və ictimai qurumlara göndərəcək.

Həmçinin agentlik onlara göndərilən və cavabsız qalan informasiya sorğusundakı suallara cavab gözləyir:

1.Layihənin sifarişçisi kimdir?

2.Layihədə məqsəd nədir?

3.Layihənin texniki parametrləri necədir, dəyəri, icra müddəti nə qədərdir?

4.Layihəni kim ödəyir?

5.Layihə üzrə işləri kim yerinə yetirir?

6.İcraçının bu sahədə təcrübəsi varmı və bu vaxta qədər hansı layihələri həyata keçirib?

7.İşlərin icrası üçün tender nə vaxt keçirilib və tenderdə hansı təşkilatlar iştirak ediblər?

8.2014-cü ildə Buzovnada su kəməri və kanalizasiya sisteminin tikintisinə büdcədən 120 milyon manat ayrılıb. Niyə indiyədək işlər görülməyib?

AR-sı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə

1.Kanalizasiya layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıbmı?

2.Komitə kanalizasiya xəttinin çəkilməsinə razılıq verirdisə, hansı əsasla?

3.Kanalizasiya xəttinin çəkilməsi məsələsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hansı müvafiq dövlət qurumları ilə razılaşdırılıb?

4.Komitə tərəfindən işlərin gedişatına nəzarət edilirmi və hansı problemlər aşkarlanıb?

2603kanal2.pdf - 3442-24.pdf - 4649-24.pdf - İƏEH-qanun.pdf - Qoşma 4649-24 (2).pdf - rusif_0001.pdf

3442-24.pdf - 4649-24.pdf - Qoşma 4649-24 (2) (1).pdf - rusif_0001.pdf
Turan İnformasiya Agentliyi


Ardını oxu...
Lənkəran şəhəri, Fizuli küçəsi, ev 170-də yaşayan Hüseynov Aydın Mirzə oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. O, Lənkəran Əlillərin Bərpa Mərkəzindən narazılığını bildirir:

“Mən, Hüseynov Aydın Mirzə oğlu, əlilliyi olan şəxsəm. İki ayağım dizdən, sol əlimin isə barmaqları amputasiya olunub. Neçə illərdir əlillər üçün yaradılan reabilitasiya bərpa mərkəzlərində növbəli əsaslarla müalicə almışam.

Mart ayının 18-də Lənkəran Əlillərin Bərpa Mərkəzinə getdim. Mənim kimi xəstələrin dərdini ancaq bu halda olanlar bilər. Necə ağrılar olur… Hər zaman kiminsə baxımına möhtac adamlarıq.

Mart ayının 19-da, səhər saatlarında mənə dedilər ki, mərkəzin rəhbəri İqbal müəllim sizi cağırır. Otağına daxil olan kimi mənimlə çox sərt danışdı. Sanki qabağında sağlam adam var idi, yaxud da uşaqla söhbət edirdi. Mən onu təmkinli olmağa və aydın danışmağa səslədim. Lakin o, buna məhəl qoymadan məni təhqir etməyə başladı. Məni otaqda siqaret çəkməkdə və yerə su dağıtmaqda günahlandırdı. Məlum oldu ki, xadimə Dilruba xanım və tibb bacısı Fəridə xanım otaqda su dağıtmağımı və əlavə olaraq otaqda siqaret cəkməyimi yalandan rəhbərliyə çatdırıblar. İqbal müəllim də heç nəyi araşdırmadan mənə qarşı ədalətsiz qərar verdi.

Məlumat üçün bildirim ki, çaydana su tökərkən yerə az miqdarda su dağılmışdı. Otaqda siqaret çəkməyim haqda iddialar isə mənə böhtan idi.

Suyun dağılmasının səbəbini İqbal müəllimə izah etməyə çalışsam da, bunu qəbul etmədi. Bir əlimin barmaqları amputasiya olunduğu üçün su qabı əlimdən sürüşdü. Bunu böyüdüb, bir xəstə insanla bu cür rəftar edən həkimə dövlət bir qurumun idarə olunmasını və xəstə insanlara xidmət göstərməyi necə tapşırıb?

