Lənkəranın Haftoni ərazisindəki 30 hektar sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilmiş meşə cinsli ağaclar kəsilib.
Gundemxeber.az azfakt.com-a istinadla xəbər verir ki, bu barədə görüntüləri “Ecofront” yayıb.
İddia olunur ki, Lənkəran Asfalt Zavodu tərəfindən əraziyə aylar əvvəl ağacları qurutmaq məqsədilə dərman da səpilib və ağaclar tələf edilib. Lənkəran Asfalt Zavodunun direktoru Raqib Məmmədovun (Asfalt Raqib) işçiləri avqustun 28-də əraziyə texnika salaraq salamat qalan tingləri də kəsiblər.
Gundemxeber.az