Mən bunları İqbal müəllimə izah etməyə çalışsam da, o, məni dinləmədi, mənim müalicələrimi dayandırdı və məni müalicə müəssisəsindən qovdu. Onun bu davranışı mənə çox mənfi təsir göstərmiş və səhhətimdə ciddi problemlər yaratmışdır. Təzyiqim, şəkərim yüksəlmişdir. Həmin gündən ev şəraitində müalicə alıram. İynə-dərmana azı 350-400 manat pul xərcləmişəm. Əsəblərim korlanıb, gecələr yata bilmirəm. Bir sözlə, haqsızlığın və bir müəssisə rəhbərinin ədalətsiz qərarının qurbanı oldum.

Səlahiyyətli qurumlardan xahiş edirəm, mən köm olsun. Mərkəzdə müalicə almasam ağrılarım kəsmir, gecə-gündüz dözə bilmirəm.

Bizə baxan tibb bacılarına və əziyyətimizi çəkən xadimələrə onu da bildirmək istəyirəm ki, biz sağlam olsaydıq heç ora gəlməzdik, özümüz özümüzə baxa bilsəydik sizlərdən heç nə xahiş etməzdik.

İş yerini seçən insanlardan xahiş edirəm, diqqətli fikirləşin ki, sabah əli-ayağı olmayan insan görəndə insafınızı itirməyəsiz. Mən bir daha səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələ araşdırılsın. Çox təəssüf ki, mənim kimi xəstələrin o cür mərkəzlərə çox ehtiyacı var.

Sonda onu da qeyd edim ki, İqbal müəllimin sosial şəbəkə vasitəsilə yaydığı məlumat tamamilə tibb bacısının və xadimənin uydurmasıdır”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.
Ardını oxu...
Uzun müddətdir ki, Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, baş verən çoxsaylı qanunsuzluqların, olmazın həngamələrin və s. nə həddi, nə də ki, hüdudu bilinir.

Yəni, rayon sakinlərinin tam əksəriyyəti o halın varlığına narazılıq edirlər ki, nəyə görə qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur?. Adicə bir faktı qeyd edək ki, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hal-hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Bütün bunlar haqda Qerar.az-ın redaksiyasına Tovuz rayonu, Qovlar şəhəri, Mehdi Hüseyn küçəsi, ev-29 ünvanında yaşayan Abbasova Şəlfinaz Qəzənfər qızının, həmçinin adı çəkilən bu küçədə yaşayan Qarabağ müharibəsi qaziləri Hüseynov Rəfayıl Musa oğlunun, Orucov Ruslan Eldar oğlunun və diğər sakinlərin çatdırdıqları məlumatlarda bildirilir ki, təqribən 30 min nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada adicə rentgen aparatı yoxdur.

Verilən statistik məlumatlarda qeyd olunur ki, bu gün Tovuz rayonunda əhalinin sayı 187 min nəfər təşkil edir və bu qədər əhalinin təqribən 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca və Əsrik dərəsində, hətta Şəmkir rayonunun Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməyə məcbur olurlar. Faciə odur ki, hal-hazırda 21-ci əsrin olmasına baxmayaraq, bu xəstəxananın ümumi görkəmi və burada olan dözülməz şəraitin varlığı, sanki Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasını ötən əsrin 60-cı, 70-ci illərinin səhiyyə müəssisələrinə bənzədir. Bir sözlə, adamın bu səhiyyə müəssisəsinə xəstəxana deməyə dili gəlmir.

Qeyd edək ki, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasının birinci mərtəbəsini, bir müddət bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi Tofiq Hüseynov, texniki işçilər, tibb bacıları, həkimlər şəxsi vəsaitləri hesabına bir qədər təmir etdirirlər. Bundan əlavə, hər həkim öz iş otağını da şəxsi vəsaiti hesabına müəyyən qədər qaydaya saldırır. Bütün bunlara baxmayaraq, adı çəkilən bu səhiyyə müəssisəsinin divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətdədir. Xəstəxananın ikinci mərtəbəsi isə, böyük bir klidlə bağlanıb və həmin klidi açmaq qeyri-mümkündür. Diqqət yetirmək lazımdır ki, təqribən 90-100 min nəfər sakinə bu gün cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir. Əslində, belə bir halın varlığı bənzəri olmayan biabırçılıqdır. Çünki, bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşınının xidmət göstərməsi, əhalinin bugünkü tələbatını heç cür ödəyə bilmir. Buna əsas səbəb, ərazinin olduqca böyük və əhalinin sayca çox olmasıdır.

Əgər hansısa şəxsin səhhətində müəyyən problem yaşanarsa, o halda həkimlər vaxtında çağırış üzrə ünvana çata bilmirlər. Tovuz MRX-da isə cəmi altı ədəd təcili-tibbi yardım maşınının olduğu bildirilir. Elə hallar da olub ki, həkim bir çağırışdan çıxıb digər çağırışa çata bilməyib və belə bir səbəbdən də, xəstə kömək göstərilmədiyindən rəhmətə gedib. Sonda da xəstənin sahibləri hirsləndiklərindən həkimi döyməli olublar. Ümumiyyətlə, bu cür halların təkrar baş verməməsi üçün Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinə əlavə üç-dörd ədəd təcili-tibbi yardım maşını verilməlidir ki, təqribən 90-100 min nəfər sakinin bu yöndə tələbatını ödəmək mümkün olsun. Əgər yaxın vaxtlarda lazımi addımlar atılmazsa, yəqin ki, o halda ərazidə baş verən ölüm hallarının sayı çox olacaq. Diqqət yetirmək lazımdır ki, istər Qovlar şəhərində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar yaşayırlar, Qarabağ müharibəsində iştirak edib travma alan neçə-neçə qazilər, əlillər və s. var. Bir sözlə, həmin şəxslərin səhhətindəki problemlər özünü göstərməyə başlayarkən, onların həkim köməyinə ehtiyacı yaranır. Sual oluna bilər ki, belə olan halda bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanın ehtiyacını ödəyə bilərmi? Əlbəttə ki, yox! Ümumiyyətlə, Qovlar Şəhər Xəstəxanası bu gün elə bərbad, yarasız haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürür. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə büdcədən pul vəsaitləri ayrılmayıbmı ki, Qovlar Şəhər Xəstəxanası belə bir durumdadır? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların araşdırılmasına ciddi ehtiyac var.

Diqqəti cəlb edən hallardan biri də odur ki, Qovlar Şəhər Xəstəxanasının digər şöbələrində olduğu kimi, doğum şöbəsində də olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Yəni çatdırılan məlumatlara görə, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır. Ona görə də, doğum şöbəsinin otaqlarında hansısa xəstəni tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür halların varlığı, hələ də MRX-nın rəhbər şəxslərini heç də narahat etmir. Bu xəstəxanaya məxsus binaların və iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın natəmiz saxlanması və s. onu göstərir ki, ötən illər ərzində Tovuz səhiyyəsinə rəhbərlik edənləri Qovlar şəhərində və ətraf ərazilərdə yaşayan sakinlərin taleyi heç də maraqlandırmayıb.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edənlərin əməllərinə hüquqi qiymət verməyin zamanı çoxdan çatıb. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov da, Tovuzun səhiyyə müəssisələrində, ələlxüsus Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığından lazımınca xəbərdar olacaq.

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

Nyus.Az
Ardını oxu...
Şəkildə gördüyünüz 3 məmur dövlət tikinti layihələrində faktiki ortaqlardır. Namiq Hümmətov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Ortadakı şəxs Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin rəhbəri Fərhad Təhməzovdur. Üçüncüsü isə belə demək mümkünsə, Naxçıvanın yeni Namiq Hümmətovudur. Pərvin Nəbiyev London City Universitetinin məzunudur. Təzəlikcə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunub. Amma başını çoxdan başlara qoşub, Hümmətovun və Təhməzovun çevrəsində dolaşır.
Teref yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə profilində yazıb. Cavanşir bəy sonra yazdıqlarına aydınlıq gətirərək davam edir:
Bu gün Namiq Hümmətov Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilib.
Keçmiş şampanzavod işçisi faktiki tikinti oliqarxına çevrilib. Son 5 il ərzində Hümmətov cənabları öz şirkətləri üçün faktiki ortağı Fərhad Təhməzovun sayəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ümumilikdə 177 milyon manatdan artıq sifarişini əldə edib. İndi Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov Qarabağda dövrəyə girib, irihəcmli dövlət tikinti və bərpa sifarişləri əldə etməyə başlayıb.
Təhməzovun şirkətləri Namiq Hümmətovun qardaşının adına olan şirkətlərlə partnyorluq əsasında qarşılıqlı fəaliyyət göstərir. Mexanizm belədir, dövlət sifarişlərini alan şirkət tenderin əldə olunmasında yardımçı tərəfin şirkətlərini subpodratçı şirkət kimi layihəyə cəlb edir və bütün tərəflər ayrılan məbləğdən öz payını götürür. İndi Namiq Hümmətovun Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilməsi məmur şirkətlərinin Qarabağda yeni dövlət layihələrində iştirakına yeni üfüqlər açır.
Təəssüf ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.
Xatırladım ki, Təhməzovların tamahı ucbatından professor Nazim İmanovun oğlu, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işini itirib. Araz İmanov 6 ay əvvəl Təhməzovlaın yaxın qohumu kimi azad edilmiş ərazilərdə toqquşan maraqların hədəfinə gəlmişdi. Yeri gəlmişkən, Fərhad Təhməzov Nazim İmanovun qudasıdır. Nazim İmanovun digər oğlu Cavidan İmanov Fərhad Təhməzovun qardaşı, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Slovakiya, Ukrayna və Türkiyədəki biznesini idarə edir.
 
Ardını oxu...
Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, “Zeytunluq” deyilən ərazidə bayram günləri genişləndirmə işlərinə başlanıb. Tribunainfo.az məlumat verir ki, çoxillik yaşıllıqlar məhv edilərək, həmin yerdə fəaliyyət göstərən “Zeytun” restoranı ərazini genişləndirir.
Belə təəssürat yaranır ki, restoran sahibi Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin “xeyir-duası” ilə bu yaşıl genosidi həyata keçirməkdədir.
Bakının “COP29” konfransına ev sahibliyi edəcəyi bir ildə paytaxtda yaşıllığın məhv olunmasına göz yuman qurumların nə gözündə qorxu var, nə də Prezidentin yaşıllıqlar, qanunsuz tikililər haqda xəbərdarlıqlarını yada salırlar.Binəqədi rayon icra hakimiyyəti isə həmişəki kimi susur.
Məlumata görə, adıçəkilən restoranın genişləndirilən və əlavə tikintilər aparılan, həmçinin parklanma kimi istifadə olunan ərazisi özəl mülkiyyət deyil. Sadəcə, qanunsuz zəbt olunub. Belə ki, həmin yer BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan zeytunluq ərazidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri dayandırılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə qurumlara müraciət edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkə futbolunun səviyyəsi bir çox amillərlə ölçülür. Uşaq futbolunun vəziyyəti, milli komandanın çıxışları, yerli çempionatın durumu vacib göstəricidir. İllərdir ölkə birinciliyi durğunluq dövrünü yaşayır. Azarkeş marağı çox aşağıdır. “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov burada gördüklərindən çox təəccüblənib. O, milli çempionata azarkeş marağının olmamasına görə məyusdur. Lunyov sanki hər dəfə yoldaşlıq görüşünə çıxdıqlarını deyib.
Bizimyol.info xəbər verir ki, yüksək liqada cəmi 10 klub mübarizə aparır. Məsələnin məyusedici tərəfi həm də əksər komandaların paytaxtı təmsil etməsidir. “Neftçi”, “Sabah”, “Səbail” və “Zirə” birbaşa paytaxt komandası sayılır. “Araz-Naxçıvan” adı sizə cəzbedici görünməsin. Bu komanda da oyunlarını paytaxtda keçirir. “Qarabağ” əvvəllər bir neçə dəfə Quzanlıda oyun keçirdi. Amma hiss olunur ki, Ağdam təmsilçisi Bakıya üstünlük verir. “Kəpəz”in də paytaxtdan yolu az keçməyib. “Sumqayıt” bölgə təmsilçisi deyil. Daha nə qaldı?! Yalnız “Turan Tovuz” və “Qəbələ” bölgə futboluna işarə vurur.

Futbol funksionerləri bir şeyi əvvəl-axır anlamalıdırlar ki, bölgə komandaları olmasa, milli çempionat həmişə belə sönük keçəcək. O boyda “Neftçi”nin ev oyunlarına 100 nəfər gəlir. Nə etmək olar, paytaxtda yaşayanlar milli çempionata maraq göstərmir. İnsanlar Abşeron yarımadasına daha çox bir parça çörək üçün toplaşıb. Bölgələrdə isə futbola maraq böyükdür. “Turan Tovuz” – “Qarabağ” qarşılaşması gözəl nümunədir. Oyunu 7 min nəfər izləmişdi.

Bir görəsiniz, Azərbaycanın ikinci liqasına necə azarkeş marağı var. Çünki klubların əksəri bölgəni təmsil edir. Şəkidə camaat pul toplayır ki, “Şəki Siti” yaşasın. Şəmkirdə yerli komandanın qənaətbəxş çıxış etməməsinə rəğmən, oyunlara xeyli azarkeş gəlir. “Göygöl”ün, “Lerik”in, “Ağdaş”ın oyunlarında tribunalara baxmaq adama zövq verir.

...Biz hələ Region Liqasından danışmırıq. Beyləqanda “Mil” ilə “Göyçay”ın qarşılaşmasının kadrlarını paylaşmışdılar. Yerli komanda qol vuranda tribunadakılar necə sevinirdilər.

Hanı yüksək liqada belə atmosfer? Yoxdur! Milli çempionatı Bakı birinciliyinə çeviriblər. Peşəkar Futbol Liqası bu haqda ciddi düşünməlidir. Kimə lazımdır belə çempionat?! Bölgə klublarını küsdürdülər. İnsanların gözü hələ də “Xəzər Lənkəran”ı axtarır. Belə komandalar oynamayacaqsa, onda ölkə futbolundan da danışmayaq.
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universiteti ADAU ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurması və “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ ilə 252.100 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 28.03.2024-cü il tarixdə bu müqavilə üzrə satınalma prosuduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir açıqlaması verib.

Açıq tendr bir mənbədən satınalma metodu ilə keçirildiyindən şərtlər toplusunda aviabiletlərin hansı məqsədlərlə alındığı barədə məlumat yoxdu. Yalnız tenderin 27.03.2024-cü il tarixdən başlayıb 31.12.2024-c il tarixdə bitməsi barədə məlumat var. Bir də qalib şirkət “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ-nin deyil Gəncə nümayəndəliyidir. VÖEN-də belə göstərilir. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universiteti 252 min manatlıq aviabileti nə üçün alır. “Türk Hava Yolları”nın rəsmi internet səhifəsində Gəncə -Ankara biznes-klass uçuş biletinin qiyməti 930 manatdan başlayaraq 1487 manata qədərdir. Ekonom biletlərin qiyməti isə 474 manatdan başlayaraq 822 manata qədər dəyişir. Gəncə -İstanbul biznes-klass uçuş biletinin qiyməti 734 manatdan başlayaraq 1500 manata qədər dəyişir. Ekonom biletlərin qiyməti isə 298 manatdan başlayaraq müxtəlif qiymətlərə aviabiletlər almaq olar. Pegasus Airlines Türkiyə aviokompaniyasından isə Gəncədən Ankara və ya İstambula daha ucuz qiymətlərlə uçuş biletləri əldə etmək olar. Azərbaycan Dövlət Aqrar Universitetinin burada yol verdiyi qeyri müəyyənlik nələrdən ibarətdir. Əvvəlcə gəlin qanunda bir mənbədən satınalma metodunun hansı hallarda istifadə olunmasına icazə verildiyinə nəzər salaq. Satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda. Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti satınalmanın təşkili zamanı ciddi qanun pozuntusuna yol verib. Birincisi- bir mənbədən satınalma metodu o halda tətbiq edilir ki, alınan mallar yalnız hər hansı konkret malgöndərəndə yaxud da, onların əvəzedicisi və alternativi olmufr. Məlum olduğu kimi “Türk Hava Yolları” alternativi olmayan bir kompaniya deyil və onun kimi yüzlərlə aviakompaniya mövcuddur. İkincisi- təcili tələbat yarandıqda. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? İstisna etmirik. Vaxtı əvvəlcədən müəyyən olnmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bunlar da bir mənbədən satınalma medodu ilə keçirilib. Bu mütəxəssislər 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunan tədbirlərə dəvət alıblar. Şərtə görə müqavilənin başlanma tarixi 13.02.2024-cü il, bitmə tarixi isə 13.04.2024-cü ilə müəyən edilib. Türk mütəxəsislərə bağlanan 26 satınalma müqaviləsinin ümumi dəyəri 333 879 manat təşkil edib. Aqrar Universiteti tərəfindən aviabiletlərin alınmasına ayrılan vəsait bu tədbir üçün ola bilərmi? Mütəxəsislərin 13.02.2024-cü ildən 13.04.2024-cü ilə qədər təşkil olunan tədbirlərə dəvətini götürsək, xeyir. Axı Universiteti aviabiletləri alınmasını ilin sonuna qədər nəzərdə tutub. Bəs onda Aqrar Universiteti 252.100 manata sifariş etdiyi aviabilətləri hansı məqsədlərlə alır? Niyə açıqlanmayıb? Dövlət sirridi? Azərbaycan Dövlət Aqrar Universiteti 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində iki satınalma müqaviləsi də yerli mütəəsislərlə bağlayıb. Onlarda biri Quliyeva Lamiyədir ki, Azərbaycan Dövlət Aqrar Universiteti “Bitki mühafizəsi” kafedrasının dosent əvəzi çalışır. Onunla 35.625 manatlıq müqavilə bağlanıb. Digəri də Azərbaycan Dövlət Aqrar Universiteti-Ege Universiteti ikili diplom proqramının üzvü Həsən Abbasovdur ki, onunla da 17.812,5 manatlıq müqavilə bağlanıb. Burada hər iki şəxsin VÖEN-i əvəzinə Dövlət Aqrar Universitetinin VÖEN-i göstərilib. Azərbaycan Dövlət Aqrar Universiteti bir mənbədən satınalma metodu ilə bir tender keçirib. Fiziki şəxs Xalıqverdiyev Rasim Bəhram oğlu ilə 87.471 manat məbləğində bağlanan bu satınalma müqaviləsi 12.01.2024-cü ildə dərc edilib. Amma 18.12.2023-cü ildə başlayıb 18.12.2024-cü il tarixdə bitəcək. Amma nə alınır, nə iş görülür bəlli deyil.

Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti hər şeyi bir mənbədən alır. Əslində Universitet deyil, ali təhsil müəssisəsinin rəhbərliyidi bunu edən. Bu Prezident İlham Əliyev Sərəncam ilə 31 avqust 2023-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilmiş Zəfər Qurbanovdu. Göründüyü kimi sözügedən vəzifədə heç bir ildir oturmayan Zəfər Qurbanov Aqrar Universitetidə hər şeyi bir mənbədən həll edir. Bir mənbədən yeyir, içir, bir mənbə ilə də hara gəldi üçür…
Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